5 İCTİMAİ İNKİŞafin


tərtibdə olur. Məsələ burasındadır ki, hələ el­min və texnikanın ilkin formalaşma dövründə inkişafın təcilli xa­rak­teri yalnız daxili



Yüklə 294 Kb.
səhifə5/6
tarix01.01.2022
ölçüsü294 Kb.
#50437
1   2   3   4   5   6
58 iag3fvw1nv

tərtibdə olur. Məsələ burasındadır ki, hələ el­min və texnikanın ilkin formalaşma dövründə inkişafın təcilli xa­rak­teri yalnız daxili təkanlar hesabına əldə edilirdi. (Elmi-texniki tə­rəqqi­yə də bütöv hadisə kimi baxdıqda vəziyyət məhz bu cür xa­rak­ter daşıyır). Lakin elm və texnika arasında qarşılıqlı əlaqənin ya­ran­ma­sı və getdikcə möhkəmlənməsi əvvəlki kimi başa düşülən müs­tə­qil elm və texnika üçün kənar təsir rolunu oynamış olur. Zira bu sistemlərin vər biri artıq yalnız daxili təsirlər hesabına de­yil, kənar təsir hesabına da təcil alır və deməli iki tərtibli təcillə in­ki­şaf edir. Elm və texnikanın inkişafında baş verən bu cür key­fiy­yət dəyi­şil­mə­ləri bütöv "elm-texnika" sisteminin müntəzəm təcilli in­kişafının təmin olunmasına xidmət edir.

Elmi-texniki tərəqqidəki əsaslı dəyişilmələr təkcə elm və tex­ni­kanın daxili quruluşunu, elementlərini öyrənməklə müəyyən­ləş­dirilə bilməz. Bu cür tərkib elementlərinin özü elmi-texniki tə­rəq­qini bir ictimai proses kimi mövcud edən daha geniş tərəflərin qar­şılıqlı mövqeyindən, onların münasibətlərində əmələ gəlmiş olan dəyişikliklər və s.-dən asılıdır. Məsələn, elm və texnikanın in­ki­şaf qanunauyğunluğunun təxminən eksponensial xarakter daşı­ma­sı cəmiyyət və təbiət tərəflərinin yekun qapalı sistemlər kimi qarşılıqlı təsirinin nəticəsidir və onu elm və texnikanın tərkib his­sə­lə­rinin öyrənilməsi ilə, daxili xüsusiyyətlərin tədqiqi ilə aşkara çı­xar­maq olmaz. "Elm-texnika" sisteminin belə qanunauyğunluqla in­kişaf etməsi bir sıra statistik tədqiqatlar vasitəsilə də sübut edilmişdir.

Elmi-texniki inkişaf qanunauyğunluğunun öyrənilməsi göstə­rir ki, elmi və texniki nailiyyətlərin qısa bir dövr ərzində olduqca bö­yük inkişaf sürəti əldə etməsindən haya-küyə düşməyə, konkret nai­liyyətləri elmi-texniki çevriliş kimi qiymətləndirməyə əsas yox­dur. Axı, elm və texnikanın inkişafında yaranan bu cür, inten­siv mər­hələ əslində müntəzəm inkişafın qanunauyğun davamından baş­qa bir şey deyil. İntensivlik isə ona görə artmışdır ki, inkişaf tə­cil­li xarakter daşıyır və təcilin olması sürətin artması deməkdir. (Əvvəlki kimi başa düşülən nisbi müstəqil elm və texnika tərəfləri üçün isə, yuxarıda göstərdiyimiz kimi bu təcillər özləri də artır və deməli, sürətin artması prosesi də getdikcə intensivləşmiş olur). ...Beləliklə, müasir dövrdə intensivliyin bu qədər artması əslində müntəzəm inkişafın müasir mərhələsi üçün tamamilə qanunauy­ğun­dur və heç bir çevriliş, sıçrayış, yaxud inqilab momentini əks et­dirmir. Bu cür sürətli yüksəliş ictimai həyatın yalnız başqa sfe­ra­la­rında inqilaba gətirə bilər; hətta bu da həmişə yox, müəyyən ölçü nöqtəsini keçdikdən sonra...

Məsələ burasındadır ki, inkişaf ictimai həyatın tək bircə "elm-texnika" sferasında həyata keçmir; – bir-biri ilə əlaqədar olan müxtəlif tərəflər paralel surətdə inkişaf edir və bunlardan birində müəyyən dövr üçün ləngimə (yaxud bönran) baş verirsə, bu vəziyyət bir müddət davam etdikdən sonra, əlaqəli tərəflərin daxili strukturu elə bir şəkildə deformasiya olunur ki, bönran keçirmiş tərəfin sıçrayışlı inkişafı üçün imkan və şərait yaranmış olur. Sıç­ra­yış­da bulunan tərəf, inkişafın ətalətli xarakteri sayəsində, əvvəlcə irə­lidə olan tərəflərlə nəinki tarazlaşmış olur, hətta onları ötüb ke­çir də. Deməli, müxtəlif tərəflərin inkişaf səviyyələri ara­sın­da yal­nız dinamik tarazlıqdan danışmaq mümkündür.

Müasir dövrdə inkişaf intensivliyinin yüksək olması həm in­san şüurunun, həm ictimai birlik formalarının, həm də, süni ola­raq dəyişdirilmiş təbiət hissələrinin mövcud səviyyəsinə tama­milə müvafiqdir.

Elm və texnikanın hələ təzəcə formalaşdığı ilk mərhələdə isə cəmiyyətin ümumi inkişaf səviyyəsi o dərəcədə aşağı idi ki, həmin dövrdə onların inkişaf sürətinin çox kiçik olmasına baxmayaraq, burada qazanılan tək-tək nailiyyətlər ictimai tərəqqidə böyük inqi­lab­lara da gətirə bilirdi. Bu barədə F.Engels "Anti–Dürinq" əsə­rin­də yazır: "...sürtmə yolu ilə od əldə edilməsi öz ümumdünya ta­rixi xilaskarlıq əhəmiyyətinə görə hələ buxar maşınından üstün­dür. Axı, sürtmə yolu ilə od əldə edilməsi ilk dəfə insanı təbiətin müəy­yən bir qüvvəsinə hakim etmiş və bununla da, insanı heyvan alə­min­dən qəti olaraq ayırmışdır. Buxar maşını heç bir zaman bəşə­riy­yətin inkişafında bu qədər böyük sıçrayışa səbəb ola bilmə­yə­cəkdir...".

Tamamilə buna müvafiq surətdə müasir dövrdə baş verən çoxlu miqdarda dəyişilmələr nəinki "od əldə edilməsi" ilə, hətta buxar maşınının kəşfi ilə də müqayisədə daha az çevrilişlər yarada bilər. Əgər "sürtmə yolu ilə od əldə edilməsi insanı ilk dəfə təbiətin müəyyən bir qüvvəsinə hakim etmiş və bununla da, insanı heyvan aləmindən qəti surətdə ayırmışdısa" da, cəmiyyət tarixinin başlan­ğı­cını qoymuşdusa da, və əgər buxar maşınının kəşfi (bunun nəti­cə­sində isə böyük enerji məsrəfi ilə işləyən işci maşınlardan istifadə olun­ması) cəmiyyət tarixində bir istehsal üsulundan digərinə ke­çidə səbəb olmuşdusa, müasir dövrdə əldə edilmiş elmi və texniki nailiyyətlərdən heç biri, nə avtomatlaşma, nə kibernetika, nə atom və nüvə energetizmi, nə bionika, nə "kosmizasiya", nə maşınla ma­şın istehsalı, nə lazer, nə molekulyar biologiya, nə də nisbilik nəzə­riy­yəsi və kvant mexanikası bunlarla müqayisə oluna biləcək çevri­liş­lər yaratmamışdır.

Müasir dövrdə baş verən böyük ictimai çevriliş belə konkret nailiyyətlərlə yox, tamamilə yeni keyfiyyətli bir hadisə ilə – cəmiy­yə­tin özünü dərk etməsi prosesi ilə bağlıdır və, elmi-texniki tərəqqi bu prosesə təkan verən amillərdən yalnız biridir.

Belə bir dialektik prinsip nəzərə alınsa idi ki, genişəhatəli tə­rəf­lərdə kəmiyyət dəyişilmələri təşkiledici tərəflərin həm kəmiyyət, həm də


Yüklə 294 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin