A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə121/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   117   118   119   120   121   122   123   124   ...   182

Müvəqqəti 

işə 

düzəltmə 

üzrə 

xidmətlər 

tərəfindən  işə  götürülən  şəxslər.  Onların  faktiki 

işlədikləri  müəssisənin  aid  olduğu  sahəyə  deyil, 

onları  işə  götürən  xidmətin  aid  olduğu  sahəyə 

daxil edilməlidirlər; 

Müvəqqəti  olaraq  işləməyən  şəxslər,  lakin 

formal  olaraq  işə  aidiyyəti  olduqda,  bu,  onunla 

ifadə  olunur  ki,  ya  onlar  əmək  haqqı  almaqda 

davam  edirlər  və  onların  müvəqqəti  olaraq  işə 

çıxmamalarının  səbəbi  aradan  qaldırıldıqdan 

sonra işə qayıtmalarına zəmanət verilmişdir, ya da 

işə  qayıtmaları  haqqında  razılaşma  mövcuddur. 

Bu kateqoriyaya xəstəlik, zədə alma, məzuniyyətə 

çıxma,  tətilə  və  təhsillə  əlaqədar  məzuniyyətə 

çıxma,  uşağın  anadan  olması  və  ya  uşağın 

xəstələnməsi 

səbəbindən 

işləməyən 

şəxslər 


daxildir. 

Natamam iş vaxtı işləyənlər, mövsümi işçilər, tətil 

edən  işçilər  və  ya  qısamüddətli  icazəsiz  işdən 

gedənlər  muzdlu  işçilər  kateqoriyasına  daxildir, 

uzunmüddətli  icazəsiz  işdən  gedənlər  isə  buraya 

daxil edilmirlər. 

Qeyd etmək lazımdır ki, burada Avropanın MHS-

də  qəbul  edilmiş  daha  geniş  təriflərdən  istifadə 

olunur.  Sonuncuya  onların  əsas  fəaliyyəti  hesab 

edilən,  sərbəst  sahibkarlıqla  məşğul  olan  muzdlu 

işçilər 

daxil 


edilmirlər. 

Milli 


hesabların 

məqsədləri üçün bu şəxslər yalnız özüməşğul kimi 

təsnifləşdirilirlər.  Müəssisələr  statistikasında  isə 

onlar,  öz  işlərinə  uyğun  olaraq,  işçilərin  hər  bir 

kateqoriyasına daxil edilirlər. 

Muzdlu  işçilər  həmçinin  aşağıdakı  kateqoriyalara 

bölünə bilər: 

Fəhlələr: əsasən fiziki əməklə məşğul olan işçilər 

(“mavi yaxalıqlılar”), 



Qulluqçular: əsasən qeyri-fiziki işlə məşğul olan 

işçilər (“ağ yaxalıqlılar”). 



Fəhlə  və  qulluqçular:  işçi  o  zaman  müşahidə 

olunan  vahidin  fəhlə  və  ya  qulluqçusu  sayılır  ki, 

onlar  işin  harada  (istehsalçı  vahidin  ərazisi 

daxilində  və  ya  ondan  kənarda)  görüldüyündən 

asılı  olmayaraq,  bu  vahiddən  əmək  haqqı  alırlar. 

Fəhlə  və  qulluqçular  muzdlu  işçilərin  böyük  bir 

hissəsini  təşkil  edirlər.  Bu  aqreqat  (hissə)  daha 

çox  məlumdur,  nəinki,  “haqqı  ödənilməyən 

işçilər”;  bu  dəyişkən  kəmiyyətdə  dəyişmələr 

yalnız  müəssisələrin  sayı  ilə  əlaqədar  deyil,  həm 

də  iqtisadi  fəallığın  səviyyəsi  ilə  bağlıdır;  buna 

görə  də  bu  dəyişkən  kəmiyyət  öz  böyüklüyünə 

münasibətdə 

və 


öz 

dəyişkənliyinə 

(tendensiyasına) münasibətdə çox əhəmiyyətlidir.   

 

MUZDLU 



ĐŞÇĐLƏR 

TƏRƏFĐNDƏN 

ĐŞLƏNMĐŞ  SAATLARIN  MĐQDARI 

– 

hesabat 



dövründə 

müşahidə 

olunan 

vahid 


tərəfindən  məhsulların  istehsalı  üçün  faktiki 

işlənmiş  saatların  ümumi  miqdarını  özündə  əks 

etdirir. 

Ödənilmiş,  lakin  işlənməmiş  saatların  miqdarı, 

məsələn,  illik  məzuniyyətlər,  bayram  və  xəstəlik 

günlərinin  saatlarının  miqdarı,  həmçinin  nahar 

fasilələrinə,  ev  və  iş  yoluna  sərf  olunan  vaxt 

çıxılır.  

Normal  iş  saatlarında  faktiki  işlənmiş  saatlar,  bu 

vaxta 


əlavə 

işlənmiş 

saatlar, 

iş 


yerinin 

hazırlanmasına  sərf  olunan  vaxt  və  iş  günü 

ərzində  istirahət  üçün  ayrılan  kiçik  fasilələr  bu 

göstəriciyə daxil edilir. 

Əgər  faktiki  işlənmiş  saatların  dəqiq  miqdarı 

məlum  deyilsə,  onu  iş  saatlarının  nəzəri  miqdarı 

və  işçilərin  iş  yerlərində  olmamalarının  (xəstəlik, 

uşağa  baxmaq  və  s.  səbəbdən)  orta  əmsalı 

əsasında hesablamaq olar.  

 

MUZDLU  ĐŞÇĐLƏRĐN  ƏMƏK  HAQQI



  – 

hesabat  dövrü  ərzində  yerinə  yetirdiyi  işə  görə 

müəssisə  tərəfindən  pul  və  ya  natura  şəklində 


 

465


muzdlu  işçiyə  ödənilən  haqqın  ümumi  məbləği 

kimi müəyyən edilir.  

 

MUZDLU  ĐŞÇĐLƏRĐN  SAYI

  -  əmək 

müqaviləsi  əsasında  muzdlu  şərtlərlə  işləyənlərin 

sayıdır,  iş  yerlərinin  sayı  kimi  hesablanır  və  orta 

illik kəmiyyət kimi ölçülür. 

 

MUZDLU 

ĐŞÇĐLƏRĐN 

SOSĐAL 

SIĞORTAYA  AYIRMALARI  (ÜZVLÜK 

HAQLARI) 

–  (I)  -  muzdlu  işçilərin  sosial 

təminat  fondlarına,  sığorta  təşkilatlarına  və  ya 

onların sosial sığorta proqramları ilə idarə olunan 

institusional 

vahidlərinə 

ödədikləri 

sosial 

sığortaya  ayırma  növüdür.  MHS-də  gəlirlərin 

yenidən bölüşdürülməsi hesabı göstəricisidir. 

(II)  -  muzdlu  işçilər  tərəfindən  sosial  təminat 

fondlarına  və  sosial  sığortanın  xüsusi  fondlarına 

ödənişlərdir.  Onlar  iş  yerinə  yetirildiyi  və  sosial 

sığortaya  ayırmaların  ödənilməsi  üzrə  öhdəçilik 

meydana çıxdığı anda nəzərə alınır. 

Muzdlu  işçilərin  sosial  sığortaya  ödəmələrinə 

daxildir: hər bir müəyyən dövrdə ödənilən faktiki 

ayırmalar,  +  xüsusi  fondlar  halında  xüsusi 

mülkiyyət (sığorta polisləri sahiblərinə aid olan və 

verilən  proqramlarda  iştirak  edən  muzdlu  işçilər 

tərəfindən  alınan)  gəlirlərindən  əlavə  ayırmalar, 

çıxılsın (-) müvafiq xidmətlərin ödənişi. 

 

MUZDSUZ ĐŞLƏYƏNLƏR

 – özünü müstəqil 

olaraq  gəlir  gətirən  işlə  təmin  edən  şəxslərdir. 

Onların (və ya onların ailələrinin) gəliri bilavasitə 

mal  və  xidmətlərin  istehsalı  üzrə  fəaliyyətlərinin 

nəticələrindən  asılıdır.  Bu  şəxslər  müəssisənin 

əmlakına  sahib  olmaqla,  onun  fəaliyyətinə  təsir 

göstərən idarəetmə qərarlarını özləri qəbul edirlər 

və  ya  bu  səlahiyyəti  başqalarına  verirlər,  lakin 

istənilən  halda,  müəssisənin  müvəffəqiyyəti  üçün 

tam  cavabdehlik  daşıyırlar.  Muzdsuz  işləyənlər 



işverənə  və  fərdi  əsasda  işləyənlərə  bölünürlər. 

Muzdsuz işləyənlərə həmçinin əməyi ödənilməyən 



ailə üzvləri də aid edilirlər. 

 

MUZEY

  –  tarixi  abidələrin,  mədəni  və  təbii 

obyektlərin 

komplektləşdirilməsini, 

uçotunu, 

saxlanmasını,  tədqiqatını  və  təbliğatını  həyata 

keçirən 


elmi-tədqiqat 

və 


mədəni-maarif 

müəssisəsidir. 

Muzeylər 

aşağıdakılara 

görə 

bölünürlər:  yerləşdiyi  yerə  görə  -  ölkə,  muxtar 



respublika,  şəhər,  rayon,  kənd  əhəmiyyətli;  profil 

qrupuna və tipinə görə - tarixi, bədii, ədəbi, təbii-

elmi, 


texniki, 

arxitektura, 

kompleks 

(ölkəşünaslıq), muzey-qoruq, sahə və s. Statistika 

hesabatları  aşağıdakı  göstəriciləri  əks  etdirir: 

növlər  üzrə  bölünməklə,  əsas  muzey  fondunda 

saxlanılan 

vahidlərin 

(rəssamlıq, 

qrafiki, 

heykəltəraşlıq,  tətbiqi  incəsənət  məmulatları, 

sənədlər, 

qiymətli 

metallar 

və 

s.) 


sayı; 

ekspozisiyalarda  (sərgilərdə)  eksponatların  sayı, 

həmçinin 

elmi-maarifləndirmə 

işlərinin 

göstəriciləri,  sərgilərin  sayı,  sərgiyə  gələnlərin 

sayı;  muzey  işçilərinin  sayı  və  tərkibi,  muzey 

sahələrinin  rayonlar  üzrə,  maliyyə  vəsaitlərinin 

daxil  olması  və  istifadəsi  göstəricilərini.  Yekun 

məlumatlar  ərazilər,  tabeçilik,  muzeylərin  profil 

qrupları və növləri üzrə işlənir. 

 

MÜAYĐNƏ OLUNAN  MƏCMU



 – seçmənin 

həyata  keçirildiyi  məcmudur;  nəzəri  cəhətdən 

öyrənilən  məcmu  ilə  eyni  olmalıdır,  amma 

təcrübədə  ondan  fərqli  də  ola  bilər.  Məsələn, 

seçmənin  əsaslarının  tərtibində  siyahılardan, 

kartotekalardan,  ailələrin  elektron  siyahısından, 

telefon  sorğusundan  və  s.  istifadə  olunur.  Bu 

materiallarda  real  fəaliyyətdə  olan  obyektlər 

qismən  olmur,  ya  da  praktiki  mülahizələrə  görə, 

yaxud  da  münasiblik  üçün  öyrənilən  məcmu  ilə 

müqayisə  üzrə  məhdudlaşdırılır.  Belə  hallarda 

seçmə  üzrə  əldə  edilmiş  nəticələr  yalnız  müayinə 

olunan  seçməyə,  yəni  seçmənin  əsasında  tərtib 

edilən hissənin məcmusuna aid edilir. 

 

MÜCƏRRƏD  MAŞIN

  –  mücərrəd  hesablama 

maşını  real  maşın  yaratmadan  onun  tərkibinə 

daxil  olan  resurslara  və  bu  resurslar  arasındakı 

qarşılıqlı təsirə əsaslanaraq təyin edilir

 

MÜCƏRRƏD  ÜSUL



  -  istifadəçi  tərəfindən 

tamamilə 

sona  çatdırılmış 

kimi 


göstərilən 

mücərrəd nəticədir. 

 

MÜDAFĐƏ  SƏNAYESĐNĐN  KONVERSĐ-

YASI

  –  müdafiə  və  onunla  bağlı  müəssisə  və 

təşkilatların hərbi ehtiyaclardan  mülki  ehtiyaclara 

keçməsi 

nəticəsində 

azad 

olmuş 


istehsal 

güclərinin,  elmi-texniki  potensialın  və  əmək 

ehtiyatlarının 

qismən 


və 

ya 


tamamilə 

istiqamətinin  dəyişməsidir.    Konversiyanın  əsas 

məqsədi  –  iqtisadiyyatın  ən  vacib  sahələrinin 

yenidən  təchiz  edilməsinin,  ixrac  potensialının 

inkişafının  və  iqtisadiyyatın  məhsulun  ixracından 

asılı olmasından azad edilməsinin təmin olunması 

məqsədilə  yüksək  texnologiyalı  və  rəqabətə 

davamlı  mülki  məhsulların  hazırlanmasının  və 

kütləvi istehsalının təşkilidir.  

 

MÜDĐR  (MENECER)



  -  1)  Müəssisənin 

səlahiyyətli işlər müdiri qismində şirkətə operativ 

rəhbərliyi  həyata  keçirən  şəxsdir    (“Müəssisənin 

səlahiyyətli işlər müdiri”nə bax);  

2)  Şirkətin  və  ya  məhdud  məsuliyyətli  ortaqlığın, 

qeyri-məhdud  məsuliyyətli  şirkətin,  yaxud  mülki 

şirkətin  rəhbəri  (direktoru):  şirkəti  idarə  edən 

şəxs; 


 

466 


3)  Müəssisələr  registri  istisna  olmaqla,  bu 

terminin  digər  mənası  tez-tez  işlədilir,  məsələn, 

etibardan  (reputasiya)  istifadəyə  cavabdeh  olan 

şəxs  (qudvill):  mövcud  müqavilə  idarəetmə 

haqqında  müqavilə adlanır  (“Đdarəetmə haqqında 

razılaşma”ya bax). 

 

MÜƏSSĐSƏ  HÜQUQ  OBYEKTĐ  KĐMĐ



  – 

müəssisənin  fəaliyyəti  üçün  nəzərdə  tutulmuş, 

bütün  əmlak  çoxluğunu  özündə  birləşdirən, 

sahibkarlıq  fəaliyyətinin  həyata  keçirilməsi  üçün 

istifadə  olunan  müəyyən    əmlak  kompleksidir. 

Hazırda 

fəaliyyətdə 

olan 

qanunvericilikdə 



müəssisəyə  hüquq  subyektinin  təşkilati-hüquqi 

formalarından biri kimi, o cümlədən dövlət unitar 

müəssisəsi,  bələdiyyə  unitar  müəssisəsi,  dövlət 

müəssisəsi kimi baxılır.  

 

MÜƏSSĐSƏ  ĐQTĐSADĐ  ANLAYIŞ  KĐMĐ

  

müxtəlif 

əmlak 

kompleksidir. 



Müəssisə 

bütövlükdə  və  ya  onun  bir  hissəsi,  ona  olan 

sahibkarlıq 

hüququnun 

müəyyən 

edilməsi, 

dəyişməsi  və  ləğv  edilməsi  (hazırda  çox  vaxt 

müəssisənin  özəlləşdirilməsi  ilə  əlaqədar  onun 

satılması)  ilə  əlaqədar  alış-veriş,  girov  (ipoteka), 

icarə  obyekti  və  digər  sövdələşmə  obyekti  ola 

bilər. Xüsusi müəssisə varislik üzrə verilə bilər. 

 

MÜƏSSĐSƏ  ĐQTĐSADĐ  KATEQORĐYA 



KĐMĐ

  –  gəlir  qazanmaq  və  onu  maksimuma 

çatdırmaq  məqsədi  ilə  bazar  iqtisadiyyatında 

fəaliyyət  göstərən,  mal  və  (və  ya)  xidmətlərin 

istehsal  və  satışı  ilə  məşğul  olan  iqtisadi  agentlər 

və  ya  şəxslərdir.  Bazar  iqtisadiyyatında  istehsal 

dedikdə,  maddi  istehsal  və  ya  xidmət  sahəsində 

fəaliyyətindən  asılı  olmayaraq,  gəlir  gətirən 

istənilən 

fəaliyyət 

növü 


nəzərdə 

tutulur. 

Müəssisələr əmtəə yaratmaq və xidmət göstərmək 

üçün  istehsal  amillərindən  istifadə  edir  ki, 

onlardan  da  əmək,  kapital  və  təbii  ehtiyatlar  əsas 

sayılır.  Đstehsalda  istifadə  olunan  əmək,  sərf 

olunan  vaxt  və  işçilərin  ixtisası  nöqteyi-

nəzərindən  qiymətləndirilir.  Material  ifadəsində 

kapital  məsrəfi  özündə  binaların,  tikililərin, 

ötürmə 


qurğularının, 

avadanlıqların 

və 

s. 


istifadəsini  əks  etdirir.  Təbii  ehtiyatların  əsas 

tərkib  hissəsi  istehsal  prosesində  istifadə  olunan 

torpaq  və  onun  yeraltı  sərvətləridir.

 

Đstehsal 



amillərinin  dəyəri  əsas  etibarı  ilə  bazardakı  tələb 

və  təklif  vasitəsilə  müəyyən  edilir.  Đstehsalçının 

malik olduğu istehsal amilləri arasındakı qarşılıqlı 

münasibət 

və 

texnologiyanın 



müəyyən 

səviyyəsində istehsal olunan əmtəə və xidmətlərin 

optimal həcmi Q = F (L, K, R) istehsal funksiyası 

ilə  ifadə  olunur.  Burada  Q  –  maksimuma 

çatdırılmış  nəticə;  F  –  istehsal  funksiyası  əmsalı; 

L  -  əmək;  K  –  kapital;  R  -  istehsalın  digər 

amilləridir. 

 

MÜƏSSĐSƏ, 

FĐRMA, 

ŞĐRKƏT

 



1) 

Mülkiyyətçinin 

təşkilati-hüquqi 

formasından, 

adından  və  fəaliyyət  növündən  asılı  olmayaraq, 

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun 

olaraq  yaratdığı  hüquqi  şəxs,  onun  filialı, 

nümayəndəliyidir. 



2)  Müəssisə  qərarların,  xüsusilə  özünün  cari 

ehtiyatlarından  istifadə  edilməsi  üzrə  qərarların 

qəbul  edilməsində  müəyyən  müstəqilliyə  malik 

olan mal və xidmət istehsalçısının təşkilati vahidi 

hesab edilir. Müəssisə bir və ya bir neçə yerdə, bir 

və ya bir neçə fəaliyyət növünü həyata keçirir. Bu 

müəyyənləşdirmə  müəssisələr  və  hüquqi  vahidlər 

arasındakı  münasibətlər  haqqında  tamamlanır: 

müəssisə  ya  bir  hüquqi  vahidə,  ya  da  yuxarıda 

göstərilən 

meyarlara 

cavab 


verən 

hüquqi 


vahidlərin 

ən 


kiçik 

birləşməsinə 

(kombinasiyasına)  uyğun  gəlir.  Statistik  vahidlər 

haqqında 

və 

registrlərin 



uyğunlaşdırılması 

(harmonizasiyası) 

haqqında 

əsasnamələr 

bu 

münasibətləri müxtəlif qaydada təyin edir: 



- müəssisə bir və ya bir neçə hüquqi vahidə aiddir; 

-  hüquqi  vahid  müəssisəyə  görə  cavabdehlik 

daşıyır; 

-  hüquqi  vahid  həmişə  müəssisənin  hüquqi  əsası 

sayılır. 

Bu müəyyənləşdirmə aşağıdakı kimi başa düşülür: 

hüquqi  vahid  bir  və  yalnız  bir  müəssisənin 

(müəyyən  milli  ərazidə)  əsas  hüquqi  əsası  hesab 

edilir;  istisna  yalnız  dövlət  inzibati  idarələri 

bölməsində  təsnifləşdirilən  müəssisələr  üçün  ola 

bilər.  

Müəssisə  Đqtisadi  Fəaliyyət  Növləri  Təsnifatı 

(ikinci  versiya)  sistemindəki  əsas  fəaliyyətinə 

müvafiq  olaraq  təsnifləşdirilir.  Müəssisələrə 

yalnız  göstərilən  müddət  ərzində  faktiki  öz 

fəaliyyətlərini  həyata  keçirən  vahidlər  aid  edilir. 

Buna  görə  də,  fəaliyyətə  hələ  başlamayan 

fəaliyyətsiz vahidlər bura daxil edilmir.  

Müəssisə tam uçot sisteminə malik olduğundan, o, 

əlavə  dəyər,  ümumi  mənfəət  və  şirkətin  əsas 

hesablarında  hesablanan  digər  aqreqatlar  kimi 

göstəricilərin  əldə  olunması  üçün,  bütün  zəruri 

məlumatların  təmin  edilməsində  daha  münasib 

vahid hesab edilir. 

 

MÜƏSSĐSƏDƏN  KƏNARDA  ĐSTĐFADƏ 

OLUNAN  NƏQLĐYYAT  VASĐTƏLƏRĐ  - 

(NƏQLĐYYAT PARKI)

 - “Əsas kapitalın əldə 

edilməsi” 

maddəsinin 

altbölməsidir. 

Ona 

müəssisədən  kənarda  istifadə  edilən  bütün 



avtonəqliyyat  və  gəmi  vasitələri,  fərdi  istifadə 

üçün 


avtomobillər, 

yük 


avtomobilləri 

və 


 

467


avtobuslar,  həmçinin  bütün  növ  avtomobillər, 

gəmilər, dəmir yolu vaqonları və s. daxildir.  

 

MÜƏSSĐSƏLƏR  QRUPU 

  –  (I)  bir-biri  ilə 

hüquqi  və  ya  maliyyə  əlaqələri  ilə  bağlı  olan 

müəssisələr 

assosiasiyasıdır. 

Müəssisələr 

qrupunun istehsal, satış, mənfəət, siyasət  və digər 

məsələləri üzrə qərar qəbul etmək üçün  bir və ya 

bir neçə mərkəzi ola bilər. Onlar maliyyə və vergi 

ödənişlərinin  idarə  olunmasının  bəzi  cəhətlərini 

mərkəzləşdirə 

bilirlər. 

Müəssisələr 

qrupu 


özlüyündə  ona  daxil  olan  vahidlərdə    seçim 

edilməsində  kömək  edən  iqtisadi  törəməni  əks 

etdirir.  

(II)  -  eyni  bir  hüquqi  vahid,  baş  müəssisə 

tərəfindən  birbaşa  və  ya  dolayısı  ilə  nəzarət 

olunan    müəssisələr  qrupundan  ibarət  statistik 

vahiddir.  Müəssisələr  qrupunda  istehsal,  satış  və 

gəlir siyasəti haqqında qərar qəbul edən  bir neçə 

mərkəz  ola  bilər.  Müəssisələr  qrupu  ona  daxil 

olan  qarşılıqlı  əlaqədə  olan  vahidlərə  aid  qərar 

qəbul  etmək  hüququ  olan  iqtisadi  vahid  hesab 

edilir.  

 

MÜƏSSĐSƏLƏR  STATĐSTĐKASI



  -  iqtisadi 

statistikanın  mühüm  hissəsi  olmaqla,  təsnifatlar 

sistemi  və  müəssisələr  registri  kimi  statistik 

təməllər  üzərində  qurulan,  göstəricilər  sisteminin 

əsasını beynəlxalq səviyyədə uzlaşdırılmış tərif və 

anlayışlar təşkil edən, struktur (illik), qısamüddətli 

(cari)  və  konyunktur  (keyfiyyət  göstəricilərinə 

əsasalanan)  statistika  müşahidələrini  inzibati 

statistika  ilə  əlaqələndirərək  onlardan  qidalanan, 

iqtisadiyyatda  baş  verən  kütləvi  hadisə  və 

proseslərin  kəmiyyət  və  keyfiyyət  tərəflərini  

özündə əks etdirən informasiya sistemidir.   

Avropa  Statistika  Bürosunun  anlayışlarına  görə, 

müəssisələr 

statistikası 

demoqrafik 

məlumatlardan  başlamış,  məşğulluq  məlumatları 

və  milli  hesabdarlığadək  olan  bütün  fəaliyyətləri 

əhatə  edir.  Müəssisələr  statistikası  istifadəçiləri 

müəssisələrin fəaliyyəti və rəqabət qabiliyyətliliyi 

haqqında  statistik  məlumatlarla  təmin  edir.  Bu 

məlumatlar - 1) müəssisələrin strukturu və onların 

fəaliyyətinin 

qiymətləndirilməsinin; 

2) 

müəssisələrin  fəaliyyəti  ilə  bağlı  meyllərin;  3) 



istehsal  və  müəssisələrin sahibkarlıq  fəaliyyətinin 

digər  amillərinin;  4)  bazarın  və  sahibkarlığın 

inkişafının  regional,  milli,  ictimai  və  beynəlxalq; 

5) kiçik və orta müəssisələrin işinin təhlili zamanı 

istifadə edilə bilər. 

Müəssisələr  statistikası  sisteminin  Azərbaycanda 

yaradılmasını  şərtləndirən  əsas  amil  -  keçmiş 

SSRĐ-də tətbiq olunan və planlı iqtisadiyyat üçün 

nəzərdə  tutulmuş  Xalq  Təsərrüfatının  Balansı 

(XTB)  sisteminin  əvəzinə  1993-cü  ildən  Milli 



Hesablar  Sisteminin  (MHS)  tətbiqi  olmuşdur. 

XTB-dən  fərqli  olaraq,  MHS  –  ölkənin  ümumi 

milli  gəlirini  və  ümumi  daxili  məhsulun 

istehsalını,  bölüşdürülməsi  və  istifadəsini  əks 

etdirən,  məntiqi  cəhətdən  ardıcıl  və  inteqrasiya 

olunmuş  hesab  və  cədvəllər  məcmusundan 

ibarətdir.  Bu  sistem  XX  əsrin  ortalarında 

yaradılaraq bazar iqtisadiyyatının makrosəviyyədə 

təsviri  və  təhlili  üçün  inkişaf  etmiş  dünya 

ölkələrində  istifadə  olunan  əsas  informasiya 

sistemidir. Onun göstəriciləri və təsnifatları bazar 

iqtisadiyyatının  strukturunu  və  seqmentlərini  əks 

etdirir.        

 

Müəssisələr statistikasına keçidin əsas məqsəd və 

vəzifələri aşağıdakıları əhatə edir.  

Məqsədlər:  

Milli 



Hesablar 

Sistemi 


səviyyəsində 

makroiqtisadi 

göstəricilərin 

formalaşdırılması 

üçün zəruri yeni məlumatların əldə edilməsi; 

beynəlxalq 



analoqlar 

əsasında 

işlənib 

hazırlanmış milli təsnifatlar sistemi və müəssisələr 

registrinin yaradılması və tətbiqi; 

-  milli  iqtisadiyyatın  dünya  iqtisadi  sistemində 

tutduğu 

yerin 


müəyyənləşdirilməsi 

üçün 


ölkələrarası müqayisələrin təmin edilməsi; 

-  statistik  göstəricilər  sistemi  anlayışlarının 

beynəlxalq  təriflər  əsasında  qurulmasının  təmin 

edilməsi və təkmilləşdirilməsi; 

statistik 



hesabat 

formalarının 

sayının 

azaldılması, unifikasiyası; 

respondentlərə 



düşən 

statistika 

yükünün 

azaldılması.      

Vəzifələr: 

-  iqtisadi  siyasətin  formalaşdırılması,  müxtəlif 

dövlət  proqramlarının  işlənib    hazırlanması  ilə 

bağlı  qərarların  qəbulu  üçün  dövlət  idarəetmə 

orqanlarına zəruri məlumatların təqdim olunması; 

-  ölkənin  iqtisadi  ehtiyatlarının,  onların  quruluşu 

və  dinamikasının,  iqtisadiyyatın  sahələr  üzrə 

bölgüsünün daim statistik öyrənilməsi və təhlili; 

-  iqtisadi  prosesin  əsas  nəticələri,  iqtisadi  artım 

sürəti,  istehsal  edilən  məhsulun  həcmi  və 

quruluşunun təhlili; 

-  iqtisadiyyatın  əsas  sahələrində  müəssisələrin 

fəaliyyətinin  nəticələri,  mühüm 

məhsulların 

istehsalı  və  xidmətlərin  göstərilməsi  haqqında 

aktual məlumatların əldə edilməsi; 

-  təsərrüfat  subyektlərinin  xarakteristikalarının 

təhlili;  

-  iqtisadi  inkişafın  əsas  yekunları  və  meylləri 

haqqında ictimaiyyətin məlumatlandırılması.      



Müəssisələr statistikası sisteminin əsasını 3 təməl 

-  təsnifatlar  sistemi,  müəssisələr  registri  və 

mühasibat  uçotunun  ümumi  hesab  planı  təşkil 

edir. 


Müəssisələr  statistikasının  öyrəndiyi  hadisələr 

mürəkkəb  olduğundan,  onların  mahiyyətini  bir    

göstərici  vasitəsi  ilə  əks  etdirmək  qeyri-


 

468 


mümkündür.  Məhz  bu  səbəbdən,  göstəricilər 

sistemindən 

istifadə 

edilir. 


Müəssisələr 

statistikasının  göstəricilər  sistemi  400-dən  artıq 

göstəricini  özündə  əks  etdirir.  “Göstəricilər 



sistemi”  dedikdə,  bütövlükdə  iqtisadiyyatı  və 

iqtisadi  prosesin  əsas  aspektlərini  xarakterizə 

edən,  qarşılıqlı  əlaqələndirilmiş  və  razılaşdırılmış 

göstəricilərin  nizama  salınmış  çoxluğu  başa 

düşülür.  Qarşılıqlı  əlaqələndirmə  -  göstəricilərin 

uzlaşdırılmış 

konsepsiyalara, 

təriflərə 

və 

təsnifatlara əsaslanmasını ifadə etdirir.     



Đqtisadi  prosesin  bu  və  ya  digər  aspektlərini 

xarakterizə 

edən 

müəssisələr 



statistikasının 

göstəriciləri 

müəssisələr 

statistikasının 

altsistemlərini (məsələn, sənaye statistikası, ticarət 

statistikası,  tikinti  statistikası  və  s.)  təşkil  edir. 

Deməli,  müəssisələr  statistikasının  göstəricilər 

sistemi  iqtisadi  informasiyanın  bir-biri  ilə 

uzlaşdırılmış 

altsistemlərinin 

məcmusundan 

ibarətdir. 

Müəssisələr  statistikası  çoxsaylı  məsələləri  əhatə 

etsə  də,  onun  sisteminin  əsasını  təşkil  edən 

məhdud  sayda  əsas  dəyişən  kəmiyyətlərdir: 

fəaliyyətdən  əldə  olunan  gəlir  (dövriyyə),  ticarət 

xərcləri,  məhsulun  dəyəri,  aralıq  istehlak,  ümumi 

əlavə  dəyər,  heyətin  saxlanılmasına  xərclər, 

vasitəli 

(dolayı) 

vergilər, 

vasitəli 

(dolayı) 

dotasiyalar,  ümumi  əməliyyat  mənfəəti,  kapital 

xərcləri,  amortizasiya,  xalis  əməliyyat  mənfəəti, 

ödənilmiş  faizlər,  icarə  haqqı,  gəlirin  digər 

mənbələri, mənfəət, zərər, habelə məqsəddən asılı 

olaraq və s. mövcuddur.   

Statistika  göstəriciləri  bir  tərəfdən  hadisənin 

konkret  rəqəmlə  ifadə  olunan  xarakteristikasını 

əks etdirir, digər tərəfdən isə göstəricinin tərkibinə 

daxil  edilməli  olan  elementlərin,  yəni  bu  və  ya 

digər  göstəricinin  məzmununu  müəyyən  edir. 

Müəssisələr 

statistikası 

göstəricisinin 

məzmununun 

və 


onun 

qiymətləndirilmə 

metodlarının  müəyyənləşdirilməsinə  göstəricinin 

metodologiyası  deyilir.  Metodologiyanın  işlənib 

hazırlanması mərhələləri aşağıdakılardır: 

-  statistik  öyrənilməsi  vacib  olan  hadisə  və 

proseslərin müəyyən edilməsi; 

hər 



hansı 

göstəricinin 

hesablanmasının 

məqsədlərinin: 

məsələn, 

ÜDM-nin 


hesablanmasının 

məqsədi 


– 

iqtisadi 

artım 

sürətinin, 



əmtəə 

istehsalı 

və 

xidmətlərin 



göstərilməsinin ölçülməsi və s. müəyyən edilməsi; 

- göstəricinin tərkibinin müəyyən edilməsi;  

-  bu  və  ya  digər  meyarlar  əsasında  öyrənilən 

iqtisadi 

hadisələrin 

həmcins 


qruplara 

bölüşdürülməsi 

üçün 

tətbiq 


ediləcək 

əsas 


təsnifatların müəyyənləşdirilməsi; 

- göstəricilərin hesablanması üçün zəruri məlumat 

mənbələrinin müəyyən edilməsi; 

ümumiləşdirici 



göstəricilər 

əldə 


etmək 

məqsədilə 

toplanmış 

məlumatların 

işlənib 

hazırlanma üsulunun müəyyən edilməsi. 



Müəssisələr  statistikası  iki  hissədən  ibarətdir: 

kəmiyyət  göstəricilərinin  statistikası  və  keyfiyyət 

göstəricilərinin 

statistikası. 

Kəmiyyət 

göstəricilərinin 

statistikası 

öz 

növbəsində: 



müəssisələrin  qısamüddətli  (cari)  statistikası  və 

struktur statistikasına ayrılır. 

Müəssisələrin 

qısamüddətli 

statistikası 

cari 


statistikadır.  Onun  təyinatı  sənayenin,  tikintinin, 

ticarətin,  nəqliyyatın,  rabitənin  və  s.  vəziyyətini 

xarakterizə  edib,  qısamüddətli  göstəricilərin 

meyllərini izləməkdən ibarətdir.  

Müəssisələrin  struktur  statistikasının  vəzifəsi  - 

konyunktur  dəyişikliklərə  birbaşa  aid  olmayan 

illik məlumatların verilməsidir. Statistikanın digər 

sahələrindən  fərqli  olaraq,  struktur  statistikası 

bütövlükdə  müəssisənin  özünün,  habelə  onun 

strukturunu  təşkil  edən  tərkib  hissələrinin  – 

fəaliyyət  növü  vahidlərinin,  yerli  vahidlərin, 

fəaliyyət  növünün  yerli  vahidlərinin  və  s.  əsas 

makroiqtisadi göstəricilərini öyrənir.          

Keyfiyyət  göstəricilərinin  statistikası  aylıq  və  ya 

rüblük  dövriliklə,  bir  qayda  olaraq,  respondentlər 

üçün  məcburi  xarakter  daşımayan  konyunktur 

sorğulara  əsaslanır.  Bu  sorğuların  keçirilməsində 

əsas  məqsəd  -  ümumi  iqtisadi  meyllərin 

proqnozlaşdırılması  üçün  müəssisə  rəhbərlərinin 

cavabları  əsasında  iqtisadiyyatın  bu  və  ya  digər 

sahəsinin  mövcud  vəziyyəti  və  gələcək  inkişafı, 

əsas göstəricilərin dəyişməsi haqqında qabaqlayıcı 

məlumatların 

əldə 


edilməsidir. 

Müəssisə 

rəhbərlərinə 

müəssisənin 

əldə 

etdiyi 


son 

nailiyyətlər  barəsində  suallar  verilir  və  yaxın 

gələcəkdə  müəssisənin  inkişaf  perspektivlərinə 

dair onların rəyi öyrənilir.  

Müəssisələr 

statistikası 

iqtisadi-demoqrafik 

vəziyyəti  müəyyən  vaxt  anına  təsvir  edir.  Lakin 

ayrı-ayrı  tərkib  hissələrinin  əsas  demoqrafik 

dəyişiklikləri  təhlil  edilmədikdə,  bu  nəticələr 

dolğun 

olmur. 


Müəssisələr 

statistikasında 

“demoqrafiya”  termini  altında  müəssisələrin 

əmələ  gəlməsi  (yaranma,  birləşmə  və  s.)  və 

fəaliyyətinin  qurtarması  (bağlanma,  udulma, 

ayrılma  və  s.)  başa  düşülür.  Məsələn,  əgər  il 

ərzində  kimya  sənayesi  müəssisələrinin  sayında 

artım  müşahidə  olunmuşdursa,  bu  o  deməkdir  ki, 

artım  il  ərzində  müəssisələr  məcmusuna  daxil 

olan  və  oradan  çıxan  bütün  halların  fərqini 

göstərir.  Bu  cür  demoqrafik  dəyişikliklərin 

statistikası struktur statistikasının atributudur.      

Müəssisələr statistikasına iqtisadi fəaliyyət növləri 

üzrə kənd  və  meşə təsərrüfatı, ovçuluq, balıqçılıq 

və balıq təsərrüfatı, maliyyə, sığorta, elmi tədqiqat 

və  işləmələr,  dövlət  idarəetməsi,  sosial  təminat, 

təhsil,  səhiyyə,  ictimai  birliklərin  fəaliyyəti  aid 


 

469


olan  müəssisələr  istisna  olmaqla,  iqtisadiyyatın 

qalan sahələrində fəaliyyət göstərən müəssisələrin 

fəaliyyəti aid edilir.      


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin