Müvəqqəti
işə
düzəltmə
üzrə
xidmətlər
tərəfindən işə götürülən şəxslər. Onların faktiki
işlədikləri müəssisənin aid olduğu sahəyə deyil,
onları işə götürən xidmətin aid olduğu sahəyə
daxil edilməlidirlər;
Müvəqqəti olaraq işləməyən şəxslər, lakin
formal olaraq işə aidiyyəti olduqda, bu, onunla
ifadə olunur ki, ya onlar əmək haqqı almaqda
davam edirlər və onların müvəqqəti olaraq işə
çıxmamalarının səbəbi aradan qaldırıldıqdan
sonra işə qayıtmalarına zəmanət verilmişdir, ya da
işə qayıtmaları haqqında razılaşma mövcuddur.
Bu kateqoriyaya xəstəlik, zədə alma, məzuniyyətə
çıxma, tətilə və təhsillə əlaqədar məzuniyyətə
çıxma, uşağın anadan olması və ya uşağın
xəstələnməsi
səbəbindən
işləməyən
şəxslər
daxildir.
Natamam iş vaxtı işləyənlər, mövsümi işçilər, tətil
edən işçilər və ya qısamüddətli icazəsiz işdən
gedənlər muzdlu işçilər kateqoriyasına daxildir,
uzunmüddətli icazəsiz işdən gedənlər isə buraya
daxil edilmirlər.
Qeyd etmək lazımdır ki, burada Avropanın MHS-
də qəbul edilmiş daha geniş təriflərdən istifadə
olunur. Sonuncuya onların əsas fəaliyyəti hesab
edilən, sərbəst sahibkarlıqla məşğul olan muzdlu
işçilər
daxil
edilmirlər.
Milli
hesabların
məqsədləri üçün bu şəxslər yalnız özüməşğul kimi
təsnifləşdirilirlər. Müəssisələr statistikasında isə
onlar, öz işlərinə uyğun olaraq, işçilərin hər bir
kateqoriyasına daxil edilirlər.
Muzdlu işçilər həmçinin aşağıdakı kateqoriyalara
bölünə bilər:
Fəhlələr: əsasən fiziki əməklə məşğul olan işçilər
(“mavi yaxalıqlılar”),
Qulluqçular: əsasən qeyri-fiziki işlə məşğul olan
işçilər (“ağ yaxalıqlılar”).
Fəhlə və qulluqçular: işçi o zaman müşahidə
olunan vahidin fəhlə və ya qulluqçusu sayılır ki,
onlar işin harada (istehsalçı vahidin ərazisi
daxilində və ya ondan kənarda) görüldüyündən
asılı olmayaraq, bu vahiddən əmək haqqı alırlar.
Fəhlə və qulluqçular muzdlu işçilərin böyük bir
hissəsini təşkil edirlər. Bu aqreqat (hissə) daha
çox məlumdur, nəinki, “haqqı ödənilməyən
işçilər”; bu dəyişkən kəmiyyətdə dəyişmələr
yalnız müəssisələrin sayı ilə əlaqədar deyil, həm
də iqtisadi fəallığın səviyyəsi ilə bağlıdır; buna
görə də bu dəyişkən kəmiyyət öz böyüklüyünə
münasibətdə
və
öz
dəyişkənliyinə
(tendensiyasına) münasibətdə çox əhəmiyyətlidir.
MUZDLU
ĐŞÇĐLƏR
TƏRƏFĐNDƏN
ĐŞLƏNMĐŞ SAATLARIN MĐQDARI
–
hesabat
dövründə
müşahidə
olunan
vahid
tərəfindən məhsulların istehsalı üçün faktiki
işlənmiş saatların ümumi miqdarını özündə əks
etdirir.
Ödənilmiş, lakin işlənməmiş saatların miqdarı,
məsələn, illik məzuniyyətlər, bayram və xəstəlik
günlərinin saatlarının miqdarı, həmçinin nahar
fasilələrinə, ev və iş yoluna sərf olunan vaxt
çıxılır.
Normal iş saatlarında faktiki işlənmiş saatlar, bu
vaxta
əlavə
işlənmiş
saatlar,
iş
yerinin
hazırlanmasına sərf olunan vaxt və iş günü
ərzində istirahət üçün ayrılan kiçik fasilələr bu
göstəriciyə daxil edilir.
Əgər faktiki işlənmiş saatların dəqiq miqdarı
məlum deyilsə, onu iş saatlarının nəzəri miqdarı
və işçilərin iş yerlərində olmamalarının (xəstəlik,
uşağa baxmaq və s. səbəbdən) orta əmsalı
əsasında hesablamaq olar.
MUZDLU ĐŞÇĐLƏRĐN ƏMƏK HAQQI
–
hesabat dövrü ərzində yerinə yetirdiyi işə görə
müəssisə tərəfindən pul və ya natura şəklində
465
muzdlu işçiyə ödənilən haqqın ümumi məbləği
kimi müəyyən edilir.
MUZDLU ĐŞÇĐLƏRĐN SAYI
- əmək
müqaviləsi əsasında muzdlu şərtlərlə işləyənlərin
sayıdır, iş yerlərinin sayı kimi hesablanır və orta
illik kəmiyyət kimi ölçülür.
MUZDLU
ĐŞÇĐLƏRĐN
SOSĐAL
SIĞORTAYA AYIRMALARI (ÜZVLÜK
HAQLARI)
– (I) - muzdlu işçilərin sosial
təminat fondlarına, sığorta təşkilatlarına və ya
onların sosial sığorta proqramları ilə idarə olunan
institusional
vahidlərinə
ödədikləri
sosial
sığortaya ayırma növüdür. MHS-də gəlirlərin
yenidən bölüşdürülməsi hesabı göstəricisidir.
(II) - muzdlu işçilər tərəfindən sosial təminat
fondlarına və sosial sığortanın xüsusi fondlarına
ödənişlərdir. Onlar iş yerinə yetirildiyi və sosial
sığortaya ayırmaların ödənilməsi üzrə öhdəçilik
meydana çıxdığı anda nəzərə alınır.
Muzdlu işçilərin sosial sığortaya ödəmələrinə
daxildir: hər bir müəyyən dövrdə ödənilən faktiki
ayırmalar, + xüsusi fondlar halında xüsusi
mülkiyyət (sığorta polisləri sahiblərinə aid olan və
verilən proqramlarda iştirak edən muzdlu işçilər
tərəfindən alınan) gəlirlərindən əlavə ayırmalar,
çıxılsın (-) müvafiq xidmətlərin ödənişi.
MUZDSUZ ĐŞLƏYƏNLƏR
– özünü müstəqil
olaraq gəlir gətirən işlə təmin edən şəxslərdir.
Onların (və ya onların ailələrinin) gəliri bilavasitə
mal və xidmətlərin istehsalı üzrə fəaliyyətlərinin
nəticələrindən asılıdır. Bu şəxslər müəssisənin
əmlakına sahib olmaqla, onun fəaliyyətinə təsir
göstərən idarəetmə qərarlarını özləri qəbul edirlər
və ya bu səlahiyyəti başqalarına verirlər, lakin
istənilən halda, müəssisənin müvəffəqiyyəti üçün
tam cavabdehlik daşıyırlar. Muzdsuz işləyənlər
işverənə və fərdi əsasda işləyənlərə bölünürlər.
Muzdsuz işləyənlərə həmçinin əməyi ödənilməyən
ailə üzvləri də aid edilirlər.
MUZEY
– tarixi abidələrin, mədəni və təbii
obyektlərin
komplektləşdirilməsini,
uçotunu,
saxlanmasını, tədqiqatını və təbliğatını həyata
keçirən
elmi-tədqiqat
və
mədəni-maarif
müəssisəsidir.
Muzeylər
aşağıdakılara
görə
bölünürlər: yerləşdiyi yerə görə - ölkə, muxtar
respublika, şəhər, rayon, kənd əhəmiyyətli; profil
qrupuna və tipinə görə - tarixi, bədii, ədəbi, təbii-
elmi,
texniki,
arxitektura,
kompleks
(ölkəşünaslıq), muzey-qoruq, sahə və s. Statistika
hesabatları aşağıdakı göstəriciləri əks etdirir:
növlər üzrə bölünməklə, əsas muzey fondunda
saxlanılan
vahidlərin
(rəssamlıq,
qrafiki,
heykəltəraşlıq, tətbiqi incəsənət məmulatları,
sənədlər,
qiymətli
metallar
və
s.)
sayı;
ekspozisiyalarda (sərgilərdə) eksponatların sayı,
həmçinin
elmi-maarifləndirmə
işlərinin
göstəriciləri, sərgilərin sayı, sərgiyə gələnlərin
sayı; muzey işçilərinin sayı və tərkibi, muzey
sahələrinin rayonlar üzrə, maliyyə vəsaitlərinin
daxil olması və istifadəsi göstəricilərini. Yekun
məlumatlar ərazilər, tabeçilik, muzeylərin profil
qrupları və növləri üzrə işlənir.
MÜAYĐNƏ OLUNAN MƏCMU
– seçmənin
həyata keçirildiyi məcmudur; nəzəri cəhətdən
öyrənilən məcmu ilə eyni olmalıdır, amma
təcrübədə ondan fərqli də ola bilər. Məsələn,
seçmənin əsaslarının tərtibində siyahılardan,
kartotekalardan, ailələrin elektron siyahısından,
telefon sorğusundan və s. istifadə olunur. Bu
materiallarda real fəaliyyətdə olan obyektlər
qismən olmur, ya da praktiki mülahizələrə görə,
yaxud da münasiblik üçün öyrənilən məcmu ilə
müqayisə üzrə məhdudlaşdırılır. Belə hallarda
seçmə üzrə əldə edilmiş nəticələr yalnız müayinə
olunan seçməyə, yəni seçmənin əsasında tərtib
edilən hissənin məcmusuna aid edilir.
MÜCƏRRƏD MAŞIN
– mücərrəd hesablama
maşını real maşın yaratmadan onun tərkibinə
daxil olan resurslara və bu resurslar arasındakı
qarşılıqlı təsirə əsaslanaraq təyin edilir
.
MÜCƏRRƏD ÜSUL
- istifadəçi tərəfindən
tamamilə
sona çatdırılmış
kimi
göstərilən
mücərrəd nəticədir.
MÜDAFĐƏ SƏNAYESĐNĐN KONVERSĐ-
YASI
– müdafiə və onunla bağlı müəssisə və
təşkilatların hərbi ehtiyaclardan mülki ehtiyaclara
keçməsi
nəticəsində
azad
olmuş
istehsal
güclərinin, elmi-texniki potensialın və əmək
ehtiyatlarının
qismən
və
ya
tamamilə
istiqamətinin dəyişməsidir. Konversiyanın əsas
məqsədi – iqtisadiyyatın ən vacib sahələrinin
yenidən təchiz edilməsinin, ixrac potensialının
inkişafının və iqtisadiyyatın məhsulun ixracından
asılı olmasından azad edilməsinin təmin olunması
məqsədilə yüksək texnologiyalı və rəqabətə
davamlı mülki məhsulların hazırlanmasının və
kütləvi istehsalının təşkilidir.
MÜDĐR (MENECER)
- 1) Müəssisənin
səlahiyyətli işlər müdiri qismində şirkətə operativ
rəhbərliyi həyata keçirən şəxsdir (“Müəssisənin
səlahiyyətli işlər müdiri”nə bax);
2) Şirkətin və ya məhdud məsuliyyətli ortaqlığın,
qeyri-məhdud məsuliyyətli şirkətin, yaxud mülki
şirkətin rəhbəri (direktoru): şirkəti idarə edən
şəxs;
466
3) Müəssisələr registri istisna olmaqla, bu
terminin digər mənası tez-tez işlədilir, məsələn,
etibardan (reputasiya) istifadəyə cavabdeh olan
şəxs (qudvill): mövcud müqavilə idarəetmə
haqqında müqavilə adlanır (“Đdarəetmə haqqında
razılaşma”ya bax).
MÜƏSSĐSƏ HÜQUQ OBYEKTĐ KĐMĐ
–
müəssisənin fəaliyyəti üçün nəzərdə tutulmuş,
bütün əmlak çoxluğunu özündə birləşdirən,
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün
istifadə olunan müəyyən əmlak kompleksidir.
Hazırda
fəaliyyətdə
olan
qanunvericilikdə
müəssisəyə hüquq subyektinin təşkilati-hüquqi
formalarından biri kimi, o cümlədən dövlət unitar
müəssisəsi, bələdiyyə unitar müəssisəsi, dövlət
müəssisəsi kimi baxılır.
MÜƏSSĐSƏ ĐQTĐSADĐ ANLAYIŞ KĐMĐ
-
müxtəlif
əmlak
kompleksidir.
Müəssisə
bütövlükdə və ya onun bir hissəsi, ona olan
sahibkarlıq
hüququnun
müəyyən
edilməsi,
dəyişməsi və ləğv edilməsi (hazırda çox vaxt
müəssisənin özəlləşdirilməsi ilə əlaqədar onun
satılması) ilə əlaqədar alış-veriş, girov (ipoteka),
icarə obyekti və digər sövdələşmə obyekti ola
bilər. Xüsusi müəssisə varislik üzrə verilə bilər.
MÜƏSSĐSƏ ĐQTĐSADĐ KATEQORĐYA
KĐMĐ
– gəlir qazanmaq və onu maksimuma
çatdırmaq məqsədi ilə bazar iqtisadiyyatında
fəaliyyət göstərən, mal və (və ya) xidmətlərin
istehsal və satışı ilə məşğul olan iqtisadi agentlər
və ya şəxslərdir. Bazar iqtisadiyyatında istehsal
dedikdə, maddi istehsal və ya xidmət sahəsində
fəaliyyətindən asılı olmayaraq, gəlir gətirən
istənilən
fəaliyyət
növü
nəzərdə
tutulur.
Müəssisələr əmtəə yaratmaq və xidmət göstərmək
üçün istehsal amillərindən istifadə edir ki,
onlardan da əmək, kapital və təbii ehtiyatlar əsas
sayılır. Đstehsalda istifadə olunan əmək, sərf
olunan vaxt və işçilərin ixtisası nöqteyi-
nəzərindən qiymətləndirilir. Material ifadəsində
kapital məsrəfi özündə binaların, tikililərin,
ötürmə
qurğularının,
avadanlıqların
və
s.
istifadəsini əks etdirir. Təbii ehtiyatların əsas
tərkib hissəsi istehsal prosesində istifadə olunan
torpaq və onun yeraltı sərvətləridir.
Đstehsal
amillərinin dəyəri əsas etibarı ilə bazardakı tələb
və təklif vasitəsilə müəyyən edilir. Đstehsalçının
malik olduğu istehsal amilləri arasındakı qarşılıqlı
münasibət
və
texnologiyanın
müəyyən
səviyyəsində istehsal olunan əmtəə və xidmətlərin
optimal həcmi Q = F (L, K, R) istehsal funksiyası
ilə ifadə olunur. Burada Q – maksimuma
çatdırılmış nəticə; F – istehsal funksiyası əmsalı;
L - əmək; K – kapital; R - istehsalın digər
amilləridir.
MÜƏSSĐSƏ,
FĐRMA,
ŞĐRKƏT
-
1)
Mülkiyyətçinin
təşkilati-hüquqi
formasından,
adından və fəaliyyət növündən asılı olmayaraq,
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun
olaraq yaratdığı hüquqi şəxs, onun filialı,
nümayəndəliyidir.
2) Müəssisə qərarların, xüsusilə özünün cari
ehtiyatlarından istifadə edilməsi üzrə qərarların
qəbul edilməsində müəyyən müstəqilliyə malik
olan mal və xidmət istehsalçısının təşkilati vahidi
hesab edilir. Müəssisə bir və ya bir neçə yerdə, bir
və ya bir neçə fəaliyyət növünü həyata keçirir. Bu
müəyyənləşdirmə müəssisələr və hüquqi vahidlər
arasındakı münasibətlər haqqında tamamlanır:
müəssisə ya bir hüquqi vahidə, ya da yuxarıda
göstərilən
meyarlara
cavab
verən
hüquqi
vahidlərin
ən
kiçik
birləşməsinə
(kombinasiyasına) uyğun gəlir. Statistik vahidlər
haqqında
və
registrlərin
uyğunlaşdırılması
(harmonizasiyası)
haqqında
əsasnamələr
bu
münasibətləri müxtəlif qaydada təyin edir:
- müəssisə bir və ya bir neçə hüquqi vahidə aiddir;
- hüquqi vahid müəssisəyə görə cavabdehlik
daşıyır;
- hüquqi vahid həmişə müəssisənin hüquqi əsası
sayılır.
Bu müəyyənləşdirmə aşağıdakı kimi başa düşülür:
hüquqi vahid bir və yalnız bir müəssisənin
(müəyyən milli ərazidə) əsas hüquqi əsası hesab
edilir; istisna yalnız dövlət inzibati idarələri
bölməsində təsnifləşdirilən müəssisələr üçün ola
bilər.
Müəssisə Đqtisadi Fəaliyyət Növləri Təsnifatı
(ikinci versiya) sistemindəki əsas fəaliyyətinə
müvafiq olaraq təsnifləşdirilir. Müəssisələrə
yalnız göstərilən müddət ərzində faktiki öz
fəaliyyətlərini həyata keçirən vahidlər aid edilir.
Buna görə də, fəaliyyətə hələ başlamayan
fəaliyyətsiz vahidlər bura daxil edilmir.
Müəssisə tam uçot sisteminə malik olduğundan, o,
əlavə dəyər, ümumi mənfəət və şirkətin əsas
hesablarında hesablanan digər aqreqatlar kimi
göstəricilərin əldə olunması üçün, bütün zəruri
məlumatların təmin edilməsində daha münasib
vahid hesab edilir.
MÜƏSSĐSƏDƏN KƏNARDA ĐSTĐFADƏ
OLUNAN NƏQLĐYYAT VASĐTƏLƏRĐ -
(NƏQLĐYYAT PARKI)
- “Əsas kapitalın əldə
edilməsi”
maddəsinin
altbölməsidir.
Ona
müəssisədən kənarda istifadə edilən bütün
avtonəqliyyat və gəmi vasitələri, fərdi istifadə
üçün
avtomobillər,
yük
avtomobilləri
və
467
avtobuslar, həmçinin bütün növ avtomobillər,
gəmilər, dəmir yolu vaqonları və s. daxildir.
MÜƏSSĐSƏLƏR QRUPU
– (I) bir-biri ilə
hüquqi və ya maliyyə əlaqələri ilə bağlı olan
müəssisələr
assosiasiyasıdır.
Müəssisələr
qrupunun istehsal, satış, mənfəət, siyasət və digər
məsələləri üzrə qərar qəbul etmək üçün bir və ya
bir neçə mərkəzi ola bilər. Onlar maliyyə və vergi
ödənişlərinin idarə olunmasının bəzi cəhətlərini
mərkəzləşdirə
bilirlər.
Müəssisələr
qrupu
özlüyündə ona daxil olan vahidlərdə seçim
edilməsində kömək edən iqtisadi törəməni əks
etdirir.
(II) - eyni bir hüquqi vahid, baş müəssisə
tərəfindən birbaşa və ya dolayısı ilə nəzarət
olunan müəssisələr qrupundan ibarət statistik
vahiddir. Müəssisələr qrupunda istehsal, satış və
gəlir siyasəti haqqında qərar qəbul edən bir neçə
mərkəz ola bilər. Müəssisələr qrupu ona daxil
olan qarşılıqlı əlaqədə olan vahidlərə aid qərar
qəbul etmək hüququ olan iqtisadi vahid hesab
edilir.
MÜƏSSĐSƏLƏR STATĐSTĐKASI
- iqtisadi
statistikanın mühüm hissəsi olmaqla, təsnifatlar
sistemi və müəssisələr registri kimi statistik
təməllər üzərində qurulan, göstəricilər sisteminin
əsasını beynəlxalq səviyyədə uzlaşdırılmış tərif və
anlayışlar təşkil edən, struktur (illik), qısamüddətli
(cari) və konyunktur (keyfiyyət göstəricilərinə
əsasalanan) statistika müşahidələrini inzibati
statistika ilə əlaqələndirərək onlardan qidalanan,
iqtisadiyyatda baş verən kütləvi hadisə və
proseslərin kəmiyyət və keyfiyyət tərəflərini
özündə əks etdirən informasiya sistemidir.
Avropa Statistika Bürosunun anlayışlarına görə,
müəssisələr
statistikası
demoqrafik
məlumatlardan başlamış, məşğulluq məlumatları
və milli hesabdarlığadək olan bütün fəaliyyətləri
əhatə edir. Müəssisələr statistikası istifadəçiləri
müəssisələrin fəaliyyəti və rəqabət qabiliyyətliliyi
haqqında statistik məlumatlarla təmin edir. Bu
məlumatlar - 1) müəssisələrin strukturu və onların
fəaliyyətinin
qiymətləndirilməsinin;
2)
müəssisələrin fəaliyyəti ilə bağlı meyllərin; 3)
istehsal və müəssisələrin sahibkarlıq fəaliyyətinin
digər amillərinin; 4) bazarın və sahibkarlığın
inkişafının regional, milli, ictimai və beynəlxalq;
5) kiçik və orta müəssisələrin işinin təhlili zamanı
istifadə edilə bilər.
Müəssisələr statistikası sisteminin Azərbaycanda
yaradılmasını şərtləndirən əsas amil - keçmiş
SSRĐ-də tətbiq olunan və planlı iqtisadiyyat üçün
nəzərdə tutulmuş Xalq Təsərrüfatının Balansı
(XTB) sisteminin əvəzinə 1993-cü ildən Milli
Hesablar Sisteminin (MHS) tətbiqi olmuşdur.
XTB-dən fərqli olaraq, MHS – ölkənin ümumi
milli gəlirini və ümumi daxili məhsulun
istehsalını, bölüşdürülməsi və istifadəsini əks
etdirən, məntiqi cəhətdən ardıcıl və inteqrasiya
olunmuş hesab və cədvəllər məcmusundan
ibarətdir. Bu sistem XX əsrin ortalarında
yaradılaraq bazar iqtisadiyyatının makrosəviyyədə
təsviri və təhlili üçün inkişaf etmiş dünya
ölkələrində istifadə olunan əsas informasiya
sistemidir. Onun göstəriciləri və təsnifatları bazar
iqtisadiyyatının strukturunu və seqmentlərini əks
etdirir.
Müəssisələr statistikasına keçidin əsas məqsəd və
vəzifələri aşağıdakıları əhatə edir.
Məqsədlər:
-
Milli
Hesablar
Sistemi
səviyyəsində
makroiqtisadi
göstəricilərin
formalaşdırılması
üçün zəruri yeni məlumatların əldə edilməsi;
-
beynəlxalq
analoqlar
əsasında
işlənib
hazırlanmış milli təsnifatlar sistemi və müəssisələr
registrinin yaradılması və tətbiqi;
- milli iqtisadiyyatın dünya iqtisadi sistemində
tutduğu
yerin
müəyyənləşdirilməsi
üçün
ölkələrarası müqayisələrin təmin edilməsi;
- statistik göstəricilər sistemi anlayışlarının
beynəlxalq təriflər əsasında qurulmasının təmin
edilməsi və təkmilləşdirilməsi;
-
statistik
hesabat
formalarının
sayının
azaldılması, unifikasiyası;
-
respondentlərə
düşən
statistika
yükünün
azaldılması.
Vəzifələr:
- iqtisadi siyasətin formalaşdırılması, müxtəlif
dövlət proqramlarının işlənib hazırlanması ilə
bağlı qərarların qəbulu üçün dövlət idarəetmə
orqanlarına zəruri məlumatların təqdim olunması;
- ölkənin iqtisadi ehtiyatlarının, onların quruluşu
və dinamikasının, iqtisadiyyatın sahələr üzrə
bölgüsünün daim statistik öyrənilməsi və təhlili;
- iqtisadi prosesin əsas nəticələri, iqtisadi artım
sürəti, istehsal edilən məhsulun həcmi və
quruluşunun təhlili;
- iqtisadiyyatın əsas sahələrində müəssisələrin
fəaliyyətinin nəticələri, mühüm
məhsulların
istehsalı və xidmətlərin göstərilməsi haqqında
aktual məlumatların əldə edilməsi;
- təsərrüfat subyektlərinin xarakteristikalarının
təhlili;
- iqtisadi inkişafın əsas yekunları və meylləri
haqqında ictimaiyyətin məlumatlandırılması.
Müəssisələr statistikası sisteminin əsasını 3 təməl
- təsnifatlar sistemi, müəssisələr registri və
mühasibat uçotunun ümumi hesab planı təşkil
edir.
Müəssisələr statistikasının öyrəndiyi hadisələr
mürəkkəb olduğundan, onların mahiyyətini bir
göstərici vasitəsi ilə əks etdirmək qeyri-
468
mümkündür. Məhz bu səbəbdən, göstəricilər
sistemindən
istifadə
edilir.
Müəssisələr
statistikasının göstəricilər sistemi 400-dən artıq
göstəricini özündə əks etdirir. “Göstəricilər
sistemi” dedikdə, bütövlükdə iqtisadiyyatı və
iqtisadi prosesin əsas aspektlərini xarakterizə
edən, qarşılıqlı əlaqələndirilmiş və razılaşdırılmış
göstəricilərin nizama salınmış çoxluğu başa
düşülür. Qarşılıqlı əlaqələndirmə - göstəricilərin
uzlaşdırılmış
konsepsiyalara,
təriflərə
və
təsnifatlara əsaslanmasını ifadə etdirir.
Đqtisadi prosesin bu və ya digər aspektlərini
xarakterizə
edən
müəssisələr
statistikasının
göstəriciləri
müəssisələr
statistikasının
altsistemlərini (məsələn, sənaye statistikası, ticarət
statistikası, tikinti statistikası və s.) təşkil edir.
Deməli, müəssisələr statistikasının göstəricilər
sistemi iqtisadi informasiyanın bir-biri ilə
uzlaşdırılmış
altsistemlərinin
məcmusundan
ibarətdir.
Müəssisələr statistikası çoxsaylı məsələləri əhatə
etsə də, onun sisteminin əsasını təşkil edən
məhdud sayda əsas dəyişən kəmiyyətlərdir:
fəaliyyətdən əldə olunan gəlir (dövriyyə), ticarət
xərcləri, məhsulun dəyəri, aralıq istehlak, ümumi
əlavə dəyər, heyətin saxlanılmasına xərclər,
vasitəli
(dolayı)
vergilər,
vasitəli
(dolayı)
dotasiyalar, ümumi əməliyyat mənfəəti, kapital
xərcləri, amortizasiya, xalis əməliyyat mənfəəti,
ödənilmiş faizlər, icarə haqqı, gəlirin digər
mənbələri, mənfəət, zərər, habelə məqsəddən asılı
olaraq və s. mövcuddur.
Statistika göstəriciləri bir tərəfdən hadisənin
konkret rəqəmlə ifadə olunan xarakteristikasını
əks etdirir, digər tərəfdən isə göstəricinin tərkibinə
daxil edilməli olan elementlərin, yəni bu və ya
digər göstəricinin məzmununu müəyyən edir.
Müəssisələr
statistikası
göstəricisinin
məzmununun
və
onun
qiymətləndirilmə
metodlarının müəyyənləşdirilməsinə göstəricinin
metodologiyası deyilir. Metodologiyanın işlənib
hazırlanması mərhələləri aşağıdakılardır:
- statistik öyrənilməsi vacib olan hadisə və
proseslərin müəyyən edilməsi;
-
hər
hansı
göstəricinin
hesablanmasının
məqsədlərinin:
məsələn,
ÜDM-nin
hesablanmasının
məqsədi
–
iqtisadi
artım
sürətinin,
əmtəə
istehsalı
və
xidmətlərin
göstərilməsinin ölçülməsi və s. müəyyən edilməsi;
- göstəricinin tərkibinin müəyyən edilməsi;
- bu və ya digər meyarlar əsasında öyrənilən
iqtisadi
hadisələrin
həmcins
qruplara
bölüşdürülməsi
üçün
tətbiq
ediləcək
əsas
təsnifatların müəyyənləşdirilməsi;
- göstəricilərin hesablanması üçün zəruri məlumat
mənbələrinin müəyyən edilməsi;
-
ümumiləşdirici
göstəricilər
əldə
etmək
məqsədilə
toplanmış
məlumatların
işlənib
hazırlanma üsulunun müəyyən edilməsi.
Müəssisələr statistikası iki hissədən ibarətdir:
kəmiyyət göstəricilərinin statistikası və keyfiyyət
göstəricilərinin
statistikası.
Kəmiyyət
göstəricilərinin
statistikası
öz
növbəsində:
müəssisələrin qısamüddətli (cari) statistikası və
struktur statistikasına ayrılır.
Müəssisələrin
qısamüddətli
statistikası
cari
statistikadır. Onun təyinatı sənayenin, tikintinin,
ticarətin, nəqliyyatın, rabitənin və s. vəziyyətini
xarakterizə edib, qısamüddətli göstəricilərin
meyllərini izləməkdən ibarətdir.
Müəssisələrin struktur statistikasının vəzifəsi -
konyunktur dəyişikliklərə birbaşa aid olmayan
illik məlumatların verilməsidir. Statistikanın digər
sahələrindən fərqli olaraq, struktur statistikası
bütövlükdə müəssisənin özünün, habelə onun
strukturunu təşkil edən tərkib hissələrinin –
fəaliyyət növü vahidlərinin, yerli vahidlərin,
fəaliyyət növünün yerli vahidlərinin və s. əsas
makroiqtisadi göstəricilərini öyrənir.
Keyfiyyət göstəricilərinin statistikası aylıq və ya
rüblük dövriliklə, bir qayda olaraq, respondentlər
üçün məcburi xarakter daşımayan konyunktur
sorğulara əsaslanır. Bu sorğuların keçirilməsində
əsas məqsəd - ümumi iqtisadi meyllərin
proqnozlaşdırılması üçün müəssisə rəhbərlərinin
cavabları əsasında iqtisadiyyatın bu və ya digər
sahəsinin mövcud vəziyyəti və gələcək inkişafı,
əsas göstəricilərin dəyişməsi haqqında qabaqlayıcı
məlumatların
əldə
edilməsidir.
Müəssisə
rəhbərlərinə
müəssisənin
əldə
etdiyi
son
nailiyyətlər barəsində suallar verilir və yaxın
gələcəkdə müəssisənin inkişaf perspektivlərinə
dair onların rəyi öyrənilir.
Müəssisələr
statistikası
iqtisadi-demoqrafik
vəziyyəti müəyyən vaxt anına təsvir edir. Lakin
ayrı-ayrı tərkib hissələrinin əsas demoqrafik
dəyişiklikləri təhlil edilmədikdə, bu nəticələr
dolğun
olmur.
Müəssisələr
statistikasında
“demoqrafiya” termini altında müəssisələrin
əmələ gəlməsi (yaranma, birləşmə və s.) və
fəaliyyətinin qurtarması (bağlanma, udulma,
ayrılma və s.) başa düşülür. Məsələn, əgər il
ərzində kimya sənayesi müəssisələrinin sayında
artım müşahidə olunmuşdursa, bu o deməkdir ki,
artım il ərzində müəssisələr məcmusuna daxil
olan və oradan çıxan bütün halların fərqini
göstərir. Bu cür demoqrafik dəyişikliklərin
statistikası struktur statistikasının atributudur.
Müəssisələr statistikasına iqtisadi fəaliyyət növləri
üzrə kənd və meşə təsərrüfatı, ovçuluq, balıqçılıq
və balıq təsərrüfatı, maliyyə, sığorta, elmi tədqiqat
və işləmələr, dövlət idarəetməsi, sosial təminat,
təhsil, səhiyyə, ictimai birliklərin fəaliyyəti aid
469
olan müəssisələr istisna olmaqla, iqtisadiyyatın
qalan sahələrində fəaliyyət göstərən müəssisələrin
fəaliyyəti aid edilir.
Dostları ilə paylaş: |