nəticəsilə yalnız kəmiyyət dəyişikliyi kimi daxil olur, tərəqqinin sürətlənməsinə xidmət edir. Bu dəyişilmələr "elm-texnika" sisteminin alt sistemlərində və tərkib hissələrində baş verən çox müxtəlif kəmiyyət və keyfiyyət dəyişilmələri ilə birlikdə elmi-texniki səviyyənin artan təcillə tərəqqisinə imkan yaradır, həm də bu təcilin hər bir mərhələdəki səviyyə ilə mütənasibliyini mühafizə edir.
Əgər tərəqqi stabil xarakter daşısa idi, başqa sözlə, baxdığımız sistemin inkişafı sabit sürətlə baş versə idi, orada tərəqqinin sürətinin dəyişməsinə gətirən xırda tərəflərdəki keyfiyyət dəyişilmələri bütövlükdə elmi-texniki tərəqqinin özündə təzahür edərdi; avtomatlaşma, kompleksli mexanikləşmə, kibernetika, kosmik tədqiqatlar, energetikanın inkişafı və s. dəyişilmələr yeni mərhələyə gətirər səbəb kimi, elmi-texniki inqilab kimi qəbul edilə bilərdi. Lakin tərəqqinin təcilli xarakteri daxili tərəflərin keyfiyyət dəyişilmələrini zəruri edir və əslində onsuz da mövcud ola bilməz. Həm də elmi-texniki tərəqqinin təcilli xarakteri yeni hal olmayıb, ona hələ ilk formalaşma dövründə də xas olmuş bir cəhətdir. Nəinki təkcə elmi-texniki tərəqqi, ayrılıqda elm və texnikadakı tərəqqi prosesi də həmişə yalnız təcilli xarakter daşımışdır. Lakin bu təcillər bütöv «elm-texnika» sistemi üün başqa, nisbi müstəqil elm və texnika üçün isə başqa
Dostları ilə paylaş: |