MAL SATIŞI (ALIŞI) ÖLKƏSĐ
- mal satan
və ya alan firma və təşkilatların yerləşdikləri
ölkədir. Malların satış (alış) ölkəsi üzrə, əgər
tədarük zamanı təyinat ölkəsi və ya malın mənşəyi
məlum deyilsə, ixrac və idxal əks olunur.
416
MAL VƏ XĐDMƏT EHTĐYATLARININ
DƏYĐŞMƏSĐ
– (I) - ehtiyatların dəyişməsi
(müsbət və ya mənfi) maliyyə hesabat ilinin
(hesabat
dövrünün)
sonuna
və
əvvəlinə
ehtiyatların dəyəri arasındakı fərq kimi müəyyən
edilir.
Ehtiyatların tərkibində (onların dəyişməsində)
aşağıdakı növləri fərqləndirmək olar:
- vahid tərəfindən istehsal olunmuş məhsulların
ehtiyatları (son məhsul);
- yenidən satmaq və subpodratçılara vermək üçün
alınmış əmtəələr;
- xammalların, istehlak mallarının və xidmətlərin
sair alışı.
Ehtiyatlar əlavə dəyər vergisi çıxılmaqla uçota
alınır.
(II) - hesabat ilinin (dövrünün) əvvəlinə və
sonuna maddi dövriyyə vasitələrinin ehtiyatlarının
dəyərlərinin fərqidir (müsbət və ya mənfi). Maddi
dövriyyə vasitələrinin ehtiyatlarının dəyişməsi,
ehtiyatlara
daxil
olmaların
dəyəri
ilə
ehtiyatlardan çıxarılnların dəyərlərinin, həmçinin
ehtiyatlardan olan cari itkilərin dəyərinin fərqi
kimi ölçülə bilər. Maddi dövriyyə vasitələrinin
ehtiyatları əlavə dəyər vergisi çıxılmaqla və əgər
onlar digər iqtisadi vahiddən alınıblarsa, alıcıların
qiymətləri ilə, əks halda isə maya dəyərinə görə
əks etdirilir.
Maddi
dövriyyə
vasitələrinin
ehtiyatlarının
aşağıdakı kateqoriyalarını fərqləndirmək olar:
- hazır məhsul ehtiyatları;
- natamam istehsal ehtiyatları;
- alındığı vəziyyətdə qalmaqla, satılmaq üçün
alınmış mal və xidmətlərin ehtiyatları;
- xammal, material və digər əmək əşyalarının
ehtiyatları.
Maddi
dövriyyə
vasitələrinin
ehtiyatlar
kateqoriyasına iqtisadi vahid tərəfindən istehsal
edilmiş, lakin hələ satılmamış hazır məmulatlar və
natamam istehsal daxildir. Bu kateqoriyaya
iqtisadi vahidə mənsub olan, istehsalı başa
çatmamış məmulatlar (hətta bu məhsullar üçüncü
tərəfin sərəncamında olsa belə) daxildir. Müvafiq
olaraq, maddi dövriyyə vasitələri ehtiyatları
kateqoriyasına iqtisadi vahiddə olan, lakin üçüncü
tərəfə mənsub olan məhsullar daxil edilmirlər.
Mal və xidmətlərin ehtiyatları kateqoriyasına
yalnız olduğu vəziyyətdə satılmaq üçün əldə
olunmuş mal və xidmətlər daxil edilir. Komisyon
əsasda üçüncü tərəfə satılan mal və xidmət
ehtiyatları buraya daxil edilmir. Təkrar satılmaq
üçün alınmış və müəssisə tərəfindən xidmət
sferasının ehtiyatlarına yönəldilmiş məhsullara
mal (mühəndis sövdələşmələri “açar altı” həyata
keçirildikdə sənaye avadanlıqları və ya daşınmaz
əmlakla əməliyyatlar zamanı binalar və s.) və
xidmətlər (reklam üçün yerlər, nəqliyyat, verilən
yerlər və s.) daxil edilə bilər.
Maddi
dövriyyə
vasitələrinin
ehtiyatlarına
həmçinin iqtisadi vahidə mənsub olan material və
xammal,
aralıq
məhsullar,
detallar,
enerji
daşıyıcıları, kiçik alətlər və xidmət ehtiyatları da
daxil edilir.
Maddi dövriyyə vasitələrinin ehtiyatları (əgər
onlar digər iqtisadi vahiddən alınıbsa) alış
qiymətinə görə, əks halda isə maya dəyərinə görə
qiymətləndirilir.
MAL VƏ XĐDMƏTLƏR HESABI
– MHS-
nin hesabıdır, burada mal və xidmətlərin
bütövlükdə ölkə iqtisadiyyatı üzrə daxil olma
mənbələri və onların istifadə istiqamətləri əks
olunur. Hesabın ehtiyat hissəsində buraxılışın
həcmi və idxalın dəyəri; istifadə hissəsində -
aralıq istehlak, son istehlak, ümumi yığım, ixracın
həcmi göstərilir. Ehtiyat məbləği ilə istifadə
məbləği arasındakı, hesab və məlumat xətaları ilə
əlaqədar uyğunsuzluqlar “Statistik kənarlaşmalar”
maddəsində
əks
olunurlar
(“Statistik
kənarlaşmalar” bax).
MAL VƏ XĐDMƏTLƏR ÜZRƏ XARĐCĐ
ĐQTĐSADĐ SALDO
- mal və xidmətlərin xarici
iqtisadi hesabında balanslaşdırıcı maddədir. Əgər
saldo müsbətdirsə, onda bu, “Qalan dünya” üçün
əmtəə və xidmət əməliyyatları üzrə gəlirlərin
xərclərdən çox olduğunu göstərir, müvafiq olaraq,
ölkələr üçün xərclər gəlirlərdən çox olduqda isə,
əksinə, saldonun mənfi olduğunu göstərir.
MAL VƏ XĐDMƏTLƏRƏ VERGĐLƏR
-
mal və xidmətlərə görə iqtisadi vahidlərdən
tutulan vergilərdir.
MAL VƏ XĐDMƏTLƏRĐN ALINMASI
–
hesabat dövründə yenidən satılmaq üçün və ya
istehsal prosesində istifadə edilmək üçün alınmış
bütün mal və xidmətlərin dəyərini özündə
birləşdirir, lakin əsas kapitalın istehlakı kimi
qeydiyyatdan keçmiş kapital əmtəələri bura daxil
edilmir. Yuxarıda qeyd edilmiş mal və xidmətlər
emal edilərək və ya emal edilmədən yenidən satıla
bilər, istehsal prosesində tam istifadə oluna bilər
və nəhayət, anbarda saxlana bilər.
Statistik məqsədlər üçün bu alınmaların dəyərinə
mühasiblərin xidmət haqqı, sığorta mükafatları,
nəqliyyat xidmətləri kimi istehsal xərcləri də daxil
edilir.
Alınmış əmtəə və xidmətlərin dəyəri, ƏDV və
dövriyyə həcmi ilə bilavasitə əlaqədar olan vergi
növləri istisna olmaqla, bütün vergi və rüsumlar
daxil
olmaqla
alıcının
qiymətləri
ilə
qiymətləndirilir.
417
Mal və xidmətlərin alınması aşağıdakı kimi
paylaşdırıla bilər:
- mal və xidmətlərin alındığı vəziyyətdə yenidən
satılması üçün alınması;
- xammal, material, digər əmək əşyalarının və
xidmətlərin alınması;
- bina və avadanlıqların istismarına çəkilmiş
istehsalat xərcləri;
- satışa xərclər;
- digər istehsal xərcləri.
Mal və xidmətlərin alınması, Avropa Milli
Hesablar Sistemində (AMHS) müəyyən edildiyi
kimi,
aşağıdakı
səbəblərə
görə
“aralıq
istehlak”dan fərqlənir:
- onlar hesabat dövründəki “istifadəyə” deyil,
“alınmalar”a
aiddirlər.
Đstifadə
edilməmiş
alınmalar anbarlara yığıla bilər və əksinə, istifadə
edilmiş məhsullar ehtiyatlardan çıxarıla bilər və
beləliklə, onlara hesabat dövrü ərzində alınmalar
kimi baxılmır.
- gələcəkdə emal edilmədən satılmaq məqsədi
daşıyan mal və xidmətlər onlara daxil edilir.
Qeyd: Avropa Đqtisadi Şurasının 4-cü direktivinə
uyğun olaraq və biznes statistikada qəbul
edildiyindən fərqli olaraq, “Đstehsal xərcləri” “Mal
və xidmətlərin alınması”ndan ayrı aparılır.
MAL VƏ XĐDMƏTLƏRĐN ALINMA-
SININ ÜMUMĐ DƏYƏR VƏ HƏCMĐ
–
istehsal
vahidlərinin
mal
və
xidmətlərin
alınmasının həcminə – istehsal faktorlarının
təqdim edilməsi (icarə, lizinq, müvəqqəti işçi
heyəti və s.) üzrə və texniki xidmətlər, hesabat
dövrü ərzində alınan və alındığı vəziyyətdə təkrar
satılan və ya emaldan və məmulata daxil
edildikdən sonra ya satış üçün və ya vahidin cari
işi üçün nəzərdə tutulan bütün mal və xidmətlərin
dəyəri daxil edilməklə, bütün mal və xidmətlərin
dəyəri daxildir. Hesabat dövrü ərzində alınan,
lakin istifadə olunmayan mallar anbarlara yığılır.
Xırda və çox da qiymətli olmayan alətlər və
kapitallaşdırılmayan avadanlıq növləri, həmçinin
köməkçi materialların (sürtgü materialları, su,
qablaşdırma
materialları,
enerji
məhsulları)
dəyərləri bu maddəyə daxil edilirlər. Mal və
xidmətlərin alış qiymətləri, əlavə dəyər vergisi
istisna olmaqla (ƏDV) və bütün vergi və rüsumlar
daxil olmaqla alış qiymətlərində hesablanır.
MAL VƏ XĐDMƏTLƏRĐN XARĐCĐ ĐQTĐ-
SADĐ HESABI
- malların və xidmətlərin ixracı
dedikdə, rezidentlərdən qeyri-rezidentlərə mal və
xidmətlərin satışını, barter sövdələşmələrini,
hədiyyələri və ya qrantları (kömək şəklində
əvəzsiz mal göndərmələri), idxalı dedikdə isə
rezidentlərin
qeyri-rezidentlərdən
əmtəə
və
xidmətlərin alqısını, barterini, hədiyyələrin və ya
qrantların alınmasını göstərir. Milli hesablar
sistemində ixrac və idxalın şərhi tədiyə balansının
hesablarındakı şərhlə oxşardır.
MAL VƏ XĐDMƏTLƏRĐN QEYRĐ-BA-
ZAR ĐSTEHSALÇILARI
– (I) - buraxdıqları
mal və xidmətlərin böyük hissəsinin və ya
buraxılışın hamısının bazar qiymətləri (“Bazar
istehsalı”na bax) ilə satış üçün nəzərdə
tutulmayan institusional vahidlərdir. Mal və
xidmətlərin qeyri-bazar istehsalçıları mal və
xidmətlərin az hissəsini bazar qiymətləri ilə sata
bilərlər ki, bu da “təsadüfi satış” kimi izah edilir.
(II) – pulsuz və yaxud iqtisadi cəhətdən
əhəmiyyət
kəsb
etməyən
qiymətlərlə
ev
təsərrüfatlarına və ya bütövlükdə cəmiyyətə mal
və xidmətlər çatdıran dövlət vahidlərinə aid olan
idarələr və ya ev təsərrüfatlarına xidmət göstərən
qeyri-kommersiya təşkilatlarıdır.
MAL VƏ NƏQLĐYYAT VASĐTƏLƏ-
RĐNĐN AZƏRBAYCAN RESPUBLĐKA-
SINA
ĐDXALI
VƏ
AZƏRBAYCAN
RESPUBLĐKASINDAN
ĐXRACI
–
Azərbaycan Respublikasının gömrük sərhədini
keçməyin əsas prinsiplərindən biridir. Bütün
şəxslər eyni əsasla Azərbaycan Respublikasına
idxal etmək və Azərbaycan Respublikasından
ixrac
etmək,
o
cümlədən
Azərbaycan
Respublikasının Gömrük Məcəlləsində baxılmış
qaydada xarici iqtisadi fəaliyyəti həyata keçirmək
hüququna
malikdirlər.
Azərbaycan
Respublikasına idxal etmək və Azərbaycan
Respublikasından ixrac etmək o halda qadağan
edilir ki, bu, ölkənin maraqlarına zidd olsun və
ölkə özünün dövlət təhlükəsizliyini və ictimai
asayişi, xalqın həyatını, sağlamlığını və əxlaq
qaydalarını, bədii, tarixi və arxeoloji sərvətlərini,
təbii ətraf mühitini, heyvanat və bitki aləmini,
həmçinin mülkiyyətin çoxtərəfli hüquqlarını, idxal
edilən mal və xidmətlərdən Azərbaycan
istehlakçılarının hüquqlarını və s. qorumağa
məcbur olsun. Bu zaman milli qanunvericiliyə
riayət edilir və ölkənin beynəlxalq öhdəlikləri
yerinə yetirilir. Qadağaya düşən ayrı-ayrı əmtəə
və nəqliyyat vasitələri (onların müsadirə olunması
nəzərdə tutulmayıbsa) təxirə salınmadan ya ölkə
ərazisindən xaric edilməyə, ya da ölkə ərazisinə
qaytarılmağa məruz qalır. Đdxal və ixraca
qoyulan
məhdudiyyətlər
ölkənin
iqtisadi
siyasətindən, ölkənin iqtisadi suverenliyinin
əsaslarını və onun istehlak bazarını qorumaqdan,
həmçinin ölkənin beynəlxalq öhdəliklərindən və
ölkə vətəndaşlarının hüquqlarını pozan və digər
bədxah
aksiyalara
cavabdan
irəli
gələrək
müəyyənləşdirilir.
418
MALIN GÖMRÜK DƏYƏRĐ
– malın
(malların və nəqliyyat vasitələrinin), “Gömrük
tarifləri haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq müəyyən edilən və ona
gömrük rüsumu qoyulan zaman, xarici ticarət
gömrük
statistikasının
və
xüsusi
gömrük
statistikasının aparılması, həmçinin malların
dəyəri ilə əlaqədar, xarici ticarət sazişlərinə
valyuta nəzarətinin həyata keçirilməsinin və
onlara görə dövlətin qanunvericilik aktlarına
uyğun olaraq, bank hesablamaları daxil edilməsi
ilə, ticarət-iqtisadi əlaqələrin tənzimləməsinin
digər dövlət üsullarının tətbiqindən istifadə edilən
dəyəridir.
Malların gömrük dəyərinin müəyyənləşdirilməsi
sistemi beynəlxalq təcrübədə qəbul edilmiş belə
qiymətləndirmənin ümumi prinsiplərinə əsaslanır
və ölkənin gömrük ərazisinə gətirilən mallara
şamil edilir. Onun tətbiqi qaydaları “Gömrük tarifi
haqqında”
Azərbaycan
Respublikasının
Qanununun müddəaları əsasında təyin edilir.
Malların gömrük dəyərinin düzgün müəyyən
edilməsinə
nəzarət
malların
gömrük
rəsmiləşdirilməsini
aparan
gömrük
orqanı
tərəfindən həyata keçirilir. Malların gömrük
dəyərinin
məlumatı
bəyannamə
verilərkən
kommersiya sirri və ya məxfi məlumat kimi
müəyyənləşdirilərsə,
bu
informasiya
yalnız
gömrük orqanı tərəfindən gömrük məqsədləri
üçün istifadə oluna bilər və üçüncü şəxsə (digər
dövlət təşkilatları daxil olmaqla) bəyannamə
sahibinin xüsusi razılığı olmadan (Azərbaycan
Respublikasının
qanunvericiliyində
nəzərdə
tutulan hallar istisna olmaqla) verilə bilməz.
MALIN KEYFĐYYƏTĐ
– müəyyən tələbatın
ödənilməsi imkanlarını təmin edən və malı satıcı
üçün cazibədar edən xüsusiyyətlərinin (fiziki,
funksional, estetik və s.) məcmusudur. Malın
keyfiyyəti hər bir bərk (texnoloji) və yumşaq
(estetik)
parametrlərin
ekspert
balla
qiymətləndirilməsindən istifadə edilən parametrik
indekslər sisteminin köməyi ilə qiymətləndirilir.
Malın keyfiyyəti – onun rəqabət qabiliyyətinin
vacib komponentlərindəndir.
MALIN TƏYĐNAT (ĐSTEHLAK) ÖL-
KƏSĐ
- malın yükləndiyi andan məlum olan,
istehlak, istifadə və ya sonrakı emalı üçün təyin
edildiyi sonuncu ölkədir. Mal təyinat (istehlak)
ölkəsi üzrə ixracla ifadə olunur.
MALĐYYƏ
– ümumiləşdirici iqtisadi termindir.
O, özünü istər pul vəsaitlərinin, maliyyə
resurslarının,
onların
yaranma
və
hərəkət
etməsində,
bölüşdürülməsində
və
yenidən
bölüşdürülməsində, istifadə edilməsində, istərsə
də təsərrüfat subyektləri arasında qarşılıqlı
hesablaşmalarla, pul vəsaitlərinin hərəkət etməsi
ilə, pul tədavülü ilə, pulların istifadəsilə
şərtləşdirilmiş iqtisadi münasibətlərdə göstərir.
MALĐYYƏ AKTĐVLƏRĐ
– (I) maliyyə
tələbatları, monetar qızıl, səhm, xüsusi borcalma
hüquqları və s. formalarda olurlar. Digər iqtisadi
aktivlər qeyri-maliyyə aktivlərinə aid edilirlər.
(II) bir qayda olaraq, digər sahibkarın maliyyə
öhdəliklərinə qarşı duran aktivlərdir. Maliyyə
öhdəliyi bir institusional vahid tərəfindən vəsaitin
digərinə verildiyi və bu vəsaitlərə malik olan
institusional vahidin (kreditorun) digər vahiddən
(borcludan),
onlar
arasında
bağlanmış
müqavilənin şərtlərinə uyğun olaraq, tədiyə
(ödəniş) və ya bir sıra tədiyələr aldığı zaman
əmələ gəlir. Belə maliyyə öhdəliyi kreditor üçün
maliyyə aktivi, borclu üçün isə maliyyə passividir.
Beynəlxalq Valyuta Fondunun monetar qızılı və
xüsusi borc alma hüquqları da həmçinin maliyyə
aktivləri kimi qəbul edilir, baxmayaraq ki, onlar
üçün müvafiq maliyyə passivləri yoxdur.
MALĐYYƏ EHTĐYATLARI VƏ MƏS-
RƏFLƏRĐ BALANSI
– ərazi və ölkə
səviyyəsində
maliyyə
və
kredit-pul
münasibətlərini
kompleks
xarakterizə
edir.
Maliyyə ehtiyatlarının tam tərkibini, onların
bölünmə kanallarını, ərazidə maliyyə ehtiyatlarını
yaradan və xərcləyən təsərrüfatçılıq subyektlərini
əhatə edir. Maliyyə ehtiyatlarının hərəkətinin
ardıcıl mərhələlərini aşağıdakılar təkrar yaradır:
təsərrüfat
subyektlərinin
iqtisadi
fəaliyyəti
prosesində maliyyə ehtiyatlarının yaradılması və
kredit-bank sistemlərinin və əhalinin vəsaitlərinin
müəyyən
hissəsinin
cəlb
edilməsi;
bu
ehtiyatlardan konkret pul vəsaiti fondlarının (ilk
növbədə büdcə sisteminin) artırılması; bu fondlar
arasında
maliyyə
ehtiyatlarının
yenidən
bölüşdürülməsi, onların kapital qoyuluşuna, qeyri-
istehsal
istehlakına
və
sosial
transfertlərə
istifadəsi. Statistik məlumatlar, bank və mühasibat
hesabatları, həmkarlar ittifaqı və s. təşkilatların
məlumatları əsasında matrisa şəklində tərtib edilir.
MALĐYYƏ FƏALĐYYƏTĐ
– təşkilatların
qısamüddətli
maliyyə
qoyuluşlarının
həyata
keçirilməsi, qısamüddətli xarakterli istiqrazların
və digər qiymətli kağızların buraxılması, əvvəllər
alınmış 12 aya qədər müddəti olan səhmlərin,
istiqrazların və s. çıxması ilə bağlı fəaliyyətidir.
Beləliklə, uzunmüddətli maliyyə investisiyaları
investisiya fəaliyyətinə, qısamüddətli maliyyə
investisiyaları isə maliyyə fəaliyyəti sahəsinə
aiddir.
419
MALĐYYƏ GƏLĐRLƏRĐ
- səhmlərdən alınan
gəlirlərdən, faizlərdən və oxşar gəlirlərdən
ibarətdir.
Səhmlərdən alınan gəlirlər – digər korporativ
müəssisələrdən alınan gəlirlər, verilmiş iqtisadi
vahidin mülkiyyətində olan kapital və ya onun
hissəsidir. Bu gəlirlər dividentlərə və korporativ
müəssisələrin kapitalının sahibkarı tərəfindən
bölüşdürülən digər gəlirlərə uyğun gəlir.
Faizlər və alınmış oxşar gəlirlər – qısa və uzun
müddətli bank depozitləri, borc və istiqrazdan
gəlirlər, razılaşdırılmış borclar və cari hesab üzrə
debitor borcları, ticarət kreditləri və s. aid olan
faizlərdir.
Maliyyə
gəlirlərinə
əlavələri
və
mal
göndərənlərdən gələcəkdə olan gəlirləri və
mübadilə
kurslarının
müxtəlifliyindən
olan
gəlirləri (valyuta bazarında mənfəət) də daxil
etmək olar.
MALĐYYƏ HESABATLARI
-
şirkətin
maliyyə vəziyyəti və gəliri/zərəri haqqında
məlumatları göstərən dövri hesabatlardır. Onlara
illik hesabatlar (balans, gəlir və ziyanların hesabı
və hesablara izahlar) daxil edilir ki, bu da onlarla
birlikdə
vahid
tamı
təşkil
edir.
Maliyyə
hesabatlarına
maliyyə
ili
üzrə
vəsaitlərin
mənbələri
və
onlardan
istifadə
haqqında
hesabatlar əlavə edilə bilər.
MALĐYYƏ HESABI
– maliyyə aktivlərinin və
maliyyə
öhdəliklərinin
qeydiyyatı
aparılan
hesabdır. Hesabın sol tərəfi – satılan aktivlər
çıxılmaqla alınan aktivlər; yekun - əldə olunan
xalis aktivlərdir. Hesabın sağ tərəfi – ödənişlər
çıxılmaqla qəbul edilən öhdəliklərdir, yekun –
qəbul edilmiş xalis maliyyə öhdəlikləridir.
Maliyyə
hesabının
saldosu,
“Kapital
ilə
əməliyyatlar”
hesabının
balanslaşdırıcı
maddəsinə miqdarca bərabər və işarəcə (əlamətcə)
əksdir.
Milli hesablar sistemində maliyyə aktivləri
aşağıdakı kimi qruplaşdırılır: 1) monetar qızıl və
xüsusi borcalma hüquqları; 2) nağd pullar və
depozitlər;
3)
səhmlərdən
başqa,
qiymətli
kağızlar; 4) ssudalar və borclar; 5) səhmlər və
digər qiymətli kağızlar; 6) texniki sığorta
ehtiyatları; 7) digər debitor borcları.
Maliyyə hesabı iqtisadiyyatın bölmələri və
altbölmələr
arasında
maliyyə
ehtiyatlarının
hərəkətinin yekununu əks etdirir, bu prosesdə
müxtəlif
maliyyə
aktivlərinin
rolunu
qiymətləndirməyə imkan verir. Qapalı tipli
iqtisadiyyatda xalis kredit vermənin ümumi
məbləği,
iqtisadiyyatın
bölmələrinin
qəbul
etdikləri xalis öhdəliklərin ümumi məbləğinə
bərabərdir; açıq iqtisadiyyatda xalis kredit
vermələrin və bütün bölmələr üzrə qəbul edilmiş
xalis öhdəliklərin məbləğlərinin cəmi, digər
ölkələrə olan xalis kredit vermələrə və ya xaricə
olan xalis borclara bərabər olmalıdır.
Dostları ilə paylaş: |