MALĐYYƏ
XƏRCLƏRĐ
-
ödənilmiş
faizlərdən və oxşar xərclərdən ibarətdir.
Ödənilmiş
faizlər
bu
aktivlərin
nominal
dəyərindən əvvəlcədən müəyyən edilmiş vaxtda
qeyd edilmiş faizlərin ödənilməsinə xarakterik
olan bəzi maliyyə aktivlərinin (depozitlər,
veksellər, istiqraz və kreditlər) ödənilməsinə
uyğun gəlir. Əsasən, bu xərclərə istiqraz
vərəqələri (və digər istiqraz növləri), ticarət
kreditləri, cari hesab üzrə kredit kreditorlarının
faizləri və s. daxildir.
Maliyyə xərclərinə müştərilərlə razılaşdırılmış
əlavə gəlir və nağd pulların itirilməsi (valyuta
bazarlarında itkilər) də daxil edilə bilər.
MALĐYYƏ XĐDMƏTĐ
– akkreditivlər, bank
akseptləri, xarici valyuta, maliyyə lizinqləri,
kredit xətlərinin verilməsi və s. ilə əməliyyatlarda
maliyyə vasitəçilərinin xidmətinin ödənilməsi aid
edilən
xidmətdir.
Valyuta
əməliyyatlarında
xidmətə görə ödəniş valyuta məzənnəsinin orta
kəmiyyəti ilə alıcı (və ya satıcı) məzənnəsinin
arasındakı fərqə bərabər nəzərdə tutulur. Bu
kateqoriyaya
həmçinin
qiymətli
kağızlarla
əməliyyatlar üzrə komisyon haqları və broker
sövdələşmələrinə,
qiymətli
kağızların
yerləşdirilməsinə, borcun alınmasına, svopların,
opsionların və xedjerləşdirmənin digər alətlərinin
təşkilinə, maliyyə aktivlərinin saxlanmasına,
maliyyə bazarlarının təşkilinə, bank kreditlərinin
istifadə olunmamış hissəsinə və s. görə ödəmələr
də daxil edilir.
MALĐYYƏ ĐCARƏSĐ, MALĐYYƏ LĐZĐN-
QĐ
– bu, lizinq növündə icarə müddəti əmlakın
nəzərdə tutulmuş xidmət müddətini təxminən tam
əhatə edir, icarədar onun istifadəsindən ümumi
mənfəət əldə edir və əmlaka sahib olma ilə
əlaqədar bütün riskləri öz üzərinə götürür.
Nəticədə, mövcud əmlak satıla və ya satılmaya
bilər. Verilmiş lizinq növünə eyni zamanda
əməliyyat lizinqi də daxil edilir.
MALĐYYƏ
ĐDARƏLƏRĐ
(“Maliyyə
korporasiyaları bölməsi (sektoru)”na bax).
MALĐYYƏ ĐLĐ
– dövlət büdcəsinin işləndiyi və
qüvvədə
olduğu
müddətdir.
Maliyyə
ili
astronomik, təqvim ili üst-üstə düşməyə bilər.
420
MALĐYYƏ ĐNVESTĐSĐYALARI
– maliyyə
aktivlərində
vəsaitlərin
yerləşdirilməsidir.
Maliyyə investisiyası səhmlər, istiqrazlar, digər
qiymətli kağızlar şəklində çıxış edə bilər. Maliyyə
investisiyasının yaranması ayrı-ayrı bölmələr və
institusional
vahidlər
arasında
maliyyə
vəsaitlərinin yenidən bölüşdürülməsi və buna görə
də qarşılıqlı tələb və vəzifələrin meydana gəlməsi
ilə bağlıdır. Maliyyə investisiyasından məqsədli
istifadə müəyyənləşdirilməmişdir, onlar həm
kapital qoyuluşunun əlavə mənbəyi, həm də
qiymətli kağızlar bazarında birja oyunlarının
obyekti ola bilərlər.
Maliyyə
investisiyaları
qısamüddətli
və
uzunmüddətli investisiyalardan ibarətdir. Maliyyə
hesabatlarının beynəlxalq standartlarına uyğun
olaraq, qısamüddətli investisiyalara öz dövründə
sərbəst satılan və bir ildən çox olmayaraq
mülkiyyətdə
olma
üçün
nəzərdə
tutulan
investisiyalar
daxildir.
Digər
investisiyalar
uzunmüddətli investisiyalar hesab edilirlər.
MALĐYYƏ KAPĐTALI
– sənayenin inhisarçı
kapitalı ilə birləşən bankın inhisarçı kapitalıdır.
XIX əsrin sonunda - XX əsrin əvvəlində
yaranmışdır.
Đstehsalın
təmərküzləşməsi
prosesinin bilavasitə təsiri ilə bank kapitalının
yığılması və mərkəzləşdirilməsi güclənir, bu da
bankların rollarının dəyişməsinə gətirib çıxarır:
onlar kiçik vasitəçilərdən qüdrətli inhisarçılara
çevrilirlər. Həmçinin, sənaye ilə bank arasındakı
qarşılıqlı
münasibətlərin
xarakteri
dəyişir:
sonuncular sənaye müəssisələrinə məhdudiyyət
qoymadan kredit verməklə daha çox onlara tətbiq
olunur, onlara şərik çıxırlar. Qovuşmanın yol və
formaları
müxtəlifdir:
bankların
sənaye
müəssisələrinin səhmlərini alması; bankların
sənaye şirkətlərinin səhmlərini yerləşdirməsi; yeni
səhmdar müəssisələrin yaradılmasında bankların
iştirak etməsi. Bank inhisarçılığının sənayeyə
nüfuz etməsi ilə eyni zamanda, inhisarçı sənaye
kapitalının da bank sahəsinə tətbiqi baş verir.
Yəni, bank və sənaye inhisarçıları arasında çox
sıx qarşılıqlı əlaqə yaranır.
MALĐYYƏ KORPORASĐYALARI
- əsasən
maliyyə vasitəçiliyi ilə məşğul olanlar və ya
maliyyə fəaliyyəti ilə əlaqəli müəssisələrdir.
MALĐYYƏ KORPORASĐYALARI BÖL-
MƏSĐ (SEKTORU)
– əsas fəaliyyət növü
maliyyə vasitəçiliyi hesab olunan korporasiyaların
və kvazikorporasiyaların məcmusudur. Maliyyə
korporasiyalarına Mərkəzi Bank; kommersiya
bankları, digər maliyyə vasitəçiləri (investisiya
fondları, lizinq təşkilatları və s.); köməkçi
maliyyə idarələri (fond birjaları), qiymətli
kağızlarla əməliyyatlar üzrə dəllallar və brokerlər;
sığorta korporasiyaları və pensiya fondları
daxildir.
Dövlət,
milli,
xüsusi
və
xarici
korporasiyaları fərqləndirmək lazımdır.
MALĐYYƏ LĐZĐNQĐ
- (I) icarəyə verənlə
icarəyə götürən arasında müqavilədir ki, onun
əsasında da icarəyə verən əmtəə kapitalını alır,
icarəyə götürən isə icarəyə verənə xərclərinin
ödənməsi və faiz əldə etməsi imkanını verən icarə
haqqının ödənilməsinə dair öhdəlik götürür.
Əməliyyat lizinqinin əksinə olaraq, maliyyə
lizinqi istehsal fəaliyyətinin növü sayılmır; o
özündə
kreditə
alternativi,
maşın
və
avadanlıqların alınmasının maliyyələşdirilməsi
üsulunu əks etdirir. Đcarə haqqına bu halda
kreditin qaytarılması və faizin ödənişi kimi
baxılır.
Belə ki, lizinq alan lizinq müqaviləsinin qüvvədə
olduğu dövrdə lizinq şirkətinə, amortizasiyanın
tam dəyərinə və avadanlıqlardan istifadəyə görə
əldə edilən mənfəətdən ona çatası paya bərabər
məbləği
ödəyir.
O,
müqavilə
müddəti
qurtardıqdan sonra avadanlıqları qalıq dəyəri ilə
almaq, avadanlıqları qaytarmaq və ya müqavilə
müddətini uzatmaq hüququnu əldə edir.
(II) - maşın və avadanlıqların alınmasının
maliyyələşdirilməsi
metodu
kimi,
alternativ
kreditləşdirmə hesab olunur. Bu, kreditordan borc
alana verilən vəsait üzrə müqavilədir: icarəyə
verən avadanlığı alır, icarədar isə müqavilədə
qeyd edilmiş dövr ərzində, faizlər də daxil
olmaqla, icarəyə verənə bütün və ya praktiki
bütün xərcləri əhatə etməyə imkan verən icarə
haqqını ödəməyi öhdəsinə götürür.
(III) - gözlənilməz risklərin və hadisələrin bütün
növlərinin böyük hissəsinin icarəyə verəndən
(əmlak sahibindən) hüquqi sahibkara (icarəyə
götürənə) ötürdüyü lizinqdir. Zəruri hallarda
mülkiyyətə sahiblik hüququnu təsdiq edən sənəd
verilə və ya verilməyə bilər. AĐ-nin xarici ticarəti
və üzv dövlətlər arasında ticarət üzrə statistik
məlumatların tərtib olunmasında qərara alınmışdır
ki, növbəti lizinq ödəmələri hesablansın və
əmtəənin əhatə etdiyi bütün dəyər orada əks
olunsun. Müqavilə bitdiyi vaxt icarədar qanuni
sahibkara çevrilir.
MALĐYYƏ LĐZĐNQĐNDƏN ĐSTĐFADƏ
ETMƏKLƏ ƏLDƏ EDĐLMĐŞ MADDĐ
ƏMTƏƏLƏRĐN DƏYƏRĐ
- lizinq (kirayəyə
vermək, icarəyə vermək) – tərəflər arasındakı
razılaşma əsasında müəyyən vaxt ərzində icarəyə
verən öz əmlakının bir hissəsindən istifadə
hüququnu icarəyə götürənə verməsi haqqında
razılaşma kimi müəyyənləşdirilir. Maliyyə lizinqi
lizinqin formalarından biridir və bunun əsasında
421
əmlakın bir hissəsinə sahib olma hüququ ilə bağlı
bütün risk və öhdəliklər nəzərəçarpacaq dərəcədə
icarəyə götürənə ötürülür. Mülkiyyətə sahiblik
adətən verilə və verilməyə də bilər. Bu göstəriciyə
maliyyə lizinqi haqqında müqavilə əsasında
vahidin istifadə etdiyi bütün maddi əmtəələrin
dəyəri (və ya dəyərin qiyməti) daxil olunur.
Maliyyə lizinqi üzrə istifadə olunan əmtəələrin
dəyəri lizinq haqqında müqavilənin fəaliyyətə
başladığı hesabat dövrünün hesabatında nəzərə
alınmalıdır.
“Maddi kapital əmtəələrinə ümumi investisiya”
bölgüsünə uyğun olaraq maddi əmtəələrin bütün
kateqoriyaları daxil edilir:
- binaların tikintisi və yenidən qurulmasına
ümumi investisiya;
- mövcud bina və tikililərə ümumi investisiya;
- tikilməmiş (boş) əraziyə ümumi investisiya;
- maşın və avadanlıqlara ümumi investisiya.
Maliyyə lizinqi üzrə istifadə olunan aktivlərə görə
ödəmələr çıxılmalıdır. Həmçinin maliyyə lizinqi
üzrə istifadə olunmayan əmtəələrin dəyəri də
çıxılmalıdır.
1993-cü ilin MHS və Avropanın baxılmış 1995-ci
il MHS versiyasına uyğun olaraq, müəssisələrin
struktur statistikası haqqında Əsasnaməyə görə,
lizinq
formaları
arasında
müxtəliflik
müəyyənləşdirilir.
Əməliyyat lizinqi üzrə icarə haqqı aralıq istehlak
forması kimi izah edildiyi halda, maliyyə lizinqi
üzrə alınmış əmtəələrin dəyəri milli hesablar
sistemində “Əsas kapitalın ümumi yığımı”nın bir
hissəsini təşkil edir.
Lakin maliyyə və əməliyyat lizinqləri arasındakı
fərqlər çox vaxt icarəyə verənə aid edilir. Avropa
Đttifaqına daxil olan bir sıra üzv ölkələrdə maliyyə
lizinqi əvvəllər hüquqi cəhətdən müəyyən maliyyə
institutlarına xas idi, eyni vaxtda bu əməliyyat
lizinqinə aid deyildi.
MALĐYYƏ MƏNFƏƏTĐ
– dividentlər, faizlər
və analoji gəlirlər kimi maliyyə gəlirləri və
ödənilmiş faizlər və analoji xərclər kimi maliyyə
xərcləri arasında olan fərqdir.
Maliyyə mənfəəti aşağıdakı kimi hesablana bilər:
maliyyə gəlirləri çıxılsın (-) maliyyə xərcləri,
bərabərdir (=) maliyyə mənfəəti.
Dividentlər, faizlər və analoji gəlirlər qısa və
uzun müddətli bank depozitlərinə, borc və
istiqrazdan
gəlirlərə
aid
olan
faizlər,
razılaşdırılmış borclar və cari hesab üzrə
debitorların borclarından faizlər, ticarət kreditləri,
mal göndərənlərdən gələcək dövrlərdə gəlir və
əlavələr, mübadilə kurslarının fərqliliyindən
gəlirlər, səhmlərin satılmasından mənfəət və digər
analoji gəlirlər kimi müəyyən edilə bilər.
Faizlər və oxşar ödəmələr bu aktivlərin nominal
dəyərindən əvvəlcədən müəyyən edilmiş vaxtda
qeyd edilmiş faizlərin ödənilməsi xarakterik olan
bəzi maliyyə aktivlərinin (depozitlər, veksellər,
istiqraz və kreditlər) ödənilməsinə uyğun gəlir.
Bura borclar, ticarət kreditləri və cari hesab üzrə
kreditorların kreditləri üzrə faizlər də daxil edilir.
Aşağıdakı maddədən maliyyə xərcləri kimi
şirkətin mühasibat uçotunda tez-tez rast gəlinir:
müştərilərlə razılaşdırılmış qabaqcadan ödənişlər
və
əlavə
gəlirlər,
mübadilə
kurslarının
müxtəlifliyindən zərərlər (valyuta bazarlarında
zərərlər), maliyyə aktivlərinin satışından zərərlər
(qeyd edilmiş maliyyə aktivləri və cari investisiya
aktivləri) və oxşar xərclər.
MALĐYYƏ RĐSKLƏRĐNĐN SIĞORTA-
LANMASI
–
sığortaçının,
şərtləşdirilmiş
hadisələrdən sonra istehsalın dayandırılması və ya
istehsal həcminin azaldılması; iş yerinin itirilməsi
(fiziki şəxslər üçün), müflisləşmə; gözlənilməyən
məsrəflər;
sövdələşmə
üzrə
kreditor
olan
sığortalanan
şəxsin
kontragenti
tərəfindən
müqavilə
vəzifələrinin yerinə
yetirilməməsi
(yerinə yetirilməsi lazım olmayan); sığorta olunan
şəxsin xidməti xərcləri (məsrəfləri) və digər
hadisələr nəticəsində gəlirlərini itirmiş şəxslərin
qismən və ya tam ölçüdə kompensasiyalarının
sığorta ödənişləri ilə əlaqədar bağlanılan sığorta
müqavilələri üzrə vəzifələrini nəzərdə tutan
sığorta növlərinin məcmusudur.
MALĐYYƏ STATĐSTĐKASI
– sosial-iqtisadi
statistika sahəsidir. Onun tədqiqat obyekti təkrar
istehsal
prosesində
yaranan
maliyyə-pul
münasibətlərinin
kəmiyyət
və
keyfiyyətinin
təhlilidir. Maliyyə statistikası tərəfindən həll
edilən məsələlərə aşağıdakılar daxildir: maliyyə-
kredit idarə, müəssisə və təşkilatları üçün, hesabat
formalarının işlənib hazırlanması da daxil
edilməklə, maliyyə ehtiyatları üzərində statistik
müşahidələrin təşkili və metodologiyanın işlənib
hazırlanması; xüsusi balans hesablamalarının
aparılması; məlumatların işlənməsinin statistik
metodlarının seçilməsi; nəşrlər sisteminin işlənib
hazırlanması.
Azərbaycanda
statistika
praktikasında uzun müddət ərzində maliyyə
statistikası aşağıdakı bölmələrə ayrılmışdır: dövlət
maliyyəsinin statistikası; sığorta statistikası; kredit
və hesablaşmalar statistikası; əmanət kassaları və
istiqrazlar statistikası; maliyyə müəssisələrinin
statistikası.
XX əsrin sonlarından etibarən, Azərbaycan
Respublikasında maliyyə statistikasının tədqiqi
sahəsi dövlət statistika orqanları çərçivəsində
dövlət maliyyəsi və pul-kredit sferasının vəziyyəti
ilə
məhdudlaşdırılmışdır.
Bu
keçid
422
mərkəzləşdirilmiş iqtisadiyyatla müqayisə üzrə
keçid
iqtisadiyyatında
maliyyə
sferasının
vəziyyətindəki – maliyyə bazarlarının inkişafı,
Maliyyə Nazirliyi və Mərkəzi Bankın rolları və
funksiyalarındakı
dəyişikliklər,
müəssisələrin
fəaliyyətinin bazar prinsiplərinə keçidi kimi əsaslı
dəyişmələrin nəticəsində olmuşdur. Đnkişaf etmiş
ölkələrdə maliyyə statistikası dövlət maliyyəsi
statistikası, vergi statistikası, eyni zamanda dövlət
idarəetmə orqanlarının işçilərinin sayı haqqında
və dövlət idarəetmə orqanlarının büdcələrinin
balanslaşdırılmış statistikası deməkdir.
MALĐYYƏ
TƏHLĐLĐ
–
təsərrüfat
subyektlərinin, sahələrin və ərazilərin maliyyə
vəziyyətinin araşdırılmasına yönəldilmiş təhlildir.
Bu iş maliyyə təhlilinin istiqamətlərindən və
tərkibindən irəli gələn göstəricilər sisteminin
işlənməsi və onun tətbiqi metodlarının seçilməsi
yolu ilə həyata keçirilir. Onların arasında pul
vəsaitlərinin qalıqlarının və dövriyyəsinin balans
uyğunluğu
(əlaqəsi)
metodunu;
indeks
metodundan və orta kəmiyyət metodundan
istifadə
etməklə
maliyyə
göstəriciləri
dinamikasının
statistik
xüsusiyyətlərini;
qruplaşdırma metodunu; hadisələrin struktur
xüsusiyyətlərini;
maliyyə
vəziyyətinin
trendlərinin müəyyənləşdirilməsini: maliyyə-pul
dəyişmələrinin reqressiyalı, korrelyasiyalı və
dispersiyalı təhlilini; təhlil olunan hadisələrin
qrafiki xüsusiyyətlərini ayırmaq olar.
MALĐYYƏ
TƏLƏBĐ
-
öz
aralarında
razılaşdırılmış müqavilədə göstərilmiş bəzi xüsusi
vəziyyətlərdə
sahiblərinə,
kreditorlara
digər
vahiddən, debitordan ödəmə və ya bir sıra
ödəmələr almaq hüquqi verən aktivlər hesab
olunur.
MALĐYYƏ UÇOTU
– (I) - müəssisənin
fəaliyyətinin maliyyə nəticələri haqqında (onun
gəlirli və ya zərər gətirən olması) məlumatların
formalaşmasıdır. Bu məlumat daxili istifadə üçün
nəzərdə tutulduğu kimi, istənilən kənar hüquqi və
fiziki
şəxslər:
investorlar,
səhmdarlar,
təchizatçılar, banklar, vergi orqanları üçün də
nəzərdə tutulur.
Maliyyə uçotunun predmeti, müvafiq mühasibat
hesablarında əks olunan maliyyə əməliyyatlarıdır;
onun məqsədi – mənfəətliliyin, müəssisənin
özünün və alınmış vəsaitlərinin vəziyyətinin, onun
istifadəsinin və pula çevrilə bilməsinin maliyyə
sabitliyinin
müəyyən
edilməsidir.
Maliyyə
hesabının vəzifəsi – müəssisə fəaliyyətini xarici,
konyunktur (müəyyən qədər vergi vasitəçiləri
vasitəsilə
yaranan)
şəraitlər
və
idarəetmə
uçotunun istifadəsi ilə müəyyən edilən daxili
(istehsalat)
imkanlarla
əlaqələndirməkdir.
Maliyyə uçotunun yekunları aşağıdakı maliyyə
hesabatlarında öz əksini tapır: balansda, mənfəət
və zərər haqqında hesabatda, maliyyə vəziyyəti
haqqında
hesabatda,
xalis
gəlirlərin
bölüşdürülməsi haqqında hesabatda, hesablar üzrə
izahatlarda.
Maliyyə uçotu müəssisələrin maliyyə fəaliyyəti
göstəriciləri ilə sahələrarası maliyyə axınları və
Milli hesablar sistemində özünün son əksini tapan
təsərrüfat
fəaliyyəti
sahələri
arasında
əlaqələndirici
halqadır.
Kommersiya
müəssisələrinin illik maliyyə hesabatı auditor
yoxlamalarından sonra nəşr olunur.
Analitik maliyyə uçotu müəssisənin gəlirlərlə,
vergilərlə, pul vəsaitlərinin hərəkəti və s. ilə bağlı
olan
xarici
statistika
məlumatlarının
formalaşmasının əsasıdır.
(II) - standartlaşdırılmış dildə müqayisəli maliyyə
hesabatlarının tərtib edilməsi üçün nəzərdə
tutulmuş mühasibat uçotu metodudur.
MALĐYYƏ VASĐTƏÇĐLƏRĐNĐN ŞƏRTĐ
HESABLANMIŞ MƏHSULLARI
– maliyyə
vasitəçilərinin (“Maliyyə korporosiyaları bölməsi
(sektoru)”na bax) ümumi buraxılışının şərti
dəyərini xarakterizə edən, MHS-də qəbul edilmiş
göstəricidir. Cəlb olunmuş investisiyalaşdırmadan
əldə
olunmuş
bütün
gəlirlərlə
faizlərin,
mükafatların və s. bütün ödəmələri arasındakı fərq
kimi hesablanır. Maliyyə vasitəçilərinin şərti
hesablanmış
məhsullarının
istehlakının
əks
etdirilməsinin xüsusiyyətləri, onun bütünlükdə
şərti sahənin istehlakına “maliyyə vasitəçilərinin
xidmətlərinin
ödənilməsinin
şərti
hesablanması”na aid edilməsi hesab edilir, o
müvafiq sahələrin aralıq istehlakına aid edilmir.
MHS-93-ün tövsiyələrinin maliyyə vasitəçilərinin
şərti hesablanmış məhsulları təcrübəsində tətbiqi,
bu xidmətlərin istehlakçı – sahələrin aralıq
istehlakı
arasında
bölüşdürülməsinə
imkan
yaratmışdır.
MALĐYYƏ VASĐTƏÇĐLĐYĐ
– (I) - istehsal
fəaliyyətidir, bu zaman maliyyə vasitəçiləri kredit
verəndən kapitalı alır və borc alanların tələbatını
ödəmək
üçün
onları
dəyişdirirlər.
Onlar,
depozitləri qəbul etmək və veksel, istiqraz və
digər qiymətli kağızlar buraxmaqla kapital əldə
edirlər və avans ssuda və borc verməklə, qiymətli
kağızlar almaqla, bu kapitaldan istifadə edirlər.
Maliyyə vasitəçiləri özlərinin sonda gəlir əldə
etmək məqsədləri ilə öhdəlikləri öz üzərlərinə
götürərək, riskə gedirlər.
(II) - bazarda maliyyə əməliyyatlarından gəlir
əldə etmək məqsədilə, institusional vahidin öz
üzərinə götürdüyü öhdəlik istehsal fəaliyyəti növü
423
kimi
müəyyənləşdirilə
bilər.
Maliyyə
vasitəçilərinin
rolu
onların
vasitəçiliyi
ilə
vəsaitlərin kreditorlardan borc alanlara hərəkətini
təmin etməkdən ibarətdir.
MALĐYYƏ VASĐTƏÇĐLĐYĐ ÜZRƏ XĐD-
MƏTLƏR
– sığorta və pensiya təminatı
məqsədləri üçün nəzərdə tutulmuşlardan başqa,
maliyyə vəsaitlərinin alınması və yenidən
bölüşdürülməsi ilə bağlı xidmətlərdir. Ona dövlət,
kommersiya banklarının və pul və maliyyə
vasitəçiliyinin sair formaları (maliyyə lizinqi,
müxtəlif
növlərdə
kreditləşdirmə,
maliyyə
aktivlərinin formalaşdırılması) üzrə xidmətlər
daxildir.
Dostları ilə paylaş: |