İnternet-bankinq bankların öz müştərilərinə göstərdiyi əsas xidmətlərdən biridir. Bu xidmət
növü vaxta qənaət edərək, müştərilərin evdən, yaxud iş yerindən çıxmadan öz kartlarındakı
vəsaiti və ya cari hesabını idarə etməyə imkan verir. İnternet-bankinq texnologiyaları banklara və
onların fəaliyyətinə aid informasiyanın İnternet vasitəsilə ötürülməsinə əsaslanır. Bu
texnologiyaların tətbiqi zamanı müştəri bank ilə qarşılıqlı əlaqə yaratmaq üçün standart İnternet-
brauzerdən istifadə edir. Ona görə də İnternetə çıxışı olan istənilən kompyuter həmin sistemlə
İnternet-bankinq texnologiyalarının universallığı onu həm fiziki şəxslər, həm də
müəssisələr üçün əlyetərli etməklə onların maliyyə vəsaitlərinin idarə edilməsinin səmərəliliyini
Ümumiyyətlə, ödənişlərin İnternet vasitəsilə idarə edilməsi kompyuterdə işləyə bilənlər
üçün çətin deyil və İnternet-bankinq sistemindən istifadə etmək üçün, demək olar ki, hər hansı
İnternet-bankinq sistemi vasitəsilə real vaxt rejimində günün istənilən vaxtında müştəri
kartlar haqqında ümumi məlumatın (kartların siyahısı, növləri, adları və hər bir kartın
İnformasiya cəmiyyəti problemləri, №2(4), 2011, 41-49
www.jpis.az 43
kart və ya cari hesab üzrə, istənilən təqvim ayı ərzində aparılan əməliyyatlar haqqında
ətraflı məlumatla çıxarışların tərtib edilməsi;
kommunal xidmətlərə görə ödənişlərin edilməsi;
mobil telefon rabitəsindən istifadəyə görə ödəniş edilməsi;
Karttransfer xidməti vasitəsilə kartdan karta pul vəsaitlərinin köçürülməsi;
İnternet xidmətlərinə görə ödənişlərin edilməsi;
stasionar rabitəyə görə ödənişlərin edilməsi.
İnternet-bankinq istifadəçiləri üçün ATM şəbəkəsindən və İnternet şəbəkəsinə qoşulmuş
kompyuterlərdən istifadə edərək, banka müraciət etmədən İnternet-bankinq sisteminə qoşulmaq
imkanı yaradılmışdır. Bu sistemdən istifadə etmək üçün heç bir əlavə proqram təminatı tələb
edilmir, bunun üçün istənilən İnternet-brauzer kifayət edir.
Alıcı, İnternet-mağaza və bank arasındakı qarşılıqlı fəaliyyət sxeminin mahiyyəti aşağıdakı
kimidir:
1.
Alıcı virtual mağazadakı əmtəəni seçir;
2.
Mağaza alıcıya İnternet-bankinq vasitəsilə özünün elektron-rəqəm imzasıyla (ERİ)
təsdiqlənmiş ödəniş hesabı təqdim edir;
3.
Alıcı həmin hesabı özünün ERİ ilə təsdiqləyərək ya hesabı ödəyir, ya da hər hansı bir
digər gözləmə qərarı qəbul edir;
4.
Bank avtomatik olaraq həmin vəziyyət haqqında İnternet-mağazaya məlumat verir;
5.
Mağaza aldığı məlumata uyğun olaraq əmtəəni ya alıcıya göndərir, ya da növbəti
bildirişə qədər gözləmə mövqeyində qalır.
Qeyd etmək lazımdır ki, bir çox yerlərdə İnternet-bankinqlə, adətən, müştəri şirkətlərinin
mühasibləri məşğul olur və demək olar ki, qarşılıqlı hesablaşmaları yerinə yetirir, həmçinin digər
vergiləri ödəyir. Bu isə ümumi işin səmərəliliyinə az təsir edir. Yaxşı olardı ki, İnternet-
bankinqlə şirkətlərin maliyyə direktorları işləsin və bankın onlara göstərdiyi maliyyə idarəetməsi
texnologiyalarının (aktivlərin idarə olunması, investisiya, kreditləşmə, sığorta, konsaltinq və s.)
xidmətlərindən tam istifadə etsin. Bu işin səmərəsinin artırılmasına gətirə bilər.
Bunlardan başqa, elektron kommersiyanın bəzi formalarında nağdsız ödənişləri operativ
izləmək mümkün olmadığından sövdələşmələrin tam realizasiyası və əmtəənin hərəkəti də
ləngiyir. Ona görə də bankın özünü də informasiya sisteminə daxil etmək və ödəniş haqqında
satıcını operativ məlumatla təmin etmək lazımdır. Bu, həm də müştərilərin kommersiya
əməliyyatlarının səmərəli idarə olunmasına şərait yaradır [7].
İnternet-bankinqin inkişafı iri banklara külli miqdarda gəlir gətirir. İri bankların maliyyə
resursları kifayət etdiyinə görə onlar müasir İKT-nin əsas kompleks və sistemlərini, o cümlədən
CRM-sistemlərini tətbiq edə bilirlər ki, çəkilən xərclər tezliklə özünü ödəyə bilsin.
Dostları ilə paylaş: