QIZDIRMA XƏSTƏLĐYĐNƏ MEYLLĐ
RAYONLARDA
SƏMƏRƏLĐ
PRO-
FĐLAKTĐKA VASĐTƏLƏRĐNDƏN ĐSTĐ-
FADƏ EDƏN VƏ MALYARĐYADAN
MÜALĐCƏ OLUNAN ƏHALĐNĐN SAYI
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf
göstəricilərindən)
-
qızdırmanın
profilaktika səviyyəsi insektisid preparatlarından
emal edilmiş mığmığa əleyhinə torda yatan 5
yaşadək uşaqların faizlə sayı kimi ölçülür.
Qızdırmadan müalicə göstəricisi müayinənin
aparılmasından əvvəlki iki həftə ərzində xəstəliyin
qızdırmalı vəziyyətində olan 5 yaşadək uşaqların
sayının qızdırma əleyhinə müvafiq dərman
preparatları
qəbul
etmiş
uşaqların
sayına
bölünməsi ilə müəyyən edilir.
Qızdırma profilaktikası sahəsindəki göstərici
keçən gecəni insektisid preparatları ilə emal
edilmiş mığmığa əleyhinə torda keçirmişlərlə,
müayinə ilə əhatə olunmuş 5 yaşadək uşaqların
faiz payı kimi hesablanır.
QIZDIRMA XƏSTƏLĐYĐNƏ TUTULMA
VƏ ONDAN ÖLMƏ SƏVĐYYƏSĐ
(Minil-
liyin bəyannaməsində əks olunmuş inkişaf
göstəricilərindən) - hər 100 000 nəfərə hesabında
malyariya xəstəliyinə tutulanların sayını əks
394
etdirir. Qızdırmadan ölmə əmsalı hər 100 000
nəfərə hesabında qızdırma nəticəsində ölənlərin
sayını əks etdirir.
Əgər qızdırmanın yayılması haqqında məlumatlar
yalnız müvafiq tibbi xidmətlərin göstərilməsinə
dair materiallar əsasında əldə edilirsə, belə
məlumatlar hər 100 000 nəfərə hesablanır,
bununla belə, məxrəc qismində əhalinin sayı
haqqında qiymətləndirici məlumatlardan istifadə
edilir.
Əgər 5 yaşadək uşaqlara aid olan müvafiq
məlumatlar
ev
təsərrüfatları
müayinələrinin
materiallarından əldə edirərsə, bu məlumatlar 5
yaşadək uşaqlar arasında son iki həftə ərzində
qızdırma müşahidə edilən uşaqların faizlə miqdarı
kimi
hesablana
bilər.
100
000
nəfərə
hesablamaqla əmsalı almaq üçün bu məlumatları
1000-ə vurmaq olar.
Ümumdünya Səhiyyə Təşkilatı müvafiq modellər
əsasında məhz malyariyadan ölənlər haqqında
məlumatların qiymətləndirilməsini aparır.
QIZIL
– ənənə üzrə ehtiyat vasitə və tezavrasiya
(banka və ya əmanət kassasına qoymayıb, evdə
saxlama) obyekti kimi çıxış edən qiymətli
metaldır.
Azərbaycan Respublikasının qızıl ehtiyatı affinaj
edilmiş
qızıl
külçələrdən
ibarətdir,
dövlət
mülkiyyətidir
və
dövlətin
qızıl-valyuta
ehtiyatlarının tərkib hissəsidir. Qızıl ehtiyatı
dövlətin maliyyə siyasətinin həyata keçirilməsi və
Azərbaycan Respublikasının fövqəladə hallarda
yaranan tələblərinin ödənilməsi üçün təxsis edilir.
Azərbaycan Respublikasının qızıl ehtiyatının bir
hissəsi Azərbaycan Respublikasının Mərkəzi
Bankına verilir və “Azərbaycan Respublikasının
Mərkəzi
Bankı
haqqında”
Azərbaycan
Respublikası Qanununa uyğun olaraq beynəlxalq
qızıl-valyuta ehtiyatları kimi saxlanılır və idarə
olunur.
Azərbaycan
Respublikasının
qızıl
ehtiyatının digər hissəsi müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi qaydada saxlanılır və
istifadə olunur.
QIZIL HƏDLƏR
– beynəlxalq qızıl standart
sistemləri
şəraitində
-
konkret
valyutanın
mübadilə kurslarının son həddidir; bu həddən
kənara çıxmaq – müvafiq olaraq yuxarı və ya
aşağı – özü ilə ödəmə vasitəsi kimi qızılın, uyğun
olaraq ya idxalına (gətirilməsinə) və yaxud da
ixracına (göndərilməsinə) səbəb olur. Beynəlxalq
hesablaşmalar qızılın yerdəyişməsi vasitəsilə və
ya
valyutada
rəsmiləşdirilmiş
köçürmə
veksellərinin köməyi ilə həyata keçirilir. Valyuta
bazarında köçürmə vekselinin qiyməti qızılın
göndərilmə qiymətindən yüksək olduqda, borclu
kreditorla öz Mərkəzi Bankından əldə etdiyi
qızılla hesablaşmağa üstünlük verir. Başqa sözlə,
qızılın göndərilmə həddinə o zaman nail olunur
ki, digər ödəmə formalarına nisbətən qızılla
ödəmə daha ucuz başa gəlsin. Bu qızıl hədd qızıl
sikkələrin daşınması üzrə xərclərin kəmiyyəti
qədər artırılmış milli valyutanın nominalına
bərabərdir. Əksinə, qızılın gətirilməsi həddinə o
vaxt nail olunur ki, köçürmə veksellərinin
səviyyəsi
kreditorların
gəlirlərinin
aşağı
səviyyəsini təmin etsin ki, bunun nəticəsində də
kreditorlar xarici borclulardan daşınmaya görə
onların öz öhdələrinə götürdükləri ödəmənin
qızılla aparılmasını tələb edə bilsinlər. Beləliklə,
qızılın gətirilmə həddi pulların köçürülmə xərcləri
çıxılmaqla nominala bərabərdir.
QIZIL
KÜLÇƏ
STANDARTI
–
pul
dövriyyəsi qızıl külçələrinə konversiya olunan
bank biletlərindən (banknotlarından) ibarət olan
qızıl standartı rejimidir. Metala qənaət etmək
məqsədilə, belə rejimdə qızıl dövriyyədən yox
olur. Mərkəzi banklar əhaliyə sikkələr deyil,
ehtiyat kimi mümkün qədər daha çox qızıl
ehtiyatının
yaradılması
məqsədilə
müəyyən
olunan, yüksəldilmiş ədəd hesabı qiyməti üzrə
ödəmələrdə
külçələrə
konversiya
edilən
banknotlar verir.
“QIZIL SƏHM”
– 1) öz sahibinə səhmdarların
ümumi yığıncağında bir sıra məsələlər üzrə,
xüsusən cəmiyyətin Nizamnaməsinə dəyişiklik və
əlavələr edilməsi, istənilən formada əmlakın
özgəninkiləşdirilməsi
haqqında,
digər
müəssisələrdə iştirak etməyə dair, cəmiyyətin ləğv
edilməsi haqqında qərarların qəbul edilməsində
“veto” hüququ verən adi səhmdir; 2) öz sahibinə -
dövlətə bütün digər səhmdarlarla müqayisədə
özəlləşdirilməli
olan
müəssisələrə
dövlət
nəzarətini həyata keçirmək məqsədi ilə xüsusi
hüquqlar verən xüsusi səhm növüdür.
QIZIL SĐKKƏ STANDARTI
– pul tədavülü
qızıl sikkələrdən və qızıla konversiya edilən
banknotlardan ibarət olan qızıl standartlar
sistemidir. Qızıl sikkə standartı rejimi qızıl
külçələrdən
metal
sikkələrin
kəsilməsi ilə
xarakterizə olunur. Kəsilmə sərbəst və demək olar
ki, pulsuzdur, sikkələr isə pul kütləsinin üstün
(çox) hissəsini təşkil edir. Banknotlar da
sikkələrlə eyni hüquqda dövr edir və bütövlükdə
qızıla konversiya olunur, emissiyanın səviyyəsi
isə bu konversiyanın təmin olunma dərəcəsi ilə
məhdudlaşır.
QIZIL STANDART
– metalın etalonu kimi
qızıla əsaslanan pul sistemidir. Đlkin olaraq qızıl-
etalon
qeyri-məhdud
miqdarda
konversiya
395
edilmişdir və yalnız sonradan bu terminlə pul
sistemi qızılın məhdud, qismən konversiyası ilə
ifadə edilmişdir. Pul sistemində qızıl ekvivalent
rolunu oynayır, tədavüldə isə qızıl sikkələr, yaxud
qızıla dəyişdirilən pul nişanları işlədilir.
QIZIL VALYUTA STANDARTI
– qızıldan
əmələ gəlmiş, qızıl standartı kimi qızıla əsaslanan
pul sistemidir. Bu sistemdə pulun qızıla daxili
dönməsi (qayıtması) təmin edilmir. Xarici
valyutaya gəldikdə isə, pul hakimiyyəti onu
mübadilə vasitəsi ehtiyatı kimi saxlaya bilər.
Sistem Breton-Vudsda qəbul edilmişdir (BVF-yə
bax).
QOCALAR
(demoqrafiya) – qoca və ahıl
insanlardır.
Demoqrafik
tədqiqatlarda
bu
anlayışdan əhalinin yaş strukturunun təkamülünü
öyrənmək üçün, həmçinin əhalinin qocalmasının
demoqrafik,
sosial
və
iqtisadi
nəticələrini
xarakterizə
etmək
üçün
istifadə
olunur.
(“Demoqrafik qocalma”ya bax). Tədqiqatın
məqsəd və vəzifələrindən asılı olaraq, əhalinin bu
kateqoriyasının aşağı yaş həddi 60-dan 75-dək
dəyişə bilər. Qocalar qrupundan uzunömürlüləri
ayırmaq olar.
QOCALIQ
– insan ömrünün yaş dövrü, onun
son fazasıdır, onun başlanma xarakteri və vaxtı
orqanizmin
fizioloji
qocalması
prosesi
ilə
şərtlənir. Qocalıq – təkcə biopsixoloji deyil, həm
də sosial-tarixi anlayışdır. Onun vaxt çərçivələri
şərtidir və müxtəlif insan cəmiyyətlərində və
sosial
qruplarda,
insan
tarixinin
müxtəlif
mərhələlərində
xeyli
dəyişir.
Fərdi
xüsusiyyətlərdən və həyat tərzindən asılıdır.
QOHUMLUQ
– insanlar arasında əlaqədir;
nikah münasibətləri və törəmə əsasında yaranan
mənşəyini ümumiliyi ilə şərtlənir. Đki növ
qohumluq mövcuddur. Birinci – təbii, yaxud
bioloji qohumluq insanlar arasında genetik
yaxınlıqla müəyyən edilir. Bioloji qohumluq –
açıq strukturdur, qohumluq dərəcəsindən və
şəcərəsindən asılı olmayaraq, bütün qohumlar
bura daxil ola bilər. Đkinci növ – sosial
qohumluqdur (yaxud qohumluq sistemidir) –
sosial cəhətdən təsdiq edilmiş və cəmiyyətin
təşkili xüsusiyyətləri ilə şərtlənən qohumluq
münasibətlərinin qruplaşma sistemidir. Müəyyən
etnososial orqanizmdə işləməklə, qohumluq
sistemi açıq strukturdan hər hansı bir qohumluq
münasibətlərinin məcmusunu çıxarır, ondan
kənar, hətta bioloji yaxın qohumlar da bu sıraya
daxil edilir. Qohumluq sistemi həmişə bağlı
struktur olub və eqosentrik xarakter daşıyır: onun
mərkəzi
həmin
insandır
(eqo),
qohumluq
terminləri ilə onunla bu və ya digər qohum (alter)
arasında sistemdə mövcud olan münasibətlər ifadə
olunur.
Qohumluq sistemlərinin elmi öyrənilməsinin
başlanğıcı XIX əsrin ikinci yarısında Amerika
etnoqrafı L.Q.Morqan tərəfindən qoyulmuşdur. O,
“Qohumluq
sistemləri
və
insan
ailəsinin
xüsusiyyətləri” (1870) və “Qədim cəmiyyət…”
(1877) kitablarında dünya xalqlarının qohumluq
sistemlərini şərh etmişdir.
Dünya xalqlarının çoxlu qohumluq sistemlərində
dörd əsas tarixi tipləri ayırmaq olar.
Birinci – Avstraliya, yaxud bifurkativ (təzə lat.
bifurcatio – haçalanma, şaxələnmə) tipi, burada
qohumların ata xətti və ana xətti ilə ayrılması
prinsipi
ardıcıl
aparılır,
qan
qohumluğu
münasibətlərinin və xassələrinin qarşıqoyulması
yoxdur. Bifurkativ tipli qohumluq sistemlərində
qohumluq dərəcələri fərqləndirilir və fərdi
qohumluq
deyil,
qohum
qrupları
arasında
münasibətləri ifadə edirlər.
Tarixən daha gec ailə təşkili forması – böyük
ailənin və onun əsasında qəbilənin yaranması
ikinci tip – ərəb, yaxud bifurkativ – xətti
qohumluq sistemini törədir. Bu tip sistemin
xüsusiyyəti ondadır ki, onlarda həm bifurkasiya,
həm də xəttilik (qohumların düz və ya xətlər üzrə
ayrılması) bərabər reallaşır. Cəmiyyət bu inkişaf
mərhələsində belə bir şəraitdə qalırdı ki, qəbilənin
normal, ekzoqam forması mümkün olmurdu və bu
hallarda qəbilə təşkilinin endoqam variantı yaranır
və onun əsasında qohumluq sisteminin üçüncü tipi
– Havaya, yaxud generasiya tipi yaranırdı.
Onlarda qohumların həm bifurkasiya, həm də
xəttilik prinsipi üzrə ayrılma yox idi.
Cəmiyyət təkamül etdikcə, vacib sosial özək kimi
kiçik ailənin meydana gəlməsi ilə qohumluq
sisteminin dördüncü tipi – ingilis, yaxud xətti tipi
yaranır. Bu tip qohumluq sistemlərində qohumlar
ata xətti və ana xətti ilə fərqləndirilir, düz
qohumluq xətti yan xətlərə qarşı qoyulur.
QOHUMLUQ DƏRƏCƏSĐ
– iki qohum
arasında geneoloji məsafəni hesablamaq üçün
elementar vahiddir. Qohumluq dərəcəsi öz
məcmusunda qohumluq sistemi ilə əlaqələndirilir,
lakin ona analoji olmayan müəyyən sistemi təşkil
edir. Qohumluq sistemi cəmiyyətin sosial
strukturu ilə törəyir, qohumluq dərəcəsi sistemi
isə qohumların müəyyən kateqoriyalarının sosial
cəhətdən təsdiq olunmuş qarşılıqlı hüquq və
vəzifələrini birbaşa əks etdirir. Qohumluq
dərəcəsi hüquqda, xüsusən vərəsəlik hüququnda
nəzərə alınır.
Soy quruluşunu əks etdirən bifurkativ tipli
qohumluq
təsnifat
sistemlərində
qohumluq
dərəcəsi tamamilə yox idi. Sonralar qohumluq
396
dərəcəsinin ayrılması prinsipləri mühüm təkamülə
məruz qalmış və sonradan özünün bu və ya digər
tarixi formasında müasir hüquq normalarında
modifikasiya olunmuşdur.
Roma hüququnda qohumluq dərəcəsi “genealoji
addımların” cəminə bərabərdir, onlardan hər biri
bir
törəmədədir.
Ata
birinci
qohumluq
dərəcəsinin, qardaş – ikinci; atanın qardaşı (əmi) –
üçüncü qohumluq dərəcəsinin qohumudur və s.
Digər
ölkələrdə başqa
qohumluq
dərəcəsi
sistemləri yaranırdı.
QOHUMLUQ XƏTTĐ
– öz arasında törəmə
münasibətləri
ilə
bağlı
olan
qohumların
ardıcıllığıdır. Adətən, bilavasitə və yandan
qohumluq xətti fərqləndirilir. Bilavasitə qohumluq
xətti ilə bir-birindən əmələ gələn şəxslər bağlıdır;
yüksələn (gələcək nəsildən əcdadlara) və azalan
(əcdadlardan gələcək nəslə) qohumluq xətti
fərqlənir. Yandan qohumluq xətti ümumi əcdadı
olan qohumlar yaradır (ata və oğul – düz
qohumluq xətti, dayı (əmi) və dayı (əmi) oğlu
qohumluq xəttinə mənsubdur, onlardan hər birinə
digər qohumun bilavasitə qohumluq xəttinə
nisbətdə yandan qohumluq xətti kimi baxılır).
Bilavasitə və yandan qohumluq xətti ayrılması ilk
dəfə qəbilə təşkilini əks etdirən qohumluq
sistemlərində
yaranmışdı;
bu,
dual-qəbilə
quruluşu
ilə
törədilən
qohumluq
təsnifat
sistemlərində yox idi. Bilavasitə və yandan
qohumluq xətti, başqa ata və anaya görə
qohumluq xətti də fərqlənir, onların biri-birinə
qarşı qoyulması ekzoqam təşkil olunması (qəbilə)
ilə şərtlənən qohumluq sistemlərində mövcuddur.
Buna görə də, müasir Avropa qohumluq
sistemlərinin
əksəriyyətində
ata
terminoloji
cəhətdən öz qardaşlarından fərqlənir, ata və
ananın qardaşları isə eyni terminlə ifadə olunur.
QORUQLAR
– təbii kompleksin ekoloji etalon
kimi saxlanması və öyrənilməsi üçün, həmçinin
qiymətli heyvan və bitkilərin bərpa edilməsi üçün
təsərrüfat istifadəsindən çıxarılmış, unikal və
yaxud daha tipik konkret coğrafi ərazi zonalarıdır.
Statistika qoruqların sayını və sahələrini, onların
hər birində mövcud olan nadir və itməkdə (yox
olmaqda) olan heyvan və bitki növlərini,
biotexniki tədbirlərin aparılmasını, həmçinin
müxtəlif dəyər xarakteristikalarını (saxlanılmaya
xərcləri) və digər göstəriciləri öyrənir.
Həmçinin müvafiq ekoloji monitorinq (müşahidə)
aparılan, qlobal (dövlətlərarası və regionlararası)
əhəmiyyətə
malik
olan
biosfera
qoruqları
mövcuddur.
Qoruq-ovçuluq
təsərrüfatları
(təsərrüfatın
özgəninkiləşdirilməsi və mühafizə səviyyəsinin
ekoloji status üzrə qoruqlara yaxın olması) – vəhşi
heyvan və quşların qorunması, öyrənilməsi və
bərpa edilməsi üçün təsərrüfat istifadəsindən
çıxarılmış ərazi sahəsidir. Ayrı-ayrı hallarda ciddi
tənzimlənən tutma və ov etməyə imkan verilir.
Qoruq-ovçuluq təsərrüfatlarının uçot qaydaları
qoruqların statistik uçot qaydaları ilə eynidir.
Qoruqların və qoruq-ovçuluq təsərrüfatlarının
tərkibinə müvəqqəti qoruqlar – ayrı-ayrı bir neçə
təbiət
komponentlərinin
qorunması,
təkrar
istehsalı və bərpa edilməsi üçün nəzərdə tutulmuş
ərazi sahələri daxil edilmir. Müvəqqəti qoruqlar
bir qayda olaraq təsərrüfat fəaliyyətindən tam
çıxarılmır, ancaq təbiətdən xüsusi müəyyən
edilmiş məhdudlaşdırılmış istifadə rejiminə malik
olurlar.
QOŞA KORRELYASĐYA ƏMSALI
– iki
təsadüfi kəmiyyətin qarşılıqlı əlaqəsini, onların
xətti asılılıq dərəcəsini ifadə edən kəmiyyətdir.
Çoxölçülü hallarda, X=(X
1
, X
2
, ..., X
k
)
t
ifadəsində
k - ölçülü vektordursa, qoşa korrelyasiya əmsalı
iki təsadüfi kəmiyyət arasındakı xətti asılılığın
dərəcəsini xarakterizə edir. Məsələn, qalan (k-2)-x
kəmiyyətinin
təsiri
şəraitində
X
1
və
X
2
kəmiyyətləri arasında
12
ρ
olur.
Qoşa korrelyasiya əmsalı -1 və +1 aralığında
(
1
1
+
≤
≤
−
ρ
)
dəyişir.
Məsələn,
0
12
=
ρ
olduqda, bu zaman X
1
və X
2
kəmiyyətləri
korrelyasiya olunmamış olur və bir-birindən xətti
asılı olmurlar.
1
±
=
ρ
olduqda, kəmiyyətlər
arasında funksional asılılıq baş verir. Seçmə qoşa
korrelyasiya əmsalı olan r ikiölçülü təsadüfi
kəmiyyətlərin seçmə müşahidəsi nəticəsində
hesablanır və
ρ
-un nöqtəli qiyməti hesab edilir.
ρ
kimi r kəmiyyəti də kəmiyyətlər arasındakı
(
1
1
+
≤
≤
−
ρ
) xətti asılılığı ölçür.
QOŞALANMIŞ YÜK ƏMƏLĐYYATLARI
ƏMSALI
– stansiyada bir yerli vaqonla orta
hesabla yerinə yetirilən yük əməliyyatlarının
sayıdır. Yük əməliyyatlarının sayının stansiyada
bir və ya ikiqat əməliyyat aparan yerli vaqonların
sayına olan nisbəti kimi hesablanır.
QRAFĐK METODLAR
(demoqrafiyada) –
əhalinin
inkişafı
və
yerləşməsi
qanunauyğunluqlarının, demoqrafik proseslərlə
strukturlar arasında asılılığın təsviri üsullarının
məcmusudur, şəkillərin (həndəsi şəkil, kontur
fiqurları, nöqtələr, xətt kəsikləri, səthlər, şərti
işarə-simvollar) köməyi ilə edilir. Cəbr (analitik)
və rəqəmli modellərə nisbətən qrafik metodlar
demoqrafik
hadisələrin
strukturunun
elementlərinin əyani sinoptik təsvirini verir.
Qrafik metodların demoqrafiyada tətbiqi onların
397
istifadə məqsədləri, “məna yükünün” hüdudları,
məqbul
nisbətin,
əyaniliyin
və
dəqiqliyin
qiymətləndirilməsi ilə şərtlənir. Qrafik metodların
demoqrafiyada tətbiqinə XIX əsrdə başlanıb və
alman statistikləri Q.Knapp, K.Bekker, V.Leksis,
Q.Mayr və s. adları ilə bağlıdır.
Demoqrafik strukturların təsviri zamanı qrafik
metodların geniş sinfi tətbiq olunur. Ən çox
yayılmış yaş piramidasıdır. Üçbucaq diaqram da
tətbiq edilir və bu zaman o imkan verir ki,
üçbucaq sxemdə əhalinin üçkomponentli yaş
strukturunu (uşaqlar, böyüklər, qocalar) nöqtə ilə
göstərməyə imkan verir.
QREŞEM QANUNU
– “pis (keyfiyyətsiz)
pulların yaxşı (keyfiyyətli) pulları sıxışdırıb
aradan
çıxarmasına”
dair
pul
dövriyyəsi
qanunudur.
Đngilis
kralı
VII
Eduardın
məsləhətçisi,
Tomas
Qreşem
(1519-1579)
tərəfindən formalaşdırılmışdır və bildirir: nə vaxt
ki, tədavüldə (dövriyyədə) müxtəlif dəyərli pullar
olur, daha çox “çəkili, bahalı, dəyərli” pullar
tədavüldən çıxarılır və beləliklə, tədavüldə yalnız
“pis
(keyfiyyətsiz)
pullar”
qalır.
Qreşem
qanununun təzahürünün şərtləri aşağıdakılardır:
- dövriyyədə eyni metaldan olan müxtəlif sikkələr
mövcuddur, ancaq onlardan bəziləri şübhə
doğurur (tərkibində metal-etalon azdır, daha az
əyarlıdır və s.);
- bimetallizm şəraitində (müxtəlif metallardan
kəsilmiş sikkələr müxtəlif dəyərlərə malik
olduqda);
- konvertasiya edilməmiş əsginas valyutalarla
yanaşı, metal pullar da tədavüldə olur.
Konkret vəziyyətdən asılı olaraq, Qreşem
qanununun
pul
tədavülünə
mənfi
təsirini
tezavrasiya (pulunu banka və ya əmanət kassasına
qoymayıb evdə saxlama), dövlət (xəzinədarlıq)
tərəfindən unifikasiyalaşdırma, yaxud “yaxşı
(keyfiyyətli)” pulları tələb edən xarici kreditorlara
verilməsi ilə aradan qaldırmaq olar.
Dostları ilə paylaş: |