MAAŞ, MƏVACĐB
– tutduğu vəzifəyə görə
işçiyə təyin edilmiş nominal aylıq əmək haqqının
həcmidir. Maaş ştat cədvəlinə və kateqoriyalar
dərəcəsinə uyğun olaraq müəyyən edilir. Đş
stajından,
peşə
səviyyəsindən
və
s.
üstünlüklərindən asılı olaraq, vəzifə maaşına
əlavələr müəyyən edilir. Əlavələr və işin görülmə
keyfiyyəti, təcililiyinə görə mümkün ola bilən
mükafatlarla birlikdə maaş real əmək haqqını
təşkil edir.
MAASTRĐXT MÜQAVĐLƏSĐ
– 1992-ci il
fevralın 7-də Avropa Birliyinə üzv olan 12 dövlət
tərəfindən
imzalanmış
müqavilədir.
Bu
müqaviləyə əsasən Avropa Đttifaqı təsis edilmiş və
4.11.1993-cü ildən qüvvəyə minmişdir. Maastrixt
müqaviləsi Qərbi Avropanın iqtisadi birliyini
ümumi çərçivədə başa çatdırmışdır.
MADDĐ ĐSTEHSAL SFERASININ DĐ-
GƏR FƏALĐYYƏT NÖVLƏRĐNĐN MƏH-
SUL BURAXILIŞI
– bu sahəyə daxil olan
bütün
altsahələrdə
yaradılan
məhsulların
dəyəridir. MHS-nin metodologiyasına görə, ona
daxildir: redaksiya və nəşriyyat fəaliyyəti, metal
qırıntıları və tullantılarının tədarükü və emalı,
idarədən
kənar
mühafizə.
Redaksiya
və
nəşriyyatın
məhsul
buraxılışı
kitabların,
jurnalların, qəzetlərin və s. nəşr edilmiş
məhsulların orijinallarının dəyəri ilə müəyyən
edilir. Metal qırıntılarının və tullantılarının
tədarükü və emal olunan məhsullar satışa
qoyuluşun tipinə görə, yəni təkrar xammalın
tədarükü və satışının dəyərləri arasındakı fərqlə,
“Đdarədən kənar mühafizə” altsahəsinin buraxılışı
isə göstərilən xidmətlərə görə istehlakçının
ödənişlərinin dəyəri ilə müəyyən edilir.
MADDĐ AKTĐVLƏR
– mülkiyyət hüququ
tətbiq olunan maddi qiymətlilərdir.
Belə aktivlər tam başa çatmış şəkildə balansda
aşağıdakı bölmələr üzrə nəzərə alınır:
- torpaq (ərazinin abadlaşdırma ilə bağlı
planlaşdırılması daxil olmaqla);
- tikililər;
- texniki qurğular və sənaye avadanlıqları;
- digər maddi-cismi aktivlər.
Başa çatmış şəkildə olan maddi aktivlər
“tamamlanmamış maddi aktivlər” bölməsində
nəzərə alınır.
MADDĐ AKTĐVLĐK
– maddi və fiziki mövcud
olan ixtiyari maldır.
MADDĐ DÖVRĐYYƏ VASĐTƏLƏRĐ EH-
TĐYATLARININ DƏYĐŞMƏSĐ
– (I) - eyni
qiymətlərlə hesablanan, dövrün əvvəlinə və
sonuna mövcud olan maddi dövriyyə vasitələrinin
ehtiyatları
arasındakı
fərqdir.
Bu,
istehsal
ehtiyatlarının,
natamam
istehsalın,
hazır
məhsulların və yenidən satılmaq üçün malların
dəyərinin
dəyişməsidir.
Yüksək
inflyasiya
şəraitində bu məqsədlər üçün dövrün orta qiyməti
tətbiq edilir.
(II) - maddi dövriyyə vasitələrinin qeydiyyatı ilə
bağlı əməliyyatlar, istənilən digər maliyyə və ya
qeyri-maliyyə aktivləri ilə bağlı əməliyyatlar kimi
izah edilir. Beləliklə, kapitalla əməliyyatlar
hesabında əks etdirilən bu ehtiyatların dəyərinin
dəyişməsi,
müəssisələr
tərəfindən
alınmış
ehtiyatların dəyəri ilə hesabat dövrü ərzində
sıradan çıxmış ehtiyatların dəyəri arasında olan
fərqə bərabərdir. Bu əldə edilmiş və sıradan
çıxmışların bəziləri özlüyündə faktiki alınmışları
və satılmışları əks etdirir, digərləri isə eyni vaxtda
müəssisənin öz daxilində həyata keçirilən
əməliyyatları əks etdirir.
MADDĐ ĐNVESTĐSĐYA MALLARININ
SATIŞI
– bu göstəriciyə üçüncü tərəfə satılmış
mövcud maddi kapital mallarının dəyəri daxildir.
Onlar balans dəyəri ilə deyil, mülkiyyət
hüququnun verilməsində məruz qaldığı istənilən
xərclər çıxıldıqdan sonra satıcının faktiki alış
qiyməti üzrə qiymətləndirilməlidir. Satışdan
başqa, dəyərin təshihi və digər çıxılma növləri
daxil edilmir.
MADDĐ QEYRĐ-ĐSTEHSAL AKTĐVLƏRĐ
– təbii yolla bərpa olunmayan və ya bərpa olunan
(yəni institusional vahidlər tərəfindən birbaşa
nəzarət olunmadan, cavabdehlik olmadan və idarə
edilmədən) təbii mənşəli iqtisadi aktivlərdir.
Onlara torpaq, yeraltı su ehtiyatları, yeraltı
sərvətlər, təbii bioloji ehtiyatlar aiddir.
MADDĐ
MƏHSULLARA
QOYULAN
ÜMUMĐ ĐNVESTĐSĐYALAR
– hesabat
dövründə bütün maddi məhsullara çəkilən
xərcləri özündə əks etdirir. Onlara aiddir: xidmət
müddəti bir ildən çox olan yeni və ya mövcud,
digər müəssisələrdən alınmış və ya özünün
istifadəsi üçün istehsal edilmiş kapital malları;
torpaq kimi qeyri-istehsal maddi məhsullar da
bura daxildir.
Bütün investisiyalar dəyərin düzəlişindən (yəni
tam dəyər üzrə) və satışdan əldə olunmuş
məbləğin çıxılmasından əvvəl qiymətləndirilir.
Nəqliyyat və quraşdırma xərcləri, komisyon
yığımları, vergilər və mülkiyyətin verilməsi ilə
əlaqədar digər xərclər daxil edilməklə, satın
alınmış
əmtəələr
alış
qiymətləri
ilə
qiymətləndirilir. Şəxsi istifadə üçün istehsal
413
edilən maddi əsas fondlar istehsal dəyəri ilə
qiymətləndirilir. Đri investisiyalar zamanı xərclər
bir hesabat dövründən çox dövrdə istehsal
olunursa, onda bu xərclər həyata keçirildikləri
hesabat dövründə investisiya kimi yazılmalıdır.
Müəssisələrin birləşməsi nəticəsində əldə olunan
əsas fondlar çıxılır. Kapital yaratmayan, kiçik və
az qiymətli alətlərin alınması ilə bağlı xərclər cari
xərclərə aid edilir.
Kapital aktivlərinin normal xidmət vaxtını
uzadan
və
ya
istehsal
gücünü
artıran
genişləndirmə, yenidənqurma, təkmilləşdirmə və
modernləşdirmə ilə bağlı bütün investisiyalar da
bura daxil edilir.
Cari xərclərə daxil edilmir: texniki xidmətə
çəkilən xərclər; icarə və lizinq müqaviləsi üzrə
istifadə olunan kapital aktivlərinin dəyəri və
onlara çəkilən cari xərclər. Qeyri-maddi və
maliyyə aktivlərinə investisiyalar çıxılır.
Maddi məhsullara qoyulan ümumi investisiyaları
aşağıdakı kimi bölmək olar:
• torpağa;
• mövcud bina və tikililərə;
• binaların tikilməsi və ya yenidən qurulmasına
hesabat dövründə binaların və digər mülklərin
tikintisinə və ya yenidən qurulmasına çəkilən
xərclər, həmçinin müəssisənin sahib olduğu və ya
icarəyə götürdüyü binaların və digər mülklərin
saxlanmasına
məsrəflər
daxildir;
binaların
saxlanılması üzrə cari məsrəflər çıxılır;
• obyektdən kənarda istifadə üçün nəqliyyat
vasitələrinə
(nəqliyyat
vasitələri
parkı):
obyektdən kənarda istifadə olunan bütün quru və
su nəqliyyat vasitələri, yəni minik və yük
avtomobilləri, həmçinin bütün növlərdən olan
xüsusi nəqliyyat vasitələri, su və dəmir yolu
nəqliyyatı və s. daxildir;
• maşın və avadanlıqlara idarə avadanlıqları,
obyekt daxilində istifadə olunan xüsusi maşın
vasitələri, digər maşın və avadanlıq növləri
daxildir.
Müəssisələrin birləşməsi nəticəsində əldə olunan
başa çatdırılmamış istehsala və maddi aktivlərə
qoyulan investisiyaları da həmçinin nəzərə almaq
lazımdır.
Maddi məhsullara qoyulan ümumi investisiyalar
aşağıdakı kimi müəyyən edilir:
Torpağa qoyulan ümumi investisiyalar + mövcud
bina və tikililərə qoyulan ümumi investisiyalar +
binaların tikilməsinə və yenidən qurulmasına
qoyulan ümumi investisiyalar + maşın və
avadanlıqlara qoyulan ümumi investisiyalar =
Maddi
məhsullara
qoyulan
ümumi
investisiyalar.
MADDĐ VASĐTƏLƏRƏ ĐNVESTĐSĐYA
QOYULUŞLARI (BOŞ QALMIŞ TOR-
PAQ SAHƏLƏRĐ ĐSTĐSNA OLMAQLA)
–
xidmət müddətləri bir ildən çox olan və vahidin
(müəssisənin) istifadəsi üçün nəzərdə tutulan,
digər müəssisələrdən alınmış və ya özünün
istifadəsi üçün istehsal edilmiş bütün yeni və ya
istifadədə olan investisiya mallarına çəkilən
xərclərdir.
Yalnız maddi vasitələr nəzərə alınır (mebel, maşın
və nəqliyyat avadanlıqları, digər investisiya
malları, binaların tikintisi, torpaq sahələrinin və
binaların alınması və s.). Əksinə, qeyri-maddi
aktivlərə
(qeyri-maddi
aktivlərə
hüquqların
alınması
məqsədi
ilə
bağlanmış
ticarət
sövdələşmələrinə), həmçinin səhmlərin və digər
qiymətli
kağızların
alınmasına
qoyulan
investisiyalar daxil edilmir.
Bu
anlayışa
həmçinin
əsas
fondların
genişləndirilməsi,
yenidən
qurulması,
təkmilləşdirilməsi və normal xidmət müddətlərini
uzadan və ya iqtisadi səmərəliliyini artıran təmir
işləri daxildir. Cari təmirə və texniki xidmətlərə
çəkilən xərclər daxil edilmir.
MADDĐLƏŞMĐŞ
ƏMƏK
XƏRCLƏRĐ
ƏMSALLARI
- əmək vahidlərində ifadə edilən
ayrı-ayrı
xərc
növlərinin
istehsal
edilmiş
məhsulun dəyər ifadəsində ümumi həcminə olan
nisbətidir. Məsələn, elektrik enerjisinin istehsalı
üçün sərf edilmiş kömürün çıxarılmasına əmək
xərcləri. Maddiləşmiş əmək xərcləri əmsalları K-
ij
=t
ij
X
j
düsturu ilə hesablanır. Burada: K
ij
- j
sahəsində məhsul vahidinin istehsalı üçün istifadə
edilən
i
sahəsinin
məhsul
istehsalında
maddiləşmiş əmək xərcləri əmsalları, t
ij
– j
sahəsinin məhsul istehsalı üçün (cari xərclər
qismində) istifadə edilən i sahəsinin həmin
hissəsinin istehsalında maddiləşmiş əmək xərcləri;
X
j
– j sahəsinin məhsulunun həcmidir. Əmək
xərclərinin sahələrarası balansının və məhsul və
xidmətlərin
istehsalı
və
bölüşdürülməsinin
sahələrarası balansının məlumatları əsasında
hesablanır.
MAGĐSTRAL QAZ KƏMƏRLƏRĐ
–
mədənlərdən uzaq məsafəyə nəql edilməsi üçün
təbii qazın yüksək təzyiqlə qaz paylayıcı
stansiyalara, kompressor stansiyalarına, yeraltı
qaz anbarlarına və yeraltı qaz anbarlarından qəbul
edilən qazı nəql edən boru kəmərləri və onlardan
ayrılan qollardır. Əhaliyə, müəssisə və təşkilatlara
qazın bölüşdürülməsini təmin etmək üçün nəzərdə
tutulmuş qaz təchizatı şəbəkələri magistral qaz
kəmərlərinə aid edilmir.
MAGĐSTRAL NEFT KƏMƏRLƏRĐ
–
neftin və emal olunmuş maye neft məhsullarının
nəql edilməsini təmin etmək üçün quraşdırılmış
414
boru
kəmərləridir.
Neft
(neft
məhsulları)
kəmərləri yeraltı, sualtı, yerüstü və yerüstü
dayaqlarda qoyulmuş neft (neft məhsulları)
kəmərləri və onunla bağlı olan, neftin nəqlini,
qəbulunu, istehlakçıya çatdırılmasını və ya digər
nəqliyyat vasitələrinə boşaltma-yükləməsini təmin
edən nasos stansiyaları, neft (neft məhsulları)
anbarları və digər texnoloji obyektlərdən ibarət
mühəndis qurğuları şəbəkəsindən ibarətdir.
MAĞAZA
– 1) malları yerləşdirmək üçün
ticarət zalına, yerə və köməkçi yerə malik olan,
ayrıca
binada
yerləşən
pərakəndə
ticarət
müəssisəsinin əsas növüdür. Mağazalar müəyyən
növ mal və ya mal qruplarının satışını həyata
keçirən ixtisaslaşdırılmış mağazalara və faktiki
olaraq
özündə
ixtisaslaşdırılmış
mağazaları
birləşdirən,
bölmələr
(seksiyalar)
üzrə
qruplaşdırılmış, geniş çeşidli müxtəlif əmtəələrin
satılması ilə məşğul olan universal mağazalara
bölünür. Mağazaların ölçüsü onun ümumi sahəsi
və ticarət zalının sahəsinə görə müəyyənləşdirilir;
2) hüquqi şəxs kimi çıxış edən, yaxud əlahiddə
otaqda, ticarət yerində yerləşən hər hansı
pərakəndə ticarət müəssisəsidir.
MAĞAZALARDA
TĐCARƏT
-
zəruri
əmtəələrin
alınması
məqsədi
ilə
alıcıların
gəldikləri daimi yerdir, mağazadır.
MAKROĐQTĐSADĐ MODEL
– bir qayda
olaraq, tam vahid kimi aqreqasiya olunmuş
(birləşdirilmiş) makroiqtisadi indikatorlara və
aqreqasiya
olunmuş
iqtisadiyyat
sahələri
bölgüsündə
göstəricilərə
əsaslanan,
ölkənin
iqtisadi modelidir. Tipik olmayan hadisə kimi,
makroiqtisadi model ümumilikdə iqtisadiyyat
sahələri üçün Kobba-Duqlasın istehsal funksiyası,
məhsul
və
xidmətlərin
istehsalı
və
bölüşdürülməsinin sahələrarası balansı modeli
hesab edilir.
MAKROĐQTĐSADĐYYAT
–
iqtisadiyyat
elminin bir hissəsidir, ümumiləşdirilmiş (yekun)
iqtisadi
göstəricilər
(aqreqatlar)
əsasında
iqtisadiyyatı həm bütövlükdə, həm də onun
mühüm məcmusu olan ev təsərrüfatını, biznes,
dövlət
bölmələrini
və
s.
öyrənir.
Makroiqtisadiyyatın vəzifəsi iqtisadiyyatın ümumi
vəziyyətini və quruluş sxemini və iri göstəricilər
arasında iqtisadi əlaqələri əks etdirməkdən
ibarətdir. Makroiqtisadiyyat məcmusu bazarların:
mal və xidmətlərin, işçi qüvvəsinin, kapital və
qiymətli kağızların təhlili ilə məşğuldur. Bununla
yanaşı, tədqiqat obyekti kimi məhsulların ümumi
həcmi, məşğulluq səviyyəsi, gəlir və xərclərin
həcmi,
qiymətlər
və
s.
çıxış
edir.
Makroiqtisadiyyatın tədqiqat obyekti kimi milli
sərvət, ümumi daxili məhsul, milli gəlir, məcmu
dövlət və özəl investisiyaları, tədavüldə olan
pulların
ümumi
miqdarı
da
çıxış
edir.
Makroiqtisadiyyat bütövlükdə ölkə iqtisadiyyatı
səviyyəsində iqtisadi qərarların qəbul edilməsi
üçün nəzərdə tutulmuşdur. Makroiqtisadi təhlil
üçün,
praktiki
olaraq,
statistikanın
bütün
bölmələrindən, birinci növbədə isə milli hesablar
statistikasından istifadə edilir. Makroiqtisadi
proseslər əmtəə bazarları, müəssisələr, maliyyə və
qiymət, ev təsərrüfatları, vergiqoyma statistikası
ilə konkretləşdirilir.
MAKSĐMUM MÜMKÜN OLAN (MALĐK
OLUNAN) ĐŞ GÜNÜ FONDU
- əmək
qanunvericiliyinə uyğun olaraq, müəyyən dövr
ərzində maksimum işlənmiş mümkün olan iş
vaxtıdır. Bu göstərici bayram və bazar adam-
günlərinin, həmçinin növbəti məzuniyyət (illik)
adam-günlərinin təqvim günlərindən çıxılması ilə
hesablanır.
MAQNĐT DĐSKĐ
– bir və yaxud hər iki
tərəfindən maqnit materialları ilə örtülmüş,
özlüyündə yastı (düz) plastini (lövhəni) əks
etdirən
məlumatların
elektron
daşıyıcısıdır.
Məlumatların
yazılması
üçün
nəzərdə
tutulmuşdur.
MAL DÖVRĐYYƏSĐNĐN MÜDDƏTĐ
- mal
dövriyyəsi
göstəricinin
əksidir
və
malın
istehsaldan istehlakçıya çatana qədər əmtəə
tədavülü sferasında keçirdiyi günlərin sayı ilə
xarakterizə
olunur.
Dövr
ərzində
mal
ehtiyatlarının bir günlük əmtəə dövriyyəsinə olan
orta nisbəti və ya dövrdəki günlərin sayının mal
dövriyyəsinin
sürətinə
olan
nisbəti
kimi
hesablanır. Mal ehtiyatları və mal dövriyyəsi
statistikasında mal dövriyyəsi müddətinin amil,
indeks və geriləmə modelləri qurulur.
MAL DÖVRĐYYƏSĐNĐN ƏMTƏƏ ST-
RUKTURU
– əmtəə dövriyyəsinin tərkibidir,
ümumi əmtəə dövriyyəsində ayrı-ayrı əmtəə və
əmtəə
qrupları
arasındakı
nisbətdir.
Mal
dövriyyəsinin əmtəə strukturu hər bir əmtəənin
nisbi göstəricisinin – faizlə xüsusi çəkisinin
yekuna nisbəti ilə onun ümumi satışda yerini əks
etdirir. Mal dövriyyəsinin əmtəə strukturunun
birbaşa hesablanması ticarət prosesi uçotunun tam
kompüterləşməyə keçməsini tələb edir. Đndiki
zamanda hesablamanın P = Z
n
+P-V-Z
k
balans
düsturunun köməyi ilə dolayı üsulundan istifadə
edilir (“Bazar statistikasında balans üsulu”na
bax).
415
MAL GÖNDƏRƏNLƏRĐN (YALNIZ PƏ-
RAKƏNDƏ
TĐCARƏTDƏ)
TĐPLƏRĐ
ÜZRƏ ALIŞIN BÖLÜŞDÜRÜLMƏSĐ
–
pərakəndə ticarətin təchizatı şəbəkəsinin təsvirini
verir. O, birbaşa istehsalçılarda alışın payının
(hissəsinin) müəyyənləşdirilməsi məqsədi ilə
pərakəndə ticarətçilər tərəfindən edilmiş təxmini
qiymətləndirmə sayılır. Tədarükçülərin müxtəlif
tipləri üzrə alışın bölüşdürülməsi faizlə ifadə
oluna bilər.
MAL GÖNDƏRMƏNĐN BAZĐS (ĐLKĐN)
ŞƏRTLƏRĐ
– əmtəənin çatdırılması, müvafiq
sənədlərin
rəsmiləşdirilməsi
və
nəqliyyat
xərclərinin ödənilməsi, əmtəə üzərində mülkiyyət
hüquqlarının satıcıdan alıcıya keçmə məqamının
müəyyənləşdirilməsi,
əmtəənin
təsadüfi
korlanması və ya itməsi riski, habelə mal
göndərmə tarixi üzrə satıcı və alıcı arasında vəzifə
bölgüsünü (öhdəlikləri) özündə əks etdirən xarici
ticarət
sazişinin
şərtləridir.
Bazis
şərtləri
beynəlxalq ticarət təcrübəsinə uyğun hazırlanır.
Beynəlxalq ticarətin müasir praktikasında xarici
ticarət (gömrük) statistikasında “Đnkoterms-2000”
ticarət
terminlərinin
beynəlxalq
qaydalar
toplusundan geniş istifadə edilir.
MAL GÖNDƏRMƏNĐN BƏRABƏRLĐYĐ
– malların eyni fasilələrlə və bərabər partiyalarla
daxil olmasıdır, variasiya göstəricilərinin köməyi
ilə öyrənilir.
MAL GÖNDƏRMƏNĐN ŞƏRTLƏRĐ
–
Beynəlxalq Ticarət Palatasının “Đnkoterms” ticarət
terminlərinin toplusuna uyğun olaraq, alıcı və
satıcıların qarşılıqlı öhdəliklərini müəyyən edən
“alqı-satqı” müqaviləsinin əsaslarıdır.
Beynəlxalq ticarətdə göndərmənin və malların
haqqının ödənilməsi qaydalarını müəyyənləşdirən
kommersiya şərtləridir.
SĐF – “Dəyər, sığorta və fraxt (təyinat limanının
adı)” onu göstərir ki, satıcı malların göstərilmiş
təyinat limanına çatdırılması üçün zəruri olan
xərclərin və fraxtın ödənilməsinə borcludur,
həmçinin malların məhv olması və ya daşınma
vaxtı malların zədələnməsi təhlükəsindən dəniz
sığortasını təmin etməlidir.
SĐP – “Daşınma haqqı və sığorta əvvəlcədən
(təyinat məntəqəsi göstərilməklə) ödənilir”, onu
göstərir ki, satıcı göstərilən təyinat yerinədək
malların daşınmasına görə fraxtı ödəyir, həmçinin
daşınma vaxtı malların məhv olması və ya
zədələnməsi təhlükəsindən nəqliyyat sığortasını
təmin edir.
SFR – “Dəyər və fraxt (təyinat limanının adı)”,
onu göstərir ki, satıcı malların göstərilən təyinat
limanına çatdırılması üçün zəruri olan xərcləri və
fraxtı ödəməyə borcludur. Ancaq malların itkisi
və ya zədələnməsi təhlükəsi, həmçinin malların
gəminin bortundan keçdikdən sonra baş verən
xərclərin istənilən artma təhlükəsi malların
gəminin tutacağı vasitəsilə yüklənmə limanına
keçməsi anından satıcıdan alıcıya keçir.
SPT – “Daşınma əvvəlcədən ödənilmişdir (təyinat
məntəqəsi göstərilməklə)”, onu göstərir ki, satıcı
malların göstərilən təyinat yerinə daşınmasına
görə fraxtı ödəyir. Malların məhvi və zədələnməsi
təhlükəsi,
həmçinin
malların
daşıyıcıya
verilməsindən sonra əmələ gələn xərclərin
istənilən artımı, malların daşıyanın sərəncamına
verildiyi vaxtdan satıcıdan alıcıya keçir.
DAF – “Sərhəddə qədər mal göndərmə (məntəqə
göstərilməklə)”,
onu
göstərir
ki,
malların
göndərilməsi üzrə satıcının öhdəlikləri o zaman
yerinə yetirilmiş sayılır ki, göndərilmə üçün
rüsumdan azad edilmiş mallar qəbul edən ölkənin
gömrük sərhədinə daxil olanadək, sərhəddə
göstərilən məntəqəyə və ya yerə daxil olur (gəlir).
EXW – “Zavoddan (məntəqə göstərilməklə)”, onu
göstərir ki, satıcı göndərmə üzrə öz öhdəliklərini,
öz müəssisəsində (zavodunda, fabrikində və s.)
malları alıcının sərəncamına verdiyi vaxt yerinə
yetirmiş olur.
FAS - “Gəminin bortunadək sərbəst (yükləmə
limanı göstərilməklə)”, onu göstərir ki, satıcı
göndərilmə üzrə öz öhdəliklərini o zaman yerinə
yetirmiş hesab edilir ki, mallar razılaşdırılmış
yükləmə məntəqəsində, körpüdə və ya lixterlərdə
gəminin bortu boyunca yerləşdirilsin. Bu onu
göstərir ki, bu mərhələdən sonra alıcı bütün
xərcləri malların məhv və ya zədələnməsi
risklərinə cavabdehlik daşıyır.
FCA
–
“Franko
daşıyıcı
(məntəqə
göstərilməklə)”, onu göstərir ki, satıcı malların
göndərilməsi üzrə öz öhdəliklərini o zaman yerinə
yetirmiş hesab edilir ki, göndərilmə üçün gömrük
nəzarətindən
keçmiş
malları
şərtləşdirilmiş
məntəqədə daşıyanın sərəncamına versin.
FOB – “Bortda müstəqil (yükləmə limanının
adı)”, onu göstərir ki, satıcı mal göndərilməsi üzrə
öz öhdəliklərini, malları yükləmə limanında
gəmiyə verməsi anından yerinə yetirmiş hesab
edilir. Bu andan alıcı bütün xərclər və malların
məhv
və
zədələnməsinin
təhlükəsizliyinə
cavabdehlik daşıyır.
Dostları ilə paylaş: |