XII əsr Azərbaycan intibah dövrü hesab edilir. Bu dövrdə paytaxt
şəhərlər olan Təbrizdə, Şamaxıda, Naxçıvanda, Gəncədə və b. elmi
mərkəzlər yaradılmışdı. Şivanşahların və Eldənizlərin saraylarında
dövrün ən yaxşı alimləri toplanmışdı. Onların riyaziyyat, təbiət-
şünaslıq, tibb, kimya, fəlsəfə, məntiq, hüquq, astronomiya, ərəb və
fars ədəbiyyatı və b. sahələrdə böyük müvəfəqiyyət və uğurları
olmuş, bir çoxları müsəlman mədəniyyəti və elminin xadimləri kimi
tanınmışdılar. Bunlardan görkəmli alim Fəridəddin Şirvani 30 il
astronomiya ilə məşğul olmuş və bir neçe ulduz cədvəli tərtib et-
mişdir. XI-XII əsrlərdə təbabət sahəsində yüksək biliyə malik olan
həkimlərdən Kafiəddin Ömər ibn Osman, Mahmud xoca, Rəşidəd-
din, atabəy Özbəyin şəxsi həkimi olan Cəlaləddin Təbib, Müh-
zəbəddin Təbrizi, Əkmələddin Naxçivani və b. göstərmək olar.
Bunlar öz əsərlərində bir çox xəstəliklərin müalicə yolları nəzərdən
keçirir, əczaçılıq və müxtəlif xəstəliklərin müalicə prinsipləri haq-
qındakı bütün məlumatları ümumiləşdirmişlər.
Nəzərdən keçirilən dövrdə tarixi, filoloji, fəlsəfi məzmunlu
xeyli əsər yaradılmışdır. Hərtərəfli biliyə malik olan Fəxrəddin
Əbülfəzi İsmayıl ibn əl-Musanna ət-Təbrizinin qələmə aldığı “Ta-
rixi-Azərbaycan” əsəri də dövrümüzə yetişməyən əsərlərdəndir.
“Şərqdə təşkil edilən ilk mükəmməl universitetlərdən birincisi”
hesab edilən “Nizamiyyə” mədrəsəsində dərs deyən bir çox alimlər
içərisində İsmayıl ibn əl-Musanna ət-Təbrizidən başqa, Xətib
Təbrizi, gəncəli Əbu Hafs Ömər ibn Osman ibn Şueyb əl-Cənzini,
Tacəddin Əbu-İ-Fədail Məhəmməd ibn əl-Hüseyn ibn Abdullah əl-
Urməvini, Əbul-Fadl Mahmud ibn Əhməd ibn Məhəmməd əl-
Ərdəbilini, İbn Sinanın şagirdi Bəhmənyarı, görkəmli mütəfəkkir və
sufi olan Şibahəddin Suhrəvərdini və b. göstərmək olar.
XI-XIII əsrin əvvəllərində Azərbaycan poetik məktəbi özünün
Nizami Gəncəvi, Əbül Üla Gəncəvi, Əfzələddin Xaqani, Fələki
Şirvani, Mücirəddin Beyləqani, Məhsəti Gəncəvi və b. sənətkarları
ilə məşhur idi. Bu məktəbdə ədəbi sənətlə real həyat arasında bağ-
lılığı, uzlaşmanı təmsil edən, Rudəkidən başlayaraq Firdovsi və b.
79
şairlər, o cümlədən Qətran Təbrizi tərəfindən inkişaf etdirilən
farsdilli şerin Xorasan-Türküstan səpkisindən-üslubundan fərqli
olaraq yeni poetik “səbki təmtəraqi” adlı Azərbaycan üslubu yara-
dildi. O dövrün görkəmli alimlərindən olan Əfzələddin Xaqaninin
şerinin əhəmiyyətli cəhətlərindən biri də fars dilinin hökmranlıq et-
diyi şeir dilinə şairin doğma azərbaycan-türk sözlərini gətirməsidir.
Bunlardan şairin “Məra dər parsi fohşi ke quyənd, be torki çərxeşan
quyəd ke sənsən” (“farsca mənə söyüş desələr, çərxi fələk onlara
türkcə deyər ki, sənsən”) misralı məşhur beytində işlədilmiş “sən-
sən” sözünü, eləcə də özünün şeir “Divan”-ında işlətdiyi su, Tanrı,
vuşaq (uşaq), çuxa, qunduz, xatun, sürmə, qara qız, dağ, xan və s.
bu kimi sözləri qeyd etmək olar.
XII əsrin ortalarına yaxın yaranan Azərbaycan Atabəyləri
dövlətinin hakimiyyəti dövründə Gəncə və Şirvan poetik məktəbləri
artıq ən yüksək inkişaf mərhələsinə yetişmişdir. Atabəylər sarayında
fəaliyyət göstərən şairlər Xaqani tərəfindən təməli qoyulan yeni
üslublu farsdilli Azərbaycan şerini yüksək sənətkarlıq səviyyəsinə
çatdırmağa çalışırdılar. Lakin Xaqani zirvəsini fəth etmək, Azərbay-
can poeziyasını daha yüksək zirvələrə çatdırmaq səadəti Nizami
Gəncəviyə nəsib oldu.
Bu dövrdə mənşəcə türk olan Səlcuq hökmdarlarının, Atabəy-
lərin, Şirvanşahların üstünlük verdikləri fars dili özünün inkişafı və
təkmilləşməsində məhz Azərbaycan poetik məktəbinin nümayəndə-
lərinə, xüsusilə dahi Nizami Gəncəviyə borcludur. Onun “Xəmsəsi”
dünya ədəbiyyatının ən dəyərli nümunəsidir. Şair bu əsəri ilə şeir
sənətini saraylardan və məddahlıqdan uzaqlaşdırıb, bu gün başa
düşdüyümüz mənada bədii ədəbiyyat yaratdı. O, insanı özünün
qəhrəmanı edib, onun hiss və həyəcanlarını, duyğu və düşüncələ-
rini, arzu və istəklərini tərənnüm edirdi. Şəxsiyyət, onun həyatı, ma-
hiyyəti, təfəkkür tərzi və fəlsəfəsi Nizamini düşündürən, onun
poemalarının əsas xəttini təşkil edən mövzular idi. Nizami əsərlə-
rində sənətkarlıq, forma və məzmun vəhdətdə olub bir-birini ta-
mamlayırdı. Görkəmli söz ustaları Əmir Xosrov Dəhləvini, Hacı
Kirmanini, İmadəddin Kirmanini, Əbdürrəhman Camini, Əlişir Nə-
80
vaini, Hatifini, Füzulini və b. Nizami məktəbinin davamçiları hesab
etmək olar.
Bütün yuxarıda göstərilənlər, XI-XII əsrlərdə şimallı-cənublu
Azərbaycan ərazisində elmin sürətli inkişafını, onun müxtəlif sahə-
lərinə dair onlarla əsərlərin yazıldığını, bu əsərlərin əsasən dövrün
elm dili olan ərəb dilində qələmə alındığını, Azərbaycan alimlərinin
Yaxın və Orta Şərq müsəlman mədəniyyətinin inkişafında tutduq-
ları əvəzedilməz və əhəmiyyətli mövqelərini açıqlayır. Elmin,
mədəniyyətin bu inkişafı ölkənin sosial-iqtisadi vəziyyətinin və şə-
hər mədəniyyətinin ümumi yüksəlişi ilə bilavasitə bağlıdır.
XI-XII əsrlərdə Azərbaycanın ən böyük iqtisadi, siyasi və mə-
dəni mərkəzləri olan Şamaxı, Bakı, Gəncə, Naxçıvan, Beyləqan,
Təbriz, Marağa, Urmiya və b. şəhərlərdə müxtəlif səciyyəli abidələr
inşa edildi. Orta əsr Azərbaycan Dostları ilə paylaş: |