Bank sferasında fərdi kompyuterlərin tətbiqi ilə monitorinqlərin aparılması və hesabların
idarə olunması üzrə ilk informasiya-hesablama sistemləri (“Home bankinq” sistemləri) 1980-ci
illərin əvvəllərində meydana gəlmişdir. O zaman bunun üçün müştərilərin kompyuterləri ilə bank
arasında birbaşa modem əlaqəsi qurulmuşdu. Sürətli İnternet meydana çıxanadək bu sistemlər
1990-cı illərdən başlayaraq dünyanın aparıcı bankları şəbəkə vasitəsilə hesabların idarə
edilməsi üçün mükəmməl layihə işləyib hazırladılar. 1995-ci ildə ABŞ-da ilk virtual banklar –
(məsələn, Security First Network Bank) meydana gəldi. Bu bankların fəaliyyətinin ilkin
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
42 www.jpis.az
yekunları göstərdi ki, həmin bankların aktivləri, kapitalın aylıq artım faizi və müştəri
hesablarının sayı əvvəlki vaxtlara nisbətən xeyli artmışdı.
Avropada isə İnternet vasitəsilə əməliyyatları həyata keçirən ilk virtual bank 1996-cı ildə
Almaniyanın Drezden bank qrupu strukturuna aid Advance bank olmuşdur. Belə banklara
nümunə olaraq Netbank (1996), Compubank (1998), BankDirect (1999) kimi digər bankları da
göstərmək olar [3].
2001-ci ilin mart ayında Yaponiya hökuməti Sony korporasiyasının on-layn bankının
açılmasına lisenziya verdi. Bankın fəaliyyətinin ilk aylarında 20 mindən çox hesab açıldı.
Yaponiya və ABŞ-da bu sahənin inkişafı 2004-cü ilin sonunda hər 3 bankdan birinin İnternet-
bankinq xidmətini dəstəkləməsi ilə nəticələndi.
Rusiyada onlayn-bankinq 1998-ci ildə Avtobankda “İnternet Servis Bank” sisteminin
tətbiqi ilə başlamışdır. Bu sistem fiziki şəxslər üçün tətbiq edilmişdi, öz hesablarını idarə etmək
üçün təkcə standart brauzerin olması kifayət idi. Hazırda isə Rusiyada yüzlərlə bank İnternet-
bank sistemi ilə işləyir. Bu ölkədə bankların 60%-dən çoxunda distant xidmət sistemi – İnternet-
bankinq tətbiq olunur [4].
Azərbaycanda ilk İnternet-bankinq sistemi 2008-ci ildə Azərbaycan Beynəlxalq Bankında
(ABB) tətbiq olunmağa başlanmışdır [5].
Dünyada İnternet-bankinq bazarının əsas tendensiyaları istifadəçilərin sayının və əlavə
funksional sistemlərə təlabatın sürətlə artmasından ibarətdir. Hal-hazırda dünyada İnternet-
bankiq xidmətinin milyonlarla istifadəçisi vardır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə bu
xidmətlərin əhatə dairəsi 90%-dən çoxdur
.
İnternet-bankinq üçün əsas ödəniş əməliyyatları fiziki
şəxslər üçün olan hesablama-ödəniş xidmətləridir. Son vaxtlara qədər belə xidmətləri əsasən
banklar icra edirdilər. Bir çox banklar tərəfindən terminalların xüsusi şəbəkəsi yaradılsa da,
terminalların çox hissəsi hesablama-ödəniş xidmətləri üzrə qeyri-bank şirkətlərinə aiddir və onlar
tərəfindən istismar olunur. Bu terminallar kommunal, telekommunikasiya xidmətləri, istehlak
krediti, məhsullar və xidmətlər üzrə ödəniş etməyə imkan verir.
İnternet-bankinqin inkişafı hüquqi ünvanından başqa heç bir real nümayəndəliyi olmayan,
bütün fəaliyyətini ancaq kompyuter şəbəkələri vasitəsilə həyata keçirən şəbəkə banklarının da
yaranmasına səbəb olmuşdur.
Dostları ilə paylaş: