Geoloji tədqiqat, digər institusional vahidlərlə bu
tədqiqatların
xeyrinə
olaraq
bağlanmış
müqavilələr üzrə ödənmiş, toplanmış dəyər
əsasında və ya təsərrüfat üsulu ilə aparılmış
tədqiqatlara
çəkilmiş
xərclər
əsasında
qiymətləndirilməlidir. Hesabdan tam silinməyən,
tədqiqatların
keçmişdə
aparılmış
dəyərinin
hissəsini cari dövrdəki qiymətlərlə və ya xərclərin
dəyəri ilə yenidən qiymətləndirmək lazımdır.
Kompüter proqram təminatı alıcıların bazarda
ödədiyi qiymətlər əsasında, şəxsi qüvvə ilə
istehsal edildiyi vaxt şərti hesablanmış qiymətlər
əsasında və ya belə qiymətlər əldə etmək mümkün
olmadıqda,
istehsal
xərcləri
əsasında
qiymətləndirilməlidir. Əvvəlki illərdə əldə edilmiş
və tam olaraq hesabdan silinməmiş proqram
təminatı cari qiymətlərlə və ya xərclərin dəyəri
(bunlar ilkin qiymətlərdən və ya xərclərdən az ola
bilər) ilə yenidən qiymətləndirilməlidir.
Ədəbi və bədii əsərlərin orijinalları və digər
qeyri-maddi əsas fondlar bu qeyri-maddi
aktivlərin
faktiki
olaraq
bazarda
satıldığı
qiymətlərlə qiymətləndirilməlidir. Qeyri-maddi
aktivlərin təsərrüfat üsulu ilə istehsal edildiyi
hallarda isə cari dövrün qiymətləri ilə və aşınma
təshih
edilməklə
onları
yenidən
qiymətləndirməklə öz istehsal xərcləri əsasında
qiymətləndirmək lazımdır. Digər hallarda isə belə
aktivlərin mülkiyyətçiləri tərəfindən əldə edilməli
olan,
gələcəkdə
gözlənilən
gəlirlərinin
qiymətləndirilməsindən istifadə etmək olar.
QEYRĐ-MADDĐ ƏSAS VASĐTƏLƏRƏ
KAPĐTAL QOYULUŞLAR
I
–
“Qeyri-
material aktivlərə investisiyalar” a bax.
QEYRĐ-MADDĐ ĐQTĐSADĐ AKTĐVLƏR
–
maddi-əşya formasına malikdir, ancaq onların
dəyərləri aktivlərin digər xüsusiyyətləri ilə - bu
aktivlərlə bağlı məlumatlarla və hüquqlarla
müəyyənləşdirilir.
QEYRĐ-MALĐYYƏ AKTĐVLƏRĐ
– maliyyə
aktivlərinə daxil edilməyən iqtisadi aktivlərdir.
Qeyri-maliyyə aktivlərinə istehsal edilən aktivlər
(əsas fondlar, maddi dövriyyə vəsaitləri və
qiymətlilərin ehtiyatları) və istehsal edilməyən
aktivlər (maddi və qeyri-maddi) daxildir.
QEYRĐ-MALĐYYƏ AKTĐVLƏRĐNƏ ĐN-
VESTĐSĐYALAR
– istehsal aktivlərinə (əsas
kapitala,
maddi
dövriyyə
vasitələrinin
ehtiyatlarına, qiymətlilərə) və qeyri-maliyyə
aktivlərinə
(torpağa,
təbiətdən
istifadə
obyektlərinə, istehsal olunmayan qeyri-maddi
aktivlərə)
investisiyaların
məbləği
kimi
müəyyənləşdirilir.
QEYRĐ-MALĐYYƏ DÖVLƏT KORPO-
RASĐYALARI
– fəaliyyətinə dövlət tərəfindən
nəzarət olunan qeyri-maliyyə korporasiyalarının
və
kvazikorporasiyaların–rezidentlərin
məcmusudur. Korporasiyalar üzərində nəzarətə
dövlətin iqtisadi siyasətinin müəyyənləşdirilməsi
imkanı kimi baxılır.
QEYRĐ-MALĐYYƏ KORPORASĐYALA-
RI (CƏMĐYYƏTLƏRĐ)
- əsas fəaliyyət növü
387
maliyyə vasitəçiliyi və ya maliyyə vasitəçiliyinə
münasibət üzrə köməkçi fəaliyyəti olmayan
korporasiyalar və ya kvazikorporasiyalardır.
QEYRĐ-MALĐYYƏ KORPORASĐYALA-
RI BÖLMƏSĐ (SEKTORU)
- gəlir əldə etmək
məqsədi ilə əmtəə və xidmət istehsal edən qeyri-
maliyyə
korporasiyalarının,
qeyri-maliyyə
kvazikorporasiyalarının və məhsul və qeyri-
maliyyə xidmətlərinin, bazar istehsalı ilə məşğul
olan qeyri-kommersiya təşkilatlarının (QKT)
məcmusudur.
Korporasiyalara nəzarətin kim
tərəfindən həyata keçirilməsindən asılı olaraq,
qeyri-maliyyə korporasiyalarının üç alt bölməsi
fərqləndirilir:
dövlət
qeyri-maliyyə
korporasiyaları; xüsusi (şəxsi) milli qeyri-maliyyə
korporasiyaları;
xarici
qeyri-maliyyə
korporasiyaları.
Qeyri-maliyyə korporasiyaları
bölməsi ÜDM-in istehsalına ən çox gəlir gətirir,
lakin son istehlakda iştirak etmir.
QEYRĐ-MATERĐAL AKTĐVLƏRƏ ĐN-
VESTĐSĐYALAR
– (I) - maddi aktivlərə və ya
qiymətli kağızlara qoyulan investisiyalara daxil
edilməyən investisiyalardır; onlara patentlərin,
ticarət
nişanlarının,
modellərin,
müəlliflik
hüquqlarının, həmçinin yer və onun təkinin
konsessiyasına və s. hüquqların yaradılması və
alınmasına xərclər aid edilir.
(II) - şirkətin hesablarında həm qudvillər,
konsessiyalar,
patentlər,
lisenziyalar,
əmtəə
nişanları
maddələrində
(bu
maddələr
əsas
fondların bir hissəsini təşkil edir), həm də elmi-
tədqiqat və təcrübə-konstruktor işlərinə çəkilən
xərclər, marketinq xərcləri (bu maddələr belə
işlərin şəxsi və qeyri-şəxsi istifadə üçün
aparılmasını ehtimal edə bilər və bir çox hallarda
onlar istehsaldan gələn cari gəlirlərin bir hissəsi
hesab edilir) kimi əks oluna bilər.
Həqiqətən də, qeyri-maddi aktivlərə investisiyalar
kapital xərcləri nəticəsində (yəni patent və
lisenziyaların
alınması)
və
ya
şirkətlərin
birləşməsi (qudvilin artması), yaxud da istehsal
xərcləri hesabına həyata keçirilə bilər. Sonuncu,
məsələn, proqram təminatına çəkilən xərclər
halında daha xarakterikdir.
QEYRĐ-METAL
STANDARTI
–
pul
ekvivalenti rolunu yerinə yetirən, tərkibindəki hər
hansı metalın çəki təminatı ilə pul vahidinin
əlaqəsini müəyyən etməyən pul sistemidir. Qeyri-
metalizm qeyri-konvertasiya banknotları tətbiq
edən, demək olar ki, dünyanın bütün ölkələrində
müasir pul sistemlərinə məxsusdur. Beynəlxalq
pul rejimi də həmçinin o dərəcədə qeyri-metal
hesab edilir ki, qızıla döndərmə (çevirmə), yalnız
pul vahidi ilə onların qızıl tərkibinin birbaşa
əlaqəsini nəzərdə tutmayan köməkçi vasitə hesab
edilir.
Qeyri-metal
standart
sikkələrin
pul
kütləsinin hissəsi olmadığını ifadə etmir. Onlar
müxtəlif ərintilərdən hazırlanır ki, onların da
xüsusi
dəyərləri
sikkələrin
dəyərlərini
müəyyənləşdirmək üçün əsas kimi xidmət etmir.
QEYRĐ-PARAMETRĐK STATĐSTĐK ME-
TODLAR
– paylanmadan azad metodlardır,
paylanmanın naməlum funksional formasında baş
məcmunun tədqiqatı üçün tətbiq edilir. Belə ki,
rəqəmsiz məlumatların təhlilində dərəcəyə (ranq),
sıra statistikasına, seçmə hissəsinə, məlumatların
rəqəmləşdirilməsinə əsaslanan metodlardan geniş
istifadə edilir.
QEYRĐ-REZĐDENTLƏR
– ölkə ərazisində
yerləşən
xarici
ölkələrin
dövlət idarəetmə
orqanları, beynəlxalq təşkilatlar, həmçinin onların
nümayəndəlikləri və ofisləri, xarici səfirliklərdir.
Bundan əlavə, qeyri-rezidentlərə mövcud ölkənin
mülkiyyətində olan, onun sərhədindən kənarda
yerləşən xarici müəssisələr, adətən, xaricdə
yaşayan, o cümlədən mövcud ölkədə olan fərdi
şəxslər aid edilir.
QEYRĐ-REZĐDENTLƏR TƏRƏFĐNDƏN
XĐDMƏT SAHƏSĐ MÜƏSSĐSƏLƏRĐNƏ
NƏZARƏT
- əgər B ölkəsinin bir və ya bir neçə
hüquqi və ya fiziki şəxsi A ölkəsindəki xidmət
sahəsi müəssisəsinin kapitalının 50 faizinə
malikdirsə və ya onun rəhbərliyinin əksəriyyətini
təyin etmə hüququna malikdirsə, onda B ölkəsinin
rezidentləri tərəfindən A ölkəsinin xidmət sahəsi
müəssisəsinə nəzarət edilə bilər.
QEYRĐ-RƏSMĐ
(QEYRĐ-FORMAL)
BÖLMƏ (SEKTOR)
- onda iştirak edən
şəxslərin iş və gəlirlə təmin edilməsi məqsədi ilə
mal və xidmətlərin istehsalı ilə məşğul olan və ev
təsərrüfatı müəssisələrinin xarakterik əlamətlərinə
malik olan vahidlərin məcmusudur. (Əmək
statistiklərinin 15-ci beynəlxalq konfransının
qətnaməsi ilə müəyyənləşdirilmişdir).
Qeyri-rəsmi bölmənin istehsal vahidləri aşağıdakı
xüsusiyyətlərə malikdir:
- təşkil etmənin aşağı səviyyəsi və fəaliyyətin
kiçik miqyası;
- istehsal vahidləri ev təsərrüfatlarından və yaxud
onun üzvlərindən ayrılıqda yaradılmış sərbəst
hüquqi törəmə sayılmır;
- əsas fondlar və digər aktivlər istehsal vahidlərinə
deyil, onların sahiblərinə məxsusdur;
- vahidlər digər vahidlərlə saziş və yaxud digər
müqavilə münasibətlərinə girişə və öz şəxsi
adlarından özlərinə öhdəlik götürə bilməzlər;
388
- sahibkarlar istehsal fəaliyyətini öz risklərinə
təşkil edirlər və şəxsən istehsal prosesi ilə bağlı
istənilən öhdəlik üzrə qeyri-məhdud dərəcədə
cavabdehdirlər;
- əmək münasibətləri (əgər belə hal mövcuddursa)
təminata
(zəmanətə)
formal
riayət
edilmə
müqavilələri deyil, təsadüfi məşğulluğa və yaxud
qohumluq və şəxsi münasibətlərə əsaslanır;
- sahibkarlıq fəaliyyəti ayrı-ayrı şəxslər tərəfindən
və yaxud ailənin haqqı ödənilməyən üzvlərinin
köməyi ilə və yaxud bir və ya bir neçə muzdlu
işçinin cəlb edilməsi ilə həyata keçirilir;
- əsas fondlardan adətən həm istehsal, həm də
şəxsi məqsədlər üçün istifadə edilir;
- mütəşəkkil bazarlara, kredit müəssisələrinə,
müasir texnologiyaya, peşəkar təhsilə və s. malik
olmama (az malik olma);
- fəaliyyət adətən daimi bina olmadan və yaxud
sahibkarın evində həyata keçirilir;
- vəziyyət bəzən qanun çərçivəsindən kənara
çıxmağa
vadar
edir
(məsələn,
vergi
ödənilməsində, sosial fondlara ayırmalarda, əmək
qanunvericiliyində);
QEYRĐ-ÜMUMĐ MÜŞAHĐDƏ
– statistik
müşahidə ilə öyrənilən obyektlərin vahidlərinin
bir hissəsinin müşahidəsidir. Müşahidə üçün
vahidlərin seçilməsinin xarakterindən asılı olaraq,
qeyri-ümumi müşahidənin növləri fərqlənir: əsas
kütlə metodu, seçmə müşahidə, monoqrafik
tədqiqatlar.
QƏRARIN
QƏBUL
OLUNMASINDA
SƏRBƏSTLĐK
– iqtisadi vahidlərin özlərinin
funksiyalarına dair qərarın qəbul edilməsi
haqqında danışmaq üçün nəzərə almaq lazımdır
ki, onlara özləri tərəfindən qəbul edilmiş qərarlara
və işə başlamağa görə cavabdehlik verilmişdir və
onları təmin etmək üçün iqtisadi vahidlər müvafiq
uçot sisteminə malikdirlər.
QƏZA HALLARI
– nəqliyyat hadisələrini,
onlarda ölən və yaralanan adamların, korlanmış
nəqliyyat vasitələrinin sayı göstəricilərini özündə
birləşdirir.
Avtomobil nəqliyyatında yol-nəqliyyat hadisəsi -
yollarda,
küçələrdə,
meydanlarda,
dəmiryol
keçidlərində nəqliyyat vasitələrinin hərəkəti
prosesində baş verən və adamların həlak olmasına
və ya müxtəlif dərəcəli bədən xəsarəti almasına,
heyvanların
və
ya
hərəkətsiz
maneənin
vurulmasına, nəqliyyat vasitələrinin, yolların,
qurğuların zədələnməsinə və ya başqa maddi zərər
dəyməsinə səbəb olan hadisədir.
QISA ÖLÜM CƏDVƏLLƏRĐ
– 5-illik,
yaxud (nadir hallarda) 10-illik yaş intervalları
üçün hesablanmış ölüm cədvəlləridir. Tam ölüm
cədvəllərindən
fərqli
olaraq,
qısa
ölüm
cədvəllərinin hesablanması üçün ölənlərin və
yaşayanların sayı haqda 1-illik yox, 5-illik, yaxud
hətta 10-illik yaş intervalları üzrə məlumatlardan
istifadə olunur. Qısa ölüm cədvəlləri əsasında
onun göstəricilərindən birinin interpolyasiyası
köməyi ilə 1-illik intervallar üzrə ölüm cədvəlini
almaq olar. Xeyli yaş akkumulyasiyası və çıxış
məlumatlarında digər qüsurlar olduqda, bu, 1-illik
yaş intervalları üzrə məlumatlar əsasında tam
ölüm cədvəllərini birbaşa almaqdan daha üstün
ola bilər. Qısa ölüm cədvəlləri tez-tez rast gəlinən
tam
cədvəllərin
qısaldılmış
nəşrləri
ilə
qarışdırılmamalıdır, onlarda göstəricilər “bütöv”
yaşlar üçün, məsələn, beşə bölünənlər kimi
göstərilir. Qısa ölüm cədvəlləri tam cədvəllərə
nisbətən daha çox ölkələrarası müqayisələrdə və
beynəlxalq nəşrlərdə istifadə olunur.
QISAMÜDDƏTLĐ DÖVLƏT ĐSTĐQRAZ
VƏRƏQƏSĐ
– Azərbaycan Respublikasında
müvafiq icra hakimiyyəti orqanı (emitent)
tərəfindən buraxılan və istiqraz vərəqəsi sahibinin
müəyyən
edilmiş
dövrdən
sonra
istiqraz
vərəqəsinin nominal dəyərini emitentdən almaq
hüququnu təsbit edən emissiya qiymətli kağızıdır.
Qısamüddətli istiqraz vərəqəsi ilə birjanın üzvləri
Bakı
Fond
Birjası
vasitəsilə
(“Hərrac
iştirakçıları”) öz adlarından və öz hesablarına və
ya öz adlarından müştərilərinin (“investor”)
hesabına və onların tapşırığı ilə əldə edilə bilər.
Đstiqraz
vərəqələrinin
sahibi
Azərbaycan
Respublikasının rezidentləri və qeyri-rezidentlər
ola bilərlər.
Đstiqraz vərəqələrinin müddəti bir ildən çox
olmamaq şərti ilə, ayrı-ayrı buraxılışlarla,
adlı, sənədləşdirilməmiş formada buraxılır.
Đstiqraz vərəqələrinin nominal dəyəri emitent
tərəfindən müəyyən edilir. Đstiqraz vərəqələri
üzrə gəlir istiqraz vərəqələrinin nominal
dəyəri ilə satış qiyməti arasındakı fərqdən
ibarətdir.
QISAMÜDDƏTLĐ STATĐSTĐKA -
biznes
statistikasına dair məlumatların aylıq və rüblük
dövrilikdə
hazırlanmasıdır.
Qısamüddətli
statistika göstəriciləri AĐ-nin statistikaya dair əsas
tələblərindən sayılır və iqtisadiyyatın sənaye,
tikinti, nəqliyyat, rabitə, ticarət və bazar
xidmətləri sektorlarını əhatə edir. Sənaye istehsalı
indeksi, sənaye dövriyyəsi indeksi, yeni sifarişlər
üzrə indeks, məhsulların istehsalçı qiymətləri,
sənaye məhsullarının
idxalı indeksi, əmək, tikinti
məhsulu, pərakəndə ticarət dövriyyəsi və s. kimi
əsas göstəricilərin toplanması nəzərdə tutulur.
389
QISAMÜDDƏTLĐ KAĞIZLAR
– 1 il
müddətinə buraxılan qiymətli kağızlardır.
QĐSMƏN STABĐL ƏHALĐ
– vaxta görə
daimi yaş bölgüsü olan nəzəri əhalidir. Bu
termindən ilk dəfə 1966-cı ildə BMT-nin
nəşrlərində istifadə olunmuşdur. Onun nəzəriyyəsi
əsasən J.Burjua-Pişanın əsərlərində işlənmişdi. O,
göstərmişdi ki, qismən sabit əhali istənilən vaxt
anında stabil əhali ilə üst-üstə düşür və bu əhali
müəyyən vaxt dövründə doğum rejiminə və nəslin
kəsilməsi ardıcıllığına cavab verməlidir. Xassələri
empirik müşahidələr və hesablamalar əsasında
öyrənilən kvazistabil əhalidən fərqli olaraq,
qismən sabit əhali nəzəriyyəsi ciddi riyazi,
deduktiv
xarakter
daşıyır.
Məsələn,
sübut
olunmuşdur ki, ölümün yaş intensivliyi bütün
yaşlarda bərabər aşağı düşən əhali qismən sabit
əhalidir.
QĐYMƏT
– (I) - 1) əmtəənin dəyərinin pulla
ifadəsidir.
Qiymətin
köməyi
ilə
iqtisadi
mütənasiblik, istehsalın səmərəliliyi, istehsalçı və
istehlakçı üçün məhsulun faydalılığı təhlil edilir
və
proqnozlaşdırılır.
Onunla
mübadilənin
ekvivalentliyi ölçülür, əhalinin həyat səviyyəsi
müəyyənləşdirilir. Beləliklə, onda cəmiyyətin
iqtisadi və sosial problemləri öz əksini tapır.
Qiymət əmtəənin dəyər ölçüsü hesab edilir.
Qiymətə qiymət statistikasının öyrənmə obyekti
kimi makro və mikroiqtisadi mövqedən baxmaq
lazımdır. Makroiqtisadi nöqteyi-nəzərdən qiymətə
sahə nisbətləri, milli gəlirin bölüşdürülməsi, vergi
qoyma və kreditləşdirmə sistemləri, məsrəflərin
formalaşdırılması qaydaları sistemləri və s. təsir
göstərir. Mikroiqtisadi mövqedən qiymətə konkret
müəssisə, firma səviyyəsində fəaliyyət göstərən
mexanizm kimi baxılır ki, onun köməyi ilə də
mənfəəti təmin etmək olur.
Qiymətin aşağıdakı funksiyaları fərqləndirilir:
uçot, həvəsləndirici və bölüşdürücü. Qiymətin
uçot funksiyasında məhsulun istehsalı və satışına
zəruri ictimai əmək sərfi əks etdirilir, həmçinin
istehsalın xərcləri və nəticələri qiymətləndirilir.
Qiymətin həvəsləndirici funksiyasından elmi-
texniki tərəqqinin inkişaf etdirilməsi, ehtiyatlara
qənaət
edilməsi,
istehsalın
səmərəliliyinin
yüksəldilməsi,
məhsulların
keyfiyyətinin
yaxşılaşdırılması
üçün
istifadə
edilir.
Bölüşdürücü
funksiya
əmtəələrin
ayrı-ayrı
qrupları və növlərinə aksizlərin, əlavə dəyərə
vergilərin və ölkə və yerli büdcəyə daxil olan
mərkəzləşdirilmiş xalis gəlirin digər formalarının
qiymətlərlə uçotunu nəzərdə tutur. Bu funksiyanın
köməyi ilə sosial vəzifələr həll edilir. Qiymət
təklif və tələbin uçotu funksiyasını reallaşdırır,
istehsalçının keyfiyyətin yüksəldilməsində və
təklif nəzərə alınmaqla, əmtəələrin çeşidlərinin
genişləndirilməsində
marağını
artırır.
Bazar
iqtisadiyyatına keçid dövründə sərbəst (bazar) və
dövlət qiymətləri tətbiq edilir. Pul tədavülü
stabilləşdikcə, iqtisadiyyatda bazar strukturu
yaradıldıqca və istehsal inhisarsızlaşdıqca sərbəst
qiymətlərin tətbiqi sahəsi genişlənir, dövlət
qiymətinin tətbiqi sahəsi isə təbii inhisar və
müdafiə
müəssisələrinin
məhsulları
ilə
məhdudlaşır; 2) mülki hüquqa görə, əmtəə
dəyərinin pul ilə ifadəsidir. Qiymət əmtəə
istehsalına sərf olunmuş ictimai zəruri iş vaxtı
miqdarının dolayı ölçülməsinə xidmət edən
kateqoriyadır. Qiymətdən həmçinin müqavilənin
məbləğinin və ya tərəflərin pul öhdəliklərinin
müəyyən edilməsi üçün istifadə olunur.
(II)
-
şirkətin
xarici
əməliyyatlarının
xarakteristikası üçün istifadə edilən anlayışdır:
alıcının qiymətidir, satış qiymətidir. Qiymət
anlayışı nəticənin əldə edilməsini nəzərdə tutur.
QĐYMƏT FAS
– yükü göndərənin yükü
körpüyədək
daşıma
ilə
nəqliyyat-ekspeditor
xərclərini məhdudlaşdıran qiymətdir.
QĐYMƏT FOB
– satıcının daşıma və sığorta
üzrə xərclərinin yalnız bir hissəsini (o cümlədən
malın ancaq gəminin bortuna daşınması anınadək
olan xərcləri) ödədiyini nəzərdə tutan qiymətdir.
QĐYMƏT ĐNDEKSĐ
– müəyyən dövr ərzində
qiymətlərin nisbi dəyişməsini, qalxmasını və ya
enməsini əks etdirən göstəricidir. Fərdi qiymət
indeksi müəyyən əmtəənin hesabat ilindəki
qiymətinin baza dövründəki qiymətinə olan
nisbətidir. Ümumi indeks hesabat dövründə
satılmış əmtəələr qrupunun faktiki qiymətlərlə və
baza dövrü qiymətlərilə ölçülmüş dəyərləri
arasındakı nisbətinə bərabərdir.
QĐYMƏT ĐNDEKSLƏRĐ SĐSTEMĐ
– dövlət
statistika orqanları tərəfindən hesablanan və
aşağıdakı qiymət indekslərini özündə birləşdirən
sistemdir:
istehsalçı-müəssisələrin
sənaye
məhsulları; kənd təsərrüfatı məhsulları; tikinti
üzrə; rabitə xidmətləri üzrə; ixrac və idxal orta
qiymətləri; eyni zamanda istehlak qiyməti indeksi
və yüklərin daşımasına tariflər. Bu indekslər
təmsilçi-malların
qiymətləri
üzərində
müşahidələrin
nəticələri
üzrə
hesablanır.
Beynəlxalq standartlara əsaslanan və ölkənin
iqtisadi inkişafının xüsusiyyətlərini nəzərə alan
belə hesablama, qiymət dinamikası haqqında
məlumat alınmasında əsas üsuldur. Qiymət
indeksləri
fəaliyyət
növü,
yerləşdiyi
yer,
məhsulun
həcmi,
əmtəə
dövriyyəsi
kimi
390
xarakterik xüsusiyyətlərə malik qruplar üzrə
təmsilçi malların seçmədən nümunə metodu ilə
hazırlanır. Metodun tətbiq edildiyi ümumi cəmdə
onların payının hesablanması ilə müəyyən edilən
mühüm mal qrupları təmsilçi-mallar dəstinə daxil
edilir. Qiymət indeksinin əsasında baza ağırlığı və
daha seyrək hesabat dövrləri dayanır. Çəkilərin
seçilmiş strukturundan asılı olaraq, standart
düsturlardan istifadə edilir.
Hesabat dövrünün çəkiləri əsasında qurulmuş
düstur (Paaşe düsturu):
I
p
=
,
/
(
/
(
1
1
1
1
0
1
1
1
1
1
1
0
1
1
∑
∑
∑
∑
∑
∑
=
=
p
i
q
p
q
p
q
p
q
p
q
p
q
p
q
p
(1)
Dostları ilə paylaş: |