CD-R disklər isə uzun müddətli, dəyişilməz faylların saxlanılması üçün
istifadə olunur. CD-R disklər əsasən proqramların və arxiv faylların saxlanılması,
audio faylların yazılması üçün istifadə edilir.
CD-ROM (Compact Disc Read Only Memory)- qurğusu ilk optik yaddaş
qurğusudur. CD-ROM yüksək xüsusi informasiya tutumuna malikdir. CD-ROM –
dan informasiyanın oxunması kofayər qədər yüksək, ancaq sərt diskdə olan yaddaş
qurğularının iş sürətindən hiss olunacaq dərəcədə az sürətlə baş veirir.
DVD (Digital Video Disk). - Daha böyük həcmli informasiyaların
saxlanılmasında CD disklər kifayət etmədiyi üçün yeni bir standart, DVD standart
yaradıldı. DVD disklər də ümumilikdə kompakt disklərə oxşayır.
Adi kompakt
disklər kimi 120 mm. diametrə malikdir.
Lakin onları yaratmaq üçün fərqli bir texnologiya növü istifadə edilmişdir.
Qırmızı əvəzinə, DVD lazer daha qısa infraqırmızı işıqdan istifadə edir ki, bu da
yaddaş tutumunu artırır. İki qatlı DVD-lər 8,5 GBayt-a
qədər məlumat saxlaya
bilər.Əsasən böyük həcmli video faylların saxlanılması üçün nəzərdə tutulur 8.
Dostları ilə paylaş: