A. M. Vəliyev Elmi redaktorlar: R. A. Səlimov, S. A. Sadıqova, T.Ə. Paşayev



Yüklə 17,41 Mb.
Pdf görüntüsü
səhifə107/182
tarix21.04.2017
ölçüsü17,41 Mb.
#14975
1   ...   103   104   105   106   107   108   109   110   ...   182

MAAŞ,  MƏVACĐB

  –  tutduğu  vəzifəyə  görə  

işçiyə təyin edilmiş nominal aylıq əmək haqqının 

həcmidir.  Maaş  ştat  cədvəlinə  və  kateqoriyalar 

dərəcəsinə  uyğun  olaraq  müəyyən  edilir.  Đş 

stajından, 

peşə 

səviyyəsindən 



və 

s. 


üstünlüklərindən  asılı  olaraq,  vəzifə  maaşına 

əlavələr müəyyən edilir. Əlavələr və işin görülmə 

keyfiyyəti,  təcililiyinə  görə  mümkün  ola  bilən 

mükafatlarla  birlikdə  maaş  real  əmək  haqqını 

təşkil edir. 

 

MAASTRĐXT  MÜQAVĐLƏSĐ

  –  1992-ci  il 

fevralın 7-də Avropa Birliyinə üzv olan 12 dövlət 

tərəfindən 

imzalanmış 

müqavilədir. 

Bu 


müqaviləyə əsasən Avropa Đttifaqı təsis edilmiş və 

4.11.1993-cü  ildən  qüvvəyə  minmişdir.  Maastrixt 

müqaviləsi  Qərbi  Avropanın  iqtisadi  birliyini 

ümumi çərçivədə başa çatdırmışdır. 



 

MADDĐ    ĐSTEHSAL    SFERASININ  DĐ-

GƏR  FƏALĐYYƏT NÖVLƏRĐNĐN MƏH-

SUL  BURAXILIŞI 

–  bu  sahəyə  daxil  olan 

bütün 


altsahələrdə 

yaradılan 

məhsulların 

dəyəridir.  MHS-nin  metodologiyasına  görə,  ona 

daxildir:  redaksiya  və  nəşriyyat  fəaliyyəti,  metal 

qırıntıları  və  tullantılarının  tədarükü  və  emalı, 

idarədən 

kənar 


mühafizə. 

Redaksiya 

və 

nəşriyyatın 



məhsul 

buraxılışı 

kitabların, 

jurnalların,  qəzetlərin  və  s.  nəşr    edilmiş 

məhsulların  orijinallarının  dəyəri  ilə  müəyyən 

edilir.  Metal  qırıntılarının  və  tullantılarının 

tədarükü  və  emal  olunan  məhsullar  satışa 

qoyuluşun  tipinə  görə,  yəni  təkrar  xammalın 

tədarükü  və  satışının  dəyərləri  arasındakı  fərqlə, 

“Đdarədən  kənar  mühafizə”  altsahəsinin  buraxılışı 

isə  göstərilən  xidmətlərə  görə  istehlakçının 

ödənişlərinin dəyəri ilə  müəyyən edilir. 

 

MADDĐ  AKTĐVLƏR

  –  mülkiyyət  hüququ 

tətbiq olunan maddi qiymətlilərdir. 

Belə  aktivlər  tam  başa  çatmış  şəkildə  balansda 

aşağıdakı bölmələr üzrə nəzərə alınır: 

-  torpaq  (ərazinin  abadlaşdırma  ilə  bağlı 

planlaşdırılması daxil olmaqla); 

- tikililər; 

- texniki qurğular və sənaye avadanlıqları; 

- digər maddi-cismi aktivlər. 

Başa  çatmış  şəkildə  olan  maddi  aktivlər 

“tamamlanmamış  maddi  aktivlər”  bölməsində 

nəzərə alınır. 

 

MADDĐ AKTĐVLĐK

 – maddi və fiziki mövcud 

olan ixtiyari maldır. 

 

MADDĐ  DÖVRĐYYƏ  VASĐTƏLƏRĐ  EH-

TĐYATLARININ  DƏYĐŞMƏSĐ

  –  (I)  -  eyni 

qiymətlərlə  hesablanan,  dövrün  əvvəlinə  və 

sonuna mövcud olan maddi dövriyyə vasitələrinin 

ehtiyatları 

arasındakı 

fərqdir. 

Bu, 

istehsal 



ehtiyatlarının, 

natamam 


istehsalın, 

hazır 


məhsulların  və  yenidən  satılmaq  üçün  malların 

dəyərinin 

dəyişməsidir. 

Yüksək 


inflyasiya 

şəraitində bu məqsədlər üçün dövrün orta qiyməti 

tətbiq edilir.  

(II)  -  maddi  dövriyyə  vasitələrinin  qeydiyyatı  ilə 

bağlı  əməliyyatlar,  istənilən  digər  maliyyə  və  ya 

qeyri-maliyyə aktivləri ilə bağlı əməliyyatlar kimi 

izah  edilir.  Beləliklə,  kapitalla  əməliyyatlar 

hesabında  əks  etdirilən  bu  ehtiyatların  dəyərinin 

dəyişməsi, 

müəssisələr 

tərəfindən 

alınmış 

ehtiyatların  dəyəri  ilə  hesabat  dövrü  ərzində 

sıradan  çıxmış  ehtiyatların  dəyəri  arasında  olan 

fərqə  bərabərdir.  Bu  əldə  edilmiş  və  sıradan 

çıxmışların  bəziləri  özlüyündə  faktiki  alınmışları 

və satılmışları əks etdirir, digərləri isə eyni vaxtda 

müəssisənin  öz  daxilində  həyata  keçirilən 

əməliyyatları əks etdirir. 



 

MADDĐ  ĐNVESTĐSĐYA  MALLARININ 

SATIŞI

  –  bu  göstəriciyə  üçüncü  tərəfə  satılmış 

mövcud  maddi  kapital  mallarının  dəyəri  daxildir. 

Onlar  balans  dəyəri  ilə  deyil,  mülkiyyət 

hüququnun  verilməsində  məruz  qaldığı  istənilən 

xərclər  çıxıldıqdan  sonra  satıcının  faktiki  alış 

qiyməti  üzrə  qiymətləndirilməlidir.  Satışdan 

başqa,  dəyərin  təshihi  və  digər  çıxılma  növləri 

daxil edilmir.  



 

MADDĐ  QEYRĐ-ĐSTEHSAL  AKTĐVLƏRĐ

 

– təbii yolla bərpa olunmayan və ya bərpa olunan 

(yəni  institusional  vahidlər  tərəfindən  birbaşa 

nəzarət olunmadan, cavabdehlik olmadan və idarə 

edilmədən)  təbii  mənşəli  iqtisadi  aktivlərdir. 

Onlara  torpaq,  yeraltı  su  ehtiyatları,  yeraltı 

sərvətlər, təbii bioloji ehtiyatlar aiddir. 

 

MADDĐ 

MƏHSULLARA 

QOYULAN 

ÜMUMĐ  ĐNVESTĐSĐYALAR

  –  hesabat 

dövründə  bütün  maddi  məhsullara    çəkilən 

xərcləri  özündə  əks  etdirir.  Onlara  aiddir:  xidmət 

müddəti  bir  ildən  çox  olan  yeni  və  ya  mövcud, 

digər  müəssisələrdən  alınmış  və  ya  özünün 

istifadəsi  üçün  istehsal  edilmiş  kapital  malları; 

torpaq  kimi  qeyri-istehsal  maddi  məhsullar  da 

bura daxildir.  

Bütün    investisiyalar  dəyərin  düzəlişindən  (yəni 

tam  dəyər  üzrə)  və  satışdan  əldə  olunmuş 

məbləğin  çıxılmasından  əvvəl  qiymətləndirilir. 

Nəqliyyat  və  quraşdırma  xərcləri,  komisyon 

yığımları,  vergilər  və  mülkiyyətin  verilməsi  ilə 

əlaqədar  digər  xərclər  daxil  edilməklə,  satın 

alınmış 


əmtəələr 

alış 


qiymətləri 

ilə 


qiymətləndirilir.  Şəxsi  istifadə  üçün  istehsal 

 

413


edilən  maddi  əsas  fondlar  istehsal  dəyəri  ilə 

qiymətləndirilir.  Đri  investisiyalar  zamanı  xərclər 

bir  hesabat  dövründən  çox  dövrdə  istehsal 

olunursa,  onda  bu  xərclər  həyata  keçirildikləri 

hesabat  dövründə    investisiya  kimi  yazılmalıdır. 

Müəssisələrin  birləşməsi  nəticəsində  əldə  olunan 

əsas  fondlar  çıxılır.  Kapital  yaratmayan,  kiçik  və 

az qiymətli alətlərin alınması ilə bağlı xərclər cari 

xərclərə aid edilir. 

Kapital  aktivlərinin  normal  xidmət    vaxtını 

uzadan 

və 


ya 

istehsal 

gücünü 

artıran 


genişləndirmə,  yenidənqurma,  təkmilləşdirmə  və 

modernləşdirmə  ilə  bağlı  bütün  investisiyalar  da 

bura daxil edilir.  

Cari  xərclərə  daxil  edilmir:  texniki  xidmətə 

çəkilən  xərclər;  icarə  və  lizinq  müqaviləsi  üzrə 

istifadə  olunan  kapital  aktivlərinin  dəyəri  və 

onlara  çəkilən  cari  xərclər.  Qeyri-maddi    və 

maliyyə aktivlərinə investisiyalar çıxılır.  

Maddi  məhsullara  qoyulan  ümumi  investisiyaları 

aşağıdakı kimi bölmək olar: 

• torpağa; 

• mövcud bina və tikililərə; 

• binaların tikilməsi və ya yenidən qurulmasına 

hesabat  dövründə  binaların  və  digər  mülklərin 

tikintisinə  və  ya  yenidən  qurulmasına  çəkilən 

xərclər, həmçinin müəssisənin sahib olduğu və ya 

icarəyə  götürdüyü  binaların  və  digər  mülklərin 

saxlanmasına 

məsrəflər 

daxildir; 

binaların 

saxlanılması üzrə cari məsrəflər çıxılır; 

•  obyektdən  kənarda  istifadə  üçün  nəqliyyat 

vasitələrinə 

(nəqliyyat 

vasitələri 

parkı): 


obyektdən  kənarda  istifadə  olunan  bütün  quru  və 

su  nəqliyyat  vasitələri,  yəni  minik  və  yük 

avtomobilləri,  həmçinin  bütün  növlərdən  olan 

xüsusi  nəqliyyat  vasitələri,  su  və  dəmir  yolu 

nəqliyyatı və s. daxildir; 

•  maşın  və  avadanlıqlara  idarə  avadanlıqları, 

obyekt  daxilində  istifadə  olunan  xüsusi  maşın 

vasitələri,  digər  maşın  və  avadanlıq  növləri 

daxildir. 

Müəssisələrin  birləşməsi  nəticəsində  əldə  olunan 

başa  çatdırılmamış  istehsala  və  maddi  aktivlərə 

qoyulan investisiyaları  da həmçinin  nəzərə  almaq 

lazımdır.  

Maddi  məhsullara  qoyulan  ümumi  investisiyalar 

aşağıdakı kimi müəyyən edilir: 

Torpağa  qoyulan  ümumi  investisiyalar  +  mövcud 

bina  və  tikililərə  qoyulan  ümumi  investisiyalar  + 

binaların  tikilməsinə  və  yenidən  qurulmasına 

qoyulan  ümumi  investisiyalar  +  maşın  və 

avadanlıqlara  qoyulan  ümumi  investisiyalar  = 



Maddi 

məhsullara 

qoyulan 

ümumi 

investisiyalar. 

 

MADDĐ  VASĐTƏLƏRƏ  ĐNVESTĐSĐYA 

QOYULUŞLARI  (BOŞ  QALMIŞ  TOR-

PAQ SAHƏLƏRĐ ĐSTĐSNA OLMAQLA)

 – 

xidmət  müddətləri  bir  ildən  çox  olan  və  vahidin 

(müəssisənin)  istifadəsi  üçün  nəzərdə  tutulan, 

digər  müəssisələrdən  alınmış  və  ya  özünün 

istifadəsi  üçün  istehsal  edilmiş  bütün  yeni  və  ya 

istifadədə  olan  investisiya  mallarına  çəkilən 

xərclərdir. 

Yalnız maddi vasitələr nəzərə alınır (mebel, maşın 

və  nəqliyyat  avadanlıqları,  digər  investisiya 

malları,  binaların  tikintisi,  torpaq  sahələrinin  və 

binaların  alınması  və  s.).  Əksinə,  qeyri-maddi 

aktivlərə 

(qeyri-maddi 

aktivlərə 

hüquqların 

alınması 

məqsədi 

ilə 


bağlanmış 

ticarət 


sövdələşmələrinə),  həmçinin  səhmlərin  və  digər 

qiymətli 

kağızların 

alınmasına 

qoyulan 

investisiyalar daxil edilmir.  

Bu 

anlayışa 



həmçinin 

əsas 


fondların 

genişləndirilməsi, 

yenidən 

qurulması, 

təkmilləşdirilməsi  və  normal  xidmət  müddətlərini 

uzadan  və  ya  iqtisadi  səmərəliliyini  artıran  təmir 

işləri  daxildir.  Cari  təmirə  və  texniki  xidmətlərə 

çəkilən xərclər daxil edilmir. 



 

MADDĐLƏŞMĐŞ 

ƏMƏK 

XƏRCLƏRĐ 

ƏMSALLARI

 - əmək vahidlərində ifadə edilən 

ayrı-ayrı 

xərc 

növlərinin 



istehsal 

edilmiş 


məhsulun  dəyər  ifadəsində  ümumi  həcminə  olan 

nisbətidir.  Məsələn,  elektrik  enerjisinin  istehsalı 

üçün  sərf  edilmiş  kömürün  çıxarılmasına  əmək 

xərcləri.  Maddiləşmiş  əmək  xərcləri  əmsalları  K-

ij

=t

ij



X

j

  düsturu  ilə  hesablanır.  Burada:  K



ij 

-  j 


sahəsində məhsul vahidinin istehsalı üçün istifadə 

edilən 


sahəsinin 

məhsul 

istehsalında 



maddiləşmiş  əmək  xərcləri  əmsalları,  t

ij

  –  j 



sahəsinin  məhsul  istehsalı  üçün  (cari  xərclər 

qismində)  istifadə  edilən  i  sahəsinin  həmin 

hissəsinin istehsalında maddiləşmiş əmək xərcləri; 

X



–  j  sahəsinin  məhsulunun  həcmidir.  Əmək 

xərclərinin  sahələrarası  balansının  və  məhsul  və 

xidmətlərin 

istehsalı 

və 

bölüşdürülməsinin 

sahələrarası  balansının  məlumatları  əsasında 

hesablanır.  



 

MAGĐSTRAL  QAZ  KƏMƏRLƏRĐ

    –  

mədənlərdən  uzaq  məsafəyə  nəql  edilməsi  üçün 

təbii  qazın  yüksək  təzyiqlə  qaz  paylayıcı 

stansiyalara,  kompressor  stansiyalarına,  yeraltı 

qaz anbarlarına və yeraltı qaz anbarlarından qəbul 

edilən  qazı  nəql edən boru  kəmərləri  və  onlardan 

ayrılan qollardır. Əhaliyə, müəssisə və təşkilatlara 

qazın bölüşdürülməsini təmin etmək üçün nəzərdə 

tutulmuş  qaz  təchizatı  şəbəkələri  magistral  qaz 

kəmərlərinə aid edilmir.  

 

MAGĐSTRAL  NEFT  KƏMƏRLƏRĐ 

–  


neftin  və  emal  olunmuş  maye  neft  məhsullarının 

nəql  edilməsini  təmin  etmək  üçün  quraşdırılmış 



 

414 


boru 

kəmərləridir. 

Neft 

(neft 


məhsulları) 

kəmərləri  yeraltı,  sualtı,  yerüstü  və  yerüstü 

dayaqlarda  qoyulmuş  neft  (neft  məhsulları) 

kəmərləri  və  onunla  bağlı  olan,  neftin  nəqlini, 

qəbulunu,  istehlakçıya  çatdırılmasını  və  ya  digər 

nəqliyyat vasitələrinə boşaltma-yükləməsini təmin 

edən  nasos  stansiyaları,  neft  (neft  məhsulları) 

anbarları  və  digər  texnoloji  obyektlərdən  ibarət 

mühəndis qurğuları şəbəkəsindən ibarətdir.    

 

MAĞAZA

  –  1)  malları  yerləşdirmək  üçün 

ticarət  zalına,  yerə  və  köməkçi  yerə  malik  olan, 

ayrıca 

binada 


yerləşən 

pərakəndə 

ticarət 

müəssisəsinin  əsas  növüdür.  Mağazalar  müəyyən 

növ  mal  və  ya  mal  qruplarının  satışını  həyata 

keçirən  ixtisaslaşdırılmış  mağazalara  və  faktiki 

olaraq 

özündə 


ixtisaslaşdırılmış 

mağazaları 

birləşdirən, 

bölmələr 

(seksiyalar) 

üzrə 


qruplaşdırılmış,  geniş  çeşidli  müxtəlif  əmtəələrin 

satılması  ilə  məşğul  olan  universal  mağazalara 

bölünür.  Mağazaların  ölçüsü  onun  ümumi  sahəsi 

və ticarət zalının sahəsinə görə müəyyənləşdirilir; 

2)  hüquqi  şəxs  kimi  çıxış  edən,  yaxud  əlahiddə 

otaqda,  ticarət  yerində  yerləşən  hər  hansı 

pərakəndə ticarət müəssisəsidir.  

 

MAĞAZALARDA 

TĐCARƏT

 

zəruri 


əmtəələrin 

alınması 

məqsədi 

ilə 


alıcıların 

gəldikləri daimi yerdir, mağazadır.  



 

MAKROĐQTĐSADĐ  MODEL

  –  bir  qayda 

olaraq,  tam  vahid  kimi  aqreqasiya  olunmuş 

(birləşdirilmiş)  makroiqtisadi  indikatorlara  və 

aqreqasiya 

olunmuş 


iqtisadiyyat 

sahələri 

bölgüsündə 

göstəricilərə 

əsaslanan, 

ölkənin 


iqtisadi  modelidir.  Tipik  olmayan  hadisə  kimi, 

makroiqtisadi  model  ümumilikdə  iqtisadiyyat 

sahələri üçün Kobba-Duqlasın istehsal funksiyası, 

məhsul 


və 

xidmətlərin 

istehsalı 

və 


bölüşdürülməsinin  sahələrarası  balansı  modeli 

hesab edilir.  



 

MAKROĐQTĐSADĐYYAT

 

– 



iqtisadiyyat 

elminin  bir  hissəsidir,  ümumiləşdirilmiş  (yekun) 

iqtisadi 

göstəricilər 

(aqreqatlar) 

əsasında 

iqtisadiyyatı  həm  bütövlükdə,  həm  də  onun 

mühüm  məcmusu  olan  ev  təsərrüfatını,  biznes, 

dövlət 

bölmələrini 



və 

s. 


öyrənir. 

Makroiqtisadiyyatın vəzifəsi iqtisadiyyatın ümumi 

vəziyyətini  və  quruluş  sxemini  və  iri  göstəricilər 

arasında  iqtisadi  əlaqələri  əks  etdirməkdən 

ibarətdir.  Makroiqtisadiyyat  məcmusu  bazarların: 

mal  və  xidmətlərin,  işçi  qüvvəsinin,  kapital  və 

qiymətli  kağızların təhlili ilə  məşğuldur.  Bununla 

yanaşı,  tədqiqat  obyekti  kimi  məhsulların  ümumi 

həcmi,  məşğulluq  səviyyəsi,  gəlir  və  xərclərin 

həcmi, 


qiymətlər 

və 


s. 

çıxış 


edir. 

Makroiqtisadiyyatın  tədqiqat  obyekti  kimi  milli 

sərvət,  ümumi  daxili  məhsul,  milli  gəlir,  məcmu 

dövlət  və  özəl  investisiyaları,  tədavüldə  olan 

pulların 

ümumi 


miqdarı 

da 


çıxış 

edir.  


Makroiqtisadiyyat  bütövlükdə  ölkə  iqtisadiyyatı 

səviyyəsində  iqtisadi  qərarların  qəbul  edilməsi 

üçün  nəzərdə  tutulmuşdur.  Makroiqtisadi  təhlil 

üçün, 


praktiki 

olaraq, 


statistikanın 

bütün 


bölmələrindən,  birinci  növbədə  isə  milli  hesablar 

statistikasından  istifadə  edilir.  Makroiqtisadi 

proseslər əmtəə bazarları, müəssisələr, maliyyə və 

qiymət,  ev  təsərrüfatları,  vergiqoyma  statistikası 

ilə konkretləşdirilir. 

 

MAKSĐMUM  MÜMKÜN  OLAN  (MALĐK 

OLUNAN)  ĐŞ  GÜNÜ  FONDU

  -  əmək 

qanunvericiliyinə  uyğun  olaraq,  müəyyən  dövr 

ərzində  maksimum  işlənmiş  mümkün  olan  iş 

vaxtıdır.  Bu  göstərici  bayram  və  bazar  adam-

günlərinin,  həmçinin  növbəti  məzuniyyət  (illik) 

adam-günlərinin  təqvim  günlərindən  çıxılması  ilə 

hesablanır.  



 

MAQNĐT  DĐSKĐ

  –  bir  və  yaxud  hər  iki 

tərəfindən  maqnit  materialları  ilə  örtülmüş, 

özlüyündə  yastı  (düz)  plastini  (lövhəni)  əks 

etdirən 

məlumatların 

elektron 

daşıyıcısıdır. 

Məlumatların 

 

yazılması 



üçün 

nəzərdə 


tutulmuşdur. 

 

MAL DÖVRĐYYƏSĐNĐN  MÜDDƏTĐ

 - mal 

dövriyyəsi 

göstəricinin 

əksidir 


və 

malın 


istehsaldan  istehlakçıya  çatana  qədər  əmtəə 

tədavülü  sferasında  keçirdiyi  günlərin  sayı  ilə 

xarakterizə 

olunur. 


Dövr 

ərzində 


mal 

ehtiyatlarının  bir  günlük  əmtəə  dövriyyəsinə  olan 

orta  nisbəti  və  ya  dövrdəki  günlərin  sayının  mal 

dövriyyəsinin 

sürətinə 

olan 


nisbəti 

kimi 


hesablanır.  Mal  ehtiyatları  və  mal  dövriyyəsi 

statistikasında  mal  dövriyyəsi  müddətinin  amil, 

indeks və geriləmə modelləri qurulur.  

 

MAL  DÖVRĐYYƏSĐNĐN  ƏMTƏƏ  ST-

RUKTURU

  –  əmtəə  dövriyyəsinin  tərkibidir, 

ümumi  əmtəə  dövriyyəsində  ayrı-ayrı  əmtəə  və 

əmtəə 


qrupları 

arasındakı 

nisbətdir. 

Mal 


dövriyyəsinin  əmtəə  strukturu  hər  bir  əmtəənin 

nisbi  göstəricisinin  –  faizlə  xüsusi  çəkisinin 

yekuna  nisbəti  ilə  onun  ümumi  satışda  yerini  əks 

etdirir.  Mal  dövriyyəsinin  əmtəə  strukturunun 

birbaşa hesablanması ticarət prosesi uçotunun tam 

kompüterləşməyə  keçməsini  tələb  edir.  Đndiki 

zamanda  hesablamanın  P  =  Z

n

+P-V-Z


k

  balans 

düsturunun  köməyi  ilə  dolayı  üsulundan  istifadə 

edilir  (“Bazar  statistikasında  balans  üsulu”na 

bax). 


 

415


MAL  GÖNDƏRƏNLƏRĐN  (YALNIZ  PƏ-

RAKƏNDƏ 

TĐCARƏTDƏ) 

TĐPLƏRĐ 

ÜZRƏ  ALIŞIN  BÖLÜŞDÜRÜLMƏSĐ

  – 

pərakəndə  ticarətin  təchizatı  şəbəkəsinin  təsvirini 

verir.  O,  birbaşa  istehsalçılarda  alışın  payının 

(hissəsinin)  müəyyənləşdirilməsi  məqsədi  ilə 

pərakəndə  ticarətçilər  tərəfindən  edilmiş  təxmini 

qiymətləndirmə  sayılır.  Tədarükçülərin  müxtəlif 

tipləri  üzrə  alışın  bölüşdürülməsi  faizlə  ifadə 

oluna bilər. 



 

MAL  GÖNDƏRMƏNĐN  BAZĐS  (ĐLKĐN) 

ŞƏRTLƏRĐ

  –  əmtəənin  çatdırılması,  müvafiq 

sənədlərin 

rəsmiləşdirilməsi 

və 

nəqliyyat 



xərclərinin  ödənilməsi,  əmtəə  üzərində  mülkiyyət 

hüquqlarının  satıcıdan  alıcıya  keçmə  məqamının 

müəyyənləşdirilməsi, 

əmtəənin 

təsadüfi 

korlanması  və  ya  itməsi  riski,  habelə  mal 

göndərmə tarixi üzrə satıcı və alıcı arasında vəzifə 

bölgüsünü  (öhdəlikləri)  özündə  əks  etdirən  xarici 

ticarət 


sazişinin 

şərtləridir. 

Bazis 

şərtləri 



beynəlxalq  ticarət  təcrübəsinə  uyğun  hazırlanır. 

Beynəlxalq  ticarətin  müasir  praktikasında  xarici 

ticarət  (gömrük)  statistikasında  “Đnkoterms-2000” 

ticarət 


terminlərinin 

beynəlxalq 

qaydalar 

toplusundan geniş istifadə edilir. 

 

MAL  GÖNDƏRMƏNĐN  BƏRABƏRLĐYĐ

 

–  malların  eyni  fasilələrlə  və  bərabər  partiyalarla 

daxil  olmasıdır,  variasiya  göstəricilərinin  köməyi 

ilə öyrənilir. 

 

 

MAL  GÖNDƏRMƏNĐN  ŞƏRTLƏRĐ



  – 

Beynəlxalq Ticarət Palatasının “Đnkoterms” ticarət 

terminlərinin  toplusuna  uyğun  olaraq,  alıcı  və 

satıcıların  qarşılıqlı  öhdəliklərini  müəyyən  edən 

“alqı-satqı” müqaviləsinin əsaslarıdır.  

Beynəlxalq  ticarətdə  göndərmənin  və  malların 

haqqının  ödənilməsi  qaydalarını  müəyyənləşdirən 

kommersiya şərtləridir. 

SĐF  –  “Dəyər,  sığorta  və  fraxt  (təyinat  limanının 

adı)”  onu  göstərir  ki,  satıcı  malların  göstərilmiş 

təyinat  limanına  çatdırılması  üçün  zəruri  olan 

xərclərin  və  fraxtın  ödənilməsinə  borcludur, 

həmçinin  malların  məhv  olması  və  ya  daşınma 

vaxtı  malların  zədələnməsi  təhlükəsindən  dəniz 

sığortasını təmin etməlidir. 

SĐP  –  “Daşınma  haqqı  və  sığorta  əvvəlcədən 

(təyinat  məntəqəsi  göstərilməklə)  ödənilir”,  onu 

göstərir  ki,  satıcı  göstərilən  təyinat  yerinədək 

malların daşınmasına görə fraxtı ödəyir, həmçinin 

daşınma  vaxtı  malların  məhv  olması  və  ya 

zədələnməsi  təhlükəsindən  nəqliyyat  sığortasını 

təmin edir. 

SFR  –  “Dəyər  və  fraxt  (təyinat  limanının  adı)”, 

onu  göstərir  ki,  satıcı  malların  göstərilən  təyinat 

limanına çatdırılması üçün zəruri olan xərcləri və 

fraxtı  ödəməyə  borcludur.  Ancaq  malların  itkisi 

və  ya  zədələnməsi  təhlükəsi,  həmçinin  malların 

gəminin  bortundan  keçdikdən  sonra  baş  verən 

xərclərin  istənilən  artma  təhlükəsi  malların 

gəminin  tutacağı  vasitəsilə  yüklənmə  limanına 

keçməsi anından satıcıdan alıcıya keçir. 

SPT – “Daşınma əvvəlcədən ödənilmişdir (təyinat 

məntəqəsi  göstərilməklə)”,  onu  göstərir  ki,  satıcı 

malların  göstərilən  təyinat  yerinə  daşınmasına 

görə fraxtı ödəyir. Malların məhvi və zədələnməsi 

təhlükəsi, 

həmçinin 

malların 

daşıyıcıya 

verilməsindən  sonra  əmələ  gələn  xərclərin 

istənilən  artımı,  malların  daşıyanın  sərəncamına 

verildiyi vaxtdan satıcıdan alıcıya keçir. 

DAF  –  “Sərhəddə  qədər  mal  göndərmə  (məntəqə 

göstərilməklə)”, 

onu 

göstərir 



ki, 

malların 

göndərilməsi  üzrə  satıcının  öhdəlikləri  o  zaman 

yerinə  yetirilmiş  sayılır  ki,  göndərilmə  üçün 

rüsumdan azad edilmiş mallar qəbul edən ölkənin 

gömrük  sərhədinə  daxil  olanadək,  sərhəddə 

göstərilən məntəqəyə və ya yerə daxil olur (gəlir). 

EXW – “Zavoddan (məntəqə göstərilməklə)”, onu 

göstərir ki, satıcı göndərmə üzrə öz öhdəliklərini, 

öz  müəssisəsində  (zavodunda,  fabrikində  və  s.) 

malları  alıcının  sərəncamına  verdiyi  vaxt  yerinə 

yetirmiş olur. 

FAS  -    “Gəminin  bortunadək  sərbəst  (yükləmə 

limanı  göstərilməklə)”,  onu  göstərir  ki,  satıcı 

göndərilmə  üzrə  öz  öhdəliklərini  o  zaman  yerinə 

yetirmiş  hesab  edilir  ki,  mallar  razılaşdırılmış 

yükləmə  məntəqəsində,  körpüdə  və  ya  lixterlərdə 

gəminin  bortu  boyunca  yerləşdirilsin.  Bu  onu 

göstərir  ki,  bu  mərhələdən  sonra  alıcı  bütün 



xərcləri  malların  məhv  və  ya  zədələnməsi 

risklərinə cavabdehlik daşıyır. 

FCA 

– 

“Franko 



daşıyıcı 

(məntəqə 

göstərilməklə)”,  onu  göstərir  ki,  satıcı  malların 

göndərilməsi üzrə öz öhdəliklərini o zaman yerinə 

yetirmiş hesab edilir ki, göndərilmə üçün gömrük 

nəzarətindən 

keçmiş 

malları 


şərtləşdirilmiş 

məntəqədə daşıyanın sərəncamına versin. 

FOB  –  “Bortda  müstəqil  (yükləmə  limanının 

adı)”, onu göstərir ki, satıcı mal göndərilməsi üzrə 

öz  öhdəliklərini,  malları  yükləmə  limanında 

gəmiyə  verməsi  anından  yerinə  yetirmiş  hesab 

edilir.  Bu  andan  alıcı  bütün  xərclər  və  malların 

məhv 


və 

zədələnməsinin 

təhlükəsizliyinə 

cavabdehlik daşıyır. 

 


Yüklə 17,41 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin