Vətən uğrunda ölmək Ģərəf olsa da, heç də
hamı vətən uğrunda ölmək istəmir. M ü ə l l i f
əvvəlcə irəliləyə bilmirdik. Sonra əvvəlki günlər apardığımız kəşfiyyat
köməyimizə çatdı. Döyüşdən bir neçə gün qabaq kəşfiyyat
(kəşfiyyatçılar: Abdullayev Yaşar və İbrahimov Natiq) apararkən
qayalığın altındakı dərə ilə irəliləməyin əlverişli və düşmən üçün
gözlənilməz olacağını müəyyən etmişdik. Döyüş zamanı belə də etdik və
düşmənin gözləmədiyi yerə-qayalığa dırmaşaraq onların ən yüksəkdə
yürləşən mövqelərini atəşə tutduq. Düzgün planlaşdırılan əməliyyat
nəticəsində Spartakın uzaqgörənliyi və əsgərlərin qoçaqlığı və taktiki bir
cəldliklə iki saatlıq döyüşdən sonra erməniləri yüksəklikdən qovduq.
Səhər açılanda artıq biz yüksəlkikdən meşə aşağı qaçan ermənilərə atəş
açırdıq. Ətrafda və meşəlikdə düşmən saqqallılarının meyidləri
qalmışdı...”
1992-ci ilin yayında Kəlbəcərin Mərcimək kəndində təpədən-
dırnağadək silahlanmış 6 rus zabitini tutulmuşdu. Onlar Kəlbəcər və
Ağdərə bölgələrində casusluqla məşğul olan və təxribat törədən bir dəstə
olmaqla dəfələrlə Kəlbəcərdən Tərtərə gedən maşın karvanlarını
güllələmiş, yolları minalamış, ermənilərə məlumatlar ötürmüşlər.
Əvvəlcə onları güllələmək istədik, lakin müəyyən məlumatlar əldə etmək
məqsədi ilə Bakıya göndərdik. Həmin təxribatçı dəstə 1993-cü ildə
ruslara təhvil verildi.
Avqust ayında polkovnik Z.Rzayevin əmri ilə Kəlbəcər
batalyonundan bir qrup döyüşçü kapitan B.Nəsibovun və leytenant
R.Əmirovun komandanlığı altında Ağdərə istiqamətinə, daha doğrusu
Narışdar kəndinə göndərildi. Orada döyüş əməliyyatları aparan tabora
Çingiz Əliyev komandirlik edirdi. Tabor əməliyyatlar zamanı itki
verdiyinə görə Kəlbəcər batalyonunun döyüşçüləri onlara köməyə
göndərilmişdi.
Həmin döyüşün iştirakçısı kapitan B.Nəsibovun dediklərindən:
“Biz 55 nəfərdən ibarət xüsusi döyüş dəstəsi tabor komandiri Ç.Əliyevin
sərəncamına göndərildik. Bizə tapşırıq verildi ki, Qozlu kəndi
istiqamətində yerləşən yüksəklikləri ələ keçirilməliyik. Tapşırıq olduqca
çətin idi. Buna baxmayaraq əvvəlcədən aparılmış düzgün kəşfiyyat
nəticəsində biz əməliyyatın birinci hissəsini yerinə yetirə bildik. Belə ki,
müəyyən yüksəkliklər ermənilərdən təmizləndi. Buradan hücumu davam
etdirmək olardı. Lakin, düşmən əlverişli yüksəklikləri xoşluqla əldən
vermək istəmirdi. Gecə hərəkətə başladıq və düşmən mövqelərinin bir
neçəsini ələ keçirməyimizə baxmayaraq bizim dəstənin bir hissəsi
ermənilərin pusqusuna düşdü. Bu döyüşdə 13 nəfər, o cümlədən, tağım
101
Əgər qorxmaq istəmirsənsə, yadına sal ki,
qorxmağa qalsa, hər Ģeydən qorxmaq olar. S e n e k a
komandiri leytenant Əmirov Rəsul, Qurbanov Zülfüqar, Sarıyev Fariz,
Xəlilov İlham, Cabbarov Əkbər və digərləri həlak oldular, leytenant
Xəlilov Xəlil, Abbasov Mahir, Musayev Nazim, Hüseynov Qərib,
Seyidov Fariz yaralandılar. Itki versək də mövqelərimizi əldə saxlaya
bildik. Burada da vəziyyət yaxşı deyildi. Həm düşmən bizdən əlverişli
yerdə idi, həm də bir neçə həlak olmuş döyüşçülərimizi götürə bilmirdik.
Yuxarı komandanlıqdan kömək istədik. Köməyə gələn 3 tankın iştirakı
ilə yenidən hücuma keçdik və ermənilərin mövqelərini darmadağın etdik.
Çoxlu sayda itki verən düşmən Dovşanlı(Vəng) ətrafına sıxışdırıldı. Biz
həmin yüksəkliklərdə müdafiəyə keçdik və bir neçə gündən sonra
mövqeləri Ç.Əliyevə təhvil verib öz dəstəmlə Kəlbəcərə qayıtdım.
Sentyabrın 3-də yeni döyüş tapşırığı aldım: mənə təhkim
olunmuş 60 nəfərlik Kəlbəcər batalyonunun döyüşçüləri ilə 713 saylı
batalyona köməyə göndərildim. Tapşırıq belə idi: Qozlu kəndinin cənub-
qərbindəki itirilmiş mövqeləri düşməndən geri almaq. Maşınlarla
gedirdik, yaxınlaşanda maşınları topla atəşə tutan düşmən bizi məcbur
etdi ki, piyada hərəkət edək. Biz silah-sursatımızı götürüb bir neçə
yüksəkliyə qalxdıq. Oradan müşahidə apardım ki, bizdən irəlidə hələ bir
neçə itirilmiş səngərlərimiz var. Mən tələsmədim, əvvəlcə buradakı
səngərlərimiz qaydaya saldıq və sonrakı əməliyyat barədə planlarımızı
götür-qoy etdik. Tabor çox itki vermiş və bir neçə yüksəklik əldən
getmişdi. Mən başa düşdüm ki, əvvəlcə hazırkı yüksəkliklərdə müdafiə
quraq və gələcək hücumlara şərait yaradaq. Axşama yaxın mövqelərimiz
minaatanlarla və toplarla atəşə tutuldu. Kəşfiyyat məlumatımız var idi ki,
düşmən hücuma hazırlaşır. Buna görə də bir daha əsgərlərə öz
tapşırıqlarımı verdim. Artilleriya atəşindən sonra düşmən 3-4 yüz nəfərlik
bir qüvvə ilə hücuma keçdi. Bütün növ silahlardan atəş açan düşmən
başımızı qaldırmağa imkan vermirdi. Artıq bir neçə ölən və yaralanan var
idi. Mən öz artilleriyamızı köməyə çağırdım və kordinatları bildirdim.
Polkovnik Səlimov ratsiyada bildirdi ki, siz öz atəşimiz altında qala
bilərsiniz. Mən təkid etdim və ilk mərmidən sonra kordinatları
dəqiqləşdirib düşmən tərəfə bir neçə mərmi atlmasına nail oldum. Lakin
vəziyyət yaxşı deyildi. Düşmən zirehli texnikası bizə aman vermirdi.
Ratsiyada polkovnik Z.Rzayevin səsi eşidildi. O bizə əlavə qüvvə
göndərdiyini dedi. Biz iri çaplı pulemyot və AQS-17 ilə daha yaxşı atəş
açaraq düşməni bir qədər geri çəkilməyə vadar etdik. Bir neçə dəqiqədən
sonra düşmən yenidən hücuma keçdi. Artıq sağ tərəfimdəki əsgər də
vuruldu. Elə bu zaman baş leytenant Rəhman İsgəndərov bir dəstə
102
Torpaq itkisi-insan üçün ən yaxın adamının ölümündən də ağır itkidir.
Dostları ilə paylaş: |