SERVER
(en. server) – resursları istifadəçilər
tərəfindən istifadə olunan şəbəkədəki kompüter və
ya
xüsusiləşdirilmiş
kompüterdir.
Server
istifadəçilərin şəbəkə resurslarına, fayllara və
printerlərə bölünməsi müraciətini təmin edir.
SƏBƏBLƏR ÜZRƏ ÖLÜM
– “Ölümün
səbəbləri”nə bax.
SƏCĐYYƏVĐ
(RAYONLAŞDIRILMIŞ)
SEÇMƏ
– 1) seçmə növüdür (təbəqələşmiş
seçmənin variantlarından biridir); 2) oxşar
(səciyyəvi) qruplara və ya öyrənilən əlamətlərə
dair təbəqələri əks etdirən, altməcmudan (yəni
öyrənilən məcmunun hissələrindən) təsadüfi
seçilmiş vahidlərin müəyyən sayından ibarət
altçoxluqdur. Təbəqələr (qruplar) elə yaranır ki,
onların hər birinin daxilindəki vahidlər mümkün
qədər bir-birinə daha çox oxşar olsunlar (yəni
söhbət hər bir təbəqənin daxilindəki kiçik və ya
orta
variasiyalardan
gedir).
Əgər
kiçik
məcmuların hər birindən vahidlər təsadüfi
qaydada seçilərsə, onda səciyyəvi seçmə kiçik
məcmulardan olan bir sıra təsadüfi seçmələrlə
(səciyyəvi qruplar və ya təbəqələrlə) eyni
əhəmiyyətə malik olur. Yaranmış hər bir
təbəqədən vahidlərin seçimi ya təsadüfi qaydada,
ya da mexaniki seçmə yolu ilə (təbəqədə kifayət
sayda
vahid
olduqda)
aparılır.
Səciyyəvi
seçmənin əsas mahiyyəti ondadır ki, məcmunun
təbəqələşməsi hesabına seçmənin eyni həcmli
məcmusundakı
sadə
təsadüfi
seçmə
ilə
müqayisədə seçmənin daha dəqiq nəticələrini və
ya seçmənin kiçik həcmində belə dəqiqliyi əldə
etmək olsun. Bununla yanaşı, təbəqələşmə prosesi
səmərəli olduqda, səciyyəvi seçmənin nəticələri
də daha dəqiq olur. Belə ki, seçmənin xətası
yalnız səciyyəvi qruplar daxilində variasiya ilə
şərtlənir (xəta kiçik olduqda, qrupdaxili variasiya
da kiçik olur və qiymət dəqiqləşir). Təbəqələşmə
üçün, bir qayda olaraq, qruplaşdırma metodundan
istifadə olunur. Əgər təbəqələşmə nəticənin yalnız
məcmu
üzrə
bütövlükdə
alınmasına
yönəldilmişdirsə, onda seçimin aparılmasından
əvvəl səciyyəvi seçmənin hesablanmış həcminin
təbəqələr (qruplar, hissələr) üzrə yerləşdirilməsi
vacibdir. Yerləşdirmə ya bərabər ölçüdə (hər bir
təbəqədə eyni sayda vahid seçilir), ya təbəqədə
olan vahidlərin sayına görə proporsional, ya da
təbəqənin ölçüsü və onda olan əlamətlərin
dəyişkənliyi
(variasiyası)
nəzərə
alınmaqla
(optimal
yerləşdirmədə)
aparılır.
Səciyyəvi
seçmədən həm təsadüfi seçmənin, həm də
mexaniki seçmənin tətbiqi (öyrənilən əlamətlər
sisteminin
böyük
variasiyalı
və
onların
qiymətlərinin asimmetrik bölüşdürülməsi nəticəsi
olaraq) qeyri-mümkün olduqda, yekcins olmayan
məcmuların öyrənilməsində istifadə edilir.
SƏFƏRLƏR
(turizm) – tədiyə balansının
kateqoriyası (elementi) kimi, özündə gələnlər
(müəyyən ölkəyə gələnlər, turistlər) tərəfindən
istehlak olunan mal və xidmətlər kompleksini əks
etdirir
və
bununla da
beynəlxalq ticarət
xidmətlərinin
digər
növlərindən
fərqlənir.
Gələnlərə
mövcud
iqtisadi
ərazidə
olma
müddətləri bir ildən az olan şəxslər, həmçinin
gəldiyi ölkədə heç olmazsa bir gün gecələyən
turistlər (səyahətçilər) və gəldiyi andan 24 saat
ərzində ölkəni tərk edən tranzit sərnişinlər aiddir.
Ancaq bəzən səfərlərə müalicə, təhsillə bağlı,
başqa ölkədə işlə bağlı müntəzəm olaraq sərhədi
574
keçən mövsümi və sərhədyanı işçilər də daxil
edilirlər.
Səfərlər tədiyə balansı təsnifatında iki yerə -
işgüzar və şəxsi səfərlərə bölünürlər.
“Səfərlər” maddəsində gələnlər tərəfindən ölkədə
olduqları dövrdə şəxsi istehlakları üçün satın
aldıqları və əvəzsiz əldə etdikləri (məsələn,
qohumların evində pulsuz yaşamaq) bütün mal və
xidmətlərin dəyərləri qeyd olunur.
SƏHĐYYƏ SAHƏSĐNDƏ XĐDMƏTLƏR
–
əhalinin sağlamlığının qorunması ilə bağlı
xidmətlərdir. Onlara xəstəxanaların, ixtisaslaşmış
mərkəzlərin, sanitar-profilaktika müəssisələrinin
(ümumi
profilli
həkimlərin
və
həkim
mütəxəssislərin göstərdikləri məsləhət xidmətləri
və ambulatoriya müalicəsi, o cümlədən şəxsi
təcrübə qaydasında) xidmətləri; sanatoriyaların və
kurortların bazasında müalicələrin və sağlamlıq
tədbirlərinin aparılması üzrə xidmətlər; paratibbi
heyətin həyata keçirdiyi xidmətlər aid edilir.
SƏHĐYYƏ SĐSTEMĐ
– xəstəxanalar və
ambulatoriya-poliklinika
müəssisələri,
doğum
evləri, feldşer-mama məntəqələri, təcili tibbi
yardım
stansiyaları,
sanitar-sağlamlıq
müəssisələri, sanitar-epidemiologiya stansiyaları
və s. daxil edilməklə, müxtəlif tipli müalicə-
profilaktika fəaliyyətini əhatə edir.
Səhiyyə sisteminin vəziyyəti göstəriciləri səhiyyə
sisteminin inkişafının kəmiyyət xarakteristikasını
əks etdirir və onlara səhiyyə müəssisələrinin
şəbəkəsi, onların maddi-texniki bazası, tibbi
kadrlarla – həkimlərlə, orta və kiçik tibbi heyətlə
(ixtisas,
cins,
peşə
hazırlığının
səviyyəsi)
təminatın mövcudluğu və səviyyəsi aiddir.
SƏHĐYYƏ
STATĐSTĐKASI
–
səhiyyə
sisteminin: səhiyyə müəssisələri şəbəkəsinin,
onların vəziyyəti və təchiz edilməsinin; tibbi
kadrların (həkimlər, orta, kiçik tibbi və digər
heyət) inkişafının kəmiyyət xarakteristikasını
öyrənən sanitar statistikanın altsahəsidir.
SƏHĐYYƏ, ĐDMAN VƏ SOSĐAL TƏMĐ-
NAT
XĐDMƏTLƏRĐNĐN
GÖSTƏRĐL-
MƏSĐ (BURAXILIŞI)
– bu sahələrin
müəssisələri
(xəstəxanalar,
poliklinikalar,
sanatoriyalar, istirahət evləri, turist bazaları,
stadionlar,
idman
klubları,
sosial
təminat
müəssisələri və s.) tərəfindən göstərilən bazar və
qeyri-bazar xidmətlərinin dəyəridir.
Bazar buraxılışı (xidməti) göstərilən pullu
xidmətlərin dəyərini özündə əks etdirir.
Qeyri-bazar buraxılışı (xidməti) - dövlət
büdcəsindən və qeyri-dövlət büdcə fondlarından
maliyyələşdirilən müəssisə və təşkilatların cari
xərclərinin və sahənin əsas kapitalının sərfinin
(istehlakının) həcminin cəmi ilə müəyyən edilir.
SƏHM
(I) – səhmdar cəmiyyətinin nizamnamə
kapitalının bir hissəsidir. Səhm qiymətli kağız
olub, onun sahibinə səhmdar cəmiyyətinin
mənfəətinin bir hissəsini dividentlər (gəlirlər)
şəklində
almaq,
idarə
etmədə
iştirak
və
cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir
hissəsinə malik olmaq hüququ verir. Səhm
sahibinin səhmdar cəmiyyətinə qoyduğu kapitalı
geri götürməyə haqqı yoxdur, lakin səhmi fond
birjasında sata bilər. Səhmdə göstərilən məbləğ
onun nominal dəyəridir, faktiki satış qiyməti isə
səhmin məzənnəsi adlanır və adətən, nominal
dəyərə uyğun gəlir. Səhmlər istifadə xarakterinə
görə adlı və adsız, gəlir gətirmə qabiliyyətinə görə
isə adi və imtiyazlı olurlar.
(II) - cəmiyyətin səhmdarına hüquq, xüsusən səs
hüququ və mülkiyyət hüququ verən qiymətli kağız
olmaqla,
dividentləri,
səhmlərin
alınmasını,
satışını və kapitalda iştirak payını, səhmlərin və s.
kapitalda iştirak payını əhatə edir.
SƏHM SERTĐFĐKATI
– səhmdarın malik
olduğu bütün səhmlərin hamısına qiymətli
kağızdır.
SƏHMDAR
– bir və ya bir sıra səhmdar
cəmiyyətlərinin bir və ya bir neçə səhmlərinin
sahibi olan fiziki və ya hüquqi şəxsdir və
göstərilənlərlə bağlı yaranan bütün hüquqlardan
istifadə edir.
SƏHMDAR CƏMĐYYƏTĐ
– nizamnamə
kapitalı müəyyən sayda səhmlərə bölünmüş (və ya
cəmiyyətin üzvlərinin şəxsi amilləri nəzərə
alınmadan,
nizamnaməyə
uyğun
olaraq
yaradılmış)
cəmiyyətdir.
Onları
səhmdar
adlandırırlar, onlar paya deyil, səhmlərə malik
olurlar. Səhmlər buraxmağa yalnız səhmdar
cəmiyyətlərinin
hüququ
vardır.
Səhmdar
cəmiyyətinin iştirakçıları (səhmdarlar) onun
öhdəliyi üzrə cavabdehlik daşımırlar, lakin
cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara
mənsub səhmlərin dəyəri müqabilində risk
daşıyırlar. Onlar öz səhmlərini digər şəxslərə verə
bilərlər. Səhmdar cəmiyyətlərinin əsas formaları
qapalı, açıq tipli cəmiyyətlərdir. Cəmiyyətin
təsisçisi (səhmdar) olan hüquqi şəxslər öz
təsərrüfat müstəqilliyini və hüquqi şəxs statusunu
saxlayırlar.
SƏHMĐN NOMĐNAL SAHĐBĐ
– səhm
sahibinin tapşırığı ilə öz adından səhmdar
cəmiyyətlər reyestrində qeydiyyatdan keçmiş və
səhmlərə sahib olan hüquqi şəxsdir. Səhmin
575
nominal
sahibi
əmlak
fondları,
banklar,
investisiya
institutları
(investisiya
məsləhətçilərindən
başqa),
deponentlər
ola
bilərlər.
SƏHMĐN NOMĐNALI
– səhmin emissiyası
(emissiya layihəsində) anında onun bəyan edilmiş
dəyəridir.
SƏHMLƏRƏ
VƏ
MƏNFƏƏTDƏ
ĐŞTĐRAKA HÜQUQLARIN ALINMA-
SINA ÜMUMĐ KAPĐTAL QOYULUŞU
–
vahidin əsas kapitalına aid edilən səhmlərin və
mənfəətdə
iştirak
hüquqlarının
alınmasına
yönəldilmiş vəsaitlərin həcmidir. Səhmlərin
alınması və mənfəətdə iştirak hüquqlarının
alınması alış qiymətləri ilə qiymətləndirilir.
SƏHMLƏRĐN
DENOMĐNASĐYASI
–
şirkətin əvvəllər buraxdığı səhmlərin bu şirkətin
səhmlərinin digər nominalları ilə müəyyən
nisbətdə dəyişdirilməsi yolu ilə səhmlərin
nominalının dəyişməsidir.
SƏHMLƏRĐN EMĐSSĐYASI
- (“ Qiymətli
kağızların emissiyası” na bax).
SƏHMLƏRĐN GƏLĐRLĐLĐYĐ
– aşağıdakı
düsturlarla hesablanan kəmiyyətdir:
a) əgər səhm satılmamışdırsa (səhmlərin cari
gəlirliliyi):
%
100
:
⋅
=
Q
D
P
,
burada: D – dövr ərzində əldə olunmuş (və ya
hesablanmış) divident; Q – səhmlərin alış qiyməti;
P – faizlə səhmlərin gəlirliliyidir;
b) əgər səhm satılmışdırsa (səhmlərin yekun
gəlirlililiyi):
%
100
)
(
:
)
(
1
1
2
⋅
⋅
−
+
=
H
Q
Q
Q
D
P
h
burada: D
h
– səhmlərə sahib olma dövründə əldə
olunmuş divident; Q
1
– səhmlərin alış qiyməti; Q
2
– səhmlərin satış qiyməti; H – səhmlərə sahib
olma illəridir (dövrü).
SƏHMLƏRĐN KURSU –səhmdar cəmiyyətinin
səhmlərinin konkret qiymətidir. Əvvəlcə səhmlər
buraxılarkən onun nominal kursu formalaşdırılır
ki, bu da səhmin özündə göstərilir. Səhmin bazar
kursu alqı-satqı prosesində və yaxud qiymətli
kağızlar bazarında ( fond birjalarında, əmtəə
birjalarının
fond
şöbələrində,
investisiya
şirkətlərində, banklarında və qiymətli kağızların
yerləşdirilməsinə
lisenziyası
olan
digər
təşkilatlarda), onun alış (satış) qiyməti ilə
aydınlaşdırılır. Səhmin bazar kursu uzunmüddətli
ssudalar üzrə divident tarifi və bank faizi
arasındakı nisbətlərdən, səhmdar cəmiyyətinin
etibarından
və
onun
maliyyə-təsərrüfat
fəaliyyətinin
nəticəsindən
formalaşan
konyunktura
mülahizələrinə
görə
müəyyənləşdirilir. Bəzən səhm kursu dedikdə, bir
səhmə
hesablamaqla
səhmdar
cəmiyyətin
mülkiyyətinin dəyəri kimi müəyyənləşdirilən,
səhmin balans dəyəri başa düşülür.
SƏHMLƏRĐN MƏZƏNNƏ ĐNDEKSĐ
– 1)
fond birjalarının qiymətli kağızlar bazarının
vəziyyətinin ümumiləşdirici göstəricisidir; 2) fond
birjalarında təyin edilmiş qiymətlə, səhmlərin
müəyyən hissəsinin və ya hamısının gündəlik
birja
qiymətlərinin
səviyyəsinin
rəqəmlərlə
ifadəsidir. Hər bir iri fond birjası öz səhm kursu
indeksini (bəzən hesabatı fond birjalarından
uyğun məlumat alan hər hansı bir kommersiya
strukturu həyata keçirir) hesablayır. Dünyada
daha çox məşhur olan səhm kursu indeksi – ABŞ-
da
Dou-Jons,
Böyük
Britaniyada
Futsi,
Yaponiyada NĐKKEY hesab olunur.
SƏHMLƏRĐN NƏZARƏT PAKETĐ
–
sahibinə səhmdar cəmiyyətinin fəaliyyətinə tam
nəzarət etməyə imkan verən səhmlərin sayıdır.
Səhmlərin
mütləq
nəzarət paketi
səhmdar
cəmiyyətinin səhmlərinin ümumi sayının 50%-
dən çoxunu təşkil edir. Səhmlərin nəzarət paketi
maliyyə kapitalı maqnatlarının əlində cəmləşir.
Onlar iştirak sistemi vasitəsilə səhm nəzarət
paketi 20-30%, bəzən isə 5-10% olduqda belə,
səhmdarlar cəmiyyətində tam ixtiyar sahibi
olurlar.
SƏHMLƏRĐN SATILMASI VƏ GƏLĐR-
LƏRĐN BÖLÜŞDÜRÜLMƏSĐNDƏ ĐŞTĐ-
RAK HÜQUQUNUN VERĐLMƏSĐ (ÖTÜ-
RÜLMƏSĐ)
– hesabat dövrü ərzində vahidin
kapitalının satılmasının əsası kimi baxılan
səhmlərin
dəyərini
və
gəlirlərin
bölüşdürülməsində iştirak hüququnu göstərir.
Səhmlərin
satılması
və
gəlirlərin
bölüşdürülməsində iştirak hüququ balans dəyəri
üzrə deyil, satıcı tərəfindən qəbul edilmiş
mülkiyyətin ötürülməsi (verilməsi) ilə bağlı
xərclər
çıxılmaqla,
faktiki
qiymətlər
üzrə
qiymətləndirilir.
SƏHMLƏRĐN
VƏ
KAPĐTALDA
ĐŞTĐRAK PAYININ SATILMASI
- hesabat
dövründə vahidin əsas kapital kimi malik olduğu
576
və satılmış səhmlərdə səhmlərinin və kapitalda
iştirak payının dəyərini özündə birləşdirir.
Səhmlərin və kapitalda iştirak payının satılması
balans dəyəri ilə deyil, mülkiyyət hüququnun
verilməsi ilə bağlı istənilən xərclər çıxıldıqdan
sonra satıcının faktiki alınmış qiyməti üzrə
qiymətləndirilməlidir.
SƏHMLƏRĐN VƏ KAPĐTALDA ĐŞTĐ-
RAK PAYLARININ ALINMASI
– bura
hesabat vahidinin malik olduğu və hesabat dövrü
ərzində alınmış səhmlərin və kapitalda iştirak
paylarının həcmi daxildir.
Səhmlərin və kapitalda iştirak paylarının alınması
alıcının qiymətləri ilə qiymətləndirilməlidir.
SƏLAHĐYYƏTLĐ
NÜMAYƏNDƏ
(AGENT)
- digər hüquqi vahidin xeyrinə və
maraqlarına müxtəlif əməliyyatları həyata keçirən
hüquqi vahiddir.
SƏMƏRƏLĐ ĐSTEHLAK BÜDCƏSĐ
-
əhalinin istehlak etdiyi müxtəlif maddi nemətlərin
(qida məhsulları, paltar, mədəni və məişət, mənzil
və s. əşyaları) və mədəni-məişət təyinatlı
xidmətlərin
normatividir.
Əhalinin
müxtəlif
sosial-demoqrafik
qrupları
üçün
hazırlanır.
Dövlətin sosial-iqtisadi inkişaf perspektivlərinin
müəyyən edilməsi üçün istifadə edilir.
SƏNAYE (SƏNAYE FƏALĐYYƏTĐ)
– 1)
təbiətdə olan və süni surətdə təkrar istehsal
olunmayan maddi nemətlərin hasil edildiyi, bu
nemətlərin, həmçinin kənd və meşə təsərrüfatı
məhsullarının emalının həyata keçirildiyi iqtisadi
fəaliyyət sahəsidir. Dünya təcrübəsində sənayenin
əhatə dairəsi kimi mədənçıxarma, emal, elektrik
enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava
ilə təchizat, çirkli suların və tullantıların
təmizlənməsi fəaliyyəti növləri göstərilir;
2) - əmək alətlərinin hazırlanması, bərpa
olunmayan təbii maddi nemətlərin (faydalı
qazıntıların) hasilatı, sənaye, kənd təsərrüfatı və
digər bərpa olunan bitki və heyvan xammallarının
emalı üzrə təşkil olunmuş müəssisələrin və
insanların fərdi əmək fəaliyyətidir.
Statistika
təcrübəsində
müstəqil
sənaye
müəssisələri çərçivəsində sənaye fəaliyyəti ( əsas)
və qeyri-sənaye müəssisələri və təşkilatlarının
təşkilati cəhətdən ayrılmış bölmələrində olan
sənaye fəaliyyəti fərqləndirilir.
SƏNAYE XARAKTERLĐ ĐŞ
– sənaye
məhsulu hesab edilən sənaye-istehsal xidmətidir.
Sənayedə əvvəllər istehsal olunmuş məhsulun
(sənaye məmulatlarının bərpa və ya təmir
edilməsi) itirilmiş (tamamilə və ya qismən)
istehlak dəyərinin bərpa edilməsi üzrə və ya
əvvəllər
yaradılmış
istehlak
dəyərinin
yaxşılaşdırılması (digər sənaye müəssisələrinin
istehsal etdikləri məmulatların tam hazır olana
qədər
emalı
və
başa
çatdırılması
üzrə
əməliyyatlar: rəngləmə, cilalama, çəkib-bükmə və
s.) üzrə işləri özündə birləşdirir. Bu işlərin həyata
keçirilməsi ilə bağlı məhsulların dəyəri sənaye
xarakterli işlərin dəyərinə daxil edilmir.
SƏNAYE ĐSTEHSALININ FĐZĐKĐ HƏCM
ĐNDEKSĐ
– baza dövrü ilə müqayisədə cari
dövrdə istehsal olunmuş maddi nemətlərin
kütləsinin dəyişməsini xarakterizə edən nisbi
göstəricidir. Sənaye istehsalının fərdi və ümumi
fiziki
həcm
indeksi
fərqləndirilir:
sənaye
istehsalının fərdi fiziki həcm indeksi bir məhsulun
istehsal həcminin dəyişməsini əks etdirir və
məhsulun cari və baza dövrlərindəki həcmlərinin
nisbəti kimi hesablanır. Sənaye istehsalının
ümumi fiziki həcm indeksi isə bir neçə növ
məhsulu özündə birləşdirən maddi nemətlərin
kütlələrinin müqayisəli dəyişməsini xarakterizə
edir. Qiymət dinamikasının təsiri istisna olmaqla,
bu indeks yalnız onun fiziki həcminin dəyişməsi
nəticəsində bütün məhsulun həcminin nə qədər
artdığını göstərir. Sənaye istehsalının fiziki həcm
indeksi aşağıdakı düsturla hesablanır:
∑
∑
=
0
0
0
1
p
q
p
q
I
burada q
1
və q
0
– müvafiq olaraq cari və baza
dövründə istehsal olunmuş məhsulun natural
ifadəsi; p
0
– müqayisə olunan dövrlərdə məhsulun
qiymətləndirilməsi
aparılan
müqayisəli
qiymətlərdir.
SƏNAYE
ĐSTEHSALININ
ĐQTĐSADĐ
SƏMƏRƏLĐLĐYĐ
–
ayrı-ayrı
ehtiyat
növlərindən istifadə olunmasının səmərəliliyinin
xüsusi göstəriciləri və bir neçə ehtiyat növlərinin
istifadə səmərəliliyinin ümumi göstəriciləri daxil
olan göstəricilər sistemi ilə xarakterizə edilir.
Sənaye
istehsalının
iqtisadi
səmərəliliyinin
göstəriciləri istehsalın səmərəsinin (nəticələrinin)
bu səmərənin əldə edilməsi ilə əlaqədar avans
verilmiş ehtiyatlar və ya cari məsrəflər ilə
müqayisəsi əsasında hesablanır.
Səmərəlilik göstəriciləri buraxılan məhsul və ya
gəlirdir (balansdan və ya sənaye məhsulunun
satışından olan gəlir). Maddiləşmiş əməyin avans
verilmiş ehtiyatlar ölçüsünün göstəriciləri, pul
ifadəsində əsas, dövriyyə və ya bütün istehsal
fondlarıdır. Ayrı-ayrı ehtiyat növlərinin cari
577
məsrəf göstəriciləri - canlı əmək (vahid iş vaxtı və
ya işçilərin sayı), əmək vasitələrinin (əsas istehsal
fondlarının aşılanması) və əmək əşyalarının (pul
ifadəsində xammal, materiallar, yanacaqlar və
enerji) məsrəfləridir.
Avans verilmiş ehtiyatların istifadə səmərəliliyini
vahid
ehtiyatların
səmərəlilik
göstəricisi
xarakterizə edir: fond səmərəliliyi, dövriyyə
vəsaitlərinin
dövr
etmə
əmsalı,
istehsal
fondlarının gəlirliliyi və s. Ayrı-ayrı ehtiyat
növlərinin məsrəfinin səmərəliliyinin xüsusi
göstəriciləri - canlı əmək məhsuldarlığı və ya
məhsulun əmək tutumu, material tutumu və ya
material səmərəliliyi, alınan səmərənin pul
vahidinə
düşən
amortizasiya
ölçüsüdür
(amortizasiya
tutumu).
Cari
məsrəflər
səmərəliliyin ümumiləşdirici göstəriciləri - səmərə
vahidinin
məsrəf
tutumu
və
ya
məsrəf
səmərəliliyidir. Cari məsrəflərin avans verilmiş
ehtiyatların ölçüləri ilə ölçülməsinin vacibliyi
zamanı, istehsalın cari xərclərinin daxil olduğu
çəkilmiş məsrəflər və bir dövrə çəkilmiş (kapital
qoyuluşları səmərəliliyinin normativ əmsalının
köməyi ilə) mövcud əsas və dövriyyə istehsal
fondlarının ölçüləri istifadə olunur. Toplu
hesablamalarda, sahələrarası balansların tam əmək
məsrəfləri matrisinin məlumatları əsasında əmək
vahidində maddiləşmiş əməyə avans verilmiş
ehtiyatların ifadəsi də mümkündür.
Dostları ilə paylaş: |