(II) – Avropa Milli Hesablar Sisteminə (AMHS)
görə, məşğulluq hər hansı istehsal fəaliyyəti ilə
məşğul olan həm muzdlu işçiləri, həm də
özüməşğulları ifadə edən kateqoriyadır.
1). Muzdlu işçilər:
Razılaşmaya əsasən digər institusional rezident-
vahidlərə işləyən və öz əməyinə görə haqq alan
bütün şəxslərdir. “Đş verən – muzdlu işçi” tipli
449
əlaqələr müəssisə ilə şəxs arasında razılaşma
olduqda və həmin şəxs pul və ya natura
formasında haqqın əvəzinə müəssisəyə işlədikdə
mövcud olur. Bu növ razılaşmalar formal və
qeyri-formal ola bilər və hər iki tərəfdən könüllü
surətdə baş verir.
2) Özüməşğul şəxslər:
Xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs,
kvazikorporasiyalar kimi təsnifləşdirilən qeyri-
korporativ müəssisələr istisna olmaqla, qeyri-
korporativ müəssisələrin təkbaşına mülkiyyətçisi
və ya birgə mülkiyyətçisi hesab edilən şəxs kimi
müəyyənləşdirilir. Özüməşğul şəxslər özlüyündə
onların əsas fəaliyyətlərini təşkil edən, haqqı
ödənilən muzdlu işçi kimi fəaliyyət göstərmir.
Əks halda, onlar muzdlu kimi təsnifləşdirilərdilər.
Özüməşğul
şəxslər
aşağıdakı
kateqoriyaları
özündə birləşdirir: ailə müəssisələrinin haqqı
ödənilməyən işçilərini, evdə işləyən işçiləri,
özlərinin son (şəxsi) istehlakı və ya kapitalın şəxsi
yığımı üçün bütövlükdə məhsul istehsalı ilə fərdi
və ya kollektiv şəkildə məşğul olanları.
Məşğul şəxslərə müəyyən kiçik dövr ərzində (bir
həftə və ya bir gün) aşağıdakı kateqoriyalarda
olmuş və müəyyən yaşdan yuxarı bütün şəxslər
daxildir:
I. “Ödənilən məşğulluq”
- “işdə olmuşlar”: göstərilən dövr ərzində pul və
ya natura formasında haqqı ödənilməklə bir sıra
işlər yerinə yetirmişdir;
- “işləri olmuşdur, ancaq işdə olmamışlar”:
artıq özlərinin hazırkı işlərini işləmişlər, ancaq
göstərilən dövr ərzində faktiki işdə olmamışlar
(formal olaraq olmuşlar). Bu formal aidiyyət
aşağıdakı meyarlardan bir və ya daha çoxuna
uyğun olaraq, milli vəziyyət nəzərə alınmaqla
müəyyən edilməlidir:
- əmək haqqının alınmasının davam etməsi;
- işdə müvəqqəti qaibliklə nəticələnmiş səbəb və
ya qayıtma tarixi haqqında razılıq başa çatdıqdan
sonra işə qayıtmaya zəmanət;
- işdə olmama vaxtının başa çatması. Bu, işçilərin
başqa iş qəbul edilərkən öhdəliksiz kompensasiya
güzəşti ala bilmək vaxtına uyğun gələ bilər.
II. “Özü məşğulluq”
- “işdə olmuşlar”: göstərilən dövr ərzində pul və
ya natura formasında mənfəət və ya ailə gəliri əldə
etmək üçün bir sıra işləri həyata keçirmiş şəxslər;
-
“müəssisələri
olmuşdur,
ancaq
işdə
olmamışlar”: əmtəə istehsal edən müəssisələri,
xidmət göstərən ferma və ya müəssisələri ola
bilən, göstərilən dövr ərzində hər hansı xüsusi
səbəbə görə işdə olmayan şəxslər.
Müəssisələr statistikasında ailə sahibkarlığında
çalışan, haqqı ödənilməyən işçilər özüməşğul
şəxslər kateqoriyasına daxil edilmir.
MƏŞĞULLUQ XĐDMƏTĐ ĐŞÇĐLƏRĐNƏ
ÖDƏNĐŞLƏR
– işçi qüvvəsi ilə təmin etdiyinə
görə məşğulluq xidməti və oxşar təşkilatlara
ödəmələr bu göstəriciyə daxildir. Bura yalnız
sənaye və ya qeyri-sənaye xarakterli xüsusi
xidmətlərin təqdim edilməsi ilə əlaqədar olmayan
işçi qüvvəsi ilə təmin edilməyə görə ödəmələr
daxildir.
MƏŞĞULLUQ STATĐSTĐKASI
– rəsmi
statistika
orqanları tərəfindən
toplanan
və
sistemləşdirilən
əhali
məşğulluğu
haqqında
məlumatların
məcmusudur.
Məşğulluq
statistikasının
beynəlxalq
normaları
informasiyanın demoqrafik parametrləri üzrə
(cins, yaş, ailə vəziyyəti) ayrılmasını nəzərdə
tutur. Xüsusi demoqrafik tədqiqatlarda məşğulluq
statistikası məşğulluqla demoqrafik proseslərin
qarşılıqlı əlaqəsinin təhlili üçün məlumat mənbəyi
ola bilər.
Ümumi məşğulluq məlumatlarından kadrların
hərəkətini (işə qəbul, işdən çıxarma, o cümlədən
ştatların ixtisarı üzrə), boş yerlərin dinamikasını,
ikinci məşğulluğu (əvəzetmə və podrat müqaviləsi
üzrə iş), rəhbərliyin təşəbbüsü ilə qismən
məşğulluğu (natamam iş vaxtı, istehsal həcminin
azalması ilə bağlı məcburi məzuniyyət) müşahidə
etmək olur.
Müasir məşğulluq statistikasında işsizlik haqqında
məlumatların mənbəyi yerli məşğulluq xidmətləri
orqanlarının hesabatları və statistika orqanları
tərəfindən əhalinin iqtisadi fəallığına dair ev
təsərrüfatlarında
keçirilən
müayinələrin
məlumatlarıdır.
MƏZƏNNƏNĐN TƏNZĐMLƏNMƏSĐ
–
birjada valyuta məzənnəsinin və ya dövlətin və
digər qiymətli kağızların məzənnələrinin enib-
qalxmalarının məhdudlaşdırılmasına yönəldilmiş
fəaliyyətdir. Mərkəzi Bank və ya emitentlərin
özləri (öz səhmdarları vasitəsilə və ya bankların
özləri) tərəfindən həyata keçirilir.
Zərurət
yarandıqda, bazar agentləri açıq bazarda fəal
surətdə valyutanı alıb-satmaqla, tələb və təklifin
nisbətini dəyişdirir və bununla da qiymətlərin
səviyyəsinə təsir göstərirlər. Həmçinin depozit
kassaları və sığorta şirkətləri, investisiya şirkətləri
və pensiya fondları səhmləri aşağı qiymətlərlə
əldə etməklə və onları yuxarı məzənnə ilə
satmaqla
tənzimləyici
rol
oynayırlar.
Bu
əməliyyatlar valyuta səviyyələrinin və portfel
risklərinin yüksək peşəkarlıqlı təhlili ilə müşayiət
olunmalıdır (“Bankların riski”nə bax).
MƏZUNĐYYƏT
– iş yerini (vəzifəsini)
saxlamaqla muzdla işləyən işçilərə verilən qeyri-iş
vaxtıdır (bazar və bayram günlərindən başqa).
450
Ödənişli, müəyyən hissəsi ödənilən və ödənişsiz
məzuniyyətlər
fərqləndirilir.
Ölkə
Konstitusiyasına və əmək qanunvericiliyinə görə,
əmək müqaviləsi üzrə işləyənlərə hər il müddəti
qanunvericilikdə
nəzərdə
tutulduğundan
az
olmayan
ödənişli
məzuniyyətin
verilməsinə
zəmanət verilir. Statistikada illik məzuniyyət iş
günləri və illik iş günlərinə uyğun gələn iş günləri
(bazar günləri və bayram günləri – qeyri-iş günləri
daxil olmadan) və beşgünlük iş həftəsinin ikinci
istirahət
günü
daxil
olmaqla,
adam-günlə
hesablanır. Ödənişli məzuniyyətdə həm əsas, həm
də qanunvericilikdə nəzərdə tutulmuş əlavə
ödənişli (zərərli iş şəraitində məşğul olan işçilərə
verilən məzuniyyət; bir təşkilatda, müəssisədə
uzunmüddətli iş stajına görə müəyyən edilən
məzuniyyət və s.) adam-günlər nəzərə alınır.
MHS VARĐANTLARI
– MHS-in müxtəlif
beynəlxalq təşkilatlar tərəfindən tövsiyə edilən və
müxtəlif ölkələrdə istifadə olunan variantlarıdır.
Milli hesablar sistemi, makroiqtisadi göstəricilərin
məcmusu kimi, bazar iqtisadiyyatı inkişaf etmiş
ölkələrdə Đkinci Dünya Müharibəsindən əvvəl
tətbiq edilməyə başlanmışdır. Milli təcrübələrin
ümumiləşdirilən və tətbiq edilmək üçün tövsiyə
edilən BMT-nin MHS-in birinci variantı 1952-ci
ildə meydana çıxmışdır. MHS-in 1968-ci il
versiyası və Avropanın birləşmiş iqtisadi hesablar
sistemi
(Avrostatın
MHS-i)
daha
geniş
yayılmışdır. Lakin bu sistemlər tövsiyə xarakteri
daşıyır
və
milli
statistika
xidmətləri
bu
sistemlərdən tam istifadə etmirlər. Bir çox ölkələr,
məsələn, Fransa özünün orijinal milli hesablar
variantından istifadə edir (axmayaraq ki, bu
variantların hamısı BMT və digər beynəlxalq
təşkilatların variantlarındakı əsas anlayış və
təyinatlara görə unifikasiya edilmişdir). MHS-nin
sonuncu variantı 1993-cü ildə BMT-nin Baş
Assambleyası tərəfindən qəbul edilmiş və 2008-ci
ildə
yenidən
baxılmışdır.
Bu
sistemin
hazırlanmasında
BMT-nin
Statistika
Komitəsindən
başqa,
Beynəlxalq
Valyuta
Fondunun
(BVF),
Beynəlxalq
Đnkişaf
və
Yenidənqurma
Bankının
(ĐYBB),
Đqtisadi
Əməkdaşlıq və Đnkişaf Təşkilatının (ĐƏĐT),
Avropa Đqtisadi Birliyinin (AĐB) ekspertləri də
iştirak etmişdir.
MĐKRO EHM
– EHM-in 4-cü nəslindən olan
mikro
elektron
hesablama
maşınıdır.
Mikroprosessordan, böyük inteqral sxemlərdə
yerinə yetirilən yaddaşdan və giriş-çıxış qurğuları
ilə rabitə vasitələrindən ibarətdir. Həm terminal,
həm də fərdi EHM kimi istifadə edilir. Mikro
EHM əsasında istifadəçilərə istiqamətləndirilmiş
hesablama kompleksləri yaradılır.
MĐKROFĐŞLƏMƏ
– mətnli informasiyaların
kadrların matrisasında mikrofişlərə - nazik
fotoplyonkalara məlumatların çıxarılmasıdır.
MĐKROĐQTĐSADĐ MODEL
– lokal iqtisadi
obyektin və yaxud prosesin (müəssisələr, sahələr)
hərəkətini
(fəaliyyətini)
xarakterizə
edən
modeldir.
Bununla
yanaşı,
belə
hərəkətin
(fəaliyyətin) makroiqtisadi vəziyyətdən asılılığını
müəyyən edən parametrlər ekzogen formada
verilir.
MĐKROĐQTĐSADĐYYAT
–
iqtisadiyyat
elminin bir hissəsidir, ayrı-ayrı iqtisadi vahidləri
(sahələri, firmaları, ev təsərrüfatlarını) və ayrı-
ayrı bazarları, müəyyən qiymətləri, mal və
xidmətləri araşdırır. Məhdud iqtisadi ehtiyatlar
şəraitində istehsal, bölgü və istehlakı, ayrı-ayrı
iqtisadi
subyektlər:
istehlakçılar,
işçilər,
investisiyaçılar,
ehtiyat
sahibləri,
ayrı-ayrı
firmalar tərəfindən qərarların qəbul edilməsi
mexanizmini öyrənir. Bazarları və iqtisadiyyatın
ayrı-ayrı sahələrini formalaşdıran istehlakçıların
və firmaların qarşılıqlı əlaqələrini tədqiq edir.
Mikroiqtisadiyyat ayrı-ayrı iqtisadi subyektlərin
bazardakı fəaliyyətini izah etməyə və gələcək
üçün proqnozlaşdırmağa imkan verən riyazi
modellər nəzəriyyəsindən istifadə edir. Modellər
göndərilən və satılan mal və xidmətlərin həcmi
(kəmiyyəti), əmək məhsuldarlığının artım sürəti,
bank faizlərinin dərəcələri, işsizlik, inflyasiya və s.
kimi ümumi iqtisadi göstəricilər əsasında işlənib
hazırlanır. Đqtisadiyyatdakı mikroiqtisadi proseslər
əmək statistikası, əmtəə bazarının statistikası,
müəssisələr, qiymət, ev təsərrüfatları statistikaları;
sahə statistikaları; vergi statistikası kimi statistika
bölmələrində əks etdirilir.
MĐKROPROSESSOR
– inteqral mikrosxem
bazasında
yerinə
yetirilən,
fiksasiya
ilə
məlumatları işləyib hazırlayan proqram-idarəedici
qurğudur. Mikroprosessor verilmiş komanda
sistemlərinin həyata keçirilməsi üçün nəzərdə
tutulmuşdur. Hesabi-məntiqi qurğudan, daxili
yaddaşdan və idarəetmə qurğusundan ibarətdir.
Fərdi EHM-də mərkəzi idarəetmə funksiyasını
yerinə yetirir.
MĐKROSĐYAHIYAALMA
(MĐKRO-
SENZ)
– bütün ölkə üçün təmsilçi (reprezentativ)
əhalinin
seçmə
müşahidəsidir,
mikrosiyahıyaalmanın xüsusiyyəti ondan ibarətdir
ki, müşahidə üçün adətən ərazi sahələri (əhalinin
siyahıyaalmasının hesablama sahələri, yaşayış
məhəllələri, evlər və hətta yaşayış otaqları) seçilir
və bu ərazidə yaşayanların hamısından sorğu
451
aparılır, bunun sayəsində seçmədə bütün regionlar
və əhalinin bütün qrupları təmsil olunur. Ölkə
sakinlərinin sayından və ətraflı məlumatlara
tələbatdan asılı olaraq, seçmənin payı müəyyən
olunur. Əhalinin ümumi siyahıyaalınmasından
fərqli olaraq, mikrosiyahıyaalma böyük məsrəflər
tələb etmir və müşahidə proqramı nisbətən
müfəssəl və hər hansı bir mövzuya aid olur.
Mikrosiyahıyaalmanın Avropa ölkələrində XX
əsrin ortalarından seçmə texnikası və məlumatları
qiymətləndirmə
metodları
işləndiyi
zaman
yayılmağa başlamış və əksəriyyətinin mövzusu
doğuşun
və
onun
amillərinin
öyrənilməsi
olmuşdur.
MĐQRANT
(lat.
migrans,
yiyəlik
halda
migrantis – köçən) – miqrasiya edən şəxs, yəni
daimi yaşayış yerini həmişəlik, yaxud uzun
müddətə dəyişdirməklə bu və ya digər ərazilərin
sərhədlərini keçən şəxsdir. “Miqrant” terminini
geniş
şərh
etdikdə,
mütərəddid
(kəfkirli)
miqrasiya edən şəxslər də ona daxil edilir.
MĐQRANTLARIN STATĐSTĐK QEYDĐY-
YAT VƏRƏQƏSĐNƏ QOŞULAN KƏSMƏ
TALON
- əhalinin miqrasiyasının (mexaniki
hərəkətinin) cari uçotunu aparmaq üçün ilkin
sənədlərdən biridir. Vətəndaşları yeni yaşayış
yerlərində qeydiyyata almaq üçün daxili işlər və
yerli idarəetmə orqanları tərəfindən tərtib edilir.
Miqrantların (daimi yaşayış yerini dəyişənlərin)
sayı və tərkibi, miqrasiya axınları, istiqamətləri
barədə icmal məlumatları işləmək və əldə etmək
məqsədilə statistika orqanlarına təqdim edilir.
MĐQRASĐYA
(demoqrafiya statistikasında) -
bu və ya digər ərazinin sərhədlərini keçməklə,
daimi, yaxud uzun müddətə yaşayış yerini
dəyişməklə, əhalinin (miqrantların) hərəkətidir.
Miqrasiya
miqrantların
axınından
cəmləşdirildiyindən, “miqrasiya” termini həm də
cəm halında istifadə edilir.
Miqrasiya vaxtı hansı inzibati ərazinin - ölkənin
və ya onun hissəsinin (ölkə, şəhər, rayon və s.)
sərhədini keçməsindən asılı olaraq, beynəlxalq
miqrasiya (emiqrasiya – ölkədən gedənlər,
immiqrasiya – ölkəyə gələnlər) və daxili
miqrasiya fərqləndirilir. Həmçinin kənd və şəhər
əhalisinin miqrasiyası, şəhərlərarası miqrasiya,
kənd yerlərindəki miqrasiya – “kənd-şəhər”,
“şəhər-şəhər”,
“şəhər-kənd”,
“kənd-kənd”
-
miqrasiya axınları fərqləndirilir. Đri ərazi vahidləri
hüdudunda miqrasiya axını (iqtisadi rayon, ölkə)
rayondaxili miqrasiya, onlar arasındakı isə
rayonlararası miqrasiya adlanır.
Yaşayış yerinin dəyişməsi müddətindən asılı
olaraq,
daimi
və
müvəqqəti
(mövsümi),
qayıtmamaqla və qayıtmaqla olan miqrasiya
fərqləndirilir. Yaşayış yerini dəyişməklə əlaqədar
olmayan, müntəzəm olaraq iş və ya təhsil
yerlərinə
gedişlər
də
həmçinin
miqrasiya
(hərəkətdə olan, rəqs edən) adlanır.
Miqrasiyanın əsas məlumat mənbəyi miqrasiyanın
cari uçotundan, əhalinin siyahıyaalınmaları və
müayinələrindən ibarətdir. Miqrasiyanı miqrasiya
haqqında göstəricilər sisteminin köməyi ilə tədqiq
edirlər ki, bu göstəricilər də hadisələrin ayrılıqda
bu və ya digər tərəflərini öyrənir (miqrantların
sayını, tərkibini, yerdəyişmənin istiqamətlərini,
onların nəticələrini və s.).
Miqrasiyanın müxtəlif növlərinə baxılması onun
vahid bir proses kimi təhlil edilməsinə və ayrı-ayrı
növləri arasındakı əlaqələrin aşkar olunmasına
imkan verir.
MĐQRASĐYA AXINI
–
müəyyən
vaxt
kəsiyində ümumi gəlmə və getmə rayonları olan
miqrantların (yaxud miqrasiyanın) ümumi sayı;
miqrasiya istiqamətləri göstəricilərindən biridir.
Birbaşa və qayıdan miqrasiya axını ayrılır. Bir-
birinə qarşı iki istiqamətləndirilmiş miqrasiya
axınından ölçüsünə görə böyük olanı əsas (üstün)
axın kimi, az intensivliyi – əks axın kimi ifadə
edilir. Əsas axınla əks axın arasında fərq iki rayon
arasında təmiz (xalis) axın adlanır, əsas axınla əks
axının cəmi – iki rayon arasında əhali mübadiləsi
adlanır. Müxtəlif əmsalların köməyi ilə aparılan
miqrasiya
axınının
təhlili
(“ Miqrasiya
göstəriciləri”nə bax) miqrasiya əlaqələrinin
səmərəliyini müəyyən etmək üçün vacibdir.
MĐQRASĐYA AMĐLLƏRĐ
–
miqrasiya
prosesi nəzəriyyəsində miqrasiya haqda qərar
qəbul etməyə təsir edən obyektiv və subyektiv
səbəblərin məcmusudur. 1960-cı illərin sonunda
miqrasiya
amillərinin
təsnifatı
işlənib
hazırlanmışdır və bu təsnifata görə miqrasiya
amilləri 3 qrupa bölünür: idarə olunmayan, daim
təsir göstərən amillər; “müvəqqəti” adlanan
amillər, onlar dolayı yolla tənzim oluna bilər;
tənzim olunan dəyişən amillər.
Birinci miqrasiya amilləri qrupuna ərazinin
coğrafi yerləşməsi və onun təbiət komponentləri:
meteoroloji, geoloji, fito- və zoocoğrafi və s.
daxildir. Mövsümi temperaturlar arasında yüksək
fərqlər, bataqlıqlar, zəlzələlər, daşqınlar, qan içən
həşəratlar bütün başqa amillərə nisbətən əhalinin
bu yerlərdən qaçmasına səbəb olur.
Đkinci qrupa tədricən dəyişdirilə bilən amillər
daxildir. Bu, ərazinin mənimsənilmə səviyyəsi, o
cümlədən istehsal və sosial infrastrukturun
yaradılması; əhalinin cins, yaş, etnik tərkibindən
ibarətdir. Müvəqqəti amil əhalinin miqrasiya
proseslərinə güclü təsir göstərir.
452
Üçüncü qrupa – cari tənzimləmə amillərinə –
əmək haqqının artırılması, müəyyən güzəştlərin
təyin, yaxud ləğv edilməsi; kadr siyasəti, milli
siyasətdə dəyişikliklər və s. aiddir. Nisbətən stabil
sosial-siyasi şəraitdə bu qrup amillər üçün
əhalinin həyat şəraitinin və əməklə təmin
olunmanın çox böyük əhəmiyyəti var.
MĐQRASĐYA DÖVRĐYYƏSĐ
– müəyyən
dövrdə, adətən bir il ərzində verilmiş əraziyə
gəlmiş və bu ərazidən getmiş insanların sayıdır.
Miqrasiyanın ümumi həcminə dair məlumat verir.
MĐQRASĐYA
GÖSTƏRĐCĐLƏRĐ
–
miqrasiya prosesinin müxtəlif mərhələlərində
(potensial miqrasiya, köçürülmə, yeni köçənlərin
uyğunlaşması) onun mütləq və nisbi rəqəmli
xarakteristikalarıdır; ölkə, region, məskun yeri
səviyyəsində miqrasiya situasiyasının təhlilində
istifadə olunur. Miqrasiya göstəriciləri ərazi
əhalisinin ümumi hərəkətlilik səviyyəsini, bu və
ya digər dövrdə miqrasiya axınlarının miqyasını,
strukturunu, istiqamətlərini və səmərəliliyini
xarakterizə edə bilir. Əsasən, hesablanmış nisbi
göstəricilərdir
(miqrasiya
əmsalı),
mütləq
göstəricilərin (gəlmə, getmə, miqrasiya artımı;
miqrasiya saldosu, miqrasiya dövriyyəsi və s.)
müəyyən dövr üçün öyrənilən əhali cəminin orta
sayı ilə tutuşdurulmasına əsaslanır. Təbii hərəkət
göstəriciləri ilə müqayisə etmək məqsədilə,
miqrasiya əmsalları müvafiq ərazinin, yaxud
əhalinin
sosial-demoqrafik
qrupunun
1000
nəfərinə hesablanır. Miqrasiya nəzəriyyəsi və
praktikasında
potensial
miqrasiya
və
yeni
köçənlərin
uyğunlaşması
göstəriciləri
az
işlənmişdir.
Potensial miqrasiyanın ən ümumi göstəriciləri
kimi, potensial miqrantların (həmin yaşayış
məntəqəsindən çıxıb getməyi qərara almış, lakin
onu realizə etməmiş şəxslər) və əhalinin bütün
cəmində, həmçinin onu təşkil edən sosial-
demoqrafik qrupların (cins, yaş, milliyyət, peşə,
təhsil və ailə statusu, doğulduğu yer, əvvəlki
yaşayış yeri və s. üzrə) tərkibində müvafiq stabil
kontingentlərin
payı
istifadə
oluna
bilər.
Miqrasiya hərəkətliliyi səviyyəsinin ən dəqiq
göstəricisi müəyyən yaşda olan şəxslərin, yaxud
bütövlükdə əhalinin bütün ömrü boyu köçmələrin
sayıdır. Miqrasiya hərəkətlərində fərqləri uçota
almaq üçün yaşama müddətindən asılı olaraq və
göstəricilərin dinamikada müqayisəsini təmin
etmək məqsədilə onları köçmə yerində 2 ilədək, 5
ilədək və 10 ilədək yaşayan yeni köçənlər üçün,
həmçinin 10 və daha çox il əvvəl köçənlər
(çoxdan
yaşayanlar)
üçün
hesablamaq
məqsədəuyğundur. Əhalidə yeni köçənlərin payı
nə qədər çoxdursa, bir o qədər baş tutmuş və
mümkün olan miqrasiyalar nöqteyi-nəzərindən
əhali hərəkətlidir və həmin ərazinin əhalisinin
formalaşmasında miqrasiyanın rolu böyükdür.
Yuxarıda
göstərilənlərdən
başqa,
əhalinin
hərəkətliliyinin qiymətləndirilməsində ehtimal
göstəriciləri də və ilk növbədə miqrasiyanın yaş
ehtimalları (U
x
):
x
x
x
S
M
U =
tətbiq olunur. Burada
M
x
– x-yaşda olan miqrantların sayı; S
x
– öyrənilən
dövrün əvvəlinə x-yaşda olan əhalinin ümumi
sayıdır. Birinci miqrasiyanın yaş ehtimalları
əsasında əhalinin müxtəlif qruplarının miqrasiya
prosesinə
tədricən
cəlb
olunması
prosesi
bənzədilir. Bu prosesin sistematik təsviri ehtimal
hərəkətlilik cədvəlinin qurulmasına imkan yaradır.
Cədvəldə aşağıdakı qrafalar olur: heç vaxt
miqrasiya etməmiş əhalinin sayı (R
x
); x-yaşda
miqrasiya etmək ehtimalının təsiri altında azalan
əhalinin sayı; yaş miqrasiyası ehtimalları - U
x
;
miqrantların sayı M
x
– dir. Cədvəlin funksiyaları
arasında aşağıdakı asılılıq mövcuddur: R
x+1
=R
x
–
M
x.
. Burada R
0
=1 və M
x
=R
x
U
x
olur. Təmiz və
kombinasiya
edilmiş
hərəkətlilik
cədvəlləri
fərqləndirilir.
Sonuncuda
ölüm
nəticəsində
əhalinin azalması nəzərə alınır. Eyni zamanda,
edilən miqrasiya sırası üzrə diferensiallaşdırılmış
hərəkətlilik cədvəlləri qurulur. Bütövlükdə belə
ehtimal cədvəlləri hipotetik xarakter daşıyır və
proqnozlaşdırmada onlardan istifadə məhduddur.
Çünki onlar üçün ətraflı ilkin məlumatlar tələb
olunur və əhalinin miqrasiya davranışının dəyişən
stereotiplərini nəzərə almır.
Faktiki
miqrasiyanın
(köçürülmələrin)
göstəriciləri üç qrupa bölünə bilər: ərazi üçün
toplu miqrasiya proseslərini xarakterizə edən
ümumi; konkret sosial-demoqrafik qrupların
miqrasiyasını xarakterizə edən xüsusi (struktur)
göstəricilər və konkret miqrasiya mübadilə
əraziləri arasında miqrasiya əlaqələrini xarakterizə
edən
rayonlararası
(ərazilərarası)
mübadilə
göstəriciləri. Onlar öz tərkibinə miqrasiyanın
gücü, intensivliyi və səmərəliliyi göstəricilərini
daxil edir. Miqrasiyanın miqyası və gücü birincisi
mütləq göstəriciləri – gəlmiş, tərk etmişlərin sayı,
yaxud onların cəmini (miqrasiya dövriyyəsi),
ikincisi, nisbi göstəriciləri – müxtəlif çıxış
rayonlarından
miqrantların
köçmə
rayonu
miqrantlarının ümumi sayında xüsusi çəkisini əks
etdirir.
Miqrasiyanın
nisbi
gücünün
xarakteristikası kimi, miqrasiyanın intensivlik
əmsalları da çıxış edə bilər (MĐƏ). Miqrasiyanın
intensivlik anlayışı müəyyən ərazi-demoqrafik
qruplarında onun tezliyini xarakterizə edir və düz
kəsirlə ifadə olunur, onun surəti – miqrantların
sayı (gəlmiş və tərk etmişlərin, yaxud onların
cəmi), məxrəcində – dövrdə əhalinin orta sayı.
453
MĐƏ həmin ərazidə həm bütün əhali üçün, həm də
onun müxtəlif struktur elementləri – cins, yaş,
milliyyət və s. üzrə hesablana bilər.
Miqrasiyanın ümumi intensivlik göstəriciləri:
gəlmə üzrə
1000
1
⋅
=
∑
=
j
m
i
ij
j
gel
S
P
I
getmə üzrə
1000
1
⋅
=
∑
=
j
m
i
ij
get
j
S
B
I
dövriyyə üzrə
j
m
i
m
i
ij
ij
dov
j
S
B
P
J
∑
∑
=
=
+
=
1
1
yaxud
get
j
gel
j
dov
j
I
I
I
+
=
,
burada
∑
=
m
i
ij
P
1
– j ərazisinə bütün ərazilərdən
gələnlərin ümumi sayı;
∑
=
m
i
ij
B
1
– j ərazidən
gedənlərin ümumi sayı;
1
=
i
j
S
– j ərazinin əhalisinin
orta sayıdır.
Ümumi
MĐƏ
konkret
ərazinin
əhalisinin
hərəkətlilik səviyyəsini (o cümlədən dinamikada)
qiymətləndirməyə
imkan
verir.
Lakin
bu
göstəricilərdən ərazilərarası təhlildə istifadəsi
onunla məhdudlaşır ki, onların kəmiyyəti təkcə bu
və ya digər ərazinin başqa ərazilərlə miqrasiya
əlaqələrinin
intensivliyindən,
həmçinin
yerləşdirilən ərazilərində miqrasiya tutumundan
və çıxma ərazilərinin miqrasiya imkanlarından
asılıdır.
Miqrasiya
əlaqələrinin
intensivlik
əmsalları (MƏĐƏ) ərazilərarası miqrasiyasının
intensivliyinə çıxış və yerləşdirmə ərazilərinin
əhalisinin sayının təsirini istisna etməyə imkan
verir. Gəlmə üzrə MƏĐƏ
1000
:
1
1
⋅
=
∑
∑
=
=
m
i
t
i
m
i
ij
ij
gel
ij
S
S
P
P
K
getmə üzrə MƏĐƏ
1000
:
1
1
⋅
=
∑
∑
=
=
m
i
i
i
m
i
ij
ij
get
ij
S
S
B
B
K
burada P
ij
– Đ ərazisindən j rayonuna gələnlərin
sayı; B
ji
– j ərazisindən Đ ərazisinə gedənlərin sayı;
i
S
– Đ ərazisinin dövr üçün əhalinin orta sayıdır;
∑
=
m
i
i
S
1
– j ərazisi ilə miqrasiya əlaqəsi saxlayan
çıxış ərazilərinin əhalisinin ümumi sayıdır.
MƏĐƏ-in orta qiyməti həmişə birə bərabərdir.
Miqrasiya əlaqələri yüksək intensivlikdə olan
ərazilərdə MƏĐƏ qiymətləri birdən çoxdur və
əksinə.
Əhali miqrasiyasının nəticələri bir sıra mütləq və
nisbi göstəricilərlə xarakterizə olunur. Ümumi və
təbii artımda, yaxud əhalinin sayında onun payı
əhalinin formalaşmasında miqrasiyanın rolunu
qiymətləndirməyə
imkan
verir.
Əhali
miqrasiyasının səmərəliliyi həmçinin həmin
əraziyə gələnlərin 1000 nəfərlə hesabında
gedənlərin sayı ilə xarakterizə olunur. Bu göstərici
həm ümumi, həm də rayonlararası kimi hesablana
bilər.
Birinci
halda
ərazinin
miqrasiya
mübadiləsinin ümumi nəticələri, ikinci halda –
onun hər bir konkret ərazi ilə mübadiləsi
qiymətləndirilir.
Miqrasiyanın ümumi səmərəlilik əmsalı:
1000
1
1
⋅
∑
∑
=
=
m
i
ij
m
i
ji
P
B
Miqrasiya əlaqələrinin səmərəlilik əmsalı:
1000
⋅
ij
ji
P
B
Səmərəli mübadilə halında əmsalın qiyməti 1000-
dən az olmalıdır və əksinə.
Uyğunlaşma göstəriciləri. Miqrasiya prosesinin
son mərhələsini – təzə gələnlərin uyğunlaşmasını
xarakterizə etmək üçün əhalinin hərəkətliliyi
göstəricilərindən (həmin rayona köçən əhalinin
sayı ilə yerli sakinlər, yeni köçənlərlə köhnə
köçənlər arasında nisbətləri; köçmə vaxtından
asılı olaraq, gələn əhalinin bölüşdürülməsi)
istifadə edilir. Uyğunlaşma keçmiş yerlərində təzə
köçənlərin yaşadığı illərin orta sayı ilə xarakterizə
oluna bilər. Mövcud informasiyadan asılı olaraq,
bu göstəricilər müəyyən cinsə, yaşa, milliyyətə və
s. mənsub olan şəxslər üçün hesablana bilər.
Dostları ilə paylaş: |