M ü ə l l i f
döyüşçü ilə özünü yetirdi. Amansız bir döyüş gedirdi. Sağ cinahda
düşmən zirehli maşını göründü. Mən qumbaraatanla iki mərmi atdım.
Elə bu zaman Ç.Əliyev tankla köməyə gəldi. Tankın gəlişi əsgərləri
ruhlandırdı. Tankın hərəkət etməyi buralarda çətin olsa da bizimkilər
ondan məharətlə istifadə edirdilər. Çaş-baş qalan ermənilər xeyli itki
verərək geriyə çəkildilər. Biz tapşırığı yerinə yetirərək lazımi
yüksəklikləri ələ keçirdik. Axşam düşürdü düşmənin 19 əsgəri
öldürülmüş və bir PDM-i ələ keçirilmişdi. əsgərlərimizdə 8 nəfər şəhid
olmuş, 17 nəfər yaralanmışdı.”
Dovşanlı kəndi ətrafına sıxışdırılmış düşmən çıxılmaz vəziyyətdə
idi. Həmin kəndin azad edilməsindən sonra ermənilər Xankəndində qala
bilməyəcəkdi. 1992-ci ilin yayından 1993-cü ilin fevralınadək amansız
döyüşlər gedirdi. Rusların birbaşa köməyi ilə ermənilər bərk
dirəşmişdilər. Bu kənd ətrafında gedən döyüşlərin iştirakçısı Vəli Sabir
oğlu Mehrəliyevin dediklərindən: “Mən 1992-ci ilin may ayında 713 saylı
taborun tərkibində Laçın bölgəsinə göndərildim. Bir neçə kəndi azad
etdikdən sonra bizi Ağdərə bölgəsinə- Dovşanlı (Vəng) kəndi ətrafına
gətirdilər. Dovşanlı aşırımı uğrunda qanlı döyüşlər başladı. Bir dəfə 9
saatlıq döyüş zamanı 320 nəfərədək ermənini məhv etdik. Tabor
komandiri Vaqif (ləqəbi “Qaçaq Nəbi” idi) və bir neçə igid yoldaşları
itirdik, çoxlu əsgərimiz yaralandı. Həmçinin bölük komandirləri Etibar və
Şəmil də yaralandılar. Bu döyüşdə həmin kəndi azad edə bilmədik. Biz
uzun müddət Vəng ətrafında müdafiəyə çəkildik. Biz hücuma can atsaq
da, yuxarı komandanlıq icazə vermədi ki, bu kəndi də azad edək. 1993-cü
ilin martında erməni və rus hərbi birləşmələri bizi Narışdar kəndinə doğru
sıxışdırdılar. Biz Narışdar kəndi ətrafında mühasirəyə düşdük. Qeyri-
bərabər döyüşdə mühasirədən çıxmağa çalışırdıq. Düşmən itki versə də
hücumlara ara vermirdi. Mühasirədən çıxmaq üçün amansız döyüşlər
apardıq. Bir neçə döyüşçü itirsək də (Əli, Murad, Nəsimi) mühasirədən
çıxmağa nail olduq. Bu döyüşdə iyirmiyədək erməni əsgərini məhv
etdik”.
103
Məğlubiyyəti həzm edə bilən xalqın yaĢamağa haqqı yoxdur.
M ü ə l l i f
17 iyul 1992-ci il tarixdə Ağdərə bölgəsinin Vaquas kəndinə
hücum planlaşdırılmışdı. Hücuma Kapitan Kamil Mehdiyev (Spartak) öz
84 nəfərlik dəstəsi ilə qoşulmuşdu. Kəlbəcərlilərdən ibarət olan bu dəstə
Spartakın komandirliyi ilə bir neçə döyüşdə uğur qazanmışdı.
Spartakın dediklərindən: “Biz Vaquas yaxınlığındakı bir neçə
yüksəkliyi ələ keçirsək də , kəndi düşməndən azad edə bilməmişdik. Mən
meşəlikdə ciddi kəşfiyyat aparır, lazımsız itki verməkdən çəkinirdim.
Kəşfiyyat apardığımız zaman ermənilərlə dolu bir maşın vurduq. Bu
bizim həmin günə düşən qənimətimiz idi. Buna görə kəşfiyyatı növbəti
günə saxladım. Səhərisi gün kənd yüksəkliklərinə doğru hücum əmri
verdim. Çünki gecə özüm bir neçə əsgərlə kəşfiyyat apararaq , həmin
yüksəkliklərdə düşmənin az bir qüvvəsi olduğunu aşkar etmişdim.
Yüksəkliklərə doğru atəş açaraq gedirdik. Üç istiqamətdə qəfil yaxalanan
düşmən bir neçə meyit qoyaraq qaçdı. Həmin gün kəndin
yüksəkliklərində yeni atəş mövqelərində möhkəmləndik. Ertəsi gün
düşmən böyük qüvvə ilə hücuma keçdi və biz mühasirəyə düşdük.
Kömək isə gəlib çıxmadı. Bir sutka mühasirədə döyüşdük. Səhərisi gün
yuxarı komandanlıqdan əlavə kömək gəldi və biz kəndə hücumu
planlaşdırmalı olduq... Sonra mən 43 nəfərlə, o cümlədən Çingiz Qadir
oğlu Bayramovla Laçın bölgəsinə köməyə göndərildim. Burada “Bərdə
batalyonu” ilə döyüşlərə qatıldıq. Döyüş zamanı xeyli erməni
döyüşçüsü məhv etdik və 13 nəfərini əsir götürdük...
1992-ci ilin sonunda könüllü döyüşçülər ordu sıralarından
qovuldular və mən də öz dəstəmlə tərksilah edildim. Lakin 1993-cü ilin
martında Kəlbəcərin erməni və rus hərbi birləşmələri ilə mühasirəyə
alınaraq işğal edilməsindən sonra yenidən döyüşə getməyi
qərarlaşdırdım. Lakin, bu qərarım 1994-cü ilin martında baş tutdu.
Beləliklə Kəlbəcərlilərdən ibarət bir dəstə könüllü döyüşçü ilə yenidən
Murovdağda xidmətə başladıq. Murovdağdakı qış döyüşlərindən-
Kəlbəcərin ikinci dəfə itirilməsindən- sonra dağlarda don vurmadan və
döyüşlər zamanı həlak olmuş əsgərlərimizdən 112 nəfərinin meyidini
çıxara bildik...”
104
Xalq onda böyük xalq olar ki, analar öz oğlunun
vətən uğrunda Ģəhid olmasına heyifsılənməsin!
M ü ə l l i f
Dostları ilə paylaş: |