A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə108/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   104   105   106   107   108   109   110   111   ...   182

MAL SATIŞI (ALIŞI) ÖLKƏSĐ 

-  mal satan 

və  ya  alan  firma  və  təşkilatların  yerləşdikləri 

ölkədir.  Malların  satış  (alış)  ölkəsi  üzrə,  əgər 

tədarük zamanı təyinat ölkəsi və ya malın mənşəyi 

məlum deyilsə, ixrac və idxal əks olunur. 

 


 

416 


MAL  VƏ  XĐDMƏT  EHTĐYATLARININ 

DƏYĐŞMƏSĐ

  –  (I)  -  ehtiyatların  dəyişməsi 

(müsbət  və  ya  mənfi)  maliyyə  hesabat    ilinin 

(hesabat 

dövrünün) 

sonuna 

və 


əvvəlinə 

ehtiyatların  dəyəri  arasındakı  fərq  kimi  müəyyən 

edilir. 

Ehtiyatların  tərkibində  (onların  dəyişməsində) 

aşağıdakı növləri fərqləndirmək olar: 

-  vahid  tərəfindən  istehsal  olunmuş  məhsulların 

ehtiyatları (son məhsul); 

- yenidən satmaq və subpodratçılara vermək üçün 

alınmış əmtəələr;  

-  xammalların,  istehlak  mallarının  və  xidmətlərin 

sair alışı. 

Ehtiyatlar  əlavə  dəyər  vergisi  çıxılmaqla  uçota 

alınır.  

(II)  -  hesabat  ilinin  (dövrünün)  əvvəlinə  və 

sonuna maddi dövriyyə vasitələrinin ehtiyatlarının 

dəyərlərinin fərqidir (müsbət və ya mənfi). Maddi 

dövriyyə  vasitələrinin  ehtiyatlarının  dəyişməsi, 

ehtiyatlara 

 

daxil 



olmaların 

dəyəri 


ilə 

ehtiyatlardan  çıxarılnların  dəyərlərinin,  həmçinin 

ehtiyatlardan  olan  cari  itkilərin  dəyərinin  fərqi 

kimi  ölçülə  bilər.  Maddi  dövriyyə  vasitələrinin 

ehtiyatları  əlavə  dəyər  vergisi  çıxılmaqla  və  əgər 

onlar digər iqtisadi vahiddən alınıblarsa, alıcıların 

qiymətləri  ilə,  əks  halda  isə  maya  dəyərinə  görə 

əks etdirilir. 

Maddi 

dövriyyə 



vasitələrinin 

ehtiyatlarının 

aşağıdakı kateqoriyalarını fərqləndirmək olar: 

- hazır məhsul ehtiyatları; 

- natamam istehsal ehtiyatları; 

-  alındığı  vəziyyətdə  qalmaqla,  satılmaq  üçün 

alınmış mal və xidmətlərin ehtiyatları; 

-  xammal,  material  və  digər  əmək  əşyalarının 

ehtiyatları.  

Maddi 


dövriyyə 

vasitələrinin 

ehtiyatlar 

kateqoriyasına  iqtisadi  vahid  tərəfindən  istehsal 

edilmiş, lakin hələ satılmamış hazır məmulatlar və 

natamam  istehsal  daxildir.  Bu  kateqoriyaya  

iqtisadi  vahidə  mənsub  olan,  istehsalı  başa 

çatmamış  məmulatlar  (hətta  bu  məhsullar  üçüncü 

tərəfin  sərəncamında  olsa belə)  daxildir.  Müvafiq 

olaraq,  maddi  dövriyyə  vasitələri  ehtiyatları 

kateqoriyasına iqtisadi vahiddə olan, lakin üçüncü 

tərəfə mənsub olan məhsullar daxil edilmirlər. 

Mal  və  xidmətlərin  ehtiyatları  kateqoriyasına 

yalnız  olduğu  vəziyyətdə  satılmaq  üçün  əldə 

olunmuş  mal və xidmətlər  daxil edilir. Komisyon 

əsasda  üçüncü  tərəfə  satılan  mal  və  xidmət 

ehtiyatları  buraya  daxil  edilmir.  Təkrar  satılmaq 

üçün  alınmış  və  müəssisə  tərəfindən    xidmət 

sferasının  ehtiyatlarına  yönəldilmiş  məhsullara 

mal  (mühəndis  sövdələşmələri  “açar  altı”  həyata 

keçirildikdə  sənaye  avadanlıqları  və  ya  daşınmaz 

əmlakla  əməliyyatlar  zamanı  binalar  və  s.)  və 

xidmətlər  (reklam  üçün  yerlər,  nəqliyyat,  verilən 

yerlər və s.) daxil edilə bilər. 

Maddi 

dövriyyə 



vasitələrinin 

ehtiyatlarına 

həmçinin iqtisadi vahidə mənsub olan material və 

xammal, 


aralıq 

məhsullar, 

detallar, 

enerji 


daşıyıcıları,  kiçik  alətlər  və  xidmət  ehtiyatları  da 

daxil edilir. 

Maddi  dövriyyə  vasitələrinin  ehtiyatları    (əgər 

onlar  digər  iqtisadi  vahiddən  alınıbsa)  alış 

qiymətinə görə, əks halda isə maya dəyərinə görə 

qiymətləndirilir. 



 

MAL  VƏ  XĐDMƏTLƏR  HESABI

  –  MHS-

nin  hesabıdır,  burada  mal  və  xidmətlərin 

bütövlükdə  ölkə  iqtisadiyyatı  üzrə  daxil  olma 

mənbələri  və  onların  istifadə  istiqamətləri  əks 

olunur.  Hesabın  ehtiyat  hissəsində  buraxılışın 

həcmi  və  idxalın  dəyəri;  istifadə  hissəsində  - 

aralıq istehlak, son istehlak, ümumi yığım, ixracın 

həcmi  göstərilir.  Ehtiyat  məbləği  ilə  istifadə 

məbləği arasındakı, hesab və məlumat xətaları ilə 

əlaqədar uyğunsuzluqlar “Statistik kənarlaşmalar” 

maddəsində 

əks 


olunurlar 

(“Statistik 

kənarlaşmalar” bax). 

 

MAL  VƏ  XĐDMƏTLƏR  ÜZRƏ  XARĐCĐ 

ĐQTĐSADĐ SALDO

 - mal və xidmətlərin  xarici 

iqtisadi  hesabında  balanslaşdırıcı  maddədir.  Əgər 

saldo müsbətdirsə, onda  bu, “Qalan dünya” üçün 

əmtəə  və  xidmət  əməliyyatları  üzrə  gəlirlərin 

xərclərdən çox olduğunu göstərir, müvafiq olaraq, 

ölkələr  üçün  xərclər  gəlirlərdən  çox  olduqda  isə, 

əksinə, saldonun mənfi olduğunu göstərir. 

 

MAL  VƏ  XĐDMƏTLƏRƏ  VERGĐLƏR

  - 


mal  və  xidmətlərə  görə  iqtisadi  vahidlərdən 

tutulan vergilərdir. 



 

MAL  VƏ  XĐDMƏTLƏRĐN  ALINMASI

  –

hesabat  dövründə  yenidən  satılmaq  üçün  və  ya 

istehsal  prosesində  istifadə  edilmək  üçün  alınmış 

bütün  mal  və  xidmətlərin  dəyərini  özündə 

birləşdirir,  lakin  əsas  kapitalın  istehlakı  kimi 

qeydiyyatdan  keçmiş  kapital  əmtəələri  bura  daxil 

edilmir.  Yuxarıda  qeyd  edilmiş  mal  və  xidmətlər 

emal edilərək və ya emal edilmədən yenidən satıla 

bilər,  istehsal  prosesində  tam  istifadə  oluna  bilər 

və nəhayət, anbarda saxlana bilər. 

Statistik  məqsədlər  üçün  bu  alınmaların  dəyərinə 

mühasiblərin  xidmət  haqqı,  sığorta  mükafatları, 

nəqliyyat xidmətləri kimi istehsal xərcləri də daxil 

edilir.  

Alınmış  əmtəə  və  xidmətlərin  dəyəri,  ƏDV  və 

dövriyyə  həcmi  ilə  bilavasitə  əlaqədar  olan  vergi 

növləri  istisna  olmaqla,  bütün  vergi  və  rüsumlar 

daxil 


olmaqla 

alıcının 

qiymətləri 

ilə 


qiymətləndirilir.  

 

417


Mal  və  xidmətlərin  alınması  aşağıdakı  kimi 

paylaşdırıla bilər: 

- mal və xidmətlərin alındığı vəziyyətdə yenidən  

satılması üçün alınması; 

-  xammal,  material,  digər  əmək  əşyalarının  və  

xidmətlərin alınması; 

 - bina və avadanlıqların istismarına çəkilmiş 

 istehsalat xərcləri; 

 - satışa xərclər; 

 - digər istehsal xərcləri. 

Mal  və  xidmətlərin  alınması,  Avropa  Milli 

Hesablar  Sistemində  (AMHS)  müəyyən  edildiyi 

kimi, 

aşağıdakı 



səbəblərə 

görə 


“aralıq 

istehlak”dan fərqlənir:  

-  onlar  hesabat  dövründəki  “istifadəyə”  deyil, 

“alınmalar”a 

aiddirlər. 

Đstifadə 

edilməmiş 

alınmalar anbarlara yığıla bilər və əksinə, istifadə 

edilmiş  məhsullar  ehtiyatlardan  çıxarıla  bilər  və 

beləliklə,  onlara  hesabat  dövrü  ərzində  alınmalar 

kimi baxılmır.  

- gələcəkdə emal edilmədən satılmaq      məqsədi 

daşıyan mal və xidmətlər onlara daxil edilir. 

Qeyd:  Avropa  Đqtisadi  Şurasının  4-cü  direktivinə 

uyğun  olaraq  və  biznes  statistikada  qəbul 

edildiyindən fərqli olaraq, “Đstehsal xərcləri” “Mal 

və xidmətlərin alınması”ndan ayrı aparılır. 



 

MAL  VƏ  XĐDMƏTLƏRĐN  ALINMA-

SININ  ÜMUMĐ  DƏYƏR  VƏ  HƏCMĐ

    – 

istehsal 

vahidlərinin 

mal 


və 

xidmətlərin 

alınmasının  həcminə  –  istehsal  faktorlarının 

təqdim  edilməsi  (icarə,  lizinq,  müvəqqəti  işçi 

heyəti  və  s.)  üzrə  və  texniki  xidmətlər,  hesabat 

dövrü ərzində alınan və alındığı vəziyyətdə təkrar 

satılan  və  ya  emaldan  və  məmulata  daxil 

edildikdən  sonra  ya  satış  üçün  və  ya  vahidin  cari 

işi üçün nəzərdə tutulan bütün mal və xidmətlərin 

dəyəri  daxil  edilməklə,  bütün  mal  və  xidmətlərin 

dəyəri  daxildir.  Hesabat  dövrü  ərzində  alınan, 

lakin  istifadə  olunmayan  mallar  anbarlara  yığılır. 

Xırda  və  çox  da  qiymətli  olmayan  alətlər  və 

kapitallaşdırılmayan  avadanlıq  növləri,  həmçinin 

köməkçi  materialların  (sürtgü  materialları,  su, 

qablaşdırma 

materialları, 

enerji 


məhsulları) 

dəyərləri  bu  maddəyə  daxil  edilirlər.  Mal  və 

xidmətlərin  alış  qiymətləri,  əlavə  dəyər  vergisi 

istisna olmaqla (ƏDV) və bütün vergi və rüsumlar 

daxil olmaqla alış qiymətlərində hesablanır. 

 

MAL VƏ XĐDMƏTLƏRĐN XARĐCĐ ĐQTĐ-

SADĐ HESABI

 - malların və xidmətlərin ixracı 

dedikdə,  rezidentlərdən  qeyri-rezidentlərə  mal  və 

xidmətlərin  satışını,  barter  sövdələşmələrini, 

hədiyyələri  və  ya  qrantları  (kömək  şəklində 

əvəzsiz  mal  göndərmələri),  idxalı  dedikdə  isə 

rezidentlərin 

qeyri-rezidentlərdən 

əmtəə 


və 

xidmətlərin  alqısını,  barterini,  hədiyyələrin  və  ya 

qrantların  alınmasını  göstərir.    Milli  hesablar 

sistemində ixrac və idxalın şərhi tədiyə balansının 

hesablarındakı şərhlə oxşardır.  

 

MAL  VƏ  XĐDMƏTLƏRĐN  QEYRĐ-BA-

ZAR  ĐSTEHSALÇILARI 

–  (I)  -  buraxdıqları 

mal  və  xidmətlərin  böyük  hissəsinin  və  ya 

buraxılışın  hamısının  bazar  qiymətləri  (“Bazar 



istehsalı”na  bax)  ilə  satış  üçün  nəzərdə 

tutulmayan  institusional  vahidlərdir.  Mal  və 

xidmətlərin  qeyri-bazar  istehsalçıları  mal  və 

xidmətlərin  az  hissəsini  bazar  qiymətləri  ilə  sata 

bilərlər ki, bu da “təsadüfi satış” kimi izah edilir.  

(II)  –  pulsuz  və  yaxud  iqtisadi  cəhətdən 

əhəmiyyət 

kəsb 

etməyən 


qiymətlərlə 

ev 


təsərrüfatlarına  və  ya  bütövlükdə  cəmiyyətə  mal 

və  xidmətlər  çatdıran  dövlət  vahidlərinə  aid  olan 

idarələr  və  ya  ev  təsərrüfatlarına  xidmət  göstərən 

qeyri-kommersiya təşkilatlarıdır. 



 

MAL  VƏ  NƏQLĐYYAT  VASĐTƏLƏ-

RĐNĐN  AZƏRBAYCAN  RESPUBLĐKA-

SINA 

ĐDXALI 

VƏ 

AZƏRBAYCAN 

RESPUBLĐKASINDAN 

ĐXRACI

 

– 

Azərbaycan  Respublikasının  gömrük  sərhədini 

keçməyin  əsas  prinsiplərindən  biridir.  Bütün 

şəxslər  eyni  əsasla  Azərbaycan  Respublikasına 

idxal  etmək  və  Azərbaycan  Respublikasından 

ixrac 


etmək, 

cümlədən 



Azərbaycan 

Respublikasının  Gömrük  Məcəlləsində  baxılmış  

qaydada xarici iqtisadi fəaliyyəti həyata keçirmək 

hüququna 

malikdirlər. 

Azərbaycan 

Respublikasına  idxal  etmək  və  Azərbaycan 

Respublikasından  ixrac  etmək  o  halda  qadağan 

edilir  ki,  bu,  ölkənin  maraqlarına  zidd  olsun  və 

ölkə  özünün  dövlət  təhlükəsizliyini  və  ictimai 

asayişi,  xalqın  həyatını,  sağlamlığını  və  əxlaq 

qaydalarını,  bədii, tarixi və arxeoloji sərvətlərini, 



təbii  ətraf  mühitini,  heyvanat  və  bitki  aləmini, 

həmçinin mülkiyyətin çoxtərəfli hüquqlarını, idxal 

edilən  mal    və  xidmətlərdən  Azərbaycan 

istehlakçılarının  hüquqlarını  və  s.  qorumağa 

məcbur  olsun.  Bu  zaman  milli  qanunvericiliyə 

riayət  edilir  və  ölkənin  beynəlxalq  öhdəlikləri 

yerinə  yetirilir.  Qadağaya  düşən  ayrı-ayrı  əmtəə 

və nəqliyyat vasitələri (onların müsadirə olunması 

nəzərdə  tutulmayıbsa)  təxirə  salınmadan  ya  ölkə 

ərazisindən  xaric  edilməyə,  ya  da  ölkə  ərazisinə 

qaytarılmağa  məruz  qalır.  Đdxal    və  ixraca  

qoyulan 


məhdudiyyətlər 

ölkənin 


iqtisadi 

siyasətindən,  ölkənin  iqtisadi  suverenliyinin 

əsaslarını  və  onun  istehlak  bazarını  qorumaqdan, 

həmçinin  ölkənin  beynəlxalq  öhdəliklərindən  və 

ölkə  vətəndaşlarının  hüquqlarını  pozan  və  digər 

bədxah 


aksiyalara 

cavabdan 

irəli 

gələrək 


müəyyənləşdirilir.  

 


 

418 


MALIN  GÖMRÜK  DƏYƏRĐ

  –  malın 

(malların  və  nəqliyyat  vasitələrinin),  “Gömrük 

tarifləri  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa  uyğun  olaraq  müəyyən  edilən  və  ona 

gömrük  rüsumu  qoyulan  zaman,  xarici  ticarət 

gömrük 

statistikasının 



və 

xüsusi 


gömrük 

statistikasının  aparılması,  həmçinin  malların 

dəyəri  ilə  əlaqədar,  xarici  ticarət  sazişlərinə 

valyuta  nəzarətinin  həyata  keçirilməsinin  və 

onlara  görə  dövlətin  qanunvericilik  aktlarına 

uyğun  olaraq,  bank  hesablamaları  daxil  edilməsi 

ilə,  ticarət-iqtisadi  əlaqələrin  tənzimləməsinin 

digər dövlət üsullarının tətbiqindən istifadə edilən 

dəyəridir.   

Malların  gömrük  dəyərinin  müəyyənləşdirilməsi 

sistemi  beynəlxalq  təcrübədə  qəbul  edilmiş  belə 

qiymətləndirmənin  ümumi  prinsiplərinə  əsaslanır 

və  ölkənin  gömrük  ərazisinə  gətirilən  mallara 

şamil edilir. Onun tətbiqi qaydaları “Gömrük tarifi 

haqqında” 

Azərbaycan 

Respublikasının 

Qanununun  müddəaları  əsasında  təyin  edilir. 

Malların  gömrük  dəyərinin  düzgün  müəyyən 

edilməsinə 

nəzarət 

malların 

gömrük 

rəsmiləşdirilməsini 



aparan 

gömrük 


orqanı 

tərəfindən  həyata  keçirilir.  Malların  gömrük 

dəyərinin 

məlumatı 

bəyannamə 

verilərkən  

kommersiya  sirri  və  ya  məxfi  məlumat  kimi 

müəyyənləşdirilərsə, 

bu 

informasiya 



yalnız 

gömrük  orqanı  tərəfindən  gömrük  məqsədləri 

üçün  istifadə  oluna  bilər  və  üçüncü  şəxsə  (digər 

dövlət  təşkilatları  daxil  olmaqla)  bəyannamə 

sahibinin  xüsusi  razılığı  olmadan  (Azərbaycan 

Respublikasının 

qanunvericiliyində 

nəzərdə 


tutulan hallar istisna olmaqla) verilə bilməz.   

 

MALIN  KEYFĐYYƏTĐ



  –  müəyyən  tələbatın 

ödənilməsi  imkanlarını  təmin  edən  və  malı  satıcı 

üçün  cazibədar  edən  xüsusiyyətlərinin  (fiziki, 

funksional,  estetik  və  s.)  məcmusudur.  Malın 

keyfiyyəti  hər  bir  bərk  (texnoloji)  və  yumşaq 

(estetik) 

parametrlərin 

ekspert 


balla 

qiymətləndirilməsindən istifadə  edilən  parametrik 

indekslər  sisteminin  köməyi  ilə  qiymətləndirilir. 

Malın  keyfiyyəti  –  onun  rəqabət  qabiliyyətinin 

vacib komponentlərindəndir.  

 

MALIN  TƏYĐNAT  (ĐSTEHLAK)  ÖL-

KƏSĐ

  -  malın  yükləndiyi  andan  məlum  olan, 

istehlak,  istifadə  və  ya  sonrakı  emalı  üçün  təyin 

edildiyi  sonuncu  ölkədir.  Mal  təyinat  (istehlak) 

ölkəsi üzrə ixracla  ifadə olunur. 

 

MALĐYYƏ

  –  ümumiləşdirici  iqtisadi  termindir. 

O,  özünü  istər  pul  vəsaitlərinin,  maliyyə 

resurslarının, 

onların 


yaranma 

və 


hərəkət 

etməsində, 

bölüşdürülməsində 

və 


yenidən 

bölüşdürülməsində,  istifadə  edilməsində,  istərsə 

də  təsərrüfat  subyektləri  arasında  qarşılıqlı 

hesablaşmalarla,  pul  vəsaitlərinin  hərəkət  etməsi 

ilə,  pul  tədavülü  ilə,  pulların  istifadəsilə 

şərtləşdirilmiş iqtisadi münasibətlərdə göstərir.   



 

MALĐYYƏ  AKTĐVLƏRĐ

  –  (I)  maliyyə 

tələbatları,  monetar  qızıl,  səhm,  xüsusi  borcalma 

hüquqları  və  s.  formalarda  olurlar.  Digər  iqtisadi 

aktivlər qeyri-maliyyə aktivlərinə aid edilirlər. 



(II)  bir  qayda  olaraq,  digər  sahibkarın  maliyyə 

öhdəliklərinə  qarşı  duran  aktivlərdir.  Maliyyə 

öhdəliyi bir institusional vahid tərəfindən vəsaitin 

digərinə  verildiyi  və  bu  vəsaitlərə  malik  olan 

institusional  vahidin  (kreditorun)  digər  vahiddən 

(borcludan), 

onlar 

arasında 



bağlanmış 

müqavilənin  şərtlərinə  uyğun  olaraq,  tədiyə 

(ödəniş)  və  ya  bir  sıra  tədiyələr  aldığı  zaman 

əmələ  gəlir.  Belə  maliyyə  öhdəliyi  kreditor  üçün 

maliyyə aktivi, borclu üçün isə maliyyə passividir. 

Beynəlxalq  Valyuta  Fondunun  monetar  qızılı  və 

xüsusi  borc  alma  hüquqları  da  həmçinin  maliyyə 

aktivləri  kimi  qəbul  edilir,  baxmayaraq  ki,  onlar 

üçün müvafiq maliyyə passivləri yoxdur. 

 

MALĐYYƏ  EHTĐYATLARI  VƏ  MƏS-

RƏFLƏRĐ  BALANSI

  –  ərazi  və  ölkə 

səviyyəsində 

maliyyə 

və 


kredit-pul 

münasibətlərini 

kompleks 

xarakterizə 

edir. 

Maliyyə  ehtiyatlarının  tam  tərkibini,  onların 



bölünmə kanallarını, ərazidə maliyyə ehtiyatlarını 

yaradan  və  xərcləyən  təsərrüfatçılıq  subyektlərini 

əhatə  edir.  Maliyyə  ehtiyatlarının  hərəkətinin 

ardıcıl  mərhələlərini  aşağıdakılar  təkrar  yaradır: 

təsərrüfat 

subyektlərinin 

iqtisadi 

fəaliyyəti 

prosesində  maliyyə  ehtiyatlarının  yaradılması  və 

kredit-bank  sistemlərinin  və  əhalinin  vəsaitlərinin 

müəyyən 

hissəsinin 

cəlb 

edilməsi; 



bu 

ehtiyatlardan  konkret  pul  vəsaiti  fondlarının  (ilk 

növbədə  büdcə  sisteminin)  artırılması;  bu  fondlar 

arasında 

maliyyə 

ehtiyatlarının 

yenidən 

bölüşdürülməsi, onların kapital qoyuluşuna, qeyri-

istehsal 

istehlakına 

və 

sosial 


transfertlərə 

istifadəsi. Statistik məlumatlar, bank və mühasibat 

hesabatları,  həmkarlar  ittifaqı  və  s.  təşkilatların 

məlumatları əsasında matrisa şəklində tərtib edilir. 

 

MALĐYYƏ  FƏALĐYYƏTĐ

  –  təşkilatların 

qısamüddətli 

maliyyə 

qoyuluşlarının 

həyata 

keçirilməsi,  qısamüddətli  xarakterli  istiqrazların 



və  digər  qiymətli  kağızların  buraxılması, əvvəllər 

alınmış  12  aya  qədər  müddəti  olan  səhmlərin, 

istiqrazların  və  s.  çıxması  ilə  bağlı  fəaliyyətidir. 

Beləliklə,  uzunmüddətli  maliyyə  investisiyaları 

investisiya  fəaliyyətinə,  qısamüddətli  maliyyə 

investisiyaları  isə  maliyyə  fəaliyyəti  sahəsinə 

aiddir. 

 


 

419


MALĐYYƏ GƏLĐRLƏRĐ

 - səhmlərdən alınan 

gəlirlərdən,  faizlərdən  və  oxşar  gəlirlərdən 

ibarətdir. 

Səhmlərdən  alınan  gəlirlər  –  digər  korporativ 

müəssisələrdən  alınan  gəlirlər,  verilmiş  iqtisadi 

vahidin  mülkiyyətində  olan  kapital  və  ya  onun 

hissəsidir.  Bu  gəlirlər  dividentlərə  və  korporativ 

müəssisələrin  kapitalının  sahibkarı  tərəfindən 

bölüşdürülən digər gəlirlərə uyğun gəlir.  

Faizlər  və  alınmış  oxşar  gəlirlər  –  qısa  və  uzun 

müddətli  bank  depozitləri,  borc  və  istiqrazdan 

gəlirlər,  razılaşdırılmış  borclar  və  cari  hesab  üzrə 

debitor  borcları,  ticarət  kreditləri  və  s.  aid  olan 

faizlərdir. 

Maliyyə 

gəlirlərinə 

əlavələri 

və 


mal 

göndərənlərdən  gələcəkdə  olan  gəlirləri  və 

mübadilə 

kurslarının 

müxtəlifliyindən 

olan 


gəlirləri  (valyuta  bazarında  mənfəət)  də  daxil 

etmək olar. 

 

MALĐYYƏ  HESABATLARI

 

şirkətin 

maliyyə  vəziyyəti  və  gəliri/zərəri  haqqında 

məlumatları  göstərən  dövri  hesabatlardır.  Onlara 

illik  hesabatlar  (balans,  gəlir  və  ziyanların  hesabı 

və hesablara izahlar) daxil edilir ki, bu da onlarla 

birlikdə 

vahid 


tamı 

təşkil 


edir. 

Maliyyə 


hesabatlarına 

maliyyə 


ili 

üzrə 


vəsaitlərin 

mənbələri 

və 

onlardan 



istifadə 

haqqında 

hesabatlar əlavə edilə bilər. 

 

MALĐYYƏ HESABI

 – maliyyə aktivlərinin və 

maliyyə 


öhdəliklərinin 

qeydiyyatı 

aparılan 

hesabdır.  Hesabın  sol  tərəfi  –  satılan  aktivlər 

çıxılmaqla  alınan  aktivlər;  yekun  -  əldə  olunan 

xalis  aktivlərdir.  Hesabın  sağ  tərəfi  –  ödənişlər 

çıxılmaqla  qəbul  edilən  öhdəliklərdir,  yekun  – 

qəbul  edilmiş  xalis  maliyyə  öhdəlikləridir. 

Maliyyə 

hesabının 

saldosu, 

“Kapital 

ilə 

əməliyyatlar” 



 

hesabının 

balanslaşdırıcı 

maddəsinə miqdarca bərabər və işarəcə (əlamətcə) 

əksdir.   

Milli  hesablar  sistemində  maliyyə  aktivləri 

aşağıdakı  kimi  qruplaşdırılır:  1)  monetar  qızıl  və 

xüsusi  borcalma  hüquqları;  2)  nağd  pullar  və 

depozitlər; 

3) 


səhmlərdən 

başqa, 


qiymətli 

kağızlar;  4)  ssudalar  və  borclar;  5)  səhmlər  və 

digər  qiymətli  kağızlar;  6)  texniki  sığorta 

ehtiyatları; 7) digər debitor borcları. 

Maliyyə  hesabı  iqtisadiyyatın  bölmələri  və 

altbölmələr 

arasında 

maliyyə 


ehtiyatlarının 

hərəkətinin  yekununu  əks  etdirir,  bu  prosesdə 

müxtəlif 

maliyyə 


aktivlərinin 

rolunu 


qiymətləndirməyə  imkan  verir.  Qapalı  tipli 

iqtisadiyyatda  xalis  kredit  vermənin  ümumi 

məbləği, 

iqtisadiyyatın 

bölmələrinin 

qəbul 


etdikləri    xalis  öhdəliklərin  ümumi  məbləğinə 

bərabərdir;  açıq  iqtisadiyyatda  xalis  kredit 

vermələrin  və  bütün  bölmələr  üzrə  qəbul  edilmiş 

xalis  öhdəliklərin  məbləğlərinin  cəmi,  digər 

ölkələrə  olan  xalis  kredit  vermələrə  və  ya  xaricə 

olan xalis borclara bərabər olmalıdır. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin