LƏĞVETMƏ QALIĞI
– ləğv edilməli olan
müəssisələrin,
bankın
bütün
aktivlərinin
satışından,
borclarının
ödənilməsindən
və
səhmdarlarla
hesablaşmalardan
sonra
qalan
məbləğdir. Adətən, əsasnamədə xüsusi şərtlər
olmadığı halda, ləğvetmə qalığı səhmdarların
mülkiyyəti sayılır və onlar arasında bölüşdürülür.
LƏNGĐDĐLMĐŞ AMORTĐZASĐYA
– əsas
kapitalın
təkrar
istehsalını
göstərən
parametrlərdən
kənarlaşmağa,
amortizasiya
ayırmalarının səviyyəsini azaltmağa və uyğun
olaraq məhsulun (xidmətin) maya dəyərinin
azaldılmasına, normativlərlə müqayisədə əsas
kapitalın xidmət müddətini artırmaqla onların
əvəz edilməsinin ləngidilməsinə imkan verən
metoddur.
Əsas
kapitalın
amortizasiyasının
ləngidilməsi (silinməsi) hüququ və onun həyata
keçirilməsi
qaydaları
qanunvericiliklə
müəyyənləşdirilir.
Amortizasiyanın
ləngidilməsinə
uyğun
olaraq,
amortizasiya
ayırmalarının və əsas kapitalın aşınmasına
hesablanan
əlavələrin
miqdarı
da
azalır.
Ləngidilmiş amortizasiya əsasında əsas kapitalın
amortizasiyası haqqında müəssisələr tərəfindən
hesablanmış məlumatlar, bir qayda olaraq, MHS
tələblərinə cavab vermədiyinə görə (MHS-də əsas
kapitalın bərpa dəyəri ilə qiymətləndirilməlidir),
əsas
kapitalın
istehlakının
hesablanmasında
istifadə edilə bilməz. Bundan əlavə, ləngidilmiş
amortizasiya
metodundan
01.01.2006-cı
il
tarixindən Azərbaycan Respublikasında istifadə
edilmir.
LĐBERALLAŞMA
– iqtisadiyyatın, qiymətin
təsərrüfat
subyektlərinin
iqtisadi
fəaliyyət
azadlığının genişləndirilməsi, iqtisadi fəaliyyətə
məhdudiyyətlərin ləğv edilməsi, sahibkarlığın
azad edilməsidir. Dövlət tərəfindən təyin olunan
qiymətlərdən (dövlət qiymətəmələgəlməsi) azad
bazar qiymətləri (bazar qiymətəmələgəlməsi)
sisteminə keçid qiymətlərin liberallaşdırılmasını
adlandırılır.
LĐBOR
(London Đnterbank Offer Rate) –
London banklararası bazarda müəyyən edilmiş,
London bankları tərəfindən, adətən 3-6 aya
verilən qısamüddətli kredit (borc) üzrə faiz
dərəcəsidir. Ayrı-ayrı hallarda kreditin (borcun)
vaxtı bir gecədən 5 ilə kimi də dəyişə bilir. Tez-
tez hər bir bank tərəfindən özünün kredit
faizlərinin uçot dərəcələrini müəyyən etmək üçün
baza dərəcəsi əsas istiqamət kimi istifadə edilir.
“
LĐDZ-END-LEQZ
” – 1) borc tələbnaməsinin
irəli sürülməsi və borcun ödənilməsi arasında
ehtiyat yaranması ilə beynəlxalq hesablaşmaların
ahəngliliyinin dəyişməsidir. Bu zaman bir
əməliyyat sürətlənir, digəri isə gecikir. Razılaşma
bağlanan anı ödəniş aparılan andan ayıran vaxt
402
əməliyyatın xarakterindən asılı olaraq dəyişir və
valyuta bazarında tələb və təklifin səviyyəsinin
dəyişməsinə təsir göstərir. Kapitaldan istifadənin
belə metodu təkcə aktiv və passivlər arasındakı
nisbətin kifayət qədər çevik idarə olunmasına
şərait yaratmır, həm də xarici valyutaların
paritetliyinin dəyişməsindən gəlir əldə etməyə
imkan verir; 2) sahibkarlar, firmalar tərəfindən
xarici iqtisadi, valyuta əməliyyatlarının aparılma
üsuludur, mahiyyəti maliyyə səmərəsi əldə etmək
məqsədilə
pul
hesablaşmalarının
aparılması
müddətlərində
manipulyasiyadan,
manevr
etməkdən ibarətdir.
LĐKVĐDLĐK
– 1) a) biznes terminologiyasında
firmanın aktivlərinin, qiymətlilərinin nağd pula
çevrilməsi qabiliyyəti, aktivlərin sürətlə hərəkət
etmə qabiliyyətidir;
b) borcalanın öz borc öhdəliklərini vaxtlı-vaxtında
yerinə
yetirmək
qabiliyyətidir;
ödəmə
qabiliyyətidir
c) bazarın qiymətli kağızları udmaq qabiliyyətidir;
mövcud qiymətlər səviyyəsi şəraitində onların
əsaslı
dəyişdirilməsi
baş
vermədən,
satış
tədbirləridir;
ç) sözün geniş mənasında səmərəlilik, aktivlikdir.
2
) təqdim edilmiş öhdəlik və qanuni tələbləri
ödəmək üçün müəssisələrin, bankların aktivlərinin
tez bir zamanda pula dəyişdirilməsinə imkan
verən çeviklik xüsusiyyətidir. Likvid aktivlərə
aiddir: fond bazarında tələblə istifadə edilən
dövlət qiymətli kağızları, səhmlər, istiqrazlar;
banklar tərəfindən maneəsiz (sərbəst) uçota və
təkrar uçota qəbul edilən müddətli veksellər; qızıl
və
qiymətli
metallar;
sənaye
və
ticarət
müəssisələrində tez satıla bilən mal-material
qiymətliləri və s.
LĐKVĐDLĐK
“SPAZM”ASI
–
bazarın
konyunkturasının və bir sıra digər daxili amillərin
qəflətən pisləşməsi ilə əlaqədar olaraq, pul
vəsaitlərinin müvəqqəti çatışmamasıdır.
LĐMANDA YÜKLƏRĐN MÖVCUDLUĞU
(qalığı) - yükləmək və ya boşaltmaq üçün limana
gətirilmiş, lakin hesabat dövrünün sonuna qədər
müxtəlif səbəblərdən yükləmə boşaltma işləri
aparılmamış (göndərilməmiş) idxal, ixrac, kabotaj
və tranzit yüklərin qalığıdır. Dənizlə göndərilməsi
nəzərdə tutulan yüklər dedikdə gəmilər vasitəsilə
göndərilməli olan qalıq yüklərin həcmi hesab
olunur. Dəmir yolu ilə göndərilməsi nəzərdə
tutulan
yüklər
dedikdə
dəmir
yolu
ilə
göndərilməli olan beynəlxalq tranzit yüklərin və
idxal yüklərin həcmi başa düşülür. Digər
nəqliyyat vasitələri ilə göndərilməsi nəzərdə
tutulan yüklər isə avtomobil və boru kəməri ilə
göndərilməli olan qalıq yüklərdir.
LĐMANIN BURAXILIŞ QABĐLĐYYƏTĐ
-
naviqasiyanın müəyyən davamiyyəti müddətində,
əmək məhsuldarlığının verilmiş normalarında və
yükləmə
işlərinin
qabaqcıl
texnologiyası
şəraitində il ərzində limanın gəmilərə yükləyə və
boşalda biləcəyi müəyyən kateqoriyalı yüklərin ən
böyük miqdarıdır. Limanın buraxılış qabiliyyətini
müəyyən etmək üçün hesablanmış kəmiyyət,
körpünün sutka ərzində yük buraxma qabiliyyəti
hesab edilir ki, bu da yükləmə maşınlarının
sayından, onların məhsuldarlığından, normalarda
nəzərdə tutulmayan köməkçi işlərə və texnoloji
əməliyyatlara vaxt sərfini və meteoroloji şəraiti
nəzərə
almaqla
işin
gündəlik
davamiyyət
müddətindən asılıdır. Buraxılış qabiliyyəti sahil
və
reyd
körpülərinin
illik
buraxılış
qabiliyyətlərinin cəmi kimi müəyyən olunur.
LĐMANIN YÜK DÖVRĐYYƏSĐ
– gəminin
mənsubiyyətindən (bayrağından) asılı olmayaraq,
bütün gəmilər vasitəsilə müəyyən vaxt ərzində bir
limandan göndərilmiş və limana daxil olmuş
yüklərin
tonla
həcmidir.
Limanın
yük
dövriyyəsinə liman körpüsündən keçən yüklərin
həcmi, reyddə bir gəmidən digərinə yüklənən-
boşaldılan, həmçinin müştərilərin körpülərində
yüklənən-boşaldılan yüklərin həcmi daxil edilir.
LĐSENZĐYA
(“licentia” latın sözü olub
hüquq, icazə mənasını daşıyır) – (I) - 1) xarici
ticarət
əməliyyatlarının
aparılması
üçün
səlahiyyətli dövlət orqanları tərəfindən verilən
icazədir; 2) hər hansı fəaliyyət növü və yaxud
ayrı-ayrı əməliyyatlar, məsələn, fərdi tibbi iş,
balıq tutulması, heyvanların vurulması və s. üçün
səlahiyyətli
dövlət
orqanları
və
müstəsna
mülkiyyət hüququna malik olan sahibkarlar
tərəfindən
verilən
icazədir;
3)
lisenziyalı-
sahibkara bu və ya digər sənaye mülkiyyətindən
(ixtira, əmtəə nişanı, sənaye nümunəsi və s.) və
yaxud nou-haudan istifadə üçün maraqlı şəxsə
(lisenziya
alana)
müəyyən
şərtlər
və
razılaşdırılmış
ödənişlər
əsasında
müstəsna
hüquqların verilməsidir. Hüquqların verilməsi
lisenziya müqaviləsi ilə rəsmiləşdirilir. Sənaye
mülkiyyəti obyekti və nou-hau müqavilənin
mövzusu olur.
Lisenziya alana verilən hüququn xarakteri və
həcminə görə, tam, müstəsna, fərdi və qeyri-
müstəsna olmayan lisenziyalar fərqləndirilir. Tam
lisenziya-əsasən, patentlidir (haqqı ödəniləndir).
Müqaviləyə uyğun olaraq, lisenziya verən (patent
sahibi) lisenziya alana mühafizə sənədinin qalan
bütün fəaliyyət müddətində ixtiradan tam istifadə
403
olunmasına dair mövcud olan bütün hüquqları
verir. Patentin satılmasından fərqli olaraq, tam
lisenziya verilən halda patentə sahiblik hüququ
lisenziya verənə məxsus olur. Patent satılan halda
isə, patentə sahiblik və onun üzərindəki bütün
hüquqlar patent alana keçir. Müstəsna lisenziya
lisenziya alana müəyyənləşdirilmiş vaxt ərzində,
müəyyən bazarda ona verilmiş icazəyə uyğun
gələn hüquq çərçivəsində fəaliyyət göstərməyə
imkan verir. Bununla yanaşı, lisenziya verən
mövcud ərazidə və verilmiş vaxtda lisenziya
mövzusundan istifadə etmək, həmçinin lisenziyanı
başqasına vermək hüququna malik olmur. Fərdi
lisenziya hallarında müəyyən ərazidə lisenziya
yalnız bir lisenziya alana verilir və bu halda
lisenziya verən ixtira və digər elmi-texniki
nailiyyət
və
xidmətlərdən
istifadə
etmək
hüququnu özündə saxlayır. Qeyri - müstəsna
(sadə) lisenziya hallarında lisenziya alana adi
istifadə hüququ verilir və bu, üçüncü şəxsin iştirak
etmək hüququnu istisna etmir.
Lisenziya
mövzusunun
hüquqi
mühafizəsi
baxımından lisenziyanın iki növü vardır: patentli
lisenziya - onun vasitəsilə patentlə mühafizə
edilən sənaye mülkiyyəti obyektlərinin istifadə
hüququnun verilməsi təmin edilir və pulsuz
lisenziya - nou-haudan istifadə hüququ verilir.
Verilmə üsuluna və istifadə şərtlərinə görə,
lisenziyalar xalis, əlavə, qaytarılan, çarpazlaşan
(qarşılıqlı), məcburi, açıq, vacib və sublisenziya
formalarına
bölünür.
Əgər
kommersiya
sövdələşmələrinin məqsədi ticarət sövdələşmələri
ilə
deyil,
müstəqil
lisenziya
müqaviləsi
çərçivəsində hesab edilirsə, sənaye mülkiyyətli
obyektlərindən istifadə hüququ verən digər
lisenziya xalis hesab edilir. Xalis lisenziya ilə
ticarət çox vaxt lisenziyanın tətbiqi və istifadə
edilməsi
üçün
zəruri
olan
avadanlıq,
komplektləşdirici
hissələr,
xammal
və
materialların göndərilməsi ilə müşahidə olunur.
Əlavə
lisenziya
sənaye
mülkiyyətli
obyektlərindən istifadə hüququnun lisenziya
formasında
verilməsini
digər
kommersiya
(komplektləşdirici avadanlıqların göndərilməsi,
podrat işləri, mühəndis xidmətləri, texniki
yardımların göstərilməsi, istehsal kooperasiyaları,
birgə
müəssisələrin
yaradılması
və
s.)
sövdələşmələrinin tərkibində nəzərdə tutur. Belə
razılaşmalarda lisenziyanın mövzusu köməkçi,
əlavə rol oynayır, onların verilməsi ya əsas
lisenziya sövdələşməsinə əlavə hesab edilən
lisenziya müqaviləsi çərçivəsində, yaxud da bu
sövdələşmələr
üzrə
müqavilələrin
ayrı-ayrı
bölmələri şəklində həyata keçirilir. Qaytarılan
lisenziya
lisenziya
verənə
əsas
lisenziya
müqaviləsi üzrə lisenziya alan tərəfindən alınmış
ilkin biliklər əsasında işlənmiş texnika və
texnologiya obyektlərindən istifadə hüquqlarının
verilməsini nəzərdə tutur. Çarpaz (qarşılıqlı)
lisenziya
(kross-lisenziya)
müxtəlif
patent
sahibləri tərəfindən patent hüququnun bir-birinə
qarşılıqlı verilməsini göstərir. Bu, onların bir-
birinin hüququnu pozmadan istehsal və ya
kommersiya
fəaliyyətini
həyata
keçirə
bilmədikləri vaxt baş verir. Məcburi lisenziya
patent sahibləri tərəfindən öz işləməsini uzun
müddət istifadə etmədiyi və yaxud kifayət qədər
istifadə etmədiyi, habelə lisenziyanı satmaqdan
imtina
etdiyi
hallarda,
səlahiyyətli
dövlət
orqanları
tərəfindən
maraqlı
şəxslərə
patentləşdirilmiş ixtiralardan, faydalı modellərdən
və yaxud sənaye nümunələrindən istifadə etməyə
hüquq verən icazədir. Bu orqanlar tərəfindən
patentdən istifadə şərtləri və lisenziyanın bazar
qiymətlərindən az olmamaqla, lisenziya haqqının
ödənilməsi müəyyənləşdirilir. Açıq lisenziya
vasitəsilə
patent
sahibi
tərəfindən
patent
təşkilatına lisenziyanı istənilən maraqlı şəxsə
satmağa hazır olduğu barədə verilən rəsmi ərizə
əsasında sənaye mülkiyyəti obyektindən istifadə
hüququ verilir. Vacib lisenziya vasitəsilə ölkənin
müdafiəsi və milli təhlükəsizliyini təmin etmək
məqsədilə, patent sahibinin razılığı olmadan,
hökumətin
qərarı
ilə
sənaye
mülkiyyəti
obyektlərdən
istifadəyə
hüquq
verilir.
Sublisenziya vasitəsilə lisenziya verənin razılığı
əsasında
lisenziya
alan
tərəfindən
sənaye
mülkiyyətli obyektlərindən istifadə hüququnun
üçüncü şəxsə verilməsi həyata keçirilir. Bu
məsələnin həlli lisenziya verənlə lisenziya alan
arasında imzalanmış əsas müqavilədə öz əksini
tapmalıdır.
Mövzunun işlənmə və istehsalat mənimsənilməsi
(istifadəsi)
səviyyəsində
aşağıdakı lisenziya
formaları fərqləndirilir: layihə, sxem, elmi
hesabat, metodika, düstur və s. şəklində verilməsi
mümkün
olan
nəzəri
işləmələr,
ideyalar,
laboratoriya tədqiqatlarının nəticələri; konstruktor
sənədləri, nümunələr, modellər və s. şəklində
verilən hər hansı bir yeniliyin texniki həlli;
düzəldilmiş (sazlanmış) texnoloji prosesi nəzərdə
tutan və lisenziya alana qısa müddət ərzində
lisenziya mövzusunun tətbiqini və zəruri texniki-
iqtisadi göstəricilərin əldə olunmasını təmin edən
istehsalatda mənimsənilmiş yeniliklər.
Statistika
sənaye
mülkiyyəti
obyektlərinin
mübadiləsi üçün lisenziyanın kəmiyyət və
keyfiyyət
xüsusiyyətlərini
öyrənir.
Dəyər
göstəriciləri lisenziyaya görə müxtəlif növ
ödənişləri, o cümlədən royaltini (hazır məhsul
buraxılışına başlanan vaxtdan, ya satışdan daxil
olan məbləğdən faiz formasında ayırmalar kimi və
lisenziya üzrə istehsal olunan məhsul vahidinə
görə yığım formasında lisenziya müqaviləsinin
404
fəaliyyət göstərdiyi müddətdə lisenziya haqqının
ödənilməsi), pauşal (ümumi) ödənişi (əvvəlcədən
müəyyən edilmiş məbləğdə birdəfəlik və yaxud
hissə-hissə ödənilən lisenziya haqqı) və s.
birləşdirir.
(II)
–
konsessiyalara,
patentlərə,
ticarət
nişanlarına
və
oxşar
hüquqlara
ümumi
investisiyadır.
LĐSENZĐYALAŞDIRMA
– 1) xarici ticarət
əməliyyatlarında
sahibkarlıq
və
peşəkar
fəaliyyətin tənzimlənməsi alətlərindən biridir.
Əmtəələrin ixracı və idxalına dair müəyyən növ
fəaliyyətin
həyata
keçirilməsi
haqqında
səlahiyyətli rəsmi orqanlar tərəfindən icazə
verilməsini nəzərdə tutur; 2) müəyyən şərt
daxilində
müəyyən
əməliyyatların
həyata
keçirilməsi hüququ verən icazənin verilməsidir;
bir şəxs tərəfindən digər şəxsə qonorar və ya
lisenziya ödəməsi əvəzində hüquq verilməsidir.
Lisenziyalaşdırma,
lisenziyaların
verilməsi,
lisenziyaların olduğunu təsdiq edən sənədlərin
yenidən
rəsmiləşdirilməsi,
lisenziyaların
fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi
ilə əlaqədar həyata keçirilən tədbirlərdir.
LĐSTĐNQ
–
ticarət
birjalarına
qiymətli
kağızların seçilməsi və buraxılışının fond birjaları
tərəfindən
tənzimlənməsi
üsuludur.
Əgər
buraxılmış qiymətli kağızlar birjada qeydiyyatdan
keçmişdirsə, onların alqı-satqı əməliyyatlarını
keçirmək mümkün olur. Listinqə daxil edilməmiş
səhmlər “piştaxtalarda”, “küçə” bazarlarında
satılır.
LĐZĐNQ
(ingiliscə
“leazing”
sözü
icarə
deməkdir) - (I) – mülkiyyət hüququ icarəyə
verəndə saxlanılmaqla, lizinq alanlar tərəfindən
istehsal
məqsədləri
üçün
istifadə
edilən
avadanlığın, texnikanın, nəqliyyat vasitələrinin,
istehsal təyinatlı tikililərin orta və uzun müddətə
icarəyə götürülməsidir. Lizinq ənənəvi bank
kreditləşdirməsinə
və
fərdi
maliyyə
ehtiyatlarından istifadəyə alternativ olan, kapital
qoyuluşunun
maliyyələşdirilməsinin
xüsusi
formasıdır. Lizinq əsasında icarə həm bahalı
avadanlıqlara
(neftçıxarma
avadanlıqlarına,
nəqliyyat vasitələrinə və s.), həm də nisbətən ucuz
olan idarə avadanlıqlarına və mürəkkəb olmayan
texniki
vasitələrə
münasibətdə
əlverişlidir.
Lizinqin əsas formaları - maliyyə və əməliyyat
lizinqlərdir. Maliyyə lizinqi icarə dövrü ərzində
icarə
haqqının,
avadanlıqların
amortizasiya
məbləğinin və icarə verənin gəlirinin maksimum
ödənməsini nəzərdə tutan razılaşmadır. Belə
razılaşma başa çatdıqdan sonra icarəyə götürən
icarə götürdüyü obyekti icarəyə verənə qaytara
bilər, bu avadanlığın icarəyə götürülməsinə dair
yeni razılaşma bağlaya bilər, lizinq obyektini
qalıq dəyəri ilə satın ala bilər. Əməliyyat
lizinqində razılaşma müddəti lizinq obyektinin
amortizasiya müddətindən qısadır. Đcarə vaxtı
qurtardıqdan sonra lizinq obyekti sahibinə
qaytarıla və yenidən icarəyə verilə bilər.
Ölkədaxili lizinqlə yanaşı, müxtəlif formalarda
sürətlə inkişaf edən beynəlxalq lizinqlər də
mövcuddur:
məsələn,
xarici
icarədarlara
mürəkkəb avadanlıqların, gəmilərin, təyyarələrin
icarəyə verilməsi; xaricdən alınmış bahalı maşın
və avadanlıqların ölkə daxilindəki firmalara
icarəyə verilməsi.
Maşın və avadanlıqların ixracının icarə forması
hər iki tərəf üçün iqtisadi fayda (mənfəət) yaradır:
icarəyə götürən böyük məbləğdə ilkin kapital
qoymadan bahalı texnikadan istifadə etmək
imkanı əldə edir və icarə haqqını icarə götürdüyü
maşın və avadanlıqların istismarından əldə etdiyi
gəlirə uyğun olaraq ödəyir; sifarişçilərinin ödəmə
qabiliyyəti olmadıqda, icarəyə verən ehtimal
olunan itki riskini nisbətən azaltmaqla satışını
genişləndirir. Lizinq çox mürəkkəb əməliyyat
sayılır. Onun tətbiqi texniki xidmət bazasının
yaradılmasını, yerli kadrların hazırlanmasına
kapital qoyuluşunu, həmçinin kreditlər verilməsini
tələb edir. Lizinqlə həm istehsalçı-firmalar, həm
də ixtisaslaşmış firmalar məşğul olurlar; həmçinin
lizinq bankları da bu əməliyyatlarda fəal iştirak
edirlər.
Lizinq müqavilələrində çox vaxt icarə müddəti
başa çatdıqdan sonra, icarə edənin icarə etdiyi
maşın və avadanlıqları satın almasına dair hüquq
və vəzifələri nəzərdə tutulur; icarəyə verilmiş
mallara (maşın və avadanlıqlara) mülkiyyət
hüququnun saxlanması, tərəflərin texniki xidmət,
istismar və s. üzrə vəzifələri qeyd edilir. Baza
dövrünün müəyyən edilməsi müqavilələrin şərti
sayılır ki, bu müddət ərzində də tərəflərin
müqaviləni pozmaq hüquqları olmur.
Dostları ilə paylaş: |