PARTNYOR
– şirkətin kapitalının bir hissəsinə
malik olan fiziki və ya hüquqi şəxsdir. Beləliklə,
səhmdar partnyor hesab edilir, ancaq məhdud
cavabdehliklə ortaqlığın və ya tam (ümumi)
ortaqlığın
(payda
şirkət)
iştirakçıları
da
partnyorlar hesab edilirlər.
PARTNYORLUQ
–
vətəndaşların
insan
inkişafı layihələrinin və proqramlarının həyata
keçirilməsində iştirakının formalarından biri
olmaqla, riskin bölüşdürülməsini nəzərdə tutur.
Yalnız birlikdə qərar qəbul etmək deyil, həm də
onun müsbət və mənfi nəticəsi üçün tam
məsuliyyət daşımaq hesab olunur. Bu iştirak
formasının həyata keçirilməsi üçün iştirakçıların
əməklərini
qiymətləndirmək,
onların
məsuliyyətlərinin
sahə
və
ölçüsünü
müəyyənləşdirmək,
monitorinq
və
hesabat
aparmaq vacibdir.
PASSĐVLƏR
– (I) - sahibkarın və müəssisənin
sərəncamında olan yaranma mənbələri üzrə
xarakterizə
olunan
vəsaitlərin
dəyəridir.
Mühasibat balansında - sağda yerləşən tərəfdə
müəssisənin maliyyə vəsaitinin mənbəyini əks
etdirir,
təyinatına
və
mənsubiyyətə
görə
qruplaşdırılır və xərclərin daxilolmalardan çox
olmasını göstərir.
Sahibkarın və müəssisənin borc və öhdəliklərinin
məcmusudur.
(II) – Avropa Đqtisadi Şurasının Dördüncü
Direktivinin 9-cu maddəsinə uyğun olaraq,
mühasibat balansının passivlər tərəfində aşağıdakı
maddələr əks olunur:
A. Kapital və ehtiyatlar:
I. Abunə kapitalı;
II. Səhmlərin məzənnəsinə əlavələr hesabı;
III. Yenidən qiymətləndirmə ehtiyatı;
IV. Ehtiyatlar:
1) Hüquqi ehtiyatlar;
2) Xüsusi (özəl) səhmlər üçün ehtiyatlar;
3) Assosiasiya maddələri ilə təmin olunan
ehtiyatlar;
4) Digər ehtiyatlar.
530
V. Növbəti hesabat ilinə keçirilmiş mənfəət və
zərərlər.
VI. Maliyyə ili üçün mənfəət və zərərlər.
B. Öhdəlik və ödəmələrin təmin edilməsi üçün
ayırmalar:
1) Təqaüd (pensiya) və oxşar borcların ödənilməsi
üçün ayırmalar;
2) Vergilərin ödənilməsi üçün ayırmalar;
3) Digər ayırmalar.
C. Kredit verənlər:
1)
Ayrıca
konversiya
edilmiş
ssudalar
göstərilməklə, ssudalar üzrə borclar;
2) Kredit müəssisələrinə borclar;
3) Xəbərdarlıq etməklə hesaba ödənişlər. Belə ki,
onlar ayrıca olaraq ehtiyatdan çıxılma kimi
göstərilmir;
4) Ticarət kreditorları;
5) Kapitalda iştiraka görə borclar;
6) Filial şəklində birləşmiş müəssisələrə borclar;
7) Kapitalda iştiraka görə müəssisələrə borclar;
8) Vergilər və sosial təminat da daxil olmaqla,
digər kreditorlar;
9) Əlavələr və gələcək dövrlərin gəlirləri;
Ç. Əlavələr və gələcək dövrlərin gəlirləri
D. Maliyyə ili üçün mənfəət
PATENT
(latınca “patens” - şəhadətnamə,
fərman) - 1) irəli sürülən təklifin dövlət tərəfindən
ixtira kimi tanınmasını təsdiq edən və həmin ixtira
üzərində şəxsin müstəsna hüququnu təsdiq edən
sənəddir. Patent verilmiş ixtiradan patent alanın
razılığı ilə istifadə olunur. Patentin qüvvədə
olması
müddəti
(adətən,
15-20
il)
milli
qanunvericiliklə müəyyən edilir. Patent verilən
zaman patent rüsumu tutulur; 2) ticarət, sənət və s.
məşğul olmaq, bəzi ölkələrdə isə müəyyən
vəzifəni tutmaq üçün hüquq verən sənəddir.
“Patent haqqında” Azərbaycan Respublikasının
Qanunu – ölkə ərazisində ixtiraların, faydalı
modellərin və sənaye nümunələrinin yaradılması,
hüquqi mühafizə və istifadəsi ilə əlaqədar yaranan
əmlak münasibətlərini və onlarla bağlı şəxsi
qeyri-əmlak
münasibətlərini
tənzimləyən
qanunvericilik aktıdır. Qanun 1997-ci ildə qəbul
edilmişdir.
Statistikada
ixtiraların
patentləşdirilməsinin
mütləq
və
nisbi
göstəricilərindən istifadə edilir. Əsas mütləq
göstəricilərə aiddir: ölkə daxilində vətəndaşlar
tərəfindən verilmiş (alınmış) patent ərizələrinin
sayı; ölkədə xarici ərizəçilərdən alınmış (verilmiş)
patent ərizələrinin sayı; həm ümumilikdə, həm də
Beynəlxalq Patent Təsnifatının sinifləri, bölmələri
və tematik qrupları üzrə ölkə ərizəçiləri tərəfindən
xaricdə verilmiş (alınmış) patent ərizələrinin sayı.
Əsas nisbi göstəricilər: ixtiraçılıq fəallığı əmsalı;
özünü təminetmə əmsalı; texniki asılılıq əmsalı;
yayılma
əmsalı.
Patent
statistikası
göstəricilərindən elmi tədqiqatların və işləmələrin
nəticəliliyinin, ölkədə kommersiya və texnoloji
vəziyyətin, texnikanın ayrı-ayrı sahələri üzrə
dünyada
patentləşdirmənin
meyllərinin,
öz
ixtiralarını ən çox patentləşdirən ölkə və
firmaların aşkar edilməsinin, texnikanın və yeni
texnologiyanın
inkişafı
vəziyyətinin
və
proqnozlaşdırılmasının
qiymətləndirilməsinin
təhlili üçün istifadə edilir.
PATENT HÜQUQU
– ixtiraların, faydalı
modellərin və sənaye nümunələrinin yaradılması
ilə əlaqədar yaranan əmlak münasibətlərini və
onlarla bağlı şəxsi qeyri-əmlak münasibətlərini
tənzimləyən
qanunvericilik
sahəsi,
hüquq
normalarının məcmusudur. Patent verilməsi yolu
ilə, göstərilən obyektlər üzərində hüquqların
mühafizə edilməsi sistemini müəyyən edir. Patent
hüququ
intellektual
mülkiyyət
haqqında
qanunvericiliyin tərkib hissəsidir.
PATENT QABĐLĐYYƏTĐ
– müvafiq ölkədə
qüvvədə olan qanunvericiliyə əsasən, faktiki
olmadan ixtira sayılmayan texniki qərarın
xassələrinin
məcmusudur.
Azərbaycan
Respublikasında “Patent
haqqında”
Qanuna
uyğun olaraq, yeni, ixtira səviyyəli olan və
sənayedə tətbiq edilə bilən ixtira obyektinə hüquqi
mühafizə verilir.
PATENT LĐSENZĐYASI
– patentləşdirilmiş
ixtiraya
(digər
texniki
nailiyyətə)
verilən
lisenziyadır.
PATENT
MÜVƏKKĐLĐ
–
patent
müvəkkillərinin dövlət reyestrində qeydiyyata
alınan vətəndaşdır. Azərbaycan Respublikasında
“Patent haqqında” Qanuna əsasən, ölkə ərazisində
daimi yaşayan, ali təhsili olan, Azərbaycan
Respublikasının dövlət dilini bilən, patent
müvəkkillərinin reyestrində qeydiyyata alınan
Azərbaycan Respublikasının vətəndaşı patent
müvəkkili ola bilər.
PATENT PULU
– öz sərəncamlarında olan
patentləri təqdim edən və onlardan istifadə üçün
lisenziya ticarətini həyata keçirən ayrıca firmanın
yaradılması haqqında bir neçə firmanın sazişidir.
Həmçinin patentdən birgə istifadə haqqında ikidən
çox ölkə arasındakı sazişdir. Sazişin iştirakçıları
bundan gəlir əldə edirlər. Onun həcmi birliyə
daxil olduqda, patentin istifadəsindən olan
mənfəətin bir hissəsi şəklindəki kvota ilə
müəyyənləşdirilir.
PATENT RÜSUMU
– patentin verildiyi zaman
dövlət orqanları tərəfindən alınan məbləğdir
531
(rüsumdur):
1)
verilmiş
patentə
əsasən,
ixtiralardan istifadə edilməsi hüququnun haqqıdır;
2) sənətlə məşğul olmaqla, bu sənət növünə
patenti olan müəssisələrin və fiziki şəxslərin
büdcəyə ödədiyi haqlardır. Patentin qüvvədə
olduğu müddətdə illik rüsum tutulur.
PATENT SAHĐBĐ
– patentin verildiyi şəxsdir.
Azərbaycan Respublikasında “Patent haqqında”
Qanuna əsasən, patent aşağıdakı şəxslərə verilir:
a) sənaye mülkiyyəti obyektinin müəllifinə
(müəlliflərinə) və onun (onların) varislərinə; b)
patent verilməsi barədə iddia sənədində, yaxud
sənaye mülkiyyəti obyekti qeydiyyata alınana
qədər müvafiq icra hakimiyyəti orqanına verilmiş
ərizədə müəllifin (müəlliflərin) və ya onun
(onların) hüquqi varislərinin göstərdikləri hüquqi
və ya fiziki şəxslərə (onların razılığı ilə); c)
“Patent haqqında” Qanunda nəzərdə tutulmuş
hallarda işəgötürənə.
PATENT TƏMĐZLĐYĐ
– texniki obyektin
hüquqi xassəsi; həmin ölkənin ərazisində qüvvədə
olan
patentlərin
təhlükəsizliyini
pozmadan
onlardan azad istifadə edilə bilməsindən ibarətdir.
PATENTĐN
POZULMASI
–
patent
hüquqlarının
pozulmasıdır.
Azərbaycan
Respublikasında “Patent haqqında” Qanuna
uyğun olaraq, patentlə mühafizə edilən sənaye
mülkiyyəti
obyektindən
bu
qanunun
müddəalarının pozulması ilə istifadə edən
istənilən hüquqi və ya fiziki şəxs, patent
hüquqlarını pozan şəxs qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyətə cəlb edilə bilər.
Patent sahibi patenti pozmuş hüquqi və ya fiziki
şəxslə ona dəymiş zərərin ödənilməsi barədə
razılığa
gəlmədiyi
halda,
mübahisələr
qanunvericiliklə
müəyyən
edilmiş
qaydada
məhkəmədə baxılır.
PATRĐLOKAL NĐKAH
(lat. pater – ata və
locus – yer) – bu nikah növü bağlandıqdan sonra
ər-arvadın
köçüb
ərin
valideynlərinin
ev
təsərrüfatında yaşamasıdır.
PAY
(HĐSSƏ)
–
ortaqlıq
kapitalında
partnyorların iştirakının verilmiş (mənimsənilmiş)
hissəsinin adıdır.
PAYEVSKĐ METODU
(ölüm cədvəllərinin
qurulmasında)
–
demoqrafik
metodun
modifikasiyasıdır;
verilmiş
yaş
intervalında
ölümün yaş əmsalının ölüm gücünün orta
kəmiyyəti
ilə
eyniləşdirilməsinə
əsaslanır.
Payevski metodu ilə ölüm cədvəlləri qurulduqda,
x+τ yaşadək sağ qalanların sayı aşağıdakı düsturla
hesablanır:
x
m
x
x
e
l
l
τ
τ
τ
=
=
burada l
x
-x yaşadək sağ qalanların sayı,
τ
m
x
– x-
dən x+τ-dək intervalda ölüm əmsalıdır.
PAYLANMIŞ GECĐKMƏ (VAXT ÜZRƏ
BÖLÜŞDÜRÜLMÜŞ LAQLAR)
– diskret
paylanma formasında verilmiş laqların qiymətidir.
Paylanmış gecikməni aşağıdakı kimi ifadə etmək
olar:
t
t
T
k
t
k
t
t
t
X
z
z
z
y
ε
β
α
α
α
+
+
+
+
+
=
−
−
...
1
1
0
y
t
- asılı dəyişəni; z
t
- laq dəyişəni, X
t
- qeyri-laq
dəyişənlərin sütun vektorunu;
T
β
- qeyri-laq
dəyişmə vektorlarında yeri dəyişdirilmiş əmsal
vektorunu
göstərir;
t
ε
-
təsadüfi
səhvdir;
k
α
α
α
,...,
1
,
0
laq dəyişmələrində əmsaldır; k -
laqın maksimum uzunluğudur.
Laqlı dəyişkənlər multikollineardır, buna görə də
ən kiçik kvadratlar metodu kafi nəticələr vermir.
PAYLI ĐNVESTĐSĐYA FONDLARI
– fərdi
investorların vəsaitlərinin cəlb olunması üzrə bank
sektorlarının əsas rəqibləridir. Onların fəaliyyəti
fond bazarlarının inkişafına, əhalinin həyat
səviyyəsinin yüksəlməsinə və banklar tərəfindən
təqdim oluna bilməyən xidmətlərin iqtisadi
agentlərinin
mümkün
spektrlərinin
genişlənməsinə kömək göstərir.
PENSĐYA FONDLARI
- sonrakı portfel
investisiyaları
üçün
fərdi
əmanətçilərin
vəsaitlərini toplayır. Bununla yanaşı, qeyri-dövlət
pensiya fondları investisiyalaşdırma məsələlərində
daha mühafizəkar siyasət yürüdürlər. Çünki,
onların əsas vəzifəsi əhalinin pensiya qoyuluşunu
saxlamaqdan və artırmaqdan ibarətdir.
PENSĐYA FONDLARINDA EV TƏSƏR-
RÜFATLARI AKTĐVLƏRĐNĐN XALĐS
DƏYƏRĐ
- MHS-nin maliyyə hesabında pensiya
fondlarında ev təsərrüfatlarının aktivlərinin xalis
dəyərinin dəyişməsi qeyd olunur. Əməliyyatların
nəticəsi hesab edilən belə dəyişikliklər ev
təsərrüfatlarının vəsaitlərinə daxil edilə bilər.
PENSĐYA FONDLARINDA EV TƏSƏR-
RÜFATLARININ AKTĐVLƏRĐNƏ ƏLA-
VƏLƏR
aşağıdakılardan ibarətdir:
a) muzdlu işçilər, işə götürənlər və ya digər
institusional vahidlər tərəfindən ayrı-ayrı şəxslərin
və ya ev təsərrüfatlarının xeyrinə ödənilən,
532
pensiya fondlarına faktiki ayırmaların ümumi
dəyəridir ki, bunun nəticəsində də ayrı-ayrı
şəxslər və ya ev təsərrüfatları fondlara qarşı tələbə
malikdirlər;
b) əlavə ayırmaların ümumi dəyəri (pensiya
fondlarına qoyulmuş ehtiyatlardan alınmış, onda
iştirak edən ev təsərrüfatlarına aid olan gəlirlərlə
eyni qiymətli);
c) fondların idarə edilməsi üzrə xidmətlərə görə
ödəmələr çıxılır.
PENSĐYA FONDLARINDA EV TƏSƏR-
RÜFATLARININ AKTĐVLƏRĐNĐN XA-
LĐS
DƏYƏRĐNĐN
AZALMASI
-
aşağıdakılardan ibarətdir:
a) pensiyaya çıxan şəxslərə və ya onların ailə
üzvlərinə hər ay və ya digər dövriliklə ödənilən
məbləğin ümumi həcmdən çıxarılmasından;
b) pensiyaya çıxan şəxslərə birdəfəlik ödənilən
məbləğin ümumi həcmdən çıxarılmasından.
PENSĐYA FONDLARINDA EV TƏSƏR-
RÜFATLARININ AKTĐVLƏRĐNĐN XA-
LĐS DƏYƏRĐNĐN DƏYĐŞMƏSĐNƏ DÜ-
ZƏLĐŞ
– bu düzəliş aşağıdakılardan ibarətdir:
xüsusi pensiya fondlarına ödənilən, sosial
sığortaya faktiki ayırmaların ümumi dəyəri +
sığorta vəsiqəsinin (polisinin) sahibinə (yəni
pensiya
hüquqlarının
sahibinə)
aid
olan
mülkiyyətdən
gəlirlərdən
ödənilən
əlavə
ayırmaların ümumi məbləği – müvafiq xidmətlərə
görə ödəmələrin dəyəri – xüsusi pensiya fondları
tərəfindən sosial sığorta üzrə müavinət kimi
ödənilən pensiyaların ümumi dəyəri.
PENSĐYA TƏMĐNATI
- əmək qabiliyyətinin
(əlilliklə) itirilməsi, qeyri-əmək qabiliyyəti yaşına
və müəyyən iş stajına çatma və ya aylıq pul
ödəmələrində
əks
olunan,
gəlirin
itkisini
kompensasiya edən və ya obyektiv səbəblərə görə
o olmadıqda ailə başçısının ölümü ilə bağlı
müxtəlif sosial və professional risklərdən əhalinin
sosial müdafiəsi formasıdır.
Pensiya təminatı dövlət vəsaiti hesabına (əmək
pensiyası,
hərbi
qulluqçulara
və
dövlət
qulluqçularına,
onların
ailələrinə
dövlət
büdcəsindən ödənən pensiyalar), icbari pensiya
sığortalarının vəsaiti hesabına (işçilərin və
işverənlərin ödəmələri), həm müəssisələrin və
işçilərin vəsaitləri hesabına (peşəkar pensiya
fondlarına), həm də vətəndaşların könüllü şəxsi
sığorta yolu ilə müstəqil pensiya fondlarına,
sığorta şirkətlərinə, banklara (pensiya və əmanət
hesablarına) ödədikləri vəsait hesabına həyata
keçirilə bilər. Bazar iqtisadiyyatı şəraitində
pensiya təminatı və sığorta insan inkişafı problemi
ilə sıx əlaqəlidir.
Dövlət pensiya təminatı vahid sosial vergi
məbləği hesabına ödənilməsinə təminat verilən
pensiya
sisteminin
bir
hissəsidir,
yəni
vətəndaşlara dövlətin sosial təminat fondlarından
verdiyi pensiyadır.
PENSĐYA YAŞI
– bu yaşa çatdıqda yaşa görə
pensiya təyin olunur. Pensiya yaşı əmək
qabiliyyətlinin şərti meyarı kimi istifadə olunur:
əhalinin fəal hissəsindən bu yaşa çatmış şəxslər
üçün istifadə olunur. Azərbaycan Respublikasında
“Əmək pensiyaları haqqında” Qanununda yaşa
görə əmək pensiyasının təyin edilməsi şərtlərinə
görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına atmış
qadınların azı 12 il sığorta stajı olduqda (bu
Qanunun qüvvəyə mindiyi günədək yaşa görə
əmək pensiyası təyin edilmiş şəxslər istisna
olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Qeyd: Bu Qanunda nəzərdə tutulmuş kişilərin yaş
həddi 2010-cu il yanvarın 1-dən başlayaraq 2012-
ci ilin yanvarın 1-dək, qadınların yaş həddi 2010-
cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin
yanvarın 1-dək hər il altı ay artırılır. Nəticədə bu
yaş həddi kişilər üçün 63, qadınlar üçün 60 yaş
nəzərdə tutulur.
Çoxuşaqlı
qadınların,
sağlamlıq
imkanları
məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına
böyüdən ataların və qəyyumların yaşa görə əmək
pensiyası beş və daha çox uşaq doğub onları
səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta
stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə
uyğun olaraq müəyyən olunmuş yaş həddi hər
uşağa görə 1 il azaldılmaqla, yaşa görə əmək
pensiyası hüququ vardır.
Sağlamlıq imkanları məhdud uşağını səkkiz
yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı
olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun
olaraq müəyyən olunmuş yaş həddi 5 il
azaldılmaqla yaşa görə əmək pensiyası hüququ
vardır.
Ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam
verildiyinə, yaxud ana valideynlik hüququndan
məhrum edildiyinə görə 5 və daha çox uşağı
növbəti nikah bağlamadan, təkbaşına səkkiz
yaşınadək böyüdən ataların, habelə 5 və daha çox
uşağı
övladlığa
götürüb
təkbaşına
səkkiz
yaşınadək böyüdən ataların, həmçinin 5 və daha
çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum
kişilərin azı 10 il sığorta stajı olduqda, bu Qanuna
uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il
azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ
vardır.
533
62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış
qadınların azı 5 il sığorta stajı olduqda (bu
Qanunun qüvvəyə mindiyi günədək yaşa görə
əmək pensiyası təyin edilmiş şəxslər istisna
olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.
Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan
digər şəxslər, axırıncı iş yerindən asılı olmayaraq,
yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində,
həmçinin əmək şəraiti, xüsusilə zərərli və ağır
olan işlərdə çalışan sığorta olunanların: kişilər –
57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik
olduqda və bu müddətin azı 12 il 6 ayını həmin
işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il
sığorta stajına malik olduqda və bu müddətin azı
10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə
görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası
hüququ vardır. Hipoğizqanizm xəstəliyinə tutulan
şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş
cırtdanboylular – kişilər 47, qadınlar 42 yaşına
çatdıqda və həmin şəxslərin azı 5 il sığorta stajı
olduqda, yaşa görə əmək pensiyası hüququ vardır.
Dostları ilə paylaş: |