A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə133/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   129   130   131   132   133   134   135   136   ...   182

 

 

512 


OFERENT

 – adından oferta (müqavilə) təqdim 

olunan şəxsdir. 



 

OFERTA

 

(müqavilə 

təklifi) 

– 

tender 



sənədlərində  müəyyən  edilmiş  şərtlərlə  ticarətin 

konkret 


obyekt 

münasibətləri 

haqqında, 

müəyyənləşdirilmiş 

formada 

müqavilənin 

bağlanması üzrə tərtib olunmuş rəsmi təklifdir. 

 

OFĐS

 – firmanın rəsmi mənzil iqamətgahı, firma 

rəhbərliyinin 

yerləşdiyi 

yerdir. 


Firmanın 

yerləşdiyi 

yer 

firma 


qeydiyyata 

alındıqda 

göstərilir. 

 

OFŞOR  BANK

  –  öz  beynəlxalq  fəaliyyətini 

daha  səmərəli  həyata  keçirmək  üçün,  ona  xüsusi 

imtiyazların  təqdim  edildiyi  müəyyən  ərazilərdə 

yerləşən bankdır. 



 

OXŞAR  ĐSTEHSALLI  YERLĐ  VAHĐD-

LƏR

  –  hissəsi  olduğu  vahidlə  oxşar  istehsalı 

həyata keçirən yerli vahidlərdir. 

 

OXŞAR  SAHƏLƏR

  –  oxşar  məhsul  istehsalı 

ilə  məşğul  olan  vahidlər  qruplarından  ibarətdir. 

Oxşar sahənin əhatə etdiyi fəaliyyət növü  məhsul 

təsnifatı  əsasında  müəyyən  edilir.  Oxşar  sahə 

yalnız o əmtəə və xidmətləri istehsal edir ki, onlar 

bu təsnifatda şərtləndirilmiş olsunlar. 

Oxşar  sahələr  iqtisadi  təhlil  üçün  nəzərdə 

tutulmuş  vahidləri  əks  etdirir.  Adətən,  onları 

birbaşa  müşahidə  etmək  mümkün  deyildir.  Buna 

görə  də,  bu  vahidlər  üzrə  yığılan  məlumatlar  elə 

formalaşdırılır  ki,  onlar  oxşar  sahə  təşkil  edə 

bilsinlər.  Bazar  və  qeyri-bazar  əmtəə  və 

xidmətləri  istehsal  edən  vahidlərdən  ibarət  oxşar 

sahələr  iqtisadi  fəaliyyət  növləri  üzrə  məhsul 

təsnifatına uyğun olaraq təsnifləşdirilir. 



 

OXUNMA

  –  oxucular  tərəfindən  kitabxana 

fondundan  istifadə  edilməsinin  intensivliyini 

xarakterizə edən göstəricidir. Đllik kitab vermənin 

sayının  kitabxananın  oxucularının  sayına  nisbəti 

kimi müəyyənləşdirilir. 

 

10-14  YAŞLI  TƏHSĐL ALAN  YETĐM  VƏ 

VALĐDEYNLƏRĐ  OLAN  UŞAQLARIN 

NĐSBƏTĐ

  (Minilliyin  bəyannaməsində  əks 

olunmuş  inkişaf  göstəricilərindən)  -  ĐĐV/QĐÇS 

nəticəsində  yetim  qalmış  uşaqların  sayında  15 

yaşınadək  atası,  anası  və  yaxud  hər  iki  valideyni 

QĐÇS-dən  vəfat  etmiş  uşaqların  təqribi  sayı 

nəzərdə  tutulur.  Təcrübədə  QĐÇS  epidemiyasının 

təsiri  nəticəsində  yetimlərin  əmələ  gəlməsi, 

məktəbə  gələn  yetim  uşaqlarla  valideynləri  olan 

uşaqlar arasındakı nisbət kimi qiymətləndirilir. 

 

Hər  iki  bioloji  valideynlərini  itirmiş,  məktəbə 



gələn  10-14  yaşlı  uşaqların  sayı  hər  iki  valideyni 

sağ  olan  10-14  yaşlı  uşaqların  və  bioloji 

valideynlərindən 

birinin 


yanında 

yaşayan 


uşaqların sayına bölünür.  

 

15  YAŞADƏK  ĐŞLƏYƏN  UŞAQLARIN 

SAYI 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş  inkişaf  göstəricilərindən)  -  gəlir  əldə 

etmək  və  yaxud  ailəsi  üçün  qazanc  məqsədi  ilə 

muzdla  bu  və  ya  digər  iqtisadi  fəaliyyət  növü  ilə 

məşğul  olan  uşaqlara  aid  edilir.  Đqtisadi  fəaliyyət 

haqqı ödənilməklə və ya gəlir əldə etmək məqsədi 

ilə,  yaxud  şəxsi  ev  təsərrüfatında  istifadə  üçün 

mal və xidmətlərin istehsalını əhatə edir. Məşğul – 

bu, konkret hesabat dövründə bu və ya digər gəlir 

gətirən  iqtisadi  fəaliyyət  növündə  iştirak  edən  və 

ya müvəqqəti olaraq iştirak etməyən adamdır.  

Məşğul  uşaqların  sayı  ölkə  əhalisinin  tərkibində 

olan bu yaşdakı uşaqların ümumi sayına bölünür. 



 

15-24  YAŞLARINDA  ĐĐV-ə  YOLUXMUŞ 

HAMĐLƏ  QADINLARIN  PAYI

  (Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  -  15-24  yaşlarında  olan,  ĐĐV-

infeksiyasına  yoluxmaya  müsbət  reaksiya  vermiş 

hamilə qadınların faizlə payıdır. 

Qanın  analizi  ĐĐV-infeksiyaya  yoluxmaya  müsbət 

reaksiya vermiş hamilə qadınların sayı qan analizi 

götürülmüş  15-24  yaş  qrupunda  bütün  hamilə 

qadınların sayına faizlə payı kimi ifadə olunur. 

 

15-24  YAŞLARINDA  SAVADLI  QADIN 

VƏ 

KĐŞĐLƏRĐN 

NĐSBƏTĐ

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  -  15-24  yaşlarında  savadlı 

qadın və savadlı kişi əmsallarının nisbətidir.  

Bu  göstərici  15-24  yaşlarında  savadlı  qadınların 

əmsalının  həmin  yaş  qrupunda  olan  savadlı 

kişilərin əmsalına bölünməsi ilə hesablanır.

  

 



15-24  YAŞLI  GƏNCLƏR  ARASINDA 

(ÜMUMĐ  GÖSTƏRĐCĐ  VƏ  CĐNSLƏR 

ÜZRƏ  BÖLÜNMƏKLƏ)  ĐŞSĐZLƏRĐN 

SAYI

 

(Minilliyin 

bəyannaməsində 

əks 

olunmuş inkişaf göstəricilərindən) - 15-24 yaşlı 

işsiz  gənclərin  sayının  həmin  yaşda  olan  işçi 

qüvvəsinin  ümumi  sayına  nisbətini  əks  etdirir. 

Müəyyən  dövr  ərzində  muzdla  işləməmiş,  lakin 

işə  başlamağa  hazır  olan  və  muzdla  və  ya 

özüməşğulluq  üzrə  iş  axtarmaq  üçün  konkret 

addımlar  atanların  hamısı  işsiz  hesab  edilir.  Đş 

axtarışı  üçün  adi  metodlar  məhdud  olduğu 

hallarda,  əmək  bazarının  böyük  hissəsi  qeyri-

mütəşəkkil  xarakter  daşıyır  və  ya  miqyası  üzrə 

məhduddur,  yaxud  müvəqqəti  olaraq  bütün  əmək 


 

513


resurslarını  əhatə  edə  bilmir.  Digər  tərəfdən,  işçi 

qüvvəsinin  böyük  hissəsi  özü  məşğuldursa,  bu 

zaman yalnız iki meyara əsaslanan (işin olmaması 

və  hazırkı  anda  iş  yerinin  tutulmasına  hazır 

olması)  işsizliyin  nisbətən  az  ciddi  müəyyən 

edilməsi qaydalarından istifadə etmək olar. 



Đşçi  qüvvəsi  həm  muzdla  işə  malik  olanları,  həm 

də hər hansı konkret hesabat dövründə işsiz hesab 

edilənləri  özündə  birləşdirir.  Bu,  əhalinin  iqtisadi 

fəal  hissəsidir.  Məşğulluq  konkret  hesabat 

dövründə gəlir gətirən iqtisadi fəallığı və ya onda 

müvəqqəti  iştirakı  göstərir,  iqtisadi  fəallıq  isə 

haqqa  görə  əmtəələrin  istehsalı  və  ya  xidmətlərin 

göstərilməsini,  yaxud  şəxsi  ev  təsərrüfatında 

istifadə üçün gəlir əldə etmək məqsədini göstərir.  

15-24  yaşlı gənclər arasında işsizlərin sayı həmin 

yaş  qrupunda  olan  işçi  qüvvəsinin  ümumi  sayına 

bölünür.  



 

15-24  YAŞLILAR  ARASINDA  SAVAD-

LILARIN  SAYI  (PAYI)

  (Minilliyin  bəyan-

naməsində 

əks 

olunmuş 

inkişaf 

göstəricilərindən)  -  15-24  yaşlılar  arasında 

savadlıların sayı (payı) və yaxud gənclər arasında 

savadlıların  faizi,  özündə  əhalinin  oxumaq, 

yazmaq  bacaran,  gündəlik  yaşayış  məsələlərinə 

dair sadə və qısa məlumatları qəbul edə bilən 15-

dən  24-dək  yaşında  olan  hissəsini  əks  etdirir. 

Savadlılığın  müəyyən  edilməsinə  bəzən  sadə 

riyazi  hesablamaları  aparmağı  və  digər  vərdişləri 

bacaranlar da daxil edilir.  

Adətən, bu göstərici 15-24 yaşda olan savadlıların 

sayının  əhalinin  uyğun  yaşda  olan  ümumi  sayına 

bölünməklə, alınmış nəticənin 100-ə vurulması ilə 

hesablanır. Lakin savadlılıq haqqında məlumatları 

bütün  ölkələrdən  və  bütün  siyahıyaalmalardan 

əldə  etmək  mümkün  deyil.  Buna  görə  də, 

YUNESKO-nun 

Statistika 

Đnstitutu 

illik 


qiymətlərin  tərtib  edilməsi  üçün  vəziyyətin 

modellər  üzrə  tədqiq  edilməsi  metodunu  tətbiq 

edir ki, bunun da əsası kimi milli siyahıyaalma və 

əhali müayinələri zamanı əldə edilmiş savadlılığın 

səviyyəsi haqqında məlumatlar götürülür.  

 

ONLAR  QRUPU  (PARĐS  KLUBU)

  – 

Beynəlxalq  Valyuta  Fondu  (BVF)  üçün  vəsait 

təqdim  etməyə  razılıq  vermiş,  sənayesi  daha  çox 

inkişaf  etmiş  10  zəngin  dövlətdir:  Belçika, 

Kanada,  Fransa,  Đtaliya,  Yaponiya,  Niderland, 

Đsveç, Almaniya, Böyük Britaniya və ABŞ. Onlar 

xüsusi 

borc 


alma 

hüquqlarının 

(SDR) 

yaradılmasını elan ediblər.  



 

OPERAND

  –  1)  hesablama  proqramlarının 

yerinə  yetirilməsinin  gedişində  EHM-lə  həyata 

keçirilən  əməliyyatların  obyektidir;  2)  üzərində 

əməliyyat aparılan obyektdir. 



OPERATĐV  HESABAT

  –  müəssisələrin, 

təşkilatların 

struktur 

vahidlərində 

(sexlərdə, 

briqadalarda, 

bölmələrdə 

və 


s.) 

təsərrüfat 

prosesləri  üzərində  cari  müşahidə  üçün  nəzərdə 

tutulmuş  hesabatdır.  Onun  məlumatlarından 

müəssisələrin  işlərinin  operativ  təhlili  üçün 

istifadə olunur. 

 

OPERATĐV  YADDAŞ  VƏ  YA  ƏMƏLĐ 

YADDAŞ

  -  kompüterin  vacib  elementlərindən 

biridir.  Prosessor  proqramları  buradan  alır  və 

alınmış  nəticələri  də  bura  yazır.  Bu  yaddaş  ona 

görə  operativ  adlanır  ki,  o,  çox  sürətlə  işləyir  və 

prosessora  verilənləri  yaddaşdan  oxumağa  və  ya 

ora  yazmaq  üçün  praktiki  olaraq  gözləmək  lazım 

gəlmir. 


Lakin 

bu 


yaddaşdakı 

informasiya 

kompüterin 

işlədiyi 

müddətdə 

saxlanılır. 

Kompüter 

söndürüldükdə, 

bu 

yaddaşdakı 



məlumatlar silinir. 

 

OPERATOR



 

(proqramlaşdırma) 

– 

proqramlaşdırma  dilinin  elementidir.  Yerinə 

yetirilən  işin  xarakterindən  asılı  olaraq,  əmrlərin 

müxtəlif formalarından istifadə edilir: mənimsəmə 

əmrləri; şərti-keçid əmrləri; dövrə əmrləri və s. 

 

OPSĐON

  –  1)  müqavilədir.  Buna  uyğun  olaraq, 

müəyyən  haqqa  görə  opsionun  alıcısı  müəyyən 

olunmuş  dövr  ərzində  təsbit  edilən  tarixə  qədər 

(və 


yaxud 

bu 


tarixdə) 

müqavilədə 

müəyyənləşdirilmiş  qiymət  üzrə  və  müəyyən 

miqdarda  mükafat  adlanan  hər  hansı  aktivin 

(əmtəələrin,  müqavilələrin)  alınması  və  satılması 

hüququnu  alır.  Alınma  üçün  opsion  satılma  üçün 

opsiondan 

fərqləndirilir; 

2) 

dəniz 


(çarter) 

daşımaları 

müqaviləsində 

limanın 


fraxtçısı 

tərəfindən 

yükün 

yüklənməsi, 



yaxud 

boşaldılmasına  və  ya  yükün  daşıma  üçün 

yüklənməsinə seçmə hüququnu nəzərdə tutan şərt, 

habelə müqavilədə nəzərdə tutulmuş yükün başqa 

yüklə  əvəz  edilməsi  hüququdur;  3)  birja  əqdinin 

müddətinə  daxil  edilən  şərtdir.  Birja  alqı-satqı 

əqdini  bağlayan  tərəflərin  birinə  müqavilənin 

alternativ  şərtləri  arasından  seçmək  hüququnun 

verilməsini  nəzərdə  tutan  müqavilədir;  4)  şirkət 

tərəfindən  öz  yüksək  rütbəli  qulluqçularına 

səhmləri  sabit  qiymətə  satmaq  üçün  verilən 

hüquqdur.  

 

ORTA  ADAMBAŞINA  ĐSTEHLAK

  –  əhali 

tərəfindən  müəyyən  ərazi  (ölkə,  inzibati-ərazi 

bölgüsü) çərçivəsində bir adama, yaxud hər hansı 

bir  sosial-demoqrafik  qrupun  nümayəndəsinə 

hesablanmış  əmtəə  və  xidmətlərin  istehlakıdır. 

Əmtəə  və  xidmətlərin  istehlak  strukturu  xeyli 

dərəcədə  əhalinin  gəlirlərindən  asılıdır.  Đqtisadi 

inkişafı  yüksək  olmayan  ölkələrdə  əhalinin 


 

514 


rifahının  göstəricisi  əsas  ərzaq  mallarının,  inkişaf 

etmiş  ölkələrdə  isə  qeyri-ərzaq  malları  və 

xidmətlərinin 

orta 


adambaşına 

istehlak 

göstəriciləridir.  Dövlətin  iqtisadi  inkişafının  və 

iqtisadiyyatının  sosial  yönümlüyünün  ümumi 

göstəricilərindən  biri  də  pulsuz  xidmətlərin  orta 

adambaşına istehlakıdır. 

Orta 

adambaşına 



istehlak 

göstəricilərindən 

iqtisadi 

proqnozların 

və 

proqramların 



tutulmasında,  əhalinin  həyat  səviyyəsi  və  rifahı, 

həmçinin  müəyyən  sənaye  sahələrinin  və  xidmət 

sferasının  inkişaf  səviyyəsi  göstəricisi  kimi 

istifadə olunur. 

Bəzi  ölkələrdə  orta  adambaşına  istehlak  hər  bir 

istehlak  vahidinə  (müəyyən  tərkibli  ailəyə)  də 

hesablanır. 

 

ORTA  ELASTĐKLĐK  ƏMSALI



  –  faktor 

əlamətlərinin  dəyişməsinə  müxtəlif  dərəcədə 

reaksiya verən istehlakçıların müxtəlif qruplarının 

ümumi 


reaksiyasının 

ölçüsüdür. 

Tələbatın 

elastikliyi ayrı-ayrı istehlakçı qruplarının digərləri 

ilə müqayisəsi üzrə hesablanır, məsələn, gəlirlərin 

səviyyəsinə 

görə 

ailələrin 



qruplaşdırılması 

gəlirlərin 

artması 

amilindən 

tələbatın 

elastikliyinin  aşkar  edilməsinə  imkan  verir. 

Qrupun elastiklik əmsalı hər bir qrup üzrə (birinci, 

baza qrupunu nəzərə almadan) hesablanır: 

1

1

1



1



÷



=



n

n

n

n

n

n

n

x

y

x

x

y

y

E

 

burada:  y



n

  və  x


n

  –  n-ci  qrupun  tələb  və  amil 

əlamətidir;  y

n-1


  və  x

n-1 


–  (n-1)-ci  qrupun  keçmiş 

tələb və amil əlamətidir. 

Bütün 

)

(E



  məcmusu  üçün  orta  elastiklik  əmsalı 

(E

i



) qrup əmsalından riyazi orta kimi hesablanır:  



=



1

1

n



i

i

n

i

i

i

w

w

E

E

 

w



-  i  qrupunun  ölçülərini əks  etdirən  kütlə; (n-1) 

birinci olmadan i qrupunun sayıdır. 

 

ORTA ƏHALĐ 

(əhalinin orta sayı)  – müəyyən 

dövr  üçün  əhalinin  sayının  ümumiləşdirici 

göstəricisidir.  Orta  əhali  hesablanarkən  ən  çox 

xronoloji orta kəmiyyət üsullardan istifadə olunur. 

Əhalinin sayına S(t) vaxt funksiyası kimi t=t

0

-dan 


t=t

0

+T  dövrü  üçün  (burada  T  –  müşahidə 

dövrünün  kəmiyyətidir)  orta  əhali  aşağıdakı 

düsturla hesablanır:  

+



=

T

t

t

dt

t

S

T

S

0

0



)

(

1



Sağ  tərəfdəki,  inteqral  verilmiş  dövrdə  əhalinin 

yaşadığı  insan-ilin  ümumi  sayıdır.  Onu  T 

dövrünün uzunluğuna bölməklə orta əhalini alınır. 

Əgər  əhali  sayı  hər  iki  tarix  arasında  bərabər 

dəyişirsə, 

tarixlər 

arasında 

intervallar 

isə 


eynidirsə, onda orta əhali iki son saylar 

2

1



 çəki ilə 

daxil olan mövcud saylardan ölçülmüş orta hesabi 

kəmiyyət  kimi  alına  bilər.  Çox  vaxt  orta  əhali  il 

üçün  –  orta  bərabər  dəyişirsə  (məsələn,  kurort 

şəhərləri),  onda  orta  əhali  hesablanarkən  xüsusi 

düzəliş  daxil  edilir.  Tarixlər  arasında  intervallar 

bir olmadıqda, onda birinci tarix birinci intervalın 

yarısını bərabər çəki ilə, ikincisi – birinci və ikinci 

intervalların  yarı  cəminə  bərabər  çəki  ilə, 

üçüncüsü  –  ikinci  və  üçüncü  intervalların  yarı 

cəminə  bərabər  çəki  ilə  və  i.a.  sonuncu  tarixədək 

– sonuncu intervalın yarısına bərabər çəki ilə daxil 

olur.  Əgər  əhalinin  yalnız  dövrün  əvvəli  və 

sonundakı  sayı  mövcuddursa,  onda  əhalinin  dövr 

ərzində  bərabər  artması  ehtimalında  əhalinin  orta 

sayı  onların  yarı  miqdarı    (orta  sayı)  kimi 

hesablanır,  əhalinin  sayının  həndəsi  silsilə  ilə 

artması  ehtimalında  isə  bütün  dövr  ərzində 

əhalinin  say  artımının  onun  natural  loqarifminin 

artımına  nisbəti  kimi  hesablanır.  Orta  əhalinin 

daha  çox  işlədilən  anlayışı  –  ilin  əvvəli  və 

sonundakı  əhalinin  orta  sayıdır.  Bu  kəmiyyətdən 



əhalinin  təbii  hərəkətinin  (doğumun,  ölümün, 

nikahın,  boşanmanın  ümumi  əmsalları)  və 

miqrasiyanın 

illik 

ümumi 


əmsalının 

hesablanmasında istifadə edilir. 

 

ORTA  ƏMƏK  HAQQI

  –  orta  hesabla  bir 

işçiyə  və  ya  işlənmiş  vaxt  vahidinə  hesablanmış 

əmək  haqqıdır.  Əmək  haqqı  fondunun  işçilərin 

orta  siyahı  sayına  və  ya  müəyyən  edilmiş  dövr 

ərzində  (saat, gün, həftə, ay, rüb, ilin əvvəlindən, 

il  üzrə)  faktiki  işlənmiş  adam-saatların  sayına 

bölünməsi  yolu  hesablanır.  Orta  əmək  haqqı 

işçilərin  növbəti  məzuniyyətdə  və  ezamiyyətdə 

olarkən,  dövlət  vəzifələrini  və  ictimai  vəzifələri 

yerinə  yetirərkən  saxlanılır.  Hamilə  və  südəmər  

uşaqları  olan  qadınlar  daha  yüngül  işə  keçirərkən 

onların da orta əmək haqqı saxlanılır. 



 

ORTA  GÜNLÜK  ĐSTEHSAL  ĐNDEKSĐ

  – 

müəssisənin iş rejimindən irəli gələn, bir işlənmiş 

gündə  müqayisə  edilən  dövr  üzrə  məhsul 

buraxılışının  dəyişikliklərini  xarakterizə  edən 

nisbi göstəricidir. Aşağıdakı düsturla hesablanır: 

0

1



0

1

0



0

1

1



T

T

Q

Q

T

Q

T

Q

I

÷

=



÷

=

 



Burda  Q

1

,  Q



0

  –  müqayisə  edilən  dövrdə  məhsul 

buraxılışıdır;  T

1, 


T

0

  –  müqayisə  edilən  dövrdə 



işlənmiş  fasiləsiz  iş  rejimində  təqvim  günlərinin 

sayına və ya 5 və ya 6 günlük iş həftəsində fasiləli 



 

515


rejim  şərtlərində  (bayram  və  istirahət  günlərini 

çıxmaqla)  iş  günlərinin  sayına  bərabər  olan 

günlərin sayıdır.  

Müəssisələrin  T  işlənmiş  gün  fondu  aşağıdakı 

düsturla hesablanır: 

T = 


6

6

5



5

d

P

d

P

d

K

n

+



+



 

Burda K - dövr ərzində təqvim günlərinin sayıdır; 

P

5

,  P



6

  –  5-6  günlük  iş  həftəsində  iş  günlərinin 

sayıdır;  d

n

,  d



5

,  d


6

  –  fasiləsiz  və  ya  5  və  ya  6 

günlük 

iş 


həftəsində 

işləyən 


müəssisələr 

tərəfindən istehsal olunan məhsulun payıdır. 



 

ORTA  ĐXTĐSAS  TƏHSĐL  MÜƏSSĐSƏ-

LƏRĐNĐN    NÖVLƏRĐ 

– 

kolleclərdən 

ibarətdir. 

Kollec

  –  təhsil  alanları  daha  yüksək  ixtisas 

səviyyəsi ilə təmin edən, kadrların hazırlanmasını 

uzadılmış  fərdi  təhsil  planları  üzrə  orta  peşə 

təhsilinin  genişləndirilmiş  proqramları  vasitəsilə 

həyata  keçirən  müstəqil  təhsil  müəssisəsinin 

yüksək 

növüdür 


(və 

ya 


universitetin, 

akademiyanın, institutun struktur bölməsidir). 

 

ORTA  ĐXTĐSAS  TƏHSĐLĐNĐN  TƏHSĐL 

MÜƏSSĐSƏLƏRĐ 

(orta 

ixtisas 

təhsili 

müəssisələri)  –  orta  ixtisas  təhsilinin  ixtisas 

təhsili 


proqramlarını 

həyata 


keçirən 

müəssisələrdir.  Orta  ixtisas  təhsilinin  təhsil 

müəssisələrinə  kolleclər  aiddir.  Orta  ixtisas 

təhsilinin  təhsil  müəssisələrinin  filialları,  tədris-

məsləhət  məntəqələri  (müəssisələri),  bölmələri, 

hazırlıq 

kursları, 

tədris 


kabinetləri 

və 


laboratoriyaları, 

tədris 


və 

tədris-istehsal 

emalatxanaları  və  təsərrüfatları,  təlim  poliqonları, 

mütəxəssis və işçilərin ixtisaslarının artırılması və 

yenidən  hazırlanması  və  digər  struktur  bölmələri 

ola bilər. Orta ixtisas təhsilinin təhsil müəssisələri 

“Təhsil  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa  uyğun  olaraq  yaradılır,  fəaliyyət 

göstərir, yenidən təşkil edilir və ləğv edilir. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin