A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə141/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   137   138   139   140   141   142   143   144   ...   182

RABĐTƏ  ŞƏBƏKƏSĐ

  –  ölkənin  ərazisi  üzrə 

məlumatların  ötürülməsi  üçün  rabitə  vasitələrinin 

təşkili  sistemidir.  Stansiya  və  xətti  rabitə 

qurğularının 

qarşılıqlı 

fəaliyyəti 

prinsipləri 

əsasında  qurulur  ki,  onların  ən  vacib  olanları 

aşağıdakılardır:  1)  bütün  ölkə  və  onun  ərazi 

kompleksləri  (ölkə,  iqtisadi  rayonlar,  şəhərlər, 

inzibati  rayonlar)  miqyasında  istehlakçılara  daha 

səmərəli 

və 

keyfiyyətli 



rabitə 

xidmətinin 

göstərilməsi;  2)  rabitə  şəbəkəsinin  səmərəli  və 

daha  qənaətli  qurulması.  Daha  dar  mənada  rabitə 

şəbəkəsi – məlumatların qəbul olunmasının (daxil 

edilməsinin),  verilməsinin  (çıxardılmasının)  və 

bölünməsinin 

(kommutasiyasının, 

növlərə 


ayrılmasının)  baş  verdiyi  rabitə  məntəqələrinin, 

müəssisələrinin  və  rabitə  məntəqələri  arasında 

məlumatların (informasiyanın) ötürülməsini təmin 

edən  rabitə  xətləri  və  kanallarının  məcmusudur. 



Rabitənin  növündən  asılı  olaraq,  poçt  rabitə 

şəbəkəsi  –  poçt  rabitəsi  və  poçt  marşrutları 

obyektlərinin  məcmusu  və  telekommunikasiya 

rabitə 


şəbəkəsi 

– 

EHM-lər 



arasında 

informasiyaların 

mübadiləsi, 

məlumatların 

telefonla,  teleqrafla,  faksla  ötürülməsi,  televiziya, 

radionun  səs  və  digər  növləri  və  ötürmə  cihazları 

kimi  bir  və  ya  bir  neçə  ötürmə  növü  ilə  təmin 

edilmiş texniki sistemlərə bölünür.  

Qarşılıqlı  əlaqəli  rabitə  şəbəkəsinin  tərkib  hissəsi 

olan  -  ümumi  istifadə  üçün  rabitə  şəbəkəsi 

fərqləndirilir.  Onun  xidmətləri  bütün  fiziki  və 

hüquqi  şəxslərin  istifadəsi  üçün  açıqdır;  idarə 

rabitə şəbəkəsi – ümumi istifadə rabitə şəbəkəsinə 

çıxışa malik olan istehsal və xüsusi ehtiyaclarının 

ödənilməsi 

üçün 


qurulmuş 

elektrik 

rabitə 

şəbəkəsi;  istehsaldaxili,  texnoloji  və  ayrılmış 



rabitə  şəbəkəsi  –  icra  hakimiyyəti  orqanlarının, 

eyni 


zamanda 

rabitə 


şəbəkəsinin 

ümumi 


istifadəsinə 

çıxışı 


olmayan 

istehsaldaxili 

fəaliyyətlərin  və  texnoloji  proseslərin  idarə 

edilməsi  üçün  qurulan  müəssisə,  idarə  və 

təşkilatların  telekommunikasiya  rabitə  şəbəkəsinə 

bölünür.  Telekommunikasiya  rabitəsi  şəbəkəsinin 

qurulması  əsasında  Azərbaycanda  –  ümumi 

mərkəzləşdirilmiş  idarə  ilə  təmin  edilmiş  ölkə 

ərazisində  texnoloji  olaraq,  bir-biri  ilə  əlaqədar 

elektrik  rabitə  şəbəkəsi  kompleksi  vardır.  Rabitə 

şəbəkəsinin  inkişafı  rabitə  müəssisələrinin  və 

məntəqələrinin  sayı,  rabitə  xətləri  və  kanalların 

uzunluğu  və  digər  infrastruktur  göstəriciləri  ilə 

xarakterizə olunur. 

 

RABĐTƏ  VASĐTƏLƏRĐ

 

 

elektrorabitə 

məlumatlarının,  ya  da  poçt  göndərmələrinin 

formalaşdırılması, 

işlənməsi, 

ötürülməsi 

və 

qəbulu  üçün  istifadə  edilən  texniki  vasitələrdir. 



Qarşılıqlı əlaqəli rabitə şəbəkəsində istifadə edilən 

bütün 


rabitə 

vasitələri, 

müəyyən 

edilmiş 


standartlar,  normalar,  texniki  tələblərə  uyğun 

olaraq, 


mütləq 

yoxlanmalıdır 

(sertifikatlaşdırılmalıdır).  

 

RABĐTƏ  VASĐTƏLƏRĐNĐN  BURAXILIŞ 



QABĐLĐYYƏTĐ

  –  vaxt  vahidində  (adətən,  bir 

saat)  aparaturaların,  avadanlıqların  ötürə  biləcəyi 

məlumatların  maksimal  mümkün  miqdarıdır. 



Rabitə 

kanalları 

dəstəsinin 

həcmindən 


 

549


(tutumundan) 

və 


aparaturanın 

texniki 


parametrlərindən  asılıdır.  Rabitə  vasitələrinin, 

aparaturanın,  avadanlığın  məhsuldarlığı,  onların 

konstruksiya parametrlərinə görə müəyyən olunan 

texnoloji  və  istismar  şəraitində  yüksək  ixtisaslı 

operatorun  ötürə  bildiyi  məlumatların  maksimum 

miqdarına görə müəyyən olunan istismar buraxılış 

qabiliyyəti  fərqləndirilir.  Rabitə  vasitələrinin 

buraxılış  qabiliyyəti  rabitə  vasitələrinin  istifadə 

dərəcəsini  və  rabitənin  işinin  keyfiyyətinin 

qiymətləndirilməsini  xarakterizə  etmək  üçün, 



rabitə  xidmətlərinin  həcmi  planlaşdırılarkən 

nəzərə alınır.  



 

RABĐTƏDƏ MÜBADĐLƏ

 – 1) müəyyən vaxt 

dövründə 

(gün, 

ay, 


rüb 

və 


il) 

rabitə 

müəssisələrində 

emal 


edilmiş 

məlumatların 

məcmusudur (yazılı mübadilə, teleqraf mübadiləsi 

və  s.).  Rabitədə  mübadilə,  yerinə  yetirilməmiş 

sifarişlərin kəmiyyəti qədər rabitədə yüklənmədən 

fərqlənir;  2)  poçt  rabitələri  obyektləri  arasında 

poçt  göndərmələrinin  (məktubların,  bağlamaların, 

qəzetlərin və s.) emalı və ötürülməsi prosesidir.  



 

RABĐTƏDƏ  TRANZĐT  MÜBADĐLƏSĐ

  –  


rabitənin  aralıq  müəssisə  və  məntəqələrindən 

(obyektlərindən)  keçməsi  prosesində  emal  etdiyi 

məlumatlardır. 

Tranzit 


rabitə 

mübadiləsinin 

mövcudluğu  magistral,  vilayət,  rayon  və  şəhər 

rabitə  məntəqələrinin  daxil  olduğu  şəbəkənin 

qurulmasının məntəqə sistemi ilə şərtləndirilir. 

 

RABĐTƏDƏ  YÜKLƏNMƏ

  –  müəyyən  vaxt 

dövründə  (saat,  gün,  ay)  rabitə  müəssisələrinə

onların  istehsal  bölmələrinə  (sexlər,  istehsal 

sahələri,  iş  yerləri)  daxil  olan  məlumatları 

(teleqramlar, 

telefon 


danışıqları, 

məktublar, 

bağlamalar  və  digər  göndərmələrin)  sayıdır. 

Đstehlakçıların  rabitə  xidmətlərinə  tələbatların 

qeyri-bərabər  olduğundan,  vaxta  görə  rabitə 

müəssisələrinə yük də qeyri-bərabər daxil olur. 



 

RABĐTƏDƏ  YÜKLƏNMƏNĐN  QEYRĐ-

BƏRABƏRLĐK  ƏMSALLARI

  –  günün 

saatları,  həftənin  günləri,  ilin  ayları  üzrə  daxil 

olan  yüklənmələrin  dəyişməsini  xarakterizə  edir 

və  öyrənilən  dövrdə  yüklənmələrin  bir  neçə  belə 

dövrlərin  orta  göstəricisindən  nə  qədər  çox  və  ya 

az olduğunu göstərir. Saat qeyri-bərabərlik əmsalı 

aşağıdakı  düsturla  hesablanır:  H

s

=q



s

/q

ss



  (q

s

  – 



ayrılıqda  götürülmüş  saatda  yüklənmə,  q

ss

  –  orta 



saatlıq  yüklənmədir).  Yüklənmənin  bir  günlük 

(həftə  daxili)  qeyri-bərabərlik  əmsalı  aşağıdakı 

qaydada  xarakterizə  olunur:  H

g

=q



g.

/q

og.



  (q

g

  – 



həftənin  müəyyən  bir  günlük  yüklənməsi,  q

og

  – 



həftə  ərzində  orta  sutkalıq  yüklənmədir).  Aylıq 

(günlük)  qeyri-bərabərlik  yüklənmə  əmsalı  belə 

hesablanır: 

H

ay



=q

ay

:q



or.ay

 

(q



ay

 

– 



hər 

ayın 


yüklənməsi,  q

or.ay


  –  il  ərzində  orta  aylıq 

yüklənmədir); 

yüklənmələrin 

mövsümi 


dəyişməsinin  xarakterizə  edilməsi  üçün  istifadə 

edilir.  Yüklənmələrin  qeyri-bərabərliyini  nəzərə 

almaqla,  rabitə  müəssisələrinin  avadanlıqlara 

(kanallara) və iş yerlərinə tələbatı hesablanır. 

 

RABĐTƏNĐN  ƏHALĐDƏN  ALINAN  GƏ-

LĐRLƏRĐ 

– 

əhaliyə 


rabitə 

xidmətinin 

göstərilməsindən  müəssisəsinin  xəzinəsinə  daxil 

olan bütün nağd pulu əks etdirir. 



 

RABĐTƏNĐN  FƏALĐYYƏT  MÜDDƏTĐ

  – 

müəssisələrin,  məntəqələrin  və  rabitə  xətlərinin 

müxtəlif növ məlumatların qəbulu, ötürülməsi  və 

çatdırılmasını  həyata  keçirdiyi  vaxtdır.  Digər 

göstəricilərlə  yanaşı,  rabitənin  fəaliyyət  müddəti 

rabitənin iş keyfiyyətini xarakterizə edir. 

 

RABĐTƏNĐN 

GƏLĐRLƏRĐ

 

– 

rabitə 

müəssisələrinin  əsas  və  digər  kommersiya 

fəaliyyətlərindən  əldə  etdikləri  ümumi  gəlirlərdir. 

Rabitə  sahəsində  əsas  fəaliyyətdən  olan  gəlirlər, 

cari  tariflər  üzrə  istehlakçılara  göstərilmiş  rabitə 

xidmətlərinin  ümumi  həcmi  üzrə  əldə  edilən  pul 

daxilolmaları  sayılır.  Rabitə  müəssisələrinin 

xidmətləri  natamam  xarakterə  malik  olduğundan 

və  ayrı-ayrı  rabitə  müəssisələri  məlumatların 

ötürülməsi  üzrə  istehsal  prosesində  müəyyən  bir 

mərhələni  yerinə  yetirdiyindən,  rabitə  xidmətinin 

göstərilməsi  üzrə  əsas  fəaliyyətdən  əldə  olunan 

gəlirin  hamısı    ona  aid  edilmir,  yalnız 

məlumatların  ötürülməsinin  ümumi  prosesində 

ona    aid  olan  hissə  nəzərdə  tutulur.  Rabitə 

müəssisələrinin  əsas  fəaliyyətdən  olan  gəlirləri 

sistemdaxili 

hesablamalarda 

qəbul 


edilmiş 

qaydalara uyğun olaraq hesablanır. 



 

RABĐTƏNĐN QIRAQ (UC) AVADANLIĞI

 

-  rabitə  kanalları  vasitəsilə  abonentlər  tərəfindən 

verilmiş  informasiyaların  ötürülməsi  və  qəbulu 

üçün 

olan 


elektrik 

rabitəsi 

siqnallarının 

formalaşdırılmasının 

texniki 

vasitəsidir. 

O, 

abonent 


xətlərinə  qoşulur 

və 


abonentlərin 

istifadəsində olur.  



 

RABĐTƏNĐN NÖVLƏRĐ 

(elektrik və poçt) – 

verilən  məlumatın  və  onun  ötürülmə  üsulunun 

xüsusiyyətindən  asılı  olaraq    fərqləndirilir. 

Elektrik  rabitəsi  -  işarələrin,  siqnalların,  yazılı 

mətnlərin,  təsvirlərin  və  səslərin  naqillər,  radio, 

optik  və  digər  elektromaqnit  sistemləri  vasitəsilə 

qəbulu  və  ötürülməsidir.  Rabitə  bir  neçə  növə 

bölünür: 

teleqraf 

rabitəsi 

teleqramların, 



fototeleqramların  qəbulu  və  çatdırılması,  teleqraf 

abonentləri  üzrə  danışıqların  təmin  edilməsi, 



 

550 


məlumatların  ötürülməsi  (müxtəlif  obyektlər, 

müəssisələr,  idarələr,  EHM  əsasında  sürətli 

məlumat 

mübadiləsi), 

qəzet 

səhifələrinin 



ötürülməsi;  telefon  rabitəsi  –  yerli  (şəhər  və 

kənd),  şəhərlərarası  və  beynəlxalq  telefon 

danışıqlarının 

həyata 


keçirilməsinin 

təmin 


edilməsi,  telefon  kanalları  ilə  məlumatların 

ötürülməsinin  təşkil  edilməsi;  radio-rabitə,  radio 

və  televiziya  verilişləri  –  radio  və  televiziya 

proqramlarının  efirə  verilməsi,  telefon-teleqraf 

məlumatlarının,  rəqəmli  məlumatların  ötürülməsi 

üçün radio kanalların verilməsi; internet rabitəsi – 

internet  protokollarının  (ĐP)  və  informasiyaların 

təmin  edilməsi  üçün  ümumdünya  miqyaslı 

paylanmış  qlobal  şəbəkələr  mübadiləsidir.  Poçt 

rabitəsi  –  poçt  göndərişlərinin,  həmçinin  pul 

vəsaitlərinin  poçt  və  teleqraf  köçürmələrinin 

qəbulu,  işlənməsi,  daşınması  və  çatdırılmasıdır; 

dövri  nəşrlərin  göndərilməsi,  çatdırılması  və 

yayılması,  pensiyaların,  müavinətlərin,  məqsədli 

ödənişlərin və s. çatdırılmasıdır. 

Rabitə növlərini nəzərə almaqla, rabitə sahəsi əsas 

fəaliyyətin bir sıra alt sahələrinə bölünür. 

 

RADĐO-TELEVĐZĐYA  STANSĐYALARI

  - 

səs və kadr görünüşlərini təmin etməklə, radio və 

televiziya  proqramlarının  yayılması  üçün  ölkə 

ərazisində  fəaliyyət  göstərən  stansiyalar  aiddir. 

Statistikada  aşağıdakılar  fərqləndirilir  -  gücü  1 

kVt və daha çox olan radio-televiziya stansiyaları; 

gücü  1  kVt–dan  az  olan  radio-televiziya 

stansiyaları.  

 

RAHAT MAĞAZA (ALICININ YAŞAYIŞ 

YERĐNĐN  YAXINLIĞINDA  YERLƏŞƏN 

MAĞAZA)

 – bu, böyük olmayan və yaxud orta 

sahəyə malik olan, əsasən qonşuluqda yaşayan və 

bu  mağazaya  piyada  gələn  alıcılar  üçün  nəzərdə 

tutulan  mağazadır.  Belə  mağazalar    gündəlik 

alınan  malları,  əsasən  ərzaq  məhsullarını  təklif 

edir.  Alıcılar  üçün  əlverişli  qanunvericiliyin 

mövcud  olduğu  ölkələrdə  onlar,  adətən  gecə 

yarısına qədər işləyirlər. 

 

RASTRA

  -  qrafik  şəkillərin  skanerləşdirilməsi, 

rəqəmli 


fotoaparat, 

videokamera 

çəkilişləri 

vasitəsilə  alınır  və  nöqtələrdən  təşkil  olunur. 

Rastra  qrafika  üçün  əsas  xarakteristika  vahid 

uzunluğa  düşən  nöqtələrin  sayıdır.  Rastra  qrafika 

termini ingilis dilində “Bitmap-qrafika” termininə 

uyğun  gəlir  və  mənası  –  bit  ölçüsünün  yerləşdiyi 

xəritə  deməkdir.  Rastra  qrafik  redaktoruna  Paint, 

Adobe  Photoshop,  Photostyler,  Adobe  Photo-

Paint,  Picture  Publisher,  Corel  Photo-Paint 

proqramları daxildir. 

 

RATSIN DÜSTURU 

– demoqrafik statistikada 

müəyyən  təqvim  dövrü,  bir  qayda  olaraq,  1  il 

üçün  körpə  ölümü    əmsalının  hesablanması 

məqsədilə  tətbiq  olunur.  Đlk  dəfə  XX  əsrin 

əvvəlində alman statistiki Y.Rats tərəfindən təklif 

olunmuşdur.  Ümumi  şəkildə  aşağıdakı  kimi 

yazılır:  

1000

0



+

=



N

N

M

m

β

α



 

burada M

0

 – həmin ildə 1 yaşadək uşaqların sayı; 



N – həmin ildə doğulanların sayı; N

 – əvvəlki ildə 



doğulanların  sayı,  α+β=  1.  α  və  β  çəkiləri  ölüm 

hallarının  ömrünün    birinci  ilinin  ayları  üzrə 

bölüşdürülməsi  haqda  hipotezdən  çıxış  edərək 

müəyyən  edilir.  Körpə  ölümünün  sonradan  aşağı 

düşməsi  gedişində  α=

3

2



,  β=

3

1



  və  s.  kimi  qəbul 

olunurdu.  Düstur  o  hallarda  tətbiq  olunur  ki,  1 

yaşadək  ölənlərin  sayı  nəsillər  üzrə  bölünə 

bilməz. 


RAYON

 

(fr. 



rayon) 

– 

1) 

hər 

hansı 


xüsusiyyətlərinə,  əlamətlərinə  görə  fərqlənən 

ərazidir. Rayon taksonomik vahidlərdən biri hesab 

olunur 

(məsələn; 



fiziki-coğrafi 

rayon); 


2) 

Azərbaycan Respublikasında inzibati-ərazi vahidi; 



3)  əhalisi  100  min  nəfərdən  çox  olan  şəhərlərdə 

yaradılan  inzibati-ərazi  vahidi;  4)  bir  sıra 

dövlətlərdə inzibati ərazi vahididir. 

RAYON  TƏNZĐMLƏMƏ  ƏMSALLARI  - 

ərazilər  üzrə  işçi  qüvvəsinin  təkrar  istehsalına 

bərabər  şəraitin  yaradılmasına  yönəldilmiş,  əmək 

haqqının  regional  tənzimləmə  sisteminin  əsas 

alətidir.  Rayon  tənzimləmə  əmsalları  regionlar 

üzrə 


əhalinin 

yaşayış 


dəyərindəki 

fərqləri 

kompensasiya 

etməyə 


yönəldilir. 

Rayon 


tənzimləmə  əmsalları  əmək  haqqına  faizlə 

nisbətdə  müəyyənləşdirilir  və  fərdi  əlavələr, 

uzunmüddətli xidmətə görə və işin yekununa görə 

mükafatlar, 

məzuniyyətlərin 

ödənilməsi 

çıxılmaqla işçinin faktiki əmək haqqı hesablanır. 

 

RAZILAŞMA 



(SAZĐŞ) 

QĐYMƏTĐ 

– 

bağlanmış  sazişlərə  uyğun  olaraq,  əmtəələrin 

satışının  həyata  keçirildiyi  qiymətdir.  Bununla 

yanaşı,  razılaşma  (saziş)  qiymətləri  sazişin 

şərtlərindən  asılı  olaraq  ya  müqavilənin  bütün 

dövrü ərzində daimi ola bilər, ya da satıcı ilə alıcı 

arasındakı  razılaşma  şərtləri  ilə  indeksləşdirilə 

bilər. 


 

REAL  ƏMƏK  HAQQI

  –  cari  dövrdəki  əmək 

haqqına  baza  dövründəki  qiymətlərə  uyğun 

olaraq,  alınması  mümkün  olan  əmtəə  və 

xidmətlərin  həcmidir.  Başqa  sözlə,  real  əmək 

haqqı  – 

nominal 


əmək 

haqqının 

alıcılıq 


 

551


qabiliyyətidir.  Real  əmək  haqqının  dinamikasının 

təhlili  üçün  nisbi  göstəricilərdən  istifadə  olunur. 

Praktikada  real  əmək  haqqı  göstəricisinin  dəyər 

ifadəsi  ilə  deyil,  onun  faizlə  dəyişməsinin 

göstərilməsinə üstünlük verilir.  

Đstehlak  mallarına  və  xidmətlərə  qiymətlərin 

dəyişməsi  ilə  əlaqədar  olaraq,  əmək  haqqının 

alıcılıq 

qabiliyyətinin 

dəyişməsinin 

xarakteristikası  üçün  real  əmək  haqqının  indeksi 

hesablanır.  Bunun  üçün  nominal  əmək  haqqı 

indeksini  istehlakçı  qiymət  indeksinə  bölmək 

lazım  gəlir.  Hər  iki  indeks  eyni  bir  dövrə  aid 

olmalıdır. 

 

REAL  ƏMTƏƏ  BAZARI  (MÖVCUD, 

FĐZĐKĐ 

BAZAR)

 

– 

təxirə 


salınmadan  

hesablaşmalar  aparılan  mövcud  əmtəələr  üzrə 

sövdələşmələrin baş verdiyi bazardır. 

 

REAL ĐNVESTĐSĐYALAR

 – bütün növlərdən 

olan qeyri-maliyyə aktivlərinin (istehsal və qeyri-

istehsal aktivlərinin) alınması məqsədi ilə qoyulan 

kapitalı 

əks 

etdirir 


(“Kapital 

yaradan 

investisiya”ya  bax).  Qeyri-maliyyə  aktivlərinə 

investisiyalar 

istehsal 

olunan 


aktivlərə 

investisiyalardan  və  istehsal  olunmayan  aktivlərə 

investisiyalardan ibarətdir. 

 

REAL  NƏSĐL

  (doğulduğu  il  üzrə  koqorta)  –  

eyni vaxtda doğulmuş insanların məcmusu, yaxud 

yaşıdların  məcmusudur.  Uzununa  təhlil  metodu 

ilə  demoqrafik  proseslərin  təsviri  zamanı  real 

nəsil əsas anlayış kimi istifadə olunur. 

 

REAL NƏSĐL METODU

 –“Uzununa təhlil”ə 

bax. 


 

REAL  NƏSLĐN  ÖLÜM  CƏDVƏLLƏRĐ

  – 


qarşılıqlı əlaqədə olan kəmiyyətlərin nizamlanmış 

sırasıdır,  doğulanların  müəyyən  məcmusunun 

ölümü  ilə  əlaqədar  yaşa  dolduqca  real  nəslin 

azalmasını  göstərir  (“Ölüm  cədvəlləri”nə  bax). 

Real  nəslin  ölüm  cədvəlləri  müəyyən  təqvim 

dövründə ölümü xarakterizə edən hipotetik nəslin 



ölüm cədvəllərinə nisbətən az qurulur. Real nəslin 

ölüm  cədvəlləri  göstəricilərini  müəyyən  etmək 

üçün, təxminən 100 il ərzində nəslin ölümü haqda 

statistik  məlumatlar  olmalıdır  (“Uzununa  təhlil”ə 

bax).  Real  nəslin  ölüm  cədvəlləri  yaşdan  asılı 

olaraq 


ölümün 

dəyişməsinin 

həm 

ümumi 


qanunauyğunluqlarını,  həm  də  nəslin  həyat 

şəraitindəki 

dəyişikliklərlə 

bağlı 


xüsusi 

qanunauyğunluqları  əks  etdirir.  Real  nəslin  ölüm 

cədvəllərindən  tarixi-demoqrafik  tədqiqatlarda 

istifadə olunur. 

Bəzən  real  nəslin  ölüm  cədvəlləri  dolayı  metodla 

qurulmuş  hipotetik  nəslin  ölüm  cədvəllərindən 

fərqli  olaraq,  düz  metodla  (“Laplasın  düz 

metodu”)  hesablanan  ölüm  cədvəlləri  adlanır. 

Belə  qarşıqoyma  düzgün  deyil,  çünki  cədvəllər 

hesablama  metodu  ilə  deyil,  xarakterizə  olunan 

obyektlə fərqlənir.  

 

REAL 

VAXT 

REJĐMĐ 

– 

hesablama 



sisteminin  işinin  təşkil  edilməsidir  ki,  bu  zaman 

hesablama,  EHM-dən  asılı  olmayan,  bəzi  xarici 

proseslərə  xidməti  təmin  edən  templə  aparılır. 

Belə  işləmənin  zəruriliyi  texnoloji  proseslərin, 

nəqliyyat  vasitələrinin  və  s.  nəzarət  və  idarə 

olunma


 

sistemlərində  EHM-in  tətbiqi  zamanı 

meydana çıxır.  

 

REEMĐQRASĐYA

  (lat.  re  –  ön  şəkilçisidir, 

burada  əks  hərəkət  deməkdir  və  emiqrasiya)  – 

emiqrantların  könüllü,  müstəqil  şəkildə  vətənə 

qayıdışıdır,  bir  qayda  olaraq,  vətəndaşlığı  bərpa 

olunmaqla.  “Reemiqrasiya”  termini  mahiyyətinə 

görə  repatriasiya  termininə  yaxındır,  çox  vaxt 

onlar sinonim kimi tətbiq olunur. 

 

REGĐONA  (ÖLKƏYƏ,  ĐQTĐSADĐ  RA-

YONA,  RAYONA,  ŞƏHƏRƏ)  GƏTĐRMƏ 

(GÖNDƏRMƏ)

  –  digər  regionlardan  nəqliyyat 

vasitəsilə 

gətirilmiş 

yüklərin 

miqdarıdır 

(ümumilikdə  və  ya  onların  növləri  üzrə).  Digər 

regionlardan gətirilmiş bütün yüklərin cəmi (və ya 

gətirilmiş bütün yüklərin miqdarı)  ilə regionun öz 

məntəqələrindən  gətirilmiş  yüklərin  miqdarının 

fərqi  kimi  müəyyən  edilir.  Bu  göstərici  bir  ərazi 

bölməsinin  digər  regionlarla    iqtisadi  əlaqəsini 

xarakterizə etmək üçün istifadə olunur. 



 

REGĐONAL STATĐSTĐKA

  - ərazi əlamətləri 

üzrə  qurulmuş  iqtisadi-statistik  məlumatların 

obyektiv və müasir sistemidir. 

Regional  statistika  bu  və  ya  digər  ərazinin 

xüsusiyyətlərini  nəzərə  alır  və  təşkil  olunan 

statistik  müşahidələr  və  ərazinin  xüsusiyyətlərini 

nəzərə  alan  və  ondan  iqtisadiyyatın  idarə 

olunmasında  istifadə  olunan  əlavə  məlumatların 

əldə olunması məqsədilə müvafiq dövlət statistika 

orqanlarının 

apardığı 

regional 

statistik 

müşahidələr 

əsasında 

regional  idarəetmənin 

müxtəlif  hissələrində  iqtisadi  təhlil  məsələlərinə 

tətbiq olunan göstəricilər sistemini konkretləşdirir.  

Regionlararası 

qarşılıqlı 

fəaliyyət 

sahəsində 

iqtisadi  inteqrasiya 

və 

səmərəli 



idarəetmə 

metodlarının 

fəaliyyət 

göstərməsi 

üçün 

prioritetlərdən  biri,  regionların  iqtisadi  və  sosial 



inkişaf  indikatorlarının  müqayisəli  təhlil  edilməsi 

məsələsidir. 

 


 

552 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin