memarlığının inkişafını müəyyən-
ləşdirən 3 əsas üslub istiqamətini əks etdirən Şirvan, Naxçıvan və
Arran memarlıq məktəbləri də elə bu illərdə təşəkkül tapır. Bu ocaq-
ların üslub istiqamətində lokal cəhətlər, o cümlədən regionun etnik
və sosial quruluşu həlledici rol oynayırdı.
Əsas tikinti materialı yerli əhəndaşı olan Şirvan-Abşeron
memarlıq məktəbi üçün daha dayanaqlı, sadə və çox vaxt asimmet-
rik kompozisiyalar, saya memarlıq dekoru səciyyəvi olmuşdur.
Daşla kərpicin birgə yanaşı işlədilməsi ilə tikilən Arran memarlıq
abidələri qamətli kompozisiyası, daha zərif ayrintiları və incə gör-
kəmi ilə Şirvan məktəbi nümunələrindən seçilirdi.
Ən yüksək inkişaf mərhələsi Azərbaycan Atabəyləri dövləti
dövrünə düşən, əsasən, bişmiş kərpicdən tikilən Naxçıvan-Marağa
məktəbi abidələrinə bir sıra xüsusiyyətlər-binanın əsas tikinti kütləsi
və üzlük örtüyünə ayrılması, üzləmə bloklarının işlədilməsi, gövdə-
nin karkas sxemi, hər yandan fasadlı olmaq, dekorda həndəsi orna-
mentin üstünlüyü, şirli kərpiclərin işlədilməsi, epiqrafikanın rolunun
artması və s. xasdır.
Bu dövrün abidələrindən Bakının-Qız qalası, Mərdəkan qala-
sı, Şamaxının-Gülüstan qalası, Beyləqanın, Gəncənin, Təbrizin,
Marağanın müdafiə divarları, Abşeronun (Bakı, Mərdəkan, Nar-
81
daran, Ramana və s.) qalaları, məscid, mədrəsə və xanəgahlar (İçəri
şəhərdə Sınıqqala minarəsi, Pir Hüseyn xanəgahı və s.), məqbərələr
(Əcəminin yaratdığı memarlıq abidələri-Mömünə xatun-1186, Yusif
ibn Küseyr məqbərəsi-1162, Qoşaminarə-1187, Cümə məscidi və
s.), körpülər (Xudafərin (1027), Cuqa və s.), Gəncə qala qapıları-
1063, Şamaxıının Sündü kəndində tikilmiş günbəzli məscid-920,
Əlincə qalası, Lerikdə Oğlanqala, X əsrdə Ağoğlan çayı sahilində
tikilmiş Amaras monastrı özlərinə məxsus üslubları ilə fərqlənirdi.
XII əsrdə Naxçıvan mtmarlıq üslubunda Marağada Göy günbəz,
Urmiyada Üç günbəz məscidləri, Culfada sərdabələr ucaldılmışdı.
XI-XII əsrlərdə tətbiqi incəsənətin bir sıra sahələrinin (saxsı qablara
bəzək vurulması, parçaların rənglənməsi və naxışlanması, ağac,
şüşə və s. emalı, metala naxış basılması, xalçaçılıq və s.- də) inkişaf
səviyyəsi xeyli yüksəlmişdir.
Ümumiyyətlə, XI-XIII əsrlərin əvvəlləri dövrünü Azərbaycan
memarlığı tarixində dönüş mərhələsi saymaq olar. Bu dövrün geniş
tikinti işləri Azərbaycan memarlığını yeni bina tipləri (qülləvari
türbə, mədrəsə), konstruktiv fəndlər (ikiqatlı günbəzlər, mərkəzi
dayaqlı tağ örtüyü), memarlıq elementləri (dairəvi minarə, ikimi-
narəli baştağ), memarlıq bəzəyi vasitələri (həndəsi ornament, şirli
kərpic, bloklarla üzləmə) və s. ilə zənginləşdirir.