AKTĐVLƏR
I. Uzunmüddətli aktivlər
10. Qeyri-maddi aktivlər
11. Torpaq, tikili və avadanlıqlar
12. Daşınmaz əmlaka investisiyalar
13. Bioloji aktivlər
14. Təbii sərvətlər
15. Đştirak payı metodu ilə uçota alınmış
investisiyalar
16. Təxirə salınmış vergi aktivləri
17. Uzunmüddətli debitor borcları
18. Sair uzunmüddətli maliyyə aktivləri
19. Sair uzunmüddətli aktivlər
II. Qısamüddətli aktivlər
20. Ehtiyatlar
21. Qısamüddətli debitor borcları
22. Pul vəsaitləri və onların ekvivalentləri
23. Sair qısamüddətli maliyyə aktivləri
24. Sair qısamüddətli aktivlər
KAPĐTAL VƏ ÖHDƏLĐKLƏR
III. Kapital
30. Ödənilmiş nominal (nizamnamə) kapital
31. Emissiya gəliri
32. Geri alınmış kapital (səhmlər)
33. Kapital ehtiyatları
34. Bölüşdürülməmiş mənfəət (ödənilməmiş
zərər)
IV. Uzunmüddətli öhdəliklər
40. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər
41. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər
42. Təxirə salınmış vergi öhdəlikləri
43. Uzunmüddətli kreditor borcları
44. Sair uzunmüddətli öhdəliklər
V. Qısamüddətli öhdəliklər
50. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər
51. Qısamüddətli qiymətləndirilmiş öhdəliklər
52. Vergi və sair məcburi ödənişlər üzrə
öhdəliklər
53. Qısamüddətli kreditor borcları
54. Sair qısamüddətli öhdəliklər
MÜHASĐBAT STANDARTI
– mühasibat
uçotunun aparılmasının konkret metod və
formalarının,
mühasibat
sənədlərində
olan
göstəricilərin
hesablanması
metodlarının,
mühasibat uçotu sahəsində mühasibat uçotunun
normativ-sorğu sənədlərinin məcmusudur.
MÜHASĐBAT UÇOTU
– iqtisadi subyektin
xərcləri və nəticələri haqqında cari və hesabat
məlumatlarını əldə etmək məqsədilə onun
əmlakının,
öhdəliklərinin
və
iqtisadi
əməliyyatlarının dəyəri haqqında məlumatları
başdan-başa, fasiləsiz, qarşılıqlı müşahidə edən,
ölçən, qeydə alan, işləyib hazırlayan və
qruplaşdıran sistemdir. Statistikadan fərqli olaraq,
mühasibat uçotu müəssisənin bütün əmlakının və
onların
yaranma
mənbələrinin,
istehsal
ehtiyatlarının bütün növlərinin, əsas fondlarının,
məhsul istehsalı və satışına çəkilən xərclərinin,
pul vəsaitlərinin, hər növ hesablaşmalarının, pul
ifadəsində iqtisadi fəaliyyətini əks etdirən bütün
əməliyyatlarının maliyyə və iqtisadi fəaliyyətini
yalnız başdan-başa və fasiləsiz qaydada əks
etdirir.
Mühasibat
uçotunun
əsas
vəzifələri
aşağıdakılardan ibarətdir: operativ rəhbərlik və
idarəetmə üçün müəssisənin iqtisadi əməliyyatları
və fəaliyyətinin nəticələri barədə tam və etibarlı
məlumatların
formalaşdırılması;
mülkiyyətin
qorunması və ehtiyatlardan səmərəli istifadənin
təmin olunması; maliyyə-iqtisadi fəaliyyətində
neqativ təzahürlərin qarşısının vaxtında alınması;
daxili ehtiyatların aşkar edilməsi, onların səfərbər
olunması və mənfəət əldə etmək məqsədilə
səmərəli istifadəsi.
Hər bir iqtisadi əməliyyat hüquqi əsası olan
sənədlə və ya məlumatın elektron daşıyıcıları ilə
rəsmiləşdirilir, beləliklə, yerinə yetirilmiş iqtisadi
əməliyyata görə məsuliyyət müəyyən olunur, ilkin
sənəd isə hüquqi cəhətdən qüvvəyə minir.
Mühasibat uçotu müəssisənin maliyyə-iqtisadi
fəaliyyətində olan qarşılıqlı əlaqə və asılılığı əks
etdirir və idarəetmənin müxtəlif səviyyələrinin
uçot məlumatları ilə təmin olunması vasitəsilə
idarəetmənin, təhlilin təkmilləşdirməsinə kömək
etməyə yönəldilir. Mühasibat uçotu yalnız
retrospektiv (keçmiş üçün) deyil, həm də
perspektiv xarakter daşıyır.
Bazar münasibətləri şəraitində mühasibat uçotu
planlaşdırma,
tənzimləmə,
təşkil
etmə
və
stimullaşdırma ilə yanaşı, idarəetmənin əsas
funksiyalarından biri kimi çıxış edərək, mahiyyət
etibarı ilə idarəetmə (istehsalat) və maliyyə
uçotunu birləşdirir.
Đdarəetmə sistemində mühasibat uçotu bir sıra
funksiyaları yerinə yetirir ki, bunlardan da əsasları
nəzarət,
məlumat,
təhlil,
mülkiyyətin
qorunmasının təmin olunması və əks əlaqədən
ibarətdir. Bazar münasibətləri şəraitində müxtəlif
mülkiyyət növlü müəssisələrin mövcudluğu və
478
ölkə
iqtisadiyyatında
onların
hüquqlarının
genişləndiyi bir dövrdə maliyyə nəzarəti, istehsala
və məhsul satışına, yerinə yetirilən iş və
xidmətlərə
çəkilən
xərclərə
nəzarət
zəifləməməlidir.
Mühasibat
uçotunun
vahid
sistemində nəzarət funksiyasının rolu artır və
daha böyük əhəmiyyət kəsb edir. Belə ki,
müdiriyyət yalnız öz müəssisəsinin maliyyə
vəziyyəti ilə deyil, həm də rəqib müəssisənin
maliyyə vəziyyəti və ödəmə qabiliyyəti ilə
maraqlanır. Buna görə də, uçot aparatının,
nəzarət-təftiş
xidmətinin,
bankların,
audit
firmalarının,
vergi
orqanlarının
işçiləri
təsərrüfatçılığın yeni metodlarına əsaslanaraq,
müxtəlif ehtiyat növlərindən istifadə üzərində fəal
nəzarət həyata keçirməlidirlər.
Mühasibat uçotu xüsusi üsul və qaydaların
köməyi ilə üç növ nəzarəti həyata keçirir: ilkin –
iqtisadi əməliyyat baş verənədək; cari –
əməliyyatın baş verdiyi vaxt; sonuncu (yekun) –
əməliyyat baş verdikdən sonra.
Müasir şəraitdə uçot məlumatları müvafiq
idarəetmə qərarlarının hazırlanması və qəbul
edilməsi üçün istifadə edən müəssisənin, onun
bölmələrinin müxtəlif idarəetmə xidmətləri,
menecerləri üçün mühüm məlumat mənbəyi hesab
edilir. Beləliklə, mühasibat uçotunun bazar
iqtisadiyyatının formalaşmasında və idarəetmə
sistemində əsas funksiyalarından biri, informasiya
funksiyasıdır. Mühasibat uçotu iqtisadi fəaliyyət
haqqında qərar qəbul edən şəxs arasında
birləşdirici rolunu oynayır. Đqtisadi fəaliyyət
haqqında məlumatlar mühasibat uçotu sisteminə
girişdə, qərar qəbul edən şəxslər üçün zəruri
məlumatlar isə ondan çıxışda əks etdirilir.
Mülkiyyətin qorunmasının təmin olunması
funksiyası mühasibat uçotunun təkmilləşdirilməsi
və onun nəzarət funksiyasının gücləndirilməsi ilə
sıx bağlıdır. Bu funksiyanın həyata keçirilməsi
üçün müvafiq zəmin lazımdır: nəzarətedici və
ölçü cihazları ilə təchiz olunmuş anbarlar. Bazar
iqtisadiyyatının
formalaşması,
sahibkarların
sayının artması və xarici iqtisadi fəaliyyətin
inkişaf etməsi şəraitində mühasibat uçotunun bu
funksiyasının əhəmiyyəti daha da artır.
Mühasibat uçotu idarəetmə işçilərini müəssisənin
fəaliyyəti haqqında faktiki məlumatlarla təmin
etməklə yanaşı, idarəetmə sisteminin fəaliyyəti
onsuz mümkün olmayan əks əlaqə funksiyasını
yerinə yetirir.
Müasir şəraitdə idarəetmənin təkmilləşdirilməsi
və bazar münasibətlərinin formalaşdırılması üçün
analitik funksiya da vacibdir. Belə ki, dürüst və
hüquqi
cəhətdən
əsaslandırılmış
mühasibat
məlumatlarından müəssisənin maliyyə-iqtisadi
fəaliyyətinin təhlilində istifadə olunur. Bu
funksiyanın
həyata
keçirilməsi
mühasibat
uçotunun bütün bölmələri üzrə təhlil aparmağa, o
cümlədən
ehtiyatların
bütün
növlərindən
istifadənin,
məhsulun
istehsal
və
satışına
xərclərin,
bazar
qiymətlərinin
fəaliyyəti,
inflyasiya prosesləri və s. şəraitdə mühüm
əhəmiyyət kəsb edən tətbiq olunan qiymətlərin
düzgünlüyünün təhlilini aparmağa imkan verir.
Mühasibat uçotu və xüsusilə analitik uçot həm
daxili, həm də xarici statistik məlumatların
formalaşmasının əsasını təşkil edir.
Mühasibat
uçotunun
əsas
prinsipləri
aşağıdakılardır: fasiləsizlik, metodlarda ardıcıllıq,
müəssisənin gəlir və xərclərinin onların yarandığı
vaxta
görə
eyniləşdirilməsi,
müəssisənin
gəlirliliyinin qiymətləndirilməsində ehtiyatlılıq,
təsərrüfat əməliyyatının məzmununun onların
uçotda əks olunması forması üzərində üstünlüyü.
Mühasibat uçotu bütün müəssisələrdə, idarələrdə,
təşkilatlarda, onların mülkiyyət növündən və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
yarandığı gündən ləğv olunduğu günə qədər
aparılır. Hüquqi şəxs yaratmadan sahibkarlıq
fəaliyyəti ilə məşğul olan şəxslər və ya
müəssisələr qanunvericilikdə nəzərdə tutulmuş
qaydada uçot aparır və hesabat tərtib edirlər.
Mühasibat uçotunun mahiyyəti tərkibinə və
yerləşməsinə, yaranma mənbəyinə və təyinatına
görə ayrılmış iqtisadi vəsaitlərin dövriyyəsi,
həmçinin bir qayda olaraq, ilkin mərhələlərdə baş
verən iqtisadi proseslərdir. Bu dövriyyə fasiləsiz
aparılır,
vəsaitlər
isə
onun
müxtəlif
mərhələlərində olur.
Mühasibat uçotu əsasında təsərrüfatda olan maddi
qiymətlilərin müxtəlif növlərinin və pul vəsaitləri,
hesablaşmaların vəziyyəti, onun ehtiyatlarının
ümumi səviyyəsi haqqında məlumatları alırlar;
tədarük edilmiş materialların, istehsal olunmuş və
satılmış
məhsulların
(əmtəələrin,
işlərin,
xidmətlərin) həcm və maya dəyərini müəyyən
edirlər;
müəssisənin
fəaliyyətinin
maliyyə
nəticələrini aşkar edirlər və s.
Mühasibat uçotu müəssisənin əmlakı, öhdəlikləri
və
iqtisadi
əməliyyatları
haqqında
bütün
məlumatlara əsaslanır. Bununla, müəssisənin
vəsaitinin dəyər ifadəsində və ikiqat qeydiyyat
üsulu ilə iqtisadi fəaliyyətini əks etdirən bütöv,
fasiləsiz, sənədlərlə əsaslandırılan xüsusiyyəti
şərtlənir.
Mühasibat uçotunun obyektləri aşağıdakılardır:
müəssisənin
əmlakı;
xüsusi
kapital;
digər
müəssisələrin borcu və müəssisənin kənar
müəssisə və şəxslər qarşısında öhdəçiliyi; əmlak
və öhdəliklərdə dəyişikliklərə səbəb olan iqtisadi
əməliyyatlar.
Mühasibat
uçotunda
müəssisənin
təsərrüfat
vəsaitinə iki nöqteyi-nəzərdən baxılır: 1) bu
vəsaitlərin hansı növlərdən ibarət olduğu (əmlak
479
tərkibi), hansı sahədə (sferada) yerləşdirildiyi
(ticarət, istehsalat və s.) və kimin əmlak
cavabdehliyi altında olduğu müəyyən olunur; 2)
bu əmlakın hansı mənbə hesabına əldə olunduğu
və ya formalaşdırıldığı müəyyən olunur.
Mühasibat uçotunda aktivlərin cəmi həmişə əmələ
gəlmə mənbələrinin cəminə bərabər olmalıdır.
Mühasibat uçotunun obyektlərini əks etdirmək
üçün müəyyən ardıcıllıqla və qarşılıqlı əlaqə ilə
tətbiq edilən üsul və qaydaların məcmusu
mühasibat uçotunun təşkilinin metodoloji əsasını,
təşkil edir.
Mühasibat uçotunun metodları aşağıdakılardır:
sənədləşdirmə,
inventarizasiya,
mühasibat
uçotunun hesabları, ikili yazma, maya dəyərinin
kalkulyasiyası, mühasibat balansı, mühasibat
hesabatları.
Mühasibat uçotu sisteminin qurulması üçün
müəssisənin əmlakının qiymətləndirilməsinin real
və düzgün olması mühüm əhəmiyyət kəsb edir.
Qiymətləndirmə müəssisənin əmlakını, əmlakın
yaranma mənbələrini və aparılan əməliyyatların
pulla ifadə edilməsi üsullarını özündə əks etdirir.
Balansda əks etdirmək üçün əmlak və onun
mənbələrinin qiymətləndirilməsi məqsədilə, bütün
müəssisələrdə
qiymətləndirmə,
qiymətləndirmənin müəyyənləşdirilmiş əsas və
qaydalarına əməl etməklə nail olmaq olar.
Mühasibat uçotunun hər bir obyekti haqqında
yekun məlumat almaq üçün qiymətləndirmədən
sonra bütün əməliyyatlar ümumiləşdirilir və
müəyyən bir qaydada qruplaşdırılır. Bu məqsədlə,
mühasibat hesabları üsulundan istifadə edilir.
Mühasibat
uçotu
hesablarında
iqtisadi
əməliyyatların qeydiyyatı (əks etdirilməsi) ikili
yazma üsulu ilə aparılır.
Pul formasında ifadə olunmuş, mühasibat uçotu
hesablarında
ikili
yazının
tətbiqi
ilə
qruplaşdırılmış və inventarizasiyanın köməyi ilə
yoxlanmış, sənədlərlə əsaslandırılmış məlumatlar
əmək vasitələrinin və əşyalarının, həmçinin hazır
məhsulların və göstərilən xidmətlərin maya
dəyərinin kalkulyasiyası üçün əsas kimi çıxış edir.
Müəssisənin
fəaliyyətinin
ümumiləşdirici
göstəricilərini əldə etmək üçün, ikili yazı ilə
alınmış hesablar üzrə yekun məlumatlar və
hesablanmış maliyyə nəticələri sonradan daha iri
qruplarda
birləşməyə
məruz
qalırlar.
Bu
məqsədlə, balans və hesabat tətbiq edilir.
Mühasibat uçotu obyektlərinə nəzarət balans
ümumiləşdirməsinin
köməyi
ilə
təsərrüfat
vasitələrinin onların mənbələri ilə (bunlar ümumi
cəm üzrə bir-birinə bərabər olmalıdır) müqayisə
kimi
həyata
keçirilir.
Mühasibat
balansı
müəssisənin maliyyə vəziyyətini xarakterizə edir.
Müəssisənin fəaliyyəti və maliyyə vəziyyəti
haqqında məlumatlar balansdan başqa, mühasibat
hesabatının digər formalarında da əks olunur.
Mühasibat hesabatı bir sıra hesabat formalarından
(cədvəllərdən)
ibarətdir
və
müəssisənin
fəaliyyətinə operativ rəhbərlikdə, iqtisadi təhlildə
və
müəssisənin
fəaliyyətinin
qiymətləndirilməsində istifadə olunur. Mühasibat
balansının və digər hesabat formalarının tərtib
edilməsi
üçün
məlumatlar
mühasibat
hesablarından alınır.
Mühasibat uçotunun səmərəli təşkili üçün uçot
məlumatlarının qruplaşdırılmasının ən müasir üsul
və qaydaları və registrlərin uçot formalarından
istifadəsinin, analitik və sintetik uçotun optimal
uyğunluğunun və sonda mühasibat uçotunun daha
proqressiv
formalarının
tətbiqinin
böyük
əhəmiyyəti vardır.
Mühasibat
uçotunun
forması
–
iqtisadi
əməliyyatların
müəyyən
ardıcıllıqla
əks
etdirilməsi və yazıların müvafiq qaydalarla
qruplaşdırılması üçün uçot registrlərinin zəruri
məcmusudur. Mühasibat uçotunun formaları sadə
mühasibat
kitablarından
(memorial-order
formalarından) tutmuş, müasir səmərəli qurulmuş
avtomat sistemlərin registrlərinədək fasiləsiz
inkişaf etmişdir. Çoxlu miqdarda kiçik sahibkarlıq
subyektlərinin yaranması ilə əlaqədar olaraq,
mühasibat uçotunun sadələşdirilmiş formaları
daha da inkişaf etmişdir.
MÜHASĐBAT UÇOTU GÖSTƏRĐCĐLƏRĐ
- iqtisadi subyektlərin mühasibat sənədlərində
(aktlarda,
tələbnamələrdə,
məxaric-kassa
orderlərində, limit kartlarında, yol vərəqələrində,
hesabatlarda,
registrlərdə,
balanslarda)
olan
əmlakının,
öhdəçiliyinin
və
təsərrüfat
əməliyyatlarının
dəyər
xarakteristikasıdır.
Mühasibat uçotu göstəricisi iqtisadi subyektlərin
fəaliyyətinin təsərrüfat vəsaitlərini və maliyyə-
iqtisadi dövriyyəsini əks etdirir.
MÜHASĐBAT UÇOTUNUN ƏMSALLARI
GÖSTƏRĐCĐLƏRĐ
– statistik elementlər və ya
hesablanmış aqreqasiya olunmuş (birləşdirilmiş)
göstəricilər əsasında hesablanan və məhsuldarlıq,
gəlirlilik (rentabellik) və digər bölmələrin
göstəricilərinin
müəyyənləşdirilməsinə
imkan
verən göstəricilərdir.
Bölmənin xarakteristikası və qiymətləndirilməsi
üçün
istifadə
oluna
biləcək
göstəricilər
mövcuddur. Burada məhsuldarlığa, işçilərin əmək
haqqına əlavə dəyərin bölüşdürülməsinə aid olan
bir neçə nümunəni göstərmək olar:
- hər bir işləyənə hesablanmış məhsuldarlıq;
- hər işçi saata hesablanmış məhsuldarlıq;
- hər bir işləyənə əmək haqqı;
- əlavə dəyər üzrə işçi qüvvəsinə xərclərin payı;
- ümumi gəlirin faizi.
480
Müxtəlif bölmələr üçün xüsusi göstəricilər
hesablana bilər. Məsələn, ehtiyatların hərəkəti
faizi və ya topdan və pərakəndə ticarət üçün
ticarət əlavəsinin faizi.
MÜHASĐBAT UÇOTUNUN HESABLARI
- iqtisadi qruplaşma və təsərrüfat vəsaitləri və
təsərrüfat
əməliyyatları
üzərində
operativ
nəzarətin cari əks olunması üsuludur. Hər bir
hesab iki hissədən ibarətdir: debet və kredit.
Hesablarda təsərrüfat əməliyyatlarının əksi ikili
yazı ilə aparılır, yəni hər bir təsərrüfat əməliyyatı
bir hesabda debet üzrə və digər hesabda kredit
üzrə yazılır.
Beləliklə, hesablar və onlarda əks
olunan təsərrüfat əməliyyatları arasında əlaqə
yaradılır.
Hesabın debetində əks olunan bütün
əməliyyatların yekunu debet dövriyyəsi; kredit
üzrə əks olunan bütün əməliyyatların yekunu
kredit dövriyyəsi adlanır.
Hesab üzrə dövriyyə
vəsaitlərin hesab üzrə hərəkətini, yəni müəyyən
təsərrüfat
prosesini əks etdirir. Debet və kredit
dövriyyələrinin müqayisəli ölçülməsinin nəticəsi
hesab üzrə qalıq (saldo) kimi müəyyən edilir.
Saldo
təsərrüfat
vəsaitlərinin
və
onların
mənbələrinin vəziyyətini əks etdirir.
Mühasibat uçotunun hesabları balansla sıx
əlaqədardır. Balans aktivi əsasında açılmış
hesablar aktiv hesablar adlanır, onlarda müxtəlif
əmlak növləri, onların mövcudluğu, tərkibi,
hərəkəti əks olunur.
Aktiv hesablarda saldo yalnız
debet saldosudur. Balans passivi əsasında açılmış
hesablar passiv hesablar adlanır, onlarda əmlakın
yaranma mənbələri, onların mövcudluğu, tərkibi,
hərəkəti, həmçinin öhdəçilikləri nəzərə alınır.
Passiv hesablarda saldo yalnız kredit saldosudur.
Aktiv və passiv hesablarda debet və kreditin
mənaları müxtəlifdir. Aktiv hesablarda hesab üzrə
artım debet üzrə yazılır, azalma isə kredit üzrə.
Passiv hesablarda əksinə: artım kredit üzrə,
azalma isə debet üzrə yazılır.
Mühasibat uçotunun hesabları sintetik və analitik
olur. Sintetik hesablarda iqtisadi qruplaşmanın
məlumatları – müəssisələrin əmlakı, onların
yaranma mənbələri və pul ifadəsində ümumi
şəkildə təsərrüfat əməliyyatları əks olunur. Lakin
müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin idarə
edilməsi üçün, onun iqtisadiyyatda tutduğu
yerinin, qarşı tərəflə hesablaşma vəziyyətinin
qiymətləndirilməsi ümumi göstəricilərin əldə
olunması üçün kifayət deyildir. Bunun üçün
müfəssəl məlumatların olması vacibdir. Buna görə
də, sintetik hesablarda qruplaşmadan başqa,
analitik hesablarda natura və pul ölçüsündə uçot
aparılır.
Analitik və sintetik mühasibat uçotunun hesabları
qarşılıqlı əlaqəlidir. Belə ki, analitik hesablarda da
sintetik hesablarda əks olunan əmlak növləri,
onların
yaranma
mənbələri
və
təsərrüfat
əməliyyatları əks olunurlar, lakin daha ətraflı
iqtisadi elementlərlə. Bu o deməkdir ki, analitik
hesabların yekun məlumatları sintetik hesabın
yekun məlumatlarına bərabər olmalıdır.
Analitik hesab mühasibat uçotu sistemində çox
zəhmət tələb edən iş sahəsidir, lakin o, vacibdir,
belə
ki,
məhz
analitik
hesabda
statistik
məlumatların böyük hissəsi formalaşır.
Mühasibat uçotunda çoxlu sayda müxtəlif
hesablar tətbiq olunur, onlardan düzgün istifadə
etmək üçün onların təsnifləşdirilməsi vacibdir.
Bu təsnifat iki əlamət üzrə aparılır: hesabların
təyinat və strukturu və onların iqtisadi tərkibi
üzrə.
Təyinat və struktur üzrə hesabların təsnifatı, hansı
göstəricilərin alınması üçün bu və ya digər
hesabların lazım olmasını və onların necə tərtib
edilməsini, yəni debet və kreditin qiymətlərini,
həmçinin saldonun xarakterinin necə olmasını
göstərir.
Đqtisadi tərkib üzrə hesabların təsnifatı hesabda
nəyin nəzərə alınmasını, hansı konkret iqtisadi
obyektin olmasını göstərir. Bu da verilən obyektin
hərtərəfli xarakteristikası üçün hansı hesab
növlərinin tərtib olunmasını müəyyən etməyə
imkan verir.
Dostları ilə paylaş: |