orta yox, maksimal şüur səviyyəsindən də üstün olsa idi, onda insanın rolunun azalması və təbiət hissələrinin özlərinə istiqamətli daxili təkan verə bilməsi halı əvvəlki "elm" və texnika" anlayışları ilə bir yerə sığa bilməzdi və yeni mərhələdən danışmağa haqqımız olardı. Lakin məlum olduğu kimi hesablayıcı maşınlar yalnız insanlar tərəfindən verilmiş proqram, konstruksiyalar əsasında işləyir və bəzi elmi nəticələrin alınmasını sürətləndirsə də, elmin istehsala daha tez tətbiq olunmasına imkan yaratsa da bütövlükdə elmi-texniki tərəqqi üçün keyfiyyət dəyişikliyi təşkil etmir.
Müxtəlif nöqteyi-nəzərlər içərisində elmi-texniki inqilabın mahiyyətini avtomatlaşma ilə izah etmə cəhdi xüsusilə geniş inkişaf tapmışdır. Fəlsəfə lüğətində oxuyuruq: "Texnika öz inkişafının yeni mərhələsinə - avtomatlaşma mərhələsinə qədəm qoyur ki, bu da elmi-texniki inqalabın baş istiqamətini əks etdirir".1
Bəs səbəb nədir ki, bu qədər tədqiqatçı elmi-texniki inqilabın mahiyyətini açmaq üçün "elm-texnika" sisteminin makroelementlərinin daha ümumi tərəflər arasında tutduğu mövqeyin dəyişilməsini öyrənmək əvəzinə istehsal avtomatlaşması kimi darəhatəli prosesləri həlledici dəyişilmə kimi götürürlər?
İstehsalın avtomatlaşması prosesinin elmi-texniki tərəqqiyə göstərdiyi daxili təsir təkcə istehsal prosesinin və texnikanın keçirdiyi bəzi dəyişilmələrdən ibarət olsaydı, onu yeni mərhələ üçün müəyyənedici təsir saymağın qüsurluluğu yəqin ki, daha tez aydın olardı. Lakin, görünür, bunu da nəzərə almalıyıq ki, avtomatlaşma və digər bu kimi hadisələr istehsal prosesinin xarakterinə təsir etməklə bərabər, bir sıra daha geniş radiuslu təsir dairələrinə də malikdirlər.
İstehsalın avtomatlaşması prosesi nəticəsində, məsələn, ictimai həyatda da bir sıra dəyişikliklər baş vermişdir. Məhz avtomatlaşmanın təsiri ilə müəyyən həcmli istehsal üçün daha az sayda işçi qüvvəsi tələb olunur və beləliklə də, əhalinin nisbi əksəriyyəti elmi işlə məşğul olmaq imkanı əldə edir. İşcilərin fiziki əməyinin yüngülləşməsi və nəticədə işdən sonra vaxtın dövrün tələbinə müvafiq olaraq səmərəli surətdə keçirilə bilməsi üçün şərait yaradılması da, əmək prosesində müxtəlif qurğuların iş prinsipləri və s.-lə tanışlığın fəhlələrin mədəni səviyyələrinə göstərdiyi müsbət təsir də, istehsalın avtomatlaşdırılması kimi proseslərin nəticəsidir.
Daha geniş əhatəli sistemlərdə əmələ gələn bu cür dəyişilmələr elmin həlledici amilə cevrilməsinə, müxtəlif münasibətlərdə onun getdikcə daha üstün mövqe tutmasına, elmin bir sosial sistem kimi genişlənməsinə və s. gətirir ki, bunlar da elmi-texniki tərəqqinin xarakterinə təsir göstərməyə bilməz.
Lakin məsələnin həqiqi elmi tədqiqi göstərir ki, elmi-texniki tərəqqiyə göstərilən bu cür təsirlər heç də inqilab mərhələsi üçün səbəb olmayıb, ən adi sosial təsirlərdir və elmi-texniki inqilabın mahiyyətini yox, onun ictimai tərəqqinin sosioloji aspekti ilə qarşılıqlı əlaqəsini əks etdiri. Elmi-texniki nailiyyətlərin ictimai münasibətlərdə inikası - "özgələşməsi" – və yenidən özünə təsiri! Bəli, baxılan dəyişilmələr (avtomatlaşma prosesinin yaratdığı dəyişilmələr) "elm-texnika" sistemindəki inqilabı yox, elmi-texniki tərəqqinin ictimai münasibətlər sferasında doğurduğu inqilabi dəyişiklikləri və nəhayət, onların da dönüb "elm-texnika" sisteminə etdikləri təsiri göstərir...
Elmin öz daxili inkişafı ilə yanaşı, onun ictimai əmək bölgüsündəki payı da daim artır və bu da öz növbəsində elmi inkişaf prosesinin daha da intensivləşməsi üçün yeni imkanlar acmış olur. Elmi-texniki tərəqqi hadisəsi üçün müasir dövr və yaxın gələcək ərzində ən əlamətdar hadisələrdən biri məhz "elm" sisteminin digər sosial sistemlərə nəzərən müqayisəolunmaz dərəcədə böyüməsi və ictimai fəaliyyətin getdikcə daha çox hissəsini əhatə etməsindən ibarətdir. Hələ bir əsr qabaq K.Marks yazırdı ki, gələcəkdə istehsalın yekun effektivliyi istehsal sahəsindəki əmək məsrəfi ilə yox, elm sahəsindəki əmək məsrəfi ilə, elmin ümumi inkişafı və onun texniki tətbiq səviyyəsi ilə müəyyən olunacaqdır. Bu cür vəziyyət hələ tamamilə formalaşmamış olsa da, hadisələrin gedişi bu fikrin nə dərəcədə doğru olduğunu sübuta yetirir.
Lakin elmin bir sosial sistem kimi getdikcə böyüməsi və ya elmi inkişafın intensivliyinin sürətlə artması məsələnin yalnız kəmiyyət tərəfini ifadə edir. Digər tərəfdən, bu hadisə yalnız "elm" sisteminə aiddir və bütövlükdə "elm-texnika" sistemindəki inqilabın mahiyyəti kimi qiymətləndirilə bilməz, halbuki, bir sıra tədqiqatçılar, göstərdiyimiz cəhətləri nəzərə almayaraq, elmi-texniki inqilabı məhz elmi inkişafın sürətlənməsi prosesi ilə bağlamağa calışırlar. Və keyfiyyət dəyişilməsi olaraq "elmin bilavasitə məhsuldar qüvvəyə cevrilməsi" hadisəsini göstərirlər. Bu məsələnin tədqiqinə hətta tamamilə müstəqil tədqiqat işləri, monoqrafiyalar, dissertasiya işləri və s. də həsr olunmuşdur. Lakin hələ indiyə qədər bu hadisə haqqında aydın təsəvvür hasil edilməmişdir.
Nə qədər ki, "elm" anlayışı bir istilah kimi müəyyənləşdirilməmişdi, elmi nailiyyətlərin istehsal sferasında istifadə olunmasını "elmin bilavasitə məhsuldar qüvvəyə cevrilməsi" kimi şərh etmək qüsurlu sayıla bilməzdi. Lakin "elm" anlayışı haqqında az-çox dəqiq təsəvvür əldə etdikdən sonra, eyni məzmunu daha dəqiq şəkildə ifadə etmək imkanı yarandıqdan sonra yenə də əvvəlki ifadənin saxlanılması yolverilməz haldır. Məsələ burasındadır ki, elmin maddi istehsal sferası ilə əlaqəsinin artmasına baxmayaraq, o, maddi istehsala və məhsuldar qüvvələr kompleksinə nəzərən nisbi müstəqil fəaliyyət sahəsi kimi qalmaqda davam edir.
Elm məhsuldar qüvvələrin inkişafı üçün müəyyən mənada
Dostları ilə paylaş: |