A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə115/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   111   112   113   114   115   116   117   118   ...   182

 

MƏLUMATLAR BAZASININ ĐDARƏET-

MƏ  SĐSTEMĐ  (MBĐS)

  –  hər  hansı  bir  tətbiqi 

informasiya  sisteminə  əsaslanan,  xarici  və  daxili 

yaddaşdakı  məlumatları,  tranzaksiyanı  (qrup 

şəklində  əməliyyatları)  idarə  edən,  məlumatlar 

bazasının  bərpa  edilməsini  təmin  edən,  məlumat 

bazaları dillərini dəstəkləyən sistemdir. 

 

MƏLUMATLAR  DƏSTĐ

  –  müəyyən  təşkilə 

və  ada  malik,  ümumi  təyinatla  birləşən,  öz 

aralarında  məntiqi  əlaqəli  olan  məlumatların 

məcmusudur.  Məlumatlar  dəsti  məlumatların 

işlənməsi  prosesində,  onların  qorunması,  daxil 

edilməsi və çıxışı üçün nəzərdə tutulmuşdur. 

 

MƏLUMATLAR MASSĐVĐ

 – eyni adla qeyd 

edilmiş,  quruluşuna  və  istifadə  edilmə  üsuluna 

görə  eyni  tipli  elementlərin  qaydaya  salınmış  son 

məcmusudur.  Vahid  bir  tam  kimi  baxılır. 

Birölçülü  (vektor),  ikiölçülü  (matrisa),  üçölçülü 

(tenzor) və s. ola bilər. 

 

MƏLUMATLARA 

NƏZARƏT

 

– 

məlumatların 

qiymətinin 

etalon 

qiymətlərlə 



müqayisəsindən 

ibarət 


olan 

texnoloji 

əməliyyatdır. 

Bununla 


yanaşı, 

sənədlərin 

rekvizitlərinin 

doldurulmasının 

və 

mümkün 


hesabi  və  məntiqi  səhvlərin  tapılması  və  aradan 

qaldırılması 

məqsədi 

ilə 


onlarda 

olan 


məlumatların  düzgünlüyünün  yoxlanması  həyata 

keçirilir. 



 

MƏLUMATLARIN  SEÇMƏ  ĐŞLƏNMƏ-



  –  statistik  müşahidə  məlumatlarının  təsadüfi  

seçilmiş  hissəsinin  işlənməsidir.  Đlkin  yekunların 

operativ  əldə  edilməsi  üçün  və  ya  materialların 

yekununun  genişləndirilmiş  proqramına  uyğun 

olaraq,  əlavə  məlumatların  əldə  edilməsi  üçün 

aparılır. 



 

MƏLUMATLARIN 

(YEKUNLARIN) 

STATĐSTĐK  METODLAR  BANKI

  –  bazar 

proseslərinin  qiymətləndirilməsinin  və  səbəb-

nəticə  əlaqələrinin  aşkar  edilməsinin  alınmasına 

imkan 


verən 

məlumatların 

təhlilinin 

qruplaşmasıdır  və  marketinq  tədqiqatlarında 

mövcud olan üç anlayışdan biridir. 

 

MƏLUMATLARIN  DÜZGÜN  TƏQDĐM 



EDĐLMƏSĐ

 – uçotun əsas vəzifələrindən biridir. 

Maliyyə 

hesabatları 

müəssisənin 

aktivləri, 

maliyyə  vəziyyəti  və  ya  gəlirləri  (itkiləri) 

haqqında  düzgün  məlumat  verməlidir.  Buna 

hesabatın müəyyən edilmiş qayda və prinsiplərinə 

riayət  edilməsi  (lakin  nadir  hallarda  onlardan 

kənara çıxmalar ola bilər) yolu ilə nail olunur.  

 

MƏLUMATLARIN 



HAZIRLANMASI 

VASĐTƏSĐ

  –  məlumatların  ilkin  sənədlərdən 

informasiya  daşıyıcılarına  keçirmə  vasitələri 

kompleksidir, 

burada 


məlumatların 

EHM 


yaddaşına yığılması həyata keçirilir. Məlumatların 

hazırlanması  vasitələrinin  köməyi  ilə  ilkin 

məlumatların  qeydiyyatı,  məsafədən  yığımı, 

toplanması  (təmərküzləşməsi)  və  işlənməsinin 

avtomatlaşdırılması 

aparılır, 

hesablanmalar 

avtomatlaşdırılır. 

 

MƏLUMATLARIN 

ĐŞLƏNMƏSĐ

 

– 

məlumatların 

vəziyyətini 

əks 


etdirən, 

göstəricilərdən  heç  olmasa  birinin  öz  qiymətini 

dəyişməsi  ilə  nəticələnən texnoloji  əməliyyatların 

sistemləşdirilmiş ardıcıllığıdır. 

Statistik 

məlumatların 

işlənməsi 

zamanı 


hesabatların 

növlərə 


ayrılması, 

seçilməsi, 

qruplaşdırılması, 

təshih 


edilməsi, 

formalaşdırılması  kimi  nümunəvi  üsullardan 

istifadə edilir.  

 

MƏLUMATLARIN 



ĐŞLƏNMƏSĐ 

SĐS-

TEMĐ 

–  obyektlərin  idarə  edilməsinin  təşkili 

üçün 


zəruri 

olan 


məlumatların 

yığılması, 

saxlanması və işlənməsində qarşılıqlı əlaqəli olan 

üsul  və  vasitələrin  kompleksidir.  Məlumatların 

işlənməsi  sistemi  EHM  və  digər  müasir 

informasiya  texnikaları  vasitələrinin  tətbiqinə 

əsaslanır.  EHM-in  tətbiqi  yerinə  yetirilmiş 

informasiya-hesablama 

işlərinin 

məcmusunun 

onların  texnoloji  birliyi  əsasında  həyata  keçirilən 

bir  kompleksdə  toplanmasına  imkan  verir. 

Məlumatların  işlənməsi  sisteminin  funksiyaları  – 

məlumatların 

ən 

az 


xərclərlə 

yığılması, 

saxlanması, axtarışı və işlənməsindən ibarətdir. 


 

442 


MƏLUMATLARIN 

ĐŞLƏNMƏSĐNDƏ 

ĐNDEKSLƏR

  –    faylda  məlumat  qeydlərinin 

tapılmasına 

imkan 

verən 


göstəricilərin 

məcmusudur.  Məlumatların  işlənməsində  indeks 

simvol  və  ya  rəqəm,  cədvəl,  nizamlanmış  sorğu 

siyahısı, kodların yığılması şəklində ola bilər.  

 

MƏLUMATLARIN 

ĐŞLƏNMƏSĐNĐN 

AVTOMATLAŞDIRILMASI

  -  məlumatların 

hesablama  texnikası  vasitəsi  ilə  işlənməsidir 

(məlumatların  yığılması,  ötürülməsi,  saxlanması, 

yekun  məlumatların  alınması  və  onların  təqdim 

edilməsi). 

 

MƏLUMATLARIN  QORUNMASI  BA-



RƏDƏ 

QANUN

 

Avropa 


Şurası 

Konvensiyasının  prinsiplərinə  uyğun  olaraq, 

məlumatların  qorunması  barədə  qanundur.  1984-

cü ildə Böyük Britaniyada qəbul edilmişdir. 

 

MƏLUMATLARIN  MAŞIN  DAŞIYICISI

 

–  məlumatların  yazılması, saxlanması  və  yenidən 



istehsal  edilməsində  istifadə  olunan  materialdır 

(cisimdir). 

 

MƏLUMATLARIN 

ÖTÜRÜLMƏSĐ

 

–  

hesablama  sisteminin  bir  hissəsindən  digərinə, 

yaxud  bir  hesablama  sistemindən  digərinə 

məlumatların 

ötürülməsidir. 

Məlumatların 

işlənməsi  prosesində  məlumatların  ötürülməsi 

(operativ (təcili) yaddaş və xarici yaddaş arasında 

məlumatlar  mübadiləsi  yolu  ilə),  giriş-çıxışı 

(simvol  və  yazılışların  axını  formasında),  rabitə 

kanalları  vasitəsilə  abonent  məntəqələri  və  EHM 

arasında ötürmə fərqləndirilir. 

 

MƏLUMATLARIN 



STRUKTURU

 

– 



saxlanılması  üsulundan  asılı  olmayaraq,  məlumat 

bazasında 

istifadəçilərə 

təqdim 

olunan 


məlumatlar haqqındadır. 

 

MƏLUMATLARIN 



TEXNOLOJĐ 

BA-

ZASI (MTB)

 – qurulmuş cədvəllər və mübadilə 

formatlarının  faylları  üzrə  statistik  məlumatların 

və  normativ-sorğu  məlumatlarının  konversiya 

edilmə, 

seçmə 


və 

çıxarış 


proqramlarının 

avtomatlaşdırılmış  işlənməsi  üçün  proqram-

instrumental vasitəsidir. 

 

MƏLUMATLARIN 



TELEĐŞLƏNMƏSĐ 

(TELEEMALI)

  –  məlumatların  işlənməsi 

üsuludur.  Bu  zaman  informasiyanın  EHM-də 

işlənməsi  məqsədi  ilə  informasiyanın  işlənmə 

vasitələri,  rabitə  kanalları  vasitəsi  ilə  məlumat 

mübadiləsinin  təşkili  üçün  məlumatın  ötürülmə 

vasitələri 

ilə 


birlikdə 

istifadə 

olunur. 

Məlumatların maşında işlənmə paketi ilə EHM-in 

ehtiyatları 

məsələlər 

üzrə 

bölünür, 



lakin 

istifadəçilərlə  EHM  arasında  əlaqə  seans  üzrə 

bölünür. 

 

MƏLUMATLARIN  TƏHLĐLĐ



  –  çoxsaylı 

əlamətlərlə 

xarakterizə 

edilən 


müşahidə 

məlumatlarının  statistik  araşdırılmasıdır.  Klassik 

riyazi-statistik  təhlil  metodlarından  fərqli  olaraq, 

məlumatların  təhlili  metodlarında  yalnız  bu 

məlumatlarda  qeydə  alınmış  informasiyalardan 

istifadə  edirlər.  Bu  metodlardan  istifadə  edilməsi, 

nəticələrin  dolğun  təhlili  tədqiq  edilən  sistemdə 

bu 

və 


ya 

digər 


qanunauyğunluqların 

formalaşdırılmasına kömək edir. 

Məlumatların 

təhlili 


aşağıdakı 

qaydada 


təsnifləşdirilir:  tiplər  üzrə  -  bir  əlamətin  digər 

əlamətlərlə  təsvir  edilməsi  və  yeni  əlamətlərin 

qurulması;  informasiyaların  təqdim  edilməsinin 

formal  dili  üzrə  –  kəmiyyət  təhlili  (nəticələr 

düstur  şəklində  təqdim  edilir)  və  keyfiyyət  təhlili 

(informasiyalar  qruplaşdırılmış,  nizama  salınmış 

terminlərlə təqdim edilir). 

Məlumatların 

təhlili 

metodlarından 

istifadə 

edilməsi  sistemdaxili  əlaqələrin  fərz  edilən 

variantlarının 

sayının 


əhəmiyyətli 

dərəcədə 

azalmasına,  bəzi  hallarda  isə  məlumatların 

toplanmasında  tamamilə  nəzərə  alınmamış  əlaqə 

və əlamətlərin aşkar edilməsinə imkan verir. 

 

MƏLUMATLARIN  TƏSNĐFLƏŞDĐRĐL-



MƏSĐNĐN  VƏ  KODLAŞDIRILMASININ 

VAHĐD  SĐSTEMĐ  (MTKVS)

  –  texniki-

iqtisadi  və  sosial  məlumatların  milli  təsnifatları

təsnifatların  aparılması  vasitələri,    onların 

işlənməsi,  aparılması  və  tətbiqi  üzrə  normativ  və 

metodiki 

sənədlərin 

məcmusudur. 

MTKVS 


texniki-iqtisadi 

və 


sosial 

məlumatların 

təsnifləşdirilməsi  və  kodlaşdırılması  üzrə  işlərin 

aparılmasının  vahid  metodoloji  və  təşkilati 

əsaslarını, 

onların 


aparılmasının 

tərkibini, 

məzmununu və qaydalarını müəyyən edir. Bundan 

əlavə,  təsnifatlarda  istifadə  edilən  təsvirlərin  və 

lüğətlərin, 

terminlərin 

və 

anlayışların 



yaradılmasından ibarət olan, təsnifatlara semantik 

(məna)  və  terminoloji  kömək  göstərilməsi  üzrə 

işlər aparılır. Standartlaşdırılmış və tövsiyə edilən 

terminlərin 

və 

təriflərin 



həcmi 

daima 


genişləndirilir və təkmilləşdirilir. 

 

MƏLUMATLARIN  VAXTIN  BÖLÜŞDÜ-



RÜLMƏSĐ  REJĐMĐNDƏ  ĐŞLƏNMƏSĐ

  – 

EHM-də  istifadəçilərə  xidmətin  təşkilidir.  Bu 

zaman  bilavasitə  giriş  rejimində  fərdi  pultlarla 

işləyən  bir  neçə  istifadəçiyə  eyni  vaxtda  xidmət 

olunması  təmin  edilir.  Hər  bir  istifadəçiyə 


 

443


hesablama  sisteminin  zəruri  ehtiyatları  ayrılır: 

cəld  və  xarici  yaddaş,  xarici  qurğu.  Mərkəzi 

prosessorun 

vaxtının 

istifadəçilər 

arasında 

bölgüsü  bərabər  vaxt  intervalları  ilə  və  ya 

müəyyən edilmiş üstünlüyə uyğun ayrılır.  

 

MƏLUMATLARIN  VERĐLMƏSĐ

  (məlu-

mat  emalına)  –  müəyyən  olunmuş  qaydalar 

dəstindən 

istifadə 

etməklə 


məlumatların 

verilməsidir. 

 

MƏLUMATLARIN 

YAYILMASININ 

XÜSUSĐ  STANDARTLARI

  -  1996-cı  ildə 

Beynəlxalq 

valyuta 


fondu 

Məlumatların 

yayılmasının  xüsusi  standartını  (MYXS)  işləyib 

hazırlamışdır  və  həmin  vaxtdan  etibarən  bu 

standartı  beynəlxalq  bazarlarda  kapitala  malik 

olan  və  ya  onu  qazanmaq  istəyən  BVF-na  üzv 

ölkələrin  milli  statistikalarının  iş  təcrübəsinə 

tətbiq  olunmasına  aktiv  yardım  edir.  Standart 

bütün  dünyada  iqtisadi  ekspertlərin  vaxtında  və 

tam  məlumat  almaq  imkanını  genişləndirir  və 

bununla 

uyğun 


makroiqtisadi 

siyasətin 

aparılmasına  kömək  edir.  MYXS-ə  qoşulan 

ölkələrin  statistik  məlumatlarının  operativ  analizi 

iqtisadi vəziyyətin yaxşılaşmasına, dünya maliyyə 

bazarlarında baş verən böhranların qarşısını almaq 

və  ya  ən  azı  bu  böhranların  ağırlığını  azaltmağa 

yardım edə bilər.  

 

MƏLUMAT-SORĞU 

XĐDMƏTĐ

 

– 

sifarişçilərin  və  abonentlərin  sorğu  xarakterli 

məlumatlarla  təmin  edilməsidir.  Bu  məqsədlə, 

hesablama  texnikası  və  rabitə  vasitələrindən 

istifadə  etməklə  məlumat  sorğu  sistemindən  – 

təşkilati  qaydaya  salınmış  sənədlərin  (sənədlər 

massivinin) 

məcmusundan 

və 


informasiya 

texnologiyalarından istifadə edilir. 

 

MƏLUMAT-TELEKOMMUNĐKASĐYA 

SĐSTEMĐ  (MTS)

  –  hesablama  texnikası  və 

telekommunikasiya  vasitələrindən  ibarət  olan 

kompleksdir.  Öz  aralarında  əlaqə  kanalları  ilə 

birləşmiş 

rabitə 

qovşağı 


və 

abonent 


məntəqələrinin  məcmusunu  özündə  əks  etdirir. 

Məlumat-telekommunikasiya 

sistemi 

məlumatların  teleişlənməsini  və  onun  rabitə 

kanalları ilə ötürülməsini həyata keçirir. 

 

MƏNƏVĐ  AŞINMANIN  MÜDDƏTĐ

  –  bu 


müddət  keçdikdən  sonra  elmi-texniki  tərəqqinin, 

modaların  və  digər  səbəblərin  təsiri  altında 

alınmış  əmlak  əhalinin  tələbatının  ödənilməsinə 

cavab vermir. Bir qayda olaraq, mənəvi aşınmanın 

müddəti  fiziki  aşınmanın  müddəti  ilə  üst-üstə 

düşmür. 


 

MƏNƏVĐYYAT  STATĐSTĐKASI

  (əxlaqi 

statistika)  -  XIX  əsrin  ikinci  yarısında  bir  sıra 

alimlər  tərəfindən  əhali  sakinliyinin  tərkibində 

öyrənilən  sahədir.  Bu  sahəyə  onlar  təkcə 

cinayətlərin  statistikasını  deyil,  həm  də  əhalinin 

təkrar  istehsalının  bəzi  hadisələrini  aid  edirdi. 

“Mənəviyyat  statistikası”  termini  fransız  alimi 

A.Qarri  (1830)  tərəfindən  elmə  daxil  edilmiş  və 

A.Ketle (1848) tərəfindən tətbiq olunmuşdur. XIX 

əsrin sonunda bir sıra alimlər, əsasən Almaniyada 

(V.Leksis  və  başqaları)  əhali  statistikasını  (yəni 

onların anlayışında demoqrafiyanı), insana bioloji 

proseslər nöqteyi-nəzərindən baxan bir elm sahəsi 

kimi  xarakterizə  edərək,  ondan  başqa  sahəni  – 

“şəxsi  statistikanı”  ayırmağa  cəhd  göstərmişlər. 

Đnsan  bu  sahədə  “şüurlu  və  üzərində  mənəvi 

məsuliyyət  olan  şəxsiyyət”  kimi  çıxış  edir.  Lakin 

belə  şərh  olunan  mənəviyyat  statistikasının 

məzmununu  müəyyən  etmək  cəhdləri  (məsələn, 

ona  nikah  və  qismən  doğumu  aid  etmək)  baş 

tutmadı.  Bu  mənəviyyat  statistikası  konsepsiyası 

XX  əsrin  əvvəlində  tənqid  (M.V.Ptuxa  və  b.)  və 

rədd  edilmişdi.  Lakin  “Mənəviyyat  statistikası” 

termini  öz  ilkin  mənasında  (cinayətlər  və  sosial 

normalardan  baş  kənarlaşmalar  statistikası)  bir 

müddət istifadə olunurdu. 

 

MƏNFƏƏT  (ZƏRƏR)



  –  mülkiyyətin  bütün 

növlərindən olan təşkilatların iqtisadi fəaliyyətinin 

son  maliyyə  nəticəsidir.  Özündə  təşkilatların 

fəaliyyətlərindən 

əldə 

etdikləri 



gəlirlə 

bu 


fəaliyyətlərin həyata keçirilməsinə çəkilən xərclər  

arasındakı  fərqi  əks  etdirir.  Mənfəət,  pul 

vəsaitlərinin  daha  əlverişli  sahəyə  qoyulmasına 

yönəldilməsi, 

kapitalın, 

əmək 


və 

maddi 


ehtiyatların cəlb edilməsi ilə əmtəə istehsalı və (və 

ya)  satışından  əldə  olunan  nəticə  hesab  edilir. 

Əmtəə 

istehsalçıları 



sabit 

iqtisadiyyatda 

fəaliyyətlərini 

həmçinin 

istehsalın 

genişləndirilməsi,  istehsal  xərclərinin  azaldılması 

və 

buraxılan 



məhsulun 

keyfiyyətinin 

yaxşılaşdırılması hesabına mənfəətin artırılmasına 

yönəldirlər.  Keçid  iqtisadiyyatında,  inflyasiya 

surəti artdığı bir dövrdə mənfəətin artması, əsasən 

inflyasiya  xarakteri  daşıyır  və  bu,  çox  vaxt 

buraxılan  məhsulun  qiymətinin  artması  hesabına 

baş verir. 

Kəmiyyətcə 

mənfəət, 

təsərrüfat 

subyektləri 

səviyyəsində 

təsərrüfat 

əməliyyatlarının 

mühasibat 

uçotu 

əsasında 



hesablanır. 

Hesabatlarda  və  təhlildə  mənfəətin  aşağıdakı 

göstəricilərindən 

istifadə 

olunur: 

hesabat 


dövründə  mənfəətin  (zərərin)  ümumi  miqdarı, 

vergiyə  cəlb  olunan  mənfəət,  maliyyə-təsərrüfat 

fəaliyyətindən  mənfəət  (zərər),  satışdan  mənfəət 

(zərər),  xalis  mənfəət  (vergi  ödənişindən,  icarə 



 

444 


haqlarının 

yığılmasından 

sonra 

müəssisənin 



sərəncamında  qalan  gəlirin  balans  hissəsi),  təsis 

mənfəəti (səhmdar cəmiyyətinin səhmlərinin ilkin 

yerləşdirilməsi  zamanı  mövcud  olan  bazar  dəyəri 

ilə,  onların,  səhmdar  cəmiyyətinin  təsis  edilməsi 

və səhmlərin ilkin yerləşdirilməsi ilə bağlı xərclər 

çıxılmaqla, nominal dəyəri arasındakı fərq).  

Hesabat  dövrünün  mənfəəti  (zərəri)  -  məhsulun, 

əsas  vəsaitlərin,  təşkilatın  digər  əmlaklarının 

satışından  və  satışdankənar  mənfəətdən  ibarətdir. 

Mənfəətin 

(zərərin) 

əsas 


həcmi 

əmtəə 

məhsulunun  satışından  əldə  olunan  gəlirdir  və 

satışdan  gələn  gəlirlə  (ƏDV  və  aksizlərsiz)  

istehsala  və  satışa  çəkilmiş  xərclər  arasındakı 

fərqlə 


hesablanır. 

Satışdankənar 

mənfəəti 

müəyyən  etmək  üçün,  iddia  vaxtının  müddəti 

qurtarmış  kreditor  və  debitor  borclarını  əks 

etdirən 


iqtisadi 

sanksiyaların 

(cərimələrin, 

pensiyaların,  dəbbələmələrin)  ödənişi,  alınması 

qeyri-real  olan  borclar  və  digər  icarəyə  verilmiş 

əmlak,  qiymətli  kağızların  buraxılması  və  s.  ilə 

bağlı  olan  satışdankənar  əməliyyatlar  üzrə 

mədaxil və məsrəflərin saldosundan istifadə edilir. 

 

MƏNFƏƏT  VƏ  QARIŞIQ  GƏLĐR

  – 

müxtəlif  müəssisə  tipləri  (korporasiyalar  və  ya 

kvazikorporasiyalar) üçün istifadə olunan eyni bir 

balanslaşdırıcı  maddənin  iki  alternativ  adlarıdır. 

Mənfəət  və  ya  qarışıq  gəlir  gəlirlərin  yaranması 

hesabında    balanslaşdırıcı  maddə  hesab  edilir.  O, 

aşağıdakı kimi müəyyənləşdirilir: 

- əlavə dəyər; 

- çıxılsın muzdlu işçilərin əməyinin ödənilməsi; 

- çıxılsın istehsala ödənilən vergilər; 

- üstə gəlinsin alınmış subsidiyalar. 

 

MƏNFƏƏT  VƏ  ZƏRƏRLƏR  HESABI



  – 

maliyyə  ilinə  görə  hesabat  sayılır  və  iki  geniş 

kateqoriyanı əhatə edir: “Gəlirlər” və “Xərclər”.  

Gəlir 

özündə 


şirkətin 

aktivlərinin 

faktiki 

gözlənilən axınını və ya əsas fəaliyyətinin nəticəsi 

kimi  öhdəliklərinin  azalmasını  əks  etdirir.  Bu 

zaman  xərclər  isə  aktivlərin  istehlak  edilməsini 

və  ya  gəlir  axınlarını  təmin  etmək  üçün  şirkətin 

öhdəliklər qəbul etməsini əks etdirir.  

Şuranın (AĐK) dördüncü Qərarının 22, 23 və 26-cı 

maddələrində verilmiş bir və ya bir neçə sxemlərə 

uyğun  olaraq,  Avropa  müəssisələri  üçün  mənfəət 

və 


zərərlər 

hesabının 

standart 

müəyyənləşdirilməsi verilmişdir.  

Sığorta  şirkətləri  və  kredit  təşkilatları  üçün  gəlir 

və  xərclər  hesabının  təqdim  edilməsi  Şuranın 

19.12.1991-ci il (91/674/AĐK) və 08.12.1986-cı il 

(86/635/AĐK) tarixli qərarlarında formalaşdırılmış 

göstərişlərə uyğun olaraq həyata keçirilir.  

 

MƏNĐMSƏMƏ  MƏRHƏLƏSĐ  (LAQI)



  – 

istifadəyə  verilmiş  əsas  fond  və  istehsal 



güclərinin layihə üzrə nəzərdə tutulmuş faydalı iş 

əmsalının səviyyəsinə çatmaq üçün müddətdir. 

 

MƏNŞƏ  ÖLKƏ

  -  malın  tam  istehsal  olunduğu 

və  ya  kifayət  qədər  emala  məruz  qaldığı  ölkədir. 

Azərbaycanda  mənşə  ölkəsini  müəyyən  edən 

prinsiplər  “Gömrük  tarifləri  haqqında”  Qanunda 

öz  əksini  tapmışdır.  Verilən  ölkədə  tam  istehsal 

olunan  mallara  aiddir:

 

1)  onun  ərazisində,  ərazi 



sularında,  kontinental  şelflərdə  və  dəniz  altında 

(əgər  ölkə  bu  yeraltı  tədqiqatların  aparılmasına 

görə  son  dərəcə  hüquqa  malikdirsə)  hasil  edilən 

faydalı  qazıntılar;  2)  onun  ərazisində  yetişdirilən 

və ya yığılan bitki məhsulları; 3) onda doğulan və 

yetişdirilən  diri  heyvanlar;  4)  onda  yetişdirilən 

heyvanlardan  alınan  məhsullar;  5)  ölkədə istehsal 

olunan ovçuluq, balıqçılıq və dəniz məhsulları; 6) 

verilən  ölkənin  gəmiləri  və  ya  icarəyə  (kirayəyə) 

götürdükləri  gəmilər  vasitəsilə  onların  dünya 

okeanından istehsal etdikləri və (və ya) tutduqları 

dəniz  məhsulları;  7)  verilən  ölkədə  baş  verən 

istehsal  və  digər  əməliyyatların  nəticəsi  olan 

təkrar xammal və tullantılar; 8) verilən ölkəyə aid 

olan  və  ya  onun  icarəyə  götürdüyü  kosmik 

gəmilərdə  açıq  kosmosda  aldıqları  yüksək 

texnoloji məhsullar; 9) yalnız yuxarıda adı çəkilən 

məhsullardan  verilən  ölkədə  istehsal  olunan 

mallar.  

Mənşə  ölkəsindən  asılı  olaraq,  mallara  güzəştli 

gömrük 

rüsumları 



qoyula 

və 


ya 

rüsum 


ödənişlərindən  tam  azad  edilə  bilərlər.  Malın 

mənşə ölkəsi olan Azərbaycan Respublikası xarici 



ticarətin  gömrük  statistikasında  –  idxal  zamanı 

ölkə-kontragentinin 

müəyyən 

edilməsinin 

əsasıdır

 



Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin