NĐKAHDAN KƏNAR DOĞUŞ
– nikahdan
kənar doğuşlarla nəticələnən doğuşun bir
hissəsidir. Doğuşların ümumi sayında nikahdan
kənar doğuşların payı ilə, nikahdan kənar doğuş
əmsalı (“Doğum əmsalları”na bax), yaxud
indekslərlə
(“Demoqrafik
indekslər”ə
bax)
ölçülür. Əgər nikahdan kənar doğuş haqqında
məlumatlar müxtəlif mənbələrdən alınırsa, onda
nikahda,
yaxud
nikahdan
kənar
doğuş
anlayışlarının
traktovkası
nöqteyi-nəzərindən,
onların tutuşdurula bilməsinin mühüm əhəmiyyəti
var. Xüsusən doğuşların cari uçotu zamanı ananın
nikahda
olmasının
hüquqi
traktovkası
(göstəricinin surəti üçün informasiya) adətən
əhalinin siyahıyaalınmasındakı traktovkası ilə
(göstəricilərin məxrəci üçün informasiya) üst-üstə
gəlmir. Bu isə nikahdan kənar doğuş əmsallarının
onun intensivliyinə tam uyğun gəlmədiyini
göstərir.
Nikahdan
kənar
doğuş
səviyyəsi
əhalinin
matrimonial
və
reproduktiv
davranışından
asılıdır. Eyni zamanda, ona ölkənin qanunları və
milli statistika praktikası təsir göstərir. Bir qayda
olaraq, nikahdan kənar doğuş səviyyəsi nikahdakı
doğumdan xeyli aşağıdır.
NĐKAHIN BRUTTO-MƏHSULDARLIĞI
(SƏMƏRƏLĐLĐYĐ)
– nikahlı doğuşların orta
sayıdır, reproduktiv dövrün sonunadək nikahın
dayandırılması mümkünlüyünü uçota almadan
hesablanır (“Nikahın məhsuldarlığı”na bax).
NĐKAHIN
DAVAMĐYYƏTĐ
–
nikahın
bağlanması anından bu və ya digər demoqrafik
hadisənin (nikahın cari davamiyyəti) müşahidəsi,
yaxud başlanması anınadək, yaxud nikahın
dayandırılması
(son
nikahın
davamiyyəti)
anınadək davamını xarakterizə edən kəmiyyətdir.
Adətən, il ilə (nadir aylarla) real və ya hipotetik
nikah koqortası üçün orta nikahın davamiyyəti
kimi ölçülür.
Hüquqi və faktiki nikahın davamiyyəti fərqlənir,
onlardan birincisi hüquqi nikahın, ikincisi –
faktiki nikahın xarakteristikasıdır (nikahın qeydə
alınmasınadək nikahlıq həyatının dövrü daxil ola
bilər). Nikahın pozulması zamanı faktiki nikahın
davamiyyəti, bir qayda olaraq, hüquqi nikahdan
az olur, çünki nikahın faktiki pozulması onun
hüquqi
rəsmiləşdirilməsindən
qabaq
olur.
Konsensual nikaha (hüquqi rəsmiləşdirilməyən)
yalnız faktiki nikahın davamiyyəti xasdır. Hər
hansı bir şəxsin bütün nikahlarının müddəti cəmdə
onun nikahda olan ümumi müddətini təşkil edir.
Demoqrafiyanı
faktiki
nikahın
davamiyyəti
maraqlandırır. Lakin nikahlıq həyatının faktiki
başlanmasını təyin etmək çətin olduğu üçün,
adətən, hüquqi nikahın davamiyyətinə baxılır.
Nikahın
davamiyyəti
haqda
informasiya
mənbələri əhalinin siyahıyaalınması və xüsusi
müşahidələr, həmçinin demoqrafik hadisələrin
cari uçotu materiallarıdır.
Bu mənbələrin məlumatlarına əsasən, nikahın
davamiyyəti siyahıyaalma, yaxud qeydiyyat
zamanı nəzərə alınan nikahın bağlama tarixi və
siyahıyaalma (müşahidə) tarixi arasında fərq kimi
hesablanır. Nikahın davamiyyəti həmçinin nikahın
dayandırılması cədvəlləri, dullaşma cədvəlləri və
boşanma cədvəlləri əsasında hesablana bilər. Son
nikahın davamiyyəti kəmiyyətinin dəyişməsi ər-
arvadın yaş fərqindən asılıdır. Çünki bu fərq
artdıqca ər-arvadın birinin ölümü, yaxud boşanma
nəticəsində nikahın dayandırılması ehtimalı artır.
Birinci nikahların orta son müddəti təkrar
nikahlara nisbətən çoxdur. Boşanma nəticəsində
dayandırılan nikahlar üçün o, ər-arvadın birinin
ölümü ilə dayandırılan nikahlara nisbətən azdır.
Son nikahın davamiyyəti nikahın dayandırılmasını
və
onun
əhalinin
təkrar
istehsalı
üçün
əhəmiyyətini xarakterizə edən əsas göstəricilərdən
biridir.
Demoqrafik tarixin xeyli dövrü ərzində orta son
nikahın davamiyyəti kəmiyyəti demək olar ki,
sabit olmuş, demoqrafik inqilabın gedişində isə
orta ömür uzunluğunun artması ilə xeyli artmışdır.
Lakin boşanmaların artması bu göstəricinin
azalmasına səbəb olmuşdu. Nəticədə, müasir
şəraitdə nikahın davamiyyəti göstəricisi təqribən
100-150 il əvvəl olduğu səviyyədədir.
NĐKAHIN MƏHSULDARLIĞI
– ər-arvad
cütlüyündə
doğumların
tamamlanmış
sayı
əsasında doğumu xarakterizə edən göstəricidir;
nikah koqortasında (real və hipotetik) bir nikaha
düşən doğulan uşaqların orta sayı kimi hesablanır.
Nikahın məhsuldarlığı doğum göstəricilərindən
çıxış edərək müəyyən edilir, göstəricilər nikahın
505
müddət şkalası üzrə həm onun dayandırılması
uçota alınmaqla – nikahın brutto-məhsuldarlığı,
həm də bu amil nəzərə alınmaqla – nikahın netto-
məhsuldarlığı kimi hesablanır.
Brutto N.m.:
∫
⋅
=
ω
0
)
(
dz
z
F
F
burada F(z) – z-uzunluğunda olan nikahlarda uşaq
doğuşunun tezliyidir.
Netto N.m.:
∫
⋅
⋅
=
dz
z
P
z
F
F
)
(
)
(
0
burada
P(z)
–
z-uzunluğunadək
nikahın
saxlanması ehtimalıdır.
Nikahın məhsuldarlığı həm koqortanın bütün
nikahları üçün, həm də onların hər hansı bir
hissəsi üçün hesablana bilər. Məsələn, qadının,
yaxud kişinin nikah bağladığı zaman yaşından,
həmçinin ər-arvadın yaşlarının kombinasiyasından
asılı olaraq. Nikahın məhsuldarlığı birinci və
təkrar nikahlar üçün ayrıca hesablana bilər. Real
nikah koqortası üçün nikahın məhsuldarlığı həm
cari müşahidə metodu ilə, həm də retrospektiv
sorğu yolu ilə anamnestik metodla müəyyən
edilir. Lakin sonuncu halda müşahidə anınadək
ölənlər (yaxud getmişlər) hesaba düşmür. Bu da
nəticəni təhrif edə bilər, əgər ölüm (yaxud
miqrasiya) doğumla korrelyasion bağlıdırsa. Netto
nikahın məhsuldarlığına ölüm və boşanma
səviyyələri mühüm təsir göstərir.
Nikahın
məhsuldarlığının
qiyməti
erkən
nikahlarda
uşaq
doğuşuna
ailədaxili
məhdudlaşdırma
olmadıqda
və
sonsuzluq
səviyyəsi aşağı olduqda, bir nikaha 11-12 doğum,
gecikmiş
nikahlar
üçün
isə
çox
aşağı
kəmiyyətlərədək düşür.
Nikahın məhsuldarlığı – ərdə olan qadınlar üçün
hesablanmış
doğum
cədvəllərinin
yekun
göstəricilərindən biridir; doğumun təhlili zamanı
geniş tətbiq olunur, lakin onun hesablanma
metodikasına həmişə ciddi riayət olunur.
NĐKAHIN MƏHSULDARLIQ DÖVRÜ
–
nikah bağlandığı vaxtla sonuncu doğuş arasında
olan intervaldır. Doğum olmadıqda (infertil nikah)
nikahın məhsuldarlıq dövrü sıfıra bərabər sayılır.
Real nikah koqortası üçün nikahın məhsuldarlıq
dövrü son uşağın doğulması anına olan nikahın
orta
müddətinə
bərabərdir
(“Nikahın
məhsuldarlığı”na bax).
NĐKAHIN NETTO-MƏHSULDARLIĞI
–
bir nikaha reproduktiv dövrün sonunadək düşən
nikah doğumlarının nikahın pozulması nəzərə
alınmaqla hesablanmış orta sayıdır.
NĐKAHIN POZULMASI
-
ər-arvaddan
birinin ölməsinin (dul qalması) və ya nikah
birliyinin dağılmasının nəticəsidir. Hüquqi nikah
üçün nikahın pozulması, nikahın qüvvədən
düşməsi təsdiq olunduqdan sonra baş verir.
Demoqrafiya statistikasında nikahın pozulmasını
xarakterizə edən göstəricilər sistemi mövcuddur.
NĐKAHIN POZULMASI (BOŞANMA)
–
ər-arvadın arzusu ilə, ölkənin qanunları və ya
adətlərinə
uyğun
olaraq,
nikahın
dayandırılmasıdır. Azərbaycan
Respublikasında
nikahın pozulması qaydası Ailə Məcəlləsi ilə
tənzimlənir. Nikahın pozulması ər-arvaddan biri
və ya hər ikisi tərəfindən verilən ərizə üzrə
ədliyyə orqanlarında məhkəmə qaydasında həyata
keçirilir. Nikahın pozulması haqqında məlumatlar
vətəndaşlıq
vəziyyəti
aktlarının
qeydiyyatı
kitabında
qeydiyyatdan
keçirildikdən
sonra
pozulmuş sayılır. Nikahın pozulması haqqında akt
tərtib edilir ki, bu da hüquqi sənəd və eyni
zamanda statistik uçotun ilkin sənədi sayılır
(“Vətəndaşlıq vəziyyəti aktları”na bax).
NĐKAHIN POZULMASI CƏDVƏLLƏRĐ
– ər-arvadın ölümü, yaxud boşanma nəticəsində
nikahların hər hansı məcmusunda vaxt keçdikcə
onların
pozulmasını
xarakterizə
edən
kəmiyyətlərin nizamlanmış ardıcıllığıdır. Nikahın
pozulması prosesini qarşılıqlı əlaqədə olan
göstəricilər sistemi növündə göstərən bu prosesin
rəqəmli
modelidir.
Nikah
koqortasının
strukturundan
və
konkret
əhalinin
digər
xüsusiyyətlərindən asılı olmayaraq, bu cədvəllərin
əsas təyinatı nikahın pozulması prosesinin və
boşanma və dul qalmanın müqayisəli təhlilidir.
Onlar
həmçinin
əhalinin
nikah
və
ailə
strukturunun proqnozu üçün də tətbiq oluna bilər.
Nikahın pozulması cədvəlləri birinci nikahlar
üçün çıxma demoqrafik cədvəldir; koqortanın
onun üzvləri tərəfindən təkrar nikah bağlanması
nəticəsində dolması nəzərə alınmır. Cədvəllər
adətən nikahın müddəti şkalası üzrə qurulur.
Demoqrafik cədvəlin kökü müəyyən yaşda olan
nikah bağlamış kişi və qadınların sayıdır. Nikah
bağlayanların yaşlarının müxtəlif olması mümkün
olduğundan,
nikahın
pozulması
cədvəlləri
fərqlənir: ümumi – nikah bağlayanların bütün
yaşları üçün və xüsusi cədvəllər sistemi –
müxtəlif nikaha daxil olma yaşları üçün. Birinci
halda nəzərdə tutulur ki, bütün bəy və gəlinlərin
yaşları çox vaxt eynidir, onlar müvafiq nikaha
daxil olan kişi və qadınların orta yaşına yaxındır;
ikinci halda cədvəllər yaş qrupları və bəy və
gəlinlər üçün bu qruplarda yaş şkalasına görə ən
geniş yayılmış birləşmələr üzrə qurulur. Adətən
506
nikah müddətinin intervalı 1 il olan tam cədvəllər
qurulur.
Nikahın pozulması cədvəllərinin çıxış göstəriciləri
– ərin öldüyünə görə (q
m
y
) nikahın y-ildə
pozulmasının
müstəqil
ehtimalları;
arvadın
ölməsinə görə ( q
f
y
) və boşanmaya görə (q
d
y
). Bu
səbəblərin heç olmasa birinin nəticəsində nikahın
pozulmasının ümumi ehtimalı:
)
1
)(
1
)(
1
(
1
d
y
f
y
m
y
y
q
q
q
q
−
−
−
−
=
.
Əsas funksiyaları aşağıdakılardır: nikahın verilmiş
ilində ərin ölmək ehtimalı; nikahın verilmiş ilində
arvadın ölmək ehtimalı; nikahın verilmiş ilində
boşanma ehtimalı; nikahın verilmiş ilində nikahın
pozulmasının ümumi ehtimalı; nikahın verilmiş
ilində qalmaqda olan nikahların sayı U
y+1
=U
y
(1–
q
y
); verilmiş nikah ilində pozulmuş nikahların
ümumi sayı d
y
=U
y+1
–U
y
; nikahın verilmiş ilində
pozulmuş nikahların sayı aşağıdakılara görə: ərin
ölməsinə
y
m
y
y
m
y
q
q
d
d
=
;
arvadın
ölməsinə
y
f
y
y
f
y
q
q
d
d
=
; boşanmaya
y
d
y
y
d
y
q
q
d
d
=
; nikahın
gözlənilən müddəti:
∑
∑
∑
−
=
−
=
−
=
⋅
+
=
1
0
1
0
1
0
0
:
5
,
0
ω
ω
ω
y
y
y
y
y
y
u
d
y
d
d
e
burada
ω
- nikahın son müddətidir və bu müddətə
koqortada bütün nikahlar mövcud olmur.
Bəzən digər göstəricilər də hesablanır, məsələn,
hər bir səbəbdən, yaxud bütün səbəblərdən
birlikdə pozulanadək nikahda yaşamış insan-ilin
sayı; hər bir səbəbə görə verilmiş ilə pozulmuş
nikahların payı və s.
Nikahın pozulması cədvəllərini qurmaq üçün çıxış
məlumatlar kimi ölüm cədvəllərindən müvafiq
göstəricilər götürülür, nikahların pozulması nəzərə
alınırsa, onda boşanma cədvəllərindən də istifadə
olunur. Lakin bütün məlumatlar lazımi həcmdə və
qruplaşmada bütün ölkələrdə olmadığı üçün, bu
cədvəllər nisbətən nadir hallarda tutulur.
NĐKAHIN STRUKTURU
– nikahın vəziyyəti
üzrə əhalinin bölgüsünü göstərir. Nikahın
strukturu
üzrə
məlumat
mənbəyi
əhalinin
siyahıyaalmaları hesab edilir. Nikah strukturuna
aşağıdakı kateqoriyalar daxildir: nikahda olanlar,
o cümlədən faktiki nikahda olanlar; nikahda heç
vaxt olmayanlar; dullar; boşanmışlar; ayrılmışlar.
NĐKAHLARIN MƏHSULDARLIQ CƏD-
VƏLLƏRĐ
– ərdə olan qadınlar üçün tərtib
olunmuş doğum cədvəlləridir.
NĐKAHLIQ
–
əhalidə
nikah
(ər-arvad)
cütlüyünün yaranması prosesidir; ona birinci və
təkrar nikahlar daxildir. Dul qalma və boşanma
prosesləri ilə əhalinin nikah strukturunda təkrar
istehsalını müəyyən edir. “Nikah bazarında”
vəziyyətdən, nikah dairəsinin formalaşmasından,
nikah seçiminin olmasından asılıdır. Nikahlıq
sosial-demoqrafik proses olmaqla, sosial-mədəni
normalarla şərtlənir və tənzimlənir. Hüquqi,
sosial, iqtisadi və digər aspektləri var. Nikahlığın
demoqrafik əhəmiyyəti onun əhalinin təkrar
istehsalı ilə sıx əlaqəsindədir. Nikahlıq doğumun,
ailənin formalaşması və əhalinin ailə strukturunun
dəyişməsinin
mühüm
demoqrafik
amilidir.
Demoqrafiyada nikahlıq əsasən reproduktiv yaşlar
çərçivəsində öyrənilir və bu zaman kişilərin
nikahlığından daha çox qadınların nikahlığı
götürülür.
Nikahlıq
prosesinin
əsas
kəmiyyət
xarakteristikaları: hər nəsildən nikah bağlayan
şəxslərin payı və nikah bağlamayan şəxslərin payı
(nikahsızlıq); birinci nikah bağlayanların yaşı;
boşanmadan sonra və dul qaldıqdan sonra təkrar
nikah bağlayan şəxslərin payı (boşanma və dul
qalma dərəcəsi); boşanma (dul qalma) ilə təkrar
nikah arasındakı interval. Nikah üstünlüyü və
“nikah bazarında” vəziyyət nikahlıq indeksi və
digər göstəricilərlə verilir. Nikahlıq prosesinin
ölçüləri sırasında nikah əmsalları daha çox
yayılmışdır, bütün əhali arasında (ümumi nikahlıq
əmsalları) və nikah qabiliyyətli əhalinin ayrı-ayrı
qrupları arasında (xüsusi nikahlıq əmsalları) nikah
bağlamanın intensivliyini, həmçinin müəyyən
vaxt
anında
əhalinin
nikah
strukturunun
xarakteristikalarını
göstərir.
Bu
göstəricilər
nikahlığı dolayı yolla təsvir edir; düzgün ölçü
nikah cədvəllərinin köməyi ilə mümkündür.
Nikahların formalaşması və dayandırılması üzrə
bütün proseslər kompleks şəklində əhalinin nikah
strukturunun təkrar istehsalında əks olunur. Nikah
səviyyəsinə həmin cəmiyyətdə hakim olan
dəyərlər, hüquqi amillər, xüsusən də hüquqi
normalarda həmin cəmiyyətdə müəyyən edilmiş
minimum nikah yaşı təsbit edilməsi – müxtəlif
ölkələrin qanunvericiliyində 12-14 yaşından 21-
22 yaşadəkdir; boşanmalara yol verilməsi və
onların prosessual cəhətdən mürəkkəbliyi təsir
edir. Nikahlıq səviyyəsinə həmçinin dini normalar
da təsir göstərir.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin
statistik emalı nəticələri, əhalinin siyahıyaalınması
və xüsusi yoxlamaların nəticələri nikahlıq
haqqında
informasiya
mənbəyidir.
Siyahıyaalmalarda və yoxlamalarda insanın həmin
ana nikah vəziyyəti və bütün nikah bioqrafiyası
haqqında informasiya özünün müəyyən etmə
prinsipi əsasında alınır və bu hadisələrin hüquqi
507
sənədlərdə əks olunduğu kimi, üst-üstə gəlməyə
bilər. Bu uyğunsuzluq nə qədər çox olarsa, bir o
qədər siyahıyaalma və yoxlama nəticələrini bir
tərəfdən və cari uçot məlumatlarını digər tərəfdən
müqayisə etmək çətinləşir. Əvvəllər nikahlıq
göstəriciləri sistemi xeyli dərəcədə müxtəlif
statistik mənbələrdən birgə istifadəyə əsaslanırdı.
Başqa sosial və mədəni normaları olan ölkələrdə
nikahlıq haqqında informasiya genişləndikcə,
nikahlığın təhlili bir mənbədən siyahıyaalma və
yoxlama
zamanı
alınan
məlumatlara
istiqamətlənir. Ölkələr arasında, bəzən isə bir ölkə
içərisində əhali qrupları arasında sosial-mədəni
fərqlər müqayisəni çətinləşdirir. Bu, bir çox
inkişaf edən ölkələrdə nikahlığın zəif öyrənilməsi
ilə daha da ağırlaşır.
Nikahlığın məskunlaşma əlaməti (şəhər, kənd),
təhsil səviyyəsi, əməyin xarakteri üzrə fərqlənmə
qeyd olunur. Bu fərqlər cüzi olur və təhsilin
müddəti və sosial yetkinlik yaşının digər amilləri
ilə bağlıdır.
Sənaye cəhətdən inkişaf etmiş və inkişaf edən
ölkələrdə nikahlıq böhranlar müddətlərində aşağı
düşməklə, iqtisadi konyunkturadan asılılığını
göstərir. Həmçinin nikah bağlama intensivliyinin
mövsümi enib-qalxması da mövcuddur. Bu da
kənd
təsərrüfatı
işləri
və
dini
təqvimin
xüsusiyyətləri ilə bağlıdır.
NĐKAHSIZ DOĞUŞ
– doğuşun bir növüdür.
Azərbaycan Respublikasında doğuşlar o vaxt
nikahsız sayılır ki, uşağı doğulan şəxslər öz
aralarında nikah qeydiyyatında olmasınlar. Belə
hallarda uşaqlarının doğum haqqında qeydiyyat
aktında uşağın atası valideynlərin birgə verdikləri
ərizəyə, atanın ərizəsinə və ya məhkəmənin
çıxartdığı qərara görə göstərilir. Nikahsız doğuşlar
doğuşun ümumi sayında bir hissə kimi, nikahsız
doğuş əmsalı və ya indeksi ilə ölçülür. Əgər
nikahsız doğuşlar haqqında məlumatlar müxtəlif
mənbələrdən alınırsa, onda nikah anlayışının və
nikahlı və ya nikahsız doğuşun şərhi nöqteyi-
nəzərindən onların müqayisəsi vacib olur. Xüsusi
hallarda, əgər ananın nikah vəziyyətinin hüquqi
şərhi, doğuşun cari uçotu zamanı, məsələn,
əhalinin siyahıyaalınmasındakı şərhi ilə nikah
vəziyyətində olma faktı üst-üstə düşmürsə, onda
bu, nikahsız doğuş əmsalının, onun həqiqi
səmərəliliyinin qeyri-adekvatlığına gətirib çıxarır.
Bir qayda olaraq, nikahsız doğuşların səviyyəsi
nikahlı doğuşların səviyyəsindən xeyli aşağı olur.
Dostları ilə paylaş: |