MƏNŞƏ REGĐONU
– AĐ-yə üzv ölkənin
mallarının göndərildiyi regiondur, o yerdə ki onlar
hazırlanmış, quraşdırılmış, yığılmış, emal və təmir
edilmiş və ya lazımi qaydada saxlanmışdır. Bunlar
olmadıqda, mənşə regionu dəyişdirilir.
MƏNZĐL
– bir və ya bir neçə otaqdan, habelə
yaşama ilə əlaqədar məişət və digər ehtiyacların
ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı
sahələrdən ibarət, çoxmənzilli binanın ümumi
istifadəsində olan sahələrinə birbaşa daxil olmaq
imkanını təmin edən strukturca ayrıca sahədir.
MƏNZĐL
FONDU
–
Azərbaycan
Respublikasının ərazisində yerləşən bütün yaşayış
sahələrinin məcmusudur. Mülkiyyət formasına
görə mənzil fondu aşağıdakılara bölünür:
- özəl mənzil fondu – fiziki və hüquqi şəxslərin
mülkiyyətində olan yaşayış sahələrinin məcmusu;
445
- dövlət mənzil fondu – mülkiyyət hüququ
əsasında Azərbaycan Respublikasına məxsus olan
yaşayış sahələrinin məcmusu;
- bələdiyyə mənzil fondu – bələdiyyələrə
mülkiyyət hüququ əsasında məxsus olan yaşayış
sahələrinin məcmusu.
Đstifadə məqsədlərinə görə dövlət və bələdiyyə
mənzil fondu aşağıdakılara bölünür:
- sosial təyinatlı mənzil fondu – dövlət və
bələdiyyə mənzil fondlarından sosial kirayə
müqavilələri əsasında vətəndaşlara verilən yaşayış
sahələrinin məcmusu;
- xüsusi təyinatlı mənzil fondu – Mənzil
Məcəlləsinin qaydalarına uyğun olaraq verilən
ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların
yaşaması üçün nəzərdə tutulmuş dövlət və
bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin
məcmusu.
Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş
qaydada dövlət uçotuna alınmalıdır.
Mənzil fondunun dövlət uçotu mənzil fondunun
uçotunun digər formaları ilə yanaşı, onun texniki
uçotunun aparılmasını, o cümlədən mənzil
fondunun
inventarlaşdırılmasını
və
texniki
pasportlaşdırılmasını
(yaşayış
sahələrinin
müəyyən edilmiş tələblərə uyğunluğunun təmin
edilməsi ilə əlaqədar yaşayış sahələri barədə
texniki və digər məlumatları özündə əks etdirən
sənədlərin-yaşayış
sahələrinin
texniki
pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi)
də daxil olmaqla) nəzərdə tutur.
MƏNZĐL SAHĐBLĐYĐNƏ ZƏMANƏTLĐ
HÜQUQU OLAN EV TƏSƏRRÜFAT-
LARININ PAYI
(Minilliyin bəyannaməsində
əks olunmuş inkişaf göstəricilərindən) – bu
göstərici şəhərin yoxsullar yaşayan ən pis
hissəsindəki şəhər əhalisini əks etdirir. Şəhərin
yoxsullar yaşayan ən pis hissəsinin sakinlərinin
sayı haqqında məlumatlar olmadıqda, BMT-nin
yaşayış məntəqələri üzrə Proqramı (BMT-
HABĐTAT) 2002-ci il üçün şəhər göstəriciləri
üzrə ekspertlər qrupunun iclasında razılaşdırılmış
şəhərin yoxsullar yaşayan ən pis hissəsinin
tərifinə əsaslanan qiymətləndirmələr aparır.
Mənzil sahibliyinə zəmanətli hüquq ifadəsi öz
mənzillərinin sahibi hesab edilən, onları əldə
etmək mərhələsində olan, onları xüsusi icarə edən
və yaxud sosial təminat xətti üzrə, ya da ikinci
icarəçi hüququnda mənzil alan ailələrə aid edilir.
Mənzil sahibliyinə zəmanətli hüquqa malik
olmayan əhali skvatterlər (mənzilə görə onların
haqq ödəyib-ödəməməsindən asılı olmayaraq),
evsiz və evə sahib olmaya dair rəsmi müqaviləsi
olmayan ailələr kimi müəyyən edilir.
BMT-HABĐTAT şəhərin yoxsullar yaşayan ən pis
hissəsinin
sakinlərinin
ev
təsərrüfatlarını
aşağıdakı bir və ya daha çox (bəzi şəhərlərdə iki
və ya daha çox) şəraitin olmadığı halda bir dam
altında yaşayan şəxslər qrupu kimi müəyyən edir:
mənzil
sahibliyinə
zəmanətli
hüquq;
konstruksiyanın lazımi keyfiyyətdə olması və
mənzilin uzun ömürlülüyü; təhlükəsiz suya malik
olma; sanitar-texniki vasitələrə və kifayət qədər
yaşayış sahəsinə malik olma.
MƏNZĐL TƏSƏRRÜFATI XĐDMƏTLƏ-
RĐNĐN BURAXILIŞI
– yataqxana, öz xüsusi
mənzilində yaşamağa görə ev təsərrüfatları
xidmətləri də daxil olmaqla mənzilin kirayəyə
verilməsi üzrə xidmətlərin dəyəridir. Mənzil
təsərrüfatları
xidmətlərinin
bazar
buraxılışı
mənzilin kirayəyə verilməsindən əldə olunan
(kirayə və icarə ödənişi) gəlirlərlə, həmçinin şəxsi
mənzili
kirayəyə
verəcəkləri
halda
ev
təsərrüfatlarının ala biləcəkləri şərti gəlirlərlə
müəyyən edilir.
Xidmətlərin qeyri-bazar buraxılışına müxtəlif
xüsusi
mülkiyyət
müəssisələrinin,
ictimai
təşkilatların
kirayə
və
icarə
haqları
ödəməməsindən, onlara aid olan mənzillərin
dövlət
büdcəsinin
vəsaitləri
hesabına
saxlanılmasına sərf olunan cari xərclər, həmçinin
bu təşkilatların mülkiyyətində olan mənzil
təsərrüfatlarına əsas kapitalın sərfi daxildir.
Hazırda mənzilin bazar dəyəri haqqında toplu
məlumatlar olmadığından, şəxsi mənzildə
yaşamağa görə ev təsərrüfatlarının xidmətləri bu
mənzilin saxlanmasına çəkilən cari xərclərin
miqdarı və vətəndaşların mülkiyyətində olan
mənzil təsərrüfatlarının əsas kapitalının sərfi ilə
müəyyən edilir və qeyri-bazar xidmətlərinə aid
olunur.
MƏNZĐL TĐKĐNTĐSĐ
– yaşayış binalarının,
daimi tipli yataqxanaların; əlil və qocalar üçün
evlərin, uşaq evlərinin yataq korpuslarının və s.
ucaldılmasıdır.
Mənzil
tikintisinin
həcmi,
istismara verilmiş ümumi və yaşayış sahəsi (m
2
-
lə), tikilmiş mənzillərin, binaların sayı ilə
xarakterizə edilir. Statistik müşahidə formalarının
tərkibinə
həm də
tikilən yaşayış evlərinin abadlığı,
mərtəbələrin sayı, rahatlıq səviyyəsi göstəriciləri
də daxildir.
MƏNZĐL-KOMMUNAL TƏSƏRRÜFATI
- əhalinin həyat fəaliyyətinin bilavasitə asılı
olduğu iqtisadiyyatın əsas fəaliyyətlərindən
biridir. Mənzil-kommunal təsərrüfatı çoxsahəli
struktura malikdir. Mövcud təsnifatlara görə,
mənzil-kommunal
təsərrüfatında
statistik
müşahidələr 15-dən çox fəaliyyət növü üzrə
aparılır və iki əsas altqrupa bölünür: mənzil
təsərrüfatı və kommunal təsərrüfatı.
446
MƏNZĐL-KOMMUNAL TƏSƏRRÜFATI
XĐDMƏTLƏRĐ
–
mənzil-kommunal
xidmətlərindən; mənzillərin, binaların təmiri və
fərdi evlərin tikintisi və mənzillərin dəyişdirilməsi
xidmətlərindən;
toxuculuq
məmulatlarının,
xəzdən və dəridən məmulatların yuyulması,
təmizlənməsi və rənglənməsi üzrə təşkilatlar
(firmalar) və fərdi şəxslər tərəfindən göstərilən
xidmətlərdən; bərbərxana, gözəllik salonlarının və
müalicə-kosmetika
müəssisələrinin
xidmətlərindən;
hamam
və
duşxanaların,
lombardların xidmətlərindən; dəfn, basdırma və
kremasiyaların
təşkili
üzrə
xidmətlərdən;
informasiya-sorğu xidmətlərinin xidmətlərindən
ibarətdir.
MƏNZĐL-KOMMUNAL TƏSƏRRÜFATI
STATĐSTĐKASI
– yaşayış fondlarının, onun
abadlığının, əhalinin mənzil şəraitinin, əhalinin
su, istilik, qaz, mehmanxanalar və əhali
məntəqələrini digər abadlıq növləri ilə təmin edən
müəssisə və xidmətlərin istehsal fəaliyyətinin
mövcudluğu, vəziyyəti və tərkibini öyrənən elmi
və praktiki statistika sahəsidir.
MƏNZĐLLƏRĐN ÖZƏLLƏŞDĐRĐLMƏSĐ
-
dövlətin və bələdiyyənin yaşayış fondunda olan
mənzillərin
könüllü
olaraq
orada
yaşayan
vətəndaşların mülkiyyətinə verilməsidir.
MƏRKƏZĐ DÖVLƏT ĐDARƏETMƏ OR-
QANLARI
-
mərkəzi
dövlət
idarəetmə
orqanlarının alt sektoru mərkəzi dövlət idarəetmə
orqanlarının institusional vahidlərindən və ya
vahiddən, üstəgəl, əsasən dövlət tərəfindən
maliyyələşdirilən və nəzarət olunan qeyri-
kommersiya təşkilatlarından ibarətdir.
MƏRKƏZLƏŞDĐRĐLMĐŞ KREDĐTLƏR
–
konkret işi (xidməti) maliyyələşdirmək üçün
hökumət (mərkəzi bank) tərəfindən yerli orqanlara
və hakimiyyətə, konkret sahələrə (müəssisələrə,
idarələrə)
verilən
kreditlərdir.
Adətən,
mərkəzləşdirilmiş
kreditlər
investisiyanın
inkişafını həvəsləndirmək məqsədi ilə daha aşağı
faizlə verilir.
Mərkəzləşdirilmiş
kredit
milli
iqtisadiyyatı,
kredit-pul və bank sistemini stabilləşdirmək üzrə
hökumətin (mərkəzi bankın) aləti hesab olunur.
MƏSKƏN TĐPLƏRĐ
– bir, yaxud bir neçə
mühüm əlamətlərin məcmusu əsasında ayrılan
məskən qruplarıdır. Ən mühüm əlamət olan hər
bir məskənin sosial-iqtisadi əhəmiyyəti, onun
istehsal və qeyri-istehsal (məsələn, inzibati,
ticarət, mədəni-sağlamlıq, elmi-informasiya və s.)
funksiyalarının ahəngi ilə müəyyən edilir; başqa
mühüm əlamətlər – məskənlərdə əhali çoxluğu,
iqtisadi-coğrafi
vəziyyət,
tarixi
inkişaf
xüsusiyyətləri, memarlıq-planlaşdırma üslubudur.
Đki əsas məskən tipləri olan şəhər və kənd
məskənləri arasında, bir qayda olaraq, funksional
strukturda və əhali çoxluğunda mühüm fərqlər
var. Yerləşmə sistemində tutduğu yerdən asılı
olaraq, yerləşmənin dayaq mərkəzləri, periferiya,
şəhər ətrafı şəhər və peyk-şəhərlər fərqləndirilir.
MƏSKƏNLƏRĐN ƏHALĐ ÇOXLUĞU
–
şəhər və kənd məskənlərinin daimi əhalisinin sayı
məskənlərin böyüklüyünü xarakterizə etdikdə və
onları təsnifləşdirdikdə, əsas göstəricilərdən
biridir.
Məskənlərin
əhali
çoxluğu
adətən
yerləşmə sistemində məskənin yerinə yetirdiyi
sosial-iqtisadi funksiyalarla bağlıdır.
MƏSKƏNLƏRĐN SIXLIĞI
– ölkənin, yaxud
rayonun bir vahid sahəsinə düşən məskənlərin
sayıdır. Kənd məskənlərinin sıxlığı 100 km
2
-lə,
şəhər məskənlərinin sıxlığı isə 10000 kv.km-lə
hesablanır. Azərbaycanda orta hesabla əhalinin ən
yüksək sıxlığı Bakıda, ən aşağı sıxlıq isə Xızı
rayonunda müşahidə olunur.
MƏSKUNLUQ AREALI
(lat. area – sahə,
məkan) - əhali coğrafiyasında hər hansı bir
əlamətə görə ayrılmış əhalinin yayılma ərazisidir.
“MƏSRƏFLƏR-BURAXILIŞ”IN (ĐNPUT-
OUTPUT
ANALYSĐS)
TƏHLĐLĐ
–
məhsulun
(xidmətin)
istehsalının
və
bölüşdürülməsinin
sahələrarası
balansı
metodlarının qərb ədəbiyyatında qəbul edilmiş
adıdır.
MƏSULĐYYƏTĐN SIĞORTALANMASI
–
sığortaçının, sığorta obyektinə zərərin dəydiyi
hallarda,
sığorta
ödənişləri
üzrə
daşıdığı
məsuliyyəti nəzərdə tutan sığorta növlərinin
məcmusudur.
Sığorta obyekti şəxsin əmlak
maraqlarıdır, o halda ki, sığortası haqqında bu
şəxsin vətəndaşlıq qanunvericiliyində qoyulan
qaydalarda məsuliyyəti ilə əlaqədar müqavilə
(sığortalanan şəxsin müqaviləsi) bağlanmışdır və
bu müqaviləyə əsasən ona üçüncü şəxs tərəfindən:
avtonəqliyyat vasitələrinin istifadəsi ilə; daşıyıcı
kimi
iştirak
edən
(daşıyanın
vətəndaşlıq
məsuliyyəti) sığortalanmış nəqliyyat vasitəsinin
istifadəsi ilə; ətrafdakılar üçün təhlükə yaradan
sığortalanmış (müəssisələrin – yüksək dərəcəli
təhlükəli mənbələrin vətəndaşlıq məsuliyyətinin
sığortalanması) fəaliyyətin həyata keçirilməsi ilə;
sığortalanmış
peşə
fəaliyyətinin
həyata
447
keçirilməsi
ilə
(peşə
məsuliyyətinin
sığortalanması);
sığortalanmış
öhdəçilik,
o
cümlədən müqavilə öhdəçiliyi borclarının (yerinə
yetirilməmiş
öhdəçiliyə
görə
cavabdehlik
sığortası) yerinə yetirilməməsi ilə əlaqədar dəyən
zərərin əvəzi ödənilməlidir.
MƏŞĞUL QADINLARIN SAYI
– bu
göstəricidən
əməklərinin
ödənilib-
ödənilməməsindən və ya işlənmiş saatların
miqdarından asılı olmayaraq, məşğul qadınların
uçotunda istifadə olunur.
Əgər məşğul qadınlar haqqında məlumatlar
məşğul əhalinin ümumi sayı ilə birgə istifadə
olunursa, onda bu məlumatların əldə edilməsi
verilmiş (müəyyənləşdirilmiş) tarixdə keçirilmiş
statistik sorğuya uyğun olaraq, həmin tarixdə olan
vəziyyətə əsaslanmalıdır.
Əgər
müəyyənləşdirilmiş
vaxtda
(tarixdə)
keçirilmiş statistik müşahidə əsasında əldə edilən
qadınların sayı haqqında məlumatlar ani statistik
müşahidə əsasında ölçülürsə, onda mövsümi
işgüzar fəallıq bu göstəricini əhəmiyyətli dərəcədə
artırar, hətta ümumi məşğulluğun orta illik
kəmiyyətindən yüksək olan rəqəm əldə edilə bilər.
MƏŞĞUL ŞƏXSLƏR
– müşahidə olunan
vahiddə
işləyən
(mülkiyyətçi
işləyənlər,
müntəzəm
partnyor
işləyənlər
və
ailə
müəssisəsinin haqqı ödənilməyən işçiləri daxil
edilməklə), həmçinin bu vahiddən kənarda
işləyən, ancaq ona aid olan və onun tərəfindən
haqqı ödənilən (yəni ticarət nümayəndələri,
tədarükçülər, təmir və istismar briqadaları)
şəxslərdir.
Qısa dövr ərzində işdə olmayan (yəni xəstəliyə
görə,
haqqı
ödənilən
və
ya
xüsusi
məzuniyyətlərdə olanlar) və tətil edən şəxslər
məşğullara aid edilir. Ancaq qeyri-müəyyən
müddət ərzində işdə olmayanlar buraya daxil
edilmir. Həmçinin hər bir ölkənin qanunlarına
uyğun olaraq, natamam iş vaxtı işləyənlər və
ödəmə cədvəlinə daxil edilmiş mövsümü işçilər,
təhsil alan şəxslər və evdə iş görənlər də daxil
edilməklə, əmək haqqı alan şəxslər məşğullara
daxildir.
Müayinə olunan vahidə digər müəssisə tərəfindən
verilmiş kadrlar, digər müəssisələrin tapşırığı
əsasında istismar və təmir işləri aparanlar,
həmçinin
məcburi
hərbi
xidmət
keçənlər
məşğulların sayına daxil edilmirlər. Uzun
müddətli
müqavilə
əsasında
müəssisənin
sərəncamında
olan
şəxslərə
(böyük
univermaqlarda
nümayiş
etdirənlərə)
bu
müəssisədə məşğul kimi baxılmalıdır.
Ailə müəssisəsinin haqqı ödənilməyən işçilərinə
müəssisə sahibi ilə birlikdə yaşayan, müntəzəm
olaraq ona işləyən, ancaq hər-hansı müqaviləyə
malik olmayan və yerinə yetirilmiş işə görə
müəyyən məbləğ almayan şəxslər daxildir. Bu,
yalnız özlərinin əsas məşğuliyyətinə görə digər
təşkilatların ödəmə cədvəllərinə daxil edilməmiş
şəxslərə aid edilir.
Bu göstəriciyə sığorta agentləri kimi müstəqil
işçilər daxil edilmir.
Məşğullar aşağıdakı kimi bölünə bilər:
- muzdlu işçilər;
- evdə iş görənlər;
- haqqı ödənilməyən şəxslər: məsələn, ailə
müəssisələrinin işçiləri;
- özü məşğul şəxslər.
MƏŞĞUL ŞƏXSLƏRĐN SAYI
- müşahidə
olunan vahiddə işləyən (bu vahidə işləyən
sahibkarlar,
müəssisədə
daimi
işləyənlərin
tərəfdaşları və ev müəssisəsində işləyən və muzd
verilməyənlər daxil edilməklə) işçilərin, həmçinin
müəssisədən kənarda işləyən, lakin həmin
müəssisəyə malik olan və ondan əmək haqqı alan
(məsələn, ticarət nümayəndələri, tədarükçülər,
təmir və texniki xidmət briqadaları) şəxslərin
ümumi sayıdır. Qısa dövr ərzində işdə olmayan
şəxslər (məsələn, xəstəliyə görə məzuniyyət,
haqqı ödənilən növbəti məzuniyyət, xüsusi hallara
görə məzuniyyət), həmçinin qeyri-müəyyən vaxta
qədər olmayanlardan başqa, tətil edən şəxslər
daxil edilir. Buraya, qanunvericilikdə nəzərdə
tutulmuş qaydada, natamam iş vaxtı ilə işləyən və
əmək haqqı cədvəlində iştirak edən işçilər,
həmçinin əmək haqqı cədvəlində hesablanan
mövsümi işçilər, şagirdlər, evdə işləyənlər də
daxildir. Mövcud müəssisə tərəfindən digər
müəssisəyə göndərilən şəxslər, digər müəssisənin
hesabına müşahidə edilən vahiddə təmir və
texniki xidmət işlərini yerinə yetirən şəxslər,
həmçinin hərbi xidmətdə olanlar istisna edilir.
MƏŞĞULLARIN SAYI
– bu göstəricidən
məşğulların uçota alınmasında istifadə edilir.
Avropa milli hesablar sistemində (AMHS 1995-ci
il) müəyyən edildiyi kimi məşğulların sayı iş
yerlərinin sayına uyğun gəlir və orta illik
kəmiyyət kimi hesablanır.
MƏŞĞULLUĞA AĐD PROQNOZ
– əmək
bazarında, o cümlədən məşğul olanlara və
işsizlərə dair vəziyyətin kompleks sosial-iqtisadi
qiymətləndirilməsidir; qısa, orta və uzunmüddətli
perspektivə nəzərdə tutulur. Məşğulluq proqnozu
metodologiyasına iki yanaşma mümkündür.
Birinci - ölkənin sosial-iqtisadi inkişafının bu və
ya digər variantlarının nəzərdə tutulan reallaşması
nəticəsində
məşğulluq
sferasında
nəticələri
göstərməkdən ibarətdir. Digər yanaşma - məqsədli
448
proqnozun işlənməsi ilə bağlıdır, bu zaman birinci
yerə məşğulluqda perspektivdə təmin olunması
məqsədəuyğun
olan
dəyişikliklərin
qiymətləndirilməsi əsas götürülür. Bir qayda
olaraq, ikinci yanaşma orta və uzunmüddətli
məşğulluq proqnozunda istifadə olunur, çünki
əmək sferasında keyfiyyət dəyişiklikləri üçün
investisiya proqramları və ETT proqramlarının,
sosial siyasətin və s. məqsədyönlü şəkildə yenidən
istiqamətləndirilməsinə çox və ya az müddət
lazım gəlir.
Məşğulluğa
aid
proqnozla
iqtisadiyyatın
inkişafının ümumi strateji istiqamətləri nəzərə
alınır. Məşğulluq proqnozu üçün ilkin informasiya
demoqrafiya
proqnozudur,
xüsusən
əmək
qabiliyyətli yaşda olan əhalinin sayı və cins-yaş
strukturu, proqnozdan qabaqkı dövrdə məşğulluq
sahəsində və əmək bazarında vəziyyətin sosial-
iqtisadi qiyməti, əmək potensialının formalaşma
və istifadə meylləri, makroiqtisadi göstəriciləridir.
Məşğulluq proqnozunun işlənməsi zamanı ekspert
qiymətləndirmənin böyük rolu var; digər ölkələrlə
oxşarlıq və müqayisələr metodundan da istifadə
olunur.
Məşğulluğun və əmək bazarının vəziyyətini
xarakterizə
edən
əsas
parametrlər
proqnozlaşdırılır. Bu, bütövlükdə və sosial-
demoqrafik qruplar üzrə işçi qüvvəsinin (iqtisadi
fəal əhali) təklifi; iqtisadiyyatın işçi qüvvəsinə
tələbatı (yaxud məşğul əhalinin), o cümlədən kişi
və qadınların mümkün sayı; iqtisadiyyatda
məşğulluq səviyyəsi (iqtisadi fəal əhaliyə, yaxud
əmək qabiliyyətli yaşdakı əmək qabiliyyətli
əhalinin sayına və ya əmək ehtiyatlarının sayına
nisbətdə), məşğul olanların sahə və peşə strukturu;
tələb və təklifin tarazlaşma dərəcəsi, işsizliyin
miqyası və səviyyəsi kimi göstəriciləri əhatə edir.
Məşğulluq proqnozu əsasında onun tənzimləmə
tədbirləri işlənilir və onlar neqativ meyllərin
yaranması, yaxud güclənməsini qabaqlaya bilər,
yaxud da iqtisadi inkişafın gedişində məşğulluq
sahəsində gözlənilən mənfi nəticələri yumşalda
bilər.
MƏŞĞULLUQ
– (I) - insanın keçmişdə,
hazırda və gələcəkdə real və ya potensial olaraq
qazanc və ya gəlir əldə etməsi üçün nəzərdə
tutulmuş
fəaliyyətinin
istənilən
növüdür.
Məşğulluq, əsasını ixtisas (peşəkar ustalıq) və ya
peşəkar ixtisaslaşma təşkil edən, yerinə yetirilən
və ya yerinə yetirilməli olan funksiyalardan asılı
olaraq təsnifləşdirilir. Məşğulluğu sənət (peşə) və
ya ixtisasla qarışdırmaq olmaz. Vəzifə, sənət və
məşğulluq (məsələn, vəzifəsi - elmi işçi,
məşğulluğu isə bioloq) arasındakı uyğunsuzluq
çox hallarda formal xarakter daşıyır. Đnsanların
konkret məşğulluğu haqqında məlumatlar əhalinin
siyahıyaalınmalarından
və
müvafiq
müayinələrdən əldə edilir. Bu zaman əsas
məşğulluq, yaxud əsas və əlavə məşğulluq nəzərə
alınır. Đqtisadi fəaliyyətlə məşğul olanlar üçün
əsas məşğulluq sorğu edilənin özünün əsas hesab
etdiyi fəaliyyət, ya da onun yaşamasına əsas
vəsait verən fəaliyyət (gəlirin əsas mənbəyi kimi
xidmət edən) hesab edilir. Siyahıyaalmada sorğu
edilənin
siyahıyaalmanın
müəyyənləşdirildiyi
dövrdəki məşğulluğu nəzərə alınır. Bu dövrdə işi
və ya gəlir gətirən məşğulluğu olmayanlar üçün
məşğulluq axırıncı iş yerinə görə yazılır.
Azərbaycan qanunvericiliyinə müvafiq olaraq,
məşğul əhaliyə muzdla işləyən, o cümlədən əmək
müqaviləsi (kontraktı) ilə tam və ya tam olmayan
iş vaxtı ərzində haqq müqabilində iş görən, habelə
haqqı ödənilən başqa işi (xidməti) olanlar;
sahibkarlar, fərdi əmək fəaliyyəti ilə məşğul
olanlar, mülkiyyətində torpaq payı olanlar; haqqı
ödənilən vəzifəyə seçilən, təyin və ya təsdiq
edilənlər; Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində və Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa
silahlı birləşmələrdə xidmət edənlər; əmək
qabiliyyətinin müvəqqəti itirilməsi, məzuniyyət,
ixtisasartırma, tətil, istehsalatın dayanması və ya
başqa səbəblər ilə əlaqədar iş yerində müvəqqəti
olmayanlar;
Azərbaycan
Respublikasının
ərazisində qanuni əsaslarla haqqı ödənilən əmək
fəaliyyəti
ilə
məşğul
olan
əcnəbilər
və
vətəndaşlığı
olmayan
şəxslər;
Azərbaycan
Respublikasının hüdudlarından kənarda qanuni
əsaslarla əmək fəaliyyəti ilə məşğul olan
Azərbaycan Respublikasının vətəndaşları aiddir.
Qeyri-məşğulluq kəmiyyəti əmək ehtiyatlarına
daxil olan işsiz və ya iqtisadi qeyri-fəal əhalinin
sayı ilə müəyyən olunur. Buraya iş axtaranlar,
işini dəyişdirənlər, müvəqqəti işləməyən və
oxumayan
gənclər,
mövsümi
məşğulluqla
əlaqədar müvəqqəti işləməyənlər və işləmək
istəməyənlər aiddir.
Vətəndaşların iş yerlərinin təminatı ilə bağlı
məşğulluğun münasibətləri iqtisadi, demoqrafik
və sosial proseslərlə şərtlənir. Məşğulluğun
iqtisadi məzmunu ictimai istehsalın səmərəliyini,
sosial
məzmunu
–
işçinin
şəxsiyyətinin
formalaşması
və
inkişafını,
demoqrafik
–
məşğulluğun işçilərin cins-yaş xarakteristikaları
ilə qarşılıqlı təsirini əks etdirir.
Dostları ilə paylaş: |