(II) - məlumat toplamaq məqsədilə müşahidə
aparılan vahiddir.
(III) – özündə məlumatları ola biləcək vahidlərin
eyniləşdirilməsini əks etdirir.
Belə məlumatların yığılması zamanı bu vahid
haqqında məlumatlar qeyd edilir. Belə vahidlər
hesabat vahidi kimi ola da bilər, olmaya da bilər.
MÜŞAHĐDƏ
VAXTI
–
statistika
müşahidələrinin aparılmasında məlumatların
qeydiyyata alındığı müəyyən vaxtdır (ayın,
rübün, ilin əvvəlinə və ya sonuna tarix) və ya
müddətdir (gün, bir neçə gün, ay, rüb, il).
Məsələn, statistik hesabat müəyyən tarixə (ana)
təqdim
edilir;
maliyyə-iqtisadi
fəaliyyəti
xarakterizə edən kəmiyyət göstəriciləri müəyyən
müddət üzrə hesablanır; müşahidə bir neçə gün
ərzində aparılır.
“MÜŞAHĐDƏLƏR”ĐN MƏLUMAT BA-
ZALARININ
APARILMASI
-
“müşahidələr”in məlumat bazalarının doğru
vəziyyətdə saxlanmasıdır. “Müşahidələr”in
məlumat bazasının aparılması obyektlər üzrə
rəsmi statistika orqanlarına daxil olan və işlənən
dövlət
statistika
hesabatlarının
göstəriciləri,
həmçinin
mühasibat
hesabatları
və
digər
mənbələrin məlumatları əsasında həyata keçirilir.
MÜŞTƏRƏK (BĐRGƏ) MÜƏSSĐSƏLƏR
(MM)
–
yaradılmasında
və
fəaliyyətində
Azərbaycanın hüquqi şəxsləri ilə yanaşı, xarici
firmaların, şirkətlərin, təşkilatların da iştirak etdiyi
müəssisə, müəssisə və təşkilatlar birliyidir.
Müştərək
müəssisələrin
fərqləndirici
xüsusiyyətləri
aşağıdakılar
hesab
edilir:
partnyorların
mülkiyyətlərinin
birləşdirilməsi,
müəssisənin idarə edilməsində birgə iştirak;
mənfəətin partnyorlar arasında bölüşdürülməsi;
işin səmərəliliyinə görə kollektiv məsuliyyət.
Müştərək müəssisələrə həmçinin, iştirakçıların
əmlakında mülkiyyətin saxlanması, öz xərcini
ödəmə və özünü maliyyələşdirmə prinsipləri
əsasında
ayrı-ayrı
firma
və
müəssisələrin
təsərrüfat fəaliyyətlərinin əlaqələndirilməsi üçün
yaradılan beynəlxalq müştərək istehsal birlikləri
də aid edilir. Zəruri hallarda belə müəssisələrin
iştirakçılarına ayrı-ayrı təsərrüfat əməliyyatlarının
aparılması,
ya
da
uzun
müddət
ərzində
fəaliyyətlərinin həyata keçirilməsi üçün öz
əmlaklarını
qismən
birləşdirmə
hüququ
verilmişdir.
MÜŞTƏRĐLƏRƏ BORCLAR
– təyinatından
asılı olmayaraq, kredit müəssisələri hesab
edilməyən borc verənlərdən götürülmüş borcun
ümumi məbləğidir.
Yeganə istisna borcun borc qiymətli kağızları ilə
və ya hər-hansı digər qiymətli kağızlarla verilməsi
öhdəliyi ola bilər
Yalnız milli qanunlarda baxılmış şərtləri təmin
edən depozitlər əmanət depozitləri kimi şərh edilə
bilər.
MÜTƏŞƏKKĐL
CĐNAYƏTKARLIQ
–
sabit təşkil edilmiş cinayətkar qruplar tərəfindən
törədilmiş cinayətlərdir. Təşkil edilmiş cinayətkar
qrup – cinayət məqsədlərinə nail olmaq, sabit
fəaliyyət göstərmək, daxili iyerarxiyaya malik və
öz fəaliyyətini planlaşdırılmış şəkildə həyata
keçirmək
üçün
xüsusi
yaradılmış
şəxslər
qrupudur. Cinayətkar qruplar həm ölkə daxilində,
həm də beynəlxalq səviyyədə müəyyən struktura
malik olur və fəaliyyət göstərirlər.
485
MÜTLƏQ XƏTA (SƏHV)
- əlamətin
(göstəricinin) statistika müşahidəsi əsasında
müəyyən edilmiş kəmiyyəti ilə onun həqiqi
kəmiyyəti
arasındakı
kənarlaşmanın
mütləq
kəmiyyətidir. Mütləq xəta anlayışından əsasən
seçmə müşahidələrdə istifadə olunur.
MÜTLƏQ KOD
- simvolla əsaslandırma tələb
etməyən, mərkəzi prosessorda birbaşa icra edilən
proqram kodudur (şərti ixtisarlar sistemidir).
MÜTLƏQ STATĐSTĐKA GÖSTƏRĐCĐ-
LƏRĐ
– konkret məkan və zaman daxilində
iqtisadi, demoqrafik, sosial və ekoloji hadisələri
səciyyələndirən
əlamətləri
ifadə
edən
göstəricilərdir. Statistika göstəriciləri miqdar (və
ya ölçü vahidi), uzunluq, sahə, kütlə (çəki
məcmusunda), vaxt vahidi, pul vahidi ilə və ya
elementlərin (vahidlərin) sayı şəklində, onların
əlamətlərinin
ölçülərini
bilavasitə
(mütləq)
səciyyələndirən, statistika tərəfindən öyrənilən
statistik məcmunun ilkin ifadə formasıdır. Mütləq
göstəricilər fərdi və yekun göstəricilərə ayrılır.
Fərdi mütləq göstəricilər bilavasitə statistik
müşahidələr əsasında alınır. Ayrı-ayrı kənd
təsərrüfatı
müəssisələrində
(ailə
(kəndli)
təsərrüfatlarında) taxılın, kartofun, pambığın və s.
kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, ayrı-ayrı
sənaye müəssisələrində işləyənlərin sayı, əsas
istehsal fondlarının dəyəri, ümumi məhsulun
həcmi, mənfəətin məbləği və s. fərdi mütləq
göstəricilərdir. Fərdi mütləq göstəricilər müşahidə
obyektlərinin ayrı-ayrı vahidlərini xarakterizə
edir. Yekun mütləq göstəricilər öyrənilən statistika
məcmusunun bütün vahidlərini, yaxud da onun
ayrı-ayrı qruplarını xarakterizə edir. Yekun
mütləq göstəricilər əsasən müşahidə nəticəsində
əldə
edilmiş
fərdi
mütləq
göstəricilərin
cəmlənməsi yolu ilə müəyyən edilir. Mütləq
göstəricilər həmişə adlı kəmiyyətlər olurlar və
mütləq ölçü vahidlərində - natural (ton, kiloqram,
kv.metr, kub metr, kilometr, litr, ədəd və s.), dəyər
(manat və s.) və əmək (adam-saat, adam-gün və s.)
ölçü vahidlərində ifadə olunurlar.
Bəzən mütləq göstəricilər haqqında bir ölçü
vahidi aydın təsəvvür yaratmır. Belə halda iki ölçü
vahidindən istifadə edilir. Məsələn, elektrik
generatorları və mühərriklər istehsal edən
müəssisələrin işlərini xarakterizə etmək üçün iki
ölçü vahidindən - ədəd və güc ölçü vahidlərindən
istifadə olunur. Həmçinin bir çox kənd təsərrüfatı
maşınları da ədəd və güc ölçü vahidlərində uçota
alınırlar.
Bir sıra hallarda sosial-iqtisadi hadisələrin həcmi
iki ölçü vahidlərinin hasili şəklində ifadə olunur.
Məsələn, nəqliyyatda yük və sərnişin daşınması
ton-kilometrlə (ton/km) və sərnişin-kilometrlə
(sərnişin/km), elektrik enerjisi istehsalı kilovatt-
saatla (kVt/saat), işlənmiş vaxt adam-saat, adam-
gün və s. ilə ifadə olunur.
Statistik
müşahidə
məlumatlarının
yekunlaşdırılması prosesində mütləq statistik
göstəricinin iki altnövünü alırlar:
a) məcmunun həcmi adlanan, məcmu vahidlərinin
ümumi sayı - müəssisələrin, işçilərin, maşınların,
mal-qaranın və s. sayı. Bu, bir qayda olaraq,
müəyyən tarixə və ya ana (zaman kəsiyinə) qeydə
alınan səviyyədir;
b) məcmuda X
i
- dəyişən əlamətlərin ümumi
miqdarı (hadisələrin miqdar əlamətlərinin cəmi
şəklində
∑
=
n
i
i
X
1
və
ya
hasili
şəklində
∏
=
⋅
n
i
i
i
x
x
1
).
Adətən göstəricilər müəyyən dövrü (ay, rüb, il)
əhatə edir. Onların qiyməti fasilənin müddətindən
asılıdır.
MÜTLƏQ YOXSULLUQ
– yoxsulluğun ilk
anlayışıdır. XIX əsrin sonlarında Đngiltərədə
formalaşdırılmışdır. O həm elmi təfəkkürlərdə,
həm də sosial siyasətdə XX əsrin birinci yarısında
üstünlük təşkil etməyə başlamışdır. Mütləq
yoxsulluq ailənin cari pul gəlirlərinin qidaya,
paltara, mənzilə olan tələbatını ödəməyə imkan
vermədikdə ortaya çıxır.
Gəlirləri
müəyyənləşdirilmiş
yaşayış
minimumundan az olanlar mütləq yoxsul adamlar
sayılırlar. Bu, minimum yoxsulluq həddi sayılır.
Mütləq yoxsulluq konsepsiyası əsas tələbatın
(yaşayış minimumunun) minimum tərkibinin və
bu tələbatın ödənilməsi üçün tələb olunan
resursların
miqdarının
müəyyənləşdirilməsinə
əsaslanır.
Mütləq
yoxsulluğun
müəyyənləşdirilməsinin
üç
yanaşması
mövcuddur. Birincidə yoxsulluq həddinin insanın
baza tələbatının (ərzaq və qeyri-ərzaq) dəyəri
səviyyəsində
götürülməsi;
ikincidə
qida
məhsullarında insanın enerji tələbatının (istehlak
üçün zəruri olan kalori, zülal, piy və karbohidratın
fizioloji normaları) ölçülməsi; üçüncüdə bütün
istehlak səbətinin dəyərində minimum ərzaq
səbətinə sərf edilmiş xərclər göstərilir. Birinci
yanaşmadan bazar iqtisadiyyatına keçən ölkələrdə
yoxsulluğun həddinin müəyyən edilməsində,
ikinci yanaşmadan hələ də təsərrüfatçılığın natural
forması yayılmış üçüncü dünya ölkələrində,
üçüncü yanaşmadan isə ABŞ-da istifadə edilir.
MÜVƏQQƏTĐ (MÖVSÜMĐ) MĐQRASĐ-
YA
- müəyyən müddətə, adətən, ilin bu və ya
digər mövsümündə əhalinin həm ölkə daxilində,
486
həm də onun sərhədlərindən kənara yaşayış yerini
dəyişməsidir. Đqtisadi müvəqqəti (mövsümi) (kənd
təsərrüfatı, tikinti, balıqçılıq, meşə təsərrüfatı və
sənayenin digər sahələrində işlərin mövsümi
artması ilə əlaqədar olaraq, müəyyən dövrdə əlavə
işçilərin cəlb olunmasına zərurətin yaranması
səbəbindən olan) miqrasiya və sosial-mədəni
müvəqqəti (mövsümi) (təhsil almağa, müalicəyə,
istirahətə, səyahətə və s. ilə əlaqədar olan)
miqrasiya bir-birindən fərqləndirilir.
Müvəqqəti mövsümi miqrasiya daimi yaşayış
yerinin dəyişməsinə səbəb olmur, o bir çox
ölkələrdə hesaba alınmır və onun haqqında
məlumatlar dolayı yolla əldə edilir.
Müasir
mövsümi
miqrasiyanın
sayca
qiymətləndirilməsi çətindir, çünki mövsümi
miqrantlar xüsusən nəzərə alınmır, lakin ayrı-ayrı
məlumatlar onun mürəkkəb strukturda olmasına
dəlalət edir.
Xaricdə
mövsümi
miqrasiya
(o
cümlədən
dövlətlərarası) geniş inkişaf etmişdir, məsələn,
Cənubi Avropada, ABŞ-da (Kaliforniya, Florida),
Qərbi
Afrikada
(Qana,
Seneqal),
Rusiya
Federasiyasında və s. kənd təsərrüfatı işlərinə
iqtisadi mövsümi miqrasiya.
MÜVƏQQƏTĐ ĐDXAL (ĐXRAC)
– gömrük
ərazisində və ya ondan kənarda əmtəələrdən
istifadəni
tam
və
ya
qismən
gömrük
rüsumlarından, vergilərdən azad edən və iqtisadi
siyasət tədbirləri tətbiq edilməyən gömrük
rejimidir.
Əmtəələrin
müvəqqəti
idxalına
(ixracına) icazə, Dövlət Gömrük Komitəsi
tərəfindən müəyyən edilmiş qayda da, etibarlı
eyniləşdirmə ilə təminat mövcud olduqda gömrük
orqanları tərəfindən verilir. Müvəqqəti idxal
(ixrac) edilmiş əmtəələr dəyişməz vəziyyətdə
(təbii köhnəlmə və ya normal şəraitdə daşınma və
saxlanma nəticəsində baş verən dəyişikliklərdən
başqa) geri qaytarılmalıdır. Gömrük orqanları
tərəfindən müəyyən edilmiş hallarda, əmtəələrin
müvəqqəti idxalına (ixracına) yalnız onların
geriyə
qaytarılması
(gətirilməsi)
haqqında
öhdəçiliyin
təqdim
edilməsi
və
gömrük
rüsumlarının ödənilməsinin təmin edilməsindən
sonra yol verilir. Gömrük orqanlarının müvəqqəti
idxalı
(ixracı)
mümkün
olmayan
əmtəə
kateqoriyalarını müəyyən etməyə ixtiyarı vardır.
Əmtəələrin müvəqqəti idxalının (ixracının)
müddəti, belə idxal və ya ixracın məqsədindən və
şəraitindən asılı olaraq, Dövlət Gömrük Komitəsi
tərəfindən müəyyən edilir və iki ildən çox ola
bilməz. Dövlət Gömrük Komitəsi əmtəələrin
ayrı-ayrı kateqoriyaları üçün daha qısa və ya daha
uzun müvəqqəti idxal (ixrac) müddəti qoya bilər.
Təyin
edilmiş
müddət
qurtaran
gün,
qaytarılmayan müvəqqəti idxal (ixrac) olunmuş
əmtəələr digər gömrük rejiminə bildirilməli, ya da
ölkənin gömrük orqanlarının müvəqqəti saxlanma
anbarlarına yerləşdirilməlidir.
MÜVƏQQƏTĐ ĐŞÇĐLƏR
– bağlanmış əmək
müqaviləsinə (sazişinə) müvafiq olaraq, müəyyən
müddətə işə götürülmüş şəxslərin siyahı sayıdır
(“Đşçilərin siyahı sayı”na bax).
MÜVƏQQƏTĐ
QAĐBLƏR
-
əhalinin
siyahıyaalınmasında
ayrılan
köməkçi
kateqoriyadır; mövcud yaşayış məntəqəsində və
ya ərazidə daimi yaşayan, lakin siyahıyaalmanın
kritik anında başqa yerdə (tətildə, ezamiyyətdə,
istehsalat təcrübəsində, istirahətdə və s.) olan
adamların
məcmusudur.
Daimi
əhali
kateqoriyasına
daxildirlər.
Əhalinin
siyahıyaalınmasında müvəqqəti qaiblər 6 aydan az
müddətdə daimi yaşayış yerindən çıxmışlar
sayılır. Oxumağa, daimi iş yerlərinə, həqiqi hərbi
xidmətə gedənlər, həmçinin siyahıyaalma anında
12 aydan çox olmayanlar mövcud yerdə
yaşamayanlar hesab edilirlər.
MÜVƏQQƏTĐ YAŞAYANLAR
- əhalinin
siyahıyaalınmasında
ayrılan
köməkçi
kateqoriyadır; siyahıyaalmanın kritik anında
mövcud yaşayış məntəqəsində və ya ərazidə olan,
lakin başqa yerdə daimi yaşayan (ezamiyyətə,
müvəqqəti və ya mövsümi işə, istehsalat
təcrübəsinə, tətilə, qonaqlığa və s. gələn)
adamların
məcmusudur,
mövcud
əhali
kateqoriyasına daxildir. Əhali siyahıyaalmalarında
müvəqqəti yaşayanlara 12 aydan çox olmayaraq
daimi yaşayış yerlərində yaşamayanlar daxildir.
487
-N-
Nağd hesablaşma........................................ 489
Nağd pul ..................................................... 489
Nağd pul dövriyyəsi ................................... 489
Nağd pulla (ümumi dəyərlə hesablanmış)
alınmış müəssisələrin adlarına investisiya
qoyuluşları .................................................. 489
Nağdsız dövriyyə ....................................... 489
Nağdsız hesablaşmaların formaları ............ 489
Nağdsız pul dövriyyəsi............................... 489
Natamam iş vaxtı ....................................... 489
Natamam iş vaxtı ilə işləyən muzdlu
işçilərin sayı ............................................... 489
Natamam məşğulluq .................................. 490
Natura formasında olan sosial transferlərdən
başqa, sosial müavinətlər ........................... 490
Natura formasında sosial transferlər .......... 490
Natura formasında transferlər .................... 491
Natural göstəricilər ..................................... 491
Naviqasiya dövrü ....................................... 491
Neft xammalının emalının səviyyəsi .......... 491
Neft kəmərlərinin uzunluğu ....................... 491
Neftin (neft məhsullarının və qazın) nəqli . 491
Neolokal nikah ........................................... 491
Neonatal ölüm ............................................ 491
Nettinq ........................................................ 492
Netto çəki ................................................... 492
Nəqliyyat balansı........................................ 492
Nəqliyyat daşimaları .................................. 492
Nəqliyyat xətləri ......................................... 492
Nəqliyyat xidmətləri .................................. 492
Nəqliyyat xidmətlərinin göstərilməsi ......... 492
Nəqliyyat məhsulu ..................................... 492
Nəqliyyat müəssisələrinin istismar
xərcləri ....................................................... 492
Nəqliyyat müəssisəsi .................................. 493
Nəqliyyat statistikası .................................. 493
Nəqliyyat statistikası üçün yük təsnifatı .... 494
Nəqliyyat tarifləri ....................................... 494
Nəqliyyat vasitələrinin yükgötürmə
qabiliyyəti................................................... 494
Nəqliyyat vasitələrinin hərəkətinin
müntəzəmliyi .............................................. 494
Nəqliyyat vasitələrinin qeydiyyatı ............. 495
Nəqliyyat yolları şəbəkələrinin sıxlığı ....... 495
Nəqliyyat yolları şəbəkəsinin uzunluğu ..... 495
Nəqliyyatda əmək məhsuldarlığı ............... 495
Nəqliyyatın daxili növü .............................. 495
Nəqliyyatın gətirilmiş məhsulu .................. 495
Nəqliyyatın sərnişin dövriyyəsi ................. 495
Nəqliyyatın yük dövriyyəsi ........................ 495
Nəsil ........................................................... 496
Nəsilvermə dövrü ....................................... 496
Nəsilvermə qabiliyyəti ............................... 496
Nəslin əmək potensialı ............................... 497
Nəslin kəsilməsi ardıcıllığı ........................ 497
Nəslin sürəkliliyi ........................................ 497
Nəslin uzunluğu ......................................... 497
Nəşriyyat .................................................... 498
Nəşriyyat məhsulu ..................................... 498
Nəticələr ..................................................... 498
Nəzarət ....................................................... 498
Nəzarət müşahidəsi .................................... 498
Nəzəri elastiklik əmsalı .............................. 498
Nikah .......................................................... 499
Nikah cədvəlləri ......................................... 499
Nikah dairəsi .............................................. 499
Nikah əmsalları .......................................... 499
Nikah indeksi ............................................. 500
Nikah indeksləri ......................................... 500
Nikah koqortası .......................................... 501
Nikah səviyyəsi .......................................... 501
Nikah təqvimi ............................................ 502
Nikah vəziyyəti .......................................... 502
Nikah yaşı .................................................. 502
Nikaha daxil olma yaşı .............................. 502
Nikahdan əvvəl döllənmə .......................... 503
Nikahdan kənar doğuş ............................... 504
Nikahın brutto-məhsuldarlığı..................... 504
Nikahın davamiyyəti .................................. 504
Nikahın məhsuldarlığı ............................... 504
Nikahın məhsuldarlıq dövrü ...................... 505
Nikahın netto-məhsuldarlığı ...................... 505
Nikahın pozulması ..................................... 505
Nikahın pozulması (boşanma) ................... 505
Nikahın pozulması cədvəlləri .................... 505
Nikahın strukturu ....................................... 506
Nikahların məhsuldarlıq cədvəlləri ............ 506
Nikahlıq ..................................................... 506
Nikahsız doğuş ........................................... 507
Nikahsızlıq ................................................. 507
Nisbət ......................................................... 507
Nisbi xəta ................................................... 508
Nisbi qiymət ............................................... 508
Nisbi statistika göstəricisi .......................... 508
Nizamnamə kapitalı ................................... 508
Nizamnamə kapitalında dotasiyaların payı 508
Nizamnamə kapitalında xüsusi vəsaitlərin
payı ............................................................ 508
Nizamnamə kapitalinda istiqrazların payı . 508
Nomenklatura ............................................ 508
Nominal dəyər ........................................... 508
Nominal əmək haqqı .................................. 508
488
Normadan artıq eyniləşdirmə ..................... 509
Normal forma ............................................. 509
Normativ-təmiz axar sular ......................... 509
Normativ-təmizlənmiş axar sular ............... 509
Nou-hau ...................................................... 509
Nöqtəli qiymətləndirmə ............................. 509
Nöqtəli proqnoz.......................................... 509
Növbə ......................................................... 509
Növbəti yaşa qədər yaşama ehtimalı .......... 509
Nuklear ailə ................................................ 509
Nümayəndəlik ............................................ 510
Nümunəvi layihələşdirmə .......................... 510
Nümunəvi ölüm cədvəlləri ......................... 510
|