NƏQLĐYYAT XĐDMƏTLƏRĐNĐN GÖS-
TƏRĐLMƏSĐ (BURAXILIŞI)
– yük və
sərnişinlərin
hər
hansı
məsafəyə
yerinin
dəyişməsinin dəyərlə ifadəsidir. Xidmətlərə görə
faktiki alınan haqların cəmi kimi müəyyən edilir.
Nəqliyyat xidmətlərinin buraxılışına yük və
sərnişin
daşınmaları,
poçtun
nəqliyyatla
göndərilməsi, yükvurma-yük boşaltma işləri,
anbarların istismarı və digər xidmətlər daxildir.
“Nəqliyyat” sahəsinə aşağıdakı nəqliyyat növləri
daxildir: dəmir yolu, o cümlədən tramvay və
metropoliten; şose, o cümlədən avtomobil və şose
təsərrüfatı; trolleybus; boru kəməri; su, o
cümlədən dəniz və çay; aviasiya və digər növ
nəqliyyat. Bundan başqa, nəqliyyat fəaliyyətinin
bütün sahələrdə köməkçi fəaliyyət kimi yeri
vardır. Nəqliyyatda bu fəaliyyət, xüsusən kənara
buraxılan
xidmətlər
qismən
nəzərə
alınır.
Məsələn, sənaye müəssisəsi ərazisində dəmir
yolunun istismarı nəqliyyata aid edilmir. Şose
təsərrüfatının məhsul buraxılışı nəqliyyata aiddir
və yolların cari təmiri və saxlanması üzrə işlərin
dəyərlərinin cəmi kimi müəyyən edilir. Yolların
tikintisi və əsaslı təmiri tikintiyə aiddir.
NƏQLĐYYAT MƏHSULU (XĐDMƏTLƏ-
RĐ)
– sərnişin və yüklərin daşımalarıdır; pul və
şərti-natural ölçülərdə ifadə olunur. Nəqliyyat
məhsulu (xidmətləri) aşağıdakı göstəriciləri əks
etdirir: dəyər ifadəsində - daşınmalardan və yük
və sərnişinlərin daşınması ilə (yükləmə-boşaltma,
anbar, nəqliyyat-ekspedisiya və digər) bağlı
işlərdən nəqliyyat müəssisələrinin gəlirləri; şərti-
natural ifadədə - nəqliyyatla daşınmış yüklər,
nəqliyyatın yük dövriyyəsi, sərnişin dövriyyəsi və
s.
NƏQLĐYYAT MÜƏSSĐSƏLƏRĐNĐN ĐS-
TĐSMAR XƏRCLƏRĐ
- müəssisənin yük
daşınmaların yerinə yetirilməsi ilə birbaşa bağlı
olan xərclərinin cəmidir; yük daşınması ilə
məşğul olan işçilərin əmək haqqı xərclərindən,
493
material, yanacaq və enerjinin dəyərlərindən, əsas
vəsaitlərin cari saxlanması və təmiri üzrə
xərclərdən və əsas fondların amortizasiyasından
ibarətdir. Nəqliyyat müəssisələrinin istismar
xərcləri bir sıra əlamətlərə görə xərclərin
bölünməsini nəzərdə tutan, qəbul olunmuş
təsnifata uyğun olaraq uçota alınır: iqtisadi
məzmuna, vəsaitlərin istiqamətinə, istehsalın
bölmələrinə
və
istehsal
proseslərinə
görə.
Nəqliyyat
müəssisələrinin
istismar
xərcləri
daşınma növlərinə görə bölünərkən, xərclərin
xarakterindən
asılı
olaraq,
onlardan
biri
bütünlüklə daşınmanın müəyyən bir növünə aid
edilir, digərləri xərclərin ölçüsünü müəyyən edən
göstəricinin
qiymətinə
və
ya
əvvəlcədən
bölüşdürülmüş
xərclərə
görə
mütənasib
bölüşdürülür. Đstismar xərclərinin tərkibi nəqliyyat
növlərinə görə fərqlənir.
Daxili su və avtomobil
nəqliyyatının xərclərinə
dövlət
büdcəsindən
maliyyələşdirilən
yol
təsərrüfatlarının
saxlanılmasına çəkilən xərclər daxil edilmir.
Dəniz nəqliyyatının xərclərində liman və yol
təsərrüfatlarının və icarəyə verilmiş donanmanın
saxlanılmasına çəkilən xərclər nəzərə alınmır.
Müxtəlif
nəqliyyat
növlərinin
nəqliyyat
müəssisələrinin istismar xərclərinin tərkibindəki
müxtəliflik onlarda daşımaların maya dəyəri
göstəricilərini müqayisə olunmaz edir.
NƏQLĐYYAT
MÜƏSSĐSƏSĐ
-
qanunvericiliyə və öz təsis sənədlərinə uyğun
fəaliyyət göstərən, yük, sərnişin, baqaj və poçt
daşımaları, nəqliyyat vasitələrinin saxlanılması,
texniki xidmət və təmir, yükləmə-boşaltma və
liman
xidmətləri
göstərən
təsərrüfat
subyektləridir. Şəhərlərarası əlaqədə sərnişin və
yük daşınması, metro, tramvay və trolleybus
nəqliyyatı
ilə
şəhərdaxili
əlaqədə
sərnişin
daşınması, hərəkət cədvəlinə tabe olan və cədvələ
tabe olmayan avtobus nəqliyyatı ilə şəhərdaxili,
şəhərətrafı və şəhərlərarası əlaqədə sərnişin
daşınması, taksi fəaliyyəti, yük avtomobil
nəqliyyatı, boru kəməri ilə nəql, o cümlədən neft
kəmərləri ilə neftin, qaz kəmərləri ilə qazın nəqli,
dəniz nəqliyyatı ilə yük və sərnişin daşınması,
hava nəqliyyatı ilə yük və sərnişin daşınması,
liman fəaliyyəti, yük daşınmasının təşkili,
nəqliyyat-ekspeditor fəaliyyəti, quru, su və hava
nəqliyyatının yardımçı fəaliyyəti nəqliyyat növləri
fəaliyyətinə daxil edilir.
NƏQLĐYYAT
STATĐSTĐKASI
–
nəqliyyatda baş verən hadisələri və prosesləri
öyrənən statistika sahəsidir.
Müşahidənin əsas formaları – başdan-başa cari
və illik statistika hesabatlarıdır; bir sıra hallarda –
seçmə müayinələrdən ibarətdir. Nəqliyyatın daha
kütləvi
növünün
öyrənilməsində
–
kiçik
sahibkarlığın inkişaf etdiyi yerdə - avtomobil
nəqliyyatında hesabat yükünün azaldılmasında
başdan-başa olmayan müşahidədən – əsas massiv
(senz) metodundan istifadə olunur.
Đqtisadi, ərazi, texniki və texnoloji əlamətlər üzrə
qruplaşma ilə nəqliyyat statistikasının göstəricilər
sistemi
ölkənin
nəqliyyat
sisteminin
öyrənilməsinin əsası sayılır. Ayrı-ayrı istifadəçi
qruplarının nəqliyyat göstəricilərinə olan fərqli
tələbatlarını nəzərə almaqla bu sahədə hazırlanan
statistika məlumatlarını da xüsusiyyətlərinə görə
aşağıdakı kimi qruplaşdırmaq olar: 1) Ümumi
iqtisadi aspektləri əhatə edən göstəricilər üzrə:
yaradılmış əlavə dəyər (nəqliyyatın bütün növləri
və ümumilikdə); nəqliyyat fəaliyyətinə çəkilən
xərclər
(nəqliyyatın
bütün
növləri
və
ümumilikdə); tariflər (nəqliyyatın bütün növləri
və ümumilikdə); 2) Nəqliyyata olan tələbə görə:
nəqliyyatın yekun göstəriciləri – yük və sərnişin
daşınması, yük və sərnişin dövriyyəsi (nəqliyyatın
bütün növləri); xüsusi göstəricilər – yük və
sərnişinin daşınma məsafəsi, marşrut və reyslərin
sayı və s. (nəqliyyatın bütün növləri); mənbə və
təyinat göstəriciləri – əlaqə növləri üzrə
daşımalar, yükləmə (minmə) və boşaltma (düşmə)
məntəqəsi haqqında məlumatlar (nəqliyyatın
bütün növləri); nəqliyyat şəbəkəsində hərəkət
axını və onun intensivliyi – maşın-km, vaqon-km
(avtomobil və dəmir yolu nəqliyyatı); 3)
Nəqliyyatın təklifi üzrə: müəssisələr, işzizlik -
müəssisələrin
sayının
artması,
demoqrafik
dəyişikliklər, işçilərin sayının dəyişməsi (dəmir
yolu və boru kəməri nəqliyyatı istisna olmaqla
digər nəqliyyat növləri); nəqliyyat vasitələri –
mövcudluğu, hərəkət heyəti və s. (nəqliyyatın
bütün növləri); nəqliyyatın infrastrukturu –
yolların, relslərin uzunluğu, yol şəbəkəsinin
texniki göstəriciləri və s. (avtomobil və dəmir
yolu nəqliyyatı); 4) Nəqliyyatın təsiri üzrə:
təhlükəsizlik – yol-nəqliyyat hadisələri, baş
vermiş qəzalar haqqında (avtomobil, dəmir yolu,
hava və dəniz nəqliyyatı haqqında), ətraf mühit –
atmosferə atılan zəhərli maddələr, yanacaq-enerji
sərfi və s. (nəqliyyatın bütün növləri haqqında);
xüsusi, iqtisadi və sosial təsir – nəqliyyatın artımı,
sıxlıq və s. (o cümlədən beynəlxalq əhəmiyyətli
nəqliyyat şəbəkələri haqqında). Sahə əlaməti üzrə
nəqliyyat statistikası nəqliyyatın ayrı-ayrı növləri
statistikasına bölünür: dəmir yolu, avtomobil,
şəhər elektrik qatarı, yol təsərrüfatı, boru kəməri,
dəniz, daxili su yolları, hava nəqliyyatı; mövzular
üzrə – yük, sərnişin daşınması; nəqliyyat
vasitələrinin mövcudluğu və onların istifadəsi;
nəqliyyat yolu; hərəkət təhlükəsizliyi; əmək;
maddi ehtiyatlar; maliyyə nəticələri; investisiya və
innovasiya statistikası.
494
NƏQLĐYYAT
STATĐSTĐKASI
ÜÇÜN
YÜK TƏSNĐFATI
(siyahısı) - nəqliyyat
vasitələri ilə daşınmış yüklərin növlər üzrə
bölgüsü, qruplaşdırılması və kodlu siyahısıdır.
Təsnifat
nəqliyyat
statistikası
sahəsində
məlumatların mübadiləsini təmin etməyə imkan
verir
və
əsas
beynəlxalq
təsnifatlarla
uzlaşdırılmışdır. Azərbaycanda ilk dəfə 2005-ci
ildə milli versiyası hazırlanmış və beynəlxalq
təsnifatlarla - “Fəaliyyət növü üzrə Məhsul
Növləri Təsnifatı”nın (Milli versiyası: Məhsul
Növləri Təsnifatı) və “Bütün Đqtisadi Fəaliyyət
Növlərinin Beynəlxalq Standart Sahə Təsnifatı”
(Milli versiyası: Đqtisadi Fəaliyyət Növlərinin
Təsnifatı) ilə uzlaşdırılmışdır.
“Nəqliyyat Statistikası üçün Yük Təsnifatına”
uyğun olaraq yüklər növlərinə görə 20 bölmədə
qruplaşdırılmışdır: kənd təsərrüfatı yükləri, meşə
təsərrüfatı və ov məhsulları, balıq və balıq
məhsulları, diri heyvan və quşlar (01); daş və
qonur kömür, torf, xam neft və təbii qaz, uran
filizləri
(02);
qara
metal
xammalı
və
mədənçıxarma sənayesinin digər məhsulları və
karxana istehsalı yükləri (03); qida məhsulları,
içki və tütün yükləri (04); toxuculuq sənayesi
məhsulları,
dəri
və
dəridən
hazırlanmış
məmulatlar (05); ağac və ağacdan hazırlanmış
məmulatlar (mebeldən başqa), sellüloz və kağız
yüklər, çap məhsulları və informasiya daşıyıcıları
(06); koks və neftayırma məhsulları və nüvə
yanacağı yükləri (07); kimyəvi yüklər, üzvi
maddələr, rezin və plastik kütlə məmulatları (08);
digər qeyri-metal yüklər (09); əsas metallar, maşın
və nəqliyyat vasitələri istisna olmaqla hazır metal
məhsulları (10); digər qruplara daxil edilməyən
maşın və avadanlıqlar, kənd təsərrüfatı texnikası,
elektrik avadanlıqları və radio və televiziya
avadanlıqları, tibb aparatları və optik cihazlar
(11); nəqliyyat vasitələri (12); mebel, digər
qruplara daxil edilməyən sənaye yükləri (13);
məişət və kommunal tullantıları (14); poçt və poçt
göndərişləri (15); yüklərin nəqlində istifadə
olunmuş avadanlıq və materiallar (16); ev və
sərnişinlərin şəxsi əşyaları, təmir üçün aparılan
nəqliyyat
vasitələri,
başqa
qruplara
daxil
edilməyən digər qeyri-kommersiya yükləri (17);
müxtəlif
yığma
(qarışıq)
yüklər
(18);
konteynerlərdə və açılan banlarda daşınan və
digər identifikasiya olunmamış yüklər (19); digər
yüklər (20).
NƏQLĐYYAT TARĐFLƏRĐ
– müştərilərdən
nəqliyyat vasitəsi ilə yük daşınmasına görə alınan
yığım və tarif (daşınma haqqı) sistemidir.
Nəqliyyat tarifləri nəqliyyat müəssisələrinin
xərclərini ödəyir və özündə onların gəlirlərini
birləşdirir. Nəqliyyat tarifləri dəmir yolu, dəniz,
çay,
avtonəqliyyat
və
hava
nəqliyyatı
daşınmalarında
tətbiq
olunur.
Dəmir
yolu
daşınmalarının
nəqliyyat
tarifləri,
daşınma
məsafəsi, dəmir yolu vasitələrinin tipi və
göndərilən yükün ölçüsü nəzərə alınmaqla
qurulur. Nəqliyyat tariflərinin səviyyəsi daşınma
məsafəsinin uzaqlığından (km-lə) və vaqonun
yükünün
çəkisindən
(tonla)
asılı
olaraq,
fərqləndirilir. Dəmir yolu nəqliyyatına dövlət
tarifləri ilə yanaşı, nəqliyyat preyskurantında
(çatdırılma vaxtına, yeni vaqon tiplərinə və s.
görə) göstərilənlərdən əlavə, daha yüksək
keyfiyyətli xidmətlərə görə sərbəst (bazar) tariflər
də mövcuddur. Nəqliyyat tarifləri struktur
quruluşuna görə üç əsas ödəniş qrupuna bölünür:
vaqon sayına görə daşınmalar (universal və xüsusi
vaqonlarda), xırda daşınmalar və konteynerlərdə
daşınmalar.
Dəniz daşımaları nəqliyyat tarifləri, gəmiçilik və
dəniz hövzəsi üzrə fərqləndirilərək müəyyən edilir
və
təbii-iqlim
şəraiti
amilləri,
naviqasiya
müddətləri və donanmanın ixtisaslaşması nəzərə
alınır. Hava nəqliyyatında nəqliyyat tarifləri
daşınma məsafələrindən və tarif dərəcələrindən
asılı olaraq təyin edilir. Avtomobil nəqliyyatında
nəqliyyat tarifləri tarif sxemləri nəzərə alınmaqla
müəyyən edilir.
NƏQLĐYYAT VASĐTƏLƏRĐNĐN YÜK-
GÖTÜRMƏ QABĐLĐYYƏTĐ
– nəqliyyat
vasitələrinin konstruksiyasına və ya istismar
planına uyğun olaraq, onun götürə biləcəyi yükün
tonla miqdarıdır.
Avtomobil
və
dəmir
yolu
nəqliyyatında
yükgötürmə avtomobilin, qoşqunun, vaqonun
zavod xarakteristikası hesab edilir. Dəniz gəmiləri
üçün tam, yəni gəminin qəbul etdiyi yanacaq, şirin
su ehtiyatı və gəminin normal təchizatı nəzərə
alınmaqla, yükgötürmə və pasport – az miqdarda
yanacaq və su ehtiyatları olmaqla, təmiz yük
qaldırma
fərqləndirilir.
Çay
gəmilərinin
yükgötürmə qabiliyyəti yanacaq, su və digər
ləvazimatlar mövcud olduqda, təmiz yükqaldırma
kimi müəyyən edilir.
Nəqliyyat vasitələrinin yük qaldırma qabiliyyəti
həm
nəqliyyat
vasitələrinin
yükgötürmə
qabiliyyətinin məcmu qiymətinin yekunu kimi,
həm
də
nəqliyyat
vasitələrinin
ayrı-ayrı
vahidlərinin
yükgötürmə
qabiliyyətinin
qiymətlərinin orta miqdarı (səviyyəsi) kimi
istismarda olan və ya daşımalarla məşğul olan
park (donanma) üzrə müəyyənləşdirilir.
NƏQLĐYYAT VASĐTƏLƏRĐNĐN HƏRƏ-
KƏTĐNĐN MÜNTƏZƏMLĐYĐ
– qatarların
yola salınması, getməsi və çatması üzrə hərəkət
495
qrafikinin yerinə yetirilməsidir.
Dəmir yolu
nəqliyyatında hərəkət cədvəli (yola salma, getmə
və gəlib çatma) üzrə hərəkət edən qatarların
sayının, müvafiq olaraq, yola düşən, gedən və
çatan qatarların ümumi sayına olan nisbəti kimi
müəyyən edilir.
Su nəqliyyatında faktiki yola düşən gəmilərin
sayının cədvəl üzrə yola düşməli olan gəmilərin
sayına nisbəti kimi müəyyən edilir.
Avtomobil və hava nəqliyyatında – cədvəl üzrə
yerinə yetirilən reyslərin sayının cədvəldə plan
üzrə nəzərdə tutulan reyslərin sayına olan nisbəti
kimi müəyyən edilir.
NƏQLĐYYAT VASĐTƏLƏRĐNĐN QEY-
DĐYYATI
- nəqliyyat vasitələrinin inzibati
qurumlar tərəfindən qeydiyyatı, o cümlədən ilk
dəfə qeydiyyata alınması və ya qeydiyyatdan
çıxarılması başa düşülür.
NƏQLĐYYAT YOLLARI ŞƏBƏKƏLƏRĐ-
NĐN SIXLIĞI
- ölkənin və ya regionun
ərazisinin sahə vahidinə (adətən 1000 kvadrat-
kilometr) düşən nəqliyyat yollarının kilometrlərlə
uzunluğudur.
NƏQLĐYYAT YOLLARI ŞƏBƏKƏSĐNĐN
UZUNLUĞU
– nəqliyyat əlaqəsi yolları
sahələrinin kilometrlərlə uzunluğunun cəmidir.
Müəyyən vaxta şəbəkəni yaradan ayrı-ayrı
sahələrin uzunluğunu cəmləmək yolu ilə müəyyən
olunur. Avtomobil yollarının uzunluğunda ümumi
istifadə və ərazi əhəmiyyətli olan yollar, idarə və
xüsusi yollar, müxtəlif örtüklü və torpaq yollar
seçilir. Dəmir yollarının uzunluğu dəmir yolu
xətlərinin müxtəlif enlərə ayrılması ilə bölmələrin
istismar uzunluğuna və bölmələrdə yolların
sayına,
elektrikləşdirilməsinə,
qatarların
hərəkətini nizama salan avtomatik qurğular
sistemi, mərkəzləşdirilmiş dispetçer və s. ilə
təchiz olunmasına əsasən müəyyən olunur.
Magistral boru kəmərlərinin uzunluğu birxətli
uzunluqla ölçülür. Xidmət olunan daxili su gəmi
yollarının uzunluğu sərbəst vəziyyətdə olan
(çaylar, göllər) və süni (kanallar) su yollarının
uzunluğuna,
bütün
naviqasiya
ərzində
və
naviqasiyanın
ayrı-ayrı
dövrlərində
xidmət
olunanlara, işıqlandırılan və işıq əks etdirmə
şəraitli, dərinliyə zəmanətli yollara bölünür.
NƏQLĐYYATDA ƏMƏK MƏHSULDAR-
LIĞI
– müəyyən dövrdə (adətən, rüb, il) orta
hesabla daşımalarla məşğul olan bir işçiyə düşən
nəqliyyat yükünün (bir qayda olaraq, şərti-natural
ifadədə) miqdarıdır. Gətirilmiş (yola salınmış)
nəqliyyat yükünün kəmiyyətinin daşımalarla
məşğul olan işçilərin orta siyahı sayının
kəmiyyətinə nisbəti kimi hesablanır. Nəqliyyatın
ayrı-ayrı
növlərində
əmək
məhsuldarlığının
səviyyələrində olan fərqlər, həm texniki cəhətdən
silahlanmadakı,
daşımaların
xarakterindəki
fərqlərlə və s., həm də daşımalarla məşğul olan
işçilərin sayı göstəricilərinin müəyyən edilməsi
metodologiyasındakı fərqlərlə əlaqədardır. Hava
və
avtomobil
nəqliyyatında
əmək
məhsuldarlığının səviyyəsi, həmçinin orta hesabla
daşımalarla məşğul olan bir işçiyə düşən daşıma
fəaliyyətindən əldə edilən gəlirlərin həcmi ilə
ölçülür.
NƏQLĐYYATIN DAXĐLĐ NÖVÜ
– fəal
nəqliyyat növü kimi müəyyənləşdirilən və Avropa
Birliyi daxilində istifadə olunan nəqliyyat
növüdür. Bu zaman:
- ixracda əmtəələr göndəriş məntəqəsini tərk
etməlidir;
- idxalda əmtəələr son təyinat məntəqəsinə
gətirilməlidir.
NƏQLĐYYATIN GƏTĐRĐLMĐŞ MƏHSU-
LU
- şərti-natural ifadədə yük və sərnişinlərin
daşınması üzrə nəqliyyatın işinin həcmidir.
Gətirilmiş ton-kilometrlərlə ölçülür. Gətirilmiş
ton-kilometrlər
ifadəsində
nəqliyyatın
yük
dövriyyəsinin
və
sərnişin
dövriyyəsinin
kəmiyyətlərinin cəmi kimi müəyyən olunur.
Nəqliyyatın gətirilmiş məhsulu göstəricisinin
hesablanmasının zəruriliyi, eyni nəqliyyat yolları
ilə və eyni vasitələrlə, eyni zamanda həm yüklər,
həm
də
sərnişinlərin
daşınmasının
həyata
keçirilməsi ilə şərtlənir. Nəqliyyatın gətirilmiş
məhsulundan daşımada məşğul olan işçilərin
əmək məhsuldarlığının və məhsulların maya
dəyəri göstəricilərinin hesablanması üçün istifadə
olunur.
NƏQLĐYYATIN SƏRNĐŞĐN DÖVRĐYYƏ-
SĐ
- sərnişinlərin daşınması üzrə nəqliyyatın işinin
həcmidir. Ölçü vahidi sərnişin-kilometr hesab
edilir, yəni sərnişinlərin 1 km məsafəyə hərəkəti
ilə ölçülür. Hər bir mövqe üzrə daşınmış
sərnişinlərin cəminin ümumi daşınma məsafəsinə
bölünməsi
ilə
tapılır;
sərnişin
dövriyyəsi
nəqliyyatın növləri, daşıma əlaqələri, digər
əlamətlər üzrə ayrılıqda hesablanır.
NƏQLĐYYATIN YÜK DÖVRĐYYƏSĐ
–
yüklərin daşınması üzrə nəqliyyatın işinin
həcmidir
və
ton-kilometrlə
ifadə
olunur.
Kilometrlə (millə) daşınmış məsafənin tonla
daşınmış
yüklərin
kütləsinə
vurulması
ilə
hesablanır. Nəqliyyatın yük dövriyyəsi nəqliyyat
496
növü, dəmir yolunun eni, əlaqə növü, yüklərin
növü və s. əlamətlərə görə qruplaşdırılır.
Avtomobil nəqliyyatının yük dövriyyəsi hər
getmədə (gəlmədə) daşınmış yükün kütləsinin
(avtoqoşqularda
daşınmış
yüklər
də
daxil
edilməklə) daşınma məsafəsinə hasili ilə təyin
edilir və həyata keçirilmiş bütün daşınmalar sonda
cəmlənir.
Hava nəqliyyatının yük dövriyyəsi daşınmış yük
və poçtların bütövlükdə həcmini xarakterizə edir.
Uçuşun tarif məsafəsində yerinə yetirilmiş
reyslərlə hər reysdə çatdırılmış poçt və yükün
məsafəyə hasili ilə müəyyən edilir.
Dəmiryol nəqliyyatının yük dövriyyəsi tarif yük
dövriyyəsinin göstəricilərini xarakterizə edir.
Dəniz nəqliyyatının yük dövriyyəsi hər bir yük
göndərilməsində göndərmə və təyinat limanları
arasında gəmi vasitəsilə qısa məsafə üzrə
daşınmış yüklərin, onun daşınma məsafəsinə
vurulması və hasillərinin cəmlənməsi ilə təyin
edilir. Üzmə növlərinə, yük növlərinə (quru
yüklər, maye yüklər), gəmilərin aid olduqları
gəmiçilik və limanlar üzrə nəqliyyat gəmilərinin
qruplaşması ilə bütövlükdə hesablanır.
Çay nəqliyyatının yük dövriyyəsi göndərilmə və
təyinat limanları (sahilləri) arasında gəmi hərəkət
edə biləcək qısa məsafə üzrə tonlarla daşınmış
yüklərin kütləsinin bütün
göndərmələr üzrə əldə
edilmiş məsafələrə hasillərinin cəmlənməsi ilə
təyin edilir. Ayrı-ayrı gəmiçilik, limanlar və
yüklərin növləri üzrə daşımalara görə hesablanır.
Boru kəməri nəqliyyatının yük dövriyyəsi
magistral boru kəmərləri ilə neft, neft məhsulları
və qazın yerdəyişməsi (daşınması) üzrə işin
həcmini
xarakterizə
edir.
Neftin
(neft
məhsullarının, qazın) tonla baş nasos stansiyasının
kollektorundan çıxışından zavodun, tökülmə
məntəqəsinin, neft bazasının, qaz bölüşdürücü
sistemlərin və s. kollektorlarına girişinə qədər
olan məsafəyə (kilometrlərlə) ötürülməsinin cəmi
kimi müəyyən edilir. Bütün neft kəmərləri üzrə
bütövlükdə və neft kəmərləri, məhsul növləri (neft
məhsullarının növləri üzrə) və qaz kəmərləri üzrə
ayrılıqda müəyyənləşdirilir.
Dostları ilə paylaş: |