A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə111/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   107   108   109   110   111   112   113   114   ...   182

MARKETĐNQ  XĐDMƏTĐ 

-  tələbatı  ödəmək 

və 


gəlir 

əldə 


etmək 

məqsədilə 



xidmətin 

göstərilməsinə  (istehsalı  və  satışına)  yönəldilmiş 

fəaliyyət növlərinin məcmusudur.  

 

MARKETĐNQ 



MƏLUMATLARI

 

– 



marketinq  tədqiqatlarında  istifadə  edilən  rəqəmli 

məlumatlar, 

faktlar, 

qiymətlər 

və 

informasiyalardır. Marketinq məlumatları iki növə 



bölünür:  xarici  və  daxili.  Xarici  –  müəyyən 

məqsədlər  üçün  müxtəlif  idarə  və  təşkilatlar 

tərəfindən  yığılan,  ancaq  firmanın  marketinqində 

istifadə  edilən  məlumatlardır.  Belə  məlumatlar 

bazar  strukturları  vasitəsilə  kommersiya  əsasında 

əldə  olunur.  Dövlət  Statistika  Komitəsinin,  digər 

dövlət,  ictimai  və  elmi  təşkilatların  məlumatları, 

kütləvi  informasiya  vasitələrinin  materialları, 

reklam  nəşrləri  və  s.  bura  daxildir.  Daxili 

məlumatlar  firmanın  özü  tərəfindən  yığılır  və 

işlənib 

hazırlanır. 

Daxili 

məlumatlar 



öz 

növbəsində  konkret  marketinq  fəaliyyəti  üçün 

xüsusi 

yığılan 


birinci 

məlumatlara, 

digər 

məqsədlər  üçün  toplanan,  lakin  marketinqin 



ehtiyacları 

üçün 


istifadə 

edilən 


(məsələn, 

mühasibat hesabları) ikinci  məlumatlara bölünür.  

 

MARKETĐNQ  TƏDQĐQATI

  –  marketinqin 

tərkib  hissəsidir,  onun  məlumat-təhlil  tələbatını 

təmin  edən,  istənilən  tədqiqat  fəaliyyətidir. 

Marketinq  tədqiqatı  metodologiya  baxımından 

özündə  statistika,  ekonometriya,  sosiometriya, 

kvalimetriya,  bixeviorizm  və  spesifik  (xüsusi) 

marketinq  metodlarının  mürəkkəb  birliyini  əks 

etdirir.  Marketinq  tədqiqatının  iki  istiqaməti 

fərqləndirilir:  kəmiyyət  qiymətləri,  hesablamaları 


 

427


və  modellərindən  istifadə  edən  formalaşdırılmış 

və 


keyfiyyət, 

atributiv 

və 

alternativ 



xüsusiyyətlərdən  istifadə  edən  təsviri  istiqamət. 

Bir  sıra  ölkələrdə  marketinq  tədqiqatı  və 

marketinq strategiyasının əsaslandırılması əmtəəni 

istehsal edən və satan firmaların (xüsusən orta və 

kiçik)  özləri  deyil,  onların  sifarişi  ilə  və 

kommersiya  əsasında  ixtisaslaşdırılmış  marketinq 

və konsaltinq firmaları tərəfindən həyata keçirilir. 

Marketinq  tədqiqatının  məqsədi  mallar  və 

xidmətlər, tələb və təklif bazarının, istehlakçıların 

davranışının,  bazar  konyunkturasının,  qiymətlərin 

dinamikasının vəziyyətini öyrənməkdən ibarətdir. 

 

MARKETĐNQƏ  ĐNVESTĐSĐYA  QOYU-



LUŞLARI

 – xərclərin bir hissəsi marketinq üzrə 

investisiyaya daxil edilən, qalan hissəsi isə faktiki 

istehlak  xərcləri  hesab  olunan  qoyuluşdur. 

Đnvestisiyalar  və  istehlak  xərcləri  arasında 

marketinq  üzrə  xərclərə  aşkar  hədd  qoyulması, 

ehtimal  ki,  çoxsaylı  suallara  gətirib  çıxaracaqdır. 

Bu  problemin  asanlıqla  həlli  üçün  bir  sıra 

praqmatik 

sadələşdirmə 

etmək 

lazımdır. 



Marketinqə investisiyalar uzunmüddətli marketinq 

ilə məhdudlaşdırıla bilər ki, bu da yeni məmulatın 

marketinqini,  yeni  satış  rayonları  və  ya  bazar 

seqmentləri  üzrə  xərcləri  və  vahidin  strateji 

mövqelərinin 

yaxşılaşdırılmasına 

yönəldilmiş 

marketinq  üzrə  tədbirlərə  çəkilən  xərcləri  əhatə 

edir.  

 

MARKETĐNQĐN  ƏTRAF  MÜHĐTĐ



 

– 

marketinq  fəaliyyətinə  və  onun  nəticələrinə  təsir 

göstərən  daxili,  xarici  güclərin  və  amillərin 

məcmusudur.  Marketinqin  ətraf  mühiti  mikro  və 

makro  səviyyələrə  bölünür.  Mikro  mühitə  firma 

tərəfindən  nəzarət  olunan  qeyri-tipik    daxili  

amillər  (firmanın  ölçüsü  və  strukturu,  onun 

rəhbərliyi,  işçi  heyəti,  marketinq  xidməti)  və 



xarici  güc  və  amillər  (mal  göndərənlər,  ticarət 

vasitəçiləri,  müştərilər,  rəqiblər,  ictimai  rəy)  aid 

edilir.  Makromühit  qlobal,  ümumilikdə  bazara, 

həm  də  hər  bir  firmaya  təsir  göstərən,  firma 

tərəfindən  nəzarət  olunmayan  amilləri  təşkil  edir. 

Onlara  sosial-demoqrafik  və  iqtisadi  amillər; 

əhalinin  mədəni-maarif  səviyyəsi,  elmi-texniki 

tərəqqinin  səviyyəsi,  təbii-coğrafi  və  ekoloji 

şərait,  siyasi-hüquqi  mühit,  məlumat  mühiti 

aiddir.  Firma  makromühit  amillərinə  nəzarət 

olunması  imkanına  malik  deyil  və  onların 

fəaliyyətinə 

uyğunlaşmalıdır. 

Bu 


məqsədlə, 

marketinq 

tədqiqatları 

və 


biznes-statistika 

makromühit amillərinin bazar fəaliyyətinə təsirini 

öyrənir və modelləşdirir. 

 

MARKET-MEYKER

  –  1)  birja  və  birjadan 

kənar 


qiymətli 

kağızlar 

bazarının 

dileri 


(vasitəçisi)  hesab  edilən  maliyyə  şirkətidir  və  öz 

fəaliyyət  miqyasının  təsiri  ilə  özü  tərəfindən 

qiymətləndirilən  kağızların  bazar  qiymətlərinin 

müəyyənləşdirilməsində  iştirak  edir;  2)  fond 

bazarında  proseslərin  gedişini  izləyən,  inkişaf 

meyllərini, 

gözlənilən 

gəlirliliyi, 

qiymətli 

kağızların  etibarlılığını  qiymətləndirən  bazar 

iştirakçılarına  qiymətlər,  məzənnə,  dividentlər 

haqda  məlumat  verən  fond  birjasının  yüksək 

ixtisaslı  işçisi,  qiymətli  kağızlar  bazarının 

meneceridir. 

 

MARKOV PROSESĐ

 – istənilən t



vaxt


 

anında 


prosesin  ehtimal  olunan  xüsusiyyətinin  sistemin 

necə  və  nə  vaxt  müəyyən  vəziyyətə  çatmasından 

deyil,  gələcəkdə  yalnız  onun  t

vaxt


 

anındakı 

vəziyyətindən  asılı  olduqda,  sistemdə  baş  verən 

nəticəsiz, təsadüfi prosesdir.  

Markov prosesinin bir neçə növü fərqləndirilir. 

 

MARTEN  SOBASININ  FAYDALI  HƏC-



MĐNDƏN  ĐSTĐFADƏ  ƏMSALI

  –  sutka 

ərzində  marten  sobasının  1  m

2

  sahəsindən 



çıxarılan 

poladla 


xarakterizə 

edilən, 


qara 

metallurgiyada 

texniki-iqtisadi 

göstəricidir. 

Əridilmiş  poladın  kəmiyyətinin  təqvim  metr-

sutkaların  kəmiyyətinə  bölünməsi  ilə  təyin  edilir. 

Təqvim  metr-sutkaların  həcmi  marten  sobasının 

dibinin  sahəsinin  (m

2

)  dövr  ərzindəki  təqvim 



sutkaların  sayına  vurması  ilə  təyin  edilir.  Marten 

sobasının  faydalı  həcmindən  istifadə  əmsalı  nə 

qədər  yüksək  olursa,  marten  sobasından  istifadə 

də bir o qədər yaxşı olur.  

 

MASKA

  (proqramlaşdırmada)  –  işarələrin, 

simvolların, ikilik rəqəmin kombinasiyasıdır. Belə 

kombinasiyalar  EHM-də  əməliyyatların  yerinə 

yetirilməsi şərtlərini müəyyənləşdirir.  

 

MASKULĐNĐZASĐYA

 (lat. masculinus – kişi), 

(demoqrafiyada)   –  əhali  strukturunun  cinsə  görə 

kişilərin payının artması tərəfinə dəyişməsidir.  

 

MAŞIN  QRAFĐKASI



  –  hesablama  texnikası 

vasitələrindən 

istifadə 

etməklə, 

qrafik 

məlumatların işlənməsidir.  

 

MAŞIN  VƏ  AVADANLIQLAR

  –  (I)  - 

natura-maddi  əlamətlərinə  görə  əsas  fondların 

növləridir.  Maşın  və  avadanlıqlara  enerjini, 

materialları  və  informasiyanı  başqa  şəklə  salan 

qurğular  aiddir.  Əsas  (üstün  olan)  təyinatından 

asılı  olaraq,  maşın  və  avadanlıqlar  energetika 

(güc), 

işçi 


və 

informasiya 

maşın 

və 


avadanlıqlarına bölünürlər. 

 

428 


Energetika  avadanlıqlarına  (güc  maşın  və 

avadanlıqlarına) istilik və elektrik enerjisi istehsal 

edən  maşın-generatorlar,  istənilən  növdən  olan 

enerjini  (su,  külək,  istilik,  elektrik  və  s.  enerjini) 

mexaniki,  yəni  hərəkət  enerjisinə  çevirən  maşın-

mühərriklər aid edilir. 



Đş  maşın  və  avadanlıqlarına  əmək  əşyalarına 

(emal  edilən  əşyalara)  mexaniki,  termiki  və 

kimyəvi  təsir  göstərmək  üçün  nəzərdə  tutulmuş 

maşın, alət, aparat və digər avadanlıqlar aid edilir. 

Göstərilən  əmək  əşyaları  bərk,  maye  və 

qazabənzər  vəziyyətdə  ola  bilər.  Onların  forma, 

xüsusiyyət, 

hal 


və 

vəziyyətini 

dəyişmək 

məqsədilə  istifadə  edilən  sənaye  məhsullarının 

istehsalı  üçün  avtomatlaşdırılmış  maşın  və 

avadanlıqlar,  kənd  təsərrüfatı,  nəqliyyat,  ticarət, 

anbar,  su  təchizatı  və  kanalizasiya,  sanitar-

gigiyena  avadanlıqları,  energetika  və  informasiya 

maşın  və  avadanlıqlarından  başqa,  maşın  və 

avadanlıqların  bütün  digər  növləri  daxil  olmaqla, 

texnoloji avadanlıqların bütün növləri daxildir. 

Đnformasiya 

maşın 


və 

avadanlıqları 

informasiyaların  dəyişdirilməsi  (şəklinin)  və 

saxlanması  üçün  nəzərdə  tutulmuşdur  (rabitə 

sistemi avadanlıqları, həmçinin ölçü və idarəetmə 

vasitələri;  hesablama  texnikası  və  orqtexnika; 

informasiyaların vizual və akustik əks etdirilməsi; 

informasiyanın saxlanması və s.).  



(II)  -  “Əsas  kapitalın  alınması”  bölməsinin  alt 

bölməsidir.  

Bu  bölməyə  müəssisələrdə  və  ona  bitişik 

binalarda  və  sahələrdə  istifadə  olunan  maşın 

avadanlıqları (ofis avadanlıqları və s.), nəqliyyatın 

xüsusi  vasitələri,  digər  maşınlar  və  avadanlıqlar 

daxildir.  Đnvestisiyalar  ümumi  dəyər  üzrə,  başqa 

sözlə,  satış  və  ya  yenidən  qiymətləndirmə  nəzərə 

alınmadan qiymətləndirilir.   

 

MAŞIN  VƏ  AVADANLIQLARA  ĐNVES-

TĐSĐYA 

QOYULUŞLARI

 

– 

ofis 



avadanlıqlarına,  bilavasitə  müəssisələrdə  istifadə 

olunan xüsusi nəqliyyat vasitələri daxil edilməklə, 

maşın 

və 


avadanlıqlara, 

digər 


maşın 

və 


avadanlıqlara,  müəssisənin  ərazisindən  kənarda 

istifadə  olunan  avtonəqliyyat  və  gəmilərin  bütün 

növlərinə, 

məsələn, 

avtomobillərə, 

yük 


maşınlarına  və  avtobuslara,  həmçinin  bütün 

növlərdən  olan  xüsusi  nəqliyyat  vasitələrinə, 

gəmilərə, dəmir yolu vaqonlarına və s. investisiya 

qoyuluşlarıdır. 



 

MAŞIN  VƏ  AVADANLIQLARA  QOYU-

LAN 

ÜMUMĐ 

ĐNVESTĐSĐYALAR

 

–  

obyekt daxilində istifadə olunan maşınların (idarə 

avadanlıqlarının 

və 


s.), 

xüsusi 


nəqliyyat 

vasitələrinin,  obyekt  xaricində  istifadə  olunan 

digər  maşın  və  avadanlıqların,  bütün  növ  hərəkət 

vasitələrinin  və  gəmilərin,  yəni  avtomobillərin, 

ticarət nəqliyyat vasitələrinin və yük maşınlarının, 

həmçinin hesabat dövrü ərzində əldə edilmiş yeni 

və  ya  işlənmiş  bütün  növ  xüsusi  hərəkətedici 

vasitələrin,  gəmi,  dəmir  yolu  vaqonlarının  və  s. 

dəyərləri  daxildir.  Mövcud    kapital  mallarının 

istehsal  gücünü  artıran  və  ya  xidmət  vaxtını 

uzadan  bütün  dəyişikliklərin,  yaxşılaşdırmaların, 

yeniləşdirmələrin  və  əlavələrin  dəyərləri  də 

həmçinin bu göstəriciyə daxildir.  

Şirkətlərin birləşməsi yolu ilə əldə olunmuş maşın 

və  avadanlıqların  dəyərləri,  texniki  xidmətə 

çəkilən  cari  xərclər  isə  bu  göstəriciyə  daxil 

edilmir.  

Maşın 


və 

avadanlıqlara 

qoyulan 

ümumi 


investisiyalar  “Maddi  mallara  qoyulan  ümumi 

investisiyalar” göstəricisinin bir hissəsidir. 

 

MATERĐAL  DÖVRĐYYƏ  VASĐTƏLƏRĐ-



NĐN  EHTĐYATLARI

  -    aşağıdakılardan 

ibarətdir: 

a)  sonradan  emal  edilmək,  satılmaq,  digər 

vahidlərə göndərmək  və  ya digər məqsədlər üçün 

istifadə  etmək  üçün  onu  hazırlayan  vahiddə 

(müəssisədə) qalan məhsul ehtiyatlarından; 

b)  digər  vahidlərdən  alınmış  və  ondan  aralıq 

istehlak  kimi  istifadə  üçün  və  ya  sonradan  emal 

edilmədən,  yenidən  satılmaq  üçün  nəzərdə 

tutulmuş məhsul ehtiyatlarından. 

 

MATERĐALIN  FAYDALI  MƏSRƏFĐ

  - 

hazır  məmulatın  kütləsini  təşkil  edən  materialın 

həcmidir  (kütləsidir).  Məmulatın  çertyoju  və 

hesablanmış  kütləsi  (həcmi)  üzrə  müəyyən  edilir. 

Materialın faydalı məsrəfinin ümumi məsrəfə olan  

nisbəti  materialdan  istifadə  əmsalı  adlanır.  Bu 

göstərici  (materialdan  istifadə  əmsalı)  ən  çox 

maşınqayırmada  öz  praktiki  istifadəsini  tapır. 

Materialın  faydalı  məsrəfi  əsas  materialdan 

istifadənin  səmərəliliyini  əks  etdirir.  Belə  ki, 

vahid  və  materialdan  istifadə  əmsalı  arasındakı 

fərq  -  emal  zamanı  yaranmış  tullantıların  və 

itkinin nisbi kəmiyyətidir. 

 

MATRĐLOKAL  NĐKAH



  (lat.  mater  –  ana  və 

logus  –  yer)  –  nikah  bağlandıqdan  sonra  ər-

arvadın  arvadın  valideynlərinin  evində  (ev 

təsərrüfatında) yerləşməsidir. 

 

MAYA  DƏYƏRĐ 



  müəssisənin  məhsulun 

istehsalına  və  satışına  çəkdiyi  cari  xərclərin  pul 

formasında ifadəsidir. Maya dəyəri – müəssisənin 

fəaliyyətinin  nəticələrini  əks  etdirən  göstəricidir 

və  gəlirlərin  hesablanması  üçün  zəruri  bazadır. 

Məhsulların  istehsalı  və  satışı  (işin  yerinə 

yetirilməsi,  xidmət  göstərilməsi)  prosesində 

istifadə  olunan  təbii  ehtiyatlar,  xammallar, 



 

429


materiallar,  yanacaq,  enerji,  istehsal  vasitələri 

(əsas  vasitələr),  əmək  ehtiyatları  və  s.  üzrə  bütün 

xərclər, 

faktiki 


xərclərin 

qanunvericiliklə 

müəyyənləşdirilmiş 

qüvvədə 


olan 

norması 


həddində  və  ya  onlardan  artıq  olmasından  asılı 

olmayaraq,  maya  dəyərinə  daxil  edilir.  Maya 

dəyərinin  (iş,  xidmət)  müəyyən  edilməsində 

kalkulyasiyaya  məhsulun  istehsalı,  işin  yerinə 

yetirilməsi,  xidmət  göstərilməsi  və  onların  satışı 

ilə  əlaqəli  bütün  faktiki  məsrəflər  daxil  edilir. 

Đstehsal və satışla əlaqəli olmayan məsrəflər maya 

dəyərinə daxil edilmirlər.  

Gəlirə  vergisi  məqsədləri  üçün  faktiki  istehsal 

məsrəfləri  qanunvericiliklə  müəyyənləşdirilmiş, 

qüvvədə  olan  normativlərə  qarşı  faktiki  məsrəflər 

nəzərə alınmaqla təshih edilə bilər.  

Đstehsaldan  buraxılmış  mallarla  birlikdə,  o, 

istehsal  fazasından  tədavül  fazasına  keçir. 

Buraxılmış  məhsulun  maya  dəyərini  müəyyən 

etmək  üçün  dövrlər  üzrə  məsrəflərə  hədd 

qoyulması  zəruridir.  Müəyyənləşdirmək  lazımdır 

ki,  onlardan  hansı  digər  dövr  ərzində  istehsal 

olunan,  digər  məhsulun  maya  dəyərinə  aiddir. 

Məhsulun  maya  dəyərinin  müəyyən  edilməsi 

zamanı,  onun  istehsal  və  satışına  məsrəflərin 

yekunu qalıqların dəyişməsi ilə təshih edilir. 

 

MAYA  DƏYƏRĐ  ÜZRƏ  GÖSTƏRĐCĐLƏ-

RĐN QĐYMƏTLƏNDĐRĐLMƏSĐ PRĐNSĐP-

LƏRĐ

 - şirkətin öz əsas fondlarını onların faktiki 

alınma  qiymətləri  və  ya  istehsal  xərcləri  üzrə 

qeydiyyatdan  keçirməli  olduğunu  göstərir.  Bu 

prinsip vaxt keçdikcə əsas fondların dəyərində baş 

verən  dəyişikliyə  görə  şirkətə  məxsus  olan  əsas 

fondların  real  qiymətləndirməsini  əldə  etməyə 

imkan vermir.  

Avropa 


Şurasının 

4-cü 


direktivinin 

35-ci 


bölməsində 

əsas 


fondları 

qiymətləndirərkən 

aşağıdakıların  nəzərə  alınmasını  tövsiyə  edən 

əsasnamə vardır: 

(a)  aşağıdakı  (b)  və  (c)  maddələrinə  əks 

olmamaqla,  əsas  fondlar  alınma  qiyməti  və  ya 

istehsal xərcləri üzrə qiymətləndirilməlidir; 

(b)  məhdud  səmərəli  xidmət  müddətli  əsas 

fondların  alınma  qiyməti  və  ya  istehsal  xərcləri 

bütün  səmərəli  xidmət  müddəti  ərzində  belə 

aktivlərin  dəyərini  sistematik  olaraq  hesabdan 

silmək  üçün  hesablanmış  təshihlərin  miqdarı 

qədər azaldılmalıdır;   

(c) (aa) məbləğ təshihləri maliyyə əsas fondları ilə 

münasibətdə elə aparılmalıdır ki, onlar daha aşağı 

qiymətlə  qiymətləndirilsin  və    bu  da  mühasibat 

balansında onun tərtib edilməsi vaxtına qeyd edilə 

bilsin;  

(bb)  məbləğ  təshihləri  maliyyə  əsas  fondları  ilə 

münasibətdə, 

səmərəli 

xidmət 


müddətinin 

məhdudlaşdırılıb-məhdudlaşdırılmamasından  asılı 

olmayaraq,  elə  aparılmalıdır  ki,  onlar  daha  aşağı 

qiymətlə  qiymətləndirilsin  və  bu  da  mühasibat 

balansında onun tərtib edilməsi vaxtına qeyd edilə 

bilsin (əgər onların qiyməti daimi olaraq enirsə); 

(dd)  (aa)  və  (bb)  maddələrində  göstərilmiş  daha 

aşağı qiymətlə qiymətləndirmə, məbləğ təshihinin 

aparıldığı  səbəb  aradan  qalxmışsa,  davam 

etdirilməyə bilər; 

(d)  əgər  əsas  fondların  dəyəri  yalnız  vergi 

məqsədləri  üçün  təshih  edilirsə,  bu  zaman  bu 

təshihlərin  miqdarı  və  onları  əmələ  gətirən 

səbəblər hesabların qeydlərində göstərilməlidir. 

 

MAYA  DƏYƏRĐNĐN  KALKULYASĐYA-

SI  (HESABLANMASI)

  –  hər  növ  məhsul,  iş 

və  ya  xidmət  vahidinə  düşən  məsrəf  maddələri 

üzrə  xərclərin  müəyyən  edilməsidir.  Maya 

dəyərinin 

kalkulyasiyası 

məhsul 


vahidinin 

istehsalına  və  satışına,  konkret  məhsul  növlərinə, 

həmçinin  iqtisadiyyatın  müxtəlif  sahələrində 

işlərin  ayrı-ayrı  növlərinin  yerinə  yetirilməsinə 

pul  formasında  müəssisənin  xərclərinin  əks 

etdirilməsini təmin edir.  

Məhsul 

vahidinin 



maya 

dəyəri 


məsrəfin 

kalkulyasiya  maddələri  –  kalkulyasiyada  ayrılan 

məsrəf 

qrupları 



üzrə 

müəyyənləşdirilir. 

Kalkulyasiya 

maddələri 

üzrə 

qruplaşdırma 



bilavasitə  texnoloji  proseslərlə  əlaqədar  olan 

xərcləri və  istehsala və idarəetməyə  xidmətə aid 

olan xərcləri ayırmağa  imkan verir.  

Xərclərin  qruplaşmasından  müəssisələr  ayrı-ayrı 

məhsul  növlərinin  maya  dəyərinin  müəyyən 

edilməsində  istifadə  edirlər.  Xərc  maddələrinin  

siyahısı,  onların  tərkibi  və  məhsul  (iş,  xidmət) 

növləri  üzrə  bölüşdürülməsi  metodu,  istehsalın 

xüsusiyyəti  və  strukturu  nəzərə  alınmaqla, 

məhsulun  (işin,  xidmətin)  maya  dəyərinin  uçotu 

və  kalkulyasiyası    məsələləri  üzrə  sahə  metodiki 

tövsiyələri  ilə  müəyyənləşdirilir.  Bununla  yanaşı, 

müvafiq  sahələr  üçün  müəyyən  edilən    maddələr 

üzrə  xərclərin  qruplaşması  birbaşa  (müstəqim) 



xərclərin  ayrılmasını  təmin  etməlidir.  Onlara 

birbaşa  uçot  və  ayrı-ayrı  məmulat  növlərinə 

birbaşa  aid  olan  məlumatlar  əsasında  məhsul 

vahidinə  və  ya  istehsalın  ayrı-ayrı  bölmələri  üzrə 

müəyyən  edilən,  konkret  növ  məmulatların 

hazırlanmasının  texnoloji  prosesi  ilə  bilavasitə 

əlaqədar  olan  xərclər  aid  edilir.  Dolayı  xərclər 

sexin  və  ya  ümumilikdə  müəssisənin  işi  ilə 

əlaqədardır  və  ayrı-ayrı  məmulat  növlərinə  aid 

edilə bilməz. Amma onlar arasında dolayı şəkildə, 

yəni 

hər 


hansı 

bir 


şərti 

əlamət 


üzrə 

bölüşdürülməlidir.  

Sənaye  sahələrinin  əksəriyyətində  kalkulyasiya 

maddələrinin  siyahısında  xərclər  aşağıdakılara 

ayrılır: 

xammal 


və 

materiallara; 

texnoloji 

məqsədlər  üçün  yanacaq  və  enerjiyə;  alınmış 



 

430 


istehsal  xarakterli  məmulatlara,  yarımfabrikatlara 

və xidmətlərə; əmək haqqına və sosial ehtiyaclara 

ayırmalara;  ümumi  istehsal  və  ümumi  təsərrüfat 

xərclərinə,  zay  məhsul  itkilərin,  kommersiya 

xərclərinə. 

 

MEDĐAN  YAŞ



  -  əhalinin  yaş  strukturunun, 

onun qruplarının və yaxud demoqrafik hadisələrin 



yaşa 

görə 


bölgüsünün 

(məsələn, 

nikah 

bağlayanları,  anaların  doğuş  ardıcıllıqları  üzrə 



uşaq 

doğmasının 

və 

s. 


median 

yaşı) 


ümumiləşdirilmiş 

xarakteristikasıdır. 

Bütün 

əhalinin,  nəslin  və  yaxud  hadisələrin  sayı  iki 



bərabər  hissəyə  -  biri  median  yaş  qrupundan 

cavan,  digəri  isə  ondan  yaşlı  qruplara  bölünür. 

Adətən,  yaşa  görə  adamların,  yaxud  hadisələrin 

sayı qeyri-bərabər bölündüyü hallarda tətbiq edilir 

və aşağıdakı düsturla hesablanır: 

,

2



*

.

.



1

m

m

m

S

S

S

I

X

y

M



+

=



 

burada X



m

 – median intervalının aşağı həddidir və 

median yaşda yerləşir; I - bu intervalın sayıdır; S - 

əhalinin və yaxud hadisələrin sayıdır: ∑– bütün 

yaşlarda;  S

m

  –  median  intervalda;  S



m-1 

-  median 

intervalına qədər olan bütün yaşlarda. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin