A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə128/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   124   125   126   127   128   129   130   131   ...   182

 

NƏQLĐYYAT  XĐDMƏTLƏRĐNĐN  GÖS-

TƏRĐLMƏSĐ  (BURAXILIŞI)

  –  yük  və 

sərnişinlərin 

hər 

hansı 


məsafəyə 

yerinin 


dəyişməsinin  dəyərlə  ifadəsidir.  Xidmətlərə  görə 

faktiki  alınan  haqların  cəmi  kimi  müəyyən  edilir. 

Nəqliyyat  xidmətlərinin  buraxılışına  yük  və 

sərnişin 

daşınmaları, 

poçtun 


nəqliyyatla 

göndərilməsi,  yükvurma-yük  boşaltma  işləri, 

anbarların istismarı və digər xidmətlər daxildir. 

“Nəqliyyat”  sahəsinə  aşağıdakı  nəqliyyat  növləri 

daxildir:  dəmir  yolu,  o  cümlədən  tramvay  və 

metropoliten; şose, o cümlədən avtomobil və şose 

təsərrüfatı;  trolleybus;  boru  kəməri;  su,  o 

cümlədən  dəniz  və  çay;  aviasiya  və  digər  növ 

nəqliyyat.  Bundan  başqa,  nəqliyyat  fəaliyyətinin 

bütün  sahələrdə  köməkçi  fəaliyyət  kimi  yeri 

vardır.  Nəqliyyatda  bu  fəaliyyət,  xüsusən  kənara 

buraxılan 

xidmətlər 

qismən 


nəzərə 

alınır. 


Məsələn,  sənaye  müəssisəsi  ərazisində  dəmir 

yolunun  istismarı  nəqliyyata  aid  edilmir.  Şose 

təsərrüfatının  məhsul  buraxılışı  nəqliyyata  aiddir 

və  yolların  cari  təmiri  və  saxlanması  üzrə  işlərin 

dəyərlərinin  cəmi  kimi  müəyyən  edilir.  Yolların 

tikintisi və əsaslı təmiri tikintiyə aiddir. 



 

NƏQLĐYYAT  MƏHSULU  (XĐDMƏTLƏ-

RĐ) 

–  sərnişin  və  yüklərin  daşımalarıdır;  pul  və 

şərti-natural  ölçülərdə  ifadə  olunur.  Nəqliyyat 

məhsulu  (xidmətləri)  aşağıdakı  göstəriciləri  əks 

etdirir:  dəyər  ifadəsində  -  daşınmalardan  və  yük 

və  sərnişinlərin  daşınması ilə  (yükləmə-boşaltma, 

anbar,  nəqliyyat-ekspedisiya  və  digər)  bağlı 

işlərdən  nəqliyyat  müəssisələrinin  gəlirləri;  şərti-

natural  ifadədə  -  nəqliyyatla  daşınmış  yüklər, 

nəqliyyatın  yük  dövriyyəsi,  sərnişin  dövriyyəsi  və 

s. 

 

NƏQLĐYYAT  MÜƏSSĐSƏLƏRĐNĐN  ĐS-

TĐSMAR  XƏRCLƏRĐ

  -  müəssisənin  yük 

daşınmaların  yerinə  yetirilməsi  ilə  birbaşa  bağlı 

olan  xərclərinin  cəmidir;  yük  daşınması  ilə 

məşğul  olan  işçilərin  əmək  haqqı  xərclərindən, 


 

493


material, yanacaq və enerjinin dəyərlərindən, əsas 

vəsaitlərin  cari  saxlanması  və  təmiri  üzrə 

xərclərdən  və  əsas  fondların  amortizasiyasından 

ibarətdir.  Nəqliyyat  müəssisələrinin  istismar 

xərcləri  bir  sıra  əlamətlərə  görə  xərclərin 

bölünməsini  nəzərdə  tutan,  qəbul  olunmuş 

təsnifata  uyğun  olaraq  uçota  alınır:  iqtisadi 

məzmuna,  vəsaitlərin  istiqamətinə,  istehsalın 

bölmələrinə 

və 


istehsal 

proseslərinə 

görə.

 

Nəqliyyat 



müəssisələrinin 

istismar 

xərcləri 

daşınma  növlərinə  görə  bölünərkən,  xərclərin 

xarakterindən 

asılı 


olaraq, 

onlardan 

biri 

bütünlüklə  daşınmanın  müəyyən  bir  növünə  aid 



edilir,  digərləri  xərclərin  ölçüsünü  müəyyən  edən 

göstəricinin 

qiymətinə 

və 


ya 

əvvəlcədən 

bölüşdürülmüş 

xərclərə 

görə 

mütənasib 



bölüşdürülür. Đstismar xərclərinin tərkibi nəqliyyat 

növlərinə  görə  fərqlənir.

 

Daxili  su  və  avtomobil 



nəqliyyatının  xərclərinə 

dövlət 


büdcəsindən 

maliyyələşdirilən 

yol 

təsərrüfatlarının 



saxlanılmasına  çəkilən  xərclər  daxil  edilmir. 

Dəniz  nəqliyyatının  xərclərində  liman  və  yol 

təsərrüfatlarının  və  icarəyə  verilmiş  donanmanın 

saxlanılmasına  çəkilən  xərclər  nəzərə  alınmır. 

Müxtəlif 

nəqliyyat 

növlərinin 

nəqliyyat 

müəssisələrinin  istismar  xərclərinin  tərkibindəki 

müxtəliflik  onlarda  daşımaların  maya  dəyəri 

göstəricilərini müqayisə olunmaz edir. 

 

NƏQLĐYYAT 

MÜƏSSĐSƏSĐ

 



qanunvericiliyə  və  öz  təsis  sənədlərinə  uyğun 

fəaliyyət  göstərən,  yük,  sərnişin,  baqaj  və  poçt 

daşımaları,  nəqliyyat  vasitələrinin  saxlanılması, 

texniki  xidmət  və  təmir,  yükləmə-boşaltma  və 

liman 

xidmətləri 



göstərən 

təsərrüfat 

subyektləridir.  Şəhərlərarası  əlaqədə  sərnişin  və 

yük  daşınması,  metro,  tramvay  və  trolleybus 

nəqliyyatı 

ilə 


şəhərdaxili 

əlaqədə 


sərnişin 

daşınması, hərəkət cədvəlinə tabe olan və cədvələ 

tabe  olmayan  avtobus  nəqliyyatı  ilə  şəhərdaxili, 

şəhərətrafı  və  şəhərlərarası  əlaqədə  sərnişin 

daşınması,  taksi  fəaliyyəti,  yük  avtomobil 

nəqliyyatı,  boru  kəməri  ilə  nəql,  o  cümlədən  neft 

kəmərləri ilə neftin, qaz kəmərləri ilə qazın nəqli, 

dəniz  nəqliyyatı  ilə  yük  və  sərnişin  daşınması, 

hava  nəqliyyatı  ilə  yük  və  sərnişin  daşınması, 

liman  fəaliyyəti,  yük  daşınmasının  təşkili, 

nəqliyyat-ekspeditor  fəaliyyəti,  quru,  su  və  hava 

nəqliyyatının yardımçı fəaliyyəti nəqliyyat növləri 

fəaliyyətinə daxil edilir.  

 

NƏQLĐYYAT 

STATĐSTĐKASI

 

 

nəqliyyatda  baş  verən  hadisələri  və  prosesləri 

öyrənən statistika sahəsidir.  

Müşahidənin  əsas  formaları  –  başdan-başa  cari 

və illik statistika hesabatlarıdır; bir sıra hallarda – 

seçmə  müayinələrdən  ibarətdir.  Nəqliyyatın  daha 

kütləvi 


növünün 

öyrənilməsində 

– 

kiçik 


sahibkarlığın  inkişaf  etdiyi  yerdə  -  avtomobil 

nəqliyyatında  hesabat  yükünün  azaldılmasında 

başdan-başa olmayan  müşahidədən – əsas massiv 

(senz) metodundan istifadə olunur. 

Đqtisadi,  ərazi,  texniki  və  texnoloji əlamətlər  üzrə 

qruplaşma ilə nəqliyyat statistikasının göstəricilər 



sistemi 

ölkənin 


nəqliyyat 

sisteminin 

öyrənilməsinin  əsası  sayılır.  Ayrı-ayrı  istifadəçi 

qruplarının  nəqliyyat  göstəricilərinə  olan  fərqli 

tələbatlarını  nəzərə  almaqla  bu  sahədə  hazırlanan 

statistika  məlumatlarını  da  xüsusiyyətlərinə  görə 

aşağıdakı  kimi  qruplaşdırmaq  olar:  1)  Ümumi 

iqtisadi  aspektləri  əhatə  edən  göstəricilər  üzrə: 

yaradılmış  əlavə  dəyər  (nəqliyyatın  bütün  növləri 

və  ümumilikdə);  nəqliyyat  fəaliyyətinə  çəkilən 

xərclər 

(nəqliyyatın 

bütün 

növləri 


və 

ümumilikdə);  tariflər  (nəqliyyatın  bütün  növləri 

və  ümumilikdə);  2)    Nəqliyyata  olan  tələbə  görə: 

nəqliyyatın  yekun  göstəriciləri  –  yük  və  sərnişin 

daşınması, yük və sərnişin dövriyyəsi (nəqliyyatın 

bütün  növləri);  xüsusi  göstəricilər  –  yük  və 

sərnişinin  daşınma  məsafəsi,  marşrut  və  reyslərin 

sayı  və  s.  (nəqliyyatın  bütün  növləri);  mənbə  və 

təyinat  göstəriciləri  –  əlaqə  növləri  üzrə 

daşımalar, yükləmə (minmə) və boşaltma (düşmə) 

məntəqəsi  haqqında  məlumatlar  (nəqliyyatın 

bütün  növləri);    nəqliyyat  şəbəkəsində  hərəkət 

axını və onun intensivliyi – maşın-km,  vaqon-km 

(avtomobil  və  dəmir  yolu  nəqliyyatı);  3)  

Nəqliyyatın  təklifi  üzrə:  müəssisələr,  işzizlik    - 

müəssisələrin 

sayının 

artması, 

demoqrafik 

dəyişikliklər,  işçilərin  sayının  dəyişməsi  (dəmir 

yolu  və  boru  kəməri  nəqliyyatı  istisna  olmaqla 

digər  nəqliyyat  növləri);  nəqliyyat  vasitələri  – 

mövcudluğu,  hərəkət  heyəti  və  s.  (nəqliyyatın 

bütün  növləri);    nəqliyyatın  infrastrukturu  – 

yolların,  relslərin    uzunluğu,  yol  şəbəkəsinin 

texniki  göstəriciləri  və  s.  (avtomobil  və  dəmir 

yolu  nəqliyyatı);  4)  Nəqliyyatın  təsiri  üzrə: 

təhlükəsizlik  –  yol-nəqliyyat  hadisələri,  baş 

vermiş  qəzalar  haqqında  (avtomobil,  dəmir  yolu, 

hava və dəniz nəqliyyatı haqqında), ətraf mühit – 

atmosferə  atılan  zəhərli  maddələr,  yanacaq-enerji 

sərfi  və  s.  (nəqliyyatın  bütün  növləri  haqqında); 

xüsusi, iqtisadi və sosial təsir – nəqliyyatın artımı, 

sıxlıq  və  s.  (o  cümlədən  beynəlxalq  əhəmiyyətli 

nəqliyyat şəbəkələri haqqında). Sahə əlaməti üzrə 

nəqliyyat  statistikası  nəqliyyatın  ayrı-ayrı  növləri 

statistikasına  bölünür:  dəmir  yolu,  avtomobil, 

şəhər  elektrik  qatarı,  yol  təsərrüfatı,  boru  kəməri, 

dəniz, daxili su yolları, hava nəqliyyatı; mövzular 

üzrə  –  yük,  sərnişin  daşınması;  nəqliyyat 

vasitələrinin  mövcudluğu  və  onların  istifadəsi; 

nəqliyyat  yolu;  hərəkət  təhlükəsizliyi;  əmək; 

maddi ehtiyatlar; maliyyə nəticələri; investisiya və 

innovasiya statistikası.  



 

494 


NƏQLĐYYAT 

STATĐSTĐKASI 

ÜÇÜN 

YÜK  TƏSNĐFATI

  (siyahısı)  -  nəqliyyat 

vasitələri  ilə  daşınmış  yüklərin  növlər  üzrə 

bölgüsü,  qruplaşdırılması  və  kodlu  siyahısıdır. 

Təsnifat 

nəqliyyat 

statistikası 

sahəsində 

məlumatların  mübadiləsini  təmin  etməyə  imkan 

verir 

və 


əsas 

beynəlxalq 

təsnifatlarla 

uzlaşdırılmışdır.  Azərbaycanda  ilk  dəfə  2005-ci 

ildə  milli  versiyası  hazırlanmış  və  beynəlxalq 

təsnifatlarla  -  “Fəaliyyət  növü  üzrə  Məhsul 

Növləri  Təsnifatı”nın  (Milli  versiyası:  Məhsul 

Növləri  Təsnifatı)  və  “Bütün  Đqtisadi  Fəaliyyət 

Növlərinin  Beynəlxalq  Standart  Sahə  Təsnifatı” 

(Milli  versiyası:  Đqtisadi  Fəaliyyət  Növlərinin 

Təsnifatı) ilə uzlaşdırılmışdır.  

“Nəqliyyat  Statistikası  üçün  Yük  Təsnifatına” 

uyğun  olaraq  yüklər  növlərinə  görə  20  bölmədə 

qruplaşdırılmışdır:  kənd  təsərrüfatı  yükləri,  meşə 

təsərrüfatı  və  ov  məhsulları,  balıq  və  balıq 

məhsulları,  diri  heyvan  və  quşlar  (01);  daş  və 

qonur  kömür,  torf,  xam  neft  və  təbii  qaz,  uran 

filizləri 

(02); 

qara 


metal 

xammalı 


və 

mədənçıxarma  sənayesinin  digər  məhsulları  və 

karxana  istehsalı  yükləri  (03);  qida  məhsulları, 

içki  və  tütün  yükləri  (04);  toxuculuq  sənayesi 

məhsulları, 

dəri 


və 

dəridən 


hazırlanmış 

məmulatlar  (05);  ağac  və  ağacdan  hazırlanmış 

məmulatlar  (mebeldən  başqa),  sellüloz  və  kağız 

yüklər, çap məhsulları və informasiya daşıyıcıları 

(06);  koks  və  neftayırma  məhsulları  və  nüvə 

yanacağı  yükləri  (07);  kimyəvi  yüklər,  üzvi 

maddələr, rezin və plastik kütlə məmulatları (08); 

digər qeyri-metal yüklər (09); əsas metallar, maşın 

və nəqliyyat vasitələri istisna olmaqla hazır metal 

məhsulları  (10);  digər  qruplara  daxil  edilməyən 

maşın  və  avadanlıqlar,  kənd  təsərrüfatı  texnikası, 

elektrik  avadanlıqları  və  radio  və  televiziya 

avadanlıqları,  tibb  aparatları  və  optik  cihazlar 

(11);  nəqliyyat  vasitələri  (12);  mebel,  digər 

qruplara  daxil  edilməyən  sənaye  yükləri  (13); 

məişət və kommunal tullantıları (14); poçt və poçt 

göndərişləri  (15);  yüklərin  nəqlində  istifadə 

olunmuş  avadanlıq  və  materiallar  (16);  ev  və 

sərnişinlərin  şəxsi  əşyaları,  təmir  üçün  aparılan 

nəqliyyat 

vasitələri, 

başqa 


qruplara 

daxil 


edilməyən  digər  qeyri-kommersiya  yükləri  (17); 

müxtəlif 

yığma 

(qarışıq) 



yüklər 

(18); 


konteynerlərdə  və  açılan  banlarda  daşınan  və 

digər  identifikasiya  olunmamış  yüklər  (19);  digər 

yüklər (20).  

 

NƏQLĐYYAT  TARĐFLƏRĐ

  –  müştərilərdən 

nəqliyyat vasitəsi ilə yük daşınmasına görə alınan 

yığım  və  tarif  (daşınma  haqqı)  sistemidir. 

Nəqliyyat  tarifləri  nəqliyyat  müəssisələrinin 

xərclərini  ödəyir  və  özündə  onların  gəlirlərini 

birləşdirir.  Nəqliyyat  tarifləri  dəmir  yolu,  dəniz, 

çay, 


avtonəqliyyat 

və 


hava 

nəqliyyatı 

daşınmalarında 

tətbiq 


olunur. 

Dəmir 


yolu 

daşınmalarının 

nəqliyyat 

tarifləri, 



daşınma 

məsafəsi,  dəmir  yolu  vasitələrinin  tipi  və 

göndərilən  yükün  ölçüsü  nəzərə  alınmaqla 

qurulur.  Nəqliyyat  tariflərinin  səviyyəsi  daşınma 

məsafəsinin  uzaqlığından  (km-lə)  və  vaqonun 

yükünün 

çəkisindən 

(tonla) 

asılı 


olaraq, 

fərqləndirilir.  Dəmir  yolu  nəqliyyatına  dövlət 

tarifləri  ilə  yanaşı,  nəqliyyat  preyskurantında 

(çatdırılma  vaxtına,  yeni  vaqon  tiplərinə  və  s. 

görə)  göstərilənlərdən  əlavə,  daha  yüksək 

keyfiyyətli xidmətlərə görə sərbəst (bazar) tariflər 

də  mövcuddur.  Nəqliyyat  tarifləri  struktur 

quruluşuna  görə  üç  əsas  ödəniş  qrupuna  bölünür: 

vaqon sayına görə daşınmalar (universal və xüsusi 

vaqonlarda),  xırda  daşınmalar  və  konteynerlərdə 

daşınmalar. 

Dəniz  daşımaları  nəqliyyat  tarifləri,  gəmiçilik  və 

dəniz hövzəsi üzrə fərqləndirilərək müəyyən edilir 

və 


təbii-iqlim 

şəraiti 


amilləri, 

naviqasiya 

müddətləri  və  donanmanın  ixtisaslaşması  nəzərə 

alınır.  Hava  nəqliyyatında  nəqliyyat  tarifləri 

daşınma  məsafələrindən  və  tarif  dərəcələrindən 

asılı  olaraq  təyin  edilir.  Avtomobil  nəqliyyatında 

nəqliyyat  tarifləri  tarif  sxemləri  nəzərə  alınmaqla 

müəyyən edilir. 



 

NƏQLĐYYAT  VASĐTƏLƏRĐNĐN    YÜK-

GÖTÜRMƏ  QABĐLĐYYƏTĐ

  –  nəqliyyat 

vasitələrinin  konstruksiyasına  və  ya  istismar 

planına uyğun olaraq, onun götürə biləcəyi yükün 

tonla miqdarıdır.  

Avtomobil 

və 


dəmir 

yolu 


nəqliyyatında 

yükgötürmə  avtomobilin,  qoşqunun,  vaqonun 

zavod xarakteristikası hesab edilir. Dəniz gəmiləri 

üçün tam, yəni gəminin qəbul etdiyi yanacaq, şirin 

su  ehtiyatı  və  gəminin  normal  təchizatı  nəzərə 

alınmaqla,  yükgötürmə  və  pasport  –  az  miqdarda 

yanacaq  və  su  ehtiyatları  olmaqla,  təmiz  yük  

qaldırma 

fərqləndirilir. 

Çay 


gəmilərinin 

yükgötürmə  qabiliyyəti  yanacaq,  su  və  digər 

ləvazimatlar mövcud olduqda, təmiz yükqaldırma 

kimi müəyyən edilir. 

Nəqliyyat  vasitələrinin  yük  qaldırma  qabiliyyəti 

həm 


nəqliyyat 

vasitələrinin 

yükgötürmə 

qabiliyyətinin  məcmu  qiymətinin  yekunu  kimi, 

həm 

də 


nəqliyyat 

vasitələrinin 

ayrı-ayrı 

vahidlərinin 

yükgötürmə 

qabiliyyətinin 

qiymətlərinin    orta  miqdarı  (səviyyəsi)  kimi 

istismarda  olan  və  ya  daşımalarla  məşğul  olan 

park (donanma) üzrə müəyyənləşdirilir.  

 

NƏQLĐYYAT  VASĐTƏLƏRĐNĐN  HƏRƏ-



KƏTĐNĐN  MÜNTƏZƏMLĐYĐ

  –  qatarların 

yola  salınması,  getməsi  və  çatması  üzrə  hərəkət 


 

495


qrafikinin  yerinə  yetirilməsidir.

 

Dəmir  yolu 



nəqliyyatında  hərəkət  cədvəli  (yola  salma,  getmə 

və  gəlib  çatma)  üzrə  hərəkət  edən  qatarların 

sayının,  müvafiq  olaraq,  yola  düşən,  gedən  və 

çatan  qatarların  ümumi  sayına  olan  nisbəti  kimi 

müəyyən edilir.  

Su  nəqliyyatında  faktiki  yola  düşən  gəmilərin 

sayının  cədvəl  üzrə  yola  düşməli  olan  gəmilərin 

sayına nisbəti kimi müəyyən edilir.

  

Avtomobil  və  hava  nəqliyyatında  –  cədvəl  üzrə 



yerinə  yetirilən  reyslərin  sayının  cədvəldə  plan 

üzrə  nəzərdə  tutulan  reyslərin  sayına  olan  nisbəti 

kimi müəyyən edilir. 

 

NƏQLĐYYAT  VASĐTƏLƏRĐNĐN  QEY-



DĐYYATI

  -  nəqliyyat  vasitələrinin  inzibati 

qurumlar  tərəfindən  qeydiyyatı,  o  cümlədən  ilk 

dəfə  qeydiyyata  alınması  və  ya  qeydiyyatdan 

çıxarılması başa düşülür.  

 

NƏQLĐYYAT  YOLLARI  ŞƏBƏKƏLƏRĐ-

NĐN  SIXLIĞI 

-  ölkənin  və  ya  regionun 

ərazisinin  sahə  vahidinə  (adətən  1000  kvadrat-

kilometr)  düşən  nəqliyyat  yollarının  kilometrlərlə  

uzunluğudur. 

 

NƏQLĐYYAT  YOLLARI  ŞƏBƏKƏSĐNĐN 

UZUNLUĞU

  –  nəqliyyat  əlaqəsi  yolları 

sahələrinin  kilometrlərlə  uzunluğunun  cəmidir. 

Müəyyən  vaxta  şəbəkəni  yaradan  ayrı-ayrı 

sahələrin uzunluğunu cəmləmək yolu ilə müəyyən 

olunur. Avtomobil yollarının uzunluğunda ümumi 

istifadə  və  ərazi  əhəmiyyətli  olan  yollar,  idarə  və 

xüsusi  yollar,  müxtəlif  örtüklü  və  torpaq  yollar 

seçilir.  Dəmir  yollarının  uzunluğu    dəmir  yolu 

xətlərinin müxtəlif enlərə ayrılması ilə bölmələrin 

istismar  uzunluğuna  və  bölmələrdə  yolların 

sayına, 


elektrikləşdirilməsinə, 

qatarların 

hərəkətini  nizama  salan  avtomatik  qurğular 

sistemi,  mərkəzləşdirilmiş  dispetçer  və  s.  ilə 

təchiz  olunmasına  əsasən  müəyyən  olunur. 

Magistral  boru  kəmərlərinin  uzunluğu  birxətli 

uzunluqla  ölçülür.  Xidmət  olunan  daxili  su  gəmi 

yollarının  uzunluğu  sərbəst  vəziyyətdə  olan 

(çaylar,  göllər)  və  süni  (kanallar)  su  yollarının 

uzunluğuna, 

bütün 

naviqasiya 



ərzində 

və 


naviqasiyanın 

ayrı-ayrı 

dövrlərində 

xidmət 


olunanlara,  işıqlandırılan  və  işıq  əks  etdirmə 

şəraitli, dərinliyə zəmanətli yollara bölünür. 

 

NƏQLĐYYATDA  ƏMƏK  MƏHSULDAR-

LIĞI

  –  müəyyən  dövrdə  (adətən,  rüb,  il)  orta 

hesabla  daşımalarla  məşğul  olan  bir  işçiyə  düşən 

nəqliyyat yükünün (bir qayda olaraq, şərti-natural 

ifadədə)  miqdarıdır.  Gətirilmiş  (yola  salınmış) 

nəqliyyat  yükünün  kəmiyyətinin  daşımalarla 

məşğul  olan  işçilərin  orta  siyahı  sayının 

kəmiyyətinə  nisbəti  kimi  hesablanır.  Nəqliyyatın 

ayrı-ayrı 

növlərində 

əmək 

məhsuldarlığının 



səviyyələrində olan  fərqlər,  həm  texniki  cəhətdən 

silahlanmadakı, 

daşımaların 

xarakterindəki 

fərqlərlə  və  s.,  həm  də  daşımalarla  məşğul  olan 

işçilərin  sayı  göstəricilərinin  müəyyən  edilməsi 

metodologiyasındakı  fərqlərlə  əlaqədardır.  Hava 

və 


avtomobil 

nəqliyyatında 

əmək 

məhsuldarlığının səviyyəsi, həmçinin orta hesabla 



daşımalarla  məşğul  olan  bir  işçiyə  düşən  daşıma 

fəaliyyətindən  əldə  edilən  gəlirlərin  həcmi  ilə 

ölçülür. 

 

NƏQLĐYYATIN  DAXĐLĐ  NÖVÜ



  –  fəal 

nəqliyyat növü kimi müəyyənləşdirilən və Avropa 

Birliyi  daxilində  istifadə  olunan  nəqliyyat 

növüdür. Bu zaman:  

-  ixracda  əmtəələr  göndəriş  məntəqəsini  tərk 

etməlidir;  

-  idxalda  əmtəələr  son  təyinat  məntəqəsinə 

gətirilməlidir.   



 

NƏQLĐYYATIN  GƏTĐRĐLMĐŞ  MƏHSU-

LU

  -  şərti-natural  ifadədə  yük  və  sərnişinlərin 

daşınması  üzrə  nəqliyyatın  işinin  həcmidir. 

Gətirilmiş  ton-kilometrlərlə  ölçülür.  Gətirilmiş 

ton-kilometrlər 

ifadəsində 

nəqliyyatın 

yük 

dövriyyəsinin 

və 


sərnişin 

dövriyyəsinin 

kəmiyyətlərinin  cəmi  kimi  müəyyən  olunur. 

Nəqliyyatın  gətirilmiş  məhsulu  göstəricisinin 

hesablanmasının  zəruriliyi,  eyni  nəqliyyat  yolları 

ilə  və  eyni  vasitələrlə, eyni  zamanda  həm  yüklər, 

həm 


də 

sərnişinlərin 

daşınmasının 

həyata 


keçirilməsi  ilə  şərtlənir.  Nəqliyyatın  gətirilmiş 

məhsulundan  daşımada  məşğul  olan  işçilərin 

əmək  məhsuldarlığının  və  məhsulların  maya 

dəyəri  göstəricilərinin  hesablanması  üçün  istifadə 

olunur.  

 

NƏQLĐYYATIN  SƏRNĐŞĐN  DÖVRĐYYƏ-



 - sərnişinlərin daşınması üzrə nəqliyyatın işinin 

həcmidir.  Ölçü  vahidi    sərnişin-kilometr  hesab 

edilir,  yəni  sərnişinlərin  1  km  məsafəyə  hərəkəti 

ilə  ölçülür.  Hər  bir  mövqe  üzrə  daşınmış 

sərnişinlərin  cəminin  ümumi  daşınma  məsafəsinə 

bölünməsi 

ilə 

tapılır; 



sərnişin 

dövriyyəsi 

nəqliyyatın  növləri,  daşıma  əlaqələri,  digər 

əlamətlər üzrə ayrılıqda hesablanır.  



 

NƏQLĐYYATIN  YÜK  DÖVRĐYYƏSĐ

  – 

yüklərin  daşınması  üzrə  nəqliyyatın  işinin 

həcmidir 

və 


ton-kilometrlə 

ifadə 


olunur. 

Kilometrlə  (millə)  daşınmış  məsafənin  tonla 

daşınmış 

yüklərin 

kütləsinə 

vurulması 

ilə 

hesablanır.  Nəqliyyatın  yük  dövriyyəsi  nəqliyyat 



 

496 


növü,  dəmir  yolunun  eni,  əlaqə  növü,  yüklərin 

növü və s. əlamətlərə görə qruplaşdırılır.  



Avtomobil  nəqliyyatının  yük  dövriyyəsi  hər 

getmədə    (gəlmədə)  daşınmış  yükün  kütləsinin 

(avtoqoşqularda 

daşınmış 

yüklər 

də 


daxil 

edilməklə)  daşınma  məsafəsinə  hasili  ilə  təyin 

edilir və həyata keçirilmiş bütün daşınmalar sonda 

cəmlənir. 



Hava  nəqliyyatının  yük  dövriyyəsi  daşınmış  yük 

və  poçtların  bütövlükdə  həcmini  xarakterizə  edir. 

Uçuşun  tarif  məsafəsində  yerinə  yetirilmiş 

reyslərlə  hər  reysdə  çatdırılmış  poçt  və  yükün 

məsafəyə hasili ilə müəyyən edilir.  

Dəmiryol  nəqliyyatının  yük  dövriyyəsi  tarif  yük 

dövriyyəsinin göstəricilərini xarakterizə edir.  



Dəniz  nəqliyyatının  yük  dövriyyəsi  hər  bir  yük 

göndərilməsində  göndərmə  və    təyinat  limanları 

arasında  gəmi  vasitəsilə  qısa  məsafə  üzrə 

daşınmış  yüklərin,  onun  daşınma  məsafəsinə 

vurulması  və  hasillərinin    cəmlənməsi  ilə  təyin 

edilir.  Üzmə  növlərinə,  yük  növlərinə  (quru 

yüklər,  maye  yüklər),  gəmilərin  aid  olduqları 

gəmiçilik  və  limanlar  üzrə  nəqliyyat  gəmilərinin 

qruplaşması ilə bütövlükdə hesablanır.  

Çay  nəqliyyatının  yük  dövriyyəsi  göndərilmə  və 

təyinat  limanları  (sahilləri)  arasında  gəmi  hərəkət 

edə  biləcək  qısa  məsafə  üzrə  tonlarla  daşınmış 

yüklərin  kütləsinin  bütün

 

göndərmələr  üzrə  əldə 



edilmiş  məsafələrə  hasillərinin  cəmlənməsi  ilə 

təyin  edilir.  Ayrı-ayrı  gəmiçilik,  limanlar  və  

yüklərin növləri  üzrə daşımalara görə hesablanır.  

Boru  kəməri  nəqliyyatının  yük  dövriyyəsi  

magistral  boru  kəmərləri  ilə  neft,  neft  məhsulları 

və  qazın  yerdəyişməsi  (daşınması)  üzrə  işin 

həcmini 


xarakterizə 

edir. 


Neftin 

(neft 


məhsullarının, qazın) tonla baş nasos stansiyasının 

kollektorundan  çıxışından  zavodun,  tökülmə 

məntəqəsinin,  neft  bazasının,  qaz  bölüşdürücü 

sistemlərin  və  s.  kollektorlarına  girişinə  qədər 

olan  məsafəyə  (kilometrlərlə)  ötürülməsinin  cəmi 

kimi  müəyyən  edilir.  Bütün  neft  kəmərləri  üzrə 

bütövlükdə və neft kəmərləri, məhsul növləri (neft 

məhsullarının növləri üzrə) və qaz kəmərləri üzrə 

ayrılıqda müəyyənləşdirilir.    

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin