Müasir texnologiyalar bankla əlaqə zamanı vaxta və resurslara qənaət etməyə imkan verir.
Bu isə İnternet-bankinqin çox böyük inkişaf perspektivinə malik olmasına və onun
bank xidmətləri bazarı genişlənir, kütləviləşir və xidmət miqyasının böyüməsi ilə gəlir
bank kapitalının yeni tətbiq sahələri formalaşır və müxtəliflik hesabına əlavə gəlir
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
www.jpis.az 47
yüksək təhsilli və gəlirli müştərilərə fərdi bank xidmətlərinin göstərilməsi elmtutumlu
bank xidmətlərinin artımına gətirib çıxarır;
CRM sistemlərinin tətbiqi ilə müştərilərə fərdi yanaşma hesabına əlavə imkanlar
qazanılır.
Hazırda İnternet-bank biznesi sahəsində bir neçə model mövcuddur:
əsas on-layn bankın İnternet bölməsi;
on-layn bankın öz markasıyla müstəqil hüquqi şəxs statusunda təsis etdiyi İnternet-
bank;
qeyri-bank müəssisələrinin (sığorta, texnoloji və s.) İnternet-banka analoji olaraq təsis
etdiyi virtual bank;
e-maliyyə supermarket aqreqatoru (həm özünün, həm də digər maliyyə institutlarının
məhsul və xidmətlərinin veb-satışını təşkil edən bank).
Bu modellərdən ilk ikisi daha çox inkişaf etmişdir. Birinci model daxili bazarda, ikincisi
isə beynəlxalq maliyyə bazarlarında daha çox fəaliyyət göstərir.
Bunlardan başqa, qeyd olunmalıdır ki, distant bank xidmətlərinin on-layn rejimdə təqdim
olunan digər xidmətləri ilə müqayisədə İnternet-bank və “bank-müştəri” sistemləri vasitəsilə
təqdim olunan xidmətlərin perspektivləri daha yüksəkdir [8]. Bu, aşağıdakı səbəblərlə izah
olunur:
1.
Qlobal İnternet istifadəçilərinin sayının daim artması. Əgər 2005-ci ildə dünyada
İnternet istifadəçilərinin sayı 1 milyarda yaxın idisə, hazırda bu rəqəm 3 milyardı ötüb
keçmişdir.
2.
Qlobal İnternet şəbəkə vasitəsilə həyata keçirilən bank məhsulları və xidmətlərinin
istehlakçılarının sayının artması.
3.
İnternetin fəal istifadəçilərinin sayının sürətlə artması banklara bu qlobal şəbəkə
vasitəsilə yayımlanan bank məhsullarının və xidmətlərinin istehlakçılarının sayını
yüksək sürətlə artırmaq imkanı verir.
4.
İnternet şəbəkəsi vasitəsilə müştərilərə göstərilən bank xidmətlərinin məsrəflərinin
aşağı olması.
5.
E-kommersiyanın inkişafı ilə bağlı olaraq fiziki şəxslərə İnternet vasitəsilə bank
xidmətlərinin göstərilməsinin zəruriliyi.
Qeyd etmək lazımdır ki, e-kommersiyanın inkişafı İnternet vasitəsilə həyata keçirilən alqı-
satqının ödəniş mexanizmlərinin işlənilməsinə səbəb oldu. Əvvəllər İnternet vasitəsilə alqı-
satqının ödənişi üçün kredit və debet kartlardan istifadə olunurdusa, 90-cı illərin ortalarından
İnternetdə ödənişlərin həyata keçirilməsi üçün İnternet-bankinqdən istifadə olunmağa başlandı.
E-kommersiyanın inkişafı bank xidmətlərinin forması ilə yanaşı, pul vəsaitlərinin təkamülünə,
elektron pul (web-money) surroqatlarının, çeklərin və banknotların analoqlarının meydana
gəlməsinə səbəb oldu.
İnternet-bankinq inkişaf etdikcə müştəri seçimində ərazi yaxınlığı öz əhəmiyyətini itirir. Belə
olan halda əsas əhəmiyyətli meyarlar qismində bankın etibarlılığı və dayanıqlılığı, tarif
siyasətinin mütəhərrikliyi, əlavə xidmətlərin həcmi və keyfiyyəti və s. kimi göstəricilər
çıxış edir [14].
İnternet-bankinqin yeni imkanları onu dünyada daha dinamik inkişaf edən bank
xidmətlərindən birinə çevirmişdir. Belə deməyə tam əsas vardır ki, tezliklə bütün banklar
İnternet-xidmətləri göstərməyə məcbur olacaq. Əks halda onlar öz müştərilərini itirəcəklər.
İndiki zamanda bank xidmətlərinin göstərilməsi sürəti böyük əhəmiyyət kəsb edir. Bu istənilən
məkandan real vaxt rejimində hesabların idarə edilməsi şəraitində mümkündür. Müştərilərin əsas
tələbləri rahatlıq, mobillik və operativlik olduğundan artıq İnternet-bankinqin xidmətləri əksər
banklar üçün standarta çevrilmişdir.
Qeyd edək ki, İnternet-bankinqin inkişafı maliyyə xidmətləri və məhsulları üzrə vahid
virtual fəzanı əmələ gətirə bilər. O, virtual maliyyə məhsulları və xidmətlərinin supermarketi
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
48 www.jpis.az
kimi fəaliyyət göstərməklə İnternetdə bütün maliyyə əməliyyatlarının aparıldığı elektron məkan
kimi inkişaf etməkdədir.
Dostları ilə paylaş: