A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə116/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   112   113   114   115   116   117   118   119   ...   182

MƏNŞƏ  REGĐONU

  –  AĐ-yə  üzv  ölkənin 

mallarının göndərildiyi regiondur, o yerdə ki onlar 

hazırlanmış, quraşdırılmış, yığılmış, emal və təmir 

edilmiş və ya lazımi qaydada saxlanmışdır. Bunlar 

olmadıqda, mənşə regionu dəyişdirilir. 

 

MƏNZĐL



  –    bir  və  ya  bir  neçə  otaqdan,  habelə 

yaşama  ilə  əlaqədar  məişət  və  digər  ehtiyacların 

ödənilməsi  üçün  nəzərdə  tutulmuş  yardımçı 

sahələrdən  ibarət,  çoxmənzilli  binanın  ümumi 

istifadəsində  olan  sahələrinə  birbaşa  daxil  olmaq 

imkanını təmin edən strukturca ayrıca sahədir.     

 

MƏNZĐL 

FONDU

 

– 

Azərbaycan 

Respublikasının ərazisində yerləşən bütün yaşayış 

sahələrinin  məcmusudur.  Mülkiyyət  formasına 

görə mənzil fondu aşağıdakılara bölünür: 

-  özəl  mənzil  fondu  –  fiziki  və  hüquqi  şəxslərin 

mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 


 

445


-  dövlət  mənzil  fondu  –  mülkiyyət  hüququ 

əsasında Azərbaycan Respublikasına məxsus olan 

yaşayış sahələrinin məcmusu; 

-  bələdiyyə  mənzil  fondu  –  bələdiyyələrə 

mülkiyyət  hüququ  əsasında  məxsus  olan  yaşayış 

sahələrinin məcmusu. 

Đstifadə  məqsədlərinə  görə  dövlət  və  bələdiyyə 

mənzil fondu aşağıdakılara bölünür: 

-  sosial  təyinatlı  mənzil  fondu  –  dövlət  və 

bələdiyyə  mənzil  fondlarından  sosial  kirayə 

müqavilələri əsasında vətəndaşlara verilən yaşayış 

sahələrinin məcmusu; 

-  xüsusi  təyinatlı  mənzil  fondu  –  Mənzil 

Məcəlləsinin  qaydalarına  uyğun  olaraq  verilən 

ayrı-ayrı  kateqoriyalardan  olan  vətəndaşların 

yaşaması  üçün  nəzərdə  tutulmuş  dövlət  və 

bələdiyyə  mənzil  fondlarının  yaşayış  sahələrinin 

məcmusu. 

Mənzil  fondu  qanunvericilikdə  müəyyən  edilmiş 

qaydada dövlət uçotuna alınmalıdır.  

Mənzil  fondunun  dövlət  uçotu  mənzil  fondunun 

uçotunun  digər  formaları  ilə  yanaşı,  onun  texniki 

uçotunun  aparılmasını,  o  cümlədən  mənzil 

fondunun 

inventarlaşdırılmasını 

və 


texniki 

pasportlaşdırılmasını 

(yaşayış 

sahələrinin 

müəyyən  edilmiş  tələblərə  uyğunluğunun  təmin 

edilməsi  ilə  əlaqədar  yaşayış  sahələri  barədə 

texniki  və  digər  məlumatları  özündə  əks  etdirən 

sənədlərin-yaşayış 

sahələrinin 

texniki 


pasportlarının  tərtib  edilməsi  (rəsmiləşdirilməsi) 

də daxil olmaqla) nəzərdə tutur.    

 

MƏNZĐL  SAHĐBLĐYĐNƏ  ZƏMANƏTLĐ 

HÜQUQU  OLAN  EV  TƏSƏRRÜFAT-

LARININ  PAYI

  (Minilliyin  bəyannaməsində 

əks  olunmuş  inkişaf  göstəricilərindən)  –  bu 

göstərici  şəhərin  yoxsullar  yaşayan  ən  pis 

hissəsindəki  şəhər  əhalisini  əks  etdirir.  Şəhərin 

yoxsullar  yaşayan  ən  pis  hissəsinin  sakinlərinin 

sayı  haqqında  məlumatlar  olmadıqda,  BMT-nin 

yaşayış  məntəqələri  üzrə  Proqramı  (BMT-

HABĐTAT)  2002-ci  il  üçün  şəhər  göstəriciləri 

üzrə  ekspertlər  qrupunun  iclasında  razılaşdırılmış 

şəhərin  yoxsullar  yaşayan  ən  pis  hissəsinin 

tərifinə əsaslanan qiymətləndirmələr aparır.  



Mənzil  sahibliyinə  zəmanətli  hüquq  ifadəsi  öz 

mənzillərinin  sahibi  hesab  edilən,  onları  əldə 

etmək mərhələsində olan, onları xüsusi icarə edən 

və  yaxud  sosial  təminat  xətti  üzrə,  ya  da  ikinci 

icarəçi  hüququnda  mənzil  alan  ailələrə  aid  edilir. 

Mənzil  sahibliyinə  zəmanətli  hüquqa  malik 

olmayan  əhali  skvatterlər  (mənzilə  görə  onların 

haqq  ödəyib-ödəməməsindən  asılı  olmayaraq), 

evsiz  və  evə  sahib  olmaya  dair  rəsmi  müqaviləsi 

olmayan ailələr kimi müəyyən edilir. 

BMT-HABĐTAT şəhərin yoxsullar yaşayan ən pis 

hissəsinin 

sakinlərinin 

ev 


təsərrüfatlarını 

aşağıdakı  bir  və  ya  daha  çox  (bəzi  şəhərlərdə  iki 

və  ya  daha  çox)  şəraitin  olmadığı  halda  bir  dam 

altında yaşayan şəxslər qrupu kimi müəyyən edir: 

mənzil 

sahibliyinə 



zəmanətli 

hüquq; 


konstruksiyanın  lazımi  keyfiyyətdə  olması  və 

mənzilin uzun ömürlülüyü; təhlükəsiz suya  malik 

olma;  sanitar-texniki  vasitələrə  və  kifayət  qədər 

yaşayış sahəsinə malik olma. 

 

MƏNZĐL  TƏSƏRRÜFATI  XĐDMƏTLƏ-

RĐNĐN  BURAXILIŞI

  –  yataqxana,  öz  xüsusi 

mənzilində  yaşamağa  görə  ev  təsərrüfatları 

xidmətləri  də  daxil  olmaqla  mənzilin  kirayəyə 

verilməsi  üzrə  xidmətlərin  dəyəridir.  Mənzil 

təsərrüfatları 

xidmətlərinin 



bazar 

buraxılışı 

mənzilin  kirayəyə  verilməsindən  əldə  olunan 

(kirayə və icarə ödənişi) gəlirlərlə, həmçinin şəxsi 

mənzili 


kirayəyə 

verəcəkləri 

halda 

ev 


təsərrüfatlarının  ala  biləcəkləri  şərti  gəlirlərlə 

müəyyən edilir.  

Xidmətlərin  qeyri-bazar  buraxılışına  müxtəlif 

xüsusi 


mülkiyyət 

müəssisələrinin, 

ictimai 

təşkilatların 

kirayə 

və 


icarə 

haqları   

ödəməməsindən,  onlara  aid  olan  mənzillərin 

dövlət 


büdcəsinin 

vəsaitləri 

hesabına 

saxlanılmasına  sərf  olunan  cari  xərclər,  həmçinin 

bu  təşkilatların  mülkiyyətində  olan  mənzil 

təsərrüfatlarına  əsas  kapitalın  sərfi  daxildir. 

Hazırda    mənzilin  bazar  dəyəri  haqqında  toplu 

məlumatlar  olmadığından,    şəxsi  mənzildə 

yaşamağa  görə  ev  təsərrüfatlarının  xidmətləri  bu 

mənzilin  saxlanmasına  çəkilən  cari  xərclərin 

miqdarı  və  vətəndaşların  mülkiyyətində  olan 

mənzil  təsərrüfatlarının  əsas  kapitalının  sərfi  ilə 

müəyyən  edilir    və  qeyri-bazar  xidmətlərinə  aid 

olunur. 


 

MƏNZĐL  TĐKĐNTĐSĐ

  –  yaşayış  binalarının, 

daimi  tipli  yataqxanaların;  əlil  və  qocalar  üçün 

evlərin,  uşaq  evlərinin  yataq  korpuslarının  və  s. 

ucaldılmasıdır. 

Mənzil 


tikintisinin 

həcmi, 


istismara verilmiş ümumi və yaşayış sahəsi (m

2

-



lə),  tikilmiş  mənzillərin,  binaların  sayı  ilə 

xarakterizə edilir. Statistik müşahidə formalarının 

tərkibinə

 

həm də



 

tikilən yaşayış evlərinin abadlığı, 

mərtəbələrin  sayı,  rahatlıq  səviyyəsi  göstəriciləri 

də daxildir.

  

 

MƏNZĐL-KOMMUNAL  TƏSƏRRÜFATI



 

-    əhalinin  həyat  fəaliyyətinin  bilavasitə  asılı 

olduğu  iqtisadiyyatın  əsas    fəaliyyətlərindən 

biridir.  Mənzil-kommunal  təsərrüfatı  çoxsahəli 

struktura  malikdir.  Mövcud  təsnifatlara  görə, 

mənzil-kommunal 

təsərrüfatında 

statistik 

müşahidələr  15-dən  çox  fəaliyyət  növü  üzrə 

aparılır  və  iki  əsas  altqrupa  bölünür:  mənzil 

təsərrüfatı və kommunal təsərrüfatı. 


 

446 


MƏNZĐL-KOMMUNAL  TƏSƏRRÜFATI 

XĐDMƏTLƏRĐ

 

– 



mənzil-kommunal 

xidmətlərindən;  mənzillərin,  binaların  təmiri  və 

fərdi evlərin tikintisi və mənzillərin dəyişdirilməsi 

xidmətlərindən; 

toxuculuq 

məmulatlarının, 

xəzdən  və  dəridən  məmulatların  yuyulması, 

təmizlənməsi  və  rənglənməsi  üzrə  təşkilatlar 

(firmalar)  və  fərdi  şəxslər  tərəfindən  göstərilən 

xidmətlərdən; bərbərxana, gözəllik salonlarının və 

müalicə-kosmetika 

müəssisələrinin 

xidmətlərindən; 

hamam 


və 

duşxanaların, 

lombardların  xidmətlərindən;  dəfn,  basdırma  və 

kremasiyaların 

təşkili 

üzrə 


xidmətlərdən; 

informasiya-sorğu  xidmətlərinin  xidmətlərindən 

ibarətdir. 

 

MƏNZĐL-KOMMUNAL  TƏSƏRRÜFATI 



STATĐSTĐKASI

  –  yaşayış  fondlarının,  onun 

abadlığının,  əhalinin  mənzil  şəraitinin,  əhalinin 

su,  istilik,  qaz,  mehmanxanalar  və  əhali 

məntəqələrini digər abadlıq növləri ilə təmin edən 

müəssisə  və  xidmətlərin  istehsal  fəaliyyətinin 

mövcudluğu,  vəziyyəti  və  tərkibini  öyrənən  elmi 

və praktiki statistika sahəsidir. 

 

MƏNZĐLLƏRĐN ÖZƏLLƏŞDĐRĐLMƏSĐ



 

dövlətin  və  bələdiyyənin  yaşayış  fondunda  olan 

mənzillərin 

könüllü 


olaraq 

orada 


yaşayan 

vətəndaşların mülkiyyətinə verilməsidir. 

 

MƏRKƏZĐ  DÖVLƏT  ĐDARƏETMƏ  OR-

QANLARI

 



mərkəzi 

dövlət 


idarəetmə 

orqanlarının  alt  sektoru  mərkəzi  dövlət  idarəetmə 

orqanlarının  institusional  vahidlərindən  və  ya 

vahiddən,  üstəgəl,  əsasən  dövlət  tərəfindən 

maliyyələşdirilən  və  nəzarət  olunan  qeyri-

kommersiya təşkilatlarından ibarətdir.  

 

MƏRKƏZLƏŞDĐRĐLMĐŞ  KREDĐTLƏR

  – 


konkret  işi  (xidməti)  maliyyələşdirmək  üçün 

hökumət (mərkəzi bank) tərəfindən yerli orqanlara 

və  hakimiyyətə,  konkret  sahələrə  (müəssisələrə, 

idarələrə) 

verilən 

kreditlərdir. 

Adətən, 

mərkəzləşdirilmiş 

kreditlər 

investisiyanın 

inkişafını  həvəsləndirmək  məqsədi  ilə  daha  aşağı 

faizlə verilir. 

Mərkəzləşdirilmiş 

kredit 


milli 

iqtisadiyyatı, 

kredit-pul  və  bank  sistemini  stabilləşdirmək  üzrə 

hökumətin (mərkəzi bankın) aləti hesab olunur.  

 

MƏSKƏN  TĐPLƏRĐ 

–  bir,  yaxud  bir  neçə 

mühüm  əlamətlərin  məcmusu  əsasında  ayrılan 

məskən  qruplarıdır.  Ən  mühüm  əlamət  olan  hər 

bir  məskənin  sosial-iqtisadi  əhəmiyyəti,  onun 

istehsal  və  qeyri-istehsal  (məsələn,  inzibati, 

ticarət, mədəni-sağlamlıq, elmi-informasiya və s.) 

funksiyalarının  ahəngi  ilə  müəyyən  edilir;  başqa 

mühüm  əlamətlər  –  məskənlərdə  əhali  çoxluğu, 

iqtisadi-coğrafi 

vəziyyət, 

tarixi 


inkişaf 

xüsusiyyətləri,  memarlıq-planlaşdırma  üslubudur. 

Đki  əsas  məskən  tipləri  olan  şəhər  və  kənd 

məskənləri  arasında,  bir  qayda  olaraq,  funksional 

strukturda  və  əhali  çoxluğunda  mühüm  fərqlər 

var.  Yerləşmə  sistemində  tutduğu  yerdən  asılı 

olaraq,  yerləşmənin dayaq mərkəzləri, periferiya, 

şəhər ətrafı şəhər və peyk-şəhərlər fərqləndirilir. 

 

MƏSKƏNLƏRĐN  ƏHALĐ  ÇOXLUĞU 

– 

şəhər və kənd məskənlərinin daimi əhalisinin sayı 



məskənlərin  böyüklüyünü  xarakterizə  etdikdə  və 

onları  təsnifləşdirdikdə,  əsas  göstəricilərdən 

biridir. 

Məskənlərin 

əhali 

çoxluğu 


adətən 

yerləşmə  sistemində  məskənin  yerinə  yetirdiyi 

sosial-iqtisadi funksiyalarla bağlıdır. 

 

MƏSKƏNLƏRĐN  SIXLIĞI

  –  ölkənin,  yaxud 

rayonun  bir  vahid  sahəsinə  düşən  məskənlərin 

sayıdır.  Kənd  məskənlərinin  sıxlığı  100  km

2

-lə, 



şəhər  məskənlərinin  sıxlığı  isə  10000  kv.km-lə 

hesablanır. Azərbaycanda orta hesabla əhalinin ən 

yüksək  sıxlığı  Bakıda,  ən  aşağı  sıxlıq  isə  Xızı 

rayonunda müşahidə olunur. 

 

MƏSKUNLUQ  AREALI

  (lat.  area  –  sahə, 

məkan)  -  əhali  coğrafiyasında  hər  hansı  bir 

əlamətə görə ayrılmış əhalinin yayılma ərazisidir. 

 

“MƏSRƏFLƏR-BURAXILIŞ”IN  (ĐNPUT-

OUTPUT 

ANALYSĐS) 

TƏHLĐLĐ 

– 

məhsulun 

(xidmətin) 

istehsalının 

və 

bölüşdürülməsinin 

sahələrarası 

balansı 

metodlarının  qərb  ədəbiyyatında  qəbul  edilmiş 

adıdır.  

 

MƏSULĐYYƏTĐN  SIĞORTALANMASI

  – 

sığortaçının,  sığorta  obyektinə  zərərin  dəydiyi 



hallarda, 

sığorta 


ödənişləri 

üzrə 


daşıdığı 

məsuliyyəti  nəzərdə  tutan  sığorta  növlərinin 

məcmusudur.

 

Sığorta  obyekti  şəxsin  əmlak 



maraqlarıdır,  o  halda  ki,  sığortası  haqqında  bu 

şəxsin  vətəndaşlıq  qanunvericiliyində  qoyulan 

qaydalarda  məsuliyyəti  ilə  əlaqədar  müqavilə 

(sığortalanan  şəxsin  müqaviləsi)  bağlanmışdır  və 

bu müqaviləyə əsasən ona üçüncü şəxs tərəfindən: 

avtonəqliyyat  vasitələrinin  istifadəsi  ilə;  daşıyıcı 

kimi 

iştirak 


edən 

(daşıyanın 

vətəndaşlıq 

məsuliyyəti)  sığortalanmış  nəqliyyat  vasitəsinin 

istifadəsi  ilə;  ətrafdakılar  üçün  təhlükə  yaradan 

sığortalanmış  (müəssisələrin  –  yüksək  dərəcəli 

təhlükəli  mənbələrin  vətəndaşlıq  məsuliyyətinin 

sığortalanması)  fəaliyyətin  həyata  keçirilməsi  ilə; 

sığortalanmış 

peşə 


fəaliyyətinin 

həyata 


 

447


keçirilməsi

 

ilə 



(peşə 

məsuliyyətinin 

sığortalanması); 

sığortalanmış 

öhdəçilik, 

cümlədən  müqavilə  öhdəçiliyi  borclarının  (yerinə 



yetirilməmiş 

öhdəçiliyə 

görə 

cavabdehlik 



sığortası)  yerinə  yetirilməməsi  ilə  əlaqədar  dəyən 

zərərin əvəzi ödənilməlidir.  

 

MƏŞĞUL  QADINLARIN  SAYI

  –  bu 

göstəricidən 

əməklərinin 

ödənilib-

ödənilməməsindən  və  ya  işlənmiş  saatların 

miqdarından  asılı  olmayaraq,  məşğul  qadınların 

uçotunda istifadə olunur. 

Əgər  məşğul  qadınlar  haqqında  məlumatlar 

məşğul  əhalinin  ümumi  sayı  ilə  birgə  istifadə 

olunursa,  onda  bu  məlumatların  əldə  edilməsi 

verilmiş  (müəyyənləşdirilmiş)  tarixdə  keçirilmiş 

statistik sorğuya uyğun olaraq, həmin tarixdə olan 

vəziyyətə əsaslanmalıdır. 

Əgər 


müəyyənləşdirilmiş 

vaxtda 


(tarixdə) 

keçirilmiş  statistik  müşahidə  əsasında  əldə  edilən  

qadınların  sayı  haqqında  məlumatlar  ani  statistik 

müşahidə  əsasında  ölçülürsə,  onda  mövsümi 

işgüzar fəallıq bu göstəricini əhəmiyyətli dərəcədə 

artırar,  hətta  ümumi  məşğulluğun  orta  illik 

kəmiyyətindən yüksək olan rəqəm əldə edilə bilər.  

 

MƏŞĞUL  ŞƏXSLƏR



  –  müşahidə  olunan 

vahiddə 


işləyən 

(mülkiyyətçi 

işləyənlər, 

müntəzəm 

partnyor 

işləyənlər 

və 

ailə 


müəssisəsinin  haqqı  ödənilməyən  işçiləri  daxil 

edilməklə),  həmçinin  bu  vahiddən  kənarda 

işləyən,  ancaq  ona  aid  olan  və  onun  tərəfindən 

haqqı  ödənilən  (yəni  ticarət  nümayəndələri, 

tədarükçülər,  təmir  və  istismar  briqadaları) 

şəxslərdir. 

Qısa  dövr  ərzində  işdə  olmayan  (yəni  xəstəliyə 

görə, 


haqqı 

ödənilən 

və 

ya 


xüsusi 

məzuniyyətlərdə  olanlar)  və  tətil  edən  şəxslər  

məşğullara  aid  edilir.  Ancaq  qeyri-müəyyən 

müddət  ərzində  işdə  olmayanlar  buraya  daxil 

edilmir.  Həmçinin  hər  bir  ölkənin  qanunlarına 

uyğun  olaraq,  natamam  iş  vaxtı  işləyənlər  və 

ödəmə  cədvəlinə  daxil  edilmiş  mövsümü  işçilər, 

təhsil  alan  şəxslər  və  evdə  iş  görənlər  də  daxil 

edilməklə,  əmək  haqqı  alan  şəxslər  məşğullara 

daxildir. 

Müayinə olunan vahidə digər müəssisə tərəfindən 

verilmiş  kadrlar,  digər  müəssisələrin  tapşırığı 

əsasında  istismar  və  təmir  işləri  aparanlar, 

həmçinin 

məcburi 

hərbi 


xidmət 

keçənlər 

məşğulların  sayına  daxil  edilmirlər.  Uzun 

müddətli 

müqavilə 

əsasında 

müəssisənin 

sərəncamında 

olan 

şəxslərə 



(böyük 

univermaqlarda 

nümayiş 

etdirənlərə) 

bu 

müəssisədə məşğul kimi  baxılmalıdır. 



Ailə  müəssisəsinin  haqqı  ödənilməyən  işçilərinə 

müəssisə  sahibi  ilə  birlikdə  yaşayan,  müntəzəm 

olaraq  ona  işləyən,  ancaq  hər-hansı  müqaviləyə 

malik  olmayan  və  yerinə  yetirilmiş  işə  görə 

müəyyən  məbləğ  almayan  şəxslər  daxildir.  Bu, 

yalnız  özlərinin  əsas  məşğuliyyətinə  görə  digər 

təşkilatların  ödəmə  cədvəllərinə  daxil  edilməmiş 

şəxslərə aid edilir. 

Bu  göstəriciyə  sığorta  agentləri  kimi  müstəqil 

işçilər daxil edilmir.  

Məşğullar aşağıdakı kimi bölünə bilər: 

- muzdlu işçilər; 

- evdə iş görənlər; 

-  haqqı  ödənilməyən  şəxslər:  məsələn,  ailə 

müəssisələrinin işçiləri; 

- özü məşğul şəxslər. 

 

MƏŞĞUL  ŞƏXSLƏRĐN  SAYI 

-  müşahidə 

olunan  vahiddə  işləyən  (bu  vahidə  işləyən 

sahibkarlar, 

müəssisədə 

daimi 

işləyənlərin 



tərəfdaşları  və  ev  müəssisəsində  işləyən  və  muzd 

verilməyənlər daxil edilməklə) işçilərin, həmçinin 

müəssisədən  kənarda  işləyən,  lakin  həmin 

müəssisəyə malik olan və ondan əmək haqqı alan 

(məsələn,  ticarət  nümayəndələri,  tədarükçülər, 

təmir  və  texniki  xidmət  briqadaları)  şəxslərin 

ümumi  sayıdır.  Qısa  dövr  ərzində  işdə  olmayan 

şəxslər  (məsələn,  xəstəliyə  görə  məzuniyyət, 

haqqı ödənilən növbəti məzuniyyət, xüsusi hallara 

görə məzuniyyət), həmçinin qeyri-müəyyən vaxta 

qədər  olmayanlardan  başqa,  tətil  edən  şəxslər 

daxil  edilir.  Buraya,  qanunvericilikdə  nəzərdə 

tutulmuş qaydada, natamam iş vaxtı ilə işləyən və 

əmək  haqqı  cədvəlində  iştirak  edən  işçilər, 

həmçinin  əmək  haqqı  cədvəlində  hesablanan 

mövsümi  işçilər,  şagirdlər,  evdə  işləyənlər  də 

daxildir.  Mövcud  müəssisə  tərəfindən  digər 

müəssisəyə  göndərilən  şəxslər,  digər  müəssisənin 

hesabına  müşahidə  edilən  vahiddə  təmir  və 

texniki  xidmət  işlərini  yerinə  yetirən  şəxslər, 

həmçinin hərbi xidmətdə olanlar istisna edilir. 

 

MƏŞĞULLARIN  SAYI



  –  bu  göstəricidən 

məşğulların uçota alınmasında istifadə edilir.  

Avropa milli hesablar sistemində (AMHS 1995-ci 

il)  müəyyən  edildiyi  kimi  məşğulların  sayı  iş 

yerlərinin  sayına  uyğun  gəlir  və  orta  illik 

kəmiyyət kimi hesablanır.   

 

MƏŞĞULLUĞA  AĐD  PROQNOZ

  –  əmək 

bazarında,  o  cümlədən  məşğul  olanlara  və 

işsizlərə  dair  vəziyyətin  kompleks  sosial-iqtisadi 

qiymətləndirilməsidir;  qısa,  orta  və  uzunmüddətli 

perspektivə  nəzərdə  tutulur.  Məşğulluq  proqnozu 

metodologiyasına  iki  yanaşma  mümkündür. 

Birinci  -  ölkənin  sosial-iqtisadi  inkişafının  bu  və 

ya digər variantlarının nəzərdə tutulan reallaşması 

nəticəsində 

məşğulluq 

sferasında 

nəticələri 

göstərməkdən ibarətdir. Digər yanaşma - məqsədli 



 

448 


proqnozun işlənməsi ilə bağlıdır, bu zaman birinci 

yerə  məşğulluqda  perspektivdə  təmin  olunması 

məqsədəuyğun 

olan 


dəyişikliklərin 

qiymətləndirilməsi  əsas  götürülür.  Bir  qayda 

olaraq,  ikinci  yanaşma  orta  və  uzunmüddətli 

məşğulluq  proqnozunda  istifadə  olunur,  çünki 

əmək  sferasında  keyfiyyət  dəyişiklikləri  üçün 

investisiya  proqramları  və  ETT  proqramlarının, 

sosial siyasətin və s. məqsədyönlü şəkildə yenidən 

istiqamətləndirilməsinə  çox  və  ya  az  müddət 

lazım gəlir. 

Məşğulluğa 

aid 

proqnozla 



iqtisadiyyatın 

inkişafının  ümumi  strateji  istiqamətləri  nəzərə 

alınır. Məşğulluq proqnozu üçün ilkin informasiya 

demoqrafiya 

proqnozudur

xüsusən 


əmək 

qabiliyyətli  yaşda  olan  əhalinin  sayı  və  cins-yaş 

strukturu,  proqnozdan  qabaqkı  dövrdə  məşğulluq 

sahəsində  və  əmək  bazarında  vəziyyətin  sosial-

iqtisadi  qiyməti,  əmək  potensialının  formalaşma 

və istifadə meylləri, makroiqtisadi göstəriciləridir. 

Məşğulluq proqnozunun işlənməsi zamanı ekspert 

qiymətləndirmənin böyük rolu var; digər ölkələrlə 

oxşarlıq  və  müqayisələr  metodundan  da  istifadə 

olunur. 


Məşğulluğun  və  əmək  bazarının  vəziyyətini 

xarakterizə 

edən 

əsas 


parametrlər 

proqnozlaşdırılır.  Bu,  bütövlükdə  və  sosial-

demoqrafik  qruplar  üzrə  işçi  qüvvəsinin  (iqtisadi 

fəal  əhali)  təklifi;  iqtisadiyyatın  işçi  qüvvəsinə 

tələbatı (yaxud məşğul əhalinin), o cümlədən kişi 

və  qadınların  mümkün  sayı;  iqtisadiyyatda 

məşğulluq  səviyyəsi  (iqtisadi  fəal  əhaliyə,  yaxud 

əmək  qabiliyyətli  yaşdakı  əmək  qabiliyyətli 

əhalinin  sayına  və  ya  əmək  ehtiyatlarının  sayına 

nisbətdə), məşğul olanların sahə və peşə strukturu; 

tələb  və  təklifin  tarazlaşma  dərəcəsi,  işsizliyin 

miqyası və səviyyəsi kimi göstəriciləri əhatə edir. 

Məşğulluq  proqnozu  əsasında  onun  tənzimləmə 

tədbirləri  işlənilir  və  onlar  neqativ  meyllərin 

yaranması,  yaxud  güclənməsini  qabaqlaya  bilər, 

yaxud  da  iqtisadi  inkişafın  gedişində  məşğulluq 

sahəsində  gözlənilən  mənfi  nəticələri  yumşalda 

bilər. 

 

MƏŞĞULLUQ 



–  (I)  -  insanın  keçmişdə, 

hazırda  və  gələcəkdə  real  və  ya  potensial  olaraq 

qazanc  və  ya  gəlir  əldə  etməsi  üçün  nəzərdə 

tutulmuş 

fəaliyyətinin 

istənilən 

növüdür. 

Məşğulluq,  əsasını  ixtisas  (peşəkar  ustalıq)  və  ya 

peşəkar  ixtisaslaşma  təşkil  edən,    yerinə  yetirilən 

və  ya  yerinə  yetirilməli  olan  funksiyalardan  asılı 

olaraq təsnifləşdirilir. Məşğulluğu sənət (peşə) və 

ya  ixtisasla  qarışdırmaq  olmaz.  Vəzifə,  sənət  və 

məşğulluq  (məsələn,  vəzifəsi  -  elmi  işçi, 

məşğulluğu  isə  bioloq)  arasındakı  uyğunsuzluq 

çox  hallarda  formal  xarakter  daşıyır.  Đnsanların 

konkret məşğulluğu haqqında məlumatlar əhalinin 



siyahıyaalınmalarından 

və 


müvafiq 

müayinələrdən  əldə  edilir.  Bu  zaman  əsas 

məşğulluq, yaxud əsas və əlavə məşğulluq nəzərə 

alınır.  Đqtisadi  fəaliyyətlə  məşğul  olanlar  üçün 

əsas  məşğulluq  sorğu  edilənin  özünün  əsas  hesab 

etdiyi  fəaliyyət,  ya  da  onun  yaşamasına  əsas 

vəsait  verən  fəaliyyət  (gəlirin  əsas  mənbəyi  kimi 

xidmət  edən)  hesab  edilir.  Siyahıyaalmada  sorğu 

edilənin 

siyahıyaalmanın 

müəyyənləşdirildiyi 

dövrdəki  məşğulluğu  nəzərə  alınır.  Bu  dövrdə  işi 

və  ya  gəlir  gətirən  məşğulluğu  olmayanlar  üçün 

məşğulluq axırıncı iş yerinə görə yazılır. 

Azərbaycan  qanunvericiliyinə  müvafiq  olaraq, 

məşğul əhaliyə muzdla işləyən, o cümlədən əmək 

müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan 

iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə 

haqqı  ödənilən  başqa  işi  (xidməti)  olanlar; 

sahibkarlar,  fərdi  əmək  fəaliyyəti  ilə  məşğul 

olanlar,  mülkiyyətində  torpaq  payı  olanlar;  haqqı 

ödənilən  vəzifəyə  seçilən,  təyin  və  ya  təsdiq 

edilənlər;  Azərbaycan  Respublikasının  Silahlı 

Qüvvələrində  və  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  başqa 

silahlı  birləşmələrdə  xidmət  edənlər;  əmək 

qabiliyyətinin  müvəqqəti  itirilməsi,  məzuniyyət, 

ixtisasartırma,  tətil,  istehsalatın  dayanması  və  ya 

başqa  səbəblər  ilə  əlaqədar  iş  yerində  müvəqqəti 

olmayanlar; 

Azərbaycan 

Respublikasının 

ərazisində  qanuni  əsaslarla  haqqı  ödənilən  əmək 

fəaliyyəti 

ilə 

məşğul 


olan 

əcnəbilər 

və 

vətəndaşlığı 



olmayan 

şəxslər; 

Azərbaycan 

Respublikasının  hüdudlarından  kənarda  qanuni 

əsaslarla  əmək  fəaliyyəti  ilə  məşğul  olan 

Azərbaycan  Respublikasının  vətəndaşları  aiddir. 

Qeyri-məşğulluq  kəmiyyəti  əmək  ehtiyatlarına 

daxil  olan  işsiz  və  ya  iqtisadi  qeyri-fəal  əhalinin 

sayı  ilə  müəyyən  olunur.  Buraya  iş  axtaranlar, 

işini  dəyişdirənlər,  müvəqqəti  işləməyən  və 

oxumayan 

gənclər, 

mövsümi 

məşğulluqla 

əlaqədar  müvəqqəti  işləməyənlər  və  işləmək 

istəməyənlər aiddir. 

Vətəndaşların  iş  yerlərinin  təminatı  ilə  bağlı 

məşğulluğun  münasibətləri  iqtisadi,  demoqrafik 

və  sosial  proseslərlə  şərtlənir.  Məşğulluğun 

iqtisadi  məzmunu  ictimai  istehsalın  səmərəliyini, 

sosial 

məzmunu 


– 

işçinin 


şəxsiyyətinin 

formalaşması 

və 

inkişafını, 



demoqrafik 

– 

məşğulluğun  işçilərin  cins-yaş  xarakteristikaları 



ilə qarşılıqlı təsirini əks etdirir. 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin