MEDĐANA
– 1) təsadüfi hallı kvantilin
paylanmasının miqdarca xarakteristikasıdır: ½
mediana sırasının kvantili m ədədi adlandırılır ki,
bu da F(m)
5
,
0
≤
və F(m+0)>0,5 şərtlərini təmin
edir. Burada F(m) – X təsadüfi kəmiyyətlərin
paylanma funksiyasıdır. Riyazi statistikada asılı
olmayan x
1
, x
2
, ... x
n
müşahidə sırası üçün
mediananın qiymətləndirilməsi üçün variasiya
sırasının mərkəzində yerləşən, seçmə mediana
(M
e
) adlandırılan əlamətin qiymətindən istifadə
edilir. Əgər sıra müşahidələrin tək sayına
malikdirsə (2
n
+1), onda mediana (n+1)-m
qiymətinə uyğun gəlir, cüt (2
n
) olduqda isə sıranın
mərkəzində yerləşən iki əlamətin qiymətlərinin
orta hesabi kəmiyyəti kimi müəyyənləşdirilir; 2)
müəyyən qaydada düzülmüş variasiya sırasını tən
iki bərabər hissəyə bölən ədəd mediana adlanır.
Tək üzvlü variasiya sırasında sıranın mərkəzində
yerləşən variant mediana hesab olunur və ardıcıl
düzülmüş variasiya bölgü sırası cüt olarsa,
mediana ortada yerləşən iki variantın hesabi orta
kəmiyyəti kimi müəyyən edilir. Fasiləli variasiya
sıraları əsasında mediananı hesablamaq üçün
aşağıdakı düsturdan istifadə edilir:
m
m
e
f
S
f
d
X
M
1
0
2
−
−
+
=
∑
Burada X0 – median fasiləsinin aşağı sərhədini,
d- median variantında fasilənin böyüklüyünü.
∑
f
- variasiya sırasında çəkilərin (tezliklərin)
cəmini,
)
1
( −
m
S
- mediana fasiləsindən əvvəl olan
variantların çəkilərinin artan yekunla cəmini,
m
f
- mediana fasiləsində variantın çəkisini göstərir.
MEHMANXANA
XĐDMƏTLƏRĐ
–
mehmanxanalarda,
kempinqlərdə
və
ya
kempinqlərin ərazilərindəki tikililərdə, konkret
təşkilatın məhdud və ya qeyri-məhdud üzvləri ilə
əhali üçün açıq qısamüddətli yaşayış təqdim
edilməsi üzrə ödənişli xidmətlərdir; həmçinin
motellər, yataqxanalar, gözləmə salonları, gələnlər
üçün evlər, gecələmə evləri və s. göstərilən
xidmətlərdir.
MEHMANXANA VƏ MEHMANXANA
TĐPLĐ MÜƏSSĐSƏLƏR
- nömrələrin sayı
müəyyən edilmiş minimum saydan çox olan,
vahid rəhbərliyə malik, nömrələrində gündəlik
yataqların
səliqəyə
salınması
və
sanitar
qovşaqların
yığışdırılması
daxil
edilməklə,
turistlərə
müəyyən
xidmətlər
göstərilən,
xidmətlərin və mövcud avadanlıqların səviyyəsinə
əsasən qrup və kateqoriyalara bölünən müəssisələr
aiddir.
MEHMANXANALAR
(MOTELLƏR,
GƏLMƏLƏR ÜÇÜN YATAQXANALAR)
TƏRƏFĐNDƏN VERĐLƏN ÇARPAYI-
GÜNLƏR
– əvvəlcədən ayrılan nömrə və yerlər
daxil olmaqla, daimi və müvəqqəti istifadə olunan
yerlərin sayıdır və yaşayanların qeydiyyat kitabı
əsasında müəyyən edilir.
MEHMANXANALARIN
(MOTELLƏ-
RĐN, GƏLMƏLƏR ÜÇÜN YATAQXA-
NALARIN) BĐRDƏFƏLĐK TUTUMU
–
bütün nömrələrdə quraşdırılmış daimi çarpayıların
sayıdır.
MEHMANXANALARIN
(MOTELLƏ-
RĐN,
GƏLMƏLƏR
ÜÇÜN
YATAQ-
XANALARIN) ÜMUMĐ SAHƏSĐ
– bütün
nömrələrin və yardımçı yerlərin (mətbəxin, vanna
və yaxud duşxanalar, tualetlər, saxlanma yerləri,
bufetlər, anbar və məişət otaqları, dəhlizlər,
girəcəklər, gözləmə otaqları və s.) ümumi
sahəsidir.
MEXANĐKĐ SEÇMƏ
– 1) seçmə məcmusuna
vahidlərin daxil edilməsi üçün hər hansı bərabər
intervallarla
(addımlarla)
həyata
keçirilən
431
seçmədir. Məsələn, seçməyə hər 5; 10; 15; 20-ci
və s. vahidlər (seçmə intervalı 5-ə bərabərdir)
daxil edilir. Seçmənin başlanğıcı cədvəldəki
nömrələrin təsadüfü sayından 1-ci intervala uyğun
olaraq (məsələn, 1, 2, 3, 4, 5), püşkatma yolu ilə,
hesablama yolu ilə (məsələn, seçmə addımını 2-yə
bölməklə) və ya təsadüfi rəqəmlər cədvəlindən
təyin edilir;
2) seçmə məcmusunun sistematik (mexaniki)
seçilmiş
vahidlərdən
ibarət
olan
sistemləşdirilməmiş
və
ya
sistemləşdirilmiş
altçoxluğudur: əlifba sırası üzrə, coğrafi
prinsiplər üzrə, hər hansı bir əlamətin artması və
ya azalması qaydasında və s.
MERÇENDAYZĐNQ
(əmtəəşünaslıq)
–
ticarət və satış işlərində əmtəələrin satışının
intensivləşdirilməsinə
(qiymətlərin
çevik
tənzimlənməsinə,
iri
alıcılara
həvəsləndirici
güzəşt və imtiyazların verilməsinə, satış və
satışdan sonrakı xidmətlər dəstinin, əmtəələrin
reklamının (firma qablaşdırmaları, əmtəələrin açıq
qoyulması və nümayişi və s.) genişləndirilməsinə)
yönəldilən kompleks marketinq tədbirləridir.
MENECMENT
–
idarəetmə
elminin
nailiyyətlərinin istifadə edilməsi ilə istehsalın və
istehsal heyətinin idarə edilməsi prinsiplərinin,
formalarının, metodların, üsulların və vasitələrin
məcmusudur. Menecmentin əsas məqsədi –
istehsalın yüksək səmərəliliyinə nail olmaq,
müəssisənin,
firmanın,
şirkətin
resurs
potensialından düzgün istifadə etməkdir.
MEŞƏ BƏRPASI
– 1) talalarda, yanmış meşə
ərazilərində, boş yerlərdə, ağacları kəsilmiş
yerlərdə və əvvəllər meşə altında olmuş digər
sahələrdə meşələrin bərpası üzrə tədbirlərin
həyata keçirilməsidir. Meşə bərpası meşələrdən
səmərəli
istifadəni
xarakterizə
edən
əsas
göstəricidir (ona ağacların basdırılması və əkini,
həmçinin ən qiymətli ağac növlərinin cavan və
körpələrinin törəməsi və qorunmasına imkan
verən və onun təbii bərpasını təmin edən tədbirlər,
o cümlədən meşənin təzələnməsini təmin etmək
üçün
qırılmış
və
ağac
altındakı
yerlərin
yumşaldılması; talaların çəpərlənməsi, meşələrin
kəsilməsində qiymətli ağac növlərinin qorunması
və s. daxildir). Meşələrin bərpası statistikasında
baxılan dövrdə müvafiq işlərin yerinə yetirilməsi
əsasən sahələrin ölçüləri üzrə öyrənilir. Meşə
bərpası işlərinin səmərəliliyi yetişmə qabiliyyəti
göstəricisi
ilə,
yəni
yetişmiş
meşələr
kateqoriyasına
keçirilmiş
cavan
meşələrin
sahəsinin basdırılmış və əkilmiş meşələrin ümumi
sahəsinə olan nisbəti ilə xarakterizə edilir; 2)
əvvəllər meşə yerləri olmuş, kəsilmiş, yanmış və
boş yerlərdə, açıqlıqlarda və digər sahələrdə
meşələrin
bərpa
edilməsi
üzrə
aparılan
tədbirlərdir.
Meşə
bərpa
işləri
ağacların
basdırılmasını, əkilməsini və təbii təzələnməsinə
(bərpa edilməsinə) yardımı birləşdirir.
MEŞƏ EHTĐYATLARI STATĐSTĐKASI
–
meşələrin mövcudluğunu, vəziyyətini, istifadəsini,
bərpasını, konkret yer və zaman şəraitində onlara
xidmət
üzrə
tədbirləri,
həmçinin
meşə
təsərrüfatının aparılması üçün əmək, material və
maliyyə ehtiyatlarından istifadəni əks etdirən
statistika sahəsidir. Meşə ehtiyatları statistikasının
göstəricilər sistemi meşə fondları ərazisinin torpaq
kateqoriyaları
üzrə
bölünməsini,
meşələrin
qorunmasının (suyun qorunması, mühafizə və s.)
qruplar və kateqoriyalar üzrə mövcudluğu və
vəziyyətini, meşəni təşkil edən əsas növlər
(iynəyarpaqlı, yarpaqlı), yaş və s. üzrə meşələrin
qruplaşdırılmasını əks etdirir. Meşə ehtiyatları
statistikasının göstəriciləri meşə ehtiyatlarını,
onun istifadəsi və yenidən bərpa edilməsini
(meşənin
kəsilməsi,
meşə
yanğınları,
ziyanvericilərdən və xəstəliklərdən məhv olmalar,
meşəyə qulluq etmək üçün kəsmələr, təbii
təzələnməyə yardım və s.) müəyyən edir.
Göstəricilər meşə ehtiyatlarının və onlardan
istifadənin
vəziyyətinə
nəzarətin,
qiymətləndirilməsinin və təhlilinin və onlardan
istifadənin,
meşə
təsərrüfatı
istehsalının
aparılmasının uçotu, həmçinin meşə təsərrüfatının
inkişafının perspektiv və problemli məsələlərinin
həll edilməsi üçün tətbiq edilir.
MEŞƏ FONDU
– 1) ölkənin ərazisinin meşə
örtüyü altında olan, həmçinin meşə örtüyü altında
olmayan, lakin meşə təsərrüfatının ehtiyacları
üçün nəzərdə tutulan bir hissəsidir. Meşə fondu
torpaqlarına daxildir: a) meşə sahələri (meşə ilə
örtülmüş və meşə ilə örtülməmiş); b) qeyri-meşə
sahələri (meşələrdəki biçənəklər, otlaqlar, yollar,
keçidlər, sular, bataqlıqlar və s.). Meşə fondu
torpaqları dövlət əhəmiyyətli meşələrdən (meşə
təsərrüfatlarının xüsusi təşkilatlarının istifadəsində
olan meşələr; nazirlik və baş idarələrə məxsus
olan meşələr; qoruq meşələri və s.), habelə ictimai
kənd təsərrüfatı istehsalına məxsus meşələrdən
ibarətdir.
Meşə ehtiyatları iqtisadi əhəmiyyətinə və yerinə
yetirdiyi funksiyaya görə xarakterizə olunur və üç
qrupa bölünür: 1) daha çox su mühafizəedici,
qoruyucu, sanitar-gigiyenik və sağlamlaşdırıcı
funksiyaları yerinə yetirən meşələr, o cümlədən su
mühafizəsi
zonalarının
meşələri,
şəhərətrafı
yaşıllaşdırma zonaları, qoruqlara məxsus meşələr
və s; 2) az meşəli rayonlarda yerləşən və məhdud
istifadə əhəmiyyətinə malik meşələr; 3) çox-
432
meşəli rayonlarda yerləşən və mühüm istifadə
əhəmiyyəti olan meşələr. Meşələr yetkinlik
dərəcəsinə görə , təzə basdırılan, inkişafda olan,
yetişmiş, qocalmış və s. meşələrə; cins tərkibinə
görə isə iynəyarpaqlı, enliyarpaqlı, bərkyarpaqlı,
yumşaq yarpaqlı və s. meşələrə bölünür.
Meşələrin uçotuna dair materiallar meşə fondu
haqqında statistik məlumatların mənbəyi hesab
edilir. Meşə fondunun öyrənilməsi həm meşəaltı
sahə göstəriciləri üzrə, həm də meşə mənbələrinin
ehtiyatları (həcmi) üzrə həyata keçirilir. 2)
Azərbaycan
Respublikasında
meşə
qanunvericiliyinə
uyğun
olaraq,
müdafiə
torpaqlarında və yaşayış məntəqələrində, habelə
meşə ilə örtülü (meşə və qeyri-meşə torpaqları)
olmasa da, meşə fonduna aid edilən torpaqlarda
yerləşən meşələr istisna olmaqla, bütün meşələrin
məcmusudur.
MEŞƏ ĐLƏ ÖRTÜLÜ SAHƏ
- meşə
fondunun bir hissəsi hesab edilən, faktiki olaraq
meşəsalmanı təşkil edən meşə (ağac) növlərindən
ibarət olan ərazidir. Meşə ilə örtülməmiş ərazi
meşəsalmanı təşkil edən meşə (ağac) növlərindən
ibarət olan ərazidir. Meşə ilə örtülməmiş ərazi
məhv olmuş ərazini, qırılmış, boş yerləri, talaları,
seyrək yerləri və digər sahələri əhatə edir; meşə
ilə örtülməmiş ərazi sonradan meşəsalma üçün
nəzərdə tutulmuşdur. Meşə ilə örtülmüş sahə meşə
ehtiyatlarının dövlətlərarası müqayisəsinin həyata
keçirilməsi üçün mühüm beynəlxalq məlumat
(xarakteristika) hesab edilir.
MEŞƏ ĐLƏ ÖRTÜLÜ TORPAQ SAHƏ-
LƏRĐNĐN PAYI
(Minilliyin bəyannaməsində
əks olunmuş inkişaf göstəricilərindən) - ümumi
torpaq sahəsinin tərkibində meşə massivlərinin
payıdır. Torpaq sahəsi – iri çay və göllər kimi
daxili sularla örtülmüş rayonlar istisna olmaqla,
müvafiq ölkənin ümumi sahəsinin səthidir. BMT-
nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
“Global Forest Resources Assessment, 2000”
(Meşə ehtiyatlarının qlobal qiymətləndirilməsi,
2000-ci il) sənədindəki tərifə görə, meşə anlayışı
özündə həm təbii meşələri, həm də salınmış meşə
sahələrini birləşdirir. Bu anlayış, mövcud və
mümkün ağac örtüyü 10 faizdən çox olan, sahəsi
0,5 ha-dan az olmayan və ağaclarının hündürlüyü
5 m-dən az olmayaraq bitə bilən torpaq sahələrinə
aiddir. Meşə həm ağacların mövcudluğu meyarı
üzrə, həm də onların sahələrində torpaqdan
istifadənin digər metodlarının tətbiq olunmaması
faktı üzrə müəyyənləşdirilir. Meşəsi silinmiş,
lakin yaxın gələcəkdə meşənin bərpası işlərinin
aparılması nəzərdə tutulan torpaq sahələri də bura
aiddir. Birinci növbədə kənd təsərrüfatı istehsalı
üçün yaradılmış meşələr, o cümlədən meyvə
ağaclarının əkilməsi buraya aid deyildir.
Ümumi torpaq sahəsinin tərkibində meşələrin payı
ölkələr tərəfindən təqdim olunan peyklərdən
alınmış görüntülər əsasında və yaxud məsafədən
zond etmə məlumatlarının təhlilinin digər
alətlərinin köməyi ilə alınmış məlumatlar əsasında
hesablanır. Meşə göstəricilərinin müvafiq dəyişmə
tendensiyalarının
aşkar
edilməsi
məqsədilə
kompüter işləmələrindən istifadə edilir.
MEŞƏ TƏSƏRRÜFATI MƏHSULLARI-
NIN BURAXILIŞI
– bu sahəyə daxil olan
bütün altsahələrdə istehsal olunan məhsulların
dəyəridir. Đqtisadi fəaliyyət növləri təsnifatına
görə, meşə təsərrüfatına meşəçilik, yabanı ağac və
qeyri-ağac meşə məhsullarının yığılması, meşə
təsərrüfatında əsas proseslərə xidmət göstərilməsi
daxildir.
Meşəçilik
məhsullarının
buraxılışı
meşə
əkmələrinin becərilməsi və təbii meşələrə qulluq
üzrə çəkilən xərclərdən ibarətdir. Meşəçilik
məhsulları buraxılışının həcmi meşə bitkilərinin
salınmasına, onlara qulluq edilməsinə çəkilən
xərclərin miqdarı, həmçinin meşələrin təbii
təzələnməsinə yardımçı olan işlərin dəyəri ilə
müəyyən edilir. Məhsulun bazar üçün olan
hissəsi (toxumlar, tinglər, toxmacarlar (toxumdan
cücərən bitkilər)) satışın faktiki qiymətləri ilə
qiymətləndirilir.
Məhsul buraxılışına ev təsərrüfatlarının satış və
özünün istehlakı üçün tədarük etdikləri odunun,
torfun,
göbələyin,
meyvənin,
giləmeyvənin,
müalicəvi və digər bitkilərin dəyəri daxildir.
Bazar məhsulları satışın faktiki qiymətləri ilə,
qeyri-bazar məhsulları isə şərti olaraq orta
qiymətlərlə qiymətləndirilir.
“Meşə təsərrüfatında əsas proseslərə edilən
xidmətlər”
(meşələrin
zərərvericilərdən,
yanğınlardan qorunması və s. altsahəsinin məhsul
buraxılışı bu işlərə çəkilən xərclərin miqdarı ilə
qiymətləndirilir.
MEŞƏLƏRĐN ƏKĐLMƏSĐ VƏ SƏPĐNĐ
-
meşələrin salınması və bərpası üzrə tədbirlərdir.
Meşə əkininə meşə bitkiləri sahələrində
toxmacarların, tingələrin, şitillərin, qələmlərin və
s. əkin materiallarının əkini aiddir. Meşənin
səpilməsi,
səpin
üsulundan
(əllə,
mexanikləşdirilmiş, havadan) asılı olmayaraq
meşə bitkiləri sahələrində ağac toxumlarının
səpinini özündə əks etdirir. Meşələrin əkilməsi və
səpilməsi meşə bərpasının intensivliyinin əsas
xarakteristikası hesab edilir.
MEŞƏLƏRĐN
ZĐYANVERĐCĐLƏRDƏN
VƏ XƏSTƏLĐKLƏRDƏN QORUNMASI
–
433
meşənin ziyanvericilər tərəfindən korlanmasının
qarşısının alınması və ziyanverici və xəstəlik
mənbələrinin
məhv
edilməsinə
yönəldilmiş
kompleks tədbirlərdir. Əsasən bioloji və kimyəvi
metodlarla həyata keçirilir. Bioloji metod meşə
ziyanvericilərinin mənbələrinə yırtıcıların və
parazit həşəratlarının (böcəklərin) buraxılmasına,
göbələk, bakterial və virus preparatlarının tətbiq
edilməsinə əsaslanır. Kimyəvi metod pestisidlərin
(zəhərli-kimyəvi maddələrin) tətbiq edilməsi ilə
əlaqədardır.
Statistikada
meşələrin
ziyanvericilərdən və xəstəliklərdən qorunması
müvafiq tədbirlər (ümumilikdə və mühafizənin
növləri üzrə) aparılmış ümumi sahə üzrə öyrənilir.
MEŞƏYƏ QULLUQLA BAĞLI AĞAC-
LARIN KƏSĐLMƏS
Đ
-
salınmış
meşə
sahələrində ağac və kolların inkişafdan qalan və
əsas cins ağacların inkişafına mane olan
hissələrinin
vaxtaşırı
kəsilməsidir.
Meşəyə
qulluqla bağlı ağac kəsilmələrində aşağıdakılar
fərqləndirilir: cavan meşəyə qulluq (işıqlandırma
və təmizləmə), seyrəkləşdirmə, keçid və seçmə
sanitar kəsilmələr (ağacların doğranması və
meşənin qurumuş, tufandan yıxılmış və külək
yıxmış ağaclardan, həmçinin meşə zərərvericiləri
tərəfindən və xəstəliklər nəticəsində zədələnmiş
ağaclardan təmizlənməsi). Statistika meşəyə
qulluq üzrə ağac kəsilmələrini sahə (ha), kəsilən
ağacları isə m
3
ilə nəzərə alır. Meşəyə qulluqla
bağlı ağac kəsilmələri haqqında məlumatlar dövri
statistik hesabatlardan alınır.
METOD
– hər hansı məqsədin tədqiqatı və ona
nail olunması, konkret vəzifələrin həlli üsuludur.
METODĐKA
– hər hansı bir işin praktiki yerinə
yetirilməsi metodlarının məcmusudur; metodiki
(ardıcıl) – ciddi ardıcıllıq, sistemli və plana dəqiq
əməl edilməsidir.
METODOLOGĐYA
– ayrı-ayrı elmlərdə tətbiq
olunan metodların məcmusudur. Statistikada
metodologiya - statistik məlumatların toplanması,
işlənib hazırlanması, hesablanması və təhlilinin
elmi əsaslandırılmış təşkili qaydalarını müəyyən
edən,
sosial-iqtisadi
proseslərin
statistik
tədqiqatının
üsul,
qayda
və
metodlarının
məcmusudur.
METODOLOJĐ
TÖVSĐYƏ
-
statistik
göstəricilərin hesablanması qaydalarını və ya
onların təhlilini müəyyənləşdirən, habelə konkret
hesabat formalarının tərtibi qaydalarını, konkret
göstərişləri əks etdirən izahdır.
MEYARIN GÜCÜ
– sıfır hipotezlərinin (H
0
)
düzgün kənarlaşma (yayınma) ehtimalıdır, başqa
sözlə, ikinci sırada xətalara yol verməmək
ehtimalıdır (1-β). Beləliklə, meyarın gücü elə bir
ehtimala bərabərdir ki, sıfır hipotezi (H
0
) aldadıcı
(yalançı)
olduğu
halda,
meyarın
seçmə
xarakteristikası (statistika) kritik sahəyə düşür.
MƏCBURĐ KÖÇKÜN
– milliyyətinə, irqi və
vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə,
habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa
mənsubiyyətinə
görə
təqibə
məruz
qalan,
həyatına,
ailəsinə,
əmlakına
real
təhlükə
yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin
onu müdafiə etməsindən istifadə edə bilməməsi,
yaxud təhlükəyə görə bu müdafiədən istifadə
etmək istəməməsi üzündən ölkə ərazisində daimi
yaşayış yerini tərk etməyə məcbur olub, başqa
yerə köçən şəxslərdir.
MƏCBURĐ
MĐQRASĐYA
–
ərazi
yerdəyişmənin məcmusu; insanların onlardan asılı
olmayan səbəblər üzündən, bir qayda olaraq,
onların arzusuna baxmayaraq (təbii fəlakətlər,
sənaye qəzaları, ekoloji bədbəxt hadisələr, hərbi
əməliyyatlar, vətəndaşların əsas hüquq və
azadlıqlarının
pozulması),
daimi,
yaxud
müvəqqəti yaşayış yerinin dəyişməsi ilə bağlıdır.
Dostları ilə paylaş: |