8. Kompüterin xarici (köməkçi) yaddaş qurğuları



Yüklə 295,25 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix20.12.2022
ölçüsü295,25 Kb.
#76563
  1   2   3   4   5
8. Komp. xarici yaddaş qurğuları.



8. Kompüterin xarici (köməkçi) yaddaş qurğuları 
8.1. Xarici yaddaş anlayışı 
Əsas yaddaşın həcminin nə qədər olmasından asılı olmayaraq, o həmişə 
azlıq edir. İnsanlar həmişə kompüterin yaddaşında tuta biləcəyindən daha çox 
informasiya saxlamaq istəyirlər. Texnologiyanın inkişafı ilə insanlar əvvəllər 
tamamilə fantastik hesab edilən şeyləri düşünürlər. Məsələn, mərkəzi kitabxananı 
(kitabları, şəkilləri, bədii filmləri, sənədli filmləri və s...) rəqəmsallaşdırmaq. Bu 
həcmdə informasiyanı əsas yaddaşa yerləşdirmək mümkün deyil. Bunun üçün 
kompüterin xarici yaddaş qurğularından istifadə edilir. 
Xarici yaddaş - böyük həcmli informasiyaların (məlumatın) uzunmüddətli 
saxlanması üçün nəzərdə tutulmuşdur.
Bu, enerjidən asılı olmayan yaddaşdır.
Çünki kompüterin elektrik enerjisi 
mənbəyinə bağlı olub-olmamasından asılı olmayaraq orada informasiyalar 
saxlanılır. Kompüterin xarici yaddaşı kimi informasiyaların saxlandığı müxtəlif 
disklərdən istifadə edilir.
Onlara informasiya daşıyıcıları deyilir.
Hal-hazırda üç növ informasiya daşıyıcısı istifadə olunur: 
- Maqnit disklər; 
- Optik disklər
- Maqnitooptik disklər. 
Şəkil 8.1-də verilmiş yaddaş strukturu böyük həcmli məlumatların 
saxlanması probleminin ənənəvi həllidir.
 
 
Şəkil 8.1. Yaddaşın struktur sxemi 
Registrlə

Keş-yaddaş 
Əsas yaddaş 
Maqnit diski 
Maqnit lentləri 
Optik disk 


Ən yuxarı hissədə prosessor registrləri yerləşir. Registrlərə giriş daha sürətlə 
həyata keçirilir. Bundan sonra həcmi 32KBt-dan bir neçə MBt-a qədər olan keş-
yaddaş gəlir. Sonra əsas yaddaş, maqnit diskləri və nəhayət, arxivləşdirilmiş 
informasiyanı saxlamaq üçün istifadə olunan maqnit lentləri və optik disklər 
yerləşir. 
Şəkildəki struktur üzrə yuxarıdan aşağıya doğru irəlilədikcə üç parametr 
artır. Birincisi - giriş vaxtları artır; ikincisi – yaddaşın həcmi artır; üçüncüsü – 
bitlərin sayı artır. 

Yüklə 295,25 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin