A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev


AKTĐVLƏR  I. Uzunmüddətli aktivlər



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə124/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   120   121   122   123   124   125   126   127   ...   182

AKTĐVLƏR 

I. Uzunmüddətli aktivlər 

10. Qeyri-maddi aktivlər 

11. Torpaq, tikili və avadanlıqlar 

12. Daşınmaz əmlaka investisiyalar  

13. Bioloji aktivlər  

14. Təbii sərvətlər  

15.  Đştirak  payı  metodu  ilə  uçota  alınmış 

investisiyalar 

16. Təxirə salınmış vergi aktivləri  

17. Uzunmüddətli debitor borcları  

18. Sair uzunmüddətli maliyyə aktivləri  

19. Sair uzunmüddətli aktivlər  



II. Qısamüddətli aktivlər 

20. Ehtiyatlar  

21. Qısamüddətli debitor borcları  

22. Pul vəsaitləri və onların ekvivalentləri  

23. Sair qısamüddətli maliyyə aktivləri  

24. Sair qısamüddətli aktivlər  

 

KAPĐTAL VƏ ÖHDƏLĐKLƏR 

III. Kapital 

30. Ödənilmiş nominal (nizamnamə) kapital  

31. Emissiya gəliri  

32. Geri alınmış kapital (səhmlər)  

33. Kapital ehtiyatları 

34.  Bölüşdürülməmiş  mənfəət  (ödənilməmiş 

zərər) 

IV. Uzunmüddətli öhdəliklər 

40. Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər 

41. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər 

42. Təxirə salınmış vergi öhdəlikləri  

43. Uzunmüddətli kreditor borcları  

44. Sair uzunmüddətli öhdəliklər  



V. Qısamüddətli öhdəliklər 

50. Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər 

51. Qısamüddətli qiymətləndirilmiş öhdəliklər 

52.  Vergi  və  sair  məcburi  ödənişlər  üzrə 

öhdəliklər 

53. Qısamüddətli kreditor borcları 

54. Sair qısamüddətli öhdəliklər  

 

MÜHASĐBAT  STANDARTI



  –  mühasibat 

uçotunun  aparılmasının  konkret  metod  və 

formalarının, 

mühasibat 

sənədlərində 

olan 

göstəricilərin 



hesablanması 

metodlarının, 

mühasibat  uçotu  sahəsində  mühasibat  uçotunun 

normativ-sorğu sənədlərinin məcmusudur.  

 

MÜHASĐBAT  UÇOTU

  –  iqtisadi  subyektin  

xərcləri  və  nəticələri  haqqında  cari  və  hesabat 

məlumatlarını  əldə  etmək  məqsədilə  onun 

əmlakının, 

öhdəliklərinin 

və 


iqtisadi 

əməliyyatlarının  dəyəri  haqqında  məlumatları 

başdan-başa,  fasiləsiz,  qarşılıqlı  müşahidə  edən, 

ölçən,  qeydə  alan,  işləyib  hazırlayan  və 

qruplaşdıran sistemdir. Statistikadan fərqli olaraq, 

mühasibat  uçotu  müəssisənin  bütün  əmlakının  və 

onların 

yaranma 


mənbələrinin, 

istehsal 

ehtiyatlarının  bütün  növlərinin,  əsas  fondlarının, 

məhsul  istehsalı  və  satışına  çəkilən  xərclərinin, 

pul  vəsaitlərinin,  hər  növ  hesablaşmalarının,  pul 

ifadəsində  iqtisadi  fəaliyyətini  əks  etdirən  bütün 

əməliyyatlarının  maliyyə  və  iqtisadi  fəaliyyətini 

yalnız  başdan-başa  və  fasiləsiz  qaydada  əks 

etdirir. 

Mühasibat 

uçotunun 

əsas 


vəzifələri 

aşağıdakılardan  ibarətdir:  operativ  rəhbərlik  və 

idarəetmə üçün müəssisənin iqtisadi əməliyyatları 

və  fəaliyyətinin  nəticələri  barədə  tam  və  etibarlı 

məlumatların 

formalaşdırılması; 

mülkiyyətin 

qorunması  və  ehtiyatlardan  səmərəli  istifadənin 

təmin  olunması;  maliyyə-iqtisadi  fəaliyyətində 

neqativ  təzahürlərin  qarşısının  vaxtında  alınması; 

daxili ehtiyatların aşkar edilməsi, onların səfərbər 

olunması  və  mənfəət  əldə  etmək  məqsədilə 

səmərəli istifadəsi. 

Hər  bir  iqtisadi  əməliyyat  hüquqi  əsası  olan 

sənədlə  və  ya  məlumatın  elektron  daşıyıcıları  ilə 

rəsmiləşdirilir,  beləliklə,  yerinə  yetirilmiş  iqtisadi 

əməliyyata görə məsuliyyət müəyyən olunur, ilkin 

sənəd isə hüquqi cəhətdən qüvvəyə minir.  

Mühasibat  uçotu  müəssisənin  maliyyə-iqtisadi 

fəaliyyətində  olan  qarşılıqlı  əlaqə  və  asılılığı  əks 

etdirir  və  idarəetmənin  müxtəlif  səviyyələrinin 

uçot  məlumatları  ilə  təmin  olunması  vasitəsilə 

idarəetmənin,  təhlilin  təkmilləşdirməsinə  kömək 

etməyə  yönəldilir.  Mühasibat  uçotu  yalnız 

retrospektiv  (keçmiş  üçün)  deyil,  həm  də 

perspektiv xarakter daşıyır.  

Bazar  münasibətləri  şəraitində  mühasibat  uçotu 

planlaşdırma, 

tənzimləmə, 

təşkil 


etmə 

və 


stimullaşdırma  ilə  yanaşı,  idarəetmənin  əsas 

funksiyalarından  biri  kimi  çıxış  edərək,  mahiyyət 

etibarı  ilə  idarəetmə  (istehsalat)  və  maliyyə 

uçotunu birləşdirir.  

Đdarəetmə  sistemində  mühasibat  uçotu  bir  sıra 

funksiyaları yerinə yetirir ki, bunlardan da əsasları 

nəzarət, 

məlumat, 

təhlil, 

mülkiyyətin 

qorunmasının  təmin  olunması  və  əks  əlaqədən 

ibarətdir.  Bazar  münasibətləri  şəraitində  müxtəlif 

mülkiyyət  növlü  müəssisələrin  mövcudluğu  və 


 

478 


ölkə 

iqtisadiyyatında 

onların 

hüquqlarının 

genişləndiyi bir dövrdə maliyyə nəzarəti, istehsala 

və  məhsul  satışına,  yerinə  yetirilən  iş  və 

xidmətlərə 

çəkilən 


xərclərə 

nəzarət 


zəifləməməlidir. 

Mühasibat 

uçotunun 

vahid 


sistemində  nəzarət  funksiyasının  rolu  artır  və 

daha  böyük  əhəmiyyət  kəsb  edir.  Belə  ki, 

müdiriyyət  yalnız  öz  müəssisəsinin  maliyyə 

vəziyyəti  ilə  deyil,  həm  də  rəqib  müəssisənin 

maliyyə  vəziyyəti  və  ödəmə  qabiliyyəti  ilə 

maraqlanır.  Buna  görə  də,  uçot  aparatının, 

nəzarət-təftiş 

xidmətinin, 

bankların, 

audit 


firmalarının, 

vergi 


orqanlarının 

işçiləri 

təsərrüfatçılığın  yeni  metodlarına  əsaslanaraq, 

müxtəlif ehtiyat növlərindən istifadə üzərində fəal 

nəzarət həyata keçirməlidirlər. 

Mühasibat  uçotu  xüsusi  üsul  və  qaydaların 

köməyi  ilə  üç  növ  nəzarəti  həyata  keçirir:  ilkin  – 

iqtisadi  əməliyyat  baş  verənədək;  cari  – 

əməliyyatın  baş  verdiyi  vaxt;  sonuncu  (yekun)  – 

əməliyyat baş verdikdən sonra.  

Müasir  şəraitdə  uçot  məlumatları  müvafiq 

idarəetmə  qərarlarının  hazırlanması  və  qəbul 

edilməsi  üçün  istifadə  edən  müəssisənin,  onun 

bölmələrinin  müxtəlif  idarəetmə  xidmətləri, 

menecerləri üçün mühüm məlumat mənbəyi hesab 

edilir.  Beləliklə,  mühasibat  uçotunun  bazar 

iqtisadiyyatının  formalaşmasında  və  idarəetmə 

sistemində əsas funksiyalarından biri, informasiya 



funksiyasıdır.  Mühasibat  uçotu  iqtisadi  fəaliyyət 

haqqında  qərar  qəbul  edən  şəxs  arasında 

birləşdirici  rolunu  oynayır.  Đqtisadi    fəaliyyət 

haqqında  məlumatlar  mühasibat  uçotu  sisteminə 

girişdə,  qərar  qəbul  edən  şəxslər  üçün  zəruri 

məlumatlar isə ondan çıxışda əks etdirilir.  



Mülkiyyətin  qorunmasının  təmin  olunması 

funksiyası mühasibat uçotunun təkmilləşdirilməsi 

və  onun  nəzarət  funksiyasının  gücləndirilməsi  ilə 

sıx  bağlıdır.  Bu  funksiyanın  həyata  keçirilməsi 

üçün  müvafiq  zəmin  lazımdır:  nəzarətedici  və 

ölçü  cihazları  ilə  təchiz  olunmuş  anbarlar.  Bazar 

iqtisadiyyatının 

formalaşması, 

sahibkarların 

sayının  artması  və  xarici  iqtisadi  fəaliyyətin 

inkişaf  etməsi  şəraitində  mühasibat  uçotunun  bu 

funksiyasının əhəmiyyəti daha da artır. 

Mühasibat  uçotu  idarəetmə  işçilərini  müəssisənin 

fəaliyyəti  haqqında  faktiki  məlumatlarla  təmin 

etməklə  yanaşı,  idarəetmə  sisteminin  fəaliyyəti 

onsuz  mümkün  olmayan  əks  əlaqə  funksiyasını 

yerinə yetirir. 

Müasir  şəraitdə  idarəetmənin  təkmilləşdirilməsi 

və  bazar  münasibətlərinin  formalaşdırılması  üçün  



analitik  funksiya  da  vacibdir.    Belə  ki,  dürüst  və 

hüquqi 


cəhətdən 

əsaslandırılmış 

mühasibat 

məlumatlarından  müəssisənin  maliyyə-iqtisadi 

fəaliyyətinin  təhlilində  istifadə  olunur.  Bu 

funksiyanın 

həyata 

keçirilməsi 



mühasibat 

uçotunun bütün bölmələri üzrə təhlil aparmağa, o 

cümlədən 

ehtiyatların 

bütün 

növlərindən 



istifadənin, 

məhsulun 

istehsal 

və 


satışına 

xərclərin, 

bazar 

qiymətlərinin 



fəaliyyəti, 

inflyasiya  prosesləri  və  s.  şəraitdə  mühüm 

əhəmiyyət  kəsb  edən  tətbiq  olunan  qiymətlərin 

düzgünlüyünün təhlilini aparmağa imkan verir. 

Mühasibat  uçotu  və  xüsusilə  analitik  uçot  həm 

daxili,  həm  də  xarici  statistik  məlumatların 

formalaşmasının əsasını təşkil edir. 

Mühasibat 

uçotunun 

əsas 


prinsipləri 

aşağıdakılardır:  fasiləsizlik,  metodlarda  ardıcıllıq, 

müəssisənin gəlir və xərclərinin onların yarandığı 

vaxta 


görə 

eyniləşdirilməsi, 

müəssisənin 

gəlirliliyinin  qiymətləndirilməsində  ehtiyatlılıq, 

təsərrüfat  əməliyyatının  məzmununun  onların 

uçotda əks olunması forması üzərində üstünlüyü. 

Mühasibat  uçotu  bütün  müəssisələrdə,  idarələrdə, 

təşkilatlarda,  onların  mülkiyyət  növündən  və 

təşkilati-hüquqi  formasından  asılı  olmayaraq, 

yarandığı  gündən  ləğv  olunduğu  günə  qədər 

aparılır.  Hüquqi  şəxs  yaratmadan  sahibkarlıq 

fəaliyyəti  ilə  məşğul  olan  şəxslər  və  ya 

müəssisələr  qanunvericilikdə  nəzərdə  tutulmuş 

qaydada uçot aparır və hesabat tərtib edirlər.  

Mühasibat  uçotunun  mahiyyəti  tərkibinə  və 

yerləşməsinə,  yaranma  mənbəyinə  və  təyinatına 

görə  ayrılmış  iqtisadi  vəsaitlərin  dövriyyəsi, 

həmçinin bir qayda olaraq, ilkin mərhələlərdə baş 

verən  iqtisadi  proseslərdir.  Bu  dövriyyə  fasiləsiz 

aparılır, 

vəsaitlər 

isə 


onun 

müxtəlif 

mərhələlərində olur.  

Mühasibat uçotu əsasında təsərrüfatda olan maddi 

qiymətlilərin müxtəlif növlərinin və pul vəsaitləri, 

hesablaşmaların  vəziyyəti,  onun  ehtiyatlarının 

ümumi  səviyyəsi  haqqında  məlumatları  alırlar; 

tədarük edilmiş materialların, istehsal olunmuş və 

satılmış 

məhsulların 

(əmtəələrin, 

işlərin, 

xidmətlərin)  həcm  və  maya  dəyərini  müəyyən 

edirlər; 

müəssisənin 

fəaliyyətinin 

maliyyə 

nəticələrini aşkar edirlər və s.  

Mühasibat  uçotu  müəssisənin  əmlakı,  öhdəlikləri 

və 


iqtisadi 

əməliyyatları 

haqqında 

bütün 


məlumatlara  əsaslanır.  Bununla,  müəssisənin 

vəsaitinin  dəyər  ifadəsində  və  ikiqat  qeydiyyat 

üsulu  ilə  iqtisadi  fəaliyyətini  əks  etdirən  bütöv, 

fasiləsiz,  sənədlərlə  əsaslandırılan  xüsusiyyəti 

şərtlənir. 

Mühasibat  uçotunun  obyektləri  aşağıdakılardır: 

müəssisənin 

əmlakı; 


xüsusi 

kapital; 

digər 

müəssisələrin  borcu  və  müəssisənin  kənar 



müəssisə  və  şəxslər  qarşısında  öhdəçiliyi;  əmlak 

və  öhdəliklərdə  dəyişikliklərə  səbəb  olan  iqtisadi 

əməliyyatlar. 

Mühasibat 

uçotunda 

müəssisənin 

təsərrüfat 

vəsaitinə  iki  nöqteyi-nəzərdən  baxılır:  1)  bu 

vəsaitlərin  hansı  növlərdən  ibarət  olduğu  (əmlak 


 

479


tərkibi),  hansı  sahədə  (sferada)  yerləşdirildiyi 

(ticarət,  istehsalat  və  s.)  və  kimin  əmlak 

cavabdehliyi  altında  olduğu  müəyyən  olunur;  2) 

bu  əmlakın  hansı  mənbə  hesabına  əldə  olunduğu 

və ya formalaşdırıldığı müəyyən olunur. 

Mühasibat uçotunda aktivlərin cəmi həmişə əmələ 

gəlmə mənbələrinin cəminə bərabər olmalıdır.  

Mühasibat  uçotunun  obyektlərini  əks  etdirmək 

üçün  müəyyən  ardıcıllıqla  və  qarşılıqlı  əlaqə  ilə 

tətbiq  edilən  üsul  və  qaydaların  məcmusu 

mühasibat  uçotunun  təşkilinin  metodoloji  əsasını, 

təşkil edir. 

Mühasibat  uçotunun  metodları  aşağıdakılardır: 

sənədləşdirmə, 

inventarizasiya, 

mühasibat 

uçotunun  hesabları,  ikili  yazma,  maya  dəyərinin 

kalkulyasiyası,  mühasibat  balansı,  mühasibat 

hesabatları. 

Mühasibat  uçotu  sisteminin  qurulması  üçün 

müəssisənin  əmlakının  qiymətləndirilməsinin real 

və  düzgün  olması  mühüm  əhəmiyyət  kəsb  edir. 

Qiymətləndirmə  müəssisənin  əmlakını,  əmlakın 

yaranma  mənbələrini  və  aparılan  əməliyyatların 

pulla  ifadə  edilməsi  üsullarını  özündə  əks  etdirir. 

Balansda  əks  etdirmək  üçün  əmlak  və  onun 

mənbələrinin qiymətləndirilməsi məqsədilə, bütün 

müəssisələrdə 

qiymətləndirmə, 

qiymətləndirmənin  müəyyənləşdirilmiş  əsas  və 

qaydalarına əməl etməklə nail olmaq olar.  

Mühasibat  uçotunun  hər  bir  obyekti  haqqında 

yekun  məlumat  almaq  üçün  qiymətləndirmədən 

sonra  bütün  əməliyyatlar  ümumiləşdirilir  və 

müəyyən bir qaydada qruplaşdırılır. Bu məqsədlə, 

mühasibat hesabları üsulundan istifadə edilir. 

Mühasibat 

uçotu 

hesablarında 



iqtisadi 

əməliyyatların  qeydiyyatı  (əks  etdirilməsi)  ikili 

yazma üsulu ilə aparılır. 

Pul  formasında  ifadə  olunmuş,  mühasibat  uçotu 

hesablarında 

ikili 


yazının 

tətbiqi 


ilə 

qruplaşdırılmış  və  inventarizasiyanın  köməyi  ilə 

yoxlanmış,  sənədlərlə  əsaslandırılmış  məlumatlar 

əmək  vasitələrinin  və  əşyalarının,  həmçinin  hazır 

məhsulların  və  göstərilən  xidmətlərin  maya 

dəyərinin kalkulyasiyası üçün əsas kimi çıxış edir.  

Müəssisənin 

fəaliyyətinin 

ümumiləşdirici 

göstəricilərini  əldə  etmək  üçün,  ikili  yazı  ilə 

alınmış  hesablar  üzrə  yekun  məlumatlar  və 

hesablanmış  maliyyə  nəticələri  sonradan  daha  iri 

qruplarda 

birləşməyə 

məruz 

qalırlar. 



Bu 

məqsədlə,  balans  və  hesabat  tətbiq  edilir. 

Mühasibat  uçotu  obyektlərinə  nəzarət  balans 

ümumiləşdirməsinin 

köməyi 

ilə 


təsərrüfat 

vasitələrinin  onların  mənbələri  ilə  (bunlar  ümumi 

cəm  üzrə  bir-birinə  bərabər  olmalıdır)  müqayisə 

kimi 


həyata 

keçirilir. 

Mühasibat 

balansı 


müəssisənin maliyyə vəziyyətini xarakterizə edir. 

Müəssisənin  fəaliyyəti  və  maliyyə  vəziyyəti 

haqqında  məlumatlar  balansdan  başqa,  mühasibat 

hesabatının  digər  formalarında  da  əks  olunur. 

Mühasibat hesabatı bir sıra hesabat formalarından 

(cədvəllərdən) 

ibarətdir 

və 


müəssisənin 

fəaliyyətinə  operativ  rəhbərlikdə,  iqtisadi  təhlildə 

və 

müəssisənin 



fəaliyyətinin 

qiymətləndirilməsində  istifadə  olunur.  Mühasibat 

balansının  və  digər  hesabat  formalarının  tərtib 

edilməsi 

üçün 

məlumatlar 



mühasibat 

hesablarından alınır.  

Mühasibat  uçotunun  səmərəli  təşkili  üçün  uçot 

məlumatlarının qruplaşdırılmasının ən müasir üsul 

və  qaydaları  və  registrlərin  uçot  formalarından 

istifadəsinin,  analitik  və  sintetik  uçotun  optimal 

uyğunluğunun və sonda mühasibat uçotunun daha 

proqressiv 

formalarının 

tətbiqinin 

böyük 

əhəmiyyəti vardır. 



Mühasibat 

uçotunun 

forması 

– 

iqtisadi 



əməliyyatların 

müəyyən 


ardıcıllıqla 

əks 


etdirilməsi  və  yazıların  müvafiq  qaydalarla 

qruplaşdırılması  üçün  uçot  registrlərinin  zəruri 

məcmusudur.  Mühasibat  uçotunun  formaları  sadə 

mühasibat 

kitablarından 

(memorial-order 

formalarından)  tutmuş,  müasir  səmərəli  qurulmuş 

avtomat  sistemlərin  registrlərinədək  fasiləsiz 

inkişaf etmişdir. Çoxlu miqdarda kiçik sahibkarlıq 

subyektlərinin  yaranması  ilə  əlaqədar  olaraq, 

mühasibat  uçotunun  sadələşdirilmiş  formaları 

daha da inkişaf etmişdir. 

 

MÜHASĐBAT UÇOTU GÖSTƏRĐCĐLƏRĐ

 

-  iqtisadi  subyektlərin  mühasibat  sənədlərində 

(aktlarda, 

tələbnamələrdə, 

məxaric-kassa 

orderlərində,  limit  kartlarında,  yol  vərəqələrində, 

hesabatlarda, 

registrlərdə, 

balanslarda) 

olan 

əmlakının, 



öhdəçiliyinin 

və 


təsərrüfat 

əməliyyatlarının 

dəyər 

xarakteristikasıdır. 



Mühasibat  uçotu  göstəricisi  iqtisadi  subyektlərin 

fəaliyyətinin  təsərrüfat  vəsaitlərini  və  maliyyə-

iqtisadi dövriyyəsini əks etdirir. 

 

MÜHASĐBAT UÇOTUNUN ƏMSALLARI 



GÖSTƏRĐCĐLƏRĐ 

– statistik elementlər və ya 

hesablanmış  aqreqasiya  olunmuş  (birləşdirilmiş) 

göstəricilər  əsasında  hesablanan  və  məhsuldarlıq, 

gəlirlilik  (rentabellik)  və  digər  bölmələrin 

göstəricilərinin 

müəyyənləşdirilməsinə 

imkan 

verən göstəricilərdir. 



Bölmənin  xarakteristikası  və  qiymətləndirilməsi 

üçün 


istifadə 

oluna 


biləcək 

göstəricilər 

mövcuddur. Burada məhsuldarlığa, işçilərin əmək 

haqqına  əlavə  dəyərin  bölüşdürülməsinə  aid  olan 

bir neçə nümunəni göstərmək olar: 

- hər bir işləyənə hesablanmış məhsuldarlıq;  

- hər işçi saata hesablanmış məhsuldarlıq; 

- hər bir işləyənə əmək haqqı; 

- əlavə dəyər üzrə işçi qüvvəsinə xərclərin payı; 

- ümumi gəlirin faizi. 



 

480 


Müxtəlif  bölmələr  üçün  xüsusi  göstəricilər 

hesablana  bilər.  Məsələn,  ehtiyatların  hərəkəti 

faizi  və  ya  topdan  və  pərakəndə  ticarət  üçün 

ticarət əlavəsinin faizi. 

 

MÜHASĐBAT  UÇOTUNUN  HESABLARI

 

-  iqtisadi  qruplaşma  və  təsərrüfat  vəsaitləri  və 

təsərrüfat 

əməliyyatları 

üzərində 

operativ 

nəzarətin  cari  əks  olunması  üsuludur.  Hər  bir 

hesab  iki  hissədən  ibarətdir:  debet  və  kredit.

 

Hesablarda  təsərrüfat  əməliyyatlarının  əksi  ikili 



yazı ilə aparılır, yəni hər bir təsərrüfat əməliyyatı 

bir  hesabda  debet  üzrə  və  digər  hesabda  kredit 

üzrə  yazılır.

 

Beləliklə,  hesablar  və  onlarda  əks 



olunan  təsərrüfat  əməliyyatları  arasında  əlaqə 

yaradılır.

 

Hesabın  debetində  əks  olunan  bütün 



əməliyyatların  yekunu  debet  dövriyyəsi;  kredit 

üzrə  əks  olunan  bütün  əməliyyatların  yekunu 

kredit  dövriyyəsi  adlanır.

 

Hesab  üzrə  dövriyyə 



vəsaitlərin  hesab  üzrə  hərəkətini,  yəni  müəyyən 

təsərrüfat

 

prosesini  əks  etdirir.  Debet  və  kredit 



dövriyyələrinin  müqayisəli  ölçülməsinin  nəticəsi 

hesab  üzrə  qalıq  (saldo)  kimi  müəyyən  edilir. 

Saldo 

təsərrüfat 



vəsaitlərinin 

və 


onların 

mənbələrinin vəziyyətini əks etdirir. 

Mühasibat  uçotunun  hesabları  balansla  sıx 

əlaqədardır.  Balans  aktivi  əsasında  açılmış 

hesablar  aktiv  hesablar  adlanır,  onlarda  müxtəlif 

əmlak  növləri,  onların  mövcudluğu,  tərkibi, 

hərəkəti əks olunur.

 

Aktiv hesablarda saldo yalnız 



debet saldosudur.  Balans  passivi əsasında  açılmış 

hesablar  passiv  hesablar  adlanır,  onlarda  əmlakın 

yaranma  mənbələri,  onların  mövcudluğu,  tərkibi, 

hərəkəti,  həmçinin  öhdəçilikləri  nəzərə  alınır. 

Passiv hesablarda saldo yalnız kredit saldosudur.  

Aktiv  və  passiv  hesablarda  debet  və  kreditin 

mənaları müxtəlifdir. Aktiv hesablarda hesab üzrə 

artım  debet  üzrə  yazılır,  azalma  isə  kredit  üzrə. 

Passiv  hesablarda  əksinə:  artım  kredit  üzrə, 

azalma isə debet üzrə yazılır.  

Mühasibat  uçotunun  hesabları  sintetik  və  analitik 

olur.  Sintetik  hesablarda  iqtisadi  qruplaşmanın 

məlumatları  –  müəssisələrin  əmlakı,  onların 

yaranma  mənbələri  və  pul  ifadəsində  ümumi 

şəkildə  təsərrüfat  əməliyyatları  əks  olunur.  Lakin 

müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin idarə 

edilməsi  üçün,  onun  iqtisadiyyatda  tutduğu 

yerinin,  qarşı  tərəflə  hesablaşma  vəziyyətinin 

qiymətləndirilməsi  ümumi  göstəricilərin  əldə 

olunması  üçün  kifayət  deyildir.  Bunun  üçün 

müfəssəl məlumatların olması vacibdir. Buna görə 

də,  sintetik  hesablarda  qruplaşmadan  başqa, 



analitik  hesablarda  natura  və  pul  ölçüsündə  uçot 

aparılır. 

Analitik və sintetik mühasibat uçotunun hesabları 

qarşılıqlı əlaqəlidir. Belə ki, analitik hesablarda da 

sintetik  hesablarda  əks  olunan  əmlak  növləri, 

onların 


yaranma 

mənbələri 

və 

təsərrüfat 



əməliyyatları  əks  olunurlar,  lakin  daha  ətraflı 

iqtisadi  elementlərlə.  Bu  o  deməkdir  ki,  analitik 

hesabların  yekun  məlumatları  sintetik  hesabın 

yekun məlumatlarına bərabər olmalıdır. 

Analitik  hesab  mühasibat  uçotu  sistemində  çox 

zəhmət  tələb  edən  iş  sahəsidir,  lakin  o,  vacibdir, 

belə 

ki, 


məhz 

analitik 

hesabda 

statistik 

məlumatların böyük hissəsi formalaşır. 

Mühasibat  uçotunda  çoxlu  sayda  müxtəlif 

hesablar  tətbiq  olunur,  onlardan  düzgün  istifadə 

etmək üçün onların təsnifləşdirilməsi vacibdir. 

Bu  təsnifat  iki  əlamət  üzrə  aparılır:  hesabların 

təyinat  və  strukturu  və  onların  iqtisadi  tərkibi 

üzrə. 

Təyinat və struktur üzrə hesabların təsnifatı, hansı 



göstəricilərin  alınması  üçün  bu  və  ya  digər 

hesabların  lazım  olmasını  və  onların  necə  tərtib 

edilməsini,  yəni  debet  və  kreditin  qiymətlərini, 

həmçinin  saldonun  xarakterinin  necə  olmasını 

göstərir. 

Đqtisadi  tərkib  üzrə  hesabların  təsnifatı  hesabda 

nəyin  nəzərə  alınmasını,  hansı  konkret  iqtisadi 

obyektin olmasını göstərir. Bu da verilən obyektin 

hərtərəfli  xarakteristikası  üçün  hansı  hesab 

növlərinin  tərtib  olunmasını  müəyyən  etməyə 

imkan verir. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin