A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə123/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   119   120   121   122   123   124   125   126   ...   182

yenidən təşkili; 

•  müəssisənin  yeni  fəaliyyət  sahəsinə  keçməsi 

nəticəsində yeni müəssisənin yaranması. 

Yuxarıda göstərilən hadisələr nəticəsində yaranan 

müəssisələr 

haqqında 

geniş 

məlumatları 



müəssisələr 

statistikası 

üzrə 

əsasların 



tövsiyələrində tapmaq olar. 

Müəssislər 

registri 

üzrə 


göstərişlərdə 

müəssisələrin  (əgər  onlar  1  il  ərzində  tam 

məşğulluğa hesablamada heç olmasa 6 ay ərzində 

bir  adamın  muzdlu  əməyindən  istifadə  ediblərsə) 

statistik  məqsədlər  üçün  registrə  daxil  olması 

tələbi mövcuddur. 

 

MÜƏSSĐSƏLƏRĐN  SAYI

  –  bu  göstəricindən 

müəssisələr  registrində  qeydiyyatdan  keçmiş 

müəssisələrin 

uçotu 


üçün 

istifadə 

edilir 

(fəaliyyətsiz  müəssisələr  istisna  edilir).  Bu 



göstəricinin  hesablanması  ani  statistik  müşahidə 

əsasında  aparılır  və  müəyyən  edilmiş  dövrə 

vəziyyəti  əks  etdirir.  Müəssisələrin  registri  üzrə 

tövsiyələrdə il ərzində tam iş vaxtı ilə işləyənlərin 

yenidən hesablanmasında yalnız sayı 0,5 adamdan 

az olmayan müəssisələrin statistik məqsədlər üçün 

onlara daxil edilməsi nəzərdə tutulmuşdur. 

Bu  göstərici  bazar  və  ya  qeyri-bazar  məhsulları 

istehsal edən bütün müəssisələrə aiddir.  

Bu  göstərici  müəssisələrin  əsas  demoqrafiya 

göstəricilərindən  biri  hesab  edilir  və  müəyyən 

edilmiş  vaxtda,  xüsusilə  də  əsas  iqtisadi fəaliyyət 

növlərinə əsasən bölündükdə, onların məcmusuna 

dair  ümumi  mənzərəni  əldə  etməyə  imkan  verir. 

Müəssisəni 

Đqtisadi 

Fəaliyyət 

Növləri 


Təsnifatındakı  qruplar  üzrə  də  təsnifləşdirmək 

olar. 


Müəssisələrin 

ölçü 


siniflərinə 

görə 


bölünməsi  artım  potensialını  və  müəssisənin 

məcmusunun  adaptasiyasını  müşahidə  etməyə, 

həmçinin  hansı  müəssisəni,  daha  dəqiqi,  mikro, 

kiçik,  orta  və  ya  iri  müəssisələrə  aid  etməyə, 

hansının  iqtisadiyyatda  üstünlük  təşkil  etdiyini 

görməyə imkan verir. 

Müəssisələrin  sayının  artmasının  təhlili  bazarın 

dinamikasını, 

iqtisadi 

subyektlərin 

təmərküzləşməsini 

və 


yeni 

müəssisələrin 

yaranmasını izləməyə imkan verir.  

Müəssisələri  ölçülərinə  görə  fərqləndirməyə 

ehtiyac  yoxdur.  Kiçik  müəssisələr,  hətta  heç  bir 


 

473


muzdlu  işçisi  olmayan  müəssisələr  belə  nəzərə 

alınmalıdır. 

Müəssisə tam mühasibat uçotu sisteminə malikdir 

və  o  əlavə  dəyərin  və  ümumi  əməliyyat 

mənfəətinin  müəyyən  edilməsi  üçün  zəruri  olan 

bütün məlumatları təqdim edə bilər.  



(II)  –  müəssisələrin  demoqrafiyası  statistikasının 

əsas  göstəricilərindən  biri  hesab  edilir.  Bu 

göstərici ani statistik şəkil əsasında əldə edilə bilər 

və  müəyyən  vaxta  vəziyyəti  xarakterizə  edir. 

Yalnız  hesabat  dövrü  ərzində  həqiqi  iqtisadi 

fəaliyyət  həyata  keçirən  vahidlər  nəzərə  alınır. 

Nəticə etibarı ilə, “yatmış” və ya hələlik fəaliyyətə 

başlamamış  vahidlər  istisna  edilir  (çıxılır). 

Müəssisələri  ölçülərinə  görə  fərqləndirmək  lazım 

gəlmir. Ən kiçik müəssisələr, hətta heç bir muzdlu 

işçisi 

olmayan 


müəssisələr 

belə, 


nəzərə 

alınmalıdır.  

 

MÜƏSSĐSƏLƏRĐN  VƏ  RABĐTƏ  MƏN-

TƏQƏLƏRĐNĐN SIXLIĞI

 – əraziyə nisbətinə 

görə  (rabitə  müəssisələrinin  xidmət  göstərdikləri 

ərazinin  orta  sahəsi,  xidmət  göstərmənin  orta 

radiusu) və əhalinin, fəhlə və qulluqçuların sayına 

nisbətinə görə (100 nəfərə düşən telefonların sayı, 

1000 fəhlə və qulluqçulara düşən abonent teleqraf 

qurğularının  sayı  və  s.)  müəssisələrin  və  rabitə 

məntəqələrinin 

sıxlığı 

fərqləndirilir. 

Rabitə 

xidməti  istehlakçılarına  xidmət  göstərilməsinin 



keyfiyyət göstəriciləri sisteminə daxildir

 

MÜƏSSĐSƏNĐN 



“XALĐS” 

YARADIL-

MASI

  -  “boş  yerdə”  yeni  statistik  vahidin 

törənməsinə dair demoqrafik hadisədir.  

 

MÜƏSSĐSƏNĐN  ASSOSĐASĐYADA  ĐŞTĐ-

RAKI  VƏ  YA  DĐGƏR  MÜƏSSĐSƏ-

LƏRLƏ  ƏMƏKDAŞLIĞI  HAQQINDA 

SAZĐŞ 

-  bu  fəsil  Đqtisadi  Fəaliyyət  Növlər 

Təsnifatının  üçüncü  versiyasının  G  seksiyasında 

əks etdirilən ticarət əlaqələri növlərini göstərir.  

Bu  seksiya  üçün  avtomobil  istehsal  edən 

konsessiyaçılar,  dilerlər  və  köməkçi  şirkətlərin 

assosiasiyaları 

arasında 

aşağıdakı 

fərqləri 

aparmaq zəruridir: 

-  Konsessiyaçılar  verilmiş  ərazi  hüdudlarında 

müstəsna  satış  hüququ  və  ya  satış  səlahiyyətinə 

malikdirlər.  Avtomobil  istehsalı  üzrə  köməkçi 

müəssisələr  də  (avtomobil  satışı  ilə  məşğul  olan 

dilerlər  kimi,  lakin  bu,  nadir  hallarda  olur) 

konsessiyaçı ola bilər; 



-  Dilerlər  avtomobillərin  satışı  ilə  məşğul  olur, 

lakin konsessiyaçı hüququna malik olmur;  

-  Avtomobil  istehsal  edən  köməkçi  şirkət 

şirkətlərin  filiallarından  (müstəqil  sahibkarlara 

ümumi nəzarət) fərqlənir. Bu fərq ondan ibarətdir 

ki, onlar rezident və qeyri-rezidentlərin avtomobil 

istehsalı  qruplarına  aiddirlər,  hansı  ki,  belə 

şirkətlərin 

köməyi 

ilə 


öz 

kommersiya 

fəaliyyətlərinin 

hissəsini 

və 

ya 


hamısını 

genişləndirirlər.  



Bu  seksiyada  müəssisələrin  mümkün  iki  növ 

əməkdaşlıq forması nəzərdən keçirilir: 

-  əhəmiyyətli  dərəcədə  bir  mal  göndərəndən  asılı 

olan  müəssisə.  Əksər  hallarda  belə  müəssisə 

imtiyazlara  malik  olur  və  güzəşt  şərtləri  ilə  bu 

əmtəələrlə ticarət etmək hüququndan istifadə edir. 

Mal  göndərən  rəsmi  olaraq  topdansatış  taciri 

qismində  müəssisə  ilə  müqavilə  bağlaya  və 

bağlamaya  bilər  və  əksər  hallarda  digər  firmaya 

mənsub  olan  müəssisənin  istismarı  hüququna 

malik  olan  şirkət  kimi  imtiyazların  hissələrinə 

malik olur;  

-  Đmtiyazlı  müqavilələrdə  iştirak  etmək  və  ya 

onlara  üzv  olmaq  məqsədilə  güzəştli  şərtlərlə 

əmtəələrlə ticarət etmək və ya alıcı qrupunun üzvü 

hüququndan 

istifadə 

etməklə, 

müəssisələrə 

daşımaları həyata keçirən alıcı qrupları ilə, bir və 

ya  bir  neçə  topdansatış  tacirləri  ilə  müqavilələr 

bağlayan müəssisə. 



Bu  seksiya  üçün  müəssisənin  üç  mənsub  olma 

növünü fərqləndirmək lazımdır: 

- alıcı qrupuna mənsub olma; 

-  françayzinq  şəbəkəsi  müəssisəsinə  mənsub 

olma; 

- istehlakçı kooperativinə mənsub olma. 



Tədarükçü kooperativə mənsub olma əmtəələrin 

çatdırılması  üçün  əlverişli  imkanların  və  şirkət 

korporativ  aktivlərdən  faiz  əldə  etdiyi  şərtlərdə 

kooperativin 

qərarlarının 

qəbul 


edilməsində 

iştirak hüququnun mövcudluğunu ehtimal edir.  



Alıcı  qrupu  bir  və  ya  daha  çox  müəssisədən 

ibarətdir  və  əmtəələrin  çatdırılmasında  mal 

göndərəndən  daha  əlverişli  imkanların  əldə 

edilməsi  (bir  xüsusi  müəssisənin  etdiyindən  daha 

çox) məqsədilə yaradılmışdır.  

Françayzinq  özündə  müstəqil  fəaliyyət  göstərən, 

lakin 


müqavilə 

(AĐ-nin 


franşiz 

haqqında 

nizamnaməsinə  uyğun  olaraq,  hansı  ki,  onlardan 

biri  (imtiyazlara  malik  olan  müəssisə)  digərinə 

(məhsulların  satışında  güzəşt  şərtlərindən  istifadə 

edən müəssisə) müəyyən edilmiş şərtlər daxilində 

öz  ticarət  markası  və  ya  simvolundan  istifadə 

etmək  hüququ  verir)  ilə  əlaqəli  olan  iki 

müəssisənin əməkdaşlıq sistemini əks etdirir.  

Məqsədlərinə  görə  bir  neçə  növ  imtiyazlar 

fərqlənir: 

məhsul 


istehsalında 

imtiyazlar, 

məhsulların  satışında  imtiyazlar  və  xidmətlərin 

göstərilməsində imtiyazlar (belə müəyyənləşdirmə 

AĐ  Komissiyasının  30  noyabr  1988-ci  il, 

4087/88/AĐB saylı Əsasnaməsində aparılır). 

Hər  bir  ölkədə  əməkdaşlığın  hüquqi  statusunu 

müəyyən  edən  qanunlara  uyğun  olaraq  yaradılan 



 

474 


təşkilatlar  korporativ  cəmiyyətlər  hesab  olunur. 

Onlara  ümumi  prinsiplərlə  rəhbərlik  edilir, 

məsələn, öz xidmətlərinin öz kooperativ üzvlərinə 

təqdim edilməsi, kooperativin fəaliyyətində iştirak 

etməsinə 

mütənasib 

olaraq 

onlar 


arasında 

qazancın bölüşdürülməsi və s. 

 

MÜƏSSĐSƏNĐN  FƏALĐYYƏTĐNĐN  DA-

YANMASI

  -  aşağıdakı  hallardan  birinin 

nəticəsində ola bilər: 

- müəssisənin bağlanması; 

- müəssisənin birləşməsi; 

- filialın udulması (başqası tərəfindən); 

- ayrılma; 

- mövcud yerli vahidin (və ya onun bir hissəsinin) 

yerinin dəyişdirilməsi ilə əlaqədar bağlanması.  

Yuxarıda  qeyd  edilən  səbəblərdən,  müəssisənin 

fəaliyyətinin  dayandırmasına  dair  daha  ətraflı 

məlumat  Avrostatın  biznes  statistika  haqqında 

təlimatında verilmişdir. 

 

MÜƏSSĐSƏNĐN  GENĐŞLƏNDĐRĐLMƏSĐ

 

–  fəaliyyət  göstərən  müəssisədə  (tikilidə)  əlavə 



istehsalın  tikintisidir,  həmçinin  əlavə  istehsal 

gücləri  yaratmaq  məqsədi  ilə,  müəssisənin 

fəaliyyət  göstərdiyi  ərazidə  və  ya  bu  əraziyə 

bitişik  olan  meydançalarda  əsas,  köməkçi  və 

xidmət  təyinatlı  mövcud  ayrı-ayrı  sex  və 

obyektlərin 

genişləndirilməsi 

və 


yenilərinin 

tikintisidir.  Fəaliyyət  göstərən  müəssisələrin 

genişləndirilməsinə həm də onların tərkibinə daxil 

olan  və  işə  salındıqdan  sonra  sərbəst  balansda 

olmayacaq  filialların  və  istehsalatın  tikintisi 

daxildir.  

 

MÜƏSSĐSƏNĐN 

ĐSTEHSAL 

ETDĐYĐ 

MALLARIN  SATIŞI 

-  “Fəaliyyət  növü  üzrə 

dövriyyə” maddəsinin alt bölməsidir.  

Müəssisələrin  özləri  tərəfindən  istehsal  olunmuş 

malların 

(məsələn, 

müəssisəyə 

aid 

olan 


təsərrüfatdan  daxil  olmuş  kənd  təsərrüfatı 

məhsulları)  və  ya  nəzərəçarpacaq  dərəcədə  emala 

məruz  qalmış  malların  (məsələn,  müəssisə 

tərəfindən 

istehsal 

olunmuş, 

hazırlanmış 

yeməklərin,  qənnadı  mallarının  və  s.,  müəssisəyə 

aid  olan  atelye  tərəfindən  tikilmiş  paltarların  və 

digər qarderob əşyalarının və s.) satışıdır. 

 

MÜƏSSĐSƏNĐN 

RENTABELLĐYĐ

 

– 



müəssisənin 

əsas 


vəsaitlərinin, 

istehsal 

resurslarının 

istifadə 

edilməsi 

səmərəliliyi 

göstəricisidir.    Müəssisənin  ümumi  rentabelliyi 

mənfəətin  əsas  və  dövriyyə  vəsaitlərinin  orta 

dəyərinə olan nisbəti kimi müəyyən edilir.   

 

MÜƏSSĐSƏNĐN  SƏLAHĐYYƏTLĐ  ĐŞLƏR 

MÜDĐRĐ 

-  sahibkarın  xeyrinə  və  maraqları 

çərçivəsində  müəssisəyə  və  ya  yerli  vahidə 

rəhbərlik edir.  

 

MÜƏSSĐSƏNĐN 

STATUSU

 



əmlak 

dövriyyəsində  müəssisənin  hüquqi  vəziyyətidir. 

Əgər  bu  vəziyyətə  hüquqi  şəxsin  təşkilati-hüquqi 

formasının  növlərindən  biri  kimi  baxılırsa,  bu 

halda  müəssisənin  hüquqi  şəxsə  verilmiş  bütün 

hüquq və öhdəliklərə malik olur. Əgər müəssisəyə 

mülkiyyət  kompleksi  kimi  baxılırsa,  bu  halda 

müəssisə  statusu  altında  -  sahibkarın  əmlakı  başa 

düşülür  və  o,  əmlakdan  öz  istədiyi  kimi  istifadə 

edə bilər. 



 

MÜƏSSĐSƏNĐN  ÜMUMĐ  ENERJĐ  GÜCÜ

 

–  istehsal  prosesində  (G



i.p

.)  istifadə  olunan 

(“Đstehsal  prosesinə  xidmət  göstərən  enerji 

avadanlıqlarının 

gücü”nə 

bax) 


və 

isitmə, 


işıqlandırma  və  digər  təsərrüfat  ehtiyaclarına 

(G

təs.eht.



)  istifadə  edilən  enerji  güclərini  (yekun) 

xarakterizə edən ümumi göstəricidir (G

ümumi

). 


   

G

ümumi



 = G

i.p


. + G

təs.eht. 

 

MÜƏSSĐSƏNĐN  ÜMUMĐ  MƏHSULU

  – 

hesabat 


dövründə 

özünün 


və 

sifarişçinin 

materiallarından 

hazırlanmış 

bütün 

hazır 


məhsulların və yarımfabrikatların dəyəri, eləcə də 

daxili  istehsalda  istifadə  edilən,  özünün  istehsalı 

olan  hazır  məmulatların  və  yarımfabrikatların 

dəyəri  çıxılmaqla,  yerinə  yetirilmiş  işlərin 

dəyəridir. 

Müəssisənin 

ümumi 

məhsulu 


müəssisənin  istehsal  fəaliyyətinin  son  nəticələrini 

xarakterizə  edir  və  müəssisə  daxilində  eyni 

məhsulların dəyərini təkrar hesaba daxil etmir.  

 

MÜƏSSĐSƏNĐN YENĐDƏN QURULMASI 

(TƏŞKĐLĐ)

  -  mövcud  müəssisələrin  tərkibinə 

daxil  olan  sexlərin,  əsas,  köməkçi  və  yardımçı 

təyinatlı  obyektlərin  yenidən  qurulmasıdır.  Bu 

zaman  mövcud  binaların  və  əsas  istehsal 

avadanlıqlarının 

genişləndirilməsi 

həyata 

keçirilmir,  onun  yenidən  qurulması  əsas  etibarilə 



istehsalın  təkmilləşdirilməsi  və  onun  texniki-

iqtisadi 

səviyyəsinin 

yüksəldilməsi 

(innovasiyanın)  hesabına  aparılır.  Yenidən  təşkil 

olunmanın  ümumi  məqsədi,  əsasən,  müəyyən 

dövr  ərzində  işçilərin  sayını  artırmamaqla,  əmək 

şərtlərinin 

və 

ətraf 


mühitin 

mühafizəsinin 

yaxşılaşdırılması  zəminində  məhsul  çeşidinin 

dəyişməsi  və  keyfiyyətinin  yaxşılaşdırılmasından 

ibarətdir.   

 


 

475


MÜƏYYƏN  ÖLÜM  SƏBƏBĐNDƏN  ÖL-

MƏK  EHTĐMALI

  (yeni  doğulmuş  uşaq 

üçün) – bütün ömrü boyu həmin ölüm səbəbindən 

nəsildəki  ölənlərin  payı;  ölümün  səbəbləri  üzrə 



ölüm  cədvəllərinin  göstəricisidir.  Bir  qayda 

olaraq,  təqvim  dövrünün  hipotetik  nəsli  üçün  bu 

şərtlə  hesablanır  ki,  bu  nəslin  ömrü  boyu  bütün 

səbəblərdən  və  həmin  səbəbdən  hər  bir  yaşda 

ölüm səviyyəsi öyrənilən dövrdəki kimi olacaqdır. 

Bunu,  əhalidə  ölənlərin  ümumi  sayında  həmin 

səbəbdən ölənlərin payı ilə qarışdırmaq olmaz.  

 

MÜFLĐSLƏŞMƏ

  –  müəssisənin  öz  borcunu 

ödəyə  bilməməsidir,  yəni  maliyyə  müflisliyidir. 

Balans  strukturunun  qənaətbəxş  olmaması  və  ya 

borc  öhdəçiliyinin  əmlakın  dəyərini  üstələməsi 

səbəbindən  müəssisənin  sahibkarlıq  fəaliyyətini 

davam  etdirməsi  mümkün  olmur.  Müəssisənin 

borcunu 

ödəyə 


bilməməsini 

(onun 


müflisləşməsini) 

tanımaq 


üçün 

aşağıdakı 

meyarlardan  istifadə  olunur:  cari  satıla  bilmə 

qabiliyyəti  əmsalı;  xüsusi  dövriyyə  vəsaitləri  ilə 

təminat  əmsalı;  borc  ödəmə  qabiliyyətinin  bərpa 

(itirilmə) əmsalı. 



Cari  satıla  bilmə  əmsalı  müəssisə  tərəfindən 

iqtisadi  fəaliyyətin  həyata  keçirilməsi  və  təcili 

öhdəlikləri  vaxtında  ödəyə  bilməsi  üçün  onda 

dövriyyə  vəsaitlərinin  mövcudluğunu  xarakterizə 

edir.  Müəssisənin  istehsal  ehtiyatları,  hazır 

məhsul,  pul  vəsaitləri,  debitor  borcları  və  digər 

dövriyyə aktivləri şəklində olan mövcud dövriyyə 

vəsaitlərinin  faktiki  dəyərinin,  onun  bankların 

qısamüddətli kreditləri və istiqrazlarının, müxtəlif 

kredit borcları şəklində daha təcili öhdəçiliklərinin 

faktiki dəyərinə olan nisbəti kimi müəyyən edilir.  

Xüsusi  dövriyyə  vəsaitləri  ilə  təminat  əmsalı 

xüsusi  vəsaitlərin  və  əsas  fondların  və  digər 

dövriyyədən  kənar  aktivlərin  faktiki  dəyərlərinin 

müəssisədə  istehsal  ehtiyatları,  bitməmiş  istehsal, 

hazır  məhsul,  pul  vəsaitləri,  debitor  borcları  və 

digər  dövriyyə  aktivləri  şəklində  mövcud  olan 

dövriyyə  vəsaitlərinin  faktiki  dəyərinə  nisbəti 

arasındakı fərq kimi müəyyən edilir.  



Borc ödəmə qabiliyyətinin bərpa (itirilmə) əmsalı 

hesablanmış  cari  satıla  bilmə  əmsalının,  onun 

müəyyən  edilmiş  kəmiyyətinə  nisbəti  kimi 

müəyyən  edilir.  Balans  strukturunun  qeyri-

qənaətbəxş olduğunu, müəssisənin isə borc ödəmə 

qabiliyyətini  itirdiyini  tanımaq  üçün  aşağıdakı 

şərtlərdən  birinin  yerinə  yetirilməsi  hesab  edilir: 

hesabat  ilinin  sonuna  cari  satıla  bilmə  əmsalının 

kəmiyyəti  2-dən  azdır;  hesabat  ilinin  sonuna 

xüsusi  vəsaitlərlə  təminat  əmsalının  kəmiyyəti 

0,1-dən  azdır.  Bununla  yanaşı,  müəssisənin 

maliyyə  vəziyyətinin  bərpa  edilməsi  imkanlarına 

da  baxılır,  yəni  borc  ödəmə  qabiliyyətinin 

itirilməsi  birmənalı  olaraq  müflisləşmə  ilə 

əlaqələndirilmir.  Müflisləşmə  faktı,  müəssisənin 

iqtisadiyyatının sağlamlaşdırılması işində yenidən 

qurulma  yolu  ilə  onun  saxlanması  üçün  yalnız 

arbitraj  məhkəməsi  tərəfindən  son  tədbir  kimi 

müəyyənləşdirilir 

(sağlamlaşdırmadan, 

kreditorların  tələblərinin  vaxtının  uzadılması  və 

borc  ödəmə  qabiliyyətini  bərpa  etmək  məqsədilə 

xaricdən  idarəetmədən  istifadə  etməklə).  Əgər 

müəssisənin  borc  ödəmə  qabiliyyətinin  bərpası 

üçün  həyata  keçirilən  müxtəlif  tədbirlər  arzu 

olunan 


nəticəni 

vermirsə, 

onda 

istehsal 



müsabiqəsi  keçirilir  və  müəssisə  rəhbərliyinin 

bütün səlahiyyət və vəzifələri satılma tədbirlərinin 

gedişinə rəhbərlik edən müsabiqədə qələbə çalmış 

idarə başçısına verilir. 

 

MÜHASĐBAT  BALANSI

  –  müəssisələrin 

vəsaitlərinin  (əmlakının)  növlərinə  və  yaranma 

mənbələrinə 

görə 


(qruplaşdırılmış 

və 


ümumiləşdirilmiş)  manat  və  ya  xarici  valyuta  ilə 

əks  etdirmə  metodudur.  Mühasibat  balansı 

müəyyən  dövrün  (ayın,  rübün,  ilin)  sonuna  və  ya 

əvvəlinə  vəsaitlərin  vəziyyətini  və  onların 

yaranma mənbələrini əks etdirir. 

Bazar  iqtisadiyyatında  mühasibat  balansı  əsas 

informasiya  mənbəyidir.  Müəssisənin  balansı 

sahibkarlara,  menecerlərə  və  s.  şəxslərə  iqtisadi 

subyektin  əmlakının  vəziyyəti  ilə  tanış  olmağa 

imkan  verir.  Mühasibat  balansının  məlumatları 

əsasında  müəssisənin  yaxın  zamanda  üçüncü 

şəxslər  –  səhmdarlar,  investorlar,  kreditorlar, 

alıcılar,  tədarükçülər  və  s.  qarşısında  öz 

öhdəçiliyini yerinə yetirə biləcəyini və ya maliyyə 

çətinlikləri  qarşısında  olduğunu  müəyyən  etmək 

olur. Mühasibat balansında müəssisənin işinin son 

maliyyə nəticəsi, onun xalis mənfəəti və ya itkiləri 

müəyyən  edilir.  Balansın  məlumatları  əsasında 

ixtiyari  müəssisənin  maliyyə  planı  tərtib  olunur, 

əldə  olunmuş  mənfəətə  uyğun  olaraq,  pul 

dövriyyəsi üzərində nəzarət həyata keçirilir.  

Mühasibat 

balansının 

qurulması 

uçot 

obyektlərinin  ikili  qruplaşdırılması  prinsipi  üzrə 



təşkil 

edilir. 


Mühasibat 

balansında 

bütün 

məlumatlar eyni pul vahidi ilə əks etdirilir.  



Mühasibat  balansı  iki  bölmədən  ibarət  olur: 

birində  vəsaitlərin  tərkibi  və  yerləşdirilməsi, 

digərində  isə  onların  əmələ  gəlmə  mənbələri  əks 

olunur.  Balansın  birinci  bölməsi  aktiv,  ikinci 

bölməsi  isə  passiv  adlanır.  Mühasibat  balansının 

vacib  prinsipi  aktiv  və  passiv  hissələrinin 

yekunlarının  bir-birinə  bərabər  olmasıdır,  çünki 

həm  aktivdə,  həm  də  passivdə  müxtəlif  nöqteyi-

nəzərdən eyni şey – müəssisənin iqtisadi vəsaitləri 

əks olunur: aktivdə vəsaitlərin tərkibi, passivdə isə 

onların əmələ gəlmə mənbələri göstərilir.  

Əmlakın,  öhdəliyin,  əmlakın  əmələ  gəlmə 

mənbəyinin növünə uyğun gələn balans maddələri 


 

476 


mühasibat  balansının  əsas  elementləri  hesab 

edilir.  Balans  maddələri  qruplar  üzrə  (balansın 

bölmələri  üzrə)  birləşdirilir.  Balans  maddələrinin 

qruplar və ya bölmələr üzrə birləşdirilməsi onların 

iqtisadi  tərkibinə  görə  həyata  keçirilir.  Balansın 

hər bir sətrinin (maddəsinin) sıra nömrəsi olur ki, 

bu  da  onun  tapılmasını  və  ayrı  bir  maddəyə 

istinadını asanlaşdırır. 

Balansda  vəsaitlərin  vəziyyətinin  əks  etdirilməsi 

üçün  iki  sütun  nəzərdə  tutulmuşdur:  hesabat 

dövrünün  əvvəlinə  və  hesabat  dövrünün  sonuna. 

Đkinci  sütunda  balansın  tərtib  edilmə  tarixinə 

vəsaitlərin əmələ gəlmə mənbələri göstərilir. 

Balansın  brutto-balans  (xalis  olmayan)  və  netto-

balans  (xalis)  növləri  fərqləndiririlir  və  ən  çox 

ikincisi tətbiq edilir. 

Mühasibat balansının aktivində üç, passivində isə 

iki  bölmə  mövcuddur.  Aktivdə:  I.  Əsas  vəsaitlər 

və digər dövriyyədən kənar aktivlər; II. Ehtiyatlar 

və  xərclər;  III.  Pul  vəsaitləri,  hesablar  və  digər 

aktivlər.  Passivdə:  I.  Şəxsi  vəsaitlərin  mənbələri; 

II.  Hesablaşmalar  və  digər  passivlər.  Balansın 

aktiv  və  passiv  üzrə  yekunu  balansın  valyutası 

adlanır.  Balansın  sadalanan  hər  bölməsinə 

müvafiq maddələr daxil edilir. 

Balansda bəzi maddələr geniş şəkildə əks etdirilir. 

Məsələn, 

“Qeyri-maddi 

aktivlər”, 

“Əsas 


vəsaitlər”,  “Azqiymətli  və  tez  köhnələn  əşyalar” 

maddələri  üzrə  ilkin  dəyər,  köhnəlmə  və  qalıq 

dəyəri göstərilir; “Əmtəə malları” maddəsində isə 

qalıq alınmış dəyərlə əks etdirilir; gəlir və ziyanlar 

üzrə  keçən il  və  hesabat ilinin  məbləği, həmçinin 

hesabat  ilinin  bölüşdürülməmiş  gəliri  passivdə 

göstərilir. 

Balans 


maddəsinə 

qeyri-maddi 

aktivlərin,  əsas  vəsaitlərin,  azqiymətli  və  tez 

köhnələn  əşyaların  yalnız  qalıq  dəyərləri  daxil 

edilir,  digər  məlumatlar  arayış  şəklində  verilir. 

Balans maddəsinə hesabat ilinin bölüşdürülməmiş 

gəliri  daxil  edilir.  Lakin  hesabat  ilinin  gəliri  və 

istifadə  olunmuş  gəlirlər  arayış  şəklinə  gətirilir. 

Bu  maddələr  üzrə  məbləğlər  balans  valyutasında 

nəzərə alınmır. 

Đqtisadi 

fəaliyyəti 

nəticəsində 

müəssisənin 

vəsaitlərinin  tərkibində  və  onların  yaranma 

(formalaşma)  mənbələrində  fasiləsiz  dəyişikliklər 

baş  verir  ki,  bunlar  da  mühasibat  balansında  öz 

əksini  tapır.  Balans  maddələrinin  dəyişmələri 

yalnız  mühasibat  balansının  aktivində  (təsərrüfat 

vəsaitləri  tərkibində)  baş  verirsə,  onda  eyni 

məbləğdə  aktivin  bir  maddəsi  artır,  digəri  isə 

azalır,  balans  maddəsi  dəyişmir,  balansın  aktiv 

(A) və passivi (P) arasındakı bərabərlik dəyişməz 

qalır. Balans maddələrinin bu növ dəyişmələrini A 

+ χ – χ = Π tənliyi ilə ifadə etmək olar. 

Əgər  balans  maddələrinin  dəyişmələri  birinci  ilə 

oxşar  olursa,  lakin  dəyişmələr  vəsait  mənbələri 

tərkibində  baş  verirsə,  tənlik  aşağıdakı  şəklə 

düşür: A = Π + χ – χ 

Dəyişikliklər  balans  maddəsinin  artmasına  səbəb 

olursa,  yəni  balansın  aktiv  və  passivi  eyni 

zamanda  və  eyni  səviyyədə  artırsa,  onda  tənlik 

aşağıdakı şəklə düşür: A + χ = Π + χ . 

Əgər  dəyişikliklər  zamanı  balans  maddəsi 

azalırsa, onda tənlik belə yazılır: A - χ = Π - χ . 

Təsvir  edilən  əməliyyatların  təsirinin  ikili 

xüsusiyyəti  müəssisəyə  verilmiş  vəsaitləri  eyni 

məcmuda  göstərən,  balansın  strukturunun  ikili, 

ikitərəfli  prinsiplərinin  təbiəti  ilə  əvvəlcədən 

müəyyən edilir. 

Mühasibat  balansının  müxtəlif  əlamətlərə  görə 

təsnifləşdirilən növləri mövcuddur. 



Vaxta görə tərtib edilən mühasibat balansı – giriş, 

dövri  və  illik,  ləğvedici,  bölüşdürücü,  birləşdirici 

ola  bilər.  Giriş  mühasibat  balansı  müəssisənin 

yaranma anında tərtib edilir. Dövri (cari) balanslar 

müəssisənin bütün mövcud olma  müddəti zamanı 

dövri  olaraq  tərtib  edilir.  Ləğvedici  balans 

müəssisənin ləğv edilməsi zamanı formalaşdırılır. 

Bölüşdürücü mühasibat balansı iri bir müəssisənin 

bir  neçə  kiçik  struktur  vahidlərinə  bölünməsi 

zamanı  tərtib  edilir.  Birləşdirici  balans  bir  neçə 

müəssisənin bir müəssisədə birləşdirilməsi zamanı 

tərtib edilir. 



Mənbələrə görə tərtib edilən mühasibat balansları 

– inventar, kitab və baş balanslara ayrılır. Đnventar 

balansları  yalnız  inventarlaşdırma  əsasında  tərtib 

edilir.  Ona  tələbat  ya  müəssisənin  əvvəlcədən 

mövcud  olan  vəsaitləri  əsasında  yeni  müəssisə 

yaradıldıqda, ya da təsərrüfatın özünün mülkiyyət 

növü  dəyişdirildikdə  yaranır.  Kitab  balansı 

inventarizasiya  yolu  ilə  əvvəlcədən  yoxlama 

keçirilmədən,  yalnız  kitab  yazıları  əsasında  tərtib 

edilir. 


Baş 

balans 


uçot 

yazılarına 

və 

inventarizasiya  məlumatlarına əsaslanır. Həlledici 



balansa 

uyğun 


olaraq, 

vəsaitlərin 

qalığı 

dəqiqləşdirilir və bu da balansın reallığını artırır. 



Məlumatların  həcminə  görə  balanslar  vahid  və 

toplu  balanslara  bölünürlər.  Vahid  balans  yalnız 

bir  müəssisənin  fəaliyyətini  əks  etdirir.  Onun 

fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, o cari 

uçotun  məlumatları  əsasında  tərtib  edilir.  Toplu 

balanslar 

tək 

balansların 



maddələrinə 

aid 


məbləğlərin  mexaniki  cəmlənməsi  və  aktiv  və 

passivlərin  ümumi  yekunlarının  hesablanması 

yolu ilə əldə edilir.  

Mülkiyyət növlərinə görə dövlət, bələdiyyə, şəxsi 

müəssisə,  habelə  ictimai  təşkilatların  balansları 

fərqləndirilir.  Məsələn,  dövlət  müəssisələrinin 

xüsusi  vəsaitlərinin  yaranmasının  əsas  mənbəyi 

nizamnamə  fondudur;  kooperativlərinki  isə  əsas, 

pay və digər fondlardır və s. 



Obyektlər  üzrə  mühasibat  balansları  müstəqil  və 

bölmə balanslarına bölünürlər.  



 

477


Müstəqil  balansa  yalnız  hüquqi  şəxs  olan 

müəssisələr  (təsərrüfatlar)  malik  olurlar.  Bölmə 

balansını  müəssisənin  struktur  bölmələri  tərtib 

edirlər. 

Mühasibat  balansına  aşağıdakı  tələblər  irəli 

sürülür: 

düzgünlük, reallıq, vahidlik, vərəsəlik, aydınlıq. 

Azərbaycan  Respublikası  Maliyyə  Nazirliyi 

tərəfindən  təsdiq  edilmiş  “1  №-li  kommersiya 

təşkilatları 

üçün 

milli 


mühasibat 

uçotu 


standartı”nda  mühasibat  balansının  yeni strukturu 

aşağıdakı kimi qəbul edilmişdir. 



Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin