A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə118/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   114   115   116   117   118   119   120   121   ...   182

 

MĐQRASĐYA  KOQORTASI

  –  miqrantların 

məcmusudur,  müəyyən  yaşayış  məntəqəsinə, 

yaxud  rayona  miqrasiyanın  ümumi  dövrü  ilə 

birləşir. 

Miqrasiya 

koqortası 

əhalinin 

siyahıyaalmalarının 

nəticələri 

üzrə 

yaşama 


müddəti  haqda  məlumatlar  əsasında  ayrılır. 

Miqrasiya 

koqortası 

haqda 


məlumatlar 

miqrasiyanın 

tarixi, 

onun 


ərazi 

və 


vaxt 

qanunauyğunluqları 

nöqteyi-nəzərdən 

maraq 


doğurur,  lakin  faktiki  miqrasiya  koqortasının 

sayını  və  həmin  yerdə  sağ  qalanların  sayını 



 

454 


fərqləndirmək  lazımdır.  Çünki,  faktiki  koqortalar 

miqrantların  sonrakı  miqrasiyası  və  ölümü  ilə 

bağlı  azalır;  yaşama  müddəti  artdıqca,  bu 

amillərin təsiri çoxalır. 



 

MĐQRASĐYALARIN  ĐLLĐK  SAYI

  –  il 


ərzində  müəyyən  ərazi  üçün  (ölkə,  region, 

məskən) 


miqrasiya 

yerdəyişmələrinin 

məcmusudur 

və 


miqrasiyanın 

əsas 


xarakteristikalarından  biridir.  Miqrasiyaların  illik 

sayı həmişə miqrasiya edən əhalinin sayından çox 

olur,  çünki  miqrantların  bir  hissəsi  ildə  bir  neçə 

dəfə yerini dəyişir. 



 

MĐQRASĐYANIN  CARĐ  UÇOTU

  –  yaşayış 

yerinin  dəyişməsi  hallarının  qeydiyyatıdır.  Daxili 

işlər  orqanları  tərəfindən  vətəndaşların  yeni 

yaşayış  yerlərindəki  qeydiyyatları  və  axırıncı 

yaşayış 


yerlərindən 

qeydiyyatdan 

çıxmaları 

haqqında  sənədlər  (miqrantın  statistik  uçot 

vərəqəsi  və  onlara  aid  talonlar)  əsasında  həyata 

keçirilir.  Dövlət  statistikasının  apardığı  statistik 

işləmələrə,  bir  kənd  yaşayış  məntəqəsindən  bir 

inzibati  rayon  daxilində  digər  kənd  yaşayış 

məntəqəsinə 

köçənlər, 

şəhər 

rayonlarına 



bölünməmiş  bir  şəhər  daxilində  yaşayış  yerini 

dəyişənlər,  həmçinin  şəhər  rayonları  (vilayətləri) 

və  ya  qəsəbə  daxilində  yaşayış  yerini  dəyişənlər 

istisna  olmaqla,  yaşayış  yerini  dəyişən  bütün 

şəxslərin  statistik  uçot  vərəqələri  aid  olur. 

Vərəqələrin  işlənməsi  proqramları,  miqrasiyanın 

istiqamətləri,  miqrasiya  edənlərin  yaş  və  cins 

tərkibi, onların milli mənsubluğu, təhsil səviyyəsi, 

nikahda  olmaları  və  s.  haqqında  məlumat  almağa 

imkan verir.  



 

MĐQRASĐYANIN 

ĐNTENSĐVLĐYĐ

 

– 

“Əhalinin miqrasiya əmsalları”na bax. 

 

MĐQRASĐYANIN 



ÖYRƏNĐLMƏ 

ME-

TODLARI

  –  əhalinin  miqrasiya  hərəkəti  və 

onun 


sosial 

mexanizmləri 

amillərinin 

göstəricilərinin  xüsusi  öyrənilmə  üsullarının 

məcmusudur. 

Əsas  olan  statistik  miqrasiyanın  öyrənilmə 

metodları hər bir ayrıca hərəkət etmə halının həm 

miqrasiyaların  getmə  yerinə,  həm  də  onların 

gəlmə  yerində  bilavasitə  qeydə  alınmasıdır.  Bu 

yolla  konkret  dövr  üçün  gələnlərin  və  gedənlərin 

sayı, 

miqrantların 



tərkibi 

və 


miqrasiyanın 

istiqamətləri  müəyyən  edilir.  Dolayı  hesablama 

metodlarından  da  istifadə  olunur.  Məsələn,  təbii 

hərəkət  statistikasının  köməyi  ilə  müəyyən  dövr 

üçün  ərazi  vahidləri  üzrə  miqrasiya  saldosunu 

əhalinin  ümumi  artımından  təbii  artımı  çıxmaq 

yolu  ilə  hesablamaq  olar.  Digər  metod  əhalinin 

siyahıyaalınması zamanı hər bir şəxsin doğulduğu 

yerin  qeydə  alınmasına  əsaslanır.  Doğulduğu  yer 

və  yaşadığı  yer  haqda  məlumatlar  müqayisə 

edildikdə,  yerli  olmayan  əhalinin  sayı  müəyyən 

edilir  və  bu  da  dolayı  miqrasiya  saldosunu 

xarakterizə edir. Kənd əhalisinin təsərrüfatlar üzrə 

uçot  metodu  kənd  əhalisinin  miqrasiya  saldosunu 

hesablamağa  imkan  verir.  Miqrasiya  ölçüləri  və 

istiqamətlərinin dolayı hesablama metodları əmək 

statistikası 

və 


nəqliyyat 

statistikası 

materiallarından  istifadəni  nəzərdə  tutur.  Statistik 

miqrasiyanın  öyrənilmə  metodlarına  həmçinin 

müəyyən  yerdə  yaşaması  müddəti  haqqında, 

əvvəlki  yaşayış  yeri  haqqında  məlumatlar  üzrə 

miqrasiyanın ölçülməsi metodları, ömür əmsalının 

hesablanması  və  kənd  yerlərindən  şəhərlərə 

miqrasiyanın 

öyrənilməsi 

metodları 

aiddir. 


Qaytarılmaz  və  xüsusən  qaytarılan  (mövsümi, 

mütərəddid) 

miqrasiyanın 

seçmə 


statistik 

öyrənilməsi metodları tətbiq olunur. 

Miqrasiyanın  dərindən  öyrənilməsi  üçün  riyazi 

statistika (dispersiya və korrelyasiya təhlili, seçmə 

nəzəriyyəsi, 

dinamik 


sıraların 

və 


nisbi 

kəmiyyətlərin  hesablanması  və  s.),  oyunlar 

nəzəriyyəsi,  modelləşdirmə,  sistemli  analiz  və  s. 

tətbiq  olunur.  Miqrasiya  balansları  və  axınları 

haqda  məlumatların  verilməsi  üçün  qarışıq 

statistika  və  kartoqrafiya  metodlarından  istifadə 

olunur. 

Sosioloji  miqrasiyanın  öyrənilmə  metodlarının 

rolu 


əhalinin 

miqrasiyası 

amillərini, 

onun 


potensial  ehtiyatlarını,  mexanizmlərini  və  hərəkət 

qüvvəsini aşkar etməkdir. Bu və ya digər metodlar 

seçildiyi  zaman  ərazi  xüsusiyyətləri,  miqrasiya 

proseslərinin  istiqaməti  və  formaları  nəzərə 

alınmalıdır.  Bu  seçimlə  tədqiqat  proqramının 

vəzifə  və  məqsədi,  əsas  hipotezləri,  bilavasitə 

öyrənilən 

vahidlərin 

xarakteri 

(miqrantlar, 

müəssisələr,  yaşayış  məntəqələri  və  s.)  müəyyən 

edilir. 


Əhali  miqrasiyasının  istənilən  tədqiqatı  müşahidə 

vahidlərinin  müəyyən  edilməsindən  başlayır.  Bu, 

başdan-başa 

və 


seçmə 

ola 


bilər. 

Đlkin 


informasiyanın  toplanması  müşahidə,  sənədlərin 

öyrənilməsi  və  sorğu  vasitəsilə  həyata  keçirilir. 

Müşahidə  metodu,  yaxud  hadisələrin  şahid 

tərəfindən 

birbaşa 

qeydiyyatı 

miqrasiya 

proseslərinin  ayrıca  təşkilatı  miqyasında  (daxil 

olunmuş analiz) öyrənilməsi, mütərəddid (kəfkirli) 

miqrasiyanın  öyrənilməsi  zamanı  istifadə  olunur. 

Sənədlərin öyrənilməsi metodu – müxtəlif statistik 

hesabat  formalarından  zəruri  informasiyanın 

toplanmasıdır. 

Əhali 

miqrasiyası 



haqqında 

informasiyanın  toplanması  birdəfəlik  xarakter 

daşıyır,  miqrasiya  isə  –  vaxta  görə  keçən  bir 

prosesdir.  Bu  ziddiyyəti  aradan  götürmək  üçün 

təkrar  tədqiqatlar  və  ekspert  qiymətləndirmə 

metodlarından  istifadə  edilir.  Miqrasiya  haqqında 



 

455


ilkin 

informasiyanın 

emalı 

adekvat 


riyazi 

metodların, texniki vasitələrin, alınmış nəticələrin 

qruplaşdırılması  və  təqdim  olunması  üsulunun 

seçilməsini nəzərdə tutur. 



 

MĐQRASĐYANIN  UÇOTU

  –  miqrantlar 

tərəfindən yaşadığı yerin dəyişdirilməsi hallarının 

qeydiyyatıdır. 

Cari 

qaydada, 



əhalinin 

siyahıyaalınmasında,  xüsusi  seçmə  müşahidələr 

zamanı aparılır. 

XIX  əsrin  sonunda  –  XX  əsrin  20-ci  illərindən 

başlayaraq, cari miqrasiyanın uçotu aparılır.  

Cari  miqrasiyanın  uçotunu  daxili  işlər  orqanları 

həyata  keçirir.  Bu  zaman  gəlmə  vərəqəsinin  və 

getmə  vərəqəsinin  statistik  uçot  talonlarından 

istifadə olunur. 

Əhali  miqrasiyası  haqda  məlumatın  ilk  uçot 

sənədləri dövlət statistika orqanları tərəfindən hər 

rüb qısa proqram, ildə 1 dəfə – tam proqram üzrə 

işlənilir. Qısa proqram rübün hər ayında gəlmiş və 

getmişlərin  sayı  haqda  məlumatın  alınmasını 

təmin  edir,  bu  isə  əhalinin  miqrasiyasında 

mövsümiliyi müəyyən etmək üçün zəruridir. Tam 

proqram  miqrasiyanın  istiqamətləri,  rayonlararası 

və 

rayondaxili 



miqrasiyanın 

sayı, 


onların 

milliyyəti, 

təhsil 

səviyyəsi, 



nikahda 

olma 


vəziyyəti haqda məlumat almağa imkan yaradır. 

 

MĐLLĐ  GƏLĐR



  –  xalq  təsərrüfatı  balansının 

göstəricilər  sistemində  maddi  istehsal  sferasında 

canlı  əmək  sərfini  ifadə  edən  yeni  yaradılmış 

dəyəri 


səciyyələndirən 

göstərici 

olmuşdur; 

istehsal  prosesində  istehlak  edilmiş  istehsal 

vasitələrinin  dəyərini  çıxdıqdan  sonra  qalan 

ümumi  ictimai  məhsulun  bir  hissəsi  olmaqla, 

cəmiyyətin  qeyri-istehsal  tələbatını  ödəmək  və 

istehsalı genişləndirmək üçün nəzərdə tutulurdu. 

Milli  gəlir  3  metodla  hesablanırdı:  istehsal 

metodu  ilə  –  sahələrin  xalis  məhsulunun  cəmi 

kimi; 

bölüşdürmə 

metodu 


ilə 

istehsal 



iştirakçılarının  ilkin  gəlirlərinin  cəmlənməsi  yolu 

ilə;  son  istifadə  metodu  üzrə  -  istehlak  fondunun 

və  yığım  fondunun  itkilər  və  idxal-ixrac 

saldosunun  cəmi  kimi.  Balanslarda  aşağıdakı 

göstəricilər  fərqləndirilir:  istehsal  edilmiş  milli 

gəlir  və  istifadə  olunmuş  milli  gəlir.  Đstifadə  



edilmiş    milli  gəlir  istehsal  olunmuş  milli 

gəlirdən əvəzi milli gəlirdən ödənilən itkilər (təbii 

fəlakətdən,  dayandırılmış  tikintidən  və  s.)  və 

idxal-ixrac saldosu qədər fərqlənirdi. 



 

MĐLLĐ  GƏLĐRĐN  FĐZĐKĐ  HƏCM  ĐN-

DEKSĐ

 – baza dövrü ilə müqayisədə cari ildə son 

istehlaka,  yığıma,  ixraca  və  itkilərin  yerinin 

doldurulmasına  yönəldilmiş  yenidən  yaradılmış 

maddi  nemətlərin  kütləsinin  dəyişməsini  əks 

etdirən 

nisbi 


göstəricidir. 

Xalq 


təsərrüfatı 

balansında  milli  gəlirin  (MG)  natura-əşya 

kütləsinin dinamikasının təhlilində istifadə olunur, 

onun həcmində qiymətlərin dəyişməsi ilə əlaqədar 

olmayan  dəyişiklikləri  əks  etdirirdi.  Milli  gəlirin 

fiziki  həcm  indeksi  cari  dövrdə  müqayisəli  milli 

gəlirin  həcminin,  həmin  müqayisəli  qiymətlərlə 

hesablanmış  baza  dövründəki  milli  gəlirin 

həcminə bölünməsini əks etdirir. 

 

MĐLLĐ HESABLAR

 – milli gəlirin mənbəyini 

təşkil  edən  hesablardır;  iqtisadiyyatın  müxtəlif 

sektorlarında  istehsal,  gəlir  mənbələri,  ayrı-ayrı 

mal  növlərinin  qiymətləri,  onların  əldə  edilməsi 

xərcləri haqqında məlumatlardır.  

 

MĐLLĐ  HESABLAR  SĐSTEMĐ  (MHS)



  – 

beynəlxalq  səviyyədə  qəbul  edilmiş  anlayış  və 

təriflər 

əsasında 

işlənmiş 

makroiqtisadi 

göstəricilərin ardıcıl, bir-biri ilə əlaqəli inteqrasiya 

olunmuş 


hesablar, 

balanslar 

və 

cədvəllər 



sistemidir.  Makroiqtisadi  təhlil  və  iqtisadi 

siyasətin 

formalaşdırılması 

üçün 


nəzərdə 

tutulmuşdur.  

MHS-nin 

əsasında 

istehsal 

prosesində 

iqtisadiyyatın 

bölmələri 

arasında 

gəlirlərin 

yaranması,  bölüşdürülməsi  və  son  istifadəsini, 

eyni  zamanda  yığım  hesablarının  və  balans 

cədvəllərinin  dəyər  axınlarını  əks  etdirən 

hesabların  ardıcıllığı  durur.  Sistemin  hər  hesabı 

ehtiyatlar və onların istifadəsi arasındakı fərq kimi 

müəyyən  edilən  balansedici  maddələrlə  bağlanır. 

MHS-də  bir  hesabın  balansedici  maddəsi  o  biri 

hesaba  nəticə  maddəsi  kimi  keçirilir  və  nəticədə 

bütöv  vahid  hesablar  sistemini  təşkil  edən  ikili 

qeydiyyat 

prinsipi 

tətbiq 


edilir. 

Adətən, 


balansedici maddə müvafiq hesabda nəzərə alınan 

fəaliyyətlərin nəticələrini əks etdirir və buna görə 

də, böyük marağı və təhlili əhəmiyyəti əks etdirən 

iqtisadi  göstəricilər  şəklində  çıxış  edir    (məsələn, 

ÜDM,  sərəncamda  qalan  gəlir  və  yığım).  Milli 

hesablar  iqtisadiyyat  üzrə  bütövlükdə  hazırlanır 

(birləşdirilmiş  hesablar  adlandırılan).  Hesabların 

tam  dəsti iqtisadiyyatın  hər  bölməsi  üçün  qurulur 

(“Đqtisadiyyatın  bölmələri”nə    bax).  Hər  bir 

fəaliyyət  sahəsi  üçün  istehsal  və  gəlirlərin 

yaranması hesabı tərtib edilir. 

MHS  tədiyyə  balansı  və  digər  makroiqtisadi 

modellərlə  bir  çox  parametrlər  üzrə  unifikasiya 

edilmişdir,  150-dən  çox  ölkədə,  o  cümlədən 

Azərbaycan 

Respublikasında 

müxtəlif 

səviyyələrdə tətbiq edilir. 

 

MĐLLĐ  HESABLAR  SĐSTEMĐNDƏ  XĐD-

MƏTLƏR

  –  xidmətin  istehsalı  və  onların  son 

istehlakının  (aralıq  və  son  istehlak,  ixrac  və  s.) 

göstəriciləri  ilə  xarakterizə  olunur;  bundan  əlavə, 

MHS-də  xidmət  göstərən  sahələrdə  yaradılan 


 

456 


əlavə  dəyər  göstəricisi  də  nəzərdə  tutulmuşdur. 

MHS-də 


xidmət 

göstəriciləri 

xidmətlərin 

göstərilməsi  ilə  məşğul  sahələrin  iqtisadiyyatın 

inkişafında,  xüsusən  ÜDM-in  həcmində  payını 

qiymətləndirməyə imkan verir. 

 

MĐLLĐ  HESABLARIN  TƏRTĐBĐ

  –    MHS 

göstəricilərinin  hesablanması    istiqamətində 

həyata 

keçirilən 



böyük 

həcmli 


statistik 

məlumatların 

yekunlaşdırılmasından, 

yoxlanmasından  və  balanslaşdırılmasından  ibarət 

olan  statistik  işlər  kompleksidir.  Azərbaycan 

Respublikasında 1992-ci ildən başlayaraq, Dövlət 

Statistika  Komitəsinin  xüsusi  bölməsi  tərəfindən 

müxtəlif  mərkəzi  icra  hakimiyyəti  orqanlarında 

işlənib  hazırlanan  məlumatlar  əsasında  illik  və 

rüblük  MHS-nin  tərtib  olunması  həyata  keçirilir. 

Azərbaycanda MHS-nin əhəmiyyətli hesabı olan – 

“Đstehsal  hesabı”  aylıq  qurulur  və  əldə  edilən 

məlumatlar  Dövlət  Statistika  Komitəsinin  xüsusi 

nəşrlərində 

çap 

edilir, 


ondan 

ölkədəki 

makroiqtisadi 

vəziyyətin 

təhlili 

və 


proqnozlaşdırılması  üçün  geniş  istifadə  edilir. 

Milli hesablar sisteminin tərtibi prosesi mütəmadi 

olaraq inkişaf etdirilir, onun tərkibi genişləndirilir, 

məlumat  bazası  yaxşılaşdırılır,  metodologiyası 

təkmilləşdirilir. 

 

MĐLLĐ  ĐSTEHLAK  STRUKTURUNDA 



ƏHALĐNĐN YOXSUL KVĐNTĐL HĐSSƏSĐ

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf  göstəricilərindən)  -  əhalinin  20  faiz  ən 

yoxsul hissəsinə düşən gəlirdir. 

Ev  təsərrüfatları  arasında  onların  gəlirlərinin  və 

onun 


bölüşdürülməsi 

parametrlərinin 

qiymətləndirilməsi, 

bu 


ev 

təsərrüfatlarının 

müayinə 

materialları 

əsasında 

aparılır. 

Adambaşına  istehlakın  məqsədləri  üçün  gəlirlər 

haqqında  daha  müqayisəli  məlumat  əldə  edilməsi 

məqsədilə,  ev  təsərrüfatlarının  gəlir  göstəriciləri 

bu  təsərrüfatların  ölçülərinə  görə  təshih  edilir. 

Adambaşına  düşən  gəlirlərin  həcmini  müəyyən 

etmək  üçün,  ev  təsərrüfatının  gəlirləri  bu 

təsərrüfata  aid  olan  üzvlərin  sayına  bölünür. 

Bundan sonra, gəlirlərin səviyyəsinə görə əhalinin 

stratifikasiyası aparılır. Əhalinin 20 faiz ən yoxsul 

hissəsinin  gəlirləri  ev  təsərrüfatlarının  gəlirlərinin 

birləşmiş  (aqreqasiya  olunmuş)  göstəricilərindən 

faizlə ifadə olunur. Hesablamalar milli valyuta ilə 

aparılır  və  qiymətlər  dəyişdikdə,  təshih  edilmir. 

Belə  ki,  bu  ölkələrdə  belə  hesablamalar  üçün 

mübadilə  kursları  və  ya  yaşayış  dəyərindəki  yerli 

fərqlər haqqında zəruri məlumatlar olmur. 

 

MĐLLĐ NƏQLĐYYAT VASĐTƏLƏRĐ

 – fəal 

nəqliyyat 

vasitələrinin 

milliliyi, 

onun 

qeydiyyatdan keçdiyi ölkə üzrə sayılır. 



MĐLLĐ  PARLAMENTLƏRDƏ  QADIN-

LAR  TƏRƏFĐNDƏN  TUTULAN  YER-

LƏRĐN  PAYI

  (Minilliyin  bəyannaməsində 

əks  olunmuş  inkişaf  göstəricilərindən)  - 

parlamentdə  qadınların  tutduğu  yerlərin  sayının 

ümumi yerlərin sayına faizlə nisbətidir.  

Bu  göstərici  parlamentdə  qadınlar  tərəfindən 

tutulan  yerlərin  sayının  parlamentdəki  yerlərin 

ümumi  sayına  bölünməsi  ilə  tapılır.  Milli 

parlamentlər  bir  və  yaxud  iki  palatadan  ibarət 

olur.  Bu  göstəricinin  müəyyən  edilməsində 

beynəlxalq  müqayisə  məqsədləri  üçün  mövcud 

olan  bir  palatalı  və  ya  iki  palatalılardan  aşağı 

palata nəzərə alınır. 

 

MĐLLĐ  SƏRVƏT

  –  1)  ictimai  istehsalın  və 

insanların  həyatının  zəruri  şəraitini  təşkil  edən 

ölkənin 

ehtiyatlarının 

məcmusudur. 

Vaxtın 


müəyyən  anına  hesablanır.  Xalq  təsərrüfatı 

balansları  sistemində  milli  sərvətə  ancaq  maddi 

ehtiyatlar,  yəni  əməyin  təcəssüm  olunduğu 

istehsal  və  qeyri-istehsal  fondları  –  toplanmış 

maddi nemətlər, əhalinin yığdığı əmlak, həmçinin 

iqtisadi  dövriyyəyə  cəlb  edilmiş  təbii  sərvətlər 

daxil edilirdi.  

MHS-də  milli  sərvəti  xarakterizə  etmək  üçün 

“iqtisadi  aktivlər”  terminindən  istifadə  edilir  ki, 

bunun 


da 

çox 


mühüm 

əlaməti 


onların 

mülkiyyətçisinin  həmin  aktivlərin  istifadəsindən  

iqtisadi  fayda  əldə  etmə  imkanı  hesab  edilir. 

Đqtisadi  aktivlər  istehsal  olunan  qeyri-maliyyə 



aktivlərindən  (sahələrdə  fəaliyyət  göstərən,  mal 

istehsal  edən  və  xidmət  göstərən  əsas  fondlar; 

maddi  dövriyyə  vəsaitləri  və  qiymətlilərinin 

ehtiyatları)  və  istehsal  olunmayan  qeyri-maliyyə 



aktivlərindən  (torpaq,  yeraltı  sərvətlər  və  istehsal 

olunmayan  digər  maddi  aktivlər,  qeyri-maddi 

istehsal 

olunmayan 

aktivlər) 

və 


maliyyə 

aktivlərindən 

ibarətdir. 

Ayrılıqda, 

həmçinin 

uzunmüddətli  istifadə  üçün  istehlak  malları, 

birbaşa xarici investisiyalar da nəzərə alınır. 

Milli  sərvətin  həcmi  adətən  dəyər  ifadəsində 

müəyyənləşdirilir. Milli sərvətin və onun ayrı-ayrı 

elementlərinin 

fiziki 

həcminin 



dinamikasını 

öyrənmək  üçün  müqayisəli  qiymətlərdən  istifadə 

edilir;  2)  ölkənin  malik  olduğu  təbii  sərvətlərin, 

yaradılmış istehsal vasitələrinin, maddi nemətlərin 

müəyyən tarixə qiymətlərinin məcmusudur.  

 

MĐLLĐ  SON  ĐSTEHLAK

  –  ölkə  üzrə  son 

istehlakdır. Özündə aşağıdakıları birləşdirir: 

- son istehlaka ev təsərrüfatlarının xərclərini; 

-  son  istehlaka  dövlət  idarələrinin  (dövlət 

idarəetmə sektorunun) xərclərini; 

-  ev  təsərrüfatlarına  xidmət  göstərən  qeyri-

kommersiya təşkilatlarının xərclərini. 

 


 

457


MĐLLĐ  YIĞIM

  –  son  istehlaka  istifadə 

olunmamış,  ölkə  iqtisadiyyatının  sərəncamında 



qalan  gəlirin  bir  hissəsidir.  MHS-nin  “Đstifadə 

hesabı”nın balanslaşdırıcı maddəsidir. Milli yığım 

kateqoriyasından  yığımın  hansı  səviyyədə  milli 

iqtisadiyyatın  vəsaitindən  və  hansı  səviyyədə 

xaricdən 

cəlb 


edilən 

vəsait 


hesabına 

maliyyələşdirildiyini 

aydınlaşdırmaq 

üçün 


kapitalla əməliyyatlar hesabının təhlilində istifadə 

edilə bilər.  



 

MĐNĐ  EHM

  –  3-cü  nəsil,  kiçik  qabaritli 

stasionar 

hesablama 

maşınlarıdır. 

Problem-


istiqamətləndirmə  maşınlar  sinfinə  daxil  edilir, 

real  vaxt  sistemlərində  işlər  üçün  idarəedici 

hesablama kompleksi kimi istifadə edilir.  

 

MĐNĐLLĐYĐN ĐNKĐŞAF MƏQSƏDLƏRĐ

  - 


BMT  tərəfindən  üzv  ölkələrin  birgə  bəyannaməsi 

ilə  müəyyənləşdirilmişdir.  Burada  8  məqsədə 

çatmaq qarşıya qoyulmuşdur.  Đfrat yoxsulluğu və 

aclığı aradan qaldırmaq, ümumi ibtidai təhsilə nail 

olmaq,  gender  bərabərliyini  təmin  etmək  və 

qadınlara səlahiyyət vermək,  uşaq ölümü hallarını 

azaltmaq, 

ana 


sağlamlığını 

yaxşılaşdırmaq, 

HIV/AIDS,  malyariya  və  digər  xəstəliklərə  qarşı 

mübarizə  aparmaq,  ətraf  mühitin  davamlılığını 

təmin  etmək,    inkişaf  üçün  qlobal  tərəfdaşlığı 

inkişaf etdirmək.  



 

 

MĐNĐ-MARKET

 - əsasən ərzaq mallarını satan 

və  aşağıdakı  ticarət  sahələrinə  malik  olan 

özünəxidmət mağazasıdır: 

Belçika:  100-400 kv.m 

Almaniya: 100-400 kv.m 

Đspaniya: 120-400 kv.m 

Fransa: 120-400 kv.m 

Yunanıstan: 200 kv.metrdən az 

Portuqaliya: 200 kv.metrdən az 

Đngiltərə: 186 kv.m və ya daha çox. 

 

MĐNĐMUM 

ĐSTEHLAK 

BÜDCƏSĐ

 

ölkənin 


mövcud 

sosial-iqtisadi 

inkişaf 

səviyyəsində  insanın  normal  həyat  fəaliyyətini 

təmin  etmək  üçün  lazım  olan  minimal  vəsaitdir. 

Minimum  istehlak  büdcəsi  əhalinin  müxtəlif 

qrupları  üzrə  (cinsindən,  yaşından,  əməyin 

intensivliyi  və  xüsusiyyətindən  asılı  olaraq)  həm 

pəhriz məhdudiyyətlərini nəzərə alan və minimum 

zəruri  kalori  miqdarı  olan  ərzaqların  natural 

dəstinin  dəyəri  kimi,  həm  də  aşağı  gəlirli  ev 

təsərrüfatlarının 

büdcələrindən 

qeyri-ərzaq 

mallarına  və  xidmətlərə  çəkilən  xərclər,  vergilər 

və  vacib  ödənişlərlə  bağlı  çəkilən  xərclər  kimi 

müəyyən edilir.  

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin