A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə110/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   106   107   108   109   110   111   112   113   ...   182

MALĐYYƏ  YARDIMLARI  (SUBSĐDĐYA-

LARI)

  –  institusional  vahidlərin-rezidentlərin, 

müəyyən  iqtisadi  fəaliyyətlə  məşğul  olmalarını 

stimullaşdırmaq  üçün  dövlətin  onlara  verdiyi 

əvəzsiz ödənişlərdir.  



 

MALĐYYƏ,  KREDĐT,  SIĞORTA,  PENSĐ-

YA  TƏMĐNATI  XĐDMƏTLƏRĐNĐN  BU-

RAXILIŞI

  –  maliyyə-vasitəçilik  fəaliyyəti  ilə 

məşğul  olan  təşkilatların  (banklar,  sığorta 

təşkilatları, 

pensiya 


və 

digər 


fondların) 

xidmətlərinin dəyəridir.  



Bankların  bazar  xidmətləri  buraxılışı  maliyyə 

vasitəçiliyinin  şərti  qiymətləndirilmiş  xidmət 

haqlarının  (kreditə  görə  bankların  aldığı  və 

verdiyi  faizlərin  fərqi)    həcmi  və  digər  bank 

xidmətlərinin  (hesabların  açılması  və  digər  bank 

əməliyyatları üzrə ödənişlərin) dəyərləri cəmindən 

ibarətdir. Köməkçi maliyyə - vasitəçilik fəaliyyəti 

ilə    məşğul  olan  müəssisələrin  xidmətlər 

buraxılışı  maliyyə-bazarlarının  (fond,  valyuta, 

valyuta-fond  birjaları)  qeyri-dövlət  idarəetmə 

xidmətlərini  və  broker,  makler,  diler  firmalarının 

fond sərvətləri  ilə  birja  əməliyyatları  xidmətlərini 

əhatə  edir.  Broker  xidmətlərinin  buraxılışı  bank 

və  ya  digər  hüquqi  şəxs  və  ya  fiziki  şəxs 

tərəfindən  alınan  mükafatın  (bir  qayda  olaraq,  

sövdələşmə  məbləğinin  faizi  ilə  ifadə  olunan) 

məbləği  ilə  müəyyən  edilir.    Đnvestisiya  fondları 

xidmətlərinin 

buraxılışı 

aşağıdakı 

kimi 

hesablanır: dividentlər, faizlər şəklində gəlirlər  + 



(üstə  gəl)  cəlb  edilmiş  fond  vəsaitlərinin  maliyyə 

qoyuluşları  üzrə  digər  növ  gəlirlər  –  (çıxılsın) 

onun  səhmdarlarına  ödənilən  gəlirlər.  Sığorta 

xidmətlərinin  ümumi  buraxılışı  sığortanın  bütün 

növ  mükafatları  +  (üstə  gəl)  sığortanın  texniki 

ehtiyatlarının kapital qoyuluşlarından əldə edilmiş 

xalis  gəlir  –  (çıxılsın)  sığortanın  bütün  növləri 

üzrə  sığorta  ödəmələri,  –  (çıxılsın)  sığortanın 

texniki ehtiyatlarının dəyişməsi. 



MALĐYYƏ-SƏNAYE  QRUPU

  –  maliyyə-

sənaye  qrupunun  yaradılması  haqqında  müqavilə 

əsasında 

özlərinin 

maddi 


və 

qeyri-maddi 

aktivlərini  bütünlüklə  və  ya  qismən  birləşdirən 

(iştirak  sistemi),  əsas  və  törəmə  cəmiyyət  kimi 

fəaliyyət  göstərən  hüquqi  şəxslərin  məcmusudur. 

Maliyyə-sənaye  qrupuna  müəssisələr,  idarələr, 

təşkilatlar,  maliyyə-kredit  idarələri,  investisiya 

institutları  daxil  olur.  Maliyyə-sənaye  qrupları 

texnoloji  və  ya  iqtisadi  məqsədlərlə,  əmtəə  və 

xidmətlər  satışının  genişləndirilməsinə  və  rəqabət 

qabiliyyətinin 

yüksəldilməsinə 

yönəldilmiş 

investisiya və digər layihə və proqramların həyata 

keçirilməsi üçün; istehsalın səmərəlilik və rəqabət 

qabiliyyətinin  yüksəldilməsi,  yeni  iş  yerlərinin 

təşkili 

üçün; 


səmərələşdirici 

kooperasiya 

əlaqələrinin  yaradılması,  ixrac  potensialının 

artırılması, 

elmi-texniki 

tərəqqinin 

sürətləndirilməsi, 

müdafiə 


müəssisələrinin 

konversiyası  üçün  yaradılır.  Maliyyə-sənaye 

qrupunun  iştirakçısı,  mülkiyyət  növündən  asılı 

olmayaraq,  istənilən  təşkilati-hüquqi  formalı 

müəssisələr,  həmçinin  maliyyə-kredit  və  digər 

idarələr, investisiya institutları, o cümlədən xarici 

təşkilatlar ola bilər.  

 

MAL-QARA  VƏ  QUŞLARIN  SAYI



  –  ev 

heyvan və quşlarının sayı - təsərrüfatda istifadəsi, 

növü,  yaşı,  cinsi,  istehsal-iqtisadi  təyinatı,  cinslik 

tərkibi  kimi  bir  sıra  əlamətlərinə  görə  xarakterizə 

edən  göstəricilər  sistemidir.  Təsərrüfat  istifadəsi  

üzrə  mal-qara  məhsuldar  və  işçi  heyvanlara 

bölünürlər.  Məhsuldar  mal–qara  –  süd,  ət, 

yumurta,  yun  və  s.  məhsulların  alınması  üçün  

yetişdirilən heyvanlar aid edilirlər.   Đşçi mal-qara 

kənd  təsərrüfatı  və  digər  işlərdə  qoşqu  gücü  kimi 

istifadə  olunan  heyvanlar  aid  edilir.  Kənd 

təsərrüfatı heyvanlarının aşağıdakı növləri nəzərə 

alınır:  iri  buynuzlu  mal-qara,  qoyunlar,  keçilər, 

donuzlar,  atlar,  dəvələr,  kəllər,  yaklar,  zebular, 

şimal maralları və ov maralları. Həmçinin növlərə 

görə  quşların  (qazların,  toyuqların,  ördəklərin, 

hinduşkaların  və  s.),  dovşanların,  qəfəslərdə 

yetişdirilən  xəzli  heyvanların,  arı  ailələrinin,  ipək 

qurdlarının və digərlərinin uçotu aparılır. 

 

Yaş  təsnifatında  yaşlı  və  cavan  heyvanlar  ayrılır. 

Yaşlı  heyvanlar  cinslərinə  görə  ana  inəklər 

(camışlar)  və  erkək-damazlıqlar  və  ayrılıqda 

kökəltmədə  olan  yaşlı  mal-qara  kimi  nəzərə 

alınırlar.  Anaların  sayına  bütün  inəklər,  camışlar 

(südü  qurumuşlar  və  qısırlar  daxil  olmaqla),  əsas 

və yoxlanmış donuzlar, həmçinin 3 yaşdan böyük 

madyanlar və bir yaşdan yuxarı dişi qoyunlar, dişi 

keçilər 

və 


toğlular 

(onların 

bala 

verib-


verməməsindən  asılı  olmayaraq)  daxil  edilir. 

Cavan  heyvanlara  yetişdirilmiş  cavan  heyvanlar, 



 

424 


ətə  kəsilmək  üçün  nəzərdə  tutulmuş  kökəltmədə 

olan cavan heyvanlar aid  edilir. Kiçik yaşda olan 

cavan heyvanlar yaş qruplarına və cinslərinə görə 

bölüşdürülür.  Đstehsal  –  iqtisadi  təyinatına  görə 

mal-qara  əsas  və  dövriyyə  fondlarına  aid  edilir. 

Cinslik  tərkibinə  görə  mal-qaranın  hər  bir  qrupu 

cinsliyi  üzrə  bölünür,  cinslik  hüdudunda  təmiz 

cinsli  heyvanlar  ayrılır,  o  cümlədən  siniflər  və 

qatışıqlar üzrə. 

Kənd təsərrüfatı heyvanları müəyyən tarixə (ayın, 

ilin  əvvəlinə)  fiziki  vahidlərlə  (başla)  nəzərə 

alınır. 

Bir 


sıra 

göstəricilərin 

təhlili 

və 


hesablanması  üçün  dövrə  görə  (ay,  rüb,  il)  orta 

göstəricilər  müəyyənləşdirilir.  Ən  dəqiq  verilmiş 

heyvan  qrupu  üzrə  yem  günlərinin  cəminin 

dövrdə  olan  günlərin  sayına  bölünməsi  ilə  tapılır 

(yem  günü  –  gün  ərzində  bir  baş  heyvanın 

təsərrüfatda  olmasıdır).  Orta  say  hər  ay  ayın 

əvvəlinə 

heyvanların  mövcudluğu 

haqqında 

məlumatlar  əsasında  orta  xronoloji  düstur  üzrə 

hesablana  bilər.  Kənd  təsərrüfatı  heyvanlarının 

bütün  növ  və  qruplarının  ümumi  göstəricilərini 

müəyyənləşdirmək  üçün  heyvanların  ayrı-ayrı 

növlərinin  və  qruplarının  sayları  şərti  başa 

bölünür.  Şərti  vahid  kimi  yaşlı  iri  buynuzlu  mal-

qaranın baş sayı qəbul edilmişdir. 

 

MAL-QARANIN  ÜMUMĐ  BAŞ  SAYI

  -  

müvafiq  mal-qara  növünün  bütün  yaş  qrupları 

üzrə sayını əks etdirir. 

 

MALLAR

  –  (I)  -  natura  vahidləri  ilə  (ədədlə, 

tonla, 


metrlə 

və 


s.) 

ifadə 


oluna 

bilən, 


müəssisələrdə  istehsal  olunmuş  məmulatlar, 

detallar,  komplektləşdirici  hissələr  və  s.  hesab 

edilir. 

(II) 

tələbat 


olan, 

mülkiyyət 

hüququ 

müəyyənləşdirilə  bilən  və  bazarda  əməliyyatların 



həyata  keçirilməsi  yolu  ilə  mülkiyyət  hüququ  bir 

institusional  vahiddən  digərinə  verilə  bilən  fiziki 

predmetdir (əşyadır). Onlara tələbat var, çünki ev 

təsərrüfatlarının  və  cəmiyyətin  tələbatının  və 

ehtiyaclarının ödənilməsi üçün istifadə edilir bilər 

və  ya  digər  mal  və  xidmətlərin  istehsalı  üçün 

istifadə  olunurlar.  Đstehsal  və  mal  mübadiləsi 

tamamilə  ayrı-ayrı  fəaliyyət  növləri  hesab  edilir. 

Bir  sıra  mallar  mübadiləyə  heç  vaxt  daxil 

olunmaya  bilər,  digərləri  isə  dəfələrlə  satıla  və 

alına  bilər.  Malların  istehsalının  onun  sonrakı 

satışı və ya yenidən satışından ayrılması xidmətlər 

üçün  xas  olmayan  iqtisadi  vacib  xarakteristika 

hesab edilir.  



 

MALLARIN  APARILMASININ  GÖM-

RÜK  MƏNTƏQƏS

Đ  –  ölkənin  gömrük 

ərazisindən malların aparıldığı ərazidir.  



 

MALLARIN  GƏTĐRĐLMƏSĐ  VƏ  GÖN-

DƏRĐLMƏSĐ NƏ MÜVƏQQƏTĐ ĐCAZƏ

 – 

bu  prosedura  bir  ölkənin  gömrük  ərazisində 

ölkənin  malları  sayılmayan,    aşınma  nəticəsində 

normal qiymət azalması istisna olmaqla, dəyişməz 

vəziyyətdə  reeksport  üçün  nəzərdə  tutulmuş 

malların idxalı zamanı  ticarət siyasəti tədbirlərinə 

məruz  qalmadan  bütövlükdə  və  ya  qismən 

rüsumlardan azad olunmasına imkan verir. 

 

MALLARIN  GƏTĐRĐLMƏSĐNĐN  GÖM-

RÜK  MƏNTƏQƏSĐ

  –  ölkənin  gömrük 

ərazisinə malların gətirildiyi məntəqədir. 



 

MALLARIN  HƏRƏKƏT  KANALLARI

  - 

malların 

hərəkəti 

prosesinin 

iştirakçılarının 

məcmusudur.  Malın  istehsalçıdan  istehlakçıya 

gedən  yolda  hərəkətinin  sürəti  və  ardıcıllığı 

malların  hərəkəti  kanalından  asılıdır.  Malların 

hərəkəti  kanalı  birbaşa  və  dolayı  olmaqla,  iki 

hissəyə ayrılır. Birbaşa mal  hərəkəti kanalı və ya 

sıfır  səviyyəli  kanal  -  istehsalçı  öz  şəxsi  ticarət 

şəbəkəsindən  istifadə  etməklə  istehlak  bazarında, 

vasitəçilərin iştirakı olmadan özü çıxış etdiyi vaxt 

yaradılır.  Dolayı  mal  hərəkəti  kanalı  müstəqil 

ticarət  vasitəçilərinin  (distrübütorların)  iştirakını 

nəzərdə  tutur  və  bir  pilləli  (bir  vasitəçi  -  adətən, 

pərakəndə  və  ya  topdansatış  -  pərakəndə  ticarət 

firması),  iki  pilləli  (iki  vasitəçi  -  topdansatış  və 

pərakəndə),  üç  və  daha  çox  səviyyəli  formalara 

bölünür.  Müstəqil  vasitəçilərin  pillələrinin  sayı 

mal hərəkəti kanalının uzunluğunu müəyyən edir. 

Mal  hərəkəti  kanalının  iştirakçıları  məlumat 

mübadiləsini 

həyata 


keçirir, 

bəzən 


isə 

razılaşdırılmış  və  qarşılıqlı  sərfəli  olan  bazar 

siyasətinin 

işlənməsi, 

öz 

potensiallarından  



səmərəli  istifadə  edilməsi  məqsədilə  müqavilə 

(şərti və vertikal marketinq sistemi adlanan sistem 

yaradılır) münasibətlərinə girişirlər. 

 

MALLARIN  HƏRƏKƏTĐ  HAQQINDA 



MƏLUMATLARIN  KONFĐDENSĐALLI-

ĞI

 - ölkələrin əksəriyyəti mal axınlarının hərəkəti 

haqqında  məlumatların  konfidensiallığının  təmin 

olunması  üçün  tədbirlər  görürlər.  Ölkədən  asılı 

olaraq,  bu  sahədə  qanunvericilik,  məxfiliyin 

tətbiqi şərtləri və vacibliyi dəyişir. 

Konfidensiallıq  təsnifatın  ən  aşağı  səviyyəsinə 

tətbiq  edilir;  buna  görə  də  o,  Kombinə  edilmiş 

Nomenklaturanın  bütün  kompleksinə  və  ya 

altmövqelərin  yalnız  bir  hissəsinə  aid  ola  bilər. 

Məxfilik  xüsusiyyəti  idxal  və  ixrac  haqqında 

məlumatlarla  məhdudlaşar  və  yalnız  ayrı-ayrı 

elementlərə  aid  ola  bilər:  dəyər,  statistik  üsullar, 

miqdar, partnyor-ölkə və s. 


 

425


Konfidensiallığın 

iki 


növü 

fərqləndirilir: 

məhsulların  konfidensiallığı  və  ticarət  partnyoru 

olan ölkənin konfidensiallığı. 

 

MALLARIN  HƏRƏKƏTĐNĐN  XÜSUSĐ 

NÖVLƏRĐ

  –  mal  hərəkətinin  xüsusi  növləri 

dedikdə, hərəkət, malın mənşəyi, əmtəə hərəkətini 

aparıcı  edən  ticarət  əməliyyatının  xüsusiyyəti,  ya 

ixracatçı və ya idxalçı haqqında məlumatları şərh 

etməyə imkan verən xüsusi xarakteristikaya malik 

növlər  nəzərdə  tutulur  (məsələn,  poçt,  təyyarə, 

dəniz, avtonəqliyyatla göndərilmə). 

 

MALLARIN  KEYFĐYYƏTĐ  HAQQINDA 

SERTĐFĐKAT

  –  malların  keyfiyyətini  təsdiq 

edən 


şəhadətnamədir. 

Bu 


şəhadətnamədə 

məhsulun  xarakteristikası  verilir,  yaxud  malların 

keyfiyyətinin  müəyyən  standartlara,  ya  da 

sifarişin  texniki  şərtlərinə  uyğun  olduğu  təsdiq 

edilir.  Malların  keyfiyyəti  haqqında  sertifikat 

müvafiq  komponentlərə  malik  olan  təşkilatlar, 

dövlət 

orqanları, 



ticarət 

palataları, 

xüsusi 

laboratoriyalar tərəfindən, həm ixrac edən ölkədə, 



həm də idxal olunan ölkədə verilir. Bəzən tərəflər 

sertifikatın müxtəlif nəzarət və yoxlama idarələri, 

institutlar,  ölçü  və  çəki  palataları  və  digər 

təşkilatlar  tərəfindən  verilməsi  haqqında  razılığa 

gəlirlər.  Malların  keyfiyyəti  haqqında  sertifikatı 

istehsalçı  firma  da  (müqavilənin  şərtlərinə 

müvafiq olaraq) verə bilər.    

 

MALLARIN PASSĐV (ÇIXIŞ) EMALI



 – bu 

qayda gömrük ərazisindən malların emal olunması 

(məsələn, sifarişçinin xammalının emalı, təmir, ...) 

məqsədi  ilə  müvəqqəti  ixracına  imkan  verir, 

yuxarıda  göstərilən  əməliyyat  nəticəsində  əldə 

olunan 


mallar 

isə 


idxal 

rüsumunun 

ödənilməsindən tam və ya qismən azad edilməklə, 

azad tədavülə buraxılır. 

 

MALLARIN  RƏQABƏTƏ  DAVAMLI-

LIĞI

  – alıcının konkret tələbatının ödənilməsini 

təmin 


edən 

malın 


keyfiyyət 

və 


dəyər 

xarakteristikalarının məcmusudur. Malın rəqabətə 

davamlılığı  onun  rəqib  maldan  ilk  növbədə 

səmərəli yekun xərclərinə (malın əldə edilməsi və 

onun  istismar  xərcləri  də  daxil  olmaqla),  ikinci 

növbədə  isə  yalnız  rəqib  mala  müqavimət 

göstərmək 

deyil, 


hətta 

onu 


üstələməklə 

fərqləndirən 

bazar 

tələbatına 



uyğunluğunu 

nəzərdə tutur.  

 

MALLARIN  SƏRBƏST  DÖVRĐYYƏYƏ 

BURAXILMASI

 – bu rejimdə malların gömrük 

statusu  verilir.  Bu  rejimə  uyğun  olaraq,  ticarət 

siyasəti  tədbirləri  tətbiq  edilir,  malların  idxalında  

digər  zəruri    rəsmiyyətçiliklər,  həmçinin  qanuni 

qaydada vergi qoyma üzrə rəsmiyyətçiliklər (milli 

səviyyədə  və  ya  vergilərdə  rəsmiyyətçiliklər 

istisna olmaqla, məsələn, ƏDV) yerinə yetirilir. 

 

MAL  NĐŞANI  (TĐCARƏT  NĐŞANI)



  

malların  identifikasiyası  (eyniləşdirilməsi)  üçün 

istifadə edilən, özündə simvol, şəkil və yazını əks 

etdirən əmtəə adıdır. Mal nişanı özündə oxuma və 

tələffüz etmə hissəsini birləşdirən  nişan adını və 

şəkildən, monoqramdan, çalar və ya malın, yaxud 

firmanın  adını  əmələ  gətirən  xüsusi  şriftdən, 

bəzəkli yazılan hərflərdən (loqotipdən) ibarət olan  



nişan  işarəsini  (emblemi)  birləşdirir.  Mal  nişanı 

qanuni  olaraq  qeydiyyatdan  keçirilir  və  mühafizə 

olunur.  Mal  nişanları  bir  istehsalçının  və  ya 

satıcının  malını  başqa  satıcıların,  istehlakçıların 

oxşar əmtəələrindən fərqləndirməyə imkan verir. 

 

MANAT

  –  Azərbaycan  Respublikasının  pul 

vahididir  (Azərbaycan  manatı),  100  qəpiyə 

bölünür. 1992-ci ildən dövriyyəyə buraxılmışdır. 

  

MANTĐSSA



  (loqarifmin  əsir  hissəsi)  –  üzən 

nöqtələrin  sayının  əhəmiyyətli  hissəsidir.  Üzən 

nöqtə  ilə  istənilən  rəqəm  mantissanı  əks  etdirən 

ədədlərin hasili şəklində verilir və üzən nöqtələrin 

sayına  bərabər  səviyyəyə  yüksəldilmiş,  üzən 

nöqtələrlə  miqdarın  hesablanması  sisteminin 

əsasıdır. 

 

MARJA 

–  (I)  -  1)  malların  birja  bülletenlərində 

göstərilən  satıcı  qiyməti  ilə  alıcı  qiyməti 

arasındakı  fərqdir;  2)  faiz  tariflərinin  (məsələn, 

bank  tərəfindən  cəlb  edilən  əmanətlər  və  verilən 

ssuda  (borc)  üzrə  tariflər  arasında),  yaxud 

Mərkəzi 


Bank 

tərəfindən 

yenidən 

maliyyələşdirmə  tarifinin  və  bank  kapitalından 

müəssisələrə  verilən  kredit  tarifi  (dərəcəsi) 

arasındakı  fərqin  miqdarıdır.  Marja  kredit 

təşkilatının xərclərinin ödənilməsinin zəruriliyi və 

müəyyən  gəlirin  təmin  edilməsi  nəzərə  alınmaqla 

müəyyənləşdirilir.  

(II)  -  satış  qiyməti  ilə  maya  dəyəri  arasındakı 

fərqdir. 

 Marja,  bir  qayda  olaraq,  onun  uyğun  gəldiyi 

maya dəyəri əsasında müəyyən edilir. 

 

MARKER

  -  məlumatların  işlənməsini  təmin 

edən,  xidməti  funksiyaları  yerinə  yetirmək  üçün 

məlumatların  maşın  daşıyıcılarına  köçürülən 

xüsusi  işarədir.  Qeyd  olunan  zonanın  əvvəlinə  və 

yaxud ondan sonra yerləşdirilir. 

 

MARKETĐNQ

  –  (I)  -  tələbatın  ödənilməsinə 

yönəldilmiş  və  bazar  konyunkturu  haqqında 

məlumat  əsasında  həyata  keçirilən,  bazarın 


 

426 


öyrənilməsi,  əmtəə  və  xidmətlərin  istehsalı  və 

satışının  idarə  edilməsi  və  tənzimlənməsi  üzrə 

fəaliyyətdir. 

O, 


malların 

satışının 

stimullaşdırılması, 

tədavülün 

inkişafı 

və 


sürətləndirilməsi,  tələbatın  daha  yaxşı  təmin 

edilməsi naminə və mənfəətin alınması məqsədilə 

həyata  keçirilir.  Bazar  konyunkturası  haqqında 

məlumat  bazardakı  əmtəələrin  vəziyyəti  və  xarici 

amillər  haqqında  aşağıdakı  məlumatları  əhatə 

edir:  istehlakçıların  davranışı;  rəqabət;  nailiyyət 

və  texnologiya;  yeniliklər;  hökumətin  fəaliyyəti 

və  qanunvericilik  aktları;  kütləvi  informasiya 

vasitələri;  iqtisadiyyatın  vəziyyəti  və  inkişaf 

proqnozları; 

inflyasiya 

səviyyəsi; 

istehsal 

xərclərinin 

dinamikası 

və 


s. 

Marketinq 

tədqiqatları bazarda əmtəələrin vəziyyətinin idarə 

olunması  və  tənzimlənməsi  üzrə  qərarların  qəbul 

edilməsi  üçün  əsas  hesab  edilir  və  məhsulların 

xarici görünüşünə və qiymətinə, istehsal və satışın 

parametrlərinə  (satışın  həcmi  və  yeri,  satış 

kanalları  və  nəqliyyat  növləri,  malgöndərənlər, 

vasitəçilər  və  s.),  əmtəələrin  hərəkət  şərtlərinə 

(reklam,  satışın  stimullaşdırılması)  və  sairə 

bilavasitə  təsir  göstərir.  Đstehlakçılardan  asılı 

olaraq, 


marketinqin 

üç 


növü 

bir-birindən 

fərqlənir:  sənaye  (sənaye  müəssisələri);  istehlak 

(əhali); beynəlxalq. 

Reklam 

marketinqin 



tərkib 

hissəsidir. 

Fərqləndirilmiş, 

konversiya, 

təmərküzləşmiş, 

kütləvi,  əks  təsir  göstərən, inkişaf  etdirən,  strateji 

və məqsədli marketinq formaları mövcuddur. 

(II)  –  bazarın  genişlənməsinə  və  saxlanmasına 

yönəldilmiş  işgüzar  fəallığın  bütün  növləridir. 

Marketinq  özündə  bazarın  öyrənilməsi  və 

tədqiqatını, 

reklamların 

təşkilini, 

satışın 

stimullaşdırılmasını, 

sponsorların 

axtarışını, 

firmalar  üçün  ayrı-ayrı  şəxslərlə  və  ya  ictimai 

təşkilatlarla  əlaqələrin  axtarışını  birləşdirir.  Bu 

xidmətlər  “müəssisə  daxilində”  də  göstərilə  bilər. 

Bu  zaman  investisiya  qoyuluşu,  iş  qüvvəsinə sərf 

olunan  xərclər  də  daxil  olmaqla,  istehsal  dəyəri 

üzrə  müəyyənləşdirilməlidir  və  ya  üçüncü 

tərəfdən alına bilər. 

 

MARKETĐNQ 



XƏRCLƏRĐ

 

– 

bazarın 


genişləndirilməsinə  və  ya  xidmətinə  yönəldilmiş 

işgüzar 


fəallığın 

bütün 


növləri 

kimi 


müəyyənləşdirilir. 

Marketinqə 

bazarın 

öyrənilməsi, 

reklamların 

təşkili, 

satışın 

stimullaşdırılması, 

sponsorlaşdırma 

və 


ictimaiyyətlə  əlaqələr  daxildir.  Bu  xidmətlər 

müəssisənin  özü  tərəfindən  həyata  keçirilə  bilər 

və  bu  halda  kapital  qoyuluşu,  işçi  qüvvəsinə 

məsrəflər  də  daxil  edilməklə,  istehsala  xərclər 

üzrə  hesablanmalıdır  və  ya  üçüncü  şəxslərdən 

alına  bilər.  Bu  xərclərin  yalnız  bir  hissəsi 

investisiya  xarakterinə  malikdir,  qalan  hissəsi  isə 

istehlak  hesab  edilir.  Marketinqə  xərclərdə 

investisiya  ilə  istehlak  arasında  dəqiq  sərhəd 

qoymaq  mümkün  deyildir  və  onların  dəqiq 

müəyyənləşdirilməsi  ehtimal  ki,  məlumatların 

yığılmasında  böyük  problemlərə  səbəb  olardı. 

Belə  problemləri  azaltmaq  üçün  məlumatları 

yığmaq 


məqsədi 

ilə 


bir 

sıra 


parametrik 

sadələşdirmələrin aparılması zəruri olur. 

Marketinqə  xərclərin  ölçülməsi  aşağıdakılarla 

məhdudlaşdırılmalıdır: 

-  gözlənilən  qazancın  bir  ildən  artıq  (keçmiş) 

müddət  ərzində    əldə  edilməsi  mümkün  olacaq 

yeni 

məhsulları 



əhatə 

edən 


uzunmüddətli 

marketinq xərcləri ilə; 

-  gözlənilən  qazancı  bir  ildən  artıq  (keçmiş) 

müddət  ərzində    əldə  edilməsi  mümkün  olacaq 

yeni  sahələri  və  ya  bazarın  seqmentlərini  əhatə 

edən marketinq xərcləri ilə; 

müəssisənin 



strateji 

vəziyyətinin 

yaxşılaşdırılmasını 

nəzərdə 


tutan 

marketinq 

xərcləri ilə. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin