A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə127/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   123   124   125   126   127   128   129   130   ...   182

NAĞD 

HESABLAŞMA

 

– 

1) 

alınmış 

əmtəələrin 

dəyərinin 

təxirə 


salınmadan 

ödənilməsini  nəzərdə  tutan  əməliyyatdır.  Sənaye 

və  ticarət  sferalarında,  valyuta,  əmtəə  və  fond 

bazarlarında  istifadə  edilir;  2)  pul  dövriyyəsinin 

bir formasıdır. Alınmış malların, görülmüş işlərin, 

göstərilmiş  xidmətlərin  haqqının  alıcı  və  ya 

sifarişçi  tərəfindən  nağd  pulla  ödənilməsidir.  Bu 

hesablaşma  nəticəsində  nağd  pullar  tərəflərdən 

birinin kassasından digərinin kassasına keçir. 

 

NAĞD PUL

 – 1) banknot və sikkə, plastik kart, 

çek,  nağd  vəsait  formalarında  qanuni  ödəmə 

vəsaitidir; 2) özünün ilk yaranma formasında olan 

pul  vəsaitləridir;  3)  müəssisələrin,  xərclənmək 

üçün  nəzərdə  tutulmuş,  lakin  xərclənməmiş  pul 

vəsaitlərinin keçid qalığı olan pul vəsaitləridir.  



 

NAĞD  PUL  DÖVRĐYYƏSĐ

  -  əmtəələrin 

tədavülü,  xidmətlərin  göstərilməsi  və  müxtəlif 

ödəmələrin  həyata  keçirilməsi  prosesində  nağd 

pulun  hərəkətidir.  Tədavüldə  olan  nağd  pul  daim 

dövr  edir.  Onlar  tədavülə  emissiya  bankının 

kassasından  daxil  olur.  Müəssisə  və  təşkilatların 

fəhlə 

və 


qulluqçularının 

əmək 


haqlarının 

ödənməsi 

vaxtı 

çatdıqda, 



onların 

bank 


hesablarında  saxlanılan  pul  vəsaitləri  nağd  pula 

çevrilir.  Nağd  pulun  sonrakı  hərəkəti  əhali 

tərəfindən 

əmtəələrin 

alınması, 

xidmətlərin 

ödənməsi  prosesində  baş  verir.  Əhaliyə  xidmət 

göstərən  ticarət  müəssisə  və  təşkilatlarının 

kassalarına  daxil  olan  pul  yenidən  bankların 

kassalarına  qayıdır.  Bunlardan  əlavə,  nağd  pulla 

təqaüdlərin, 

pensiyaların, 

müavinətlərin 

ödənilməsi 

həyata 

keçirilir. 



Azərbaycanda 

tədavüldə  olan  nağd  pulun  miqdarına  dövlət 

adından  nəzarəti  Mərkəzi  Bank  və  Maliyyə 

Nazirliyi həyata keçirir. 



 

NAĞD  PULLA  (ÜMUMĐ  DƏYƏRLƏ 

HESABLANMIŞ)  ALINMIŞ  MÜƏSSĐ-

SƏLƏRĐN  ADLARINA  ĐNVESTĐSĐYA 

QOYULUŞLARI

  –  hesabat  ili  ərzində  alınmış 

müəssisənin 

adının 

investisiyalaşdırılmış 



dəyəridir. 

O, 


alış 

qiyməti 


üzrə 

qiymətləndirilməlidir.  Birləşmə  zamanı    alınmış 

ad (müəssisələrin) daxil edilməməlidir. 

 

NAĞDSIZ  DÖVRĐYYƏ

  -  nağd  pulun  iştirakı 

olmadan  dəyərin  hərəkətidir.  Məsələn,  büdcəyə 

ödəmələr  və  ondan  maliyyələşdirmə,  kredit 

idarələrinin 

hesablarına 

pul 


vəsaitlərinin 

köçürülməsi, qarşılıqlı tələblərin ödənilməsi və s. 

 

NAĞDSIZ  HESABLAŞMALARIN  FOR-

MALARI

  –  qanunvericiliyə,  görə  nağdsız 

hesablaşmalar  aparılarkən  ödəniş  tapşırıqları  ilə, 

akkreditiv  üzrə  hesablaşmalara,  inkassa  üzrə, 

ödəniş 

kartları 



ilə, 

elektron 

şəklində 

hesablaşmalarla, 

müəyyənləşdirilmiş 

bank 


qaydaları  ilə  və  bank  təcrübəsində  tətbiq  edilən 

işgüzar  dövriyyə  adətləri  ilə  nəzərdə  tutulmuş 

digər formalarda hesablaşmalara yol verilir.    

 

NAĞDSIZ  PUL  DÖVRĐYYƏSĐ

  –  müəyyən 

məbləğin tədiyyəçinin hesabından alanın hesabına 

köçürülməsinin 

və 


ya 

qarşılıqlı 

tələblərin 

hesablanmasının,  yəni  nağd  pulun  iştirakı 

olmadan  pulun  hərəkətinin  baş  verdiyi  pul 

dövriyyəsinin  bir  hissəsidir.  Bir  qayda  olaraq, 

nağdsız  pul  dövriyyəsi  təşkilatlar  arasında  bütün 

hesablaşmaların aparılmasının əsas formasıdır. Bu 

hesablaşmalar  kredit  idarələri  tərəfindən  və  ya 

onların  nəzarəti  altında  tədiyyəçinin  razılığı  ilə 

(göstərilmiş  xidmətlərə  görə)  və  onun  hesabında 

vəsait  olduqda  və  ya  qabaqcadan  (əvvəlcədən 

ödəmə  yolu)  aparılır.  Tədiyyəçinin  hesabında 

vəsait  olmadıqda,  hesablaşma  sənədləri  normativ 

sənədlərdə  müəyyən  edilmiş  ardıcıllıqla  ödənilir. 

Nağdsız  hesablaşmaların  aparılması  tədiyyəçi  və 

vəsait  alan  arasında  bağlanmış  müqavilə  ilə 

müəyyən  edilmiş  akseptli,  akkreditiv,  vekselli, 

qarşılıqlı  hesablaşmalar  formalarından  biri  ilə 

həyata keçirilir. 

 

NATAMAM ĐŞ VAXTI

 – (I) - iş həftəsi və ya 

günü  ərzində  natamam  iş  vaxtı  şəraitində  muzdla 

işləyənlərin 

əməyinin 

davamlılığının 

xarakteristikasıdır.  Natamam  iş  vaxtı  işçilərin 

verilmiş  kateqoriyası  üçün  qanunvericilikdə  və 

yaxud 


kollektiv 

sazişdə 


müəyyən 

edilmiş 


saatlardan az işləməsini göstərir.  

(II)  -  məşğul  olduğu  iş  vaxtı  adi  iş  vaxtından  az 

olan  işçilərdir.  Bu  göstərici  natamam  iş  vaxtının 

bütün  formalarını  əhatə  edir  (günün  yarısını, 

həftədə bir, iki və ya üç günü və s.). 

Qeyd  etmək  lazımdır  ki,  nisbətən  eyni  tipli  olan 

“tam vaxtda məşğul olan işçilər” kateqoriyasından 

fərqli  olaraq,  “natamam  vaxtda  məşğul  olan 

işçilər” kateqoriyası eyni tipli sayılmır.  

Tam  və  natamam  vaxtı  dəqiq  ayırmaq  mümkün 

deyildir.  Belə  ki,  Avropa  Đttifaqına  üzv-ölkələrdə 

və 

həmçinin 



sahələrdə 

mövcud 


təcrübə 

müxtəlifdir. 

Natamam  vaxtda  məşğul  işçiləri  (davamlılığı 

normadan  az)  və  mövsümi  işçiləri  qarışdırmaq 

olmaz    (qısa  dövr  ərzində  tam  iş  vaxtı  işləyə 

bilərlər,  məsələn,  müvəqqəti  işçilər,  kinoçəkiliş 

qruplarının iştirakçıları və s.). 

 

NATAMAM  ĐŞ  VAXTI  ĐLƏ  ĐŞLƏYƏN 



MUZDLU ĐŞÇĐLƏRĐN SAYI

 – həftə ərzində 

işlənmiş  və  ödənilmiş  saatların  miqdarına  uyğun 



 

490 


olaraq,  muzdlu  işçilərin  sayının  bir  hissəsidir. 

Ödənilmiş iş saatlarının həcm qəbul edilmiş tam iş 

həftəsinin  davamlılığı  əsasında  bölmə  vahidində, 

ya da vahidin özündə müəyyən edilir. Bu göstərici 

milli,  regional,  sahə  səviyyəsində  və  ya  vahid 

səviyyəsində müəyyən edilə bilər. 

Muzdlu  işçilərin  ümumi  sayı  həftə  ərzində 

işlənmiş  saatların  miqdarı  üzrə  bölünə  bilər.  Bu 

saatların 

miqdarı 


AĐ-yə 

üzv 


ölkələrdə, 

regionlarda,  sahə  və  vahidlərdə  qəbul  olunmuş 

standart  tam  iş  vaxtının  davamlılığı  əsasında 

müəyyən edilir.  

Natamam  iş  vaxtı  işləyən  işçilərin  sayına  - 

verilmiş  vahiddə  müəyyən  edilmiş  normal  iş 

vaxtının  davamlılığından  az  olan  saatları  işləyən 

bütün işçilər daxil edilir. Bu norma milli, regional, 

sahə  səviyyəsində  və  ya  vahid  səviyyəsində 

müəyyən  edilə  bilər.  Bu  yerləşdirməyə,  saat 

hesabı  ilə  gündəlik  natamam  və  ya  həftədə  bir 

neçə gün işləmələrindən asılı olmayaraq, yuxarıda 

qeyd edilənlərə uyğun gələn şəxslər daxil edilir.  

 

NATAMAM 



MƏŞĞULLUQ

 

– 

işçi 



qüvvəsindən  istifadə  edilməsinin  sosial-iqtisadi 

xarakteristikasından  biridir.  Natamam  (qismən) 

məşğulluğun  iki  forması  fərqləndirilir:  aşkar  – 

məşğulluğun  yarımçıq  həcmini  əks  etdirir;  gizli 

(aşkar  olmayan)  –  işçi  qüvvəsindən  lazımi 

səviyyədə  istifadə  olunmadığı  ilə  xarakterizə 

olunur.  Aşkar  natamam  məşğulluq  baxılan  dövr 

ərzində 


iş 

vaxtının 

müəyyən 

edilmiş 


davamlılığından  az  işləmə  məcburiyyətində  olan 

(müdiriyyətin,  işverənin  təşəbbüsü  ilə,  həmçinin 

işçi  qüvvəsi  bazarında  tam  məşğulluqlu  iş 

yerlərinin  olmaması  ilə)  muzdlu  işçilərin  sayı 

(“Muzdla  işləyənlər”ə  bax)  ilə  müəyyən  edilir. 

Bunlar  natamam  iş  həftəsi  və  yaxud  natamam  iş 

günü,  yəni  mövcud  müəssisənin  daxili  nizam 

qaydaları  ilə,  qrafiki  ilə,  yaxud  da  işçilərin  bu 

kateqoriyası 

üçün 


qanunvericiliklə 

müəyyənləşdirilmiş  saatdan  az  (məsələn,  səkkiz 

saat əvəzinə dörd saat) və yaxud iş həftəsi ərzində 

az  iş  günləri  işləmək  məcburiyyətində  qalan 

şəxslərdir.  Aşkar  natamam  məşğulluq  haqqında 

informasiya  mənbəyi  məşğulluq  problemlərinə 

dair  əhali  müayinələrinin  (“Đşçi  qüvvəsinin 

müayinəsi”nə  bax),  müəssisələrin,  təşkilatların 

əmək 


üzrə 

rəsmi 


statistika 

hesabatlarının 

məlumatları 

hesab 


edilir. 

Đşçi 


qüvvəsi 

müayinələrinin keçirilməsi zamanı, tam iş günlü iş 

axtarmalarına  baxmayaraq,  işə  düzələrkən  tam  iş 

günlü  (həftəli)  iş  tapmaları  ilə  bağlı  natamam  iş 

vaxtı  işləmək  məcburiyyətində  qalan  şəxslərin 

sayı  haqqında  əlavə  məlumatlar  toplanılır. 

Özlüyündə  analitik  anlayışı  əks  etdirən  və  aşkar 

natamam  məşğulluğun  ölçülməsində tətbiq  edilən 

üsullarla  ölçülə  bilinməyən  gizli  (aşkar  olmayan) 

natamam  məşğulluq  belə  aydınlaşdırılır.  Gizli 

natamam 

məşğulluğun 

əlamətlərinə 

aiddir: 


işçilərin  aşağı  gəlirləri,  işçilərin  ixtisaslarından 

qeyri-səmərəli  istifadə  olunması,  aşağı  əmək 

məhsuldarlığı. 

Gizli 


natamam 

məşğulluğun 

səbəblərinin analitik tədqiqatı gəlirlərin səviyyəsi, 

işləyənlərdən  öz  ixtisas  səviyyələrinə  uyğun 

istifadə  edilməsi  haqqında  məlumatlara  və  əmək 

məhsuldarlığının 

səviyyəsini 

əks 


etdirən 

göstəricilərə əsaslanır.  

 

NATURA FORMASINDA OLAN SOSĐAL 

TRANSFERLƏRDƏN  BAŞQA,  SOSĐAL 

MÜAVĐNƏTLƏR

  -  natura  formasında  sosial 

transferlər  istisna  olmaqla,  qalan  bütün  sosial 

müavinətlərdən  ibarətdir.  Onlara  aşağıdakılar 

daxildir: 

-  dövlət  müəssisələri,  ev  təsərrüfatlarına  xidmət 

göstərən  qeyri-kommersiya  təşkilatları  tərəfindən 

verilən  –  pul  formasında  olan  bütün  sosial 

sığortalar  üzrə  müavinətlər  və  sosial  kömək  üzrə 

müavinət; 

- müvafiq fondlarla əlaqəsi olmayan, özəl fondlar 

və ya sosial sığorta proqramları tərəfindən təqdim 

edilən  pul  və  ya  natura  formasında  olan  sosial 

sığorta üzrə bütün müavinətlər. 

 

NATURA 



FORMASINDA 

SOSĐAL 

TRANSFERLƏR

  –  (I)  -  dövlət  idarəetmə 

bölməsi  və  ev  təsərrüfatlarına  xidmət  göstərən 

qeyri-kommersiya  təşkilatları  tərəfindən  istehsal 

olunan  fərdi  təyinatlı  qeyri-bazar  xidmətlərinin 

(səhiyyə,  təhsil,  mədəniyyət  və  s.  xidmətlərin) 

dəyərini,  həmçinin  ev  təsərrüfatlarına  vermək 

üçün  bu  bölmələr  tərəfindən  alınmış  mal  və 

xidmətlərin dəyərini özündə əks etdirir. 

Daxili  iqtisadiyyat  üçün  iqtisadiyyatın  bölmələri 

tərəfindən  alınan  və  verilən  cari  transferlər,  bir 

qayda  olaraq,  bərabər  olmur.  Buna  görə  də, 

iqtisadiyyatın hər bir bölməsinin ödədiyi və aldığı 

cari  transferlərin  saldosu  sıfıra  bərabər  olmur. 

Bazar  iqtisadiyyatı  ölkələrində  ev  təsərrüfatı 

bölməsində  saldo  müsbət  və  qeyri-maliyyə 

müəssisələri və maliyyə idarələri bölmələrində isə 

mənfi olur. 

(II)  -  balanslaşdırıcı  maddədən  başqa,  yeganə 

maddədir  ki,  gəlirlərin  yenidən  bölüşdürülməsi 

hesabında natura formasında əks olunur və natura 

formasında  sosial  transfer  hesab  edilir.  Onlara, 

bazardan 

alınmasından 

və 

yaxud 


dövlət 

vahidlərinin və ya ev təsərrüfatlarına xidmət edən 

qeyri-kommersiya 

təşkilatlarının 

qeyri-bazar 

məhsulu kimi istehsal etməsindən asılı olmayaraq, 

dövlət  müəssisələri  (sosial  təminat  fondları  daxil 

olmaqla)  və  ev  təsərrüfatlarına  xidmət  göstərən 

qeyri-kommersiya  təşkilatları  tərəfindən  fərdi  ev 


 

491


təsərrüfatlarına  natura  formasında  transfer  kimi 

təqdim olunan fərdi mal və xidmətlər daxildir.          

 

NATURA  FORMASINDA  TRANSFER-

LƏR

  -  transferin  xüsusi  halıdır,  bu  zaman 

köçürmə nağd puldan başqa formada, əmtəə və ya 

aktiv  halında  həyata  keçirilir  və  ya  hər  hansı  bir 

ekvivalent  almadan  təmənnasız  xidmət  göstərilir, 

məsələn,  əlillərə  pulsuz  avtomobillərin  və  ya 

şagirdlərə pulsuz səhər yeməklərinin verilməsi. 

 

NATURAL 



GÖSTƏRĐCĐLƏR

 

– 



ev 

təsərrüfatlarının,  müəssisələrin,  dövlətin  iqtisadi 

fəaliyyətini, 

istehsalın, 

tələbatın, 

miqdarın, 

çəkinin,  uzunluğun,  sahənin,  həcmin  fiziki 

vahidləri  ilə  ifadə  edilmiş  (pul  formasında  ifadə 

olunmuş  dəyər  göstəricilərindən  fərqli  olaraq) 

göstəriciləri,  ölçüləridir.  Natural  göstəricilər 

kəmiyyəti xarakterizə edir və ölçü vahidi olur. 

 

NAVĐQASĐYA  DÖVRÜ  (NAVĐQASĐYA-



NIN  DAVAMLILIĞI)

  –  nəqliyyat  məqsədilə 

su  yollarından  istifadə  dövrüdür  (gəmi  ilə 

istifadəsi  mümkün  olan  vaxtdır).  Naviqasiyanın 

fiziki və faktiki davamlılığı fərqləndirilir. Fiziki – 

su  yolunun  buzdan  təmizlənmə  anından  növbəti 

dövrdə buzun görünmə anına qədər olan dövrdür;   



faktiki  –  yazda  birinci  gəminin  keçdiyi  andan 

payızda  axırıncı  gəminin  keçdiyi  ana  qədər  olan 

dövrdür.  

 

NEFT  XAMMALININ  EMALININ  SƏ-



VĐYYƏS

Đ  –  emal  olunan  neft  xammalından 

alınan  neft  məhsullarını  (mazut  yanacağı  istisna 

olmaqla) xarakterizə edən göstəricidir.   

 Aşağıdakı düsturla hesablanır:  

              D



x

x

N

Э

M

N

)

(



  



burada  D

e

-%-lə  neft  xammalının  emalının 



səviyyəsini;  N

-  emal  olunmuş  neft  xammalının 



miqdarını;  M  -  emal  prosesində  alınan  mazut 

yanacağının (ümumi buraxılış)  miqdarını; Đ - neft 

emalı  prosesində  xammal  və  neft  məhsullarının 

bərpa olunmaz itkilərini göstərir. 

Texnoloji 

qurğularda 

xammalın 

emalı, 


cümlədən tutucu  və  qaz  yandırıcı təsərrüfatlardan 

qaytarılan  neft  məhsullarının  miqdarı  çıxılmaqla, 

duzsuzlaşdırma 

və 

emulsiyasızlaşdırma 



nəticəsində  yaranan  neft  və  neft  məhsulları  bərpa 

olunmayan tullantı sayılır.    



 

NEFT  KƏMƏRLƏRĐNĐN  UZUNLUĞU

  – 

neftin  və  emal  olunmuş  maye  neft  məhsullarının 

nəql  edilməsini  təmin  edən  neft  kəmərlərinin 

uzunluğudur. Neft kəmərləri bir xətt üzrə ölçülür, 

hətta  eyni  istiqamət  üzrə  iki  xətt  mövcuddursa, 

onların  uzunluğu  cəmlənir.  Đstismar  olunan  boru 

kəmərlərinin  uzunluğu  hesabat  dövrü  ərzində 

faktiki  (ən  azı  bir  dəfə)  istismar  olunmuş  boru 

kəmərləri hesab olunur.  

 

NEFTĐN  (NEFT  MƏHSULLARININ  VƏ 

QAZIN) NƏQLĐ

 xam neftin və emal olunmuş 

maye  neft  məhsullarının  boru  kəmərləri  ilə 

ötürülməsidir.  Nəql  olunan  yükün  həcmi  ilkin 

yükləmə  məntəqələrindən  –  hasilat  sənayesi 

müəssisəsindən, 

terminallardan, 

vaqon-


sisternlərdən, 

tankerlərdən, 

avtomobil-

sisternlərdən  və  s.    daxil  olma  anına  uçota  alınır. 

Nəqletmə ölkə daxilində yerləşən mənbələrdən və 

xarici  ölkələrdən  gətirilmiş    neftin  və  emal 

olunmuş  maye  neft  məhsullarının  ötürülməsini 

göstərir.  Magistral  qaz  kəmərləri  ilə  nəqletmə  

qaz paylayıcı stansiyalar, kompressor stansiyaları, 

yeraltı  qaz  anbarları  və  yeraltı  qaz  anbarlarından 

qəbul  olunmuş  qazın  həcmidir.  Nəql  edilən  qazın 

həcmi (miqdarı) əsasən kub-metrlə ölçülür. Lakin 

zəruri hallarda nəqletmə prosesinin hesabatlarında 

nəql  işinin  həcmi  və  ya  yük  dövriyyəsini  tona  da 

çevirmək  olar.  Bu,  əsasən  nəqletmənin  digər 

nəqliyyat  növləri  ilə  müqayisəsini,  eyni  ölçü 

vahidinə  gətirmək  məqsədini  daşıyır.  Qazın 

həcminin  kub-metrdən tona  çevirmə  əmsalı  qazın 

həcminin  (

3

Vm

)  həmin  sahədən  keçən  qazın 

xüsusi  çəkisinə  (

3

m



kq

)  hasilidir.    Nəqletmə 

ölkə  daxilində  yerləşən  mənbələrdən  və  xarici 

ölkələrdən  qəbul  olunmuş  qazın  ötürülməsini 

göstərir.  

 

NEOLOKAL  NĐKAH

  (yunan.  néos  –  yeni  və 

lat.  locus  -  yer)  -  nikahın  bağlanmasından  sonra 

ər-arvadın 

valideynlərindən 

asılı 

olmayan, 



özlərinin xüsusi yeni ev təsərrüfatını yaratmasıdır. 

 

NEONATAL  ÖLÜM  (YENĐ  DOĞULAN-

LARIN ÖLÜMÜ)

 – uşaqların doğulduğu andan 

həyatlarının  28  gününədək  ölməsidir.  Körpə 

ölümünün  əsas  göstəricilərindən  biridir  (promille 

ilə  ifadə  olunur  -  %).  Đnkişaf  etmiş  ölkələrdə 

ömrünün  birinci  ayında  ölənlərin  payı  bir  ilədək 

bütün  ölənlər  arasında  60–80%  təşkil  edir.  Buna 

görə,  adətən,  ayrıca  həm  neonatal  ölüm  əmsalı 

(1),  həm  də  birinci  ilin  ardıcıl  11  ayında  körpə 

ölümü  göstəricisi  hesablanır  (postneonatal  ölüm

(2):  


(0–27  günlük  yaşda  ölən  uşaqların  sayı/diri 

doğulan uşaqların sayı) x 1000; 

(28  gündən  yuxarı  yaşda  ölən  uşaqların 

sayı/doğulanların  sayı  –  ömrünün  1-ci  ayında  (0-

27 gündə) ölən uşaqların sayı) x 1000. 


 

492 


Neonatal  ölüm  səviyyəsi  müxtəlif  ölkələrdə 

müxtəlifdir  –  orta  hesabla  15–20.  Erkən  və  post 

neonatal ölüm ayrılır (müvafiq olaraq, ömrünün 1-

ci  və  2–4-cü  həftəsində  ölən  uşaqların  sayı). 

Körpə ölümü səviyyəsi 40–60 % təşkil edən erkən 

neonatal  ölümün  əsas  səbəbləri:  anadangəlmə 

inkişaf  qüsurları,  doğum  zədələri,  postneontal 

asfiksiyalar,  pnevmoniyalardır.  Buna  görə,  erkən 

neonatal  ölüm  və  ümumi  körpə  ölümünün  aşağı 

salma templəri xeyli fərqlənir. 



 

NETTĐNQ

 

– 



bankın 

valyuta 


risklərinin 

səviyyəsinin  aşağı  salınması  üsullarıdır  ki,  bu  da 

onların 

iriləşdirilməsi 

yolu 

ilə 


valyuta 

əməliyyatlarının 

sayının 

maksimum 

ixtisar 

olunmasında ifadə olunur. 



 

NETTO  ÇƏKĐ

  -  tarasız  və  qablaşdırma 

materiallarının  bütün  növləri  nəzərə  alınmadan, 

əmtəənin xalis çəkisidir.  



 

NƏQLĐYYAT 

BALANSI 

(GƏTĐRMƏ 

(GÖNDƏRMƏ)  BALANSI)

  –  müəyyən  dövr 

(adətən,  il)  ərzində  yüklərin  bütün  növlərinin  və 

ya  hər  hansı  bir  hissəsinin  nəqliyyat  növü 

(növləri)  vasitəsilə  göndərilməsi  və  gətirilməsini 

xarakterizə  edən  göstəricilər  sistemidir.  Bütün 

yüklərin  və  ayrı-ayrı  yüklərin  ölkələrarası  və 

ölkədaxili  daşınmasına  dair  məlumatlar  əsasında 

hazırlanır.  Balans  aşağıdakı  sxem  üzrə  qurulur: 

göndərilib (daxili və  kənara daşımalar) – gətirilib 

(daxili  və  kənardan  daşınmalar)  =  nəqliyyat 

saldosu.  “-”    işarəli  nəqliyyat  saldosu  gətirmələr 

çoxluğunu,  “+”  isə  göndərmələr  çoxluğunu 

göstərir. 

Nəqliyyat  balansından  ərazilərin  iqtisadiyyatının 

öyrənilməsində 

və 


daşınmaların 

proqnozlaşdırılmasında istifadə olunur. 



 

NƏQLĐYYAT  DAŞIMALARI

  –  istənilən 

nəqliyyat  şəbəkələrindən  istifadə  etməklə,  mal 

(yük)  və  ya  sərnişinlərin  istənilən  yerdəyişməsi 

kimi müəyyən edilir.  

Nəqliyyat xidmətlərinə bütün növ daşımalar, yəni 

dəniz, hava, kosmik və yerüstü daşımalar daxildir. 

Yerüstü daşımalar aşağıdakılara bölünür: 

- dəmiryol nəqliyyatı; 

- avtomobil yolu nəqliyyatı; 

- çay nəqliyyatı; 

- neft və qaz boru kəməri nəqliyyatı. 

Nəqliyyat  xidmətlərinin  böyük  hissəsi  əsasən 

korporasiyalar  tərəfindən,  onların  nəqliyyat  və 

digər  oxşar  avadanlıqlarının  köməyi  ilə  yerinə 

yetirilir.  

 

NƏQLĐYYAT  XƏTLƏRĐ

  -  əvvəlcədən  dərc 

olunmuş  cədvəllər  üzrə,  cədvəldə  nəzərdə 

tutulmuş  bütün  dayanacaq  məntəqələrində  və  ya 

bilavasitə  gəmilərdə  biletlərin  təşkil  olunmuş 

satışı  ilə  gəmilərin  müntəzəm  hərəkəti  və  yaşayış 

məntəqələri  arasında  sabit  nəqliyyat  əlaqəsinin 

təmin olunmasıdır. 

 

NƏQLĐYYAT  XĐDMƏTLƏRĐ

  –  dəniz  yolu, 

avtomobil  yolu,  su  və  ya  hava  nəqliyyatının 

hərəkət  cədvəllərinə  tabe  olan  və  tabe  olmayan 

sərnişin və yük nəqliyyatının xidmətidir, həmçinin 

köməkçi xidmətlərdir (terminalların və dayanacaq 

yerlərinin, 

yüklərin 

nəqliyyat 

emalının, 

saxlanılma xidmətləri və s.). 



Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin