A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə117/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   113   114   115   116   117   118   119   120   ...   182

(II)  –  Avropa  Milli  Hesablar  Sisteminə  (AMHS) 

görə,  məşğulluq  hər  hansı  istehsal  fəaliyyəti  ilə 

məşğul  olan  həm  muzdlu  işçiləri,  həm  də 

özüməşğulları ifadə edən kateqoriyadır.  

1). Muzdlu işçilər: 

Razılaşmaya  əsasən  digər  institusional  rezident-

vahidlərə  işləyən  və  öz  əməyinə  görə  haqq  alan 

bütün  şəxslərdir.  “Đş  verən  –  muzdlu  işçi”  tipli 



 

449


əlaqələr  müəssisə  ilə  şəxs  arasında  razılaşma 

olduqda  və  həmin  şəxs  pul  və  ya  natura 

formasında  haqqın  əvəzinə  müəssisəyə  işlədikdə 

mövcud  olur.  Bu  növ  razılaşmalar  formal  və 

qeyri-formal  ola  bilər  və  hər  iki  tərəfdən  könüllü 

surətdə baş verir. 

2) Özüməşğul şəxslər: 

Xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs, 

kvazikorporasiyalar  kimi  təsnifləşdirilən  qeyri-

korporativ  müəssisələr  istisna  olmaqla,  qeyri-

korporativ  müəssisələrin    təkbaşına  mülkiyyətçisi 

və  ya  birgə  mülkiyyətçisi  hesab  edilən  şəxs  kimi 

müəyyənləşdirilir.  Özüməşğul  şəxslər  özlüyündə 

onların  əsas  fəaliyyətlərini    təşkil  edən,  haqqı 

ödənilən  muzdlu  işçi  kimi  fəaliyyət  göstərmir. 

Əks halda, onlar muzdlu kimi təsnifləşdirilərdilər. 

Özüməşğul 

şəxslər 


aşağıdakı 

kateqoriyaları 

özündə  birləşdirir:  ailə  müəssisələrinin  haqqı 

ödənilməyən  işçilərini,  evdə  işləyən  işçiləri, 

özlərinin son (şəxsi) istehlakı və ya kapitalın şəxsi 

yığımı  üçün  bütövlükdə  məhsul  istehsalı  ilə  fərdi 

və ya kollektiv şəkildə məşğul olanları. 

Məşğul  şəxslərə  müəyyən  kiçik  dövr  ərzində  (bir 

həftə  və  ya  bir  gün)  aşağıdakı  kateqoriyalarda 

olmuş  və  müəyyən  yaşdan  yuxarı  bütün  şəxslər 

daxildir: 

I. “Ödənilən məşğulluq”  



- “işdə olmuşlar”: göstərilən dövr ərzində pul və 

ya  natura  formasında  haqqı  ödənilməklə  bir  sıra 

işlər yerinə yetirmişdir; 

-  “işləri  olmuşdur,  ancaq  işdə  olmamışlar”: 

artıq  özlərinin  hazırkı  işlərini  işləmişlər,  ancaq 

göstərilən  dövr  ərzində  faktiki  işdə  olmamışlar 

(formal  olaraq  olmuşlar).  Bu  formal  aidiyyət 

aşağıdakı  meyarlardan  bir  və  ya  daha  çoxuna 

uyğun  olaraq,  milli  vəziyyət  nəzərə  alınmaqla 

müəyyən edilməlidir: 

- əmək haqqının alınmasının davam etməsi; 

- işdə müvəqqəti qaibliklə nəticələnmiş səbəb  və 

ya  qayıtma  tarixi  haqqında  razılıq  başa  çatdıqdan 

sonra işə qayıtmaya zəmanət; 

 - işdə olmama vaxtının başa çatması. Bu, işçilərin 

başqa iş qəbul edilərkən öhdəliksiz kompensasiya 

güzəşti ala bilmək vaxtına uyğun gələ bilər. 

II. “Özü məşğulluq” 

- “işdə olmuşlar”: göstərilən dövr ərzində pul və 

ya natura formasında mənfəət və ya ailə gəliri əldə 

etmək üçün bir sıra işləri həyata keçirmiş şəxslər; 



“müəssisələri 

olmuşdur, 

ancaq 

işdə 

olmamışlar”:  əmtəə  istehsal  edən  müəssisələri, 

xidmət  göstərən  ferma  və  ya  müəssisələri  ola 

bilən,    göstərilən  dövr  ərzində  hər  hansı    xüsusi 

səbəbə görə işdə olmayan şəxslər. 

Müəssisələr  statistikasında  ailə  sahibkarlığında 

çalışan,  haqqı  ödənilməyən  işçilər  özüməşğul 

şəxslər kateqoriyasına daxil edilmir.  

 

MƏŞĞULLUQ  XĐDMƏTĐ  ĐŞÇĐLƏRĐNƏ 

ÖDƏNĐŞLƏR

  –  işçi  qüvvəsi  ilə  təmin  etdiyinə 

görə  məşğulluq  xidməti  və  oxşar  təşkilatlara 

ödəmələr  bu    göstəriciyə  daxildir.  Bura  yalnız 

sənaye  və  ya  qeyri-sənaye  xarakterli  xüsusi 

xidmətlərin təqdim edilməsi ilə əlaqədar olmayan 

işçi  qüvvəsi  ilə  təmin  edilməyə  görə  ödəmələr 

daxildir.  

 

MƏŞĞULLUQ  STATĐSTĐKASI



  –  rəsmi 

statistika 

orqanları  tərəfindən 

toplanan 

və 

sistemləşdirilən 



əhali 

məşğulluğu 

haqqında 

məlumatların 

məcmusudur. 

Məşğulluq 

statistikasının 

beynəlxalq 

normaları 

informasiyanın  demoqrafik  parametrləri  üzrə 

(cins,  yaş,  ailə  vəziyyəti)  ayrılmasını  nəzərdə 

tutur. Xüsusi demoqrafik tədqiqatlarda məşğulluq 

statistikası  məşğulluqla  demoqrafik  proseslərin 

qarşılıqlı əlaqəsinin təhlili üçün məlumat mənbəyi 

ola bilər.  

Ümumi  məşğulluq  məlumatlarından  kadrların 

hərəkətini  (işə  qəbul,  işdən  çıxarma,  o  cümlədən 

ştatların  ixtisarı  üzrə),  boş  yerlərin  dinamikasını, 

ikinci məşğulluğu (əvəzetmə və podrat müqaviləsi 

üzrə  iş),  rəhbərliyin  təşəbbüsü  ilə  qismən 

məşğulluğu  (natamam  iş  vaxtı,  istehsal  həcminin 

azalması ilə bağlı məcburi məzuniyyət) müşahidə 

etmək olur. 

Müasir məşğulluq statistikasında işsizlik haqqında 

məlumatların  mənbəyi  yerli  məşğulluq  xidmətləri 

orqanlarının  hesabatları  və  statistika  orqanları 

tərəfindən  əhalinin  iqtisadi  fəallığına  dair  ev 

təsərrüfatlarında 

keçirilən 

müayinələrin 

məlumatlarıdır.  

 

MƏZƏNNƏNĐN  TƏNZĐMLƏNMƏSĐ

  – 


birjada  valyuta  məzənnəsinin  və  ya  dövlətin  və 

digər  qiymətli  kağızların  məzənnələrinin  enib-

qalxmalarının    məhdudlaşdırılmasına  yönəldilmiş 

fəaliyyətdir.  Mərkəzi  Bank  və  ya  emitentlərin 

özləri  (öz  səhmdarları  vasitəsilə  və  ya  bankların 

özləri)  tərəfindən  həyata  keçirilir.

 

Zərurət 


yarandıqda,  bazar  agentləri  açıq  bazarda  fəal 

surətdə  valyutanı  alıb-satmaqla,  tələb  və  təklifin 

nisbətini  dəyişdirir  və  bununla  da  qiymətlərin 

səviyyəsinə  təsir  göstərirlər.  Həmçinin  depozit 

kassaları və sığorta şirkətləri, investisiya şirkətləri 

və  pensiya  fondları  səhmləri  aşağı  qiymətlərlə 

əldə  etməklə  və  onları  yuxarı  məzənnə  ilə 

satmaqla 

tənzimləyici 

rol 


oynayırlar. 

Bu 


əməliyyatlar  valyuta  səviyyələrinin  və  portfel 

risklərinin yüksək peşəkarlıqlı təhlili ilə müşayiət 

olunmalıdır (“Bankların riski”nə bax). 

 

MƏZUNĐYYƏT



  –  iş  yerini  (vəzifəsini) 

saxlamaqla muzdla işləyən işçilərə verilən qeyri-iş 

vaxtıdır  (bazar  və  bayram  günlərindən  başqa). 


 

450 


Ödənişli,  müəyyən  hissəsi  ödənilən  və  ödənişsiz 

məzuniyyətlər 

fərqləndirilir. 

Ölkə 


Konstitusiyasına  və  əmək  qanunvericiliyinə  görə, 

əmək  müqaviləsi  üzrə  işləyənlərə  hər  il  müddəti 

qanunvericilikdə 

nəzərdə 


tutulduğundan 

az 


olmayan 

ödənişli 

məzuniyyətin 

verilməsinə 

zəmanət  verilir.  Statistikada  illik  məzuniyyət  iş 

günləri və illik iş günlərinə uyğun gələn iş günləri 

(bazar günləri və bayram günləri – qeyri-iş günləri 

daxil  olmadan)  və  beşgünlük  iş  həftəsinin  ikinci 

istirahət 

günü 


daxil 

olmaqla, 

adam-günlə 

hesablanır. Ödənişli məzuniyyətdə həm əsas, həm 

də  qanunvericilikdə  nəzərdə  tutulmuş  əlavə 

ödənişli  (zərərli  iş  şəraitində  məşğul  olan  işçilərə 

verilən  məzuniyyət;  bir  təşkilatda,  müəssisədə 

uzunmüddətli  iş  stajına  görə  müəyyən  edilən 

məzuniyyət və s.) adam-günlər nəzərə alınır.  

 

MHS  VARĐANTLARI



  –  MHS-in  müxtəlif 

beynəlxalq təşkilatlar tərəfindən tövsiyə edilən və 

müxtəlif ölkələrdə istifadə olunan variantlarıdır. 

Milli hesablar sistemi, makroiqtisadi göstəricilərin 

məcmusu  kimi,  bazar  iqtisadiyyatı  inkişaf  etmiş 

ölkələrdə  Đkinci  Dünya  Müharibəsindən  əvvəl 

tətbiq  edilməyə  başlanmışdır.  Milli  təcrübələrin 

ümumiləşdirilən  və  tətbiq  edilmək  üçün  tövsiyə 

edilən  BMT-nin  MHS-in  birinci  variantı  1952-ci 

ildə  meydana  çıxmışdır.  MHS-in  1968-ci  il 

versiyası və Avropanın birləşmiş iqtisadi hesablar 

sistemi 


(Avrostatın 

MHS-i) 


daha 

geniş 


yayılmışdır.  Lakin  bu  sistemlər  tövsiyə  xarakteri 

daşıyır 


və 

milli 


statistika 

xidmətləri 

bu 

sistemlərdən tam istifadə etmirlər. Bir çox ölkələr, 



məsələn,  Fransa  özünün  orijinal  milli  hesablar 

variantından  istifadə  edir  (axmayaraq  ki,  bu 

variantların  hamısı  BMT  və  digər  beynəlxalq 

təşkilatların  variantlarındakı  əsas  anlayış  və 

təyinatlara görə unifikasiya edilmişdir).  MHS-nin 

sonuncu  variantı  1993-cü  ildə  BMT-nin  Baş 

Assambleyası tərəfindən qəbul edilmiş və 2008-ci 

ildə 


yenidən 

baxılmışdır. 

Bu 

sistemin 



hazırlanmasında 

BMT-nin 


Statistika 

Komitəsindən 

başqa, 

Beynəlxalq 



Valyuta 

Fondunun 

(BVF), 

Beynəlxalq 



Đnkişaf 

və 


Yenidənqurma 

Bankının 

(ĐYBB), 

Đqtisadi 

Əməkdaşlıq  və  Đnkişaf  Təşkilatının  (ĐƏĐT), 

Avropa  Đqtisadi  Birliyinin  (AĐB)  ekspertləri  də 

iştirak etmişdir.  

 

MĐKRO  EHM 

–  EHM-in  4-cü  nəslindən  olan 

mikro 

elektron 



hesablama 

maşınıdır. 



Mikroprosessordan,  böyük  inteqral  sxemlərdə 

yerinə yetirilən yaddaşdan və giriş-çıxış qurğuları 

ilə  rabitə  vasitələrindən  ibarətdir.  Həm  terminal, 

həm  də  fərdi  EHM  kimi  istifadə  edilir.  Mikro 

EHM  əsasında  istifadəçilərə  istiqamətləndirilmiş 

hesablama kompleksləri yaradılır.  



MĐKROFĐŞLƏMƏ

  –  mətnli  informasiyaların 

kadrların  matrisasında  mikrofişlərə  -  nazik 

fotoplyonkalara məlumatların çıxarılmasıdır. 



 

MĐKROĐQTĐSADĐ  MODEL

  –  lokal  iqtisadi 

obyektin və yaxud prosesin (müəssisələr, sahələr) 

hərəkətini 

(fəaliyyətini) 

xarakterizə 

edən 

modeldir. 



Bununla 

yanaşı, 


belə 

hərəkətin 

(fəaliyyətin)  makroiqtisadi  vəziyyətdən  asılılığını 

müəyyən  edən  parametrlər  ekzogen  formada 

verilir.  

 

MĐKROĐQTĐSADĐYYAT 

– 

iqtisadiyyat 



elminin  bir  hissəsidir,  ayrı-ayrı  iqtisadi  vahidləri 

(sahələri,  firmaları,  ev  təsərrüfatlarını)  və  ayrı-

ayrı  bazarları,  müəyyən  qiymətləri,  mal  və 

xidmətləri  araşdırır.  Məhdud  iqtisadi  ehtiyatlar 

şəraitində  istehsal,  bölgü  və  istehlakı,  ayrı-ayrı 

iqtisadi 

subyektlər: 

istehlakçılar, 

işçilər, 

investisiyaçılar, 

ehtiyat 

sahibləri, 

ayrı-ayrı 

firmalar  tərəfindən  qərarların  qəbul  edilməsi 

mexanizmini  öyrənir.  Bazarları  və  iqtisadiyyatın 

ayrı-ayrı  sahələrini  formalaşdıran  istehlakçıların 

və  firmaların  qarşılıqlı  əlaqələrini  tədqiq  edir. 

Mikroiqtisadiyyat  ayrı-ayrı  iqtisadi  subyektlərin 

bazardakı  fəaliyyətini  izah  etməyə  və  gələcək 

üçün  proqnozlaşdırmağa  imkan  verən  riyazi 

modellər  nəzəriyyəsindən  istifadə  edir.  Modellər 

göndərilən  və  satılan  mal  və  xidmətlərin  həcmi 

(kəmiyyəti),  əmək  məhsuldarlığının  artım  sürəti, 

bank faizlərinin dərəcələri, işsizlik, inflyasiya və s. 

kimi  ümumi  iqtisadi  göstəricilər  əsasında  işlənib 

hazırlanır. Đqtisadiyyatdakı mikroiqtisadi proseslər 

əmək  statistikası,  əmtəə  bazarının  statistikası, 

müəssisələr, qiymət, ev təsərrüfatları statistikaları; 

sahə statistikaları; vergi statistikası kimi statistika 

bölmələrində əks etdirilir.   



 

MĐKROPROSESSOR

  –  inteqral  mikrosxem 

bazasında 

yerinə 


yetirilən, 

fiksasiya 

ilə 

məlumatları işləyib hazırlayan proqram-idarəedici 

qurğudur.  Mikroprosessor  verilmiş  komanda 

sistemlərinin  həyata  keçirilməsi  üçün  nəzərdə 

tutulmuşdur.  Hesabi-məntiqi  qurğudan,  daxili 

yaddaşdan  və  idarəetmə  qurğusundan  ibarətdir. 

Fərdi  EHM-də  mərkəzi  idarəetmə  funksiyasını 

yerinə yetirir. 

 

MĐKROSĐYAHIYAALMA 

(MĐKRO-

SENZ)

 – bütün ölkə üçün təmsilçi (reprezentativ) 

əhalinin 

seçmə 


müşahidəsidir, 

mikrosiyahıyaalmanın xüsusiyyəti ondan ibarətdir 

ki,  müşahidə  üçün  adətən  ərazi  sahələri  (əhalinin 

siyahıyaalmasının  hesablama  sahələri,  yaşayış 

məhəllələri, evlər və hətta yaşayış otaqları) seçilir 

və  bu  ərazidə  yaşayanların  hamısından  sorğu 



 

451


aparılır, bunun sayəsində seçmədə bütün regionlar 

və  əhalinin  bütün  qrupları  təmsil  olunur.  Ölkə 

sakinlərinin  sayından  və  ətraflı  məlumatlara 

tələbatdan  asılı  olaraq,  seçmənin  payı  müəyyən 

olunur.  Əhalinin  ümumi  siyahıyaalınmasından 

fərqli  olaraq,  mikrosiyahıyaalma  böyük  məsrəflər 

tələb  etmir  və  müşahidə  proqramı  nisbətən 

müfəssəl  və  hər  hansı  bir  mövzuya  aid  olur. 

Mikrosiyahıyaalmanın  Avropa  ölkələrində  XX 

əsrin ortalarından seçmə texnikası və məlumatları 

qiymətləndirmə 

metodları 

işləndiyi 

zaman 


yayılmağa  başlamış  və  əksəriyyətinin  mövzusu 

doğuşun 


və 

onun 


amillərinin 

öyrənilməsi 

olmuşdur.  

 

MĐQRANT

 

(lat. 


migrans

yiyəlik 


halda 

migrantis  –  köçən)  –  miqrasiya  edən  şəxs,  yəni 

daimi  yaşayış  yerini  həmişəlik,  yaxud  uzun 

müddətə  dəyişdirməklə  bu  və  ya  digər  ərazilərin 

sərhədlərini  keçən  şəxsdir.  “Miqrant”  terminini 

geniş 

şərh 


etdikdə, 

mütərəddid 

(kəfkirli) 

miqrasiya edən şəxslər də ona daxil edilir. 

 

MĐQRANTLARIN  STATĐSTĐK  QEYDĐY-

YAT VƏRƏQƏSĐNƏ QOŞULAN KƏSMƏ 

TALON 

-  əhalinin  miqrasiyasının  (mexaniki 

hərəkətinin)  cari  uçotunu  aparmaq  üçün  ilkin 

sənədlərdən  biridir.  Vətəndaşları  yeni  yaşayış 

yerlərində  qeydiyyata  almaq  üçün  daxili  işlər  və 

yerli  idarəetmə  orqanları  tərəfindən  tərtib  edilir. 



Miqrantların  (daimi  yaşayış  yerini  dəyişənlərin) 

sayı  və  tərkibi,  miqrasiya  axınları,  istiqamətləri 

barədə  icmal  məlumatları  işləmək  və  əldə  etmək 

məqsədilə statistika orqanlarına təqdim edilir. 



 

MĐQRASĐYA

  (demoqrafiya  statistikasında)  

bu  və  ya  digər  ərazinin  sərhədlərini  keçməklə, 

daimi,  yaxud  uzun  müddətə  yaşayış  yerini 

dəyişməklə,  əhalinin  (miqrantların)  hərəkətidir. 

Miqrasiya 

miqrantların 

axınından 

cəmləşdirildiyindən,  “miqrasiya”  termini  həm  də 

cəm halında istifadə edilir. 

Miqrasiya  vaxtı  hansı  inzibati  ərazinin  -  ölkənin 

və  ya  onun  hissəsinin  (ölkə,  şəhər,  rayon  və  s.) 

sərhədini  keçməsindən  asılı  olaraq,  beynəlxalq 

miqrasiya  (emiqrasiya  –  ölkədən  gedənlər, 

immiqrasiya  –  ölkəyə  gələnlər)  və  daxili 

miqrasiya  fərqləndirilir.  Həmçinin  kənd  və  şəhər 

əhalisinin  miqrasiyası,  şəhərlərarası  miqrasiya, 

kənd  yerlərindəki  miqrasiya  –  “kənd-şəhər”, 

“şəhər-şəhər”, 

“şəhər-kənd”, 

“kənd-kənd” 

miqrasiya axınları fərqləndirilir. Đri ərazi vahidləri 



hüdudunda  miqrasiya  axını  (iqtisadi  rayon,  ölkə) 

rayondaxili  miqrasiya,  onlar  arasındakı  isə 

rayonlararası miqrasiya adlanır. 

Yaşayış  yerinin  dəyişməsi  müddətindən  asılı 

olaraq, 

daimi 


və 

müvəqqəti 

(mövsümi), 

qayıtmamaqla  və  qayıtmaqla  olan  miqrasiya 

fərqləndirilir.  Yaşayış  yerini  dəyişməklə  əlaqədar 

olmayan,  müntəzəm  olaraq  iş  və  ya  təhsil 

yerlərinə 

gedişlər 

də 

həmçinin 



miqrasiya 

(hərəkətdə olan, rəqs edən) adlanır. 

Miqrasiyanın əsas məlumat mənbəyi miqrasiyanın 

cari  uçotundan,  əhalinin  siyahıyaalınmaları  və 

müayinələrindən  ibarətdir.  Miqrasiyanı  miqrasiya 

haqqında göstəricilər sisteminin köməyi ilə tədqiq 

edirlər  ki,  bu  göstəricilər  də  hadisələrin  ayrılıqda 

bu  və  ya  digər  tərəflərini  öyrənir  (miqrantların 

sayını,  tərkibini,  yerdəyişmənin  istiqamətlərini, 

onların nəticələrini və s.). 

Miqrasiyanın  müxtəlif  növlərinə  baxılması  onun 

vahid bir proses kimi təhlil edilməsinə və ayrı-ayrı 

növləri  arasındakı  əlaqələrin  aşkar  olunmasına 

imkan verir. 



 

MĐQRASĐYA  AXINI

 

– 



müəyyən 

vaxt 


kəsiyində  ümumi  gəlmə  və  getmə  rayonları  olan 

miqrantların  (yaxud  miqrasiyanın)  ümumi  sayı; 

miqrasiya  istiqamətləri  göstəricilərindən  biridir. 

Birbaşa  və  qayıdan  miqrasiya  axını  ayrılır.  Bir-

birinə  qarşı  iki  istiqamətləndirilmiş  miqrasiya 

axınından ölçüsünə görə böyük olanı əsas (üstün) 

axın  kimi,  az  intensivliyi  –  əks  axın  kimi  ifadə 

edilir. Əsas axınla əks axın arasında fərq iki rayon 

arasında təmiz (xalis) axın adlanır, əsas axınla əks 

axının cəmi – iki rayon arasında əhali mübadiləsi 

adlanır.  Müxtəlif  əmsalların  köməyi  ilə  aparılan 

miqrasiya 

axınının 

təhlili 


(“Miqrasiya 

göstəriciləri”nə  bax)  miqrasiya  əlaqələrinin 

səmərəliyini müəyyən etmək üçün vacibdir. 



 

MĐQRASĐYA  AMĐLLƏRĐ

 

– 



miqrasiya 

prosesi  nəzəriyyəsində  miqrasiya  haqda  qərar 

qəbul  etməyə  təsir  edən  obyektiv  və  subyektiv 

səbəblərin  məcmusudur.  1960-cı  illərin  sonunda 

miqrasiya 

amillərinin 

təsnifatı 

işlənib 


hazırlanmışdır  və  bu  təsnifata  görə  miqrasiya 

amilləri  3  qrupa  bölünür:  idarə  olunmayan,  daim 

təsir  göstərən  amillər;  “müvəqqəti”  adlanan 

amillər,  onlar  dolayı  yolla  tənzim  oluna  bilər; 

tənzim olunan dəyişən amillər. 

Birinci  miqrasiya  amilləri  qrupuna  ərazinin 

coğrafi  yerləşməsi  və  onun  təbiət  komponentləri: 

meteoroloji,  geoloji,  fito-  və  zoocoğrafi  və  s. 

daxildir.  Mövsümi  temperaturlar  arasında  yüksək 

fərqlər,  bataqlıqlar,  zəlzələlər,  daşqınlar,  qan içən 

həşəratlar  bütün  başqa  amillərə  nisbətən  əhalinin 

bu yerlərdən qaçmasına səbəb olur. 

Đkinci  qrupa  tədricən  dəyişdirilə  bilən  amillər 

daxildir.  Bu,  ərazinin  mənimsənilmə  səviyyəsi,  o 

cümlədən  istehsal  və  sosial  infrastrukturun 

yaradılması;  əhalinin  cins,  yaş,  etnik  tərkibindən 

ibarətdir.  Müvəqqəti  amil    əhalinin  miqrasiya 

proseslərinə  güclü təsir göstərir. 



 

452 


Üçüncü  qrupa  –  cari  tənzimləmə  amillərinə  – 

əmək  haqqının  artırılması,  müəyyən  güzəştlərin 

təyin,  yaxud  ləğv  edilməsi;  kadr  siyasəti,  milli 

siyasətdə dəyişikliklər və s. aiddir. Nisbətən stabil 

sosial-siyasi  şəraitdə  bu  qrup  amillər  üçün 

əhalinin  həyat  şəraitinin  və  əməklə  təmin 

olunmanın çox böyük əhəmiyyəti var. 

 

MĐQRASĐYA  DÖVRĐYYƏSĐ

  –  müəyyən 

dövrdə,  adətən  bir  il  ərzində  verilmiş  əraziyə 

gəlmiş  və  bu  ərazidən  getmiş  insanların  sayıdır. 

Miqrasiyanın ümumi həcminə dair məlumat verir. 



 

MĐQRASĐYA 

GÖSTƏRĐCĐLƏRĐ

 

– 



miqrasiya  prosesinin  müxtəlif  mərhələlərində 

(potensial  miqrasiya,  köçürülmə,  yeni  köçənlərin 

uyğunlaşması)  onun  mütləq  və  nisbi  rəqəmli 

xarakteristikalarıdır;  ölkə,  region,  məskun  yeri 

səviyyəsində  miqrasiya  situasiyasının  təhlilində 

istifadə  olunur.  Miqrasiya  göstəriciləri  ərazi 

əhalisinin  ümumi  hərəkətlilik  səviyyəsini,  bu  və 

ya  digər  dövrdə  miqrasiya  axınlarının  miqyasını, 

strukturunu,  istiqamətlərini  və  səmərəliliyini 

xarakterizə  edə  bilir.  Əsasən,  hesablanmış  nisbi 

göstəricilərdir 

(miqrasiya 

əmsalı), 

mütləq 


göstəricilərin  (gəlmə,  getmə,  miqrasiya  artımı; 

miqrasiya  saldosu,  miqrasiya  dövriyyəsi  və  s.) 

müəyyən  dövr  üçün  öyrənilən  əhali  cəminin  orta 

sayı  ilə  tutuşdurulmasına  əsaslanır.  Təbii  hərəkət 

göstəriciləri  ilə  müqayisə  etmək  məqsədilə, 

miqrasiya  əmsalları  müvafiq  ərazinin,  yaxud 

əhalinin 

sosial-demoqrafik 

qrupunun 

1000 

nəfərinə  hesablanır.  Miqrasiya  nəzəriyyəsi  və 



praktikasında 

potensial 

miqrasiya 

və 


yeni 

köçənlərin 

uyğunlaşması 

göstəriciləri 

az 

işlənmişdir. 



Potensial  miqrasiyanın  ən  ümumi  göstəriciləri 

kimi,  potensial  miqrantların  (həmin  yaşayış 

məntəqəsindən  çıxıb  getməyi  qərara  almış,  lakin 

onu  realizə  etməmiş  şəxslər)  və  əhalinin  bütün 

cəmində,  həmçinin  onu  təşkil  edən  sosial-

demoqrafik  qrupların  (cins,  yaş,  milliyyət,  peşə, 

təhsil  və  ailə  statusu,  doğulduğu  yer,  əvvəlki 

yaşayış  yeri  və  s.  üzrə)  tərkibində  müvafiq  stabil 

kontingentlərin 

payı 


istifadə 

oluna 


bilər. 

Miqrasiya  hərəkətliliyi  səviyyəsinin  ən  dəqiq 

göstəricisi  müəyyən  yaşda  olan  şəxslərin,  yaxud 

bütövlükdə əhalinin bütün ömrü boyu köçmələrin 

sayıdır.  Miqrasiya  hərəkətlərində  fərqləri  uçota 

almaq  üçün  yaşama  müddətindən  asılı  olaraq  və 

göstəricilərin  dinamikada  müqayisəsini  təmin 

etmək məqsədilə onları köçmə yerində 2 ilədək, 5 

ilədək  və  10  ilədək  yaşayan  yeni  köçənlər  üçün, 

həmçinin  10  və  daha  çox  il  əvvəl  köçənlər 

(çoxdan 

yaşayanlar

üçün 


hesablamaq 

məqsədəuyğundur.  Əhalidə  yeni  köçənlərin  payı 

nə  qədər  çoxdursa,  bir  o  qədər  baş  tutmuş  və 

mümkün  olan  miqrasiyalar  nöqteyi-nəzərindən 

əhali  hərəkətlidir  və  həmin  ərazinin  əhalisinin 

formalaşmasında miqrasiyanın rolu böyükdür. 

Yuxarıda 

göstərilənlərdən 

başqa, 

əhalinin 



hərəkətliliyinin  qiymətləndirilməsində  ehtimal 

göstəriciləri  də  və  ilk  növbədə  miqrasiyanın  yaş 

ehtimalları (U

x

): 


x

x

x

S

M

=

 tətbiq olunur. Burada 



M

x

– x-yaşda olan miqrantların sayı; S



x

 – öyrənilən 

dövrün  əvvəlinə  x-yaşda  olan  əhalinin  ümumi 

sayıdır.  Birinci  miqrasiyanın  yaş  ehtimalları 

əsasında  əhalinin  müxtəlif  qruplarının  miqrasiya 

prosesinə 

tədricən 

cəlb 


olunması 

prosesi 


bənzədilir.  Bu  prosesin  sistematik  təsviri  ehtimal 

hərəkətlilik cədvəlinin qurulmasına imkan yaradır. 

Cədvəldə  aşağıdakı  qrafalar  olur:  heç  vaxt 

miqrasiya  etməmiş  əhalinin  sayı  (R



x

);  x-yaşda 

miqrasiya  etmək  ehtimalının  təsiri  altında  azalan 

əhalinin  sayı;  yaş  miqrasiyası  ehtimalları  -  U



x

miqrantların  sayı  M



–  dir.  Cədvəlin  funksiyaları 

arasında  aşağıdakı  asılılıq  mövcuddur:  R

x+1

=R

x



M

x.

.  Burada  R

0

=1  və  M



x

=R

x

U

x

  olur.  Təmiz  və 

kombinasiya 

edilmiş 


hərəkətlilik 

cədvəlləri 

fərqləndirilir. 

Sonuncuda 

ölüm 

nəticəsində 



əhalinin  azalması  nəzərə  alınır.  Eyni  zamanda, 

edilən  miqrasiya  sırası  üzrə  diferensiallaşdırılmış 

hərəkətlilik  cədvəlləri  qurulur.  Bütövlükdə  belə 

ehtimal  cədvəlləri  hipotetik  xarakter  daşıyır  və 

proqnozlaşdırmada  onlardan  istifadə  məhduddur. 

Çünki  onlar  üçün  ətraflı  ilkin  məlumatlar  tələb 

olunur və əhalinin miqrasiya davranışının dəyişən 

stereotiplərini nəzərə almır. 



Faktiki 

miqrasiyanın 

(köçürülmələrin) 

göstəriciləri  üç  qrupa  bölünə  bilər:  ərazi  üçün 

toplu  miqrasiya  proseslərini  xarakterizə  edən 

ümumi;  konkret  sosial-demoqrafik  qrupların 

miqrasiyasını  xarakterizə  edən  xüsusi  (struktur) 

göstəricilər  və  konkret  miqrasiya  mübadilə 

əraziləri arasında miqrasiya əlaqələrini xarakterizə 

edən 

rayonlararası 



(ərazilərarası) 

mübadilə 

göstəriciləri.  Onlar  öz  tərkibinə  miqrasiyanın 

gücü,  intensivliyi  və  səmərəliliyi  göstəricilərini 

daxil edir. Miqrasiyanın miqyası və gücü birincisi 

mütləq göstəriciləri – gəlmiş, tərk etmişlərin sayı, 

yaxud  onların  cəmini  (miqrasiya  dövriyyəsi), 

ikincisi,  nisbi  göstəriciləri  –  müxtəlif  çıxış 

rayonlarından 

miqrantların 

köçmə 

rayonu 


miqrantlarının ümumi sayında xüsusi çəkisini əks 

etdirir. 

Miqrasiyanın 

nisbi 


gücünün 

xarakteristikası  kimi,  miqrasiyanın  intensivlik 



əmsalları  da  çıxış  edə  bilər  (MĐƏ).  Miqrasiyanın 

intensivlik  anlayışı  müəyyən  ərazi-demoqrafik 

qruplarında onun tezliyini xarakterizə edir və düz 

kəsirlə  ifadə  olunur,  onun  surəti  –  miqrantların 

sayı  (gəlmiş  və  tərk  etmişlərin,  yaxud  onların 

cəmi),  məxrəcində  –  dövrdə  əhalinin  orta  sayı. 



 

453


MĐƏ həmin ərazidə həm bütün əhali üçün, həm də 

onun  müxtəlif  struktur  elementləri  –  cins,  yaş, 

milliyyət və s. üzrə hesablana bilər. 

Miqrasiyanın ümumi intensivlik göstəriciləri:  

gəlmə üzrə  

1000


1

=



=

j



m

i

ij

j

gel

S

P

I

 

getmə üzrə  



1000

1



=

=



j

m

i

ij

get

j

S

B

I

 

dövriyyə üzrə 



j

m

i

m

i

ij

ij

dov

j

S

B

P

J



=

=

+



=

1

1



 yaxud 

get

j

gel

j

dov

j

I

I

I

+

=



burada 


=

m



i

ij

P

1

 – j ərazisinə bütün ərazilərdən 



gələnlərin ümumi sayı; 

=



m

i

ij

B

1

– j ərazidən 



gedənlərin ümumi sayı; 

1

=



i

j

S

 – j ərazinin əhalisinin 

orta sayıdır. 

Ümumi 

MĐƏ 


konkret 

ərazinin 

əhalisinin 

hərəkətlilik  səviyyəsini  (o  cümlədən  dinamikada) 

qiymətləndirməyə 

imkan 


verir. 

Lakin 


bu 

göstəricilərdən  ərazilərarası  təhlildə  istifadəsi 

onunla məhdudlaşır ki, onların kəmiyyəti təkcə bu 

və  ya  digər  ərazinin  başqa  ərazilərlə  miqrasiya 

əlaqələrinin 

intensivliyindən, 

həmçinin 

yerləşdirilən  ərazilərində  miqrasiya  tutumundan 

və  çıxma  ərazilərinin  miqrasiya  imkanlarından 

asılıdır. 



Miqrasiya 

əlaqələrinin 

intensivlik 

əmsalları  (MƏĐƏ)  ərazilərarası  miqrasiyasının 

intensivliyinə  çıxış  və  yerləşdirmə  ərazilərinin 

əhalisinin  sayının  təsirini  istisna  etməyə  imkan 

verir. Gəlmə üzrə MƏĐƏ  

1000

:

1



1

=



=



=

m

i

t

i

m

i

ij

ij

gel

ij

S

S

P

P

K

 

getmə üzrə MƏĐƏ  



1000

:

1



1

=



=



=

m

i

i

i

m

i

ij

ij

get

ij

S

S

B

B

K

 

burada  P



ij

  –  Đ  ərazisindən  j  rayonuna  gələnlərin 

sayı; B

ji

 – j ərazisindən Đ ərazisinə gedənlərin sayı; 



i

S

  –  Đ  ərazisinin  dövr  üçün  əhalinin  orta  sayıdır; 

=

m



i

i

S

1

  –  j  ərazisi  ilə  miqrasiya  əlaqəsi  saxlayan 



çıxış  ərazilərinin  əhalisinin  ümumi  sayıdır. 

MƏĐƏ-in  orta  qiyməti  həmişə  birə  bərabərdir. 

Miqrasiya  əlaqələri  yüksək  intensivlikdə  olan 

ərazilərdə  MƏĐƏ  qiymətləri  birdən  çoxdur  və 

əksinə. 

Əhali  miqrasiyasının  nəticələri  bir  sıra  mütləq  və 

nisbi  göstəricilərlə  xarakterizə  olunur.  Ümumi  və 

təbii  artımda,  yaxud  əhalinin  sayında  onun  payı 

əhalinin  formalaşmasında  miqrasiyanın  rolunu 

qiymətləndirməyə 

imkan 

verir. 


Əhali 

miqrasiyasının  səmərəliliyi  həmçinin  həmin 

əraziyə  gələnlərin  1000  nəfərlə  hesabında 

gedənlərin sayı ilə xarakterizə olunur. Bu göstərici 

həm ümumi, həm də rayonlararası kimi hesablana 

bilər. 


Birinci 

halda 


ərazinin 

miqrasiya 

mübadiləsinin  ümumi  nəticələri,  ikinci  halda  – 

onun  hər  bir  konkret  ərazi  ilə  mübadiləsi 

qiymətləndirilir. 

Miqrasiyanın ümumi səmərəlilik əmsalı

1000


1

1



=



=

m

i

ij

m

i

ji

P

B

 

Miqrasiya əlaqələrinin səmərəlilik əmsalı

1000



ij



ji

P

B

 

Səmərəli mübadilə halında əmsalın qiyməti 1000-



dən az olmalıdır və əksinə. 

Uyğunlaşma  göstəriciləri.  Miqrasiya  prosesinin 

son  mərhələsini  –  təzə  gələnlərin  uyğunlaşmasını 

xarakterizə  etmək  üçün  əhalinin  hərəkətliliyi 

göstəricilərindən  (həmin  rayona  köçən  əhalinin 

sayı  ilə  yerli  sakinlər,  yeni  köçənlərlə  köhnə 

köçənlər  arasında  nisbətləri;  köçmə  vaxtından 

asılı  olaraq,  gələn  əhalinin  bölüşdürülməsi) 

istifadə edilir. Uyğunlaşma keçmiş yerlərində təzə 

köçənlərin yaşadığı illərin orta sayı ilə xarakterizə 

oluna  bilər.  Mövcud  informasiyadan  asılı  olaraq, 

bu göstəricilər müəyyən cinsə, yaşa, milliyyətə və 

s. mənsub olan şəxslər üçün hesablana bilər. 



Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin