MNEMOKOD
-
assembler
dilinin
sadələşdirilmiş növüdür. Burada əməliyyat kodları
mnemonik abreviatura şəklində yazılır (sözlərin
baş hərfləri ilə müxtəsər yazılışı; məsələn: 1.
BDU - Bakı Dövlət Universiteti, RĐH - rayon icra
hakimiyyəti; 2. Đki və daha çox sözdən ixtisarla
düzəldilmiş bir söz; məsələn: kolxoz, sovxoz).
MODA
– 1) təsadüfi kəmiyyətlərin elə mümkün
qiymətidir ki, onun vasitəsilə fasiləsiz hallarda
p(x) paylananının sıxlığı və yaxud diskret hallarda
P(X=x) ehtimalı maksimum qiymət alır. Bir moda
mövcud olduqda, paylanma bir modalı, iki moda
mövcud olduqda, biomodalı, üç və daha çox moda
mövcud olduqda isə multimodalı paylanma
(bölgü) adlandırılır. Multimodalı paylanmadan
büdcə
tədqiqatlarında
seçilmiş
vahidlərin
təbəqələrə
ayrılmasında
(qruplaşdırma,
təsnifləşdirmə və sistemləşdirmədə) daha çox
istifadə edilir; 2) Sosial-iqtisadi hadisələrin
quruluşunu öyrənmək məqsədi ilə variasiya bölgü
sıralarının
quruluşunu
xarakterizə
edən
göstəricilərdən biridir və öyrənilən hadisədə ən
çox təsadüf olunan variant və ya yüksək tezliyə
malik olan variantdır. Diskret variasiya bölgü
sıralarında modanı hesablamaq üçün heç bir riyazi
hesablama aparılmır və ən çox rast gəlinən
göstərici moda hesab olunur. Bərabər fasiləli
variasiya bölgü sıralarında moda aşağıdakı
düsturla hesablanır:
)
(
)
(
3
2
1
2
1
2
0
0
f
f
f
f
f
f
d
X
M
−
+
−
−
+
=
Burada X
0
- modal fasiləsinin aşağı sərhəddini,
fasilə kəmiyyətini,
1
f
- modal variantdan əvvəlki
çəkini,
2
f
- modal variantın çəkisini,
3
f
– modal
variantdan sonrakı çəkini göstərir.
MODELĐN EYNĐLƏŞDĐRĐLMƏ ŞƏRTĐ
–
ekonometrika modelinin qurulmuş forması üzrə
onun struktur forması parametrlərinin birmənalı
müəyyənləşdirilməsi şərtidir. Modelin qurulmuş
formasından struktur model formasına keçid,
struktur
forma
parametrlərinə
aprior
məhdudiyyətlərin
verilməsini
və
modelin
eyniləşdirmə şərtinin yerinə yetirilməsini tələb
edir.
Ekonometrik modellərin eyniləşdirilməsinin
aşağıdakı meyarları mövcuddur.
Dərəcə
qaydası:
modelin
struktur
forma
tənliklərinin eyniləşdirilə bilinməsi üçün, modelin
struktur formasının parametrlərinin matrisləri ilə
struktur parametrlərə olan məhdudiyyətlərin
matrislərinin hasil dərəcəsi 1 çıxılmaqla modelin
endogen dəyişənlərinin sayına bərabər olması
vacib və kifayətdir.
458
Sıra
qaydası:
struktur
forma
tənliklərinin
eyniləşdirilməsi üçün, vacibdir ki, struktur
parametrlərinə olan məhdudiyyətlərin aprior sayı
1 çıxılmaqla model tənliklərinin sayından az
olmasın.
MODELĐN STRUKTUR FORMASI
–
ekonometrik modelin tətbiq olunan hadisəni və ya
obyekti təsvir edən dəyişənlərin səbəb-nəticə,
korrelyasiya və digər əlaqələrini əks etdirən ilkin
formasıdır.
Ekonometrik
modelin
statistik
qiymətləndirilməsi
və
asılı
dəyişənlərin
qiymətlərinin alınması üçün struktur formanı
modelin alınmış formasına dəyişdirirlər.
MODELLƏR BANKI
– optimal qərarların
seçilməsinin təmin edilməsinə imkan verən
statistik və xüsusi marketinq modelləri dəsti
formasında marketinq tədqiqatlarının nəticəsidir
(qruplaşmasıdır) və marketinq tədqiqatlarında
mövcud olan üç anlayışdan biridir.
MODELLƏRĐN QĐYMƏTLƏNDĐRĐLMƏ-
SĐ
– modelin parametrlərinin qiymətləndirilməsi
metodudur.
(“Parametrlərin
qiymətləndirilməsi”nə bax.)
MODELLƏRĐN SALINMIŞ FORMASI
-
ilkin ekonometrik modelin dəyişənlərin səbəb-
nəticə, korrelyasiya və oxşar münasibətlərini əks
etdirən struktur formada olan formasıdır. Struktur
model formasında bir endogen dəyişən digər
endogen dəyişənin funksiyası ola bilər.
Modellərin forması, endogen dəyişənlərin cari
qiymətlərinə nisbətdə ilkin tənliklər sisteminin
həlli nəticəsində alınır. Ekonometrik modelin
forması modelin statistik qiymətləndirilməsi və
asılı dəyişənlərin qiymətlərinin alınması üçün
istifadə olunur.
MODELLƏRĐN
SPESĐFĐKASĐYASI
–
modellərin riyazi formada yazılmasıdır. Bir qayda
olaraq,
modellərin
spesifikasiyası
özündə
ekonometrik tədqiqatın birinci mərhələsini əks
etdirir, bundan sonra isə modeldə əks olunan
iqtisadi sahə haqqında məlumatların toplanması,
onun parametrlərinin qiymətləndirilməsi, onun
xüsusiyyətinin öyrənilməsi və onunla əldə edilən
nəticələrin reallığının yoxlanması həyata keçirilir.
Modellərin tam spesifikasiyası endogen və
ekzogen dəyişənlərinin müəyyən edilməsini, onlar
arasındakı
əlaqələrin
tənliyinin
yazılmasını,
modelin
parametrlərinə
məhdudiyyətin
qoyulmasını, bölünməyə nisbətən ehtimal olunan
və təsadüfi komponentin kovariasiyasının qəbul
edilməsini nəzərdə tutur.
MODELLƏŞDĐRMƏ METODU
(demoq-
rafiyada) – demoqrafik təhlil metodudur, əhalinin
təkrar istehsalını bütöv, yaxud onun müxtəlif
elementlərini bir-biri arasında müəyyən şəkildə
bağlı olan və adətən, riyazi formada, yəni
demoqrafik modellərin qurulması yolu ilə ifadə
olunan bu əlaqələrin kəmiyyət xarakteristikasına
yol verən orqanik dəyişən şəkildə təsvir etməyə
əsaslanır. Modelləşdirmə metodu praktiki olaraq
demoqrafiyanın bütün bölmələrində tətbiq olunur.
Modelləşdirmə
metodunun
metodoloji
məsələlərinə
riyazi
demoqrafiyada
baxılır.
Modelləşdirmə metoduna təhlil metodu kimi
daxildir: 1) demoqrafik modelin və qanunların
əsas elementlərinin müəyyən edilməsi, onların
əsasında onlarla qarşılıqlı əlaqədə olan
demoqrafik
proseslərin,
hadisələrin
və
s.
qanunauyğunluqların öyrənilməsi vasitəsilə; 2)
konkret
əhaliyə
tətbiqində
hesablamalarda
demoqrafik
modeldən
istifadə;
3)
bu
hesablamaların nəticələrinin faktiki məlumatlarla
tutuşdurma, kənarlaşmaların aşkar edilməsi; 4)
demoqrafik
modelin
qeyri-müvafiqliyi
səbəblərinin və real demoqrafik prosesin təhlili,
modelin
təkmilləşdirilməsi
məqsədi
ilə
modelləşdirmə
metodunun
tətbiqində
müvəffəqiyyət
modelin
ilk
şərtinin
real
demoqrafik əlaqələrə və qanunamüvafiq olması
ilə müəyyən edilir. Belə uyğunluğa demoqrafik
qanunauyğunluqların
qabaqcadan
dərin
və
keyfiyyətli təhlili əsasında nail olunur.
MONETAR QIZIL
– pul-kredit tənzimləyici
orqanlarına məxsus olan və ehtiyat aktivi kimi
çıxış edən qızıldır.
MONETARĐZM
– iqtisadi nəzəriyyədir və
buna uyğun olaraq, dövriyyədə olan pulun
miqdarı
təsərrüfat
konyunkturasının
formalaşdırılmasının
müəyyənləşdirici
amili
hesab edilir. Dövriyyədə pul kütləsinin dəyişməsi
ilə ümumi milli gəlirin miqyası arasında birbaşa
əlaqə
mövcuddur.
Bu
nəzəriyyəyə
görə,
inflyasiyasız iqtisadi artıma dövriyyədəki pul
kütləsi üzərində nəzarət yolu ilə nail olunur. Onun
artımının
həddindən
artıq
olması
dövlət
büdcəsinin kəsiri, hökumətin nəzarətinin zəifliyi
ilə izah olunur. Bu nəzəriyyə M.Fridmenin
tədqiqatlarına əsaslanır və XX əsrin 70-80-ci
illərindən geniş yayılmağa başlanmışdır.
MONĐTOR
– 1) digər sistemlər üzərində
nəzarət sistemidir; 2) digər proqramlar üzrə daxil
etmə və icranı idarə edən proqramdır; 3) müəyyən
növ hadisələr barədə məlumatların toplanması
üçün xidmət proqramıdır; 4) informasiyanın
EHM-dən mətn və təsvirlər formasında insanlara
459
ötürülməsi üçün nəzərdə tutulan yardımçı
qurğudur.
MONĐTORĐNQ
– (I) - dəyişkən dövriliklə
xüsusi hazırlanmış müşahidə proqramı üzrə
fasiləsiz müşahidə növüdür və müşahidə olunan
hadisələrin
dinamikasındakı
dəyişmələrdən
asılıdır. Məsələn, sosial-əmək sferasının (o
cümlədən işsizliyin), bazar qiymətlərinin və s.
monitorinqi.
(II) – (lat. monitor – yada salan, nəzarət edən) -
ictimai rəyin, əhalinin, ekspertlərin, sosioloji –
öyrənilən obyektin dəyişməsi haqqında obyektiv
məlumat verən xüsusi tərtib olunmuş anketlər və
sonradan onların analizi əsasında müntəzəm
aparılan kütləvi sorğulardır.
Əhalinin monitorinqi, bir qayda olaraq, ailə
səviyyəsində (həyat səviyyəsinin və keyfiyyətinin
dəyişməsi, gəlirli qrupa mənsubiyyəti, işləyən
üzvlərin müəssisələri ilə münasibəti və s.)
situasiyaya
qiymət
verir.
Əhalinin
sosial-
demoqrafik müşahidələri əslində monitorinqdir və
hər hansı ailə seçimində eyni müntəzəmliklə
aparılır.
Ətraf mühitin monitorinqi – insanın təsərrüfat və
digər fəaliyyəti ilə bağlı ətraf mühitin müşahidəsi,
qiymətləndirilməsi və vəziyyətinin proqnozudur.
“Monitorinq” termini BMT-nin ətraf mühitə dair
Stokholm
konfransının
keçirilməsi
(1972)
ərəfəsində, insanı əhatə edən təbiət mühitinin
vəziyyəti
üzərində
müşahidə
sisteminin
yaradılması və kritik vəziyyətlərin qarşısının
alınması üzrə ilk təkliflərin işlənib hazırlanması
zamanı meydana çıxmışdı. Dünyanın ayrı-ayrı
ölkələrində, həmçinin beynəlxalq səviyyədə
müxtəlif
miqyaslı
monitorinq
sistemləri
yaradılmışdır; onların çoxu konkret təbiət
obyektləri və ya təbii mühitin elementlərinin
öyrənilməsində
cəmləşmişdir.
Monitorinqin
vəzifəsi ilk növbədə antropogen çirklənmə
proseslərinin müşahidəsi ilə bağlıdır, lakin bəzi
alimlər öz çıxışlarında monitorinq funksiyalarının
genişləndirilməsini, hətta onun ekoloji xidmətə
çevrilməsini bildirirlər. Aşağıdakı monitorinq
formaları fərqlənir: baza monitorinqi, yaxud fon
(ümumi biosfer, əsasən təbiət hadisələrini izləmə,
onların üzərinə regional antropogen hadisələri
qoymadan), qlobal monitorinq (Yer biosferində
və onun ekosferində ümumbəşəri prosesləri və
hadisələri
izləmə,
onların
bütün
ekoloji
komponentləri və yaranan ekstremal vəziyyət
haqda xəbərdarlıq daxil olmaqla); regional (ayrıca
region hüdudunda izləmə, burada proseslər və
hadisələr həm təbii xarakterizə, həm də bütün
biosfer üçün səciyyəvi olan baza fondundan
antropogen təsirə görə fərqlənə bilər); impakt
(xüsusən təhlükəli zonalarda və yerlərdə regional
və lokal antropogen təsirlərin müşahidəsi).
Kompüter
qovşaqlarından
istifadə
müxtəlif
miqyaslı monitorinq sistemləri arasında qarşılıqlı
təsiri və informasiya mübadiləsini təmin etməyə
imkan verir.
MONOQRAFĐK TƏDQĐQAT
– seçmə
müşahidə metodudur. Bu metodla hadisələrin hər-
hansı növünün təmsilçiləri olan müşahidə
obyektlərinin ayrı-ayrı vahidləri əsaslı tədqiqata
məruz qalır. Monoqrafik tədqiqat yeni hadisələrin
qanunauyğunluqlarının
və
meyllərinin
öyrənilməsində mühüm əhəmiyyət kəsb edir.
MONOLOKAL NĐKAH
(yunan. mónos – bir,
vahid və lat. locus – yer) – bu nikah tipində ər-
arvad bir ev təsərrüfatının tərkibinə daxil olur. Ən
geniş yayılmış müasir nikah tipidir.
MONOMETALĐZM
– bir metalın ümumi
ekvivalent kimi çıxış etdiyi və pul dövriyyəsinin
əsasında durduğu pul sistemidir. Monometalizmdə
qızıl,
gümüş
və
mis
fərqləndirilir.
Monometalizmdə
keyfiyyətsiz
sikkələr,
banknotlar və kağız pullar sərbəst surətdə qızılla
dəyişdirilir.
MONO-REGĐONAL GÖSTƏRĐCĐLƏR
–
işçilərinin 80 faizinə qədəri bir regionda yerləşən
müəssisələr mono-regional sayılır.
Qeyd: “Müəssisənin fəaliyyətinin əsas regionu”
termini ilə səhv salmaq olmaz
MÖVCUD BĐNA VƏ TĐKĐLĐLƏRƏ QO-
YULAN ÜMUMĐ ĐNVESTĐSĐYALAR
–
mövcud bina və tikililərin dəyərləri ilə yanaşı,
hesabat dövrü ərzində əldə edilmiş bina və
tikililərin və onların tikildiyi torpaq sahələrinin
dəyərlərini əks etdirir. Torpaq onda mövcud olan
bina və tikililərlə birlikdə alındıqda, bu iki
komponentin dəyərləri bölünmür və ümumi
məbləğdə bina və tikililərin dəyəri torpaqdan
bahadırsa, bu maddə üzrə qeydiyyata alınır. Əgər
torpağın dəyəri onda mövcud olan bina və
tikililərin dəyərindən bahadırsa, onda ümumi
məbləğ “torpağa qoyulan ümumi investisiyalar”
maddəsi ilə qeydiyyata alınır. Bu maddəyə
birləşmə yolu ilə əldə olunan bina və tikililərin
dəyərləri daxil edilmir.
Mövcud bina və tikililərə qoyulan ümumi
investisiyalar “Maddi məhsullara qoyulan ümumi
investisiyalar” göstəricisinin bir hissəsidir.
MÖVCUD ƏHALĐ
– siyahıyaalmanın kritik
anında (siyahıyaalmanın başlandığı gün saat 00-
da) müəyyən yaşayış məntəqəsində, yaxud
460
müəyyən
ərazi
vahidində
olan
adamların
məcmusunu
(cəmini)
əks
etdirən
əhali
kateqoriyasıdır. Statistik mənada mövcudluq fiziki
mənada
mövcudluqdan
fərqlənir.
Məsələn,
siyahıyaalmanın kritik anında təkcə evdə olanlar
deyil, həmin yaşayış məntəqəsinin ərazisində olan
(qonaqlıqda, işdə, teatrda və s.), eləcə də yaşayış
məntəqəsinin hüdudlarından kənarda, hər hansı
bir
yaşayış
evi
ilə
əlaqəsi
olmayan
(siyahıyaalmanın keçirilməsi mümkün olmayan
yerdə) yerdə xidməti vəzifəni yerinə yetirənlər də
mövcud əhali hesab edilirlər.
MÖVCUD MALLAR
– istifadəçi vahidlərin
(müəssisələrin) sərəncamına verilmiş, cari və
əvvəlki dövr ərzində istehsal edilmiş və ya idxal
edilmiş mallardır.
MÖVSÜMĐ DƏYĐŞMƏ
– istehsalın il ərzində
təkrarlanan
dəyişməsi,
məhsul
buraxılışının
ümumilikdə və ayrı-ayrı növlər üzrə ildən-ilə
dövri olaraq müəyyən aylarda (dövrlərdə) artması
və ya azalmasında ifadə olunur. Əsasən kənd
təsərrüfatı xammalını (şəkər, meyvə-tərəvəz
sənayesi və s.) emal edən sahələrə aid edilir. Bir
çox hallarda bu, həmçinin temperatur rejimi (ilin
müxtəlif
vaxtlarında
elektrik
və
istilik
enerjilərinin istehsalında olan dəyişmələr) və ya
təbii
amillərdən
(məsələn,
oduncağın
hazırlanması, müxtəlif növ metalların hasil
edilməsi və s.) asılı olaraq, istehsal dövrünün
xüsusiyyətləri
ilə
də
əlaqədardır.
Sənaye
məhsullarının istehsalında olan ənənəvi mövsümi
dəyişmələr kifayət qədər sabit xarakter daşıyır və
ayrı-ayrı dövrlərdə aylıq (rüblük) dinamikaya
nəzərəçarpacaq təsir göstərir.
Mövsümi
dəyişmələr,
dəyişmələr
dövrünün
uzunluğu ilə (maksimum və minimumun qonşu
nöqtələr
arasında
vaxt
kəsiyi),
amplituda
(göstəricilərin maksimum və minimum qiymətləri
arasındakı fərq) və vaxta görə maksimumların
yerləşməsi ilə xarakterizə olunur.
Đqtisadi-riyazi modellərdə mövsümi dəyişmələr ya
orta illik səviyyəyə (additiv mövsümi səmərə)
əlavə edilmiş additiv üzv şəklində, yaxud da orta
illik səviyyənin (multiplikativ mövsümi səmərə)
qiymətinə vurulan multiplikativ üzv şəklində əks
olunur.
Additiv mövsümi səmərə metodundan istifadə
hallarında, mövsümi dəyişmə orta illik səviyyədən
asılı olduğu, multiplikativ metoddan istifadə
etdikdə isə mövsümi dəyişmənin kəmiyyəti orta
illik səviyyənin kəmiyyətinə mütənasib olduğu
nəzərdə tutulur.
Qeyri-sabit trend və mövsümi dəyişməni əks
etdirən vaxt sıralarının modelləşdirilməsi və
proqnozlaşdırılması
üçün
çox
vaxt
uyğunlaşdırılmış modellər (Vinters, Teyla-Veyc,
Boksa-Cenkins) tətbiq edilir.
MÖVSÜMĐ DƏYĐŞMƏLƏRƏ DÜZƏLĐŞ-
LƏR
– ehtimal edilir ki, sıra üç komponentdən
ibarətdir: dəyişmələrdən, mövsümi və təsadüfi
komponentlərdən;
mövsümi
dəyişmələrin
düzəldilməsi (təshihi) mövsümi komponenti
sıradan çıxarır. Beləliklə, təshih edilmiş sıraları
bir dövrü digəri ilə müqayisə etmək yolu ilə təhlil
etmək olar. Avropa Statistika Bürosunun xarici
ticarət, habelə iqtisadi sahələr üzrə aqreqasiya
olunmuş məlumat sıralarının təshihi üçün əsas
etibarilə istifadə olunan proqram X12-ARĐMA
adlanır.
MÖVSÜMĐ DƏYĐŞMƏLƏRĐN HAMAR-
LANMASI
– dinamika sırasından bu və ya digər
üsullarla
mövsümi
dəyişmələrin
kənarlaşdırılmasıdır. Bu əməliyyat üçün indeks
metodları, sürüşən orta, reqressiya metodu,
uyğunlaşma metodu və s. tətbiq edilə bilər.
Riyazi modelləşdirmədə mövsümi dəyişmələrin
iki növünü fərqləndirmək olar: dəyişmənin
genişliyi müvəqqəti sıranın orta səviyyəsinə
(trendin səviyyəsinə) mütənasib olan multiplikativ
dəyişməni və dövrün müvafiq fazası üçün
mövsümi dəyişmələrin genişliyi təxminən daimi
və sıranın orta səviyyəsindən asılı olmayan
additiv
dəyişməni.
Multiplikativ
mövsümi
effektlər halında mövsümi dəyişmələr sıranın
qiymətinin
müvafiq
mövsümilik
əmsalına
bölünməsi yolu ilə aradan qaldırılır; mövsümi
effektdə mövsümi əmsallar sıranın qiymətindən
çıxılır.
MÖVSÜMĐ DƏYĐŞMƏLƏRĐN TƏSHĐH
EDĐLMƏSĐ
– həm təshih edilən, həm də
mövsümi təsirlərə meylli olan dəyişənlər arasında
ekonometrik
əlaqələrin
qiymətləndirilməsinin
ənənəvi vəzifəsidir.
MÖVSÜMĐ ĐSTEHSAL
– şəraiti və nəticələri
əhəmiyyətli
dərəcədə
təbii
şəraitin
(ilin
fəsillərindən, gün ərzindəki işıqlı vaxtdan və s.)
vaxtaşırı dəyişikliklərindən asılı olan istehsaldır.
Mövsümi istehsala kənd təsərrüfatı xammalının
bir çox növlərinin emalı ilə bağlı istehsal, elektrik
və istilik enerjisi istehsalı, torfun hasilatı və s.
aiddir.
MÖVSÜMĐ ĐŞÇĐLƏR
– davamlılığı altı ayı
keçməyən, ilin müəyyən dövründə bağlanmış
əmək müqavilələrinə uyğun olaraq işə qəbul
olunan (şəkər istehsalı, meyvə və tərəvəzin emalı
və s.), siyahı tərkibinə daxil edilən şəxslərdir.
461
MÖVSÜMĐLĐK
Dostları ilə paylaş: |