NAĞD
HESABLAŞMA
–
1)
alınmış
əmtəələrin
dəyərinin
təxirə
salınmadan
ödənilməsini nəzərdə tutan əməliyyatdır. Sənaye
və ticarət sferalarında, valyuta, əmtəə və fond
bazarlarında istifadə edilir; 2) pul dövriyyəsinin
bir formasıdır. Alınmış malların, görülmüş işlərin,
göstərilmiş xidmətlərin haqqının alıcı və ya
sifarişçi tərəfindən nağd pulla ödənilməsidir. Bu
hesablaşma nəticəsində nağd pullar tərəflərdən
birinin kassasından digərinin kassasına keçir.
NAĞD PUL
– 1) banknot və sikkə, plastik kart,
çek, nağd vəsait formalarında qanuni ödəmə
vəsaitidir; 2) özünün ilk yaranma formasında olan
pul vəsaitləridir; 3) müəssisələrin, xərclənmək
üçün nəzərdə tutulmuş, lakin xərclənməmiş pul
vəsaitlərinin keçid qalığı olan pul vəsaitləridir.
NAĞD PUL DÖVRĐYYƏSĐ
- əmtəələrin
tədavülü, xidmətlərin göstərilməsi və müxtəlif
ödəmələrin həyata keçirilməsi prosesində nağd
pulun hərəkətidir. Tədavüldə olan nağd pul daim
dövr edir. Onlar tədavülə emissiya bankının
kassasından daxil olur. Müəssisə və təşkilatların
fəhlə
və
qulluqçularının
əmək
haqlarının
ödənməsi
vaxtı
çatdıqda,
onların
bank
hesablarında saxlanılan pul vəsaitləri nağd pula
çevrilir. Nağd pulun sonrakı hərəkəti əhali
tərəfindən
əmtəələrin
alınması,
xidmətlərin
ödənməsi prosesində baş verir. Əhaliyə xidmət
göstərən ticarət müəssisə və təşkilatlarının
kassalarına daxil olan pul yenidən bankların
kassalarına qayıdır. Bunlardan əlavə, nağd pulla
təqaüdlərin,
pensiyaların,
müavinətlərin
ödənilməsi
həyata
keçirilir.
Azərbaycanda
tədavüldə olan nağd pulun miqdarına dövlət
adından nəzarəti Mərkəzi Bank və Maliyyə
Nazirliyi həyata keçirir.
NAĞD PULLA (ÜMUMĐ DƏYƏRLƏ
HESABLANMIŞ) ALINMIŞ MÜƏSSĐ-
SƏLƏRĐN ADLARINA ĐNVESTĐSĐYA
QOYULUŞLARI
– hesabat ili ərzində alınmış
müəssisənin
adının
investisiyalaşdırılmış
dəyəridir.
O,
alış
qiyməti
üzrə
qiymətləndirilməlidir. Birləşmə zamanı alınmış
ad (müəssisələrin) daxil edilməməlidir.
NAĞDSIZ DÖVRĐYYƏ
- nağd pulun iştirakı
olmadan dəyərin hərəkətidir. Məsələn, büdcəyə
ödəmələr və ondan maliyyələşdirmə, kredit
idarələrinin
hesablarına
pul
vəsaitlərinin
köçürülməsi, qarşılıqlı tələblərin ödənilməsi və s.
NAĞDSIZ HESABLAŞMALARIN FOR-
MALARI
– qanunvericiliyə, görə nağdsız
hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə,
akkreditiv üzrə hesablaşmalara, inkassa üzrə,
ödəniş
kartları
ilə,
elektron
şəklində
hesablaşmalarla,
müəyyənləşdirilmiş
bank
qaydaları ilə və bank təcrübəsində tətbiq edilən
işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş
digər formalarda hesablaşmalara yol verilir.
NAĞDSIZ PUL DÖVRĐYYƏSĐ
– müəyyən
məbləğin tədiyyəçinin hesabından alanın hesabına
köçürülməsinin
və
ya
qarşılıqlı
tələblərin
hesablanmasının, yəni nağd pulun iştirakı
olmadan pulun hərəkətinin baş verdiyi pul
dövriyyəsinin bir hissəsidir. Bir qayda olaraq,
nağdsız pul dövriyyəsi təşkilatlar arasında bütün
hesablaşmaların aparılmasının əsas formasıdır. Bu
hesablaşmalar kredit idarələri tərəfindən və ya
onların nəzarəti altında tədiyyəçinin razılığı ilə
(göstərilmiş xidmətlərə görə) və onun hesabında
vəsait olduqda və ya qabaqcadan (əvvəlcədən
ödəmə yolu) aparılır. Tədiyyəçinin hesabında
vəsait olmadıqda, hesablaşma sənədləri normativ
sənədlərdə müəyyən edilmiş ardıcıllıqla ödənilir.
Nağdsız hesablaşmaların aparılması tədiyyəçi və
vəsait alan arasında bağlanmış müqavilə ilə
müəyyən edilmiş akseptli, akkreditiv, vekselli,
qarşılıqlı hesablaşmalar formalarından biri ilə
həyata keçirilir.
NATAMAM ĐŞ VAXTI
– (I) - iş həftəsi və ya
günü ərzində natamam iş vaxtı şəraitində muzdla
işləyənlərin
əməyinin
davamlılığının
xarakteristikasıdır. Natamam iş vaxtı işçilərin
verilmiş kateqoriyası üçün qanunvericilikdə və
yaxud
kollektiv
sazişdə
müəyyən
edilmiş
saatlardan az işləməsini göstərir.
(II) - məşğul olduğu iş vaxtı adi iş vaxtından az
olan işçilərdir. Bu göstərici natamam iş vaxtının
bütün formalarını əhatə edir (günün yarısını,
həftədə bir, iki və ya üç günü və s.).
Qeyd etmək lazımdır ki, nisbətən eyni tipli olan
“tam vaxtda məşğul olan işçilər” kateqoriyasından
fərqli olaraq, “natamam vaxtda məşğul olan
işçilər” kateqoriyası eyni tipli sayılmır.
Tam və natamam vaxtı dəqiq ayırmaq mümkün
deyildir. Belə ki, Avropa Đttifaqına üzv-ölkələrdə
və
həmçinin
sahələrdə
mövcud
təcrübə
müxtəlifdir.
Natamam vaxtda məşğul işçiləri (davamlılığı
normadan az) və mövsümi işçiləri qarışdırmaq
olmaz (qısa dövr ərzində tam iş vaxtı işləyə
bilərlər, məsələn, müvəqqəti işçilər, kinoçəkiliş
qruplarının iştirakçıları və s.).
NATAMAM ĐŞ VAXTI ĐLƏ ĐŞLƏYƏN
MUZDLU ĐŞÇĐLƏRĐN SAYI
– həftə ərzində
işlənmiş və ödənilmiş saatların miqdarına uyğun
490
olaraq, muzdlu işçilərin sayının bir hissəsidir.
Ödənilmiş iş saatlarının həcm qəbul edilmiş tam iş
həftəsinin davamlılığı əsasında bölmə vahidində,
ya da vahidin özündə müəyyən edilir. Bu göstərici
milli, regional, sahə səviyyəsində və ya vahid
səviyyəsində müəyyən edilə bilər.
Muzdlu işçilərin ümumi sayı həftə ərzində
işlənmiş saatların miqdarı üzrə bölünə bilər. Bu
saatların
miqdarı
AĐ-yə
üzv
ölkələrdə,
regionlarda, sahə və vahidlərdə qəbul olunmuş
standart tam iş vaxtının davamlılığı əsasında
müəyyən edilir.
Natamam iş vaxtı işləyən işçilərin sayına -
verilmiş vahiddə müəyyən edilmiş normal iş
vaxtının davamlılığından az olan saatları işləyən
bütün işçilər daxil edilir. Bu norma milli, regional,
sahə səviyyəsində və ya vahid səviyyəsində
müəyyən edilə bilər. Bu yerləşdirməyə, saat
hesabı ilə gündəlik natamam və ya həftədə bir
neçə gün işləmələrindən asılı olmayaraq, yuxarıda
qeyd edilənlərə uyğun gələn şəxslər daxil edilir.
NATAMAM
MƏŞĞULLUQ
–
işçi
qüvvəsindən istifadə edilməsinin sosial-iqtisadi
xarakteristikasından biridir. Natamam (qismən)
məşğulluğun iki forması fərqləndirilir: aşkar –
məşğulluğun yarımçıq həcmini əks etdirir; gizli
(aşkar olmayan) – işçi qüvvəsindən lazımi
səviyyədə istifadə olunmadığı ilə xarakterizə
olunur. Aşkar natamam məşğulluq baxılan dövr
ərzində
iş
vaxtının
müəyyən
edilmiş
davamlılığından az işləmə məcburiyyətində olan
(müdiriyyətin, işverənin təşəbbüsü ilə, həmçinin
işçi qüvvəsi bazarında tam məşğulluqlu iş
yerlərinin olmaması ilə) muzdlu işçilərin sayı
(“Muzdla işləyənlər”ə bax) ilə müəyyən edilir.
Bunlar natamam iş həftəsi və yaxud natamam iş
günü, yəni mövcud müəssisənin daxili nizam
qaydaları ilə, qrafiki ilə, yaxud da işçilərin bu
kateqoriyası
üçün
qanunvericiliklə
müəyyənləşdirilmiş saatdan az (məsələn, səkkiz
saat əvəzinə dörd saat) və yaxud iş həftəsi ərzində
az iş günləri işləmək məcburiyyətində qalan
şəxslərdir. Aşkar natamam məşğulluq haqqında
informasiya mənbəyi məşğulluq problemlərinə
dair əhali müayinələrinin (“Đşçi qüvvəsinin
müayinəsi”nə bax), müəssisələrin, təşkilatların
əmək
üzrə
rəsmi
statistika
hesabatlarının
məlumatları
hesab
edilir.
Đşçi
qüvvəsi
müayinələrinin keçirilməsi zamanı, tam iş günlü iş
axtarmalarına baxmayaraq, işə düzələrkən tam iş
günlü (həftəli) iş tapmaları ilə bağlı natamam iş
vaxtı işləmək məcburiyyətində qalan şəxslərin
sayı haqqında əlavə məlumatlar toplanılır.
Özlüyündə analitik anlayışı əks etdirən və aşkar
natamam məşğulluğun ölçülməsində tətbiq edilən
üsullarla ölçülə bilinməyən gizli (aşkar olmayan)
natamam məşğulluq belə aydınlaşdırılır. Gizli
natamam
məşğulluğun
əlamətlərinə
aiddir:
işçilərin aşağı gəlirləri, işçilərin ixtisaslarından
qeyri-səmərəli istifadə olunması, aşağı əmək
məhsuldarlığı.
Gizli
natamam
məşğulluğun
səbəblərinin analitik tədqiqatı gəlirlərin səviyyəsi,
işləyənlərdən öz ixtisas səviyyələrinə uyğun
istifadə edilməsi haqqında məlumatlara və əmək
məhsuldarlığının
səviyyəsini
əks
etdirən
göstəricilərə əsaslanır.
NATURA FORMASINDA OLAN SOSĐAL
TRANSFERLƏRDƏN BAŞQA, SOSĐAL
MÜAVĐNƏTLƏR
- natura formasında sosial
transferlər istisna olmaqla, qalan bütün sosial
müavinətlərdən ibarətdir. Onlara aşağıdakılar
daxildir:
- dövlət müəssisələri, ev təsərrüfatlarına xidmət
göstərən qeyri-kommersiya təşkilatları tərəfindən
verilən – pul formasında olan bütün sosial
sığortalar üzrə müavinətlər və sosial kömək üzrə
müavinət;
- müvafiq fondlarla əlaqəsi olmayan, özəl fondlar
və ya sosial sığorta proqramları tərəfindən təqdim
edilən pul və ya natura formasında olan sosial
sığorta üzrə bütün müavinətlər.
NATURA
FORMASINDA
SOSĐAL
TRANSFERLƏR
– (I) - dövlət idarəetmə
bölməsi və ev təsərrüfatlarına xidmət göstərən
qeyri-kommersiya təşkilatları tərəfindən istehsal
olunan fərdi təyinatlı qeyri-bazar xidmətlərinin
(səhiyyə, təhsil, mədəniyyət və s. xidmətlərin)
dəyərini, həmçinin ev təsərrüfatlarına vermək
üçün bu bölmələr tərəfindən alınmış mal və
xidmətlərin dəyərini özündə əks etdirir.
Daxili iqtisadiyyat üçün iqtisadiyyatın bölmələri
tərəfindən alınan və verilən cari transferlər, bir
qayda olaraq, bərabər olmur. Buna görə də,
iqtisadiyyatın hər bir bölməsinin ödədiyi və aldığı
cari transferlərin saldosu sıfıra bərabər olmur.
Bazar iqtisadiyyatı ölkələrində ev təsərrüfatı
bölməsində saldo müsbət və qeyri-maliyyə
müəssisələri və maliyyə idarələri bölmələrində isə
mənfi olur.
(II) - balanslaşdırıcı maddədən başqa, yeganə
maddədir ki, gəlirlərin yenidən bölüşdürülməsi
hesabında natura formasında əks olunur və natura
formasında sosial transfer hesab edilir. Onlara,
bazardan
alınmasından
və
yaxud
dövlət
vahidlərinin və ya ev təsərrüfatlarına xidmət edən
qeyri-kommersiya
təşkilatlarının
qeyri-bazar
məhsulu kimi istehsal etməsindən asılı olmayaraq,
dövlət müəssisələri (sosial təminat fondları daxil
olmaqla) və ev təsərrüfatlarına xidmət göstərən
qeyri-kommersiya təşkilatları tərəfindən fərdi ev
491
təsərrüfatlarına natura formasında transfer kimi
təqdim olunan fərdi mal və xidmətlər daxildir.
NATURA FORMASINDA TRANSFER-
LƏR
- transferin xüsusi halıdır, bu zaman
köçürmə nağd puldan başqa formada, əmtəə və ya
aktiv halında həyata keçirilir və ya hər hansı bir
ekvivalent almadan təmənnasız xidmət göstərilir,
məsələn, əlillərə pulsuz avtomobillərin və ya
şagirdlərə pulsuz səhər yeməklərinin verilməsi.
NATURAL
GÖSTƏRĐCĐLƏR
–
ev
təsərrüfatlarının, müəssisələrin, dövlətin iqtisadi
fəaliyyətini,
istehsalın,
tələbatın,
miqdarın,
çəkinin, uzunluğun, sahənin, həcmin fiziki
vahidləri ilə ifadə edilmiş (pul formasında ifadə
olunmuş dəyər göstəricilərindən fərqli olaraq)
göstəriciləri, ölçüləridir. Natural göstəricilər
kəmiyyəti xarakterizə edir və ölçü vahidi olur.
NAVĐQASĐYA DÖVRÜ (NAVĐQASĐYA-
NIN DAVAMLILIĞI)
– nəqliyyat məqsədilə
su yollarından istifadə dövrüdür (gəmi ilə
istifadəsi mümkün olan vaxtdır). Naviqasiyanın
fiziki və faktiki davamlılığı fərqləndirilir. Fiziki –
su yolunun buzdan təmizlənmə anından növbəti
dövrdə buzun görünmə anına qədər olan dövrdür;
faktiki – yazda birinci gəminin keçdiyi andan
payızda axırıncı gəminin keçdiyi ana qədər olan
dövrdür.
NEFT XAMMALININ EMALININ SƏ-
VĐYYƏS
Đ – emal olunan neft xammalından
alınan neft məhsullarını (mazut yanacağı istisna
olmaqla) xarakterizə edən göstəricidir.
Aşağıdakı düsturla hesablanır:
D
e
=
x
x
N
Э
M
N
)
(
−
−
burada D
e
-%-lə neft xammalının emalının
səviyyəsini; N
x
- emal olunmuş neft xammalının
miqdarını; M - emal prosesində alınan mazut
yanacağının (ümumi buraxılış) miqdarını; Đ - neft
emalı prosesində xammal və neft məhsullarının
bərpa olunmaz itkilərini göstərir.
Texnoloji
qurğularda
xammalın
emalı,
o
cümlədən tutucu və qaz yandırıcı təsərrüfatlardan
qaytarılan neft məhsullarının miqdarı çıxılmaqla,
duzsuzlaşdırma
və
emulsiyasızlaşdırma
nəticəsində yaranan neft və neft məhsulları bərpa
olunmayan tullantı sayılır.
NEFT KƏMƏRLƏRĐNĐN UZUNLUĞU
–
neftin və emal olunmuş maye neft məhsullarının
nəql edilməsini təmin edən neft kəmərlərinin
uzunluğudur. Neft kəmərləri bir xətt üzrə ölçülür,
hətta eyni istiqamət üzrə iki xətt mövcuddursa,
onların uzunluğu cəmlənir. Đstismar olunan boru
kəmərlərinin uzunluğu hesabat dövrü ərzində
faktiki (ən azı bir dəfə) istismar olunmuş boru
kəmərləri hesab olunur.
NEFTĐN (NEFT MƏHSULLARININ VƏ
QAZIN) NƏQLĐ
- xam neftin və emal olunmuş
maye neft məhsullarının boru kəmərləri ilə
ötürülməsidir. Nəql olunan yükün həcmi ilkin
yükləmə məntəqələrindən – hasilat sənayesi
müəssisəsindən,
terminallardan,
vaqon-
sisternlərdən,
tankerlərdən,
avtomobil-
sisternlərdən və s. daxil olma anına uçota alınır.
Nəqletmə ölkə daxilində yerləşən mənbələrdən və
xarici ölkələrdən gətirilmiş neftin və emal
olunmuş maye neft məhsullarının ötürülməsini
göstərir. Magistral qaz kəmərləri ilə nəqletmə -
qaz paylayıcı stansiyalar, kompressor stansiyaları,
yeraltı qaz anbarları və yeraltı qaz anbarlarından
qəbul olunmuş qazın həcmidir. Nəql edilən qazın
həcmi (miqdarı) əsasən kub-metrlə ölçülür. Lakin
zəruri hallarda nəqletmə prosesinin hesabatlarında
nəql işinin həcmi və ya yük dövriyyəsini tona da
çevirmək olar. Bu, əsasən nəqletmənin digər
nəqliyyat növləri ilə müqayisəsini, eyni ölçü
vahidinə gətirmək məqsədini daşıyır. Qazın
həcminin kub-metrdən tona çevirmə əmsalı qazın
həcminin (
3
Vm
) həmin sahədən keçən qazın
xüsusi çəkisinə (
3
/ m
kq
) hasilidir. Nəqletmə
ölkə daxilində yerləşən mənbələrdən və xarici
ölkələrdən qəbul olunmuş qazın ötürülməsini
göstərir.
NEOLOKAL NĐKAH
(yunan. néos – yeni və
lat. locus - yer) - nikahın bağlanmasından sonra
ər-arvadın
valideynlərindən
asılı
olmayan,
özlərinin xüsusi yeni ev təsərrüfatını yaratmasıdır.
NEONATAL ÖLÜM (YENĐ DOĞULAN-
LARIN ÖLÜMÜ)
– uşaqların doğulduğu andan
həyatlarının 28 gününədək ölməsidir. Körpə
ölümünün əsas göstəricilərindən biridir (promille
ilə ifadə olunur - %). Đnkişaf etmiş ölkələrdə
ömrünün birinci ayında ölənlərin payı bir ilədək
bütün ölənlər arasında 60–80% təşkil edir. Buna
görə, adətən, ayrıca həm neonatal ölüm əmsalı
(1), həm də birinci ilin ardıcıl 11 ayında körpə
ölümü göstəricisi hesablanır (postneonatal ölüm)
(2):
(0–27 günlük yaşda ölən uşaqların sayı/diri
doğulan uşaqların sayı) x 1000;
(28 gündən yuxarı yaşda ölən uşaqların
sayı/doğulanların sayı – ömrünün 1-ci ayında (0-
27 gündə) ölən uşaqların sayı) x 1000.
492
Neonatal ölüm səviyyəsi müxtəlif ölkələrdə
müxtəlifdir – orta hesabla 15–20. Erkən və post
neonatal ölüm ayrılır (müvafiq olaraq, ömrünün 1-
ci və 2–4-cü həftəsində ölən uşaqların sayı).
Körpə ölümü səviyyəsi 40–60 % təşkil edən erkən
neonatal ölümün əsas səbəbləri: anadangəlmə
inkişaf qüsurları, doğum zədələri, postneontal
asfiksiyalar, pnevmoniyalardır. Buna görə, erkən
neonatal ölüm və ümumi körpə ölümünün aşağı
salma templəri xeyli fərqlənir.
NETTĐNQ
–
bankın
valyuta
risklərinin
səviyyəsinin aşağı salınması üsullarıdır ki, bu da
onların
iriləşdirilməsi
yolu
ilə
valyuta
əməliyyatlarının
sayının
maksimum
ixtisar
olunmasında ifadə olunur.
NETTO ÇƏKĐ
- tarasız və qablaşdırma
materiallarının bütün növləri nəzərə alınmadan,
əmtəənin xalis çəkisidir.
NƏQLĐYYAT
BALANSI
(GƏTĐRMƏ
(GÖNDƏRMƏ) BALANSI)
– müəyyən dövr
(adətən, il) ərzində yüklərin bütün növlərinin və
ya hər hansı bir hissəsinin nəqliyyat növü
(növləri) vasitəsilə göndərilməsi və gətirilməsini
xarakterizə edən göstəricilər sistemidir. Bütün
yüklərin və ayrı-ayrı yüklərin ölkələrarası və
ölkədaxili daşınmasına dair məlumatlar əsasında
hazırlanır. Balans aşağıdakı sxem üzrə qurulur:
göndərilib (daxili və kənara daşımalar) – gətirilib
(daxili və kənardan daşınmalar) = nəqliyyat
saldosu. “-” işarəli nəqliyyat saldosu gətirmələr
çoxluğunu, “+” isə göndərmələr çoxluğunu
göstərir.
Nəqliyyat balansından ərazilərin iqtisadiyyatının
öyrənilməsində
və
daşınmaların
proqnozlaşdırılmasında istifadə olunur.
NƏQLĐYYAT DAŞIMALARI
– istənilən
nəqliyyat şəbəkələrindən istifadə etməklə, mal
(yük) və ya sərnişinlərin istənilən yerdəyişməsi
kimi müəyyən edilir.
Nəqliyyat xidmətlərinə bütün növ daşımalar, yəni
dəniz, hava, kosmik və yerüstü daşımalar daxildir.
Yerüstü daşımalar aşağıdakılara bölünür:
- dəmiryol nəqliyyatı;
- avtomobil yolu nəqliyyatı;
- çay nəqliyyatı;
- neft və qaz boru kəməri nəqliyyatı.
Nəqliyyat xidmətlərinin böyük hissəsi əsasən
korporasiyalar tərəfindən, onların nəqliyyat və
digər oxşar avadanlıqlarının köməyi ilə yerinə
yetirilir.
NƏQLĐYYAT XƏTLƏRĐ
- əvvəlcədən dərc
olunmuş cədvəllər üzrə, cədvəldə nəzərdə
tutulmuş bütün dayanacaq məntəqələrində və ya
bilavasitə gəmilərdə biletlərin təşkil olunmuş
satışı ilə gəmilərin müntəzəm hərəkəti və yaşayış
məntəqələri arasında sabit nəqliyyat əlaqəsinin
təmin olunmasıdır.
NƏQLĐYYAT XĐDMƏTLƏRĐ
– dəniz yolu,
avtomobil yolu, su və ya hava nəqliyyatının
hərəkət cədvəllərinə tabe olan və tabe olmayan
sərnişin və yük nəqliyyatının xidmətidir, həmçinin
köməkçi xidmətlərdir (terminalların və dayanacaq
yerlərinin,
yüklərin
nəqliyyat
emalının,
saxlanılma xidmətləri və s.).
Dostları ilə paylaş: |