PROQRAM TƏMĐNATININ DÜZLÜYÜ
–
proqram təminatının istifadəçinin və standartların
tələblərinə
uyğunluğunun
xarakteristikasıdır.
Dəqiq spesifikasiyaya və bu tələblərə proqramı
hazırlayanlar
tərəfindən
əməl
edilməsinə
əsaslanır.
PROQRAM TƏMĐNATININ ETĐBARLI-
LIĞI
– istismar prosesində iş qabiliyyətinin
saxlanmasına
görə
proqram
təminatının
xüsusiyyətidir. Nasazlıq nəticəsində proqramın
yerinə yetirilməsində meydana çıxan səhvlərlə
xarakterizə olunur. Səhvlər həm tapşırığın yerinə
yetirilməsində müəyyənləşdirilmiş ardıcıllığın
pozulması (proqramın işinin pozulması) kimi,
həm də maşının müxtəlif əməliyyatları düzgün
yerinə yetirməməsi və ya EHM-in yaddaşında
saxlanan məlumatların təhrifi kimi meydana çıxa
bilər. Sıradan çıxmanın son nəticəsi çıxış
məlumatlarının təhrif edilməsinə və ya proqramın
“daim eyni yerdə təkrarlanmasına” səbəb olur.
PROQRAMLARIN
DÖVRƏLƏRĐ
–
hesablama prosesində dəfələrlə istifadə olunan
proqram bölmələridir.
PROQRAMLARIN
GENERATORU
–
qeyri-ənənəvi
təsvirinə
görə
proqramların
yenilənməsidir. Proqram generatoru istifadəçi
tərəfindən verilmiş tapşırığın parametrlərini,
massivlərin strukturunu, hesablama ehtiyatlarını
təhlil edir və konkret tətbiq üçün işçi proqramını
formalaşdırır. Hər bir proqram generatoru
proqram kitabxanası ilə əlaqəlidir.
PROQRAMLARIN
SAZLANMASI
–
verilmiş alqoritmə və qoyulmuş məqsədlərə
uyğun olaraq, proqramda səhvlərin müəyyən
edilməsi
və
aradan
qaldırılması,
elektron
hesablama maşınlarında düzgün işləməsi faktının
müəyyənləşdirilməsi
prosesidir.
Sərbəst
proqramların sazlanması hesabi əməliyyatların
düzgünlüyünün yoxlanmasının aparılmasına, şərti
keçid əmrlərinin idarə edilməsinə, modifikasiya
əmrlərinin yerinə yetirilməsinə imkan verir.
Sərbəst proqramların sazlanması avtomatik və
yarım avtomatik rejimdə həyata keçirilir. Yarım
avtomatik
rejimdə
proqramçı
nəticələrin
yoxlanması və düzəlişlərin daxil edilməsi üçün
sazlanmış
proqramın
yerinə
yetirilməsinin
kəsişmə nöqtəsini nəzərdə tutur. Avtomatik
rejimdə proqramın sazlanması xüsusi sazlanmış
proqramlarla həyata keçirilir.
PROQRAMLARIN
SEQMENTLƏŞDĐ-
RĐLMƏSĐ
– onlardan hər birinin EHM-in
ayrılmış yaddaş sahəsində yerləşdirilməsi məqsədi
ilə proqramların ayrı-ayrı hissələrə (seqmentlərə)
bölünməsidir.
PROQRAMLARIN TRANSLYASĐYASI –
EHM-də bir dildə yaradılmış proqramın, mənaca
dəyişmədən maşın koduna keçirilmə prosesidir.
PROQRAMLAŞDIRMA
-
komandaların
ardıcıllığının xüsusi işarələrlə yazılmasından
ibarət olan, bu əməliyyatlarda iştirak edən zəruri
kodları, obyektləri göstərən vəzifələrin EHM-də
həlli üçün hazırlıq prosesidir. Komandaların
özlərinin ardıcıllığı alqoritmdən asılı olaraq
541
müəyyənləşdirilir.
Proqramlaşdırma
prosesi
aşağıdakı mərhələlərdən ibarətdir: qoyulmuş
vəzifələrin
riyazi
ifadə
olunması
(formalaşdırılması), həlli metodunun seçilməsi,
tapşırığın
alqoritmik
təsviri,
alqoritmin
proqramlaşdırma dilində təsviri (proqramların
işlənməsi) və proqramlaşdırma dilinin maşın
dilinə çevrilməsi.
PROQRAMLAŞDIRMA
DĐLĐ
–
proqramların təsvir edilməsi üçün yaradılan süni
dildir.
Konstruksiyaların
yazılışını
müəyyənləşdirən qaydalar çoxluğudur - əlifba ilə,
sintaksislə və semantika ilə verilir.
PROQRAMLAŞDIRMA XƏTASI
– EHM-
in işinin keyfiyyət göstəricisinin verilən və ya
maksimum
yol
verilə
bilən
qiymətdən
kənarlaşmasının
xarakteristikasıdır.
Xətanın
aşağıdakı növləri fərqləndirilir: hesabi, məntiqi,
göstəricilərə müraciət xətası, EHM-in yaddaşı
səviyyəsi arasında göstəricilərin mübadiləsi xətası
və s. Proqram təminatının hazırlanmasının
mərhələliyi
xüsusiyyət,
layihələndirmə,
proqramın sazlanması, testləşdirmə, ötürmə
xətalarının əmələ gəlməsinə şərait yaradır.
PROQRAMLAŞDIRMA
SĐSTEMĐ
–
müəyyən avadanlıqlarda bu dillərdən istifadəyə
xidmət edən müvafiq translyator və proqramların
proqramlaşdırma dillərinin məcmusudur.
PROQRAMLI TURĐZM
- istehlakçının tipinə
və səyahətin məqsədinə optimal şəkildə cavab
verən normativlərə uyğun həcmdə xidmətlər
kompleksinin turistlərə təqdim edilməsidir. Eyni
zamanda, bu xidmətlər kompleksi rekreasiya
tələbatlarına müvafiq olaraq məzmunlu fəaliyyəti
təmin etməlidir.
PROSESSOR
-
hesab
və
məntiqi
əməliyyatların, proqramların yerinə yetirilməsi
proseslərini
idarə
edən
qurğudur.
Fərdi
kompüterlərin əsasını prosessor və yaddaş bloku
təşkil edir. Prosessor hesab-məntiq qurğusundan
və idarə qurğusundan ibarətdir. Đdarə qurğusu
proqramdakı əmrləri qəbul edir və onların yerinə
yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu isə
hesablama əməllərini yerinə yetirir.
Prosessorun sürəti takt tezliyi, saniyədə taktların
sayı, yəni saniyədə əməliyyatların sayı ilə təyin
edilir.
PROTOGENETĐK
ĐNTERVAL
(yunan.
prótos – birinci və genetikos – doğan) – nikaha
daxil olma ilə birinci uşağın doğulması arasında
vaxt intervalıdır. Demoqrafiyada nəsil üçün,
adətən qadınların nəsli üçün orta hesabla müəyyən
edilir. Bir qayda olaraq o 9 aydan az olmur. 9
aydan az olan müddət ya nikahdan əvvəl hamilə
olduğunu, ya da vaxtından əvvəl doğumu sübut
edir.
Protogenetik intervalın hesablanması zamanı
nikah bağlama tarixi kimi hansı tarixin qəbul
olunmasının əhəmiyyəti var – nikah həyatının
faktiki
başlanması,
yaxud
nikahın
hüquqi
rəsmiləşdirilməsi anı. Protogenetik intervalın
təhlili anamnestik müayinələrin materialları üzrə
intergenetik intervallarla yanaşı həyata keçirilir.
Protogenetik
interval
uşaq
doğumunun
tənzimləmə prosesini əks etdirir.
Yuxarı yaşlarda protogenetik interval artır. Bu,
uşaq doğumunun tənzimlənməsinin güclənməsi
ilə, həm də yaş artdıqca qadınlarda nəsilvermə
qabiliyyətinin bir qədər aşağı düşməsi ilə bağlıdır.
Protogenetik intervalın dəyişməsi hipotetik nəsil
üçün doğum göstəricilərinə əks təsir göstərir:
protogenetik interval artıqda – aşağı düşür,
azaldıqda – artır.
PROVAYDER
(ingiliscə: The Internet service
provider) – öz server resursları və korporativ
lokal şəbəkəsi vasitəsilə şəxslərə və ya təşkilatlara
xüsusi ödəniş hesabına internetə qoşulmanı təmin
edən xüsusi lisenziyaya malik firmadır.
PUL
– 1) bütün digər əmtəələrin ümumi qəbul
edilmiş dəyər formasını əks etdirən, ümumi
ekvivalent rolunu yerinə yetirən xüsusi əmtəədir.
Kağız pul, sikkə, bank hesablarındakı qalıqlar
formasında çıxış edir; 2) hər hansı xüsusi
vəzifənin (tapşırığın) həll edilməsi üçün iqtisadi
agentlər arasında bağlanan saziş formalarından
biridir. Belə saziş zamanı gəlir ümumi fonda daxil
olur və pul iştirakçıları tərəfindən əvvəlcədən
müəyyən
edilmiş
kvotalara
uyğun
olaraq
bölüşdürülür. Pulun funksiyaları aşağıdakılardan
ibarətdir: dəyər ölçüsü, tədavül vasitəsi, yığım və
qənaət (saxlama) vasitəsi, ödəmə vasitəsi, dünya
pulu.
PUL VASĐTƏLƏRĐ
– məsrəflərin xüsusi
maddələrini (faiz tarifi üzrə risk, valyuta
mübadiləsi ilə bağlı risklər və s.) və ya alver
əməliyyatlarının maliyyələşdirilməsini ödəmək
üçün maliyyə vasitəsidir.
Onlar əməliyyatların etibarlılığına və pula çevrilə
bilmə qabiliyyətinə zəmanət olmaqla və ya
zəmanət olmamaqla bazarda sərbəst dövr edə
bilərlər.
PUL AQREQATI
– pul kütləsinin həcm və
strukturu göstəricisidir. Pul və pul vəsaitlərinin
bir-birindən likvidlik səviyyəsinə, yəni tez bir
542
zamanda nağd pula çevrilə bilmək imkanlarına
görə fərqlənən növləridir. Müxtəlif ölkələrdə pul
aqreqatlarının tərkibi müxtəlif olur.
PUL
BARATLARI
-
idarə,
müəssisə,
təşkilatların ünvanına göndərilən pul baratları,
əmək haqqı və müavinətlərin ümumi həcmini
xarakterizə edir. Respublika daxili və beynəlxalq
göndərmələr,
həmçinin
daxil
olmuş
pul
baratlarının sayı və ümumi məbləği daxildir.
PUL BAZARI
- əsas etibarilə müəssisələrin
dövriyyə kapitalının, bankların, dövlətin, ayrı-ayrı
hüquqi
və
fiziki
şəxslərin
qısamüddətli
ehtiyatlarının hərəkətinə xidmət edən, əsasən
qısamüddətli (1 gündən 1 ilədək olan müddətdə)
depozit-borc əməliyyatlarını həyata keçirən borc
kapitalı bazarının hissəsidir. Beynəlxalq valyuta-
kredit münasibətlərinin inkişafı ilə əlaqədar olaraq
beynəlxalq pul bazarı formalaşdırılmışdır ki,
bunun da əsas tərkib hissələrindən biri Avropa
bazarıdır. Pul bazarının əməliyyat vasitələri –
xəzinə
və
kommersiya
vekselləri,
depozit
sertifikatları, bank akseptləri və digər hesablaşma
vasitələrindən
ibarətdir.
Kredit
mexanizmi
vasitəsilə pul bazarında maksimum qısa
müddətlərə iri əməliyyatlar həyata keçirilir.
PUL BAZASI
– pul kütləsinin müstəqil
komponentidir. Özündə M0 aqreqatını (tədavüldə
olan nağd pulları) üstəgəl bankların kassalarında
olan pul vasitələri, Mərkəzi Bankda kommersiya
banklarının məcburi ehtiyatları və Mərkəzi
Bankda onların müxbir hesablarında olan
vəsaitləri birləşdirir. Pul bazası statistikada
ənənəvi olaraq “N” hərfi ilə (məcmu pul kütləsi
M3-dən fərqli olaraq) ifadə edilir. Pul bazası
ümumi pul kütləsinə müəyyənedici təsir göstərir.
PUL FORMASINDA TRANSFERLƏR
–
transferin xüsusi halıdır, bu zaman nağd pullar və
ya əmanətlər bir vahiddən digərinə, hər hansı bir
ekvivalent
almadan,
təmənnasız
köçürülür,
məsələn, ödənilən pensiyalar, təqaüdlər və s.
PUL ĐSLAHATI
– pul tədavülünün qaydaya
salınması və möhkəmləndirilməsi məqsədilə
həyata keçirilən, pul sistemlərinin tam və yaxud
qismən dəyişdirilməsidir. Pul islahatı ölkənin
iqtisadi vəziyyətindən, milli valyutanın qiymətdən
düşmə dərəcəsindən, dövlətin siyasətindən asılı
olaraq müxtəlif metodlarla həyata keçirilir. Belə
formalara valyutaların denominasiyası, köhnə pul
vahidinin əvəzinə yeni pul vahidinin (və ya köhnə
pul vahidi ilə paralel) tədavülə buraxılması, milli
valyutanın devalvasiyası və revalvasiyası, ayrı-
ayrı pul nişanlarının yeni nümunələrlə əvəz
edilməsi və s. aid edilir. Azərbaycanda pul islahatı
denominasiya formasında 2006-cı ilin yanvar
ayının
1-dən
həyata
keçirilmişdir
(“Denominasiya”ya bax).
PUL KÜTLƏSĐ
– müəyyən tarixə və ya
müəyyən dövr ərzində pulun hərəkətinin
kəmiyyət xarakteristikasıdır. Tədavülə buraxılan
kağız pulların (əsginasların) və metal sikkələrin
cəmidir.
Beynəlxalq statistikada (BMT) pul kütləsinin
cəmində nağd pullardan başqa, həmçinin depozit
pullar da nəzərə alınır.
Beynəlxalq Valyuta Fondu bütün ölkələr üçün
ümumi olan M1 göstəricisini (nağd pullar və çek
kitabçalarındakı əmanətlərin bütün növləri) və
daha geniş göstərici olan “kvazipul”u (təcili və
əmanət bank hesablarını və bazarda dövr edən
daha çox pula çevrilə bilən maliyyə vasitələrini)
hesablayır.
ABŞ-da və Đtaliyada pul kütləsi 4 əsas göstəriciyə,
Đngiltərədə 5 göstəriciyə, Đsveçrə və Almaniyada 3
göstəriciyə, Fransada isə 10 göstəriciyə bölünür.
PUL KÜTLƏSĐ AQREQATLARI
- pul
tədavülünün tənzimlənməsi məqsədilə onun
öyrənilməsinə yönəldilən pul kütləsinin həcmini
və strukturunu əks etdirən göstəricilərdir. Məcmu
pul kütləsi pul kütləsi aqreqatlarından ibarətdir:
- M0= bank sistemindən kənar nağd pul;
- M1=M0+ kommersiya banklarında əhalinin və
müəssisələrin depozitləri;
- tələbli əmanət banklarında əhalinin depozitləri;
- müəssisə, təşkilat və vətəndaşların hesablaşma,
cari və xüsusi hesablarındakı vəsaitləri;
-
M2=M1+
əmanət
banklarında
müddətli
əmanətlər;
- M3=M2+ bankların depozit sertifikatları; dövlət
istiqraz vərəqələri;
- bankların və dövlətin digər qiymətli kağızları.
PUL
MULTĐPLĐKATORU
–
bank
ehtiyatlarının artması hesabına dövriyyədə olan
pul kütləsinin artırılmasına xidmət edən əmsaldır.
Aşağıdakı əmsalla hesablanır:
M2 / H = (C + D) / (C + R) = (C / D + 1) / (C / D
+ R / D),
Burada M2 – tədavüldə olan pul kütləsi; H – pul
bazası; C – nağd pul; D – depozitlər; R –
kommersiya banklarının ehtiyatlarıdır.
Pul multiplikatorunun son (maksimum mümkün
olan) həddi kommersiya bankları üçün Mərkəzi
Bank tərəfindən müəyyən edilmiş məcburi
ehtiyatların əks tariflərinə bərabərdir. Pul
kütləsinin
dinamikasına
nəzarət
etmək,
543
kommersiya banklarının iqtisadiyyata kredit
qoyuluşlarının
genişləndirilməsi
imkanlarının
təhlili üçün istifadə edilir.
PUL NƏZƏRĐYYƏSĐ
– pulun miqdarının
iqtisadi sistemin vəziyyətinə təsiri məsələləri ilə
məşğul olan istənilən nəzəriyyədir.
PUL SĐSTEMĐ
– ölkədə tarixən yaranmış və
qanunvericiliklə təsdiqlənmiş pul dövriyyəsinin
təşkili formasıdır. Özündə aşağıdakı elementləri
birləşdirir: a) rəsmi pul vahidini; b) nağd pulların
emissiya qaydasını; c) pul dövriyyəsinin təşkilini
və tənzimlənməsini. Azərbaycan Respublikasında
rəsmi pul (valyuta) vahidi manatdır. Azərbaycan
Respublikasının ərazisində digər pul vahidlərinin
tətbiqi
və
pul
surroqatlarının
buraxılışı
qadağandır.
PUL STANDARTI
– bir və ya bir sıra ölkələrin
pul sistemi əsasında ümumi razılaşma ilə qəbul
edilən qiymətli şeylər və ya materiallardır. Bu,
bazaya münasibətdə pul vahidlərinin təminatı
(tərkibi)
ilə
müəyyənləşdirilir.
Aşağıdakı
standartlar fərqləndirilir: metal standartı, qızıl
standartla qızıl külçə standartı, qızıl deviz
standartı, qızıl valyuta standartı.
PUL TƏDAVÜLÜ
– 1) əmtəələrin dövr
etməsinə, həmçinin təsərrüfatda müxtəlif ödəmə
və hesablaşmalara xidmət edən pulun hərəkətidir.
Pul tədavülü sferasına qeyri-nağd pul dövriyyəsi
və nağd pulların tədavülü ilə (“Nağd pul
dövriyyəsi”nə bax) hədd qoyulur. Pul tədavülünün
çox hissəsi maliyyə əməliyyatlarının (qiymətli
kağızların
müxtəlif
növləri
ilə
aparılan
sövdələşmələr, ssuda əməliyyatları, vergi
ödəmələri və s.) payına düşür; 2) istehsal sferası
miqyasında pul tədavülü və ya pul dövriyyəsi –
təkrar istehsal prosesində pul vasitələrinin hərəkət
prosesidir.
Fasiləsiz
(arasıkəsilmədən)
pul
tədavülü üçün daima ehtiyatlara, xərclərə,
hesablaşmalara və təkrar istehsal dövrəsinin başa
çatdırılması
üzrə
ödəmə
vasitələrinə
olan
müvəqqəti tələbatı ödəməyə avans vermək üçün
dövriyyə vasitələri lazımdır.
Pul tədavülünün iki növü mövcuddur. Birincisi,
bu, nağd pulların, yəni banknotların və sikkələrin
tədavülüdür. Bu halda ödəniş vasitəsi qismində
mallar üçün bir subyekt tərəfindən digərinə
verilən real pul nişanları çıxış edir. Đkincisi, bu,
nağdsız pul tədavülüdür. O, bank müəssisələrində
müəyyən məbləğin bir subyektin hesabına
keçirilməsindən ibarətdir.
PUL TƏDAVÜLÜ QANUNU
– tədavül üçün
zəruri olan pulun miqdarını müəyyənləşdirən
iqtisadi qanundur. Pul tədavülü qanunu aşağıdakı
göstəricilər arasındakı əlaqəni əks etdirir: pul
kütləsi, mal və xidmətlərin qiymətlərinin məbləği,
kredit, borcların qarşılıqlı ödənilməsi, pulun
tədavülünün sürəti və s.
PUL TƏDAVÜLÜNÜN SÜRƏTĐ
– pul
nişanlarının tədavül və tədiyə vasitələri şəklində
fəaliyyəti zamanı, onların hərəkətinin intensivlik
göstəricisidir. Pul tədavülünün sürəti statistik
olaraq, eyni adlı pul vahidlərinin dövriyyələrinin
sayı ilə və ya tədavüldəki pul qalıqlarına
dövriyyənin nisbəti bazasında hesablanan bir
dövriyyənin davamlılığı ilə ifadə olunur. Pul
tədavülünün sürəti hesablanarkən, əhalidə olan
pul kütləsindən nağd-pul yığımını ayırmaq və
əhali əmanətlərindən cari xərclər üçün ayrılan və
ona görə də dövriyyədə olan hissəsini nəzərə
almaq lazımdır. Nağd pul dövriyyəsinin tam əhatə
olunmasından
asılı
olaraq,
pulların
bank
kassalarına qayıtma sürəti (bank kassalarına
qayıdan pul məbləğinin tədavüldə olan pulun orta
illik kütləsinə olan nisbəti) və nağd-pul
dövriyyəsində pulun sürəti (daxil olan pul
məbləğinin verilən nağd pul məbləğinə olan
nisbəti, poçtun və əmanət kassaları dövriyyəsinin
tədavüldə olan pulun orta illik kütləsinə olan
nisbəti daxil olmaqla) fərqləndirilir.
Əmtəə
dövriyyəsində
pul
tədavülünün
sürəti
hesablanarkən,
dövriyyədə
pul
nişanlarının
dəyişməsinin ümumi sayı deyil, yalnız əmtəələrin
alış-veriş aktlarının xidməti zamanı onların sayı
nəzərə alınır. Bu zaman pulların qeyri-əmtəə
keçidləri
qonşu
əmtəə
metamorfozalarının
arasındakı vaxt dövrünü (belə desək, əvəzçilik
səmərəliliyini) uzadır.
PUL VAHĐDĐ
– ölkə pullarının qanunvericiliklə
müəyyən edilmiş qaydada adıdır (manat, marka,
lirə və s.). Pul vahidi milli pul sisteminin elementi
hesab olunur. Đstifadənin əlverişli olması üçün pul
vahidi xırda proporsional hissələrə bölünür.
Məsələn; 1 manat = 100 qəpik və s.
PUL VƏ KVAZĐPUL VASĐTƏLƏRĐ
–
birlik və təşkilatların (o cümlədən büdcə, kredit,
sığorta
təşkilatlarının)
daimi
təsərrüfat
dövriyyəsində olan, müxtəlif növ gəlir və
daxilolmalardan bank hesablarında yığılan və
onların öz məqsədləri üçün istifadə etdikləri və ya
bank
ehtiyatları
(resursları)
şəklində
yerləşdirdikləri pul vasitələridir. Pul vasitələri
tamamilə onların sahibinin sərəncamında olur. Bu
vəsaitlər hesabına əmtəə və xidmətlərə görə
ödəmələr, dövlət büdcəsinə ödəmələr, bankların
ssudalarının
ödənilməsi,
əmək
haqlarının,
mükafatların və s. verilməsi həyata keçirilir. Pul
544
vəsaitinin bir hissəsi birliyin, müəssisənin,
təşkilatın kassasında nağd formada yığılır.
Kvazipullar – qanuni ödəmə vasitəsi hesab
edilməyən, ancaq öhdəliyin ödənilməsi üçün
istifadə oluna bilən, pula çevrilmə qabiliyyətli
aktivlərdir.
Beynəlxalq
Valyuta
Fondunun
metodologiyasına əsasən, bu – təcili və əmanət
bankı hesablarıdır və bazarda dövriyyə edən, daha
çox pula çevrilmə qabiliyyəti olan maliyyə
vasitələridir. Müasir şəraitdə kvazipullar - pul
kütləsinin əsas komponentdir, onun ən dinamik
artan tərkib hissəsidir.
Dostları ilə paylaş: |