PENSĐYALARIN ÖDƏNĐLMƏSĐ ÜZRƏ
XƏRCLƏRĐN NƏZƏRDƏ TUTULMASI
–
hüquqi və ya müqavilə öhdəliklərinin nəticəsi
kimi, heyətin pensiya təminatına münasibətdə
onların hüquqları ilə bağlı nəzərdə tutulmuş
xərclərdir.
PERĐNATAL DÖVR
(yunan. peri – ətrafda,
lat. hatalis – doğuşa aid) – hamiləliyin 28-ci
həftəsindən başlayır, doğuş dövrünü və yeni
doğulmuş uşağın ömrünün ilk 7 gününü əhatə edir
(doğulduqdan sonra 168 saat). “Perinatal dövr”
anlayışının tətbiqi demoqrafiyada əvvəllər qəbul
olunmuş insan ömrü tsiklinin yaş dövrə
bölünməsini dölün ana bətnində inkişafının gec
dövrünü daxil etmək hesabına genişləndirir.
Đnsan ömrünün bütün digər dövrlərindən fərqlənən
perinatal dövrün xüsusiyyəti ondan ibarətdir ki, bu
dövrdə iki orqanizmin – ana və dölün (uşağın)
nadir
qarşılıqlı
əlaqəsi
mövcuddur.
Həyat
fəaliyyətinin heç bir başqa formaları ilə müqayisə
olunmayan və hamiləlik dövründə yaranan bu
biososial sistemə iki altsistemdən başqa, həm də
onlar arasında əlaqələndirmə halqası olan plasenta
daxildir. Bu zaman dölü əhatə edən mühit kimi,
ana yaşadığı mühitdən ayrılmazdır. Doğuşdan
sonra göbək kəsiləndə ana ilə uşağı ayırırlar, lakin
yeni orqanizm hələ müstəqil yaşamağa qadir
olmur və əvvəllər olduğu kimi, anadan asılı olur:
xüsusi qida, ruhi rahatlıq, infeksiyalara qarşı
müdafiə.
Rüşeym dövründə, erkən neonatal (ömrün birinci
həftəsinin sonunadək) və neonatal (ömrün birinci
ayının sonunadək) dövrlərə nisbətən prinsipcə
doğuş uşaq orqanizmi ilə xarici mühit arasında
münasibətlərin xarakterini dəyişsə də, orqanizmin
əsas inkişaf istiqamətləri və templəri qalır –
formalaşma prosesi gedir, orqanizm sürətli inkişaf
edir, hüceyrə tərkibi dəyişir. Bütün bunlar dölün
ana bətnində inkişaf dövrünü hamiləliyin 28-ci
həftəsi və erkən neonatal dövrü “perinatal dövr”
anlayışında birləşdirməyə imkan verir. Bu anlayış
həm ayrıca fərdə, həm də bütövlükdə insan
nəslinə aid edilir.
Bu dövrdə hər yeni doğulmuş nəsil daha hiss
olunan itkilər verir, çünki erkən çağlarında insan
orqanizmi ətraf mühitin əlverişsiz təsirlərinə daha
çox
həssasdır.
Perinatal
dövr
orta
ömür
uzunluğunun 0,5%-ni təşkil etsə də, bəzi inkişaf
etmiş ölkələrdə bu dövrdə itirilmiş insanların sayı
sonra gələn ömrün 20, 30 və hətta 40 yaşında
ölənlərin sayını üstələyir.
PERĐNATAL ÖLÜM
– dölün və yeni
doğulmuş
uşağın
perinatal
dövrdə,
yəni
hamiləliyin 28-ci həftəsindən başlayaraq, həyatın
7 günü arasındakı müddətdə ölüm hallarını əhatə
edən anlayışdır.
Ölü doğulanların sayı ilə
həyatının birinci həftəsində ölənlərin sayının
cəminin, həmin müddətdə ölü və ya diri
doğulanların sayına olan nisbətinə bərabər olan
perinatal ölüm əmsalı ilə ölçülür.
Perinatal ölüm
termini Avstraliya demoqrafı S.Peller tərəfindən
1948-ci ildə təklif olunmuşdur.
“Perinatal ölüm” anlayışı dölün ana bətnində
inkişafını müəyyən edən etnologiya (xəstəliklərin
səbəbləri və onların yaranma şəraiti haqqında
elm) və patogenetik mexanizmlərin birliyini qeyd
edir. Bir sıra şərtlərdən asılı olaraq, dölün hələ də
doğulmamış
(antenatal),
doğuş
anında
(intranatal), yaxud doğulduqdan ilk 168 saat
sonra (postnatal) yeni doğulmuş uşağın məhvinə
gətirib çıxara bilir ki, bu da erkən neonatal ölüm
anlayışı ilə üst-üstə düşür.
Perinatal ölüm göstəricisi promille (%) ilə ifadə
olunur və aşağıdakı düsturla hesablanır: ölü
doğulanların sayı üstə gəlinsin ilk 7 günündə
ölənlərin sayı bölünsün bütün doğulanların (diri
və ölü) sayı, vurulsun 1000-ə.
Dölün
(uşağın)
ölümünün
əsas
səbəbləri:
respirator pozuntuları, o cümlədən anadangəlmə
pnevmoniya, anadangəlmə anomaliyalar, doğuş
zədələri, bətndaxili infeksiya və s. 75% hallarda
ana orqanizmindəki patologiyalardır.
PERĐNATAL ÖLÜM HAQQINDA TĐBBĐ
ŞƏHADƏTNAMƏ
– perinatal dövrdə, yəni ölü
doğulanlar və həyatının birinci həftəsində (0-6
gün və ya doğulandan 168 saat sonra) diri
doğulanlardan
ölənlərin
ölüm
faktını
və
səbəblərini təsdiqləyən ilkin sənəddir. Perinatal
ölüm haqqında tibbi şəhadətnamənin tətbiqi bu
534
dövrdə ölüm səbəblərinin bütün digər yaşlarda
olan ölüm səbəblərindən kəskin fərqlənməsi ilə
şərtlənir.
Burada
ölüm
haqqında
tibbi
şəhadətnamədə göstərilən əlamətlərdən başqa,
əsas xəstəlik və ya uşağın (dölün) patoloji
vəziyyəti; uşağın (dölün) digər xəstəlik və ya
patologiyaları; ananın əsas xəstəliyi və ya patoloji
vəziyyəti və ya ciftin dölə və ya uşağa zədələyici
təsir göstərən vəziyyəti; ciftin uşağın (dölün)
ölümünə səbəb olan ananın digər xəstəlikləri və
ya patoloji vəziyyəti; ölümə səbəb olan digər
hallar göstərilir.
Uşaq ölümü ölüm baş verdiyi andan üç gündən
gec olmayaraq, ölü doğulanlarınkı isə doğulma
anından üç gündən gec olmayaraq qeydiyyata
alınır. Azərbaycanda həyatının birinci həftəsində
ölmüş uşaqlar Ədliyyə Nazirliyinin qeydiyyat
şöbələrində əvvəlcə doğulmuş kimi - doğum
haqqında tibbi şəhadətnamə əsasında, sonra isə
ölmüş kimi - perinatal ölüm haqqında tibbi
şəhadətnaməyə əsasən qeydə alınır. Ölü
doğulanlar
Ədliyyə
Nazirliyinin
qeydiyyat
şöbələrində perinatal ölüm haqqında tibbi
şəhadətnamə
əsasında
qeydə
alınmalıdırlar.
Ədliyyə
Nazirliyinin
qeydiyyat
şöbələrində
göstərilən tibbi sənədlər üzrə ölüm haqqında iki
nüsxədə akt tərtib olunur ki, birinci arxivdə qalır,
ikinci isə hər ay perinatal ölüm haqqında tibbi
şəhadətnamələrlə birlikdə, perinatal ölüm
haqqında məlumatların işlənməsi üçün dövlət
statistika orqanlarına göndərilir.
PEŞƏ
– müəyyən hazırlıq tələb edən məşğulluq
növü, əmək fəaliyyəti növü, xüsusi öyrənmə və ya
təcrübə nəticəsində əldə olunmuş zəruri biliklərin,
bacarığın və vərdişlərin mövcudluğudur (sonuncu
əsasən, öhdəliklərin və əmək funksiyalarının fəhlə
kimi yerinə yetirilməsi üçündür).
PEŞƏ XƏSTƏLĐYĐ STATĐSTĐKASI
–
xəstəliklər
statistikasının
bölməsidir.
Peşə
xəstəliklərinə peşə ilə, iş şəraiti ilə bağlı olan
xəstəliklər daxildir və onlara aiddir: istehsal
prosesində atmosfer təzyiqinin dəyişməsi ilə bağlı
olan xəstəliklər; istehsal tozunun təsirindən;
qıcıqlandırıcı və zəhərli maddələrdən törəyən dəri
xəstəlikləri və s. Peşə xəstəliklərinin qeydiyyatı
ümumi xəstəliklərin qeydiyyatına oxşardır.
PEŞƏ ÖLÜMÜ
(məşğuliyyət üzrə) – ölümün
öyrənilməsi istiqamətlərindən biridir; müxtəlif
peşələrdə çalışan insanların cins, yaş, ölüm
səbəbləri
və
başqa
əlamətlər
üzrə
ölüm
səviyyələrinin
müəyyən
edilməsindən
və
fərqləndirmə
xüsusiyyətlərinin
tədqiqindən
ibarətdir. “Peşə ölümü” və “məşğuliyyətlər üzrə
ölüm” terminləri sinonimlər olsa da, “peşə ölümü”
termini həmçinin dar mənada bəzi məşğuliyyət
növlərinə xas olan insan orqanizminə xüsusi
mənfi təsirlə bilavasitə bağlı ölümü ifadə etmək
üçün tətbiq olur.
Đlk dəfə peşə ölümünün demoqrafik tədqiqatları
U.Farr tərəfindən 1861-ci ildə siyahıyaalma və
Đngiltərə və Uelsdə 1860–61-ci illərdə ölümlərin
qeydə alınması məlumatlarına əsasən aparılmışdı.
Peşə ölümü tədqiqatlarında bir sıra ölüm
göstəriciləri tətbiq edilir, onların əsasında
müxtəlif peşə növləri üzrə ölənlərin sayı
(ölümlərin cari qeydə alınması məlumatları üzrə)
ilə məşğuliyyət növləri üzrə əhalinin (əhalinin
siyahıyaalınması məlumatları üzrə) sayı arasında
nisbət durur. Bu isə peşə ölümünün yaş-cins
əmsallarını hesablamağa imkan verir. Peşə ölümü
təhlilinə təkcə böyüklər arasında ölümün tədqiqi
deyil, həmçinin yeni doğulanların ölümü və
valideynlərin məşğuliyyəti üzrə ölü doğumun
tədqiqi daxil ola bilər və bu, ölüm səbəblərinin
ətraflı siyahısı üzrə ölümün öyrənilməsini nəzərdə
tutur. Bir qayda olaraq, bu zaman həm ümumi,
həm də ölüm səbəbləri üzrə hesablanan
standartlaşdırılmış ölüm əmsalları tətbiq olunur.
Peşə ölümünün təhlilində peşələrin düzgün
təsnifləşdirilməsinin böyük əhəmiyyəti var. Peşə
ölümünə peşə qrupları üzrə baxılması sosial-
iqtisadi qruplar üzrə təhlilə uyğunlaşmalıdır,
həmin yerdə (ölkədə) ictimai inkişaf səviyyəsi ilə
bağlı bu və ya digər peşələrin xüsusiyyətləri
nəzərə alınmalıdır.
PEŞƏKAR TEATR (TEATR-STUDĐYA)
–
öz tərkibində müstəqil balansda peşəkar truppası
olan teatr incəsənətinin yaradıcı kollektividir.
Opera və balet, musiqili, musiqili-dramatik,
dramatik, uşaq, gənc tamaşaçılar və s. teatrlara
bölünür.
Statistik
hesabatlar
aşağıdakı
göstəricilərdən ibarətdir: teatrın maddi bazası,
tamaşaçı zalının kommersiya tutumu, tamaşaların
və tamaşaçıların sayı, toplanan pulların həcmi.
Teatrların fəaliyyətinin yekun göstəriciləri ərazi
və teatr janrları üzrə işlənib hazırlanır.
PƏRAKƏNDƏ QĐYMƏT
– şəxsi istehlak
üçün kiçik, az miqdarda satılan malın qiymətidir;
malın pərakəndə ticarətdə qiymətidir.
PƏRAKƏNDƏ SATIŞ MAĞAZALARI
ÜÇÜN TĐCARƏT SAHƏLƏRĐNĐN KA-
TEQORĐYALARI
– mağazaların ümumi
sayına
əlavə
olaraq,
ticarət
sahələrinin
kateqoriyalar (ölçülər) üzrə bölgüsüdür. Əsasən
aşağıdakı bölgü təklif edilir:
120 kv. m-dən az
120 - 400 kv.m
400 – 1000 kv. m
535
1000 – 2500 kv. m
2500 kv. m və daha çox.
PƏRAKƏNDƏ
SATIŞ
TĐCARƏTĐ
-
ticarətin əhaliyə əmtəə satışı üzrə ixtisaslaşan
altsahəsidir.
PƏRAKƏNDƏ TĐCARƏT
- əmtəənin əsasən
az miqdarda alınması və adətən istehlakçıya və ya
son istifadəçiyə alındığı vəziyyətdə (və ya nəzərə
çarpmayacaq qədər kiçik dəyişikliklərlə) yenidən
satılmasına dair ticarət formasıdır. Pərakəndə
ticarətlə məşğul olan vahidlər əmtəələri öz
adlarından və ya üçüncü şəxs tərəfindən, əsasən
ev təsərrüfatlarına satırlar.
PƏRAKƏNDƏ TĐCARƏT DÖVRĐYYƏSĐ
– şəxsi istehlak və ya ev təsərrüfatlarında istifadə
üçün istehlak mallarının nağd hesaba əhaliyə
satışının
dəyəridir.
Əhalinin
ayrı-ayrı
kateqoriyalarına güzəştlə satılmış əmtəələrin
dəyəri tam həcmdə pərakəndə əmtəə dövriyyəsinə
daxil edilir.
PƏRAKƏNDƏ TĐCARƏT MAĞAZALA-
RININ SAYI
- “yerli ticarət vahidlərinin sayı”
göstəricisinin alt bölməsidir. Bu, müəssisə
tərəfindən idarə olunan şəxsi və ya icarəyə
götürülmüş mağazaların ümumi sayıdır.
PƏRAKƏNDƏ TĐCARƏT: TƏDARÜK-
ÇÜLƏRĐN
ƏSAS
BÖLMƏLƏRĐ
–
tədarükçülərin xüsusiyyətlərinə uyğun olaraq,
yenidən satılmaq üçün nəzərdə tutulan əmtəələrin
pərakəndə ticarətçilər tərəfindən alışının təhlilidir.
Qeyd:
pərakəndə
ticarətçilər
öz
alışlarını
tədarükçülərin
tipləri
üzrə
faizlə
təxmini
bölüşdürülməsini
göstərməlidirlər:
pərakəndə
ticarətçilərin tədarük birlikləri; pərakəndə ticarətin
iri müəssisələrinin tədarük kontorları; pərakəndə
ticarətin
digər
iri
müəssisələrinin
tədarük
xidmətləri; müəssisələri konsessiya və törəmə
hesab
edilməyən
topdan
ticarətçilər
və
istehsalçılar;
tədarükçülərin
digər
tipləri
(komisyonçular və s.)
PƏRAKƏNDƏ TĐCARƏTĐN NÖVLƏRĐ
-
bu bölmənin sürətlə inkişafı və ticarətin çoxsaylı
növlərinin inkişafının baş verməsi göstərilən
xidmətlərin funksional təsəvvürünü çətinləşdirir.
Beynəlxalq Standart Sahə Təsnifatına (BSST)
uyğun
olaraq,
satışın
növlərinin
müəyyənləşdirilməsi üzrə üç meyar ayrılır:
- yeni əmtəələrin və istehlakda olan köhnə
əmtəələrin satışlarının növləri;
- mağazalarda və mağazalardan kənarda satışların
növləri;
- ixtisaslaşdırılmış və ixtisaslaşdırılmamış ticarət.
Ərzaq məhsulları ilə qeyri-ərzaq məhsullarının
ticarəti arasında ciddi fərq, demək olar ki, bütöv
pərakəndə ticarəti əhatə edən yalnız əmtəələrin
satışının son iki növü arasında mövcuddur.
PƏRAKƏNDƏ
TĐCARƏTĐN
YERLĐ
VAHĐDLƏRĐ
– vahidin əsas fəaliyyətinin
müəyyənləşdirilməsi, Avropa Đttifaqının fəaliyyət
təsnifatının
ikinci
redaksiyasının
izahedici
qeydləri üzrə qəbul ediləcək qanunvericilik
aktlarından
asılıdır.
Lakin
qəbul
ediləcək
qanunvericilik aktlarını gözləmədən, yuxarıda
qeyd edilmiş təsnifat əsasında yerli vahidlərin
arasındakı kateqoriyaları müəyyən etmək olar:
- əsas etibarı ilə, ərzaq malları, içkilər və ya tütün
məmulatları
satan
pərakəndə
ticarətin
(mağazaların) ixtisaslaşdırılmamış yerli vahidləri;
- qeyri-ərzaq malları satan pərakəndə ticarətin
(mağazaların) ixtisaslaşdırılmamış yerli vahidləri,
(məhz pərakəndə ticarətin yerli vahidlərinin bu
kateqoriyasına iri universal mağazalar daxil
edilir);
- ərzaq mallarının (ərzaq malları, içkilər və tütün
məmulatları) satışı üzrə ixtisaslaşmış pərakəndə
ticarətin (mağazaların) yerli vahidləri;
- qeyri-ərzaq mallarının, yeni və ya vaxtı keçmiş
məmulatların satışı üzrə ixtisaslaşmış pərakəndə
ticarətin (mağazaların) digər yerli vahidləri;
- poçtla malların satışı üzrə ixtisaslaşmış
mağazalardan başqa pərakəndə ticarətin yerli
vahidləri.
PĐKSEL
- bütün ədədi görünüşlərin ən kiçik
parçası
olan
nöqtəciklərə
piksel
deyilir.
Đngiliscədə şəkil parçası mənasını verən “picture
element”
sözlərinin
birləşməsindən
götürülmüşdür. Pixel, picture (şəkil) sözünün
qısaltması
olan
pix
və
element
(parça)
sözcüyünün ilk iki hərfindən (əl) meydana
gəlmişdir. Dəqiq görünüşlər üfüqi və şaquli
şəkildə yan-yana sıralanmış piksellərdən meydana
gəlir. Əgər bir görünüş çoxlu sayda kiçik
piksellərdən meydana gəlmişsə, dəqiq və iti xətli
bir fotoşəkil alınacaqdır. Əgər görünüş az sayda
və böyük piksellərdən meydana gəlmişsə, kifayət
qədər dəqiq olmayan və bulanıq xətli bir fotoşəkil
alınacır. Pikselin sayı artdıqca, görünüşün
keyfiyyəti də yüksəlməkdədir.
PLANLAR-QRAFĐKLƏR
-
tikintini
və
müxtəlif
funksiyaların
(modelləşdirən,
hesablaşma-əyanilik, nəzarətçi-idarəetmə nəzarət-
icraçı və s.) yerinə yetirilməsinin təşkil edilməsi
və idarə olunması modeli kimi tətbiq olunan
536
təqvim planı və müxtəlif qrafik təsvir formaları
(xətli, silsiləli, şəbəkəli, kombinə edilmiş, birgə)
və başqa qrafik sənədlərdir.
POÇT GÖNDƏRĐŞLƏRĐ
– aşağıdakılardan
ibarətdir:
Məktub - prinsip etibarilə, cari və şəxsi yazışma
xarakteri daşıyan və ya daşıya biləcək poçt
göndərmələri kimi müəyyən edilir.
Poçt göndərişlərinə - əsasən məktublar, poçt
açıqcaları, çap olunmuş materiallar (abunə və
qeyri-abunə
üzrə
göndərilən
qəzetlər)
və
banderollar daxil edilir. Bura həmçinin adi poçt
göndərmələri, xüsusi poçt göndərmələri, yəni
aviapoçt, əmtəələrin çatdırılmasına görə pul
köçürmələri və sığorta transferləri də daxil
olmaqla, qeydiyyatdan keçmiş poçt, pulsuz poçt
da daxil edilir.
Poçt ötürmələri və onların hərəkətinə aid olan
məlumatlar üç kateqoriyaya bölünür:
Ölkə daxilində poçt göndərmələri: Poçt
xidmətinin səlahiyyətinə (ölkənin milli ərazisi) aid
olan ərazidə həyata keçirilən əməliyyat və
xidmətləri təmin edən inzibati strukturdur. Bu
ərazidən kənara göndərilən və kənardan bu
əraziyə daxil olan poçtlar beynəlxalq poçta aid
edilir.
Beynəlxalq poçt – göndərmə:
ölkədən kənara
göndərilən poçtdur.
Beynəlxalq poçt – daxil olma: xarici ölkədən
daxil olan poçtdur.
Poçt göndərmələrini həyata keçirən xidmət belə
göndərmələrlə məşğul olan beynəlxalq poçt
xidmətinin sahəsi kimi müəyyən edilir.
POÇT VƏ DĐGƏR MÜŞTƏRĐLƏRDƏN
BĐRBAŞA QƏBUL XĐDMƏTLƏRĐ
– poçt
və banderolların ictimai poçt qutularından və ya
poçt bölmələrindən yığılması, daşınması və
çatdırılması
ilə
bağlı
xidmətlərdir.
Poçt
göndərişlərinin çeşidlənməsi, poçt qutularının
icarəsi, “tələb olunanədək” yazışmaların işlənməsi
üzrə xidmətlər; feldyeger poçt rabitəsi xidməti;
səsin, əksin (şəkilin), məlumatların və ya sair
informasiyaların kabel sistemi, radiotranslyasiya,
rele və peyk əlaqəsi vasitəsilə ötürülməsinin təmin
edilməsi üzrə xidmətlər. Həmçinin, səslərin,
əkslərin və məlumatların ötürmə şəbəkəsinə
texniki xidmətlər üzrə xidmətlər də daxil edilir.
POÇTLA MALLARIN SATILMASI
–
“Poçt sifarişi üzrə pərakəndə satış”dır.
Satışın bu kateqoriyası özündə kataloq və poçt
sifarişi üzrə malların istənilən növünün pərakəndə
ticarətini
birləşdirir.
Mallar
alıcıya
onun
tərəfindən kataloq, nümunə və digər təkliflər üzrə
seçilmiş siyahıya görə göndərilir.
PODRAT SÖVDƏLƏŞMƏSĐ
– müsabiqə
əsnasında mühəndislik işləri də (məsləhətçi,
tikinti, texnoloji və s.) daxil olmaqla, kompleks
obyektlərin
tikilməsi,
digər
işlərin
yerinə
yetirilməsi və xidmətlərin göstərilməsi üçün
podratçının seçilməsini nəzərdə tutan, tikintidə
sifarişlərin yerləşdirilməsi formasıdır. Podrat
sövdələşməsinin obyekti sövdələşmənin obyektinə
(sövdələşmə aparılan iş və xidmətlərin konkret
növləri) aid olan istehsal və qeyri-istehsal
obyektləri hesab edilirlər.
PODRAT TƏŞKĐLATLARIN REGĐSTRĐ
– müşahidə olunan obyektin müəyyən dövr və ya
tarixə fərdi əlamətlərini xarakterizə edən əsas
texniki-iqtisadi göstəricilər dəsti ilə podrat
təşkilatlarının siyahısıdır. Podrat təşkilatların
registrində hər bir təşkilat haqqında yerinə
yetirilmiş işlərin həcmi, işçilərin sayı, əsas
fondların dəyəri haqqında məlumatlar, həmçinin
müşahidə olunan təşkilatın vəziyyəti və fəaliyyət
xüsusiyyəti haqqında informasiyanın alınması
üçün vacib olan məlumatlar saxlanılır.
Podrat
təşkilatların registri fəaliyyətdə olan statistik və
mühasibat hesabatlarının göstəriciləri əsasında
tərtib olunur və reqlament və sorğu rejimində
fəaliyyət göstərən EHM-dən istifadə edilməklə
həyata keçirilir.
Podrat təşkilatların registrinin
statistik
təcrübədə
tətbiqi
əsaslı
tikinti
statistikasının məlumat və təhlil səviyyəsini
əhəmiyyətli dərəcədə artırır, çoxsaylı iqtisadi-
statistik (ənənəvi üsulların tətbiqi yararsız olan)
məsələlərin həll olunmasına imkan verir.
Dostları ilə paylaş: |