MÜHASĐBAT UÇOTUNUN QAYDA VƏ
PRĐNSĐPLƏRĐ
– mühasibat uçotunun əsas
prinsipləri aşağıdakı qaydada qruplaşdırıla bilər:
- ilkin çıxış nöqtəsi: fəaliyyətin fasiləsizliyi və
maliyyə illərinin bölüşdürülməsi (ayrılması);
- baza vəziyyəti: ehtiyatlılıq prinsipi, metodların
daimiliyi, tarixi dəyər, hər bir il üçün giriş balansı
keçən ilin yekun balansına uyğun olmalıdır,
əhəmiyyətlilik
konsepsiyası
və
ödəmənin
olmaması.
MÜHƏRRĐKĐN
GÜCÜ
–
mühərrikin
məhsuldarlığını (vaxt vahidində faydalı işini)
xarakterizə edən göstəricidir. Mühərrikin enerji
itkisinin tam uçota alınması nöqteyi-nəzərindən,
konstruktiv mühərrik gücü müəyyənləşdirilir və
bununla yanaşı, nəzəri (mühərrikdə enerji itkisi
nəzərə alınmadan), indikator (yalnız istilik itkisi
nəzərə alınmaqla), səmərəli gücləri və yaxud
mühərrikin işlək valındakı gücü (istilik və
mexaniki itkilər nəzərə alınmaqla) bir-birindən
fərqləndirilir. Yüklənmə imkanına görə yüklənmiş
mühərrik gücü ayrılır. Yüklənmiş mühərrik gücü
normal güclə (normal güc sayılır və mühərrik
maksimum
səviyyədə
işləyir),
maksimum
qısamüddətli güclə (yalnız qısa müddətdə qəza
təhlükəsizliyi olan inkişaf edən mühərriklərlə) və
maksimum uzunmüddətli güclə (uzun müddətdə
qəza
təhlükəsizliyi
olan
inkişaf
edən
481
mühərriklərlə) xarakterizə olunur. Həm də pasport
adlanan
səmərəli
uzunmüddətli
maksimal
mühərrik
gücündən
mühərrikin
tətbiqini
xarakterizə etmək üçün istifadə edilir.
Mühərrikdən faktiki istifadə onun istismar gücünü
xarakterizə
edir.
Buraya
aiddir:
güc
stansiyalarında
(qovşaqlarında)
quraşdırılmış,
bütün mühərriklərin hesablanmış uzunmüddətli
maksimal güclərinin cəmindən ibarət olan
quraşdırılmış güc; ehtiyatda olan və planlı təmirə
dayanan aqreqatların gücü çıxıldıqdan sonra,
qalan quraşdırılmış gücə bərabər sərəncamda
olan güc; öyrənilən dövr ərzində mühərriklə artan
ən yüksək güc, pik (zirvə) gücü; mühərrikin
müəyyən dövrdə işlədiyini göstərən, gücün orta
kəmiyyətini xarakterizə edən (istehsal edilən
enerjinin mühərrikin faktiki işlədiyi müddətə
bölünməsi ilə hesablanır), faktiki orta güc; enerji
istehlakçılarının
mühərriklərinə
və
yaxud
mühərriklər
sisteminə
(güc
stansiyalarına,
şəbəkələrinə) qoşulmuş güclərin cəmini göstərən
qoşulmuş güc; bu dövrdə istifadə edilmədən
qalmış ehtiyat güc.
MÜXTƏLĐF QORUYUCU VASĐTƏLƏR-
DƏN ĐSTĐFADƏ EDƏN ƏHALĐNĐN SAYI
(Minilliyin
bəyannaməsində
əks
olunmuş
inkişaf göstəricilərindən) - müxtəlif qoruyucu
vasitələrdən istifadə edənlərin sayı – hamiləliyə
qarşı bu və ya digər qoruyucu vasitələrdən istifadə
edən (özü və ya cinsiyyət tərəfdaşı) qadınların
sayıdır. Adətən, belə məlumatlar rəsmi və yaxud
mülki nikahda olan 15-49 yaşlı qadınlar barəsində
toplanır.
Rəsmi və yaxud mülki nikahda olan və
müayinənin gedişində özlərinin (və yaxud cinsi
tərəfdaşlarının) qoruyucu vasitələrdən istifadə
etmələri haqqında məlumat verən 15-49 yaşlı
qadınların sayı müayinə ilə əhatə edilmiş bu yaş
qrupunda olan bütün qadınların sayına bölünür
(bunun tətbiqi mümkün olduqda, eynilə ailə
vəziyyətinə).
MÜXTƏLĐF QORUYUCU VASĐTƏLƏRĐ
TƏTBĐQ EDƏNLƏR ARASINDA PRE-
ZERVATĐVLƏRDƏN ĐSTĐFADƏ EDƏN-
LƏRĐN SAYI
(Minilliyin bəyannaməsində əks
olunmuş inkişaf göstəricilərindən) - 15-49
yaşlarında rəsmi və yaxud mülki nikahda olan və
qoruyucu vasitə kimi prezervativlərdən istifadə
edən qadınların sayının özləri və yaxud
partnyorları tərəfindən hamiləliyin qarşısını alan
bu və ya digər vasitələrdən istifadə edən, müvafiq
yaş qrupları üzrə bu və ya digər kəbin ittifaqında
olan qadınların sayına nisbətini əks etdirir.
Rəsmi və yaxud mülki nikahda olan və
hamiləliyin qarşısını almaq üçün qoruyucu
vasitələrdən (onların digər qoruyucu vasitələrdən
istifadə edib-etməmələrindən asılı olmayaraq)
istifadə etmələri haqqında məlumat verən 15-49
yaşlı qadınların sayı bu və ya digər nikah
formasında olanların özləri və yaxud cinsiyyət
tərəfdaşları tərəfindən hər hansı bir qoruyucu
vasitədən istifadə edən 15-49 yaşlı qadınların
ümumi sayına bölünür.
Bu göstərici rəsmi və ya mülki nikahda olan və ya
özləri, ya da onların cinsiyyət tərəfdaşları
tərəfindən qoruyucu vasitələrdən istifadə edən 15-
49 yaşlı qadınların sayının, müvafiq müayinələrə
məruz qalan bu yaş qrupunun (və nə vaxt ki bu,
oxşar nikah statusuna tətbiq edilə bilər)
qadınlarının ümumi sayına nisbəti üzrə faiz
payında ifadə olunan qoruyuculardan istifadənin
yayılma göstəricisi ilə eyni qiymətə malik
deyildir.
Əhalinin hansı hissəsinin qoruyucu
vasitələrdən istifadə etməsindən asılı olmayaraq,
əgər onlardan 10%-i prezervativdən istifadə
edirsə, bu göstərici 10%-ə bərabər olacaqdır.
Əgər baxılan göstəricidən yalnız qoruyucu
vasitələrdən istifadənin monitorinqi üçün istifadə
edilirsə, o, bu zaman başqa cür müəyyən edilir və
hesablanır. Belə hallarda rəsmi və yaxud mülki
nikahda olan və hamiləliyin qarşısını almaq üçün
əsas qoruyucu vasitə kimi prezervativdən istifadə
etmələri haqqında məlumat verən 15-49 yaşlı
qadınların sayı göstərilir.
MÜQAVĐLƏ
– 1) sövdələşmənin məqsədini və
razılaşan
tərəflərin
qarşılıqlı
öhdəliklərini,
həmçinin
müqavilənin
pozulmasına
görə
sanksiyaları özündə əhatə edən müqavilədir,
razılaşmadır (çox vaxt yazılı); 2) mülki hüquqda
iki və daha çox şəxs (fiziki və ya hüquqi) arasında
mülki hüquq və vəzifələrin (istiqraz, alqı-satqı,
podrat və s.) müəyyən edilməsi, dəyişdirilməsi və
dayandırılmasına dair razılıqdır. Müqavilə yazılı
və notarius tərəfindən təsdiq edilmiş formada ola
bilər.
Đştirakçıların sayından asılı olaraq, ikitərəfli və
çoxtərəfli olur. Müqaviləyə görə, bir tərəf üçün
yalnız hüquq, digər tərəf üçün isə yalnız vəzifə
öhdəliyi yarandıqda, müqavilə birtərəfli, hər iki
tərəf üçün həm hüquq, həm də öhdəlik yarandığı
hallarda müqavilə ikitərəfli adlanır.
Müqavilənin bəzi növləri (məsələn, yaşayış
evlərinin
alqı-satqı
müqaviləsi)
dövlət
orqanlarında qeydiyyata məxsusdur. Təsərrüfat və
digər müqavilələrin nümunəvi formalarının
məcmuələri mövcuddur ki, iş prosesində onlara
əsaslanmaq lazım gəlir. Lakin iqtisadi sahədə
konkret
müqavilənin
tərtib
edilməsində
mütəxəssislərin - yalnız hüquqi qanunları deyil,
həm
də
vergi
qanunvericiliyini
bilən
482
hüquqşünasların,
auditorların
köməyindən
istifadə etmək daha məqsədəuyğundur.
MÜQAVĐLƏ QĐYMƏTĐ
– ixrac və ya idxal
olunan məhsulların (xidmətlərin) müqavilədə
müəyyən edilmiş qiymətinin valyuta ilə ifadəsidir.
MÜQAVĐLƏ
ÜZRƏ
SĐFARĐŞÇĐNĐN
XAMMALININ EMALI
– üçüncü tərəfin
hesabına, gömrük idarəsinin nəzarəti altında və ya
nəzarətsiz həyata keçirilən malların emalı üzrə
əməliyyatdır.
MÜQAVĐLƏÇĐ
– investorla münasibət quran
və müqavilə şərtlərinə uyğun olaraq istehsal
obyektlərinin yaradılması, istifadəyə verilməsi və
mənimsənilməsi üzrə öz üzərinə vəzifələr və
cavabdehlik
götürən
investisiya
aktının
iştirakçısıdır. Müqaviləçi həmçinin investisiya
aktının digər tərəfləri ilə də (son məhsul
istehlakçısından əlavə) əlaqələrdə iştirak edir.
Đnvestisiya proqramının yerinə yetirilməsi üçün
müqaviləçi müvafiq istehsal obyekt-istiqamətli və
təşkilati-məqsədli struktur yaradır. Müqaviləçi –
investisiya layihəsinin yerinə yetirilməsi prosesinə
məqsədli-proqram
idarə
edilməsini
həyata
keçirən, hazır tikinti məhsullarının vahid əmtəə
istehsalçısıdır.
MÜQAYĐSƏ EDĐLƏN
– eyni bir ticarət
(xidmət sahəsi) müəssisəsində və ya onunla
müqayisə oluna bilən ticarət tipi, mülkiyyət növü
üzrə eyni və ya keyfiyyəti üzrə ona oxşar
əmtəənin qeyd olunmuş qiymətidir. Qiymət
məlumatının müqayisəliliyini təmin etmək üçün,
məsələn, konkret ticarət müəssisəsində və bütün
regionda satışda həmin əmtəə olmadıqda, əmtəə
və xidmətin əvəz edilməsi metodundan istifadə
edilir.
MÜQAYĐSƏ OLUNAN MƏHSULLAR
–
bazis və hesabat dövrlərində, konstruksiyasında
standartların və ya texnoloji şərtlərin yenidən
baxılmasını tələb edən əhəmiyyətli dəyişikliklər
aparılmamaq şərti ilə, sənaye müəssisələrinin
istehsal etdiyi məmulatdır. Bazis ilində təcrübə
nümunələri, quraşdırma və birinci sənaye seriyası
kimi buraxılmış məmulatlar müqayisə olunan
məhsulların tərkibinə daxil edilmir (“Təcrübə
istehsalı”na bax). “Müqayisə olunan məhsullar”
anlayışından
qiymət
indeksinin
və
digər
göstəricilərin hesablanmasında istifadə olunur.
MÜLKĐ TĐKĐNTĐDƏN DÖVRĐYYƏ
–
fəaliyyət növü təsnifatında tikinti obyektlərinin bir
növü olan, mülki tikinti kimi təsnifləşdirilən
fəaliyyətdən alınan dövriyyənin bir hissəsidir.
Subpodrat münasibətlərin obyekti olan əmtəə və
xidmətlərin satışından dövriyyəni birləşdirir.
Alındığı vəziyyətdə təkrar satılmaq üçün alınan
əmtəə və xidmətlərin dövriyyəsi istisna olunur.
Mülki tikintidən dövriyyə şirkətin hesablarında
ayrıca göstərilə bilməz. Bu göstərici “Xalis
dövriyyə”nin və “Đstehsal fəaliyyətindən digər
gəlirlər”in bir hissəsidir.
MÜLKĐYYƏT
– subyektin mülkündə olan
daşınan və daşınmaz əmlakdır (“Daşınar əmlak”a
və “Daşınmaz əmlak”a bax). O, bu əmlak
haqqında istədiyi kimi sərəncam verə bilər:
onlardan istehsal, istehlak və yığım üçün istifadə
edə bilər, sata bilər, icarəyə verə bilər, digər şəxsə
verə bilər və hətta məhv edə bilər. Hüquqi mənada
“mülkiyyətə hüquq” ifadəsindən istifadə edilir.
Azərbaycan Respublikasında mülkiyyət hüququ
qanunvericilikdə (Mülki Məcəllədə) nəzərdə
tutulmuş qaydada və şərtlərlə yaranan hüquqdur.
Mülkiyyət hüququna görə, mülkiyyətçi özünə
məxsus əmlaka öz mülahizəsi əsasında sahiblik,
ondan istifadə etmək və onun üzərində sərəncam
vermək hüququna malikdir. Mülkiyyətçi bu
hüquqları başqa şəxsə verə bilər, əmlakdan girov
kimi və ya əməli idarəçilik kimi başqa şəxsə verə
bilər, habelə öz əmlakı barəsində qanunazidd
olmayan istənilən hərəkətləri etməyə haqqı var.
Mülkiyyətçi əmlakdan hər hansı sahibkarlıq
fəaliyyəti üçün istifadə edə bilər və qanunla
qadağan olunmamış digər fəaliyyətlə məşğul
olmaq məqsədləri üçün istifadə edə bilər.
Azərbaycan Respublikasında mülkiyyət dövlət
mülkiyyətindən, bələdiyyələrin mülkiyyətindən və
xüsusi (şəxsi) mülkiyyətdən ibarətdir. Statistik
məqsədlər üçün müştərək, xarici investisiyalı və
beynəlxalq və beynəlxalq təşkilatlar mülkiyyəti də
ayrılır.
MÜLKĐYYƏTDƏN (ƏMLAKDAN) GƏ-
LĐR
- (I) – istehsal olunmayan və ya maliyyə
aktivlərinin sahibinin onları digər şəxsin
sərəncamına verməklə əldə etdiyi gəlirdir. Belə
gəlirin aşağıdakı formaları mövcuddur: faiz;
korporasiyaların
bölüşdürülən
gəliri
(kvazikorporasiyaların gəlirlərindən götürülmüş
dividentlər); birbaşa xarici maliyyə qoyuluşundan
reinvestisiya olunmuş, sığorta polislərinin
sahiblərinə aid olan mülkiyyətdən gəlir; renta.
Mülkiyyətdən gəlirlər ilkin gəlirlərin bir hissəsi
hesab edilir.
(II) - maliyyə aktivinin və ya maddi istehsal
olunmayan aktivi sahibinin vəsaitlərini və ya
maddi qeyri-istehsal aktivlərini digər institusional
483
vahidin sərəncamına verdiyinə görə əldə etdiyi
gəlirdir.
MÜMKÜN YADDAŞ
– qismən sürətlə işləyən
yaddaşa malik olan qurğuların işçi sahəsidir. Bu
yaddaşın
həcmi
operativ
yaddaşın
fiziki
tutumundan çox olduğundan, istifadəçiyə proqram
və
məlumatların
yerləşdirilməsi
üçün
ünvanlanmış (müraciət olunmuş) yaddaşın ümumi
sahəsindən istifadə etməyə imkan verir. Bununla
yanaşı, hesablama texnikasından istifadənin
səmərəliliyi artır və proqramlaşdırma prosesi
sadələşir.
MÜMKÜNLÜK ƏMSALI
– müəyyən plan və
profillə faktiki sahə üzrə qatarın hərəkətində
lokomotivin işi və həmin uzunluqda birbaşa
horizontal sahə üzrə bu qatarın hərəkətində işi
arasındakı nisbətdir. Konkret istiqamətdə sahə
üzrə müəyyən seriyalı lokomotivlərin hərəkət
sürəti və vaxt sərfi göstəriciləri üzrə dartı
hesablamalarının gedişində müəyyən edilir.
MÜRƏKKƏB AĐLƏ
– bir neçə qohumluq
münasibətləri ilə birləşmiş nuklear ailələrdən
ibarət olan ailədir. Onlardan hər biri tam və
natamam ola bilər və həmçinin düz, yaxud yan
xətlər üzrə ər-arvadın qohumları da bura daxil ola
bilər. Məsələn, ər-arvad cütlüyü oğlu və gəlini ilə,
yaxud ər-arvad cütlüyü baldızı və arvadın anası
mürəkkəb ailə yaradır. Əhalinin siyahıyaalınması,
yaxud müşahidəsi zamanı ailə başçısı ayrıldığı
halda mürəkkəb ailə iki, yaxud bir neçə ailə özəyi
olan ailə kimi müəyyən edilir və onların birində
ailə başçısı olmur.
MÜRƏKKƏB QĐYMƏTLƏNDĐRMƏ
–
məlumatdan, qiymətləndirilənlə korrelyasiyalı
əlaqəli əlamətə görə əlavə istifadəyə əsaslanan
qiymətləndirmədir. Mürəkkəb qiymətləndirməyə
nisbət üsulu ilə qiymətləndirmə və tənəzzül (yəni
tənəzzül üsulu ilə) qiymətləndirmə aiddir. Nisbət
üsulu
üzrə
ilkin
çoxluq
üçün
seçmənin
məlumatlarına
görə,
∑
∑
x
y
nisbəti
qiymətləndirilir; alınan qiymət
∑
)
( x
x
vurulur -
ilkin çoxluq üçün dəyişənin qiymətlərinin cəmi
(orta qiyməti)
∑
)
(x
x
və çoxluq üçün
dəyişənin cəmi (orta), yəni
∑
∧
)
(x
x
- qiyməti
alınır. Reqressiya üsulu ilə x-in qiymətinin
dəyişməsinə uyğun olaraq, y-in qiymətinin
hesablanmasıdır.
Bu
kəmiyyət
reqressiya
funksiyasının əmsalıdır, seçmədə və ilkin
çoxluqda orta qiymətləri arasındakı fərqlərin
olduğu zaman seçmə məlumatlarının düzəlişləri
üçün istifadə olunur. Reqressiya üsulu nisbət
üsulundan onunla fərqlənir ki, birincidə seçmənin
qiymətlərini bərabərləşdirən düz xətt, ikincidə isə
koordinat mərkəzindən keçən düz xətt götürülür.
MÜSABĐQƏ YOLU ĐLƏ SATINALMA
(SÖVDƏLƏŞMƏ)
–
Azərbaycan
Respublikasında dövlət müəssisə və təşkilatları
(idarələri), nizamnamə fondunda dövlətin payı 30
faiz və daha çox olan müəssisə və təşkilatlar
tərəfindən malların (işlərin və xidmətlərin) dövlət
vəsaitləri, dövlətin aldığı və dövlət zəmanəti ilə
alınmış kreditlər və qrantlar hesabına satın
alınmasına şamil edilir. Alış-verişin müsabiqə
üsuludur, bu zaman alıcı satıcılar üçün müəyyən
texniki-iqtisadi xarakterli əmtəəyə görə müsabiqə
elan edir. Müsabiqə yolu ilə satınalma açıq tender,
ikimərhələli tender, məhdud iştiraklı və qapalı
tender, təkliflər sorğusu və kotirovka sorğusu
metodları ilə həyata keçirilir. Satınalmaların təşkil
olunması
üçün
satınalan
təşkilat
tender
komissiyasını formalaşdırır, tenderin əsas şərtlər
toplusunu hazırlayır, tender elanını dərc etdirir və
ya malgöndərənlərə (podratçılara) tenderdə iştirak
üçün fərdi dəvət göndərir. Tender prosedurası
tender komissiyası tərəfindən müəyyən olunmuş
yerdə və vaxtda tenderin əsas şərtlər toplusunda
nəzərdə tutulmuş proseduralara müvafiq olaraq
aparılır və tender təklifləri daxil olduqları
ardıcıllıqla açılır. Gecikmiş tender təklifləri tender
komissiyası
tərəfindən
qəbul
olunmur
və
açılmadan geri qaytarılır. Tender prosedurasının
açılışında iştirak edən şəxslərə hər bir iddiaçının
adı, ünvanı, tender təklifinin qiyməti, tender
təklifinin təminatı elan olunur. Đddiaçı və ya onun
notarial
qaydasında
təsdiqlənmiş
sənədlə
müvəkkil etdiyi şəxs tender proseduralarının
açılışında iştirak edir və tender təkliflərinə dair
elan
olunan
məlumatı
təsdiqləyir.
Tender
Komissiyasının üzvləri əvvəlcədən elan olunmuş
meyarlar əsasında təklifləri qiymətləndirir və
müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri
müəyyənləşdirir.
Satın
alan
təşkilat
qalib
malgöndərən (podratçı) ilə müqavilə imzalayır.
Tenderin
nəticəsində
bağlanmış
satınalma
müqaviləsi barədə məlumat 5 bank günü ərzində
tender
haqqında
elanın
verildiyi
mətbuat
orqanında dərc etdirilir.
MÜSTƏQĐL DƏYĐŞƏN
– iqtisadi obyektin
fəaliyyətinin
şərtlərini
təsvir
edən
“giriş”
dəyişənidir. Müstəqil dəyişən tənzimlənməyə və
qismən idarəetməyə məruz qalır. Riyazi-statistik
modellərə uyğun olaraq müstəqil dəyişən eyni
zamanda səbəb-nəticə, ekzogen dəyişəni, prediktor
və ya izahedici adlandırılır.
484
MÜSTƏSNA MALĐYYƏLƏŞDĐRMƏ
-
tədiyyə balansının mənfi saldosunun ehtiyat
aktivlər, BVF-dən alınmış kreditlər və borclar
kimi mənbələrlə yanaşı, əlavə və ya alternativ
mənbələrlə bağlıdır. O, tədiyyə balansının
kəsirinin bağlanması məqsədi ilə, ölkənin rəsmi
orqanları
tərəfindən
müəyyən
olunan,
maliyyələşdirmənin
istənilən
alternativ
metodlarını özündə birləşdirir.
MÜŞAHĐDƏ
PROQRAMI
–
statistika
müşahidəsinin aparılması prosesində qeydiyyata
aid olan müşahidə vahidlərinin əlamətlərinin
siyahısıdır və ya statistik müayinə blankında olan
sualların
siyahısıdır.
Müşahidə
proqramının
tərkibi statistika müşahidəsinin məqsədi və
konkret vəzifələri ilə müəyyən edilir. Elmi
işlənmiş və əsaslandırılmış müşahidə proqramı
bütün statistika tədqiqatları üçün həlledici
əhəmiyyət kəsb edir. Müşahidə proqramına əsas
əlamətlər daxil edilməlidir, o, qarşıya qoyulmuş
məsələləri həll etmək üçün kifayət qədər tam
olmalı, lakin ikinci dərəcəli, az əhəmiyyətli və
“ehtiyat”
adlanan
sualları
özündə
əks
etdirməməlidir.
MÜŞAHĐDƏ VAHĐDĐ
– (I) əlamətləri
müayinə zamanı ölçülməli və qiymətləndirilməli
olan müşahidə obyektlərinin tərkib elementidir
(xarici
ədəbiyyatlarda
“elementar
vahid”
terminindən
də
istifadə
edilir).
Məsələn,
demoqrafiya müayinələrində qarşıda qoyulmuş
məqsəddən asılı olaraq, müşahidə vahidi həm
adam, həm də ev təsərrüfatı ola bilər.
Müəssisələrin
maliyyə-iqtisadi
fəaliyyətinin
öyrənilməsində isə müşahidə vahidi müəssisə
hesab edilir.
Dostları ilə paylaş: |