MALĐYYƏ YARDIMLARI (SUBSĐDĐYA-
LARI)
– institusional vahidlərin-rezidentlərin,
müəyyən iqtisadi fəaliyyətlə məşğul olmalarını
stimullaşdırmaq üçün dövlətin onlara verdiyi
əvəzsiz ödənişlərdir.
MALĐYYƏ, KREDĐT, SIĞORTA, PENSĐ-
YA TƏMĐNATI XĐDMƏTLƏRĐNĐN BU-
RAXILIŞI
– maliyyə-vasitəçilik fəaliyyəti ilə
məşğul olan təşkilatların (banklar, sığorta
təşkilatları,
pensiya
və
digər
fondların)
xidmətlərinin dəyəridir.
Bankların bazar xidmətləri buraxılışı maliyyə
vasitəçiliyinin şərti qiymətləndirilmiş xidmət
haqlarının (kreditə görə bankların aldığı və
verdiyi faizlərin fərqi) həcmi və digər bank
xidmətlərinin (hesabların açılması və digər bank
əməliyyatları üzrə ödənişlərin) dəyərləri cəmindən
ibarətdir. Köməkçi maliyyə - vasitəçilik fəaliyyəti
ilə məşğul olan müəssisələrin xidmətlər
buraxılışı maliyyə-bazarlarının (fond, valyuta,
valyuta-fond birjaları) qeyri-dövlət idarəetmə
xidmətlərini və broker, makler, diler firmalarının
fond sərvətləri ilə birja əməliyyatları xidmətlərini
əhatə edir. Broker xidmətlərinin buraxılışı bank
və ya digər hüquqi şəxs və ya fiziki şəxs
tərəfindən alınan mükafatın (bir qayda olaraq,
sövdələşmə məbləğinin faizi ilə ifadə olunan)
məbləği ilə müəyyən edilir. Đnvestisiya fondları
xidmətlərinin
buraxılışı
aşağıdakı
kimi
hesablanır: dividentlər, faizlər şəklində gəlirlər +
(üstə gəl) cəlb edilmiş fond vəsaitlərinin maliyyə
qoyuluşları üzrə digər növ gəlirlər – (çıxılsın)
onun səhmdarlarına ödənilən gəlirlər. Sığorta
xidmətlərinin ümumi buraxılışı sığortanın bütün
növ mükafatları + (üstə gəl) sığortanın texniki
ehtiyatlarının kapital qoyuluşlarından əldə edilmiş
xalis gəlir – (çıxılsın) sığortanın bütün növləri
üzrə sığorta ödəmələri, – (çıxılsın) sığortanın
texniki ehtiyatlarının dəyişməsi.
MALĐYYƏ-SƏNAYE QRUPU
– maliyyə-
sənaye qrupunun yaradılması haqqında müqavilə
əsasında
özlərinin
maddi
və
qeyri-maddi
aktivlərini bütünlüklə və ya qismən birləşdirən
(iştirak sistemi), əsas və törəmə cəmiyyət kimi
fəaliyyət göstərən hüquqi şəxslərin məcmusudur.
Maliyyə-sənaye qrupuna müəssisələr, idarələr,
təşkilatlar, maliyyə-kredit idarələri, investisiya
institutları daxil olur. Maliyyə-sənaye qrupları
texnoloji və ya iqtisadi məqsədlərlə, əmtəə və
xidmətlər satışının genişləndirilməsinə və rəqabət
qabiliyyətinin
yüksəldilməsinə
yönəldilmiş
investisiya və digər layihə və proqramların həyata
keçirilməsi üçün; istehsalın səmərəlilik və rəqabət
qabiliyyətinin yüksəldilməsi, yeni iş yerlərinin
təşkili
üçün;
səmərələşdirici
kooperasiya
əlaqələrinin yaradılması, ixrac potensialının
artırılması,
elmi-texniki
tərəqqinin
sürətləndirilməsi,
müdafiə
müəssisələrinin
konversiyası üçün yaradılır. Maliyyə-sənaye
qrupunun iştirakçısı, mülkiyyət növündən asılı
olmayaraq, istənilən təşkilati-hüquqi formalı
müəssisələr, həmçinin maliyyə-kredit və digər
idarələr, investisiya institutları, o cümlədən xarici
təşkilatlar ola bilər.
MAL-QARA VƏ QUŞLARIN SAYI
– ev
heyvan və quşlarının sayı - təsərrüfatda istifadəsi,
növü, yaşı, cinsi, istehsal-iqtisadi təyinatı, cinslik
tərkibi kimi bir sıra əlamətlərinə görə xarakterizə
edən göstəricilər sistemidir. Təsərrüfat istifadəsi
üzrə mal-qara məhsuldar və işçi heyvanlara
bölünürlər. Məhsuldar mal–qara – süd, ət,
yumurta, yun və s. məhsulların alınması üçün
yetişdirilən heyvanlar aid edilirlər. Đşçi mal-qara
kənd təsərrüfatı və digər işlərdə qoşqu gücü kimi
istifadə olunan heyvanlar aid edilir. Kənd
təsərrüfatı heyvanlarının aşağıdakı növləri nəzərə
alınır: iri buynuzlu mal-qara, qoyunlar, keçilər,
donuzlar, atlar, dəvələr, kəllər, yaklar, zebular,
şimal maralları və ov maralları. Həmçinin növlərə
görə quşların (qazların, toyuqların, ördəklərin,
hinduşkaların və s.), dovşanların, qəfəslərdə
yetişdirilən xəzli heyvanların, arı ailələrinin, ipək
qurdlarının və digərlərinin uçotu aparılır.
Yaş təsnifatında yaşlı və cavan heyvanlar ayrılır.
Yaşlı heyvanlar cinslərinə görə ana inəklər
(camışlar) və erkək-damazlıqlar və ayrılıqda
kökəltmədə olan yaşlı mal-qara kimi nəzərə
alınırlar. Anaların sayına bütün inəklər, camışlar
(südü qurumuşlar və qısırlar daxil olmaqla), əsas
və yoxlanmış donuzlar, həmçinin 3 yaşdan böyük
madyanlar və bir yaşdan yuxarı dişi qoyunlar, dişi
keçilər
və
toğlular
(onların
bala
verib-
verməməsindən asılı olmayaraq) daxil edilir.
Cavan heyvanlara yetişdirilmiş cavan heyvanlar,
424
ətə kəsilmək üçün nəzərdə tutulmuş kökəltmədə
olan cavan heyvanlar aid edilir. Kiçik yaşda olan
cavan heyvanlar yaş qruplarına və cinslərinə görə
bölüşdürülür. Đstehsal – iqtisadi təyinatına görə
mal-qara əsas və dövriyyə fondlarına aid edilir.
Cinslik tərkibinə görə mal-qaranın hər bir qrupu
cinsliyi üzrə bölünür, cinslik hüdudunda təmiz
cinsli heyvanlar ayrılır, o cümlədən siniflər və
qatışıqlar üzrə.
Kənd təsərrüfatı heyvanları müəyyən tarixə (ayın,
ilin əvvəlinə) fiziki vahidlərlə (başla) nəzərə
alınır.
Bir
sıra
göstəricilərin
təhlili
və
hesablanması üçün dövrə görə (ay, rüb, il) orta
göstəricilər müəyyənləşdirilir. Ən dəqiq verilmiş
heyvan qrupu üzrə yem günlərinin cəminin
dövrdə olan günlərin sayına bölünməsi ilə tapılır
(yem günü – gün ərzində bir baş heyvanın
təsərrüfatda olmasıdır). Orta say hər ay ayın
əvvəlinə
heyvanların mövcudluğu
haqqında
məlumatlar əsasında orta xronoloji düstur üzrə
hesablana bilər. Kənd təsərrüfatı heyvanlarının
bütün növ və qruplarının ümumi göstəricilərini
müəyyənləşdirmək üçün heyvanların ayrı-ayrı
növlərinin və qruplarının sayları şərti başa
bölünür. Şərti vahid kimi yaşlı iri buynuzlu mal-
qaranın baş sayı qəbul edilmişdir.
MAL-QARANIN ÜMUMĐ BAŞ SAYI
-
müvafiq mal-qara növünün bütün yaş qrupları
üzrə sayını əks etdirir.
MALLAR
– (I) - natura vahidləri ilə (ədədlə,
tonla,
metrlə
və
s.)
ifadə
oluna
bilən,
müəssisələrdə istehsal olunmuş məmulatlar,
detallar, komplektləşdirici hissələr və s. hesab
edilir.
(II)
-
tələbat
olan,
mülkiyyət
hüququ
müəyyənləşdirilə bilən və bazarda əməliyyatların
həyata keçirilməsi yolu ilə mülkiyyət hüququ bir
institusional vahiddən digərinə verilə bilən fiziki
predmetdir (əşyadır). Onlara tələbat var, çünki ev
təsərrüfatlarının və cəmiyyətin tələbatının və
ehtiyaclarının ödənilməsi üçün istifadə edilir bilər
və ya digər mal və xidmətlərin istehsalı üçün
istifadə olunurlar. Đstehsal və mal mübadiləsi
tamamilə ayrı-ayrı fəaliyyət növləri hesab edilir.
Bir sıra mallar mübadiləyə heç vaxt daxil
olunmaya bilər, digərləri isə dəfələrlə satıla və
alına bilər. Malların istehsalının onun sonrakı
satışı və ya yenidən satışından ayrılması xidmətlər
üçün xas olmayan iqtisadi vacib xarakteristika
hesab edilir.
MALLARIN APARILMASININ GÖM-
RÜK MƏNTƏQƏS
Đ – ölkənin gömrük
ərazisindən malların aparıldığı ərazidir.
MALLARIN GƏTĐRĐLMƏSĐ VƏ GÖN-
DƏRĐLMƏSĐ NƏ MÜVƏQQƏTĐ ĐCAZƏ
–
bu prosedura bir ölkənin gömrük ərazisində
ölkənin malları sayılmayan, aşınma nəticəsində
normal qiymət azalması istisna olmaqla, dəyişməz
vəziyyətdə reeksport üçün nəzərdə tutulmuş
malların idxalı zamanı ticarət siyasəti tədbirlərinə
məruz qalmadan bütövlükdə və ya qismən
rüsumlardan azad olunmasına imkan verir.
MALLARIN GƏTĐRĐLMƏSĐNĐN GÖM-
RÜK MƏNTƏQƏSĐ
– ölkənin gömrük
ərazisinə malların gətirildiyi məntəqədir.
MALLARIN HƏRƏKƏT KANALLARI
-
malların
hərəkəti
prosesinin
iştirakçılarının
məcmusudur. Malın istehsalçıdan istehlakçıya
gedən yolda hərəkətinin sürəti və ardıcıllığı
malların hərəkəti kanalından asılıdır. Malların
hərəkəti kanalı birbaşa və dolayı olmaqla, iki
hissəyə ayrılır. Birbaşa mal hərəkəti kanalı və ya
sıfır səviyyəli kanal - istehsalçı öz şəxsi ticarət
şəbəkəsindən istifadə etməklə istehlak bazarında,
vasitəçilərin iştirakı olmadan özü çıxış etdiyi vaxt
yaradılır. Dolayı mal hərəkəti kanalı müstəqil
ticarət vasitəçilərinin (distrübütorların) iştirakını
nəzərdə tutur və bir pilləli (bir vasitəçi - adətən,
pərakəndə və ya topdansatış - pərakəndə ticarət
firması), iki pilləli (iki vasitəçi - topdansatış və
pərakəndə), üç və daha çox səviyyəli formalara
bölünür. Müstəqil vasitəçilərin pillələrinin sayı
mal hərəkəti kanalının uzunluğunu müəyyən edir.
Mal hərəkəti kanalının iştirakçıları məlumat
mübadiləsini
həyata
keçirir,
bəzən
isə
razılaşdırılmış və qarşılıqlı sərfəli olan bazar
siyasətinin
işlənməsi,
öz
potensiallarından
səmərəli istifadə edilməsi məqsədilə müqavilə
(şərti və vertikal marketinq sistemi adlanan sistem
yaradılır) münasibətlərinə girişirlər.
MALLARIN HƏRƏKƏTĐ HAQQINDA
MƏLUMATLARIN KONFĐDENSĐALLI-
ĞI
- ölkələrin əksəriyyəti mal axınlarının hərəkəti
haqqında məlumatların konfidensiallığının təmin
olunması üçün tədbirlər görürlər. Ölkədən asılı
olaraq, bu sahədə qanunvericilik, məxfiliyin
tətbiqi şərtləri və vacibliyi dəyişir.
Konfidensiallıq təsnifatın ən aşağı səviyyəsinə
tətbiq edilir; buna görə də o, Kombinə edilmiş
Nomenklaturanın bütün kompleksinə və ya
altmövqelərin yalnız bir hissəsinə aid ola bilər.
Məxfilik xüsusiyyəti idxal və ixrac haqqında
məlumatlarla məhdudlaşar və yalnız ayrı-ayrı
elementlərə aid ola bilər: dəyər, statistik üsullar,
miqdar, partnyor-ölkə və s.
425
Konfidensiallığın
iki
növü
fərqləndirilir:
məhsulların konfidensiallığı və ticarət partnyoru
olan ölkənin konfidensiallığı.
MALLARIN HƏRƏKƏTĐNĐN XÜSUSĐ
NÖVLƏRĐ
– mal hərəkətinin xüsusi növləri
dedikdə, hərəkət, malın mənşəyi, əmtəə hərəkətini
aparıcı edən ticarət əməliyyatının xüsusiyyəti, ya
ixracatçı və ya idxalçı haqqında məlumatları şərh
etməyə imkan verən xüsusi xarakteristikaya malik
növlər nəzərdə tutulur (məsələn, poçt, təyyarə,
dəniz, avtonəqliyyatla göndərilmə).
MALLARIN KEYFĐYYƏTĐ HAQQINDA
SERTĐFĐKAT
– malların keyfiyyətini təsdiq
edən
şəhadətnamədir.
Bu
şəhadətnamədə
məhsulun xarakteristikası verilir, yaxud malların
keyfiyyətinin müəyyən standartlara, ya da
sifarişin texniki şərtlərinə uyğun olduğu təsdiq
edilir. Malların keyfiyyəti haqqında sertifikat
müvafiq komponentlərə malik olan təşkilatlar,
dövlət
orqanları,
ticarət
palataları,
xüsusi
laboratoriyalar tərəfindən, həm ixrac edən ölkədə,
həm də idxal olunan ölkədə verilir. Bəzən tərəflər
sertifikatın müxtəlif nəzarət və yoxlama idarələri,
institutlar, ölçü və çəki palataları və digər
təşkilatlar tərəfindən verilməsi haqqında razılığa
gəlirlər. Malların keyfiyyəti haqqında sertifikatı
istehsalçı firma da (müqavilənin şərtlərinə
müvafiq olaraq) verə bilər.
MALLARIN PASSĐV (ÇIXIŞ) EMALI
– bu
qayda gömrük ərazisindən malların emal olunması
(məsələn, sifarişçinin xammalının emalı, təmir, ...)
məqsədi ilə müvəqqəti ixracına imkan verir,
yuxarıda göstərilən əməliyyat nəticəsində əldə
olunan
mallar
isə
idxal
rüsumunun
ödənilməsindən tam və ya qismən azad edilməklə,
azad tədavülə buraxılır.
MALLARIN RƏQABƏTƏ DAVAMLI-
LIĞI
– alıcının konkret tələbatının ödənilməsini
təmin
edən
malın
keyfiyyət
və
dəyər
xarakteristikalarının məcmusudur. Malın rəqabətə
davamlılığı onun rəqib maldan ilk növbədə
səmərəli yekun xərclərinə (malın əldə edilməsi və
onun istismar xərcləri də daxil olmaqla), ikinci
növbədə isə yalnız rəqib mala müqavimət
göstərmək
deyil,
hətta
onu
üstələməklə
fərqləndirən
bazar
tələbatına
uyğunluğunu
nəzərdə tutur.
MALLARIN SƏRBƏST DÖVRĐYYƏYƏ
BURAXILMASI
– bu rejimdə malların gömrük
statusu verilir. Bu rejimə uyğun olaraq, ticarət
siyasəti tədbirləri tətbiq edilir, malların idxalında
digər zəruri rəsmiyyətçiliklər, həmçinin qanuni
qaydada vergi qoyma üzrə rəsmiyyətçiliklər (milli
səviyyədə və ya vergilərdə rəsmiyyətçiliklər
istisna olmaqla, məsələn, ƏDV) yerinə yetirilir.
MAL NĐŞANI (TĐCARƏT NĐŞANI)
-
malların identifikasiyası (eyniləşdirilməsi) üçün
istifadə edilən, özündə simvol, şəkil və yazını əks
etdirən əmtəə adıdır. Mal nişanı özündə oxuma və
tələffüz etmə hissəsini birləşdirən nişan adını və
şəkildən, monoqramdan, çalar və ya malın, yaxud
firmanın adını əmələ gətirən xüsusi şriftdən,
bəzəkli yazılan hərflərdən (loqotipdən) ibarət olan
nişan işarəsini (emblemi) birləşdirir. Mal nişanı
qanuni olaraq qeydiyyatdan keçirilir və mühafizə
olunur. Mal nişanları bir istehsalçının və ya
satıcının malını başqa satıcıların, istehlakçıların
oxşar əmtəələrindən fərqləndirməyə imkan verir.
MANAT
– Azərbaycan Respublikasının pul
vahididir (Azərbaycan manatı), 100 qəpiyə
bölünür. 1992-ci ildən dövriyyəyə buraxılmışdır.
MANTĐSSA
(loqarifmin əsir hissəsi) – üzən
nöqtələrin sayının əhəmiyyətli hissəsidir. Üzən
nöqtə ilə istənilən rəqəm mantissanı əks etdirən
ədədlərin hasili şəklində verilir və üzən nöqtələrin
sayına bərabər səviyyəyə yüksəldilmiş, üzən
nöqtələrlə miqdarın hesablanması sisteminin
əsasıdır.
MARJA
– (I) - 1) malların birja bülletenlərində
göstərilən satıcı qiyməti ilə alıcı qiyməti
arasındakı fərqdir; 2) faiz tariflərinin (məsələn,
bank tərəfindən cəlb edilən əmanətlər və verilən
ssuda (borc) üzrə tariflər arasında), yaxud
Mərkəzi
Bank
tərəfindən
yenidən
maliyyələşdirmə tarifinin və bank kapitalından
müəssisələrə verilən kredit tarifi (dərəcəsi)
arasındakı fərqin miqdarıdır. Marja kredit
təşkilatının xərclərinin ödənilməsinin zəruriliyi və
müəyyən gəlirin təmin edilməsi nəzərə alınmaqla
müəyyənləşdirilir.
(II) - satış qiyməti ilə maya dəyəri arasındakı
fərqdir.
Marja, bir qayda olaraq, onun uyğun gəldiyi
maya dəyəri əsasında müəyyən edilir.
MARKER
- məlumatların işlənməsini təmin
edən, xidməti funksiyaları yerinə yetirmək üçün
məlumatların maşın daşıyıcılarına köçürülən
xüsusi işarədir. Qeyd olunan zonanın əvvəlinə və
yaxud ondan sonra yerləşdirilir.
MARKETĐNQ
– (I) - tələbatın ödənilməsinə
yönəldilmiş və bazar konyunkturu haqqında
məlumat əsasında həyata keçirilən, bazarın
426
öyrənilməsi, əmtəə və xidmətlərin istehsalı və
satışının idarə edilməsi və tənzimlənməsi üzrə
fəaliyyətdir.
O,
malların
satışının
stimullaşdırılması,
tədavülün
inkişafı
və
sürətləndirilməsi, tələbatın daha yaxşı təmin
edilməsi naminə və mənfəətin alınması məqsədilə
həyata keçirilir. Bazar konyunkturası haqqında
məlumat bazardakı əmtəələrin vəziyyəti və xarici
amillər haqqında aşağıdakı məlumatları əhatə
edir: istehlakçıların davranışı; rəqabət; nailiyyət
və texnologiya; yeniliklər; hökumətin fəaliyyəti
və qanunvericilik aktları; kütləvi informasiya
vasitələri; iqtisadiyyatın vəziyyəti və inkişaf
proqnozları;
inflyasiya
səviyyəsi;
istehsal
xərclərinin
dinamikası
və
s.
Marketinq
tədqiqatları bazarda əmtəələrin vəziyyətinin idarə
olunması və tənzimlənməsi üzrə qərarların qəbul
edilməsi üçün əsas hesab edilir və məhsulların
xarici görünüşünə və qiymətinə, istehsal və satışın
parametrlərinə (satışın həcmi və yeri, satış
kanalları və nəqliyyat növləri, malgöndərənlər,
vasitəçilər və s.), əmtəələrin hərəkət şərtlərinə
(reklam, satışın stimullaşdırılması) və sairə
bilavasitə təsir göstərir. Đstehlakçılardan asılı
olaraq,
marketinqin
üç
növü
bir-birindən
fərqlənir: sənaye (sənaye müəssisələri); istehlak
(əhali); beynəlxalq.
Reklam
marketinqin
tərkib
hissəsidir.
Fərqləndirilmiş,
konversiya,
təmərküzləşmiş,
kütləvi, əks təsir göstərən, inkişaf etdirən, strateji
və məqsədli marketinq formaları mövcuddur.
(II) – bazarın genişlənməsinə və saxlanmasına
yönəldilmiş işgüzar fəallığın bütün növləridir.
Marketinq özündə bazarın öyrənilməsi və
tədqiqatını,
reklamların
təşkilini,
satışın
stimullaşdırılmasını,
sponsorların
axtarışını,
firmalar üçün ayrı-ayrı şəxslərlə və ya ictimai
təşkilatlarla əlaqələrin axtarışını birləşdirir. Bu
xidmətlər “müəssisə daxilində” də göstərilə bilər.
Bu zaman investisiya qoyuluşu, iş qüvvəsinə sərf
olunan xərclər də daxil olmaqla, istehsal dəyəri
üzrə müəyyənləşdirilməlidir və ya üçüncü
tərəfdən alına bilər.
MARKETĐNQ
XƏRCLƏRĐ
–
bazarın
genişləndirilməsinə və ya xidmətinə yönəldilmiş
işgüzar
fəallığın
bütün
növləri
kimi
müəyyənləşdirilir.
Marketinqə
bazarın
öyrənilməsi,
reklamların
təşkili,
satışın
stimullaşdırılması,
sponsorlaşdırma
və
ictimaiyyətlə əlaqələr daxildir. Bu xidmətlər
müəssisənin özü tərəfindən həyata keçirilə bilər
və bu halda kapital qoyuluşu, işçi qüvvəsinə
məsrəflər də daxil edilməklə, istehsala xərclər
üzrə hesablanmalıdır və ya üçüncü şəxslərdən
alına bilər. Bu xərclərin yalnız bir hissəsi
investisiya xarakterinə malikdir, qalan hissəsi isə
istehlak hesab edilir. Marketinqə xərclərdə
investisiya ilə istehlak arasında dəqiq sərhəd
qoymaq mümkün deyildir və onların dəqiq
müəyyənləşdirilməsi ehtimal ki, məlumatların
yığılmasında böyük problemlərə səbəb olardı.
Belə problemləri azaltmaq üçün məlumatları
yığmaq
məqsədi
ilə
bir
sıra
parametrik
sadələşdirmələrin aparılması zəruri olur.
Marketinqə xərclərin ölçülməsi aşağıdakılarla
məhdudlaşdırılmalıdır:
- gözlənilən qazancın bir ildən artıq (keçmiş)
müddət ərzində əldə edilməsi mümkün olacaq
yeni
məhsulları
əhatə
edən
uzunmüddətli
marketinq xərcləri ilə;
- gözlənilən qazancı bir ildən artıq (keçmiş)
müddət ərzində əldə edilməsi mümkün olacaq
yeni sahələri və ya bazarın seqmentlərini əhatə
edən marketinq xərcləri ilə;
-
müəssisənin
strateji
vəziyyətinin
yaxşılaşdırılmasını
nəzərdə
tutan
marketinq
xərcləri ilə.
Dostları ilə paylaş: |