MĐQRASĐYA KOQORTASI
– miqrantların
məcmusudur, müəyyən yaşayış məntəqəsinə,
yaxud rayona miqrasiyanın ümumi dövrü ilə
birləşir.
Miqrasiya
koqortası
əhalinin
siyahıyaalmalarının
nəticələri
üzrə
yaşama
müddəti haqda məlumatlar əsasında ayrılır.
Miqrasiya
koqortası
haqda
məlumatlar
miqrasiyanın
tarixi,
onun
ərazi
və
vaxt
qanunauyğunluqları
nöqteyi-nəzərdən
maraq
doğurur, lakin faktiki miqrasiya koqortasının
sayını və həmin yerdə sağ qalanların sayını
454
fərqləndirmək lazımdır. Çünki, faktiki koqortalar
miqrantların sonrakı miqrasiyası və ölümü ilə
bağlı azalır; yaşama müddəti artdıqca, bu
amillərin təsiri çoxalır.
MĐQRASĐYALARIN ĐLLĐK SAYI
– il
ərzində müəyyən ərazi üçün (ölkə, region,
məskən)
miqrasiya
yerdəyişmələrinin
məcmusudur
və
miqrasiyanın
əsas
xarakteristikalarından biridir. Miqrasiyaların illik
sayı həmişə miqrasiya edən əhalinin sayından çox
olur, çünki miqrantların bir hissəsi ildə bir neçə
dəfə yerini dəyişir.
MĐQRASĐYANIN CARĐ UÇOTU
– yaşayış
yerinin dəyişməsi hallarının qeydiyyatıdır. Daxili
işlər orqanları tərəfindən vətəndaşların yeni
yaşayış yerlərindəki qeydiyyatları və axırıncı
yaşayış
yerlərindən
qeydiyyatdan
çıxmaları
haqqında sənədlər (miqrantın statistik uçot
vərəqəsi və onlara aid talonlar) əsasında həyata
keçirilir. Dövlət statistikasının apardığı statistik
işləmələrə, bir kənd yaşayış məntəqəsindən bir
inzibati rayon daxilində digər kənd yaşayış
məntəqəsinə
köçənlər,
şəhər
rayonlarına
bölünməmiş bir şəhər daxilində yaşayış yerini
dəyişənlər, həmçinin şəhər rayonları (vilayətləri)
və ya qəsəbə daxilində yaşayış yerini dəyişənlər
istisna olmaqla, yaşayış yerini dəyişən bütün
şəxslərin statistik uçot vərəqələri aid olur.
Vərəqələrin işlənməsi proqramları, miqrasiyanın
istiqamətləri, miqrasiya edənlərin yaş və cins
tərkibi, onların milli mənsubluğu, təhsil səviyyəsi,
nikahda olmaları və s. haqqında məlumat almağa
imkan verir.
MĐQRASĐYANIN
ĐNTENSĐVLĐYĐ
–
“Əhalinin miqrasiya əmsalları”na bax.
MĐQRASĐYANIN
ÖYRƏNĐLMƏ
ME-
TODLARI
– əhalinin miqrasiya hərəkəti və
onun
sosial
mexanizmləri
amillərinin
göstəricilərinin xüsusi öyrənilmə üsullarının
məcmusudur.
Əsas olan statistik miqrasiyanın öyrənilmə
metodları hər bir ayrıca hərəkət etmə halının həm
miqrasiyaların getmə yerinə, həm də onların
gəlmə yerində bilavasitə qeydə alınmasıdır. Bu
yolla konkret dövr üçün gələnlərin və gedənlərin
sayı,
miqrantların
tərkibi
və
miqrasiyanın
istiqamətləri müəyyən edilir. Dolayı hesablama
metodlarından da istifadə olunur. Məsələn, təbii
hərəkət statistikasının köməyi ilə müəyyən dövr
üçün ərazi vahidləri üzrə miqrasiya saldosunu
əhalinin ümumi artımından təbii artımı çıxmaq
yolu ilə hesablamaq olar. Digər metod əhalinin
siyahıyaalınması zamanı hər bir şəxsin doğulduğu
yerin qeydə alınmasına əsaslanır. Doğulduğu yer
və yaşadığı yer haqda məlumatlar müqayisə
edildikdə, yerli olmayan əhalinin sayı müəyyən
edilir və bu da dolayı miqrasiya saldosunu
xarakterizə edir. Kənd əhalisinin təsərrüfatlar üzrə
uçot metodu kənd əhalisinin miqrasiya saldosunu
hesablamağa imkan verir. Miqrasiya ölçüləri və
istiqamətlərinin dolayı hesablama metodları əmək
statistikası
və
nəqliyyat
statistikası
materiallarından istifadəni nəzərdə tutur. Statistik
miqrasiyanın öyrənilmə metodlarına həmçinin
müəyyən yerdə yaşaması müddəti haqqında,
əvvəlki yaşayış yeri haqqında məlumatlar üzrə
miqrasiyanın ölçülməsi metodları, ömür əmsalının
hesablanması və kənd yerlərindən şəhərlərə
miqrasiyanın
öyrənilməsi
metodları
aiddir.
Qaytarılmaz və xüsusən qaytarılan (mövsümi,
mütərəddid)
miqrasiyanın
seçmə
statistik
öyrənilməsi metodları tətbiq olunur.
Miqrasiyanın dərindən öyrənilməsi üçün riyazi
statistika (dispersiya və korrelyasiya təhlili, seçmə
nəzəriyyəsi,
dinamik
sıraların
və
nisbi
kəmiyyətlərin hesablanması və s.), oyunlar
nəzəriyyəsi, modelləşdirmə, sistemli analiz və s.
tətbiq olunur. Miqrasiya balansları və axınları
haqda məlumatların verilməsi üçün qarışıq
statistika və kartoqrafiya metodlarından istifadə
olunur.
Sosioloji miqrasiyanın öyrənilmə metodlarının
rolu
əhalinin
miqrasiyası
amillərini,
onun
potensial ehtiyatlarını, mexanizmlərini və hərəkət
qüvvəsini aşkar etməkdir. Bu və ya digər metodlar
seçildiyi zaman ərazi xüsusiyyətləri, miqrasiya
proseslərinin istiqaməti və formaları nəzərə
alınmalıdır. Bu seçimlə tədqiqat proqramının
vəzifə və məqsədi, əsas hipotezləri, bilavasitə
öyrənilən
vahidlərin
xarakteri
(miqrantlar,
müəssisələr, yaşayış məntəqələri və s.) müəyyən
edilir.
Əhali miqrasiyasının istənilən tədqiqatı müşahidə
vahidlərinin müəyyən edilməsindən başlayır. Bu,
başdan-başa
və
seçmə
ola
bilər.
Đlkin
informasiyanın toplanması müşahidə, sənədlərin
öyrənilməsi və sorğu vasitəsilə həyata keçirilir.
Müşahidə metodu, yaxud hadisələrin şahid
tərəfindən
birbaşa
qeydiyyatı
miqrasiya
proseslərinin ayrıca təşkilatı miqyasında (daxil
olunmuş analiz) öyrənilməsi, mütərəddid (kəfkirli)
miqrasiyanın öyrənilməsi zamanı istifadə olunur.
Sənədlərin öyrənilməsi metodu – müxtəlif statistik
hesabat formalarından zəruri informasiyanın
toplanmasıdır.
Əhali
miqrasiyası
haqqında
informasiyanın toplanması birdəfəlik xarakter
daşıyır, miqrasiya isə – vaxta görə keçən bir
prosesdir. Bu ziddiyyəti aradan götürmək üçün
təkrar tədqiqatlar və ekspert qiymətləndirmə
metodlarından istifadə edilir. Miqrasiya haqqında
455
ilkin
informasiyanın
emalı
adekvat
riyazi
metodların, texniki vasitələrin, alınmış nəticələrin
qruplaşdırılması və təqdim olunması üsulunun
seçilməsini nəzərdə tutur.
MĐQRASĐYANIN UÇOTU
– miqrantlar
tərəfindən yaşadığı yerin dəyişdirilməsi hallarının
qeydiyyatıdır.
Cari
qaydada,
əhalinin
siyahıyaalınmasında, xüsusi seçmə müşahidələr
zamanı aparılır.
XIX əsrin sonunda – XX əsrin 20-ci illərindən
başlayaraq, cari miqrasiyanın uçotu aparılır.
Cari miqrasiyanın uçotunu daxili işlər orqanları
həyata keçirir. Bu zaman gəlmə vərəqəsinin və
getmə vərəqəsinin statistik uçot talonlarından
istifadə olunur.
Əhali miqrasiyası haqda məlumatın ilk uçot
sənədləri dövlət statistika orqanları tərəfindən hər
rüb qısa proqram, ildə 1 dəfə – tam proqram üzrə
işlənilir. Qısa proqram rübün hər ayında gəlmiş və
getmişlərin sayı haqda məlumatın alınmasını
təmin edir, bu isə əhalinin miqrasiyasında
mövsümiliyi müəyyən etmək üçün zəruridir. Tam
proqram miqrasiyanın istiqamətləri, rayonlararası
və
rayondaxili
miqrasiyanın
sayı,
onların
milliyyəti,
təhsil
səviyyəsi,
nikahda
olma
vəziyyəti haqda məlumat almağa imkan yaradır.
MĐLLĐ GƏLĐR
– xalq təsərrüfatı balansının
göstəricilər sistemində maddi istehsal sferasında
canlı əmək sərfini ifadə edən yeni yaradılmış
dəyəri
səciyyələndirən
göstərici
olmuşdur;
istehsal prosesində istehlak edilmiş istehsal
vasitələrinin dəyərini çıxdıqdan sonra qalan
ümumi ictimai məhsulun bir hissəsi olmaqla,
cəmiyyətin qeyri-istehsal tələbatını ödəmək və
istehsalı genişləndirmək üçün nəzərdə tutulurdu.
Milli gəlir 3 metodla hesablanırdı: istehsal
metodu ilə – sahələrin xalis məhsulunun cəmi
kimi;
bölüşdürmə
metodu
ilə
-
istehsal
iştirakçılarının ilkin gəlirlərinin cəmlənməsi yolu
ilə; son istifadə metodu üzrə - istehlak fondunun
və yığım fondunun itkilər və idxal-ixrac
saldosunun cəmi kimi. Balanslarda aşağıdakı
göstəricilər fərqləndirilir: istehsal edilmiş milli
gəlir və istifadə olunmuş milli gəlir. Đstifadə
edilmiş milli gəlir istehsal olunmuş milli
gəlirdən əvəzi milli gəlirdən ödənilən itkilər (təbii
fəlakətdən, dayandırılmış tikintidən və s.) və
idxal-ixrac saldosu qədər fərqlənirdi.
MĐLLĐ GƏLĐRĐN FĐZĐKĐ HƏCM ĐN-
DEKSĐ
– baza dövrü ilə müqayisədə cari ildə son
istehlaka, yığıma, ixraca və itkilərin yerinin
doldurulmasına yönəldilmiş yenidən yaradılmış
maddi nemətlərin kütləsinin dəyişməsini əks
etdirən
nisbi
göstəricidir.
Xalq
təsərrüfatı
balansında milli gəlirin (MG) natura-əşya
kütləsinin dinamikasının təhlilində istifadə olunur,
onun həcmində qiymətlərin dəyişməsi ilə əlaqədar
olmayan dəyişiklikləri əks etdirirdi. Milli gəlirin
fiziki həcm indeksi cari dövrdə müqayisəli milli
gəlirin həcminin, həmin müqayisəli qiymətlərlə
hesablanmış baza dövründəki milli gəlirin
həcminə bölünməsini əks etdirir.
MĐLLĐ HESABLAR
– milli gəlirin mənbəyini
təşkil edən hesablardır; iqtisadiyyatın müxtəlif
sektorlarında istehsal, gəlir mənbələri, ayrı-ayrı
mal növlərinin qiymətləri, onların əldə edilməsi
xərcləri haqqında məlumatlardır.
MĐLLĐ HESABLAR SĐSTEMĐ (MHS)
–
beynəlxalq səviyyədə qəbul edilmiş anlayış və
təriflər
əsasında
işlənmiş
makroiqtisadi
göstəricilərin ardıcıl, bir-biri ilə əlaqəli inteqrasiya
olunmuş
hesablar,
balanslar
və
cədvəllər
sistemidir. Makroiqtisadi təhlil və iqtisadi
siyasətin
formalaşdırılması
üçün
nəzərdə
tutulmuşdur.
MHS-nin
əsasında
istehsal
prosesində
iqtisadiyyatın
bölmələri
arasında
gəlirlərin
yaranması, bölüşdürülməsi və son istifadəsini,
eyni zamanda yığım hesablarının və balans
cədvəllərinin dəyər axınlarını əks etdirən
hesabların ardıcıllığı durur. Sistemin hər hesabı
ehtiyatlar və onların istifadəsi arasındakı fərq kimi
müəyyən edilən balansedici maddələrlə bağlanır.
MHS-də bir hesabın balansedici maddəsi o biri
hesaba nəticə maddəsi kimi keçirilir və nəticədə
bütöv vahid hesablar sistemini təşkil edən ikili
qeydiyyat
prinsipi
tətbiq
edilir.
Adətən,
balansedici maddə müvafiq hesabda nəzərə alınan
fəaliyyətlərin nəticələrini əks etdirir və buna görə
də, böyük marağı və təhlili əhəmiyyəti əks etdirən
iqtisadi göstəricilər şəklində çıxış edir (məsələn,
ÜDM, sərəncamda qalan gəlir və yığım). Milli
hesablar iqtisadiyyat üzrə bütövlükdə hazırlanır
(birləşdirilmiş hesablar adlandırılan). Hesabların
tam dəsti iqtisadiyyatın hər bölməsi üçün qurulur
(“Đqtisadiyyatın bölmələri”nə bax). Hər bir
fəaliyyət sahəsi üçün istehsal və gəlirlərin
yaranması hesabı tərtib edilir.
MHS tədiyyə balansı və digər makroiqtisadi
modellərlə bir çox parametrlər üzrə unifikasiya
edilmişdir, 150-dən çox ölkədə, o cümlədən
Azərbaycan
Respublikasında
müxtəlif
səviyyələrdə tətbiq edilir.
MĐLLĐ HESABLAR SĐSTEMĐNDƏ XĐD-
MƏTLƏR
– xidmətin istehsalı və onların son
istehlakının (aralıq və son istehlak, ixrac və s.)
göstəriciləri ilə xarakterizə olunur; bundan əlavə,
MHS-də xidmət göstərən sahələrdə yaradılan
456
əlavə dəyər göstəricisi də nəzərdə tutulmuşdur.
MHS-də
xidmət
göstəriciləri
xidmətlərin
göstərilməsi ilə məşğul sahələrin iqtisadiyyatın
inkişafında, xüsusən ÜDM-in həcmində payını
qiymətləndirməyə imkan verir.
MĐLLĐ HESABLARIN TƏRTĐBĐ
– MHS
göstəricilərinin hesablanması istiqamətində
həyata
keçirilən
böyük
həcmli
statistik
məlumatların
yekunlaşdırılmasından,
yoxlanmasından və balanslaşdırılmasından ibarət
olan statistik işlər kompleksidir. Azərbaycan
Respublikasında 1992-ci ildən başlayaraq, Dövlət
Statistika Komitəsinin xüsusi bölməsi tərəfindən
müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarında
işlənib hazırlanan məlumatlar əsasında illik və
rüblük MHS-nin tərtib olunması həyata keçirilir.
Azərbaycanda MHS-nin əhəmiyyətli hesabı olan –
“Đstehsal hesabı” aylıq qurulur və əldə edilən
məlumatlar Dövlət Statistika Komitəsinin xüsusi
nəşrlərində
çap
edilir,
ondan
ölkədəki
makroiqtisadi
vəziyyətin
təhlili
və
proqnozlaşdırılması üçün geniş istifadə edilir.
Milli hesablar sisteminin tərtibi prosesi mütəmadi
olaraq inkişaf etdirilir, onun tərkibi genişləndirilir,
məlumat bazası yaxşılaşdırılır, metodologiyası
təkmilləşdirilir.
MĐLLĐ ĐSTEHLAK STRUKTURUNDA
ƏHALĐNĐN YOXSUL KVĐNTĐL HĐSSƏSĐ
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf göstəricilərindən) - əhalinin 20 faiz ən
yoxsul hissəsinə düşən gəlirdir.
Ev təsərrüfatları arasında onların gəlirlərinin və
onun
bölüşdürülməsi
parametrlərinin
qiymətləndirilməsi,
bu
ev
təsərrüfatlarının
müayinə
materialları
əsasında
aparılır.
Adambaşına istehlakın məqsədləri üçün gəlirlər
haqqında daha müqayisəli məlumat əldə edilməsi
məqsədilə, ev təsərrüfatlarının gəlir göstəriciləri
bu təsərrüfatların ölçülərinə görə təshih edilir.
Adambaşına düşən gəlirlərin həcmini müəyyən
etmək üçün, ev təsərrüfatının gəlirləri bu
təsərrüfata aid olan üzvlərin sayına bölünür.
Bundan sonra, gəlirlərin səviyyəsinə görə əhalinin
stratifikasiyası aparılır. Əhalinin 20 faiz ən yoxsul
hissəsinin gəlirləri ev təsərrüfatlarının gəlirlərinin
birləşmiş (aqreqasiya olunmuş) göstəricilərindən
faizlə ifadə olunur. Hesablamalar milli valyuta ilə
aparılır və qiymətlər dəyişdikdə, təshih edilmir.
Belə ki, bu ölkələrdə belə hesablamalar üçün
mübadilə kursları və ya yaşayış dəyərindəki yerli
fərqlər haqqında zəruri məlumatlar olmur.
MĐLLĐ NƏQLĐYYAT VASĐTƏLƏRĐ
– fəal
nəqliyyat
vasitələrinin
milliliyi,
onun
qeydiyyatdan keçdiyi ölkə üzrə sayılır.
MĐLLĐ PARLAMENTLƏRDƏ QADIN-
LAR TƏRƏFĐNDƏN TUTULAN YER-
LƏRĐN PAYI
(Minilliyin bəyannaməsində
əks olunmuş inkişaf göstəricilərindən) -
parlamentdə qadınların tutduğu yerlərin sayının
ümumi yerlərin sayına faizlə nisbətidir.
Bu göstərici parlamentdə qadınlar tərəfindən
tutulan yerlərin sayının parlamentdəki yerlərin
ümumi sayına bölünməsi ilə tapılır. Milli
parlamentlər bir və yaxud iki palatadan ibarət
olur. Bu göstəricinin müəyyən edilməsində
beynəlxalq müqayisə məqsədləri üçün mövcud
olan bir palatalı və ya iki palatalılardan aşağı
palata nəzərə alınır.
MĐLLĐ SƏRVƏT
– 1) ictimai istehsalın və
insanların həyatının zəruri şəraitini təşkil edən
ölkənin
ehtiyatlarının
məcmusudur.
Vaxtın
müəyyən anına hesablanır. Xalq təsərrüfatı
balansları sistemində milli sərvətə ancaq maddi
ehtiyatlar, yəni əməyin təcəssüm olunduğu
istehsal və qeyri-istehsal fondları – toplanmış
maddi nemətlər, əhalinin yığdığı əmlak, həmçinin
iqtisadi dövriyyəyə cəlb edilmiş təbii sərvətlər
daxil edilirdi.
MHS-də milli sərvəti xarakterizə etmək üçün
“iqtisadi aktivlər” terminindən istifadə edilir ki,
bunun
da
çox
mühüm
əlaməti
onların
mülkiyyətçisinin həmin aktivlərin istifadəsindən
iqtisadi fayda əldə etmə imkanı hesab edilir.
Đqtisadi aktivlər istehsal olunan qeyri-maliyyə
aktivlərindən (sahələrdə fəaliyyət göstərən, mal
istehsal edən və xidmət göstərən əsas fondlar;
maddi dövriyyə vəsaitləri və qiymətlilərinin
ehtiyatları) və istehsal olunmayan qeyri-maliyyə
aktivlərindən (torpaq, yeraltı sərvətlər və istehsal
olunmayan digər maddi aktivlər, qeyri-maddi
istehsal
olunmayan
aktivlər)
və
maliyyə
aktivlərindən
ibarətdir.
Ayrılıqda,
həmçinin
uzunmüddətli istifadə üçün istehlak malları,
birbaşa xarici investisiyalar da nəzərə alınır.
Milli sərvətin həcmi adətən dəyər ifadəsində
müəyyənləşdirilir. Milli sərvətin və onun ayrı-ayrı
elementlərinin
fiziki
həcminin
dinamikasını
öyrənmək üçün müqayisəli qiymətlərdən istifadə
edilir; 2) ölkənin malik olduğu təbii sərvətlərin,
yaradılmış istehsal vasitələrinin, maddi nemətlərin
müəyyən tarixə qiymətlərinin məcmusudur.
MĐLLĐ SON ĐSTEHLAK
– ölkə üzrə son
istehlakdır. Özündə aşağıdakıları birləşdirir:
- son istehlaka ev təsərrüfatlarının xərclərini;
- son istehlaka dövlət idarələrinin (dövlət
idarəetmə sektorunun) xərclərini;
- ev təsərrüfatlarına xidmət göstərən qeyri-
kommersiya təşkilatlarının xərclərini.
457
MĐLLĐ YIĞIM
– son istehlaka istifadə
olunmamış, ölkə iqtisadiyyatının sərəncamında
qalan gəlirin bir hissəsidir. MHS-nin “Đstifadə
hesabı”nın balanslaşdırıcı maddəsidir. Milli yığım
kateqoriyasından yığımın hansı səviyyədə milli
iqtisadiyyatın vəsaitindən və hansı səviyyədə
xaricdən
cəlb
edilən
vəsait
hesabına
maliyyələşdirildiyini
aydınlaşdırmaq
üçün
kapitalla əməliyyatlar hesabının təhlilində istifadə
edilə bilər.
MĐNĐ EHM
– 3-cü nəsil, kiçik qabaritli
stasionar
hesablama
maşınlarıdır.
Problem-
istiqamətləndirmə maşınlar sinfinə daxil edilir,
real vaxt sistemlərində işlər üçün idarəedici
hesablama kompleksi kimi istifadə edilir.
MĐNĐLLĐYĐN ĐNKĐŞAF MƏQSƏDLƏRĐ
-
BMT tərəfindən üzv ölkələrin birgə bəyannaməsi
ilə müəyyənləşdirilmişdir. Burada 8 məqsədə
çatmaq qarşıya qoyulmuşdur. Đfrat yoxsulluğu və
aclığı aradan qaldırmaq, ümumi ibtidai təhsilə nail
olmaq, gender bərabərliyini təmin etmək və
qadınlara səlahiyyət vermək, uşaq ölümü hallarını
azaltmaq,
ana
sağlamlığını
yaxşılaşdırmaq,
HIV/AIDS, malyariya və digər xəstəliklərə qarşı
mübarizə aparmaq, ətraf mühitin davamlılığını
təmin etmək, inkişaf üçün qlobal tərəfdaşlığı
inkişaf etdirmək.
MĐNĐ-MARKET
- əsasən ərzaq mallarını satan
və aşağıdakı ticarət sahələrinə malik olan
özünəxidmət mağazasıdır:
Belçika: 100-400 kv.m
Almaniya: 100-400 kv.m
Đspaniya: 120-400 kv.m
Fransa: 120-400 kv.m
Yunanıstan: 200 kv.metrdən az
Portuqaliya: 200 kv.metrdən az
Đngiltərə: 186 kv.m və ya daha çox.
MĐNĐMUM
ĐSTEHLAK
BÜDCƏSĐ
-
ölkənin
mövcud
sosial-iqtisadi
inkişaf
səviyyəsində insanın normal həyat fəaliyyətini
təmin etmək üçün lazım olan minimal vəsaitdir.
Minimum istehlak büdcəsi əhalinin müxtəlif
qrupları üzrə (cinsindən, yaşından, əməyin
intensivliyi və xüsusiyyətindən asılı olaraq) həm
pəhriz məhdudiyyətlərini nəzərə alan və minimum
zəruri kalori miqdarı olan ərzaqların natural
dəstinin dəyəri kimi, həm də aşağı gəlirli ev
təsərrüfatlarının
büdcələrindən
qeyri-ərzaq
mallarına və xidmətlərə çəkilən xərclər, vergilər
və vacib ödənişlərlə bağlı çəkilən xərclər kimi
müəyyən edilir.
Dostları ilə paylaş: |